Вәһһаби Мәзһәби


Doqquzuncu fəsil Övliyaların tarixi abidələrinə təbərrük etmək və şəfaət istəmək



Yüklə 1,5 Mb.
səhifə18/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   14   15   16   17   18   19   20   21   ...   98

Beşinci fəsil

Məzhəbi şəxslərin qəbirlərini ziyarət etməyin xeyirli cəhətləri


Dünyada Allaha ibadət edənlərin, xüsusən müsəlmanların diqqət və ehtiram etdikləri qəbirlərdə müqəddəs və öz dini vəzifələrini layiqincə yerinə yetirmiş adamlar dəfn olunub.

Bu adamlar aşağıdakılardan ibarətdir:

1. Mallarından, canlarından keçmiş və əziyyətlərə dözüb insanları hidayət etmək üçün Allahın elçisi olmaq kimi bir vəzifəni öz üzərlərinə götürmüş peyğəmbər və dini rəhbərlər.

2. Gecə-gündüz yuxusuz qalıb, bəşərə elm və bilik xəzinəsi bağışlayan, İlahi kitab, təbiət, dini, insani və ictimai elmləri öyrədən böyük bilicilər və tədqiqatçılar.

3. Məzlumların haqqını müdafiə edib haqqı boğanlara qarşı çıxan, insan hüquqlarını qoruyub ictimai ədaləti bərpa etməklə zalım hakimlərlə mübarizə edən adamlar,müqəddəs qanları ilə ədaləti, azadlığı və hürriyyəti ölkəyə hədiyyə edən şəhidlər.

Belə müqəddəs adamları ziyarət edib məzarları üzərində Quran surələri və dualar oxumaqla, şücaətləri haqqında şer söyləməklə xatirələrini yad edib, getdikləri şanlı yolu əbədi saxlayıb və qorumuşlar.

Müasir nəslin inkişafını düzgün yola istiqamətləndirmək üçün haqq və din yolunda fədakarlıq edən, azadlığı və müsəlmanların əqidəsini qoruyan adamların qəbirlərini ziyarət etmək onlara təşəkkür etmək deməkdir. Bununla da onların xatirəsi əbədiləşir. Zaman keçdikcə gələcək nəslin qəlbində məhəbbətləri işıqlanır. Çox gözəl olar ki, gələcək nəsil bu müqəddəs adamların xatirəsini əbədi saxlasın. Haqq yolunda canlarını qoymuş böyük məzhəbi şəxslərin xatirəsini uca tutmaq mühüm əməllərdən biridir.

Onlara sağlığında necə ehtiram olunubsa, vəfatlarından sonra da elə ehtiram olunmalıdır. Həmin adamlara məxsus tarixi abidələri qoruyub saxlamalı, doğulduğu günləri bayram, vəfat etdikləri günü isə əzadarlıq etməliyik. Onların hədəf və məqsədlərini insanlara tanıtmaq üçün böyük elmi məclislər təşkil etmək lazımdır. Dəfn olunduqları yerlərə hörmət edib qorumalıyıq. Çünki dəfn olunduqları yerə hörmət etmək onların özlərinə və əqidələrinə ehtiram etməkdir.

Bəqi qəbiristanlığına daxil olub əziz Peyğəmbərin səhabələrinin, dini rəhbərlərin, imamların, din yolunda çalışan adamların qəbirlərini viran edilmiş halda gördükdə, insanın qəlbi riqqətə gəlir. Özlərini İslamın təbliğatçısı adlandıran vəhhabilərin daş ürəkli əməllərindən insan heyrətə gəlir. Onlar Peyğəmbərin səhabəsinin və dini rəhbərlərin adlarını minbərlərdə və söhbət əsnasında uca tuturlar. Lakin qəbirlərinə və dəfn olunduğu yerlərə gəldikdə, zərrə qədər hörmət etmirlər. Hətta, həmin ərazilərdə heyvan və həşəratların olmasına yol verməkdən belə çəkinmirlər. “Şirk” və “müşrik” kəlmələrini bəhanə gətirib, övliyalara ehtiramsızlıq edib, başqalarının da fikirlərini, dillərini, gözlərini və qulaqlarını zəncirləyib ehtiram və ziyarət etməyin qarşısını alırlar.

Bu müqəddəs qəbirləri ziyarət edənləri müşrik adlandırırlar. Vəhhabilər ilahi övliyalarla düşmənçilik etdikləri üçün övliyaların qəbirləri zayarət olunanda bərk narahat olurlar.

İndi isə əziz Peyğəmbərin məzarını ziyarət etmək haqqında islami sübutlara diqqət yetirək.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin