Вәһһаби Мәзһәби



Yüklə 1,5 Mb.
səhifə15/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   11   12   13   14   15   16   17   18   ...   98

Quran və qəbirlərin ziyarət edilməsi


Quran Peyğəmbərə münafiq cənazəsinə namaz qılmağa və qəbri kənarında oturmağa açıq-aşkar icazə vermir:

“Onlardan (münafiqlərdən) ölən heç bir kəsin namazını heç vaxt qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun peyğəmbərini dandılar və fasiq olaraq öldülər.”2

Bu ayədə Allah münafiqlərin şəxsiyyətini alçaltmaq və bu dəstəni tənbeh etmək üçün Peyğəmbərə belə bir göstəriş vermişdir:

1 − Münafiqlərin cənazəsinə namaz qılmaq olmaz.

2 − Onların qəbirlərinin başı üstündə durmaq qadağandır.

Bu ayədə münafiqlərə işarə olunmaqla, qeyri-münafiqlər (müsəlman və möminlər) haqqında bu iş bəyənilmiş və yaxşı əməllərdən sayılmışdır.

Bu ayədə “qəbrinin başında durma” kəlməsində məqsəd nədir? Tənha dəfn vaxtı münafiqin başı üstündə durmağa icazə verilirmi? Bu, mömin və müsəlmanlara da aiddirmi? Və yaxud dəfndən sonra cənazənin başı üstə durmaq olarmı?

Bəzi təfsir alimləri ayəni “dəfn vaxtı cənazənin başı üstə durmaq olmaz” kimi təfsir etmişlər. Lakin Bəyzavi kimi başqa təfsir alimləri bu ayəni ümumi nöqteyi-nəzərdən belə açıqlayırlar:

“Dəfn və ziyarət vaxtı qəbrin yanında durmaq düzgün deyil.”3 Ayənin mənasına diqqət yetirsək, geniş və ümumi mənada olduğu (dəfn və ziyarət vaxtı qəbrin başı üstə durmamağı) dərk edərik.

Çünki ayənin mənası iki cümlədən ibarətdir:

1. “Onlardan (münafiqlərdən) ölən heç bir kəsin namazını heç vaxt qılma...”

“Heç bir kəs” kəlməsi inkar cümləsində gəlib və hamıya aiddir.

“Heç vaxt” sözü qeyri-müəyyən zamanda işlənmişdir. Cümlənin mənası belədir: Münafiqlərdən heç birinin heç vaxt namazını qılma.

Bu iki kəlməyə diqqət yetirsək, görərik ki, cümlənin xüsusiliyi bildirilmir. Çünki namaz dəfndən qabaq bir dəfə vacib olur. Əgər meyit namazı nəzərdə tutulsaydı, onda “heç vaxt” kəlməsi işlənməzdi. Lakin bu kəlam bütün münafiq şəxslərə aid olduğundan yuxarıdakı nəzəriyyə (meyit namazı) tamamilə səhvdir. Çünki “heç kimə namaz” kəlməsi ümumidir, yəni bu ayə bütün müşriklərə aiddir. Bundan əlavə, “heç vaxt” sözü zamanın qeyri-müəyyənliyini və əbədiliyini bildirir.

Məsələn: “Sizə Peyğəmbərdən sonra onun zövcələri ilə heç bir vaxt evlənmək əsla yaraşmaz...”1

Deməli, cümlənin birinci mənası belədir: Heç bir münafiqə namaz qılmaqla və yaxud başqa əməllə onun günahlarının bağışlanmasını istəmə.

2 − “Qəbrin başında durma...”.

Bu cümlənin özündən qabaqkı cümlə ilə bağlılığı var. Çünki, bağlayığı ilə birləşdirilmiş sözdə işlənən qeyd kəlməsi bağlayıcının özünə də aiddir.

Belə olan halda dəfn, cənazənin başı üstündə durmaq nəzərdə tutulmur. “Heç bir kəs” kəlməsi birinci surətdə bütün münafiqlərə aid olduğu kimi, zamanın əbədiliyini bildirir.

Allah Peyğəmbəri münafiqlər üçün rəhmət istəməkdən, namaz qılmaqdan, dua etməkdən, qəbirlərinin başı üstündə dayanmaqdan istər dəfndən qabaq, istər dəfndən sonra bu iki kəlmə ilə (“namaz qılma” və “qəbrin başı üstündə dayanma”) çəkindirmişdir. (Hər zaman dua etmək və qəbrin başı üstündə durmaq) ancaq möminlərə aiddir. Bir neçə il əvvəl vəfat etmiş möminin məzarı üstündə oxunan Quran və dua qəbul olunur. İndi isə hədis və rəvayət nöqteyi-nəzərindən qəbirləri ziyarət etməyin fəziləti haqqında məsələləri araşdıraq.



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin