Вәһһаби Мәзһәби


On birinci fəsil Sağlığında ilahi övliyalardan kömək istəmək



Yüklə 1,5 Mb.
səhifə22/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   18   19   20   21   22   23   24   25   ...   98

Vəhhabilərin qəbirləri ziyarət etmək məqsədi ilə səfərə çıxmağın haram olması haqda sübutları


Vəhhabilər zahirdə Peyğəmbərin qəbrini ziyarət etməyə icazə verir, lakin qəbri ziyarət etmək məqsədi ilə səfərə çıxmağı haram bilirlər. Məhəmməd ibn Əbdül-Vəhhab risalə kitablarının ikincisində, “əl-hədiyyətüs-sünniyyə” risaləsində yazır:

Peyğəmbəri ziyarət etmək müstəhəbdir, məscidi ziyarət edib namaz qılmaqdan başqa, ziyarət məqsədi ilə səfərə çıxmaq isə düzgün deyil. Onlar “Səhih” kitablarında Əbu Hüreyrənin1 nəql etdiyi hədisə əsaslanaraq qəbri ziyarət etmək üçün səfərə çıxmağı haram bilirlər:

Peyğəmbər buyurdu: Bu üç məscidin ziyarətindən başqa səfər etmək düzgün sayılmır:

1. Mənim məscidim (Məscidün-Nəbi)

2. Məscidül-həram

3. Məscidül-Əqsa”

Bu hədis hada başqa iki oxşar variantlarda nəql olunub: “Üç məscidin ziyarəti üçün səfər etmək düzgün sayılır: 1) Kəbə; 2) Mənin məscidim (Məscidün-Nəbi; 3) Əqsa məscidi”.

Bu hədis haqda “Səhih” kitablarında bəhs olunub və ravisi Əbu Hüreyrə olduğuna görə hədisin sənədi haqqında bəhs etmirik. Hədisin öz məzmunundan bəhs etsək, daha faydalı olar.

Peyğəmbərlərin, imamların və övliyaların ziyarəti üçün səfər etmək hədisdə qadağan olunmamışdır. Çünki hədisin mövzusu məscidlərə səfər etmək və məscidlərdən cəmisi üç məscidin istisna olması haqdadır. Lakin məqbərələr və dəfn olunan müqəddəs yerlər bu həidsin mövzusundan kənardır və hədisdə qadağan olunmamışdır.

Hədisdə bəhs olunan mövzu məsciddir və bu üç məscid istisna olduğu üçün məzar və qəbiristan və s. yerlər buna aid deyildir.

2) Əgər bütün müqəddəs yerlərə müsafirət etmək qadağan sayılırsa, bu düzgün deyil. Çünki həcc mərasimində “Ərəfat”, “Məşər” və “Mina” yerlərinə ziyarət üçün səfər olunur.

3) Quran ayələrində və hədislərdə Allah yolunda cihad etmək, elm öyrənmək və valideyni ziyarət etmək üçün edilən səfər xüsusi olaraq vurğulanmışdır.

“Hər tayfadan bir dəstə (dini elmləri öyrənmək, sonra da dindaşlarına öyrətmək üçün) qalsın ki, insanları döyüşdən qayıtdığı zaman Allahın əzabı ilə qorxutsun. Bəlkə onlar əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən çəkinsinlər!”2

Bu səbəbdən böyük hədis alimləri hədisi həqiqi mənada təfsir etmişlər. “İhyaul-ülum” kitabının müəllifi Ğəzzali deyir: “Müsafirətin başqa bir mənası ibadət, cihad, həcc, peyğəmbərlərin, səhabələrin və övliyaların ziyarəti üçün səfər etmək deməkdir. Hər kimin sağlığında ziyarət edilməsi təbərrük sayılırdısa, vəfatından sonra da ziyarət edilməsi təbərrük sayılır, bunun heç bir eybi yoxdur və bu hədislə heç bir ziddiyyət təşkil etmir.

Hədisin mövzusu məscid olduğuna görə və başqa məscidlər fəzilət cəhətdən bir olduğu üçün bu üç məsciddən başqa, digər məscidləri ziyarət etmək niyyətilə səfərə çıxmağa icazə verilməmişdir. Məscidlərdən başqa peyğəmbərlərin və övliyaların ziyarəti fəzilət sayılan əməllərdəndir.3

Bu üç məsciddən başqa yerdə qalan bütün məscidlərə səfər etmək nəhy olunmuşdur. Burada bir mətləbi qeyd etmək istərdik: Əziz Peyğəmbər buyurur: “Bu üç məsciddən başqa yerdə qalan məscidlərə səfən etməyin.” Əlbəttə bu o demək deyil ki, başqa məscidlərə səfər etmək haram sayılır. Yəni başqa məscidlərin savabı bu üç məscidin savabı qədər olmadığı üçün insanın zəhməti hədər getməsin deyə, başqa məscidlərə səfər etməsə, yaxşı olar. Bütün dünyada məhəllə, qəsəbə, kənd, şəhər məscidlərinin fəziləti və savabı bərabərdir. Şəhərdə Cameməscidi ola-ola başqa bir şəhərin məscidinə səfər etməyə ehtiyac yoxdur. Əgər belə bir iş görülsə, yəni məscid ziyarəti üçün səfər olunsa, günah və haram iş sayılmır. Bu mətləbə “səhih” və “sünən” kitablarının müəlliflərindən nəql olunan hədisi sübut gətirə bilərik:

Səhihi-Buxaridə deyilir:4

“Əziz Peyğəmbər hər şənbə günü piyada və yaxud miniklə “Quba” məscidinin ziyarətinə gedərdi. Ömərin oğlu da bu adətə əməl edərdi. Allaha görə namaz qılmaq üçün məscidlərin birinə getmək nəyə görə haram sayılsın? Əgər, məsciddə namaz qılmaq müstəhəb sayılırsa, deməli, onun müqəddiməsi də (məscidə səfər etmək) müstəhəb sayılır.



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin