Вәһһаби Мәзһәби


Qadınların qəbirləri ziyarət etməsi



Yüklə 1,5 Mb.
səhifə11/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   7   8   9   10   11   12   13   14   ...   98

Üçüncü fəsil

Övliyaların qəbri kənarında məscidin tikilməsi


Övliyaların qəbri kənarında məscid tikmək düzgündürmü? Əgər düzgündürsə, onda Peyğəmbərin məsihilər və yəhudilər haqqında söylədiyi hədisin mənasına necə istinad etmək olar? O hədis belədir: “Allahın Rəsulu peyğəmbərlərin qəbirlərini ibadətgah seçən iki dəstəyə lənət göndərib. Övliyaların qəbri kənarında məscid tikmək bu hədisin ziddinə deyilmi?”

Cavab: İslamın qanunlarına diqqət yetirsək, görərik ki, övliyaların qəbri kənarında məscid tikmək heç də haram sayılmır. Allahın sevimli bəndələrinin dəfn olunduğu yerin ətrafında məscid tikməkdə məqsəd Allaha ibadət və təbərrükdən başqa bir şey ola bilməz. Bundan əlavə, belə yerlərdə məscid tikilirsə, övliyaları ziyarət edənlər ziyarətdən qabaq və yaxud ziyarətdən sonra öz vacibi ibadətlərini yerinə yetirirlər. Bir halda ki, qəbirləri ziyarət etmək, ziyarətdən qabaq, yaxud sonra namaz qılmaq haram sayılmırsa, onda vacib əməlləri yerinə yetirmək və Allaha ibadət etmək üçün övliyaların qəbri kənarında məscid tikməyin heç bir eybi yoxdur və eyni zamanda da haram deyildir.

Əshabi-Kəhfin əhvalatına nəzər saldıqda görərik ki, bu iş (övliyaların qəbri kənarında məscid tikmək) İslamdan qabaqkı dinlərdə olan qayda-qanuna uyğun bir əməldir. Quran bunu bizə tənqidsiz nəql edir.

O dövrün insanlarına üç yüz doqquz il keçəndən sonra Əshabi-Kəhfin əhvalatı bəlli olan zaman onlar Əshabi-Kəhfin şan-şöhrətini ucaltmaq üçün iki dəstəyə ayrıldılar.

Bir dəstə dedi: “Övliyaların məzarı üzərində tikili inşa edək. Bununla onların adlarını, nişanə və tarixlərini qoruyub saxlayaq.” Quran bu haqda belə buyurur: “Onların üstündə bir bina tikin.”1

Başqa bir dəstə dedi: “Onların qəbri üstündə (mağaranın üstündə) təbərrük üçün məscid tikək...”

İslamın təfsir alimlərinin bu ayə haqqında ümumi fikirləri belədir2: Birinci dəstə müşriklər, ikinci dəstə isə Allaha ibadət edənlərdən ibarət idi.3 Çünki Quran bu haqda belə buyurur: “Bu mübahisədə qalib gələnlər “övliyaların məzarı üzərində məscid tikək” deyənlərdir.”4

Tarixdən belə məlum olur ki, Əshabi-Kəhfin əhvalatı tovhidin şirkə5 qalib gəldiyi vaxt ilə üst-üstə düşür. Müşriklərin gücü zəifləmiş və artıq xalqı bütpərəstliyə dəvət etməyə cürətləri yox idi. Sözsüz ki, möminlər qalib gəlmişdilər və onların qəbir üzərində Allaha ibadət məqsədi ilə məscid tikmələri onların Allah bəndələri olmalarını bir daha sübut etdi.

Əgər, həqiqətən, övliyaların qəbri üzərində və yaxud kənarında məscid tikmək haram sayılırsa, nəyə görə möminlər belə bir təklif irəli sürdülər? Nəyə görə Quranda du hədis nəql edilərkən, Allah möminləri tənqid etmir. Quranda bir işin tənqidsiz və etirazsız nəql olunması onun düzgünlüyünə, haram olmamasına dəlil deyildirmi? Allah müşriklərin əməllərindən danışırsa, mümkün deyil ki, onları tənqid etməsin. Belə sübut üsul elmində “Təqrir” adlanır. Bu iş dünyada möminlər arasında davam etmiş və qəbir sahibinə bir növ ehtiram əlaməti olmuşdur. Yaxşı olardı ki, vəhhabilər hədisə əsaslanmamışdan qabaq Qurana nəzər salıb, sonra hədisə müraciət edəydilər.

İndi isə vəhhabilərin dəlillərini araşdırırıq.



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin