İyirminci fəsil
Vəhhabilik məktəbi marksizmi təqlid edərək, İslam məktəbi ilə tamamilə müxalif olan hadisələrlə üzləşib inkişaf edərək zaman keçdikcə müsəlmanlar üçün təzə yollar çəkib, yeni hökmlər sadir edir.
Səudilərin müftisi olan Əbdül Əziz ibn Baz həccin ibadət əməli olması bəhanəsi ilə başqa məsələlərə qarışmağı və nümayişləri haram etmişdir.
Buna görə də əli çomaqlı və silahlı polislər Allah evinin qonaqlarının və ziyarət edənlərinin başqa işlər görmələrinin qarşısını alırlar.
Kitabın bu hissəsində Səudi müftisinin fitvalarına cavab olaraq həccin siyasi-ictimai cəhətdən böyük əhəmiyyət kəsb etdiyini ayələr, hədislər və müsəlmanların rəftarı ilə araşdırırıq. İndi keçək əsas mətləbə.
Həcc əməlini yerinə yetirməyin əsas məqsədi insanları Allah müqabilində təvazökarlığa dəvət etməkdir. Bu mətləb haccin əməllərinə diqqət yetirdikdə tamamilə aydın olur.
Həccin birinci əməlindən axırıncı əməlinə kimi haqqa ibadət edib, Ondan başqasına ibadət etməmək bəli olur. Xüsusi iləmüstəhəb dualar və zikrlərlə bu əməlləri yerinə yetirmək bu mətləbi daha da işıqlandırır.
Həmin əməlləri yerinə yetirməklə belə bir nəticə çıxartmaq olar:
Həcc:− Ən gözəl və mümkün olan surətdə haqqa sitayiş və ibadət etməkdir.
Həcc:− Böyük Allahın qarşısında təvazökarlıqdır.
Həcc:− Allah dərgahına ürəkdən yalvarmaq və nalə etməkdir.
Həcc:− Bəndəliyin əsliyyətini cilvələndirən ibadətdir.
Həcc:− Şəhvətlərdən pak, uzaq olmaqla dünyadan üzülməkdir.
Allah evini ziyarət edənlər iki parça ehram paltarına bürünməklə maddi cəhətdən zahirlərini bəzəməyi tərk edir və Allahdan başqa hər bir şeyin, hətta övladın, ailənin, var-dövlətin, doğma yurdun yaddan çıxdığını təsəvvür edirlər. Allah evini ziyarət edənlərin fikrini yalnız “ləbbeyk” (hazıram) zikri məşğul edir.
Bu məsələ həc əməllərinə, müqəddəs məkanlarda (Məscidül-Həram, Səfa və Mərvə dağları...) yerinə yetirilən əməllərə görə müsəlmanlara qalmaq vacib olan yerlərə (Ərəfat, Mina) diqqət yetirməklə diha da bəlli olur. Buna görə də gərək həcc ibadətin və məzhəbin ən böyük əməllərindən sayılsın.
Lakin bu mətləbin arxasında daha bir məsələ var. O da budur ki, görəsən Həcc ibadət əməli hesab olunduğu halda, ictimai-siyasi cəhətlərə də malikdir, yoxsa gecə namazı kimi başqa islami məsələlərə qarışmamaqla yalnız ibadətlə təkmilləşir?
Bəlkə Allah-taala həcci siyasi-ictimai cəhətləri olmadan Ona ibadət etmək üçün bütün müsəlmanlara (kişi, qadın, cavan, qoca) vacib edib?
Yaxud bu əməl ibadətlə siyasətin başlanğıc nöqtəsidir və Allaha ibadət etməklə yanaşı, ictimai-iqtisadi məsələlərlə bağlı olma mərkəzidir. Bu məsələni təhqiq edib Quran ayələri, hədislər, keçmişdə olan saleh bəndələrin əməlləri ilə işıqlandıracağıq.
Dostları ilə paylaş: |