Müsəlmanlar Məkkəni fəth edərkən təəccübə və heyrətə gəlmiş müşriklər müqabilində belə bir dua oxudular. Bu dua əvvəldən axıra kimi siyasi şüarlardan ibarətdir:
“Allahdan başqa Allah yoxdur və hökumət Allahındır.
İbadət və sitayiş Ona məxsusdur. O, dirildir, öldürür və hər bir şeyə qadirdir.
Allahdan başqa Allah yoxdur, yalnız və yalnız Odur tənha. Verdiyi vədəyə əməl edən, müsəlmanlara kömək edən və birləşmiş zülmkar qüdrətləri məhv edən Odur.”1
Əziz Peyğəmbər həccin siyasi cəhətini təyin etmək üçün söylədiyi bəyanlara kifayət etməyib, bəzi vaxtlar kiçik həcc əməlinin belə siyasi cəhətdən ayrı olmadığına işarə etmişdir. Məsələn, Səfa və Mərvə dağları arasında səy etmək və xüsusi yerlərdə sürətlə yeriməklə müşriklərin − müsəlmanlar Mədinənin iqlimindən (suyundan, havasından) zəifləyiblər − deyə çıxartdıqları şayiəni təkzib edir. Bu səbəbdən hətta həccin ümrəsinin qəza əməlini yerinə yetirərkən qüdrətlərini və güclərini müşriklərə göstərmək üçün bu yerlərdə qaçmağa göstəriş verilib.1
Əziz Peyğəmbər təvaf namazında birinci rükətdə “Tovhid” (“İxlas”), ikinci rükətdə isə “Kafirun” surəsini oxudu. Hamılıqla bilirik ki, bu surələrin mənası nədən ibarətdir və nə kimi siyasi cəhətləri əhatə edir. Bu iki surədə ikiliyə ibadət etmək və küfr pislənib və rədd olunub.
Tarixdə müsəlmanlar Həcərül-Əsvədə əl sürtərək bu kəlməni dedikləri bəlli olur:
“Allahın adı ilə. Allah bizi hidayət etdiyinə görə hər bir şeydən böyükdür. Allahdan başqa Allah yoxdur və Onun şəriki yoxdur. Allaha iman gətirirəm və tağuta nifrət edirəm.”2
Dostları ilə paylaş: |