Xarici və müştərək müəssisələrin fəaliyyəti (2006-ci il)*
Sahələr
|
Fəaliyyət göstərən müəssisələrin sayı
|
İşləyənlərin orta siyahı sayı, nəfər
|
Orta aylıq əmək haqqı, manat
|
Məhsulun (işlərin və xidmətlərin) həcmi, mlrd manat
|
CƏMİ
|
863
|
63105
|
747
|
12, 1
|
Sənaye
|
234
|
28416
|
721
|
10, 1
|
Tikinti
|
86
|
13083
|
677
|
0, 7
|
Kənd təsərrüfatı
|
6
|
266
|
44
|
0, 06
|
Topdan və pərakəndə satış: avtomobillərin, məişət mallarının təmiri
|
251
|
4930
|
205
|
0, 08
|
Mehmanxanalar və restoranlar
|
27
|
2053
|
314
|
0, 06
|
Nəqliyyat, anbar təsərrüfatı və rabitə
|
81
|
4318
|
509
|
0, 7
|
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə fəaliyyəti
|
125
|
7087
|
2051
|
0, 4
|
Təhsil
|
26
|
1334
|
147
|
0, 005
|
Səhiyyə və sosial xidmətlər
|
12
|
655
|
294
|
0, 04
|
Digər kommunal sosial və fərdi xidmətlər
|
15
|
963
|
237
|
0, 02
|
* [44, 2007, s. 115]
Statistika göstəricilərdən eyni zamanda aydın olur ki, Azərbaycan sənayesində fəaliyyət göstərən xarici və müştərək müəssisələrin böyük əksəriyyəti hasilat sənayesində cəmlənmişdir. Başlıca olaraq xarici mülkiyyətə məxsus olan bu müəssisələr əsas etibarı ilə mineral ehtiyatların ixracı üzrə ixtisaslaşmışlar. Emaledici sənayedə də bütünlüklə xarici mülkiyyətə məxsus olan müəssisələrin xüsusi çəkisi yüksəkdir. Bu sahədə fəaliyyət göstərən müştərək müəssisələr isə əsas etibarı ilə daxili bazarda pərakəndə əmtəə dövriyyəsi ilə məşğul olurlar. İxracda onların payı azdır.
Xarici investisiyalı müəssisələrin fəaliyyəti regionlar üzrə təhlil edildikdə isə aydın olur ki, onların böyük əksəriyyəti (2006-ci ildə müəssisələrin 93, 4%-i, mal və xidmətlərin isə 98%-i) Bakı şəhərində cəmlənmişdir.
Onların qeyri-neft sektorunda və Azərbaycanın bütün regionlarında proporsional şəkildə iştirakının təmin edilməsi üçün təşkilatçılıq və təşviq tədbirləri genişləndirilməlidir. Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsi üçün xarici investisiyalı müəssisələrin iqtisadiyyatın müxtəlif sahələrində yeni texnika və texnologiyanın, müasir idarəçilik üsullarının intensiv şəkildə tətbiqi vacibdir. Dövlət başçısının göstərdiyi kimi ölkəmizdə innovasiya fəaliyyətinin genişləndirilməsinə böyük ehtiyac vardır. Azərbaycanın qlobal iqtisadi sistemə səmərəli qoşulması perspektivləri tələb edir ki, xarici investisiyalı müəssisələr yalnız hasilat sənaye məhsullarının istehsalı və ixracı sahəsində ixtisaslaşmasın, eyni zamanda daxili bazarın ehtiyaclarının ödənilməsində və qeyri-neft sektoru məhsullarının ixrac potensialının inkişaf etdirilməsində də əhəmiyyətli rol oynasın. Həmin müəssisələrin yaradılması və fəaliyyəti sosial yönümlü tənzimlənən bazar iqtisadiyyatı modelinin strateji istiqamətlərinə uyğun şəkildə inkişafı ölkənin iqtisadi tərəqqisi üçün vacibdir.
Beləliklə, xarici investisiyalı müəssisələrin fəaliyyətinin yaxşılaşdırılması bir sıra məsələlərin həll edilməsini, məsələn, vahid iqtisadi mexanizmin strukturunda qeyri-mütənasibliyin aradan qaldırılması, texniki və texnoloji tərəqqinin sürətləndirilməsi, ərzaq, mənzil, ekologiya və digər sosial problemlərin həll edilməsində onların rolunun artırılmasını tələb edir. Məhz, bunlarla əlaqədar olaraq qlobal iqtisadi sistemə səmərəli şəkildə inteqrasiyanın mühüm forması kimi xarici sərmayəli müəssisələrin inkişafı dövlətin iqtisadi siyasətinin strateji istiqamətlərindən birinə çevrilmişdir.
10. 3. Beynəlxalq kredit və Azərbaycanda xarici borc problemi.
Beynəlxalq kredit Azərbaycanın qlobal iqtisadi və maliyyə mühitinə inteqrasiyasının mühüm kanallarından biridir və dövlət borcları problemi ilə sıx əlaqədardır. Dövlət borcu hökumət tərəfindən həyata keçirilən məqsədli maliyyə-kredit siyasətinin vacib həlqələrindən biridir. Azərbaycanın dünya iqtisadi və maliyyə mühitində mövqeyinin möhkəmləndirilməsi üçün ölkəmizin beynəlxalq ödəmə gücünün artırılması və xarici borclara xidmətin təmin olunması, gənc dövlətimizin və onun iqtisadi subyektlərinin cari öhdəliklər üzrə etibarlı maliyyə tərəfdaşı kimi beynəlxalq reputasiyasının yüksəldilməsi olduqca vacibdir.
Digər keçid iqtisadiyyatı ölkələrində olduğu kimi, Azərbaycanda da daxili və xarici dövlət borcu münasibətlərində milli iqtisadi maraqları əsas götürən modern maliyyə siyasətinin həyata keçirilməsi, dövlət krediti kanalları ilə daxil olan vəsaitdən maksimum səmərəli istifadə edilməsi və qaytarılması mexanizminin təkmilləşdirilməsi, hüquqi bazanın inkişaf etdirilməsi dövlətin səmərəli fəaliyyətinin əsas istiqamətlərindən biridir. Dövlət borcu müasir dövrdə dövlətin yeritdiyi maliyyə siyasətinin mühüm tərkib hissəsi olmaqla, milli-iqtisadi təhlükəsizliyi müəyyən edən ciddi məsələlərdən biri hesab edilir.
Dövlət borcu - dövlətin fiziki və hüquqi şəxslər, xarici dövlətlər, beynəlxalq təşkilatlar və beynəlxalq hüququn digər subyektləri qarşısında icra olunmamış maliyyə öhdəlikləridir.
Dövlət borclarının meydana gəlməsini şərtləndirən əsas səbəbləri aşağıdakı kimi qruplaşdırmaq olar:
İnvestisiya layihələrinin maliyyələşdirilməsi zərurəti;
Büdcə kəsirlərinin ödənilməsi;
Tədiyə balansı kəsirlərinin maliyyələşdirilməsi və valyuta məzənnəsinin tənzimlənməsi;
Xarici ticarətin kreditləşdirilməsi;
Fövqəladə hadisələrin maliyyələşdirilməsi.
Azərbaycanın xarici borcunun yaranması Rusiya Federasiyası ilə ''sıfır variantı'' haqqında sazişin bağlanması ilə başlanmışdır. Həmin sazişə görə Azərbaycan keçmiş SSRİ-yə olan iddialarından imtina edərək, əvəzində isə keçmiş SSRİ-nin xarici borclarına xidmət etmək üzrə bütün öhdəliklərdən azad olunmuşdur.
Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik əldə etdikdən sonra qlobal təsərrüffat sisteminə intensiv inteqrasiya strategiyasına uyğun olaraq dünyanın aparıcı beynəlxalq maliyyə-kredit təşkilatlarının üzvlüyünə qəbul edilmiş və onlarla əməkdaşlığı fəal sürətdə inkişaf etdirir. Bu təşkilatlar arasında BVF, Dünya Bankı Qrupu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər maliyyə təşkilatları xüsusilə əhəmiyyətlidirlər. Həmin təşkilatlar ölkə iqtisadiyyatının müxtəlif sahələrində layihə və proqramların həyata keçirilməsi üçün maliyyə vəsaiti təqdim edir.
Xarici istiqraz və xarici borc məsələləri üzrə siyasi kursun müəyyən edilməsi və reallaşdırılması ölkənin iqtisadi strategiyasının mühüm istiqamətlərindən biridir və dünya borc böhranı yarandıqdan sonra bu problemə diqqət bir çox ölkələrdə obyektiv olaraq artmışdır.
Xarici borclanmalar borclanma tipinə görə aşağıdakı kateqoriyalara bölünür:
Bilavasitə hökumət tərəfindən borclanmalar (G);
Hökumətə verilən və sonradan öncədən müəyyən edilmiş şərtlər əsasında təkrar razılaşma yolu ilə ssuda şəklində icraçıya ötürülən kreditlər (G/O);
Dövlət müəssisələri və təşkilatları tərəfindən hökumət zəmanəti ilə alınan kreditlər (G/G).
Maliyyə Nazirliyinin məlumatlarına əsasən borcun yaranma mənbələrinə görə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) və Eksimbanklar aparıcı mövqeyə malikdir. (bax: cədvəl 10. 4)
Cədvəl № 10. 4.
Azərbaycana xaricdən cəlb edilən kreditlər və onun strukturu
1 yanvar 2008-ci il
|
İmzalanmış sazişlər üzrə cəlb olunmuş vəsait
|
İstifadə olunmuş və dövlət borcu hesab edilən kerditlər üzrə
|
I. Cəmi kreditlərin məbləği
ÜDM faiz nisbəti
Adam başına düşən xarici borc
|
4991. 0
16. 8%
580. 3 ABŞ dolları
|
2441. 9
8. 2%
283. 9 ABŞ dolları
|
II. Kreditlərin strukturu
1. İqtisadi islahatlar üçün cəlb
edilən kreditlər
Beynəlxalq Valyuta Fondu
Dünya Bankı
2. İnvestisiya layihələri üçün cəlb edilən kreditlər
Elektrik enerjisi sektoru
Kənd təsərrüfatı və meliorasiya
Yol tikintisi və nəqliyyat
Kimya sənayesi
Neft və qaz sektoru
İşğaldan azad olunmuş ərazilərin bərpası
Sosial sahələr
Digər sahələr
|
581. 2 11. 6%
299. 7 6. 0%
281. 6 5. 6%
4409. 7 88. 4%
1544. 6 30. 9%
318. 6 6. 4%
1307. 4 26. 2%
81. 4 1. 6%
158. 0 3. 2%
69. 1 1. 4%
649. 3 13. 0%
281. 2 5. 6%
|
15. 3%
4. 1%
11. 1%
-
84. 7%
-
35. 7%
-
7. 6%
-
19. 1%
-
1. 5%
153. 9 6. 3%
54. 7 2. 2%
180. 9 7. 4%
120. 1 4. 9%
|
Digər kateqoriyalara nisbətən bu iki qurumun ayırdıqları kreditlər güzəştli şərtlərə malikdirlər. Onlar Azərbaycanın xarici dövlət borcunun yarısına qədərini təşkil edir. Bu sahədə növbəti yeri Avropa Yenidənqurma və İnkişaf Bankı tutur (yekun həcmdə xüsusi çəkisi 7, 5%). Həmin bankın ən iri kredit tranşı 53, 2 mln. dollar Yenikənd Su Elektrik Stansiyasının tikintisinə ayrılmışdır. Kreditorlar üzrə borcun strukturu 01. 10. 2006-cı il tarixdə aşağıdakı kimi olmuşdur:
BVF- 4. 1%, Dünya Bankı – 27. 9%, İİB – 3. 2%, AYİB – 6. 5%, KFV – 3. 2%, KTBİF - 1%, YBƏB – 15. 9%, Ekzim Banklar – 32. 7%, Kommersiya Bankları - 3%, Ölkələr – 2. 7%. Maliyyə Nazirliyinin məlumatına əsasən 1. 01. 2008-ci il tarixində xarici dövlət borcunun borclanma növünə görə təsnifatı aşağıdakı kimidir:
Bilavasitə hökumətə verilən kreditlər – 996. 6 mln. ABŞ dollar;
Hökumətə verilən və icraçıya ötürülən kreditlər – 586. 5 mln. ABŞ dollar;
Hökumət zəmanəti ilə təqdim edilən kreditlər – 858. 8 mln. ABŞ dollar.
Azərbaycan Respublikasının Beynəlxalq maliyyə-kredit təşkilatları və xarici ölkələrdən almış olduğu kreditlər cədvəl 10.4 məlumatlarından göründüyü kimi iqtisadiyyatın çox geniş sahələrini əhatə edir. Bazar iqtisadiyyatına keçid şəraitində alınan kreditlərin təxminən 1/5-i struktur islahatlarının həyata keçirilməsinə sərf edilmişdir. Bu qəbildən olan kreditlərə bank sisteminin dirçəldilməsi, büdcə və tədiyə balansı kəsirlərinin maliyyələşdirilməsi üçün alınmış vəsaitlər daxil edilir. Halbuki, büdcə və tədiyə balansı kəsirlərinin ödənilməsi məqsədilə alınan kreditlərin heç də hamısı struktur islahatı üçün istifadə edilmir. Bütün xarici kreditlərin 88. 4%-i iqtisadiyyat sahələrinə yönəldilmişdir. Energetika və nəqliyyatın inkişaf etdirilməsi məqsədlərinə 57. 1%-i yönəldilmişdir. Nəqliyyat sektoruna isə TRACECA proqramı çərçivəsində Böyük İpək Yolunun bərpa edilməsi məqsədilə Ələt-Qazıməmməd yolunun tikintisi üçün 71, 1 mln. dollar ayrılmışdır. Azərbaycan iqtisadiyyatına cəlb olunan investisiya xarakterli kreditlərin həcmi 2003-cü ildə 213. 0 mln. ABŞ dollarından 2007-ci ildə 2069. 3 mln. dollara qədər yüksəlmiş və cəmi xarici borcların 84. 7%-ni təşkil etmişdir.
Yuxarıdakı fəsillərdə qeyd edildiyi kimi Azərbaycan kimi keçid iqtisadiyyatı ölkələrində investisiyaların maliyyələşdirilməsi üçün xarici mənbələrə böyük ehtiyac vardır. İnvestisiya kreditlərinin beynəlxalq hərəkəti qloballaşma prosesini sürətləndirir və inkişaf etməkdə olan ölkələrdə iqtisadi tərəqqi üçün əlavə imkanlar yaradır. Bu əlavə vəsaitlərdən səmərəli istifadə olunması həmin ölkələr qarşısında duran mühüm problemlərdən biridir.
İqtisadiyyata kredit qoyuluşlarının tərkibində də xarici investisiya kreditlərinin xüsusi çəkisi 1995-ci ildə 15, 2%-dən, 2005-ci ildə 14. 2%-ə qədər, sonrakı illərdə sürətlə artaraq 2007-ci ildə xüsusi çəkisi 59. 3%-ə yüksəlmişdir [44, s. 378-379]. Nəzərə almaq lazımdır ki, beynəlxalq maliyyə-kredit təşkilatlarının investisiya kreditləri adətən güzəştli xarakter daşıyır və onların artması ölkəmizdə xarici kreditlərin səmərəliliyinin mühüm göstəricilərindən biridir.
Respublikanın investisiya ehtiyatlarının maliyyələşdirilməsində Dünya Bankı xüsusilə seçilir (27. 9 %) və həmin təşkilatla aparılan işin daha da genişləndirilməsi vacibdir. Eyni sözləri Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankı haqqında da demək olar. Xarici borcun valyuta tərkibi çox müxtəlifdir. Ən yüksək xüsusi çəkiyə bütün borcların 32. 7 %-i SDR (xüsusi borcalma hüququ) ilə alınan borclar təşkil edir. Bu valyuta ilə borcu BVF və BİA verirlər. Onun dəyəri, məlum olduğu kimi hər gün ərzində dörd valyutadan ibarət səbət əsasında müəyyən olunur. Səbətdəki valyutaların proporsiyaları belədir: ABŞ dolları – 25. 4%, Avro - 20%, Yaponiya iyeni – 15, 9%.
SDR və İslam dinarı ilə verilmiş borcların valyuta tərkibi müəyyən edilərkən borclar həmin valyutaların səbətdəki faiz nisbətinə uyğun olaraq bölünür. Bu zaman aydın olur ki, borcların 20, 6 %-i ABŞ dolları, 19, 1 %-i yapon iyeni, 16, 6 %-i Avro, 3 %-i İsveçrə frankı və 2, 2 %-i islam dinarı valyutalarda əks olunublar.
Azərbaycanın xaricdən aldıqları borcların faiz dərəcələri orta hesabla 3, 5-4% təşkil edir ki, orta hesabla götürüldükdə bu o qədər yüksək hesab edilmir. Bu onunla əlaqədardır ki, bu borcların böyük əksəriyyəti beynəlxalq inkişaf institutları tərəfindən güzəştli şərtlərlə verilir. Məsələn, BYA üzv ölkələri fərdi ortamüddətli inkişaf strategiyası çərçivəsində kreditlər 30 il müddətinə illik 0, 75% hesabı ilə verilir. Alman və Yaponiya İnkişaf fondları da təxminən eyni şərtlərlə verir. BVF-nun kreditləri isə 3, 5-5% arasında dəyişir. Kommersiya şərtləri ilə kreditlər isə çox yüksək faizlə - LİBOR + (3, 5%), yəni təxminən 10%-lə təmin edilir. Uzun və orta müddətli kreditlər üzrə faiz dərəcəsi 2, 3 % və orta ödəniş müddəti 22 ildir. Faiz dərəcələrinin növləri üzrə bölgü belədir: sabit dərəcə 59, 4 %, dəyişkən dərəcə üzrə 31, 3 % və BVF-in kreditləri 7, 2 %.
Lakin Azərbaycan müxtəlif kommersiya və ixrac-idxal banklarından dəyişən faiz dərəcələri (üstəgəl müəyyən marj) ilə də kreditlər alır. Bu kreditlər ABŞ dolları, isveçrə frankı, yapon iyeni və avro ilə verilir. Azərbaycanın ümumi borcunun 27%-ni təşkil edən bu dəyişən faiz dərəcələri ilə alınan borclar çox riskli hesab edilirlər. Çünki LİBOR-un nominal dərəcəsi 80-90-cı illərdə olduğu kimi çox geniş diapazonda dəyişikliyə məruz qala bilər. Belə hal təkrar olunarsa ölkənin tədiyə balansı üzərində əlavə ağır yük yarana bilər. Ona görə də onlardan minimum dərəcədə istifadə edilir.
Beləliklə, aparılan təhlil göstərir ki, Azərbaycanın xarici borcları postsovet respublikaları arasında o qədər də yüksək nisbi səviyyəyə malik olmasa da ilk illərdə sürətlə artmışdır. Bu artım 1995-2001-ci illərdə 4, 6 dəfə təşkil etmişdir. 2002-2005 ci illərdə artım cəmisi 55% olmuşdur. Onun xüsusi çəkisi ÜDM-a nisbətən 1995-ci ildə 12%-dən 2001-ci ildə 29%-ə, 2006-ci ildə isə həmin nisbət 9, 9 %-ə qədər azalmışdır. Neft amili (və ya neft gəlirləri ) həmçinin əvvəlki illərlə müqayisədə xarici borclanmanın artım tempinin aşağı düşməsinə təsir göstərib. Belə ki, 2002-ci illə müqayisədə 2003-cü ildə Azərbaycanın xarici borcu 15, 9 % artaraq 1575 mln. ABŞ dolları, 2004-cü ildə isə artım 0, 8 % olmaqla 1588 mln. ABŞ dolları olub. 2005-ci ildə isə artım bir qədər də sürətlənərək 3, 9 %-ə yüksəlib. Beləliklə 2005-ci ildə Azərbaycanın xarici borcu 1650 mln. ABŞ dolları olub. 01. 01. 2008-ci ildə isə 2441. 0 mln. ABŞ dolları olub. Dünya ölkələrinin təcrübəsinə əsaslanaraq Azərbaycanın xarici borcunun yüksək olmadığını demək olar. 01. 01. 2008-cı ildə Azərbaycanda adambaşına xarici borcun məbləği 283. 9 ABŞ dolları olub ki, bu da bir çox keçid iqtisadiyyatlı və inkişaf etməkdə olan ölkələrlə müqayisədə xeyli aşağıdır. Azərbaycanda xarici borcun inkişaf etmiş ölkələrlə müqayisədə az olmasına təsir göstərən əsas amil kimi neft gəlirlərini də göstərmək olar.
2007-ci il ərzində respublikamızın iqtisadiyyatı üçün mühüm əhəmiyyəti olan müxtəlif layihələri maliyyələşdirmək məqsədi ilə 767, 2 mln. ABŞ dolları məbləğində 8 kredit sazişi imzalanmışdır. Müxtəlif beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən ayrılan kreditlər strukturuna görə aşağıdakı kimi təsnif olunur:
-Dünya bankı (2 kredit) -260, 0 mln. ABŞ dolları
-Avropa yenidən qurma və inkişaf bankı(1 kredit) -92, 0mln. ABŞ dolları
-İslam İnkişaf bankı(1 kredit) -80, 0 mln. ABŞ dolları
-Almaniya höküməti(1 kredit) -42, 0 mln. ABŞ dolları
-Koreyanın “Şinhan” Bankı (1 kredit) -180, 0 mln. ABŞ dolları
-ABN AMRO Bank (1 kredit) -100, 2 mln. ABŞ dolları
-Səudiyyə İnkişaf fondu(1 kredit) -13, 0 mln. ABŞ dolları
Bu məbləğlər əsas etibarilə respublika iqtisadiyyatının prioritet sahələrinə - infrastrukturun bərpası, yenidən qurulması və inkişaf etdirilməsi üzrə layihələrin həyata keçirilməsinə yönəldilmişdir.
Azərbaycan Respublikasının xarici dövlət borcu 2007-ci il yanvar tarixində 2, 0 mlrd. ABŞ dolları olduğu halda il ərzində artaraq 2008-ci il 1 yanvar tarixində 2, 4 mlrd ABŞ dollarına çatmışdır. Ümumən, xarici dövlət borcunun strukturu 2008-ci il 1 yanvar tarixindən aşağıdakı əsas nisbi göstəricilərlə ifadə olunur:elektrik enerjisi sektorunun inkişafı və bərpası -35, 7%, nəqliyyat infrastrukturunun bərpası -19, 1%, iqtisadi islahatlar -15, 3%, kənd təsərrüfatı -7, 6%, sosial sahələr -7, 4%, işğaldan azad olunmuş ərazilərin bərpası -2, 2%, digər sahələrdə -12, 7 % . Beləliklə 2007-ci il 1 yanvar tarixində imtiyazlı kreditlərin məbləği 1, 35mlrd. ABŞ dolları, 2008 ci il 1 yanvar tarixində isə bu göstərici 1, 46 mlrd. ABŞ dolları təşkil etmişdir. 2007-ci ilin nəticələrinə görə 102, 2 milyon ABŞ dolları məbləğində əsas borc qaytarılmış və 68, 3 mln. ABŞ dolları məbləğində xarici dövlət borcu ilə əlaqədar faiz ödənişi həyata keçirilmişdir.
10. 4. Azərbaycan Respublikasının tədiyə balansının aktual problemləri.
Ölkənin beynəlxalq iqtisadi əlaqələrinin dünya bazarlarına inteqrasiyasının vəziyyətini və dinamikasını əks etdirən sənədlər arasında tədiyə balansı xüsusi yer tutur. Belə ki, tədiyə balansı mal idxalı və ixracı ilə yanaşı, beynəlxalq xarakterli xidmətlərin, pul köçürmələrinin, investisiyaların, kreditlərin və digər əməliyyatların hərtərəfli araşdırılmasında, ölkənin valyuta gəlirlərinin və xərclərinin uçotunun aparılmasında mühüm rol oynayır. Qeyd olunan sahələr üzrə valyuta daxilolmalarını və ödənişlərini göstərməklə tədiyə balansı iki bölmədən - cari əməliyyatlar balansından və kapitalın və maliyyənin hərəkəti balansından ibarətdir.
Bazar iqtisadiyyatını özünün iqtisadi inkişaf yolu kimi seçən Azərbaycan Respublikasında tədiyə balansının tərtibatına 1995-ci ildən başlanmışdr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 1995-ci il tarixli 25 nömrəli qərarı ilə ölkədə hesabat tədiyə balanslarının hazırlanması Milli Banka həvalə olunmuşdur. Bu məqsədlə yaradılmış xüsusi departament Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Maliyyə Nazirliyinin, digər müvafiq dövlət orqanlarının və bank statistikasının məlumatları əsasında rüblük, yarımillik və illik tədiyə balanslarının tərtibi ilə məşğuldur. Artıq 1995-1998-ci illər üzrə hesabat tədiyə balansları işlənib hazırlanmışdır. Bu balanslar Azərbaycan Respublikasının iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasını, onun inkişaf səviyyəsini və xarici iqtisadi əlaqələrin iqtisadiyyatda rolunu nümayiş etdirir. Belə ki, həmin illər üzrə tədiyə balansları Azərbaycan Respublikasının təxminən 5 min hüquqi və 600 mindən çox fiziki şəxslərinin il ərzində 80-dən artıq dövlətin çoxsaylı rezidentləri ilə apardıqları iqtisadi əlaqələri özündə əks etdirirdi. [103, s. 297]
Azərbaycan Respublikasının tədiyə balansının təhlili göstərir ki, ölkə iqtisadiyyatı 70 il ərzində Sovet imperiyasının yeritdiyi siyasətin dərin izlərini özündə uzun müddət əks etdirməkdə davam etmişdir. Əlavə №15-in məlumatları göstərir ki, tədiyə balansının əsas tərkib hissəsi olan cari əməliyyatlar hesabının kəsirlə yekunlaşmasının əsas səbəbi (1996-1999-cu illərdə) Azərbaycan Respublikası üçün xarakterik ticarət və xidmətlər balansında iri həcmdə mənfi saldonun mövcudluğu olmuşdur. Cari əməliyyatlar balansının kəsiri 1998-ci ildə ən yüksək həddə - 1364, 5 mln. ABŞ dollara çatdıqdan sonra 2000/2001-ci illərdə azalmış və 2001-ci ildə 51, 8 mln. dollar təşkil etmişdir. Bunun əsas səbəbi beynəlxalq neft müqavilələrinin - neft hasilatı və onun nəqli mərhələsinə daxil olmasıdır. Cari əməliyyatlar hesabının ən mühüm tərkib hissəsi ticarət balansıdır.
1994-cü ildən başlayaraq ticarət balansı kəsirlə başa çatmışdır (Bax: əlavə 15). Bu meyl 1999-cu ilədək davam etmiş, yalnız 2000-ci ildən ölkənin xarici ticarətində müsbət dəyişikliklər baş vermiş və balans müsbət saldo ilə yekunlaşmışdır. 2000-ci ildə ixracın payı artaraq 60%, idxalın payı isə 40% olmuş, ticarət balansı müsbət saldo verərək 53 mln. ABŞ dolları təşkil etmişdir. 2004-cü ildə bu göstəricilər müvafiq olaraq 51%, 49% təşkil etmişdir və müsbət saldo isə 160 mln. ABŞ dolları olmuşdur. İxracın həcminin idxala nisbətən artması ixracın strukturunda neft və neft məhsullarının xüsusi çəkisinin artması ilə əlaqədar olmuşdur.
Həmin dövrdə xarici ticarət balansı kəsirinin coğrafi strukturunun təhlili göstərir ki, bu kəsirin başlıca mənbəyi MDB ölkələri ilə olan ticarətdir. 2001-2006-cı illərdə Avropa Birliyi ölkələri ilə xarici ticarət müsbət saldo verdiyi halda MDB ölkələri ilə ticarətin kəsiri artmaqda davam edir. Son illərdə tədiyə balansı üzrə maliyyə axınları ölkənin ödəmə qabiliyyətinin daha da yaxşılaşdığını, investisiya potensialının reallaşması prosesinin sürətləndiyini və xarici tərəfdaşların ölkəmizə etimadının artdığını göstərir.
Cari əməliyyatlar hesabının saldosu bir sıra müsbət faktorlar, xüsusən neft strategiyasının reallaşması nəticəsində 2004-cü ildə 2, 6 mlrd. dollar kəsirlə yekunlaşmışdır. Belə ki, ölkəyə daxil olmuş xarici kapitalın artması hesabına investisiya xarakterli malların və xidmətlərin idxalı çoxalmışdır.
Cədvəl № 10. 5
Dostları ilə paylaş: |