Вәһһаби Мәзһәби


Səkkizinci fəsil Övliyaların matəm və mövludlarını qeyd etmək bidət sayılırmı?



Yüklə 1,5 Mb.
səhifə17/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   13   14   15   16   17   18   19   20   ...   98

Qadınların qəbirləri ziyarət etməsi


Bəzi rəvayətlərdə Peyğəmbərin (s) qadınların qəbri ziyarət etməsini qadağan etdiyi nəql olunur.

“Allahın Rəsulu (s) ziyarət edən qadınlara lənət göndərib.”1

Lakin bu hədisə əsaslanmaqla ziyarəti qadınlar üçün haram etmək bir neçə səbəbdən düzgün deyil:

1. Bir çox alimlər bu çəkindirmənin məkruhluğa aid olduğunu söyləyirlər. Bu məkruhluq o dövrə aiddir.

“Miftahül-Hacət” kitabının müəllifi “Səhihi-İbn Macə” kitabının şərhində yazır: “Alimlər bu (Peyğəmbərin qadınları ziyarətdən çəkindirməsi) haqda iki nəzəriyyə irəli sürüblər:

Qadınların məzarı ziyarət etməsini Peyğəmbər (s) haram dərəcəsində buyurmuşdur, yoxsa məkruh? Lakin bir çox alimlərin əqidəsi budur ki, əgər qadın fitnə2 törətməzsə ziyarət edə bilər.

2. Keçən hədislərdə3 Ayişə Peyğəmbərin qəbirləri ziyarət etməyə icazə verdiyini nəql etmişdir. Əgər qadınlar bu hökmdən istisna olsaydı, kişilərə məxsus olduğunu qeyd edərdi. Halbuki bu hədisi nəql edən özü də qadındır. Hər bir hökm verən çox yaxşı bilir ki, hökm və təklif kimə aiddir.

3. Bəzi hədislərdə Peyğəmbərin Ayişəyə necə ziyarət etməyi öyrətməsi nəql olunur.4 Ayişənin özü də Peyğəmbərdən sonra qəbirləri ziyarət edərdi.

4. Tirmizi nəql edir:

“Ayişənin qardaşı Əbdürrəhman ibn Əbu Bəkr Hübşidə vəfat etdi, onun cənazəsini Məkkə şəhərinə gətirib dəfn etdilər. Bacısı Ayişə Mədinədən Məkkəyə qayıdarkən qardaşının qəbrini ziyarət etməyə gedib, iki beyt şer və başqa cümlələrlə orada əzadarlıq etdi.5

“Səhihi-Tirmizi” kitabını şərh edən imam Hafiz ibn əl-Ərəbi (435-ci h. ilində anadan olub, 543-cü h. ilində vəfat edib) (1015-1122) yazır: Daha doğrusu budur ki, Peyğəmbər qəbri ziyarət etməyi həm kişilərə və həm də qadınlara icazə verdi. Lakin bəziləri qadınların qəbir üstündə səbrsiz olduqlarına və hicaba riayət etmədiklərinə görə bu əməlin məkruh olduğunu söyləmişlər.

5. Buxari Ənəsdən belə nəql edir: “Peyğəmbər (s) əzizinin qəbri üstündə ağlayan qadın görüb buyurdu: “İmanlı və səbrli ol.”

O qadın Peyğəmbəri tanımadığı üçün dedi:

“Əl çək məndən, mənim başıma gələn müsibət sənin başına gəlməyib.”

Qadına o şəxsin Peyğəmbər olduğunu dedikdə tez əzizinin qəbrini tərk edib Peyğəmbərin evinə gəldi, ondan üzr istəyib dedi: − Məni bağışlayın, sizi tanımadım.

Peyğəmbər buyurdu:

“Müsibət vaxtı səbr etmək çox yaxşıdır.”6

Əgər qəbirləri ziyarət etmək qadınlara haram olsaydı, onda Peyğəmbər (s) qadını bu işdən çəkindirərdi. Lakin o, qadına səbr etməyi məsləhət bildi.

6. Əziz Peyğəmbərin qızı Fatimə (s) hər cümə günü əmisi Həmzənin qəbrini ziyarət etməyə gedər və qəbrin kənarında namaz qılardı.7

Yeddinci: Qurtubi deyir:

7. Peyğəmbər tez-tez qəbiristanlığa ziyarətə gedən qadınlara lənət göndərmişdir. Çünki hədisdə “ziyarət” kəlməsi çoxluq8 mübaliğə şəkilçisi ilə işləndiyi üçün belə fikir irəli sürmək olar. Bəlkə də, qadınların tez-tez ziyarət etməsi həyat yoldaşının haqqının tapdalanmasına, hönkürtü ilə ağlayıb dad-fəryad etdiklərinə səbəb olduğu üçün lənət göndərilmişdir. Əgər qadınlar belə bir nöqsana yol verməsələr, onların ziyarət etmələrinin heç bir eybi yoxdur. Çünki ölünü yad etmək kişilərə və qadınlara aidir.

8. Əgər qəbri ziyarət etməklə insan dünyadan əl çəkib axirəti yadına salırsa və bir tərəfdən də əli hər yerdən üzülmüş qara torpaqlar altında yatan cənazəyə xeyri varsa, onda nə üçün bu ələm haram olmalıdır? Müsəlmanlar qəbirləri ziyarət edərkən “Fatihə” və sair dualar oxumaqla yatan hər bir şəxsin əzizi üçün gözəl bir hədiyyədir.

İbn Macə “Səhih” kitabında nəql edir:

Peyğəmbər buyurdu: “Öz ölüləriniz üçün “Yasin” surəsini oxuyun.”1

Belə olan halda ziyarət etməyə görə qadınla kişi arasında nə kimi fərq ola bilər?

Möminlərin qəbirlərini ziyarət etmək bizim üçün bəlli oldu. İndi görək məzhəbi şəxslərin (övliyaların, pak adamların) qəbirlərini ziyarət etməyin nə kimi xeyirli cəhətləri vardır.



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin