İkinci etiraz:
“Allahdan bir istək diləmək üçün Onu məxluqun haqqında and vermək düzgün deyildir. Çünki məxluqun Xaliqə (Allah üzərində) heç bir haqqı yoxdur.”2
Cavab:
Belə bir dəlil və sübut Quran müqabilində ictihad etməkdən başqa bir şey ola bilməz. Əgər doğrudan da məxluqun Xaliq üzərində heç bir haqqı yoxdursa, nəyə görə keçən hədislərdə Həzrət Adəm Allahı İslam Peyğəmbərinin haqqına and verib bu haqqa əsasən Allahdan bağışlanmaq və istəklər diləyir?
Bundan əlavə, Quran ayələrinə necə bəhanə gətirə bilərik? Halbuki, Quran bəndələrin Allah yanında hüquqa və haqqa malik olduqlarını bildirir. İslami hədislər də bunu sübut edir.
“Möminlərə kömək etmək Bizə vacibdir.”3
“Allah... Möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır...”4
“Möminləri xilas etmək Bizə vacibdir.”5
“Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunur ki, onlar nadanlıq ucundan bir pis iş gördükdən sonra dərhal tövbə edərlər.”6
Öz başına bəzi əsassız fikirlərə əsaslanıb bu ayələri təfsir etmək düzgündürmü?
Hədislərdən nümunələr?
1. Namusdan və haramdan qorunmaq üçün evlənməyə Allah zamindir.7
2. Allah-taala üç dəstəyə kömək etməyi Özünə lazım bilir: a) Allah yolunda cihad edənə, b) azad olmaq üçün ağası ilə müqavilə bağlayan nökərə, v) evlənməklə namusunu qoruyan cavana.8
3. Məgər görmürsən ki, bəndələrin haqqı Allaha vacibdir?...”9
Bəli, heç kimin təklikdə Allahın üzərində haqqı yoxdur. Bəndə əsrlər boyu Allaha ibadət etməsinə baxmayaraq, gərək onun qarşısında təvazökarlıq etsin. Çünki bəndənin hər nəyi varsa, Allahdandır, özündən heç bir şey məsrəf etməyib ki, Allahın üzərində də haqqı olsun. Buna görə də burada haqq kəlməsindən əsas məqsəd Allah tərəfindən Öz lütfü ilə bəndələrə verilən məqam, mənəvi yüksəklik və savabdır. Allah bəndələrə kömək etməyi Öz öhdəsinə götürmüşdür. Belə bir haqqın Allahın üzərində olması Onun böyüklüyü və əzəmətidir.
Heç bir bəndənin Allahın üzərində haqqı yoxdur. Əgər varsa da, Allah bu haqqı Öz lütfü və mərhəməti üzündən üzərinə götürmüş, bununla da məxluqatı borc sahibi, Özünü isə borclu göstərmişdir.
Allahın üzərində məxluqun haqqı olması ehtiyacsız Allahın fəqir bəndədən borc istəməsinə oxşayır, nəhayət, Özünü borclu, məxluqu isə borc sahibi bilir.1
Dostları ilə paylaş: |