Вәһһаби Мәзһәби


Dördüncü vəsil Kitab və sünnə baxımından möminlərin məzarının ziyarət edilməsi



Yüklə 1,5 Mb.
səhifə10/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   6   7   8   9   10   11   12   13   ...   98

Həqiqəti görmək əvəzinə bəhanə gətirmək


Vəhhabilər Bəqi qəbiristanlığında dəfn olunmuş imamların qəbirlərini viran edib dağıtmaq üçün belə bir bəhanəyə əl atdılar:

Bəqi qəbiristanlığı vəqf olunmuş yerdir. Bu yerlərdən vəqf niyyəti ilə istifadə etmək lazımdır. Orada maneə törədən hər bir şeyi aradan götürmək lazımdır. İmamların qəbri üzərində inşa olunmuş tikililər Bəqi qəbiristanlığında lazım olduğu kimi istifadə etməyin qarşısını alır. Çünki bu məqbərələrin hasara alınmış divarları bir çox yerləri qəsb edir. Elə buna görə də, bu tikililər viran edilməli və hamı bu yerdən istifadə etməlidir.

Bu bəhanəni aradan qaldırmaq üçün belə bir cavab verməyi özümüzə borc bildik:

Şübhəsiz ki, belə bir dəlilə əsaslanmaq bəhanədən başqa bir şey ola bilməz.

Vəhhabilərin qazısı nəyin bahasına olur-olsun, bu tarixi abidələri məhv etmək istəyirdi. Əgər bəhanə tapıb sübut gətirməsəydi, bu tikililəri zor gücünə də viran edəcəkdi. Deməli, həmin bəhanə qabaqcadan hazırlanmış, planlaşdırılmışdır. Bunun üçün də onlar Bəqinin vəqf olunmuş yer olduğunu iddia edirdilər. Lakin bu, sadəcə olaraq bir bəhanədir. Çünki heç bir hədis və tarix kitablarında Bəqinin vəfq olunmuş yer olduğuna işarə olunmayıb, əksinə, Mədinə əhli öz ölülərini orada dəfn edirdi. Belə olan halda bu qəbiristanlıqdan hər kim istəsəydi, istifadə edə bilərdi.

Qədim zamanlarda əhali münbit olmayan və xam torpaqlara yiyələnmirdi. Çünki bu torpaqları abadlaşdırmaq çox çətin idi. kəndlilər şəhərə axışıb gəlmirdilər. “Yer”, “yer sahibi”, “yer alqı-satqı müəssisələri” və bu kimi məsələlər yaranmamışdı. Çox yerlər sahibsiz idi. hər kim istəsəydi, bu yerlərə sahib ola bilərdi. Şəhər, kənd və yaxud qəsəbə əhalisi belə yerlərdən bir hissəsini ölülərini dəfn etmək üçün ayırmışdı.

Əgər bir kəs sahibsiz, boş yerdə ilk dəfə olaraq öz ölüsünü dəfn etsəydi, hamı bunu davam etdirər və həmin yeri qəbiristanlıq adlandırardı. Heç kim bu yerlərə (qəbiristanlıqlara) sahib olub vəqf edə bilməzdi.

Bəqi qəbiristanlığı da belə ərazilərdən biridir. Hicaz və Mədinə şəhərlərində yerin qiyməti yox idi. mədinə şəhərində heç bir ağıllı adam münbit torpağı qəbiristanlıq üçün vəqf etməzdi. Bir halda ki, münbit olmayan torpağın sahisə münbit torpağın sahəsindən çoxdursa, onda əhali ölüləri dəfn etmək üçün qeyri-münbit torpaq sahəsindən istifadə edərdi.

Bu həqiqəti tarix də təsdiq edir. Səmhudi “Vəfaül-Vəfa fi əxbari darül-Mustafa” kitabında yazır: “Bəqi də ilk dəfə Peyğəmbərin (s) səhabəsi Osman ibn Məzun dəfn olunmuşdur. Peyğəmbərin oğlu İbrahim vəfat etdikdən sonra o, oğlu İbrahimin Osmanın yanında dəfn olunmasına göstəriş verdi. O vaxtdan hamı öz yaxın adamlarının cənazəsini Bəqidə dəfn etməyə başladı. Ərazi kolluqlardan təmizləndikdən sonra qəbilələr arasında bölüşdürüldü. Bəqidə Ğürqəd adlı bir ağac var idi. Osman ibn Məzun dəfn olunan zaman o ağacı kəsdilər.”1

Ğürqəd Mədinə şəhərinin səhra və çöllüklərində bitir. Buradan aydın olur ki, Bəqi münbit ərazi olmamışdır.

Əksinə, tarix imamların Bəqidə dəfn olunduğu yeri Əqil ibn Əbu Talibin2 evi olduğunu təsdiq edir. İmamlardan dörd nəfərinin pak və müqəddəs cənazələri Bəni-Haşimə məxsus olan bir evdə dəfn olunub.

Səmhudi yazır:

Əbbas ibn Əbdül Müttəlib (Peyğəmbərin əmisi) Bəni-Haşim məqbərəsində, Əqilin evində, Fatimə bint Əsədin (Həzrət Əli (ə)-ın anası) yanında dəfn olunub.

Səid ibn Cübeyrdən belə nəql edilir: “O, (Səid) Peyğəmbərin oğlu İbrahimin qəbrini Məhəmməd ibn Zeyd ibn Əlinin evində (məqbərəsində) görmüşdür.

Deyliənə görə, Peyğəmbər Səd ibn Məazın cənazəsini Bəqi ətrafnda olan İbn Əfləhin günbəzli evində dəfn etdi.”

Bu cümlələrdən Bəqinin vəqf olunmuş yer olmadığı bəlli olur. Bizim imamlarımız özlərinə məxsus olan yerdə dəfn olunublar. Vəqf bəhanəsi ilə Peyğəmbər övladlarının məzarlarını uçurmaq nə dərəcədə düzgün sayılır?

Tutaq ki, Bəqi qəbiristanlığı vəqf olunmuşdur. Bəlkə vəqf edən böyük bir şəxsiyyətə aid qəbirlərin üzərində tikinti inşa etməyə icazə vermişdir? Əgər icazə verib-verməməsini bilmiriksə, onda möminin gördüyü iş düzgün olduğu üçün onu günahkar hesab edə bilmərik. Belə olan halda məqbərələri, günbəz və məscidləri viran edib uçurtmaq haram sayılır.

Qazı İbn Büləyhəd çox yaxşı bilirdi ki, “vəqf” sadəcə olaraq bir bəhanədir. Əgər bu bəhanə də olmasaydı, yenə də, bu yerləri viran edəcəkdilər. Bu onların birinci əməli deyildi. Onlar 1221-ci ildə (1801) Mədinəni ələ keçirtdikdən sonra Peyğəmbər ailəsinin tarixi abidələrini viran etdilər. Sonradan Osmanlı imperatorluğu hakimiyyəti dövründə bu yerlər təmir olundu.



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin