1) İmam Sadiq (ə) həccin fəlsəfəsi və sirlərini açıqlayaraq belə buyurur:
“Məkkədə camaat bir-birini, Allahın Rəsulunun tarixi abidələrini tanımaq üçün şərqdən və qərbdən bu şəhərə toplaşırlar. Əgər hər bir cəmiyyət öz ölkəsinin məhsuluna kifayətlənib arxalansaydı, məhv olardı, yer üzündə olan şəhərlər viran olub ticarət aradan gedərdi və xəbərlər cammata çatmazdı. Budur həccin fəlsəfəsi.”
Bu cümlədə həccin elmi, iqtisadi və ictimai-siyasi bir ziyarət olduğu bəlli olur. Həqiqətdə həcc əməli müsəlmanlar arasında bir-birinə bağlı olan halqalara oxşayır. Yəni, həccin vasitəsi ilə dünya müsəlmanları gündəlik və keçmiş xəbərləri, səhabələr, tabeinlər şərqdə və qərbdə hədis nəql edənlərin köməyilə Peyğəmbərin sünnəsindən xəbərdar olurlar. Hətta müxtəlif yerlərdən gələn müsəlmanlar öz ölkələrinin məhsullarını dünyaya tanıtdırmaqla ticarət edirlər.
2) İmam Sadiq (ə) buyurur:
“Allah yanında yer üzündə Mərvə və Səfa dağları arasında səy etməkdən gözəl bir yer yoxdur. Çünki bu yerdə bütün inadakarlar zəlil olmaqla öz übudiyyət bəndəliklərini nümayiş etdirirlər.”3
3) Keçmiş olan səhabələrin, tabeinlərin bu mövsümdə İslamın və müsəlmanların xeyrinə bəhrələndikləri haqda tarix şəhadət verir. Bir çox azadlıq hərəkatlarının kökü bu yerdən başlanıb. Millətlər zalımlardan öz haqlarını almaq üçün mübarizəyə buradan dəvət edirdilər. Bu haqda Hüseyn ibn Əlinin Minada söylədiyi sözlərə qulaq asmaq kifayət edər. Hüseyn ibn Əli Mina çölündə Bəni-Haşim qəbiləsini, ona yaxın olan və dost olan böyük şəxsiyyətləri ətrafına topladı. Min nəfərdən çox olan cəmiyyət onun ətrafına cəm oldu. Bu zaman Peyğəmbərin övladı öz sözünə başladı:
“Allaha həmd edib Onun Rəsuluna salam göndərirəm. Ey camaat, bilin! Artıq həddini aşıb-daşan Müaviyənin zülmü sizə yetişib, siz hamınız Müaviyənin bizim haqqımızda necə pis işlər gördüyündən xəbərdarsınız. Sizə bir neçə söz deyəcəyəm. Əgər düz desəm, sözümü təsdiq edin, əgər yalan desəm, sözümü təkzib edin. İndi isə mənim sözümü eşitməklə qəlblərinizdə gizlin saxlayın, sonra hər bir şəxs öz qəbiləsinə, tayfasına və şəhərinə qayıdaraq inandığı adama mənim sözlərimi çatdırsın. Mən haqq olan dinin yer üzündən silinməsindən qorxuram. Düzdür, Allah-taala Öz dinini həyata keçirəndir, hətta kafirlər belə istəməsə...”4
Sonra Hüseyn ibn Əli Peyğəmbərin Əhli-beyti haqqında nazil olan ayələrdən bir neçəsini oxudu. Camaata and verdi ki, öz şəhərlərinə qayıtdıqdan sonra bu sözləri inamlı adamlara söyləsinlər. Sözümü qurtardıqdan sonra onlar dağılıb getdilər.
Təkcə Hüseyn ibn Əli belə bir cəmiyyətin çoxluğundan faydalanmır. Hətta, İslam hökumətinin himayəsi altında yaşayan bəzi kitab əhli olanlar təcavüzə məruz qaldıqda belə bir mərasimdə İslam hakimindən öz haqlarını tələb edirlər. Bu əməl müsəlmanlar arasında olan sünnələrdən biridir.
Tarix deyir:
Əmr ibn Asın Misirdə hökumət etdiyi vaxt qibtilərdən (qədim xristian misirlilər) bir nəfər hakimin oğlu ilə yarış keçirtdi və qibtinin hakim oğluna qalib gəlməsi Əmr ibn Ası narahat etdi, nəhayət, Əmr Asın oğlu tərəfindən o qibti kişi yaralandı.
Yaralanan kişi bu hadisəni həcc mərasimində o zamanın hakiminə (Ömər ibn Xəttaba) danışdı. Ömər Asın oğlunu yanına çağırıb onun haqqında belə dedi:
− Hansı zamanda xalqı özün üçün kölə qərar vermisən, halbuki onlar anadan azad doğulublar?!1
Sonra vurulan kişinin qisasını Asın oğlundan aldı.
Tarix bu kimi hadisələrdən çox rəvayət edir. Bu da həccin təkcə ibadət deyil, siyasi bir əməl olduğuna şəhadət verir.
Həcc kimi bir yerdə camaat öz haqqını tələb etmək üçün hakimə və başqalarına şikayət edirlərsə, nəyə görə belə bir yerdə şərq və qərb zülmkarlarına qarşı etiraz olunmasın.
Dostları ilə paylaş: |