Amortizasiya olunmayan aktivlər
Torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər
elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriya-larda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər
məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar)
heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları
istismar vaxtı çatmayan çoxillik əkmələr
kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları)
tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda
konservasiya edilmiş əsas vəsaitlər
ümumi istifadədə olan avtomobil yolları
ümumi istifadədə olan parklardakı avadanlıqlar
istismara verilməmiş anbarda olan əsas vəsaitlər
Misal 1. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi əsas vəsaitlərinin cari ilin sonuna qalıq dəyəri: nadir tarixi və memarlıq abidələri olan binalar üzrə 220 000 manat, dəzgahlar üzrə 40 000 manat, istismara verilməmiş anbarda olan əsas vəsaitlər üzrə 160 000 manatdır. Həmin fiziki şəxsin cari il üçün amortizasiya ayırmaları məbləği nə qədər təşkil edəcək?
Məlum olduğu kimi, nadir tarixi və memarlıq abidələri olan binalar və istismara verilməmiş anbarda olan əsas vəsaitlərə amortizasiya hesablanmır. Dəzgahlar üzrə amortizasiya ayırmasının norması isə 20%-dir. Bu halda amortizasiya ayırmasının məbləği:
40 000 * 20%=8 000 manat olacaqdır.
Misal 2. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin cari il üçün ümumi gəliri 150 000 manat, amortizasiya ayırmaları nəzərə alınmadan gəlirdən çıxılan xərcləri 60 000 manat təşkil edir. Fiziki şəxsə məxsus konservasiya edilmiş əsas vəsaitlərinin ilin sonuna qalıq dəyəri 16 000 manat, yüksək texnologiyalar məhsulu olan hesablama texnikasının ilin sonuna qalıq dəyəri 6 000 manat, istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərinin ilin sonuna qalıq dəyəri isə 2 000 manatdir. Bu fiziki şəxsin cari il üçün vergiyə cəlb ediləcək gəliri nə qədər olacaq?
Konservasiya edilmiş əsas vəsaitlər amortizasiya olunmur. Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə amortizasiya norması 25%, istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə amortizasiya norması isə 10%–dir. Fiziki şəxsin cari il üçün vergiyə cəlb ediləcək gəliri aşağıdakı kimi hesablanır:
1) 6000*25%=1500
2) 2000*10%=200
3) 150 000- (60 000+1500+200)=88 300 manat
Dostları ilə paylaş: |