Vergi Məcəlləsinin 137-ci maddəsinə uyğun olaraq hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti göstərən şəxslər həmin fəaliyyət üzrə ƏDV-nin bəyannaməsini hansı formada təqdim edirlər?
İctimai iaşə fəaliyyəti ilə məşğul olmayan kommersiya hüquqi şəxsin ardıcıl 6 aylıq dövrdə vergi tutulan əməliyyatlarının həcmi 140 min manat, onun VM-nin 13.2.39.3-cü maddəsində göstərilən filialının vergi tutulan əməliyyatlarının həcmi isə 85 min manat olmuşdur. Bu hüquqi şəxs ƏDV qeydiyyatına dair ərizə verməyə borcludurmu, yoxsa hüquqi şəxsin və filialının vergi tutulan dövriyyələri ayrı-ayrılıqda nəzərə alınacaq?
ƏDV ödəyicisi digər şəxsdən 1180 manat dəyərində mal almış və malın dəyərini nağd qaydada ödəmişdir. Sonradan həmin malları 2000 manata satmışdır. Bu zaman təqdim edilən mallara ƏDV hesablanmalıdırmı? Fikrinizi 159.7-ci maddə ilə əsaslandı-rın.
VM-nin 163.1.2-ci maddəsində əməliyyatın xarakterinin dəyişməsi ifadəsini necə başa düşürsünüz?
VM-nin 164.1.5-ci maddəsinə görə idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması ƏDV-dən azaddır. Burada idxal olunan əmlakın nə üçün istisna edilməsini əsaslandıra bilərsinizmi?
Alınmış avans üçün elektron vergi hesab faktura verilə bilərmi?
Mədəniyyət və ya idman sahəsində göstərilən xidmətlərin ixracı ƏDV-yə hansı dərəcə ilə cəlb olunur?
Qeyri-rezidentə məxsus əmlak vergi agentinə icarəyə verilmək üçün idxal edildikdə, vergi agentinin idxaldan ödənilmiş vergidən ƏDV-nin məbləğinin əvəzləşdirilməsi üçün nə üçün əmlakın sahibi olan qeyri-rezidentin icazəsi tələb olunur? (VM maddə 169.6)
Vergi ödəyicisi malın alıcısına elektron vergi hesab-fakturasını mal göndəriləndən sonra 5 gündən gec verərsə ona qarşı hansı məsuliyyət tədbiri görülə bilər?
Bina tikintisi ilə məşğul olan ƏDV ödəyiciləri üçün tikilən yaşayış binasının qeyri-yaşayış hissəsi (məs: pilləkənlər, foye, camaşırxana, lift, zirzəmi) ƏDV-nin vergitutma obyektidirmi?