247
7-ci Fəsil
Müdafiə Sektorunda Qəbul edilmiş Beynəlxalq
Normalar və Praktikalara Riayət etmək üçün Tədbir-
lər və Praktikalar
Dr. Viktor –Yves Ghebadi
Giriş
Özünün geniş təhülkəsizlik proqramının siyasi-iqtisadi sahəsi çərçivəsin-
də,ATƏT, müdafiə sektoru ilə əlaqədar, təəssüratverici normalar,öhdəliklər və
praktikalar siyahısı hazırlamışdır. Onun toplusu, ATƏT-in “birləşmiş yanaşma”,
özünü –çəkindirmə, şəffaflıq və qarşılıqlı hesabatlılıq rasionallığına uyğun olan öl-
kələrdən tələb olunan qlobal rejim formalaşdırır
153
. Yaxşı müəyyən edilmiş ənənə-
yə görə, həmən toplunun bütün elementləri ”siyasi məcburi” öhdəliklərdir və bu
variantın əsil mənası həmişə aydın başa düşülmür. Beynəlxalq münasibətlərdə döv-
lətin davranışı həm hüquqi, həm də qeyri-hüquqi sazişlərlə tənzimlənir. Qeyri-hü-
quqi sazişlərə girərkən, bir qayda olaraq, dövlətlər ona riayət etməyə çalışır və bir-
birindən də eynisini gözləyir. Bu cür sənədlər üçün sonrakı addımlarla müşaiyət
olunan praktika və icraetmə prosedurları da bu fərziyyəni dəstəkləyir
154
. Siyasi
məcburi sazişlər hökümətlərə bir sıra üstünlüklər gətirir.Onlar,qəbul edilmək üçün
parlamentə təqdim edilmir və onları müşahidə etmək də asandır
155
. Eyni zaman-
da,onların çevikliyi,”vəziyyət qeyri stabil olduqda ondan çıxmağa müəyyən imka-
153
ATƏT daxilində “birləşmiş təhlükəsizliyin”rəsmi tərifi yoxdur”. Lakin,ümumi anlam odur ki, bu
tip yanaşma qarşıdurma,hegemon davranış və birtərəfliliyi intisna edir və eyni zamanda bərabər
tərəfdaşlıq,inam,qarşılıqlı hesabatlılıq,həmrəylik,preventive addımlar,özünü çəkindirmə və hərbi
şəffaflığı qayda kimi tövsiyə edir. Məsələn, Lissabonda qəbul edilmiş İyirmi Birinci Əsr Avropa
Ümumi və Hərtərəfli Təhlükəsizlik Modeli haqda Lissabon Bəyanatı (1996) təsdiqləyir ki,“birləşmiş
təhlükəsizlik yanaşması” “hökmranlık üçün istənilən hərəkəti” istisna edir(Par.3) və “bərabər
tərəfdaşlıq”, “həmrəylik” və “şəffaflığı” irəli çəkir(Par.9).
154
Michael Bothe, “Legal and Non-Legal Norms – a Meaningful Distinction in International
Relations”, Netherlands Yearbook of International Law, Volume XI, 1980, pp. 68 and ss
155
Peter Koojmans, “The Code and International Law”, Cooperative Security, the OSCE and its Code
of Conduct, Gert de Nooy (ed.), The Hague, Kluwer Law International, 1996, pp. 35 and 37.
248
nı” hökümətin əlində saxlayır
156
. İstənilən halda,beynəlxalq öhdəliyin məcburi xa-
rakter daşıması üçün onun hüquqi məcburi olması zəruri deyil
157
.
ATƏT-in xüsusi qərar –vermə strukturu olan Təhlükəsizlik Əməkdaşlığı
Forumunda (TƏF)müxtəlif mövcud sənədlər,ya “Prinsiplər”,”Kodeks” və ya
“Sənəd” və ya sadəcə “Qərar” adı altında gedir. Bu sənədlər fundamental sa-
hələr olan silahlara nəzarət, inam və təhlükəsizliyi-gücləndirmək tədbirləri
(CSBM-lər) və təhlükəsizlik sektoru idarəçiliyi üzrə hazırlanmışdır. ATƏT-in
CSBM-lər və təhlükəsizlik sektoru idarəçiliyi üzrə əhəmiyyətli və hətta yeni-
likçi normativ aktlar hazırlamasını yüksək qiymətləndirdiyimiz halda, onun
Soyuq Müharibədən sonrakı dövrdə silahlara nəzarət və tərksilah məsələlərinə
töhvəsi daha da məhdud olmuşdur. Bu o fakta görə olmuşdur ki,1992-ci ildə
qəbul edilmiş Avropada Adi Silahlar üzərində Müqaviləyə görə və 1992-ci il
Açıq Səma Müqaviləsi ATƏT-ə aid olmamışdır. Danışıqların ATƏT-in çərçi-
vəsində getməsinə baxmayaraq,birinci sənəd NATO və keçmiş Varşava müqa-
viləsi ölkələri ilə ATƏT-in iştirakı olmadan hazırlanan əməkdaşlığı nəzərdə
tuturdu. İkinci sənəd, ATƏT-in ancaq 31 üzvünü bağlayır.Burada ATƏT-in
siyasi-hərbi normativ sənədlərinin və operativ mexanizmlərinin
158
analitik ic-
malı və həmçinin, ATƏT məkanı üzrə onların yerinə yetirilməsinin əsas isti-
qamətləri verilir.
Cədvəl 1: Müdafiə sektoru ilə bağlı ATƏT-in sənədləri
Silahlara Nəzarət
İnam və təhlükəsizliyi
gücləndirmək tədbirləri
(CSBM-lər)
Təhlükəsizlik Sektoru
İdarəçiliyi
Adi Silahların Verilməsi-
ni İdarə edən Prinsiplər
(1993)
Hərbi Məlumatların
Qlobal Mübadiləsi(1994)
Təhlükəsizliyin Siyasi-
Hərbi Tərəflərinin Davra-
nış Kodeksi(1994): VII və
VIII bölmələr.
Silahların Yayılmamasını
İdarə edən Prinsiplər (1994)
CSBM-lər üzrə Vyana
Sənədləri(1999 yenilən-
miş) bütöv mətn
CSBM üzrə Vyana Sə-
nədləri: Bölmə II (Müda-
fiə Planlaşdırması)
156
Bothe, op. cit., p. 91.
157
Koojmans op. cit., p. 34.
158
Analizlər,1995-ci il Deyton Sülh Sazişinə görə hazırlanan üç sub-regional CSBM/silahlara nəzarət
sənədlərini inkar edir : Bosniya-Herseqovinada CSBM-lər üzrə Vyana sazişi (26 Yanvar 1996), sub-
regional silah nəzarəti haqqında Florense Sazişi(14 İyun. 1996),və Yuqoslaviya və onun ətrafında
silahlara nəzarət haqda Vyana Yekun Sənədi (18 İyul 2001). ATƏT məkanında sub-regional və
ikitərəfli rejimlər üçün bax:e FSC.GAL/50/05 of 3 May 2005.
249
1993-cü il Kimyəvi Si-
lahlar Konvensiyasının Rati-
fikasiya prosesi Sorğusu üz-
rə TƏF-in Qərarı (1996)
Piyadalara qarşı minalar-
la bağlı Sorğu üzrə TƏF-in
Qərarı (1997 və 2004)
Yüngül silahlar(2000)
və Atıcı silahlar üzrə Sənəd
və tamamlayıcı TƏF qərar-
ları
Adi Sursatlar Ehtiyatları
(2003) və tamamlayıcı TƏF
qərarları ilə bağlı Sənəd
Silahlara Nəzarət Sənədləri
Silahlara nəzarətlə bağlı ATƏT-in qəbul etdiyi sənədlər, silahların ötürülməsi,
silahların yayılması,kimyəvi silahlar,piyadalara qarşı minalar, yüngül və atıcı silah-
lar(SALW) və sursat ehtiyatları ilə məşğul olur. Bu sənədlər,bir çox insan təhlükə-
sizliyi problemlərinə gətirir
159
. Bir istisna ilə (o da,deklarativ olan “Silahların Ya-
yılmamasını İdarə edən Prinsiplər”) onların hamısı adi silahlarla məşğuldurlar.
Qlobal baxsaq, onlar üç müxtəlif növ siyasi məcburi öhdəlikləri müəyyən edir:
Silahlara nəzarət sənədlərinin ratifikasiya prosesləri haqqında hesabat veril-
məsi. “Silahların Yayılmamasını İdarə edən Prinsiplər” üzrə 1994 –cü il bəyanatı
vasitəsilə iştirakçı dövlətlər özlərinin uyğun mövcud nüvə,kimyəvi və bakterioloji
silahlarla bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməyə sadiq olduqlarını ifadə et-
dilər. Onlar aşağıdakılardır: Nüvə Silahlarının Yayilmaması ilə bağlı 1968 Müqavi-
ləsi (NPT); Boğucu, Zəhərli və Digər Qazların İstifadəsinin Qadağan edilməsi
haqqında 1925-ci il Genevrə Protokolu;Bakterioloji və Toksik Silahların Hazırlan-
ması,İstehsalı və Toplanmasının Qadağan edilməsi və onların Məhv Edilməsi ilə
bağlı 1972 –ci il Konvensiyası(BTWC); 1993-cü il Kimyəvi Silah Konvensiyası;
və həmçinin 1987 –ci il bakterioloji silahların daşıyıcıları və daşıyıcı raketlər üzrə
159
Bir çox ekspertlər qeyd edirlər ki,Adi Silahların Ötürülməsi ilə bağlı Prinsiplər, SALW üzrə Sənəd
və Adi Sursatların Ehtiyatları ilə bağlı sənəd insan təhlükəsizliyi ilə əsaslandırılan və ya insan
təhlükəsizliyi problemini hədəf alan maddələrı əhatə edir. Bax: Heinz Vetschera, “The Future of the
Politico-Military Dimension – From Arms Control to Force Control”, The Reform of the OSCE
Fifteen Years After the Charter of Paris for a New Europe: Problems, Challenges and Risks, Victor-
Yves Ghebali and Daniel Warner (eds.), Geneva, HEI/PSIO (forthcoming)
250
Raket Texnologiyası Nəzarət Rejimi(MTCR). Onlar, həmçinin,uyğun beynəlxalq
normaları öz ölkələrinin qanunvericiliyində, təlimatlarında və prosedurlarında əks
etdirməyə razılığa gəldilər
160
. Sənədin məqsədi beynəlxalq nəzarət rejimi yaratmaq
yox, ümumi razılaşdırılmış prinsiplər əsasında daha təsirli milli nəzarət mexaniz-
mləri hazırlanmasına təkan vermək idi
161
.
Iştirakçı dövlətlər 1996-cı ildə bir addım da irəli gedərək Kimyəvi Silahlar Kon-
vensiyasının ratifikasiya prosesinin statusu haqqında illik məlumat mübadiləsi təsis
etmək haqqında qərara gəldilər( standard sorğu vasitəsilə)
162
. Qısa müddət son-
ra,onlar 1997-ci ildə oxşar olan Piyadalar Əleyhinə Minaların İstifadəsi,Toplanma-
sı,İstehsalı və Yayılmasının Qadağan edilməsi və Onların Məhv Edilməsi haqda
Ottava Konvensiyasını və həmçinin 1996 –cı il Minalar, Tələ-Minalar və başqa
Cihazlar haqqında düzəliş olan II Protokol da, Müəyyən Adi Silahlar üzrə 1980-ci
il Konvensiyasına aid edildi(CCW və ya Qeyri-insani Silahlar)
163
. 1980-ci il Adi
Silahlar Haqqında Konvensiyaya əlavə edilmiş Müharibə- dən qalan Partlayıcı
Maddələrlə (ERW) əlaqədar 2003-cü il V Protokol-un ratifikasiyasının gedişinə
könüllü məlumatın daxil edilməsi üçün, 2004 –ci ildə piyadalara qarşı minalarla
bağlı sorğu yeniləndi
164
. Kimyəvi silahlar və minalarla bağlı bu cür minimum öhdə-
liklərin qəbul edilməsi ATƏT-in iştirakçı dövlətlərinin hər iki məsələdə tutduğu
fərqli mövqelərlə daha yaxşı izah edilir.
Aktual saziş və siyasətlər üzrə məlumat mübadiləsi. ATƏT-in iştirakçı dövlət-
ləri Yüngül Silahların və Atıcı Silahların(SALW) yayılması və qanunsuz alveri ilə
bağlı əhəmiyyətli məlumat mübadiləsi etməyə razılaşmışlar. 1993-cü ildə “Adi Si-
lahları İdarə edən Prinsiplər”-in deklarativ mətni vasitəsilə,onlar, bu cür silahların
ötürülməsi zamanı özünü-məhdudlaşdıran və şəffaflıq prinsiplərinə riayət edəcək-
ləri öhdəliyi götürmüşlər( o cümlədən,əlaqədar texnologiya ilə bağlı) və bu öhdə-
likləri öz ölkələrinin siyasi sənədlərində əks etdirəcəklərini də qəbul etmişlər
165
.
ATƏT-n həmin məsələ ilə bağlı seminarının nəticələrinə görə, seminar zamanı xü-
susi informasiya mübadiləsi baş vermişdir, TƏF bu seminarları illik əsasda stan-
dard sorğular vasitəsilə keçirməklə institutlaşdırmağa qərar verdi
166
. 1998-ci ildən
başlayaraq, onlar razılığa gəldilər ki, uyğun məlumatlar Adi Silahlar Haqqında
160
The text of the OSCE Principles Governing Non Proliferation forms Chapter VI of the “Budapest
Decisions 1994”.
161
See Zdzislaw Lachowski, Confidence- and Security-Building Measures in the New Europe.
Oxford, Oxford University Press, 2004, SIPRI, Research Report No 18, p. 103.
162
FSC.DEC/5/96 of 26 June 1996.
163
REF FSC.DEC/14/97/Corr. of 3 December 1997.
164
FSC.DEC/7/04 of 24 November 2004.
165
The text of the OSCE Principles on Conventional Arms Transfers appears as Annex 3 to the FSC's
Journal No 49 of 24 November 1993.
166
FSC.DEC/14/95 of 19 July 1995.
251
BMT Registri (könüllü) tərəfindən müəyyən edilmiş kateqoriyalar və formalar əsa-
sında xəbərləşiləcəkdir
167
. O zamandan bəri, ATƏT iştirakçı dövlətləri,qlobal silah
ticarətinin əsasını təşkil edən vasitələrlə,əsas adi silahların yeddi kateqoriyası üzrə
illik məlumat mübadiləsi edirlər; döyüş tankları, ACV(zirehli döyüş maşınları), ge-
niş kalibrli artilleriya sistemləri,döyüş təyyarələri, hücum vertolyotları,hərbi gəmi-
lər( o cümlədən sualtı qayıqlar), raketlər və raket başlıqları. Bu rejim,Adi Silahlar
Haqqında BMT Registri-nə ATƏT-in kollektiv töhvəsini təşkil edir
168
.
Sonrakı onillikdə, yüngül və atıcı silahların hədsiz və qeyri sabitlik gətirən top-
lanması və nəzarətsiz yayılması üzündən iştirakçı dövlətlər “Yüngül və Atıcı Si-
lahlar haqqında Sənəd” qəbul etdilər(2000)
169
. Məlum olduğu kimi,bu problem sa-
dəcə ATƏT zonasına aid deyildir. Digər tərəfdən,dünyanın SALW üzrə əsas silah
istehsalçılarını və silah ixrac edənləri və soyuq müharibə dövründən qalan lazımsız
silahları da orada yerləşirdilər. Daha sonra, bir çox iştirakçı dövlətlər (xüsusilə
Albaniya, Bosniya-Herseqovina,Xorvatiya, Gürcüstan, Moldova və Tagikistan) bu
təhlukədən ciddi surətdə zərər çəkdilər
170
.ATƏT-n Sənədi istehsal, işarələmə, uçot,
ixrac nəzarəti kriteriyası, kommersiya və qeyri kommersiya idxalı,ixrac sənədləş-
mələri və prosedurları, vasitəçilik fəaliyyətləri və milli ehtiyatların təhlükəsiz ida-
rəetməsini əhatə edən normalar,prinsiplər və ölçüləri müəyyən etdi. Onun maddələ-
ri, iştirakçı dövlətləri məsul edir ki, yüngül və atıcı silahların istehsalı,satılması və
saxlanılması “milli və kollektiv müdafiənin,daxili təhlükəsizlik və BMT Nizamna-
məsi əsasında və ya ATƏT-in(Maddə 1.3ii) çərçivəsində, sülhməramlı əməliyyatla-
rın legitim tələblərinə uyğun” və həmçinin, beynəlxalq və regional ixrac kriteriya-
sına uyğun olaraq 1993 ATƏT-in Adi Silahların Satılması ilə bağlı Prinsiplərinə ri-
ayət etməklə həyata keçirilir. Daha konkret olaraq, o, istehsala milli nəzarət vasitə-
silə,qanunsuz ticarətlə (Bölmə II), ixracatlarla(Bölmə III) və ehtiyatların idarəetmə-
si ilə(BölməIV) mübarizə tələb edir.
Nəzərə alsaq ki, dünyada SALW ticarətinin ücdə biri qanunsiz kanallarla həyata
keçirilir,Bölmə II sadəcə istehsal, düzgün işarələmə və SALW- ın səliqəli uçotu ilə
məşğul olur; əsasən, o, hər hansı məhsulun iştirakçı dövlətin ərazısində və ya kə-
narda istehsal olunduğunu izləmək məqsədi güdür. 2001- ci il 30 İyundan bəri, on-
lar, milli işarələmə sistemi haqqında məlumat mübadiləsi edirlər. Qanuni ötürmələr
və qanunsuz ixraclarla məşğul olan III Bölmə SALW-ın bir çox ölkələrə ixracından
167
FSC.DEC/13/97 of 16 July 1997 and FSC.DEC/8/98 of 4 November 1998.
168
BMT Registri Baş Məclisinin 6 Dekabr 1991 (A/RES/46/36/L ) “Silahlanmada Şəffaflıq”
qətnaməsindən sonra qurulmuşdur. İndiyə kimi,164 dövlət bir və ya iki dəfə Registr-in
tələblərinə riayət etmişdir.
169
Text of the Document : FSC.DOC/1/00 of 24 November 2000.
170
Albaniya halı üçün bax FSC.DEL/103/00 of 3 April 2000, FSC.DEL/121/00 of 4 April 2000,
FSC.DEL/393/00 of 13 September 2000 and FSC/AIAM/01 of 1 March 2001. As regards Moldova,
see FSC.DEL/133/00 of 5 April 2000.
252
çəkinməyə aparan ümumi kriteriya irəli sürmüşdür: bu insan haqlarını pozan,möv-
cud silahlı münaqişələri uzadan və ya pisləşdirən,regional qeyri sabitliyə töhvə ve-
rən və ya terrorizmə dəstək verən və onu həvəsləndirən ölkələrə aiddir
171
. Oğur-
luq,korrupsiya və etinasızlıq yolu ilə itkilərin qarşısını almaq üçün,IV Bölmə işti-
rakçı dövlətləri məcbur edir ki, onların SALW ehtiyatları( o cümlədən, silinmiş və
sıradan çıxmış silahlar) düzgün milli inventarlaşma uçotu hesabatlarının və nəzarət
prosedur və ölçülərinin mövzusu olsun. Eyni zamanda,hər bir dövlətin anbarlarda
artıq silahların olduğunu qiymətləndirmək hüququnu tanıyaraq,Konvensiyanın
maddələri, hədsiz dərəcədə SALW olursa,həmçinin, qanunsuz satılan və dövlət or-
qanları tərəfindən müsadirə olunan silahlar varsa, onların məhv edilməsini nəzərdə
tutur.
Daxili səviyyədə qəbul edilmış ölçülərdən başqa, bu sənəd mürəkkəb seriyalı
baza,illik və müntəzəm(yeniləşmə) çoxtərəfli məlumat mübadiləsi vasitəsilə “şəf-
faflıq tədbirləri” təmin edir və aşağıdakı məsələlərə toxunur; milli işarələmə siste-
mi(II.D.1); ATƏT-n digər iştirakçı dövlətlərindən ixrac və idxal(III.F.1), ixrac si-
yasəti,proseduralar və sənədləşmə, vasitəçilik üzərində nəzarət(III.F.2); müsadirə
olunan və məhv edilən atıcı silahların sayı(IV.F.1); ehtiyatların idarə olunması və
təhlükəsizliyi üzrə milli prosedurlar(IV.E.2); və sonda məhv etmə prosedurları və
texniki yolları (IV. E.3). 2002-ci ildə, ilk məlumat mübadiləsindən dərs götürərək,
ATƏT BMT-nin “Yüngül və Atıcı silahların qanunsuz ticarətinin bütün tərəflərinin
qarşısını almaq,mübarizə aparmaq və ləğv etmək haqqında Fəaliyyət Planı”-na
özünün regional töhvəsini vermək üçün “Hesabat Standardı” qəbul etdi
172
.
Cədvəl II: ATƏT-in SALW Sənədinin tələb etdiyi məlmat mübadiləsi
Baza məlumatı(2001) nə zaman la-
zımdırsa yenilənməlidir
İllik məlumat mübadiləsi
İstehsal zamanı və /və ya SALW-
ın idxalı zamanı istifadə olunan Milli
işarə systemləri (Maddə II.D.1)
Keçən təqvim ilində digər ATƏT
iştirakçı dövlətlərindən SALW idxal
və ixracı(Mad.III.F.1)
Milli qanunvericilik və SALW-ın
ixrac siyasətinin indiki praktikası, pro-
ATƏT iştirakçı dövlətlərinin ərazi-
sində keçən təqvim ili ərzində lazım-
171
Actually, a major weakness of Section III's arrangements is that it requires reporting only for
“exports to, and imports from, other participating States” while a significant part of SALW is
exported outside the OSCE area.
172
FSC.DEC/9/02 of 3 July 2002. Actually, the OSCE Document (November 2001) was adopted
shortly in advance of the UN Program (December 2001). Its provisions are generally similar to the
latter and, sometimes, contain much broader commitments as regards export control and post conflict
rehabilitation.
253
sedurlar, sənədləşmə və vasitəçilik nə-
zarətiləri(Mad.III.F.2)
sıq və /və ya müsadirə olunmuş və
məhv edilmiş silah kimi ayırd edilən
SALW-ın kateqoriyası,alt-kateqoriya-
sı və miqdarı(Mad.IV.E.1).
Milli ehtiyatlar idarəetməsi və təh-
lükəsizlik prosedurları(Mad.IV.E.2)
SALW-ın məhv edilməsi üçün tex-
niki metodlar və prosedur-
lar(Mad.IV.E.3)
2001-ci ildə Amerika Birləşmiş Ştatlarına yönəlmiş 9/11 terror aktlarından dərhal
sonra, SALW Sənədi TƏF tərəfindən SALW-ın qanunsuz ticarətə və terror məqsədlə-
rinə dönməsi riskini azaltmaq üçün qərarlarla gücləndirildi. 2003-2004 illərdə, iki bir-
birinin ardınca gələn qərarlar Daşınan Hava Müdafiəsi Sistemlərinin (MANPADS)qa-
nunsuz yayılmasının və istifadəsinin törədəcəyi təhlükələrlə “Daşınan Hava Müdafiəsi
Sistemlərinin İxrac Nəzarətinin Elementləri” haqda Vassenar Sazişındən doğan ixrac
nəzarətinin prinsipləri vasitəsilə məşğul olur
173
. 2004-cü ildə TƏF-in digər qərarı
“SALW ixracatı üçün son istifadəçilərin ifadələri və yoxlama prosedurlarının standard
elementləri”-ni nəzərdə tuturdu
174
. O 2001-ci il BMT “ Odlu Silahların və Sursatla-
rın,onların Hissələrinin və Komponentlərinin qanunsuz istehsalı,daşinması” protokolu-
nun əsas müddəaları üzərində qurulmuş “SALW-da vasitəçiliyə nəzarət edilməsi prin-
sipləri” ilə bağlı qərarla müşaiyət olunmuş və Transnasional Mütəşəkkil Cinayətə Qarşı
BMT Konvensiyasını tamamlamışdır
175
. ATƏT SALW Sənədinin strukturunu əks etdi-
rən və məlumat mübadiləsinə həvəsləndirən səkkiz vəsaitdən ibarət toplu çap etmişdir(
onların hər biri bir və ya çox iştirakçı dövlət tərəfindən hazırlanmışdır)
176
. Toplu, milli
siyasət üçün istiqamət vermək üçün nümunəvi planlar təklif etmişdir və ATƏT məka-
nında yüksək ümumi standardlara keçidi həvəsləndirmişdir.
Cədvəl III: ATƏT-in SALW üzrə Ən Yaxşı Praktikalar Vəsaiti(2003)
Başlıq və isnad
Müəllif(lər)
SALW üzrə Milii Nəzarətin Ən Yaxşı
Praktikalar Vəsaiti
(FSC..GAL/43/03/
Rev.3/Corr.1,19 Sentyabr 2003).
Rusiya Federasiyası
173
FSC.DEC/7/03 of 23 July 2003 and FSC.DEC/3/04 of 26 May 2004.
174
FSC.DEC/5/04 of 17 November 2004.
175
FSC.DEC/8/04 of 24 November 2004.
176
Handbook of Best Practices on SALW. OSCE, 2003, p. 137. See http://www.osce.org/public
ations/fsc/2003/12/10621_29_en.pdf
254
SALW üzrə İşarələmə,Uçot və İzlə-
mə sahəsində Ən Yaxşı Praktikalar Və-
saiti
(FSC.
GAL/64/03/Rev. 2/Corr.2,
19 Sentyabr 2003)
Fransa
Ehtiyatların İdarəetməsi və Təhlükə-
sizliyi ilə bağlı milli prosedurların Ən
Yaxşı Praktikalar Vəsai-
ti
(
FSC.GAL/14/03/Rev. 2/Corr.1 , 19
Sentyabr 2003)
İspaniya,İsveçrə və Birləşmiş
Krallıq
Milli Vasitəçilik Fəaliyyəti ilə bağlı
Ən Yaxşı Praktikalar Vəsaiti
(
FSC.GAL/63/03/Rev.2/Corr.1 ,
19 Sen-
tyabr 2003
)
Almaniya və Norveç
SALW üzrə İxrac Nəzarəti Ən Yaxşı
Praktikalar Vəsaiti
(
FSC.GAL/4/03/Rev. 1/Corr.1,
19 Sen-
tyabr 2003
)
Finlandiya
SALW qalıqlarının Tərifi və Göstə-
riciləri üzrə Ən Yaxşı Praktikalar Vəsa-
iti (FSC.
GAL/36/03/Rev. 3,
19 Sen-
tyabr 2003
).
Almaniya
SALW-ın məhv edilməsi üzrə Milli
prosedurların Ən Yaxşı Praktikalar Və-
saiti
(
FSC. GAL/26/03/Rev. 2/Corr.1,
1
Oktyabr 2003
)
Kanada, Niderlandiya və ABŞ
SALW üzrə Tərksilah,Tərxis və Re-
ninteqrasiya zamanı Ən Yaxşı Praktika-
lar Vəsaiti
(DD&) Processes (
FSC.
GAL/79/03/Rev. 1, 30 Sentyabr 2003
)
İsveç
Qeyd etmək lazımdır ki, 2000 Sənədi vasitəsilə,iştirakçı dövlətlər, SALW-in
toplanması və nəzarətsiz paylanmasının münaqişələrin qarşısının alınmasına,müna-
qışələrin həll edilməsinə mane olduğunu və münaqışə- sonrası vəziyyəti qeyri sabit
duruma gətirə biləcəyini qəbul edirlər. Nəticədə, Sənədin V bölməsi SALW məsə-
ləsini ATƏT-in münaqişə idarəetmə fəaliyyətinə inteqrasiya etmiş, ehtiyatların təh-
lükəsizliyi və idarəetməsində(konkret müraciətlərə cavab olaraq), SALW-ın ixtisar
edilməsi və ləğv edilməsinə,qanunsuz daşınmaların qarşısını almaq üçün sərhəd nə-
zarətinə yönəlmiş məsləhət verilməsində və s. məsələlərdə ATƏT-in kömək etmə-
255
sinə imkan verir. 2002 –ci ildə, ATƏT TƏF və Daimi Şuranın koordinasiyalı addı-
mı vasitəsilə bu məqsədlər üçün xüsusi prosedurlar müəyyən etmək üçün qərar qə-
bul etdi
Dostları ilə paylaş: |