§5. QLOBAL
URBANİZASİYA PROBLEMİ
5.1.Urbanizasiya bəşəriyyətin qlobal poblemləri sistemində
Urbanizasiya, çox sadə yanaşdıqda cəmiyyətin inkişafında
şəhərlərin rolunun yüksəldilməsi prosesini ifadə etmək üçün işlədilən
latın mənşəli sözdür (urbs - şohər deməkdir). Şəhərlər sayı artdıqca və
ölçülərinə görə böyüdükcə urbanizasiya prosesi güclənır və hətta
qarşısıalınmaz bir prosesi xatırladır. Urbanizasiyanın sürətlə inkişaf
etməsi öz əksini şəhərlərdə yaşayan insanların xüsusi çəkisinin
artmasında tapır.
Müasir dünya getdikcə daha kəskin şəkildə urbanizasiyalaşır.
Əslində kənd yerlərində də şəhər yasayış tərzləri sirayət etmə
baslamışdır. Deməli, urbanizasiyanın şaxələnməsi ənənəvi yolla
şəhərlərin sayının və ölçülərinin artması və kənd yerlərinin
"şəhərsayağılaşması" nəticəsində daha sürətlə inkişaf edir. Məsələnin
qloballığı bir də ondadır ki, urbanizasiya dünyanın bütün regionlarını
əhatə etməkdə davam edir və sanki bu qarşıalınma bir prosesə
çevrilmişdir. BMT və bir sıra region və dövlətlərin xətti ilə
urbanizasiya prosesi haqqında çoxlu məlumatlar dərc оlunur. Göstərilir
ki, XIX əsrin əvvəllərində dünya üzrə iri (əhalisi 100 min nəfərdən çox
olan) şəhərlərin sayı 400-dən də az olub, əsrin ortaları bu rəqəm 1000-ə
çatıb. İndi isə dünyada bu cür şəhərlərin sayı 2500-ü ötüb.
Urbanizasiya prosesi çox vaxt şəhərlərin sayının cəmiyyətin
bütün fazalarında onlann rolunun artması kimi edilir. Lakin iqtisadi
baxımdan məsələ daha qlobal görünür. Urbanizasiya artıq şəhər
çərçivəsindən çıxıb iri regionlarə əhatə etməyə başlamışdır. Dünya
miqyasında çoxlu insanın məskunlaşdığı regionlar meydana gəlmişdir
ki, burada da bir qayda olaraq külli
miqdarda emal obyektləri, sənaye
kompleksləri cəmlənmiş nəticədə yer kürəsi səthinin qeyri-proporsional
məskunlaşması istehsalların yerləşməsində disproporsionallıqlar baş
vermişdir. Belə hal bu ərazilərdə və bütövlükdə dünyada ekoloji,
demoqrafık
və s. bu kimi problemlərin daha da kəskinləşməsinə gətirib
çıxarır.
Mütəxəssislərin hesablamaları göstərir ki, yer kürəsinin quru
hissəsinin cəmi 1%-ində qərarlaşmış şəhərlərdə və urbanizasiyalaşmış
ərazilərdə dünya əhalisinin 50%-ə qədəri məskunlaşmışdır. ÜDM-in
4/5-
ü onların payına düşür və eyni zamanda ekologiyanın
çirklənməsinin də səbəbkarı yenə onlardır (atmosferin və ümumiyyətlə
təbiətin çirklənməsinin 5/4-i belə zonaların payına düşür).
Deməli, urbanizasiya nəticəsində insanların həddindən çox sıx
formada cəmlənmiş ərazilərin və demək olar ki, heç kəsin yaşamadığı
ərazilərin meydana gəlməsi baş verir. Bu cür kontrastlılığın mənfi
iqtisadi nəticələri çox yüksək olur. Belə hal əslində cəmiyyətin obyektiv
iqtisadi qanuni olan "Ölkələrin və dünya təsərrüfatının proporsional və
bərabər ölçüdə inkişaf etdirilməsi" qanunun əleyhinə olan bir hal kimi
qiymətləndirilməlidir.
Obyektiv
iqtisadi
qanunların
nəzərə
alınmamasının dünya iqtisadiyyatına vurduğu iqtisadi ziyanlar isə
tarixdən hamıya yaxşı məlumdur.
Urbanizasiyanın və xüsusən kortəbii inkişaf edən urbanizasiyanın
təsiri altında bir tərəfdən idarə olunması çətinləşən, boşluq şəklinə
düşən iri şəhərlərin yerləşdiyi ərazilər, digər tərəfdən boşalmış,
səmərəsiz və yaxud tam istifadə olunmayan ərazilər meydana gəlir. Son
illər isə transmilli urbanizasiyalaşmış zonalar meydana gəlmişdir. Bu
zonalar ölkələrin sərhədləri qovşaqlarında yaranır və əhalini maqnit
kimi özünə "çəkir". Belə zonalara misal olaraq ABŞ ilə Kanadanın
sərhəd zolağındakı ərazini, AFR, Fransa, Hollandiya, Belçika ölkələri
sərhədləri yaxınlığında, Yuqoslaviya və Macarıstan, Bolqarıstan və
Rumıniya vo s. ölkələrinin sərhədyanı zolaqlarında yaranmış zonaları
göstərmək olar. Keçmişdə insanların ağlına belə gəlməyən miqyasda
şəhərlərin və areallann böyüməsi özü-özlüyündə urbanizasiya prosesinin
nəticəsidir. Lakin hazırkı dövrdə yaranmış iri şəhərlərin özləri
urbanizasiya proseslərini sürətləndirən amilə çevrilmişidr.
1900-cü ild
ə əhalisi daha çox olan şəhərlərin hamısı Avropada və
Şimali Amerikada yerləşirdi. XX əsrin sonunda əhalisi 10 milyondan
çox olan şəhərlər: Tokio, Nyu-York, Los-Anceles və s. daxil edilirdi və
bunlar sənaye cəhətdən inkişaf etmiş ölkələrdə yerləşirdi. Lakin
proqnoz məlumatlarına görə dünyanın nəhəng şəhərlərinin sayı artmaqla
yanaşı onların coğrafıyası da dəyişir.
Məsələn, ABŞ mütəxəssislərinin tədqiqatlarına əsasən, 2020-ci
ildə Bombey dünyanın ən çox əhalisi olan şəhər olacaq. Vaşinqtondakı
Əhali İnstitutunda aparılan hesablamalara görə 20 ildən sonra Bombeyin
əhalisi 28,5 milyona çatacaq. Tokionun əhalisi isə 2020-ci ildə 27,3
milyon olacaq. Dünyanın ən çox əhalisi olan şəhərləri arasında Nyu-
York və Los-Anceles birinci onluqdan sıxışdırılacaq, onlann yerini
Dakkə və Karaçinin tutacaqları gözlənilir.
5.2.Urbanizasiyanın genezisi və onun əsas səbəbləri
Dünya miqyaslı hadisə kimi qiymətləndirilən urbanizasiya öz
başlanğıcını kiçik kapitalist şəhərlərinin meydana gəlməsindən götürür.
Məhz kapitalizm inkişaf etdikcə şəhərlər dayanıqlı iqtisadi, sosial, siyasi
və mədəni mərkəzlərə çevrilməklə yanaşı həm də ənənvi kəndlərə güclü
təsir göstərən amilə çevrilməyə başladı. Buna görə də urbanizasiyanı bir
proses kimi kapitalizmə qədərki dövrdə yaranmış şəhərlərlə
əlaqələndirməklə, onun genezisini izah etmək olmaz. Bu cəhətdən
demək olar ki, bir nəzərə çarpan proses kimi urbanizasiya öz
başlanğıcını XVIII əsrdə götürmüş, XIX əsrin əvvəllərində isə dünyada
baş verən və insanların diqqətini özünə cəlb edən bir prosesə
çevrilmişdir. Məhz XIX əsrin əvvəllərində nəhəng "Şəhər" ölkələri olan
ABŞ, İngiltərə, Almaniya, İtaliya, Fransa və Yaponiya kimi ölkələr
birlikdə dünya sənaye məhsulunun 9/10-nu istehsal edirdilər. Qlobal
urbanizasiya fəza cəhətdən inkişaf edirdi və Qərbi Avropa, Şimali
Amerika-
Avstraliya və Okeaniya, Şərqi Avropa - Latin Amerikası -
Asiya-
Afrika istiqamətləri ilə bütün dünaya yayılırdı. Urbanizasiya özü-
özlüyündə məhsuldar qüvvələrin inkişafına təsir etməsi cəhətdən
mütərəqqi bir proses idi
Fəza cəhətdən urbanizasiyanın inkişafında apancı rolu ölkələrin
sənaye cəhətdən inkişafı, şəhərlərdə sənayenin, qeyri-kənd təsərrüfatlı
işlərin və əhalinin təmərküzləşməsi, kənd təsərrüfatı sahələrində isə
əmək məhsuldarlığının yüksəldilməsi oynamışdır və indi də
oynamaqdadır. Bunlardan başqa, urbanizasiya prosesi ilə əhalinin öz
rifah
һаlını yaxşılaşdırmaq istəyi, mədəni inkişafını təmin etmə istəyi
arasında olan əlaqəni də nəzərə almaq lazımdır. Ümumi şəkildə
məsələyə yanaşdıqda isə görərik ki, cəmiyyətin artan və çoxsaylı
tələbatlarının ortaya çıxması və bu tələbatların maksimum ödənilməsi
zərurəti əhalinin münasib ərazilərdə cəmlənməsini ortaya qoyur vo
urbanizasiya prosesinin fəzada yayılmasını dönməz edir.
Dünya miqyasında urbanizasiyanın sürətlənməsi prosesini üç
pilləyə ayırmaq olar.Birinci və yaxud da ilkin pillədə (XVIII-XIX
əsrlər) proses əsasən lokal xarakter daşımış, Qərbi Avropanı və Şimalı
Amerikanı əhatə etmişdir. Hələ bu lokal urbanizasiya döv-ründə şəhər
əhalisinin xüsusi çəkisi 1800-cü ildoki 5,1%-dən, 1900-cü ildə 13,3%-ə
çatdı.
İkinci pilləni planetar pillə adlandırmaq olar. Dövr cəhətdən XIX
əsrin birinci yarısını əhatə edir. Bu pillənin səciyyəvi xüsusiyyətlərinə
şəhərlərin sürətlə böyüməsi, şəhər əhalisinin əksər regionlarında
artması, proscsin dayanıqlı və irəliyə doğru gedən şəkil alması və
qloballaşmanın əyaniləşməsi daxildir. Qanunauyğun hal kimi dünya
sənaye istehsalının artım sürətinin də çox yüksək olması bu pillənin
xarakterik cəhətlərindən idi. Bundan başqa onu da göstərmək lazımdır
ki,
bu pillədə şəhərlər əsasən istehsal cəhətdən inkişaf edirdilər. Xidmət
və qeyri-istehsal profılli sahələrin fəaliyyəti şəhərin böyüməsinə və
əhalinin çoxalmasına nəzərə çarpan təsir etmirdi. Şəhərlərin böyüməsi
tipi isə əsasən ekstensiv tip idi. Üçüncü pillə qlobal etapdır. Elmi
ədəbiyyatlarda bu pillə müasir qlobal urbanizasiya dövrü adlanır. Bu
pillə üzvi şəkildə Elmi-texniki inqilabla bağlıdır ki, onun nəticəsində
nəinki sənayenin, eyni zamanda insanlara xidmət göstərən müxtəlif və
çoxlu sayda qeyri-ist
ehsal sahələrinin sürətli inkişafı üçün şərait
yarandı. Bu pillə öz başlanğıcını təxminən keçən əsrin (XX) ikinci
yarısından götürür. Onun başlıca xarakterik cəhətlərinə dünya şəhər
əhalisinin iri şəhərlərdə cəmlənməsinin artması, urbanizasiyanın əsasən
in
tensiv tipli baş verməsi, şəhər həyat tərzinin cazibədarlığını
yüksəlməsi və əhalini özünə daha sürətlə cəlb etməsi, şəhər həyat
tərzinin digər ərazilərə yayılması və s. aid edilir. Bu pilləni ümumilikdə
intensiv yolla genişlənən urbanizasiya adlandırmaq da olar.
Beləliklə, urbanizasiyanın meydana gəlməsinin, inkişaf edib
qlobal prosesə çevrilməsinin başlıca amil və şərtləri aşağıdakılardır,
-
kapitalizmin meydana gəlməsi;
-
cəmiyyətin tələbatlarının ödənilməsi;
-elmi-
texniki tərəqqi;
-
iqtisadi və sosial sferada köklü struktur dəyişmələrinin baj
verməsi;
-
obyektiv iqtisadi qanunların tam dərk edilməməsi və onlardan
səmərəli istifadə mexanizminin tapılmaması;
-sosial-
mədəni amillərin lazımi səviyyədə nəzərə alınmaması;
-
prosesin düzgün idarə olunmaması.
5.3
.Urbanizasiya və iqtisadiyyat
Urbanizasiya sosial-
iqtisadi cəhətdən ölkələr və dünya təsərrüfatı
üçün çoxlu problemlər yarada bilər. Belə mənfi hallar zəif inkişaf etmiş
ölkələrdə daha qabarıq formada özünü göstərir. Bunun əsas səbəbi isə
urbanizasiyanın sənaye inkişafı ilə üzvi şə-kildə əlaqələndirilməməsidir.
İş qabiliyyətli kişilərin şəhərlərə axını kənd təsərrüfatında istehsalın
inkişafına güclü mənfı təsir göstərir və nəticədə ərzaq problemi ölkədə
daha da şiddətlənir. Ölkəyə gətirilən taxılın miqdarı artır. Urbanizasiya
meşələrin qırılmasına da səbəb olur. Xüsusən zəif inkişaf etmiş
ölkələrdə kənd yerlərinin meşə materialları uzun yollar qət edərək
şəhərə gətirilir və sobalarda yandırılır.
Urbanizasiya ilə ölkələrin və dünya təsərrüfatının ərazi strukturu
arasında qarşılıqlı əlaqə mövcuddur. İnsanlar müəyyən amil və şəraiti
olan ərazilərdə məskunlaşmağa başlayırlar və məqsəd də о olur ki, bu
ərazinin təbii resurslarından istifadə edib öz tələbatlarını maksimum
ödəyə bilsinlər. Deməli şəhərin özülu bu ərazinin amil və şəraitlərindən
istifadə edilməsınə başlanan andan qoyulur. Sonra bu proses elmi
cəhətdən idarə olunmadıqda genişlənir və şəhərin həddindən çox
böyüməsinə, sosial-iqtisadi proseslərin meydana gəlməsinə səbəb olur.
Burada iqtisadi cəhətdən bizi bir məsələ daha çox maraqlandırmalıdır:
şəhərin böyüməsi istehsal tiplidir, yaxud da qeyri-istehsal. İstehsal tipli
inkişaf maddi istehsal sahələrinin genişləndirilməsi nəticəsində baş verir
və öz əksini, ilk növbədə, rəqabət dözümlü məhsullar istehsalının
artırılmasında tapır. Qeyri-istehsal tipli inkişafda isə şəhərlərin
böyüməsi əsasən qeyri-istehsal sahələrinin (bankların, birjalarm, tikinti
və nəqliyyatın və bu kimi istehsal və sosial infrastrukturların) inkişafı
nəticəsində baş verir. Təhlil göstərir ki, şəhərlərin inkişafının birinci
pilləsi əsasən istehsal tipli olur. İkinci pillədə isə şəhər adətən müxtəlif
xidmət, təhsil, səhiyyə, nəqliyyat və s. sahələrin inkişafı və yaxud da
başqa ərazidən gətirilən xammal və materiallardan istifadə etməklə
yaradılan istehsal sahələrinin inkişafı hesabına baş verir. Göründüyü
kimi şəhərlərin böyüməsinin birinci pilləsi yerli xammal və maleriallann
həcmi ilə limitləşə bilər. İkinci pilədə isə inkişafi limitləşdirən bir şey
yoxdur. Əksinə, şəhərdə və şəhər ətrafında birinci tip inkişaf vaxtı
bərqərar olmuş infrastrukturalar (mühəndis tikililəri, kanalizasiya,
elektrik şəbəkələri, ixtisaslı işçi qüvvəsi, təhsil nəqliyyat, səhiyyə
sahələri və s.) yeni-yeni, ərazinin təbii və iqlim şəraiti ilə heç bir əlaqəsi
olma
yan istehsaların şəhərdə cəmləşdirilməsi üçün şərait yaradır. Əgər
istehsalın artması və qeyri-istehsal sahələrinin inkişafı nəticəsində
şəhərin böyüməsi elmi yolla idarə olunmursa onda urbanizasiya mənfı
prosesə çevrilir, şəhərin böyüməsi ekstensiv, iqtisadi və sosial cəhətdən
səmərəsiz olur.
Deməli, istehsalların ərazi üzrə düzgün yerləşdirilməsi nəti-
cəsində urbanizasiyanın mənfi amilə çevrilməsinin qarşısını almaq olar.
Urbanizasiya ölkənin və dünya təsərrüfatının ərazi üzrə formalaşmasına,
formalaşmış ərazi isə əksinə, urbanizasiyanın daha da inkişaf etməsinə
səbəb olur. Bu prosesi "özbaşına" buraxdıqda urbanizasiya şaxələnir,
genişlənir, daha böyük ərazilərə yayılır və ortaya çox mürəkkəb, həlli
çoxlu vəsait tələb edən yeni problemlər çıxır. Müasir dövrdə biz məhz
bu cür halla qarşılaşmışıq. Nəticəsi də budur ki, urbanizasiya kiçik bir
lokal məsələdən böyüyüb olub dünyanı bürüyən qlobal problem...
Deməli, urbanizasiyalaşmanın qlobal bir problem kimi subyektiv
əsası obyektivlikdən çoxdur. Konkret olaraq urbanizasiyanin
iqtisadiyyata təsirini aşağıdakılarla izah etmək olar.
1.
Əhalinin iri mərkəzlərdə sıx şəkildə məskunlaşması ilə. Bir
qayda olaraq bu cür mərkəzlərdə təsərrüfatın idarə olunması çətinləşir.
Şəhərəmələgətirən amillərin rolu azalır, şəhərdə xidmət sahələri çoxalır.
Bu
proses
nəticəsində
ərazinin
özünü
təminetməsi
pisləşir, dövlətdən kömək tələb olunur. Ekologiyaya böyük ziyan dəyir.
Öz tələbatlarını daha dolğun ödəmək məqsədi ilə şəhərlər salan insan
sonralar özünün yaratdığı sosial-iqtisadi, mənəvi-psixoloji, təbii-ekoloji
mühitdə məhv olmaq təhlükəsində qalır. Bütün bu qeyd etdiyimiz və
kitabın həcmini nəzərə alaraq göstərmədiyimiz insanın inkişafına əngəl
törədən səbəbləri aradan ya heç qaldırmaq mümkün olmur, ya da ki,
onların həlli külli miqdarda əvvəllər qazanılmış vəsaitin xərclənməsini
tələb edir.
2.Təsərrüfatların , mədəni ocaqların, istehsal güclərinin ölkələr və
dünya ərazisində disproporsional yerləşirilməsinə səbəb olması ilə,
şəhər
tipli
fəaliyyətin
təmərküzləşməsi,
intensivləşməsi,
difersifikasiyalaşması və bu cür fəaliyyətlərin şəhərətrafı yerlərə və
hətta kənd yerlərinə yayılması insan yaşayışı üçün yararlı ərazilərin
istifadə səmərəsini aşağı salır. Yeni ərazilərin mənimsənilməsi isə çoxlu
maddi və maliyyə vəsaiti tələb edir.
5.4.Problemin həlli yolları
Urbanizasiyanin şaxələnməsinin qarşısnı almaq, onun insanın
sosial-
iqtisadi və mədəni inkişafına və yaşayış tərzinə mənfı təsirini
azaltmaq bir sıra tədbirlərin bəyata keçirilməsini tələb edir.
İlk növbədə elmi-texniki tərəqqinin kompleks şəkildə sürət-
ləndirilməsinə səylər artırılmalıdır. Təhlil göstərir ki, məsələyə yaradıçı
şəkildə yanaşdıqda, urbanizasiya prosesləri düzgün idarə edildikdə,
əhalinin həyat tərzinin yaxşılaşması baxımından iqtisadiyyatı inkişaf
etdirdikdə əldə edilən nəticələr qənaətbəxş olur. Dünya miqyasında
götürdükdə bu sahədə müsbət təcrübə vardır.
Təhlil göstərir ki, XIX əsrin 80-cı illərindən başlayaraq urba-
nizasiya prosesində yeni və elm üçün çox maraqlı dəyişikliklər hiss
olunmaga başlamışdır. Bir tərəfdən şəhər əhalisinin sayı getdikcə artır,
digər tərəfdən inkişaf etmiş ölkələrdə şəhərlərin böyüməsi prosesinin
dayanması və əks prosesin - iri şəhərlərdən əhalinin çıx-ması, kiçik və
orta şəhərlərdə, digər qeyri-itsehsal fəaliyyəti üstün-lük təşkil edən
ərazilərdə cəmlənməsi müşahidə olunur. Bu proses ABŞ-da daha çox
gözə dəyir. Burada sənayedə çalışan fəhlələrin xüsusi çəkisi, bütün
işləyənlərin cəmi 25%-ni təşkil edir, qalan 75% işçilər isə sosial-məişət,
tibbi, nəqliyyat, təhsil, idman və s. bu kimi xidmət sahələrində çalışırlar.
Əldə edilmiş bu müsbət halın başlıca səbəbi ETT-ni məqsədyönlü
sürətləndirmək,
yüksək
səmərəli
istehsalların
yaradılması,
məhsuldarlığın yüksəldılməsi ən başlıcası isə iqtisadi inkışafın sosial
yönümlü (insan naminə, insan üçün) modelinin seçilməsidir. Bu bir
daha ona sübutdur ki, insan həmişə fəaliyyəti üçün münasib və sərfəli
yerdə yaşamaq istəyır. Məsələyə bu cür yanaşmağın nəticəsidir ki,
ABŞ-da, İngiltərədə. Hollandiyada, İveçrədə və digər ölkələrdə
suburbanizasiya prosesləri artıq başlanmışdır.
Ümumilikdə məsələyə yanaşanda təyin etmək olar ki, urbani-
zasiyanin şaxələnməsi iki amillə baş vermişdir: iqtisadi və sosial,
iqtisadi amil şəhərlərdə sənayenin inkişafı ilə bağlı olur. Yeni yara-dılan
iş yerlərində işləmək üçün demoqrafık artıma malik kənd yerlərindən
əhalinin şəhərə axını baş verir. Sosial amilin iqtisadiy-yatın inkişafı ilə
əlaqəsi, demək olar ki, çox zəifdir. Əhalinin kənd yerlərindən şəhərlərə
axınına səbəb, bir qayda olaraq, oradakı yük-sək yaşayış səviyyəsi, iş
tapmaq, ixtisas artırmaq, dünyagörüşünü yaxşılaşdırmaq imkanları və s.
olur. Buna görə də urbanizasiyanin qloballaşmasının qabağını almaq
üçün kiçik və böyük şəhərlərin meydana gəlməsi və onların sosial
inkişafının qayğısına qalmaq lazımdır. Bu yolla urbanizasiya prosesinin
zəiflədilməsi inkişaf etmiş ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Bu
ölkələrdə XXI əsrin əvvəlində də urbanizasiya əsasən sosial amilin
təsiri altındadır. Digər yerlərdə yaxşı şərait görməyən əhali, şəhərlərə üz
tutur və urbanizasiyanın şiddətlənməsinə səbəb olurlar.
Bir qlobal problem kimi urbanizasiyanin həlli eyni zamanda
prosesin ölkələr və dünya miqyasında düzgün idarə olunmasından da
cox asılıdır.
§6.
DEMOQRAFİK PROBLEM
6.1.Problemin
qloballığı
Müasir dövrün
on qaynar qlobal problemlərindən biri demoqrafik
problemdir.
İndi bu məsələyə dünyanın demək olar ki,bütün qəbildən
olan
alimləri, mütəxəssisləri, dövlət və siyasət xadimləri diqqət
yetirmək zərurəti ilə üzləşmişlər. Dünya təşkilatlarını da bu məsələ
ciddi narahat edir.
Bu narahatlığın əsas səbəbi də odur ki, təxminən XIX əsrin ikinci
yarısından başlayaraq dünya əhalisinin sayı tarixdə görünməmiş sürətlə
artmağa başlamışdır. Dünya iqtisadiyyatna aid dərc olunmuş
məlumatlara görə bizim eramızın əvvəlində dünya, əhalisinin sayı 256
milyon nəfər təşkil edirdi. 1000-ci ildə bu rəqəm 280 milyona, 1500-ci
ildə isə cəmi 427 milyona qədər artmışdı. 300 ildən sonra, yəni 1800-cü
ildə isə yer kürəsinin əhalisi artıq 952 milyon nəfər təşkil edirmiş. XIX
əsr ərzində dünya əhalisinin sayı 700 milyon nəfər çoxaldı və 1900-cü
ildə 16521 milyona çatdı. XX əsrin birinci yarısında isə əhalinin mütləq
artımı 845 mln. nəfər təşkil etdi və 1950-ci ildə dünya əhalisinin sayı
2,5 milyard nəfər oldu. Bu dövrdən sonrakı 30 ildə əhalinin mütləq
artımı nə az, nə çox - 2 milyard nəfərə bərabər oldu və 1980-cı ildə
dünya əhalisnin sayı 4,432 milyard nəfərə çatdı. Sonrakı 20 ildə əhalinin
artımı təxmini hesablamalara görə 1,5 milyard nəfərdən çox artmış və
2001-
ci ilin astanasında 5,5 milyard nəfərə çatmışdır.
Müasir demoqrafık vəziyyət bir də ona görə qlobal xarakter
daşıyır ki, əhalinin güclü artımı dünya əhalisinin çox hissəsinin (2/3
hissəsindən çoxunun) məskunlaşdığı Asiya, Afrika və Latın
Amerikasında baş verir. Problemi kəskinləşdirən bir də odur ki,
məhz bu ölkələr iqtisadi, sosial və mədəni cəhətdən geri qalırlar. Bu
ölkələrdə əhalinin sayının hər 20-30 ildən bir-iki qat artmasını da bura
əlavə etsək, onlarda ərzaq, mədəni inkişaf və təhsil məsələlərinin
həllinin nə dərəcədə ağır olması aydın olar.
Demoqarfık siyasət hər bir suveren ölkənin öz səlahiyyətlərinə
daxil olsa da, son nəticədə konkret bir ölkədə yaranan gərginlik bütün
dünya iqtisadiyyatna təsir göstərir. Lakin bu məsələnin bir tərəfıdir.
Məsələnin ikinci tərəfi iqtisadi inkişafı dərindən başa düşmək və onun
həllinə kompleks yanaşmaq zəruriyyətinin ortaya çıxması ilə bağlıdır.
Təcrübə göstərir ki, yer kürəsində fəaliyyət göstərən insanlar uzun illər
və əsrlər boyu təbiətdən qidalanıb, iqtisadiyyat yaradıblar, sonra
iqtisadiyyatı daha da inkişaf etdirmək haqqında düşünüblər. Bir sıra
ölkələrdə buna nail də olublar. Lakin XX əsrin son onilliklərində məlum
olub ki, məsələyə kompleks münasibət demək olar ki, olmayıb. Ancaq
iqtisadi nəticələr uğrunda mübarizə aparılıb. Lakin bu nəticələrin təbiətə
münasibət və sosial inkişaf baxımından nə dərəcədə səmərəliliyi bütün
ölkələrdə eyni dərəcədə nəzərə alınmamışdır. Keçən əsrin son
onilliklərində əksər tədqiqatçılar, dövlət xadimləri və hətta siyasətçilər
başa düşməyə başlamışlar ki, iqtisadi fəaliyyət ümumbəşəri fəaliyyətin
bir hissəsidir və iqtisadi inkişaf konsepsiyasına hərtərəfli yanaşmaq
zəruriyyəti meydana çıxmışdır və hər hansı bir iqtisadi məsələ bütün
qlobal problemləri və ilk növbədə də demoqrafık problemi maksimum
nəzərə almaq şərtilə həll edilməlidir. Əks təqdırdə əldə edilən iqtisadi
nəticələr həll olunmamış və getdikcə kəskinləşən digər məsələlərin təsiri
altında öz əhəmiyyətini itirə bilər. İctimai inkişafın daha geniş
konsepsiyasının mahiyyəti də bundadır.
6.2.Əhali artımının dinamikası və proqnozu
Hesablamalar göstərir ki, əhalinin artım sürəti əsrlər boyu
dəyişmişdir. Son meyl artım sürətinin çoxalması ilə müşahidə edilir. Bu
artımı əyani surətdə göstərmək üçün bir neçə üsullar yanaşmalardan
istifadə edilir. Dünya əhalisi sayının sürətlə artmasını əyani şəkildə
göstərmək üçün "ikiqat artım müddəti” göstəricisindən istifadə edilir.
Təsdiq edilmişdir ki, dünya əhalisi ikiqat artması birinci dəfə 1500 ilə
(1-1500-
ci illər), ikinci dəfə 300 ilə (1500-1800-ci illər), üçüncü dəfə
120 іlə (1800-1920-ci illər) dördüncü dəfə ısə cəmi 50 ilə (1920-1970-ci
illər) baş vermişdir.
BMT-
nin apardığı tədqiqatlar və irəli sürdüyü proqnoza görə
dünya əhalisinin növbəti ikiqat artması müddəti 40-45 il təşkil edəcək.
Dünya əhalisinin sayı və onun artması əmsalı (fakt və
proqnoz)
İllər
Bütün
dünya
üzrə
İnkişaf
etmiş
ölkələrlə
İnkişafda olan ölkələrlə
Əhalinin
sayı
(mln.n)
5 il
müd -
dətinə
artım
əmsalı
Əhalinin
sayı
(mln.n)
5
il
müddətinə
artım
əmsalı
Əhalinin
sayı
(mln.n)
5il
müddətinə
artım əımsalı
1980
4432
1,72
1131
0,71
3301
2,08
1990
5242
1,65
1206
0,61
4036
1,98
2000
6119
1,50
1272
0,48
4847
1,77
2010
6998
1,27
1321
0,35
5667
1,49
2020
7813
1,07
1360
0,27
6451
1,24
2025
8195
0,96
1377
0.24
6818
1,10
BMT-
nin məlumatlarına görə əhali sayı dinamikasının əsas
pillələri özünün yüksəklişi ilə fərqlənir, lakin XXI əsrin astanasında
azalma əyani olaraq görünür. XXI əsrin əvvəllərində artım sürəti
azalacaq və proqnoza görə XXI əsrin axırında dünya əhalisinin sayı
sabitləşəcək və təxminən 10-12 milyard nəfər təşkil edəcəkdir.
Proqnozlarda о da qeyd edilir ki, əhalinin illik artımının mütləq
səviyyəsinin aşağı düşməsi inkişaf etmiş ölkələrdə keçən əsrin 60-cı
illərinin ikinci yarısından başlamışdır. İnkişaf etmiş ölkələrdə isə bu
prosesin 2005-
ci ildən baş verəcəyi gözlənilir.
6.3.Demoqrafık partlayışların əsas səbəbləri
Tarixi baxımdan demoqrafık artım bioloji cəhətdən yox, sosial-
iqtisadi qanunauyğunluq nöqteyi-nəzərincə qiymətləndirilir. Burada bir
neçə dövr fərqləndirilir. Birinci dövr neolit dövrü adlanır. Bu dövr aşağı
səviyyədə doğum, yüksək səviyyədə ölümlə fərqlənirdi. Bu dövrdən
sonra ikinci dövr
də sosial-iqtisadi şərait dəyişmiş və əhalinin yüksək
doğum və yüksək ölümlə səciyyələnən təkrar istehsalı baş vermişdir.
Üçüncü dövr əhalinin təkrar istehsalı aşağı səviyyədə doğum və aşağı
səviyyədə ölüm prinsipi üzrə baş vermişdir.
İndiki dövrün özünəməxsus xüsusiyyəti yüksək iqtisadi, elmi-
texniki, mədəni yüksəliş əldə etmiş ölkələrdə əhali sayının artım
sürətinin çox aşağı və bəzən sıfıra yaxınlaşmasından və əksinə, iqtisadi
cəhətdən zəif inkişaf etmiş ölkələrdə əhali sayının çox sürətlə
(demoqrafık partlayışla) artmasından ibarətdir. Zəif inkişaf etmis
ölkələrdə əhalinin sürətlə artmasına "partlayış" kimi qiymət
verilməsinin əsasını, ayrı-ayrı ölkələrdə əhalinin yüksək artımı yox,
dünya əhalisinin 2/3-nin bu ölkələrdə yaşaması, ölənlərin sayının güclü
sürətdə azalması və bu ölkələrin çox kasıb olması təşkil cdir. Dərində
fikirləşəndə görmək olur ki, problemin mahiyyəti heç də əhalinin
artmasında deyil. Əsas məsələ bu ölkələrdə dövlətin səriştəsizliyidir.
Səriştəsiz idarəetmə üzündən məhsuldar qüvvələrin zəif inkişafı,
ictimai əmək məhsuldarlığının, aşağı olması, təsərrüfat strukturunun
geri qalması, sosial-mədəni inkişafın zəifliyi ailədə uşaqların sayının
artmasına müsbət təsir göstərir.
Demoqrafık proseslərdə mühüm rol oynayan amillərdən biri
həyatın, yaşayışın keyfiyyətidir. Həyatın (yaşayışın) keyfıyyəti de-dikdə
ilk növbədə hər bir insanın (fərdinin) yaşayıb yaratması üçün ətraf
mühitə olan tələbatının ödənilməsi səviyyəsi başa düşülür. Bu tələbat
dünyada qəbul olunmuş və insanın və canlıların normal yaşamasını
təmin edən standartlara görə təyin edilir. Həyat (yaşayış) keyfiyyəti
anlayışı həm təbii, təbii-sosial və həm də təmiz sosial-iqtisadi aspektləri
nəzərə alır. Yəni insanın keyfiyyətli yaşayışını sosial-iqtisadi vəziyyət
ilə yanaşı düşdüyü təbii və sosial-psixoloji mühit də təmin edir.
Tədqiqatçılar sübut etmişlər ki, yaşayışın keyfiyyəti aşağı düşdükcə
doğum artır.
6.4.Demoqrafik qlobal problem və iqtisadiyyat
Bütün ərazilər və ölkələr səviyyəsində sosial-iqtisadi inkişafın
demoqrafik topla
nanlarının rolu böyükdür. Demoqrafik proseslər bütün
ölkələrdə həm iqtisadi və həm də siyasəti formalaşdıran amillərdəndir.
Lakin fərqləndirici cəhət ondadır ki digər amillərlə müqayisədə
demoqrafik amil daha çox dayanıqlı və daha az idarə olunandır. Digər
tərəfdən demoqrafıya, iqtisadiyyat və siyasət arasında əlaqələr
çoxplanlıdır. Bu əlaqələrin öyrənilməsi idarəetmədə və iqtisadi inkişafı
təmin etməkdə hər şeydən mühüm olsa da, asan iş deyil. Elə qlobal
problemlərin meydana gəlməsi və getdikcə kəskinləşməsinin əsas
səbəbi də budur.
"Demoqrafik inkişaf” anlayışı "artım" anlayışından genişdir və
digər komponentlərlə yanaşı özündə həm təbiətdən, onun resurslarından
düzgün istifadə edilməsi, ətraf mühitin çirklənmədən qorunması,
ərazilərə görə əhalinin sayının artması və strukturunun dəyişməsi kimi
prosesləri də özündə cəmləşdirir. Son nəticədə bu komponentlərin
planlaşdırmada, idarəetmədə lazımi səviyyədə nəzərə alınmaması çox
mənfı iqtisadi nəticələrə gətirib çıxarır və dünya iqtisadiyyatı mümkün
ola bilən templə inkişaf edə bilmir.
Demoqrafik qlobal problemin həll edilməsi dünya iqtisadiyyatına
güclü təsir göstərir. Bu təsir aşağıdakı istiqamətlərlə bas verə bilər.
1.Problemin həlli çətinləşdiyinə və getdikcə çoxlu vəsait tələb etdiyinə görə.
Demoqrafik qlob
al problemin həll edilməməsi ölkələrin iqtisadi inkişaf
məsələsinə çox mənfı təsir göstərir və əksinə. Birinci dünya
müharibəsindən sonra hər adambaşına düşən ÜDM göstəricisi inkişaf
etmiş ölkələrlə inkişafda olan ölkələr arasrada 10:1 nisbətində idi. XIX
əsrin 70-ci illərində bu nisbət inkişaf etmiş ölkələrin xeyrinə 13:1
nisbətində dəyişdi. Buna səbəb inkişafda olan ölkələrdə əhalinin sayının
yüksək sürətlə artması idi.
Əgər əhalinin artım sürəti müqayisə etdiymiz ölkələrdə eyni olsa
idi onda baxılan göstəricinin nisbəti 8:1 təşkil edərdi.
Bundan başqa, əhalinin artması ilə ekoloji və energetika
problemləri də həmişə qarşılıqlı əlaqədə olurlar. İnkişaf etməkdə olan
ölkələrdə əhalinin və xüsusən kənd təsərrüfatında çalışan əhalinin
sayının artması yerin təkinə, bitki örtüyünə, heyvanlar aləminə, təmiz
suya və s. elə mənfı təsir göstərir ki, onlar yenidən meydana gəlmə
xassələrini (qabiliyyətlərini) itirmək həddinə çatırlar. Digər tərəfdən
iqtisadi cəhətdən geri qalmanın özü, digər qlobal problemlərin
(demoqr
afıya, okeanlardan istifadə, ekologiya və s.) həilinə də mane
olan amildir.
2.Həddindən artıq kasıblıq şəraitində yaşayanların sayının
artması. Təhlil göstərir ki, illər keçdikcə həm inkişaf etmiş və həm də
inkişafda olan ölkələrdə müəyyən səviyyədə iqtisadi və sosial inkişaf
olur. Lakin əhali artımı idarə olunmadığına və yaxud da pis idarə
olunduğuna görə insanların mütləq sayı artır və nəticədə yoxsulların da
xüsusi çəkisi artır. Bu hal ölkələr üçün və xüsusən geri qalmış ölkələrin
özlərinin əsas inkişaf problemlərini həll etməkdə güclü maneəyə
çevrilir: sürətli əhali artımında ölkə bəzən heç onları yedizdirməyə,
təhsil verməyə belə imkanı olmur.
3.İşsizlər ordusunun yaranması. Əhalinin sayı artdıqca iş
yerlərinə olan tələbat artır. Yeni iş yerlərinin yaradılması isə çoxlu
vəsait tələb edir. Bəzi regionlarda isə kapital xərcləri münbit torpaqlar,
təbii resursların məhdudluğu üzündən bu heç mümkün belə olmur.
Bütün bunlar iqtisadi və sosial çətinliklər meydana gətirir, beynəlxalq
münasibətlərə təsir göstərir, dünya iqtisadiyyatını zəiflədir.
4.Dünya və regionlar, ölkə və şəhərlər miqyasında savadsız
insanların sayı artır. Məsələn, YUNESKO-nun məlumatlarına görə
dünyada savadsızların sayı 1970-ci ildə 783 milyon nəfər təşkil edirdisə,
1980-
ci ildə bu rəqəm 800 mln. nəfərə, 1990-cı ildə 994 mln. nəfərə,
2000-
ci ildə isə 954 mln. nəfərə çatmışdır. Bu məsələni həll etmək üçün
inkişafda olan ölkələrdə məktəblərin sayını 2 dəfə çoxaltmaq tələb
olunur ki, bu da xeyli vəsaitlərin dövriyyəyə buraxılması deməkdir.
6
.5.Problemin həlli yolları
Məsələ burasındadır ki, göstərdiyimiz bu istiqamət üzrə
problemlər həll edilmədikdə əksinə əhali artımı daha da sürətlənir və
demoqrafiyanın bir qlobal prolem kimi dünya iqtisadiyyatına mənfi
təsiri artır. Sadəcə olaraq dünyanın böyük bir hissəsində "inkişaf
problemi" "məhv olmamaq problemi" ilə yerini dəyişir, insanlar sadəcə
olaraq yaşamaq, xilas olmaq, kütləvi sürətdə ölməmək uğrunda
mübarizə aparmalı olurlar, onların inkişaf etmək haqqında düşünməyə
belə vaxtları qalmır.
Dün
yadakı ekoloji gərginlik müxtəlif alim və mütəxəsisləri
düşündürür. Dünya elmində elə istiqamətlər meydana gəlmişdir ki,
onların müəlliflərinə görə təbiətdə baş verən deqradasiya hallarının əsas
amili də yer kürəsində insanların sayının çoxalmasıdır. (insan
populyasiyasının partlayışıdır). Məsələn, Stenford Universitctinin
biologiya üzrə professoru Pol Erlixə görə demoqrafik meyllər ictimai
əlaqələrdə sərbəst dəyişənlərdir və əgər onun qarşısı alınmazsa
ekologiyanın pisləşməsi davam edəcək. Buna görə də onun fıkrincə
ekoloji tədbirdə ilk növbədə sterilizasiya yolu ilə eyni şəkildə doğuşu
azaltmaq lazımdır. Bir sıra digər Amerika təşkilatları prezidentlərinə
ünvanladıqları məruzələrində də bu məsələyə digər formada toxunur.
Qeyd edilir ki, əhalinin artması nəticəsində "yer kürəsini"n saxlamaq
qabiliyyəti azalır.
Qeyd edək ki, insanlann sayı artdıqca onların tələbatlarının
ödənilməsi sahəsində problemlər yaranır. Məlum "tələbatların getdikcə
artması" qanunu da fəaliyyət göstərir. Lakin bunun üçün heç də süni
su
rətdə doğuşun azaldılması yolunu yeganə və birinci dərəcəli tədbir
kimi seçmək düzgün deyildir. Biz ilk növbədə iqtisadiyyatı ölkələr və
dünya miqyasında intensiv yollarla inkişaf etdirməliyik. Burada isə hələ
çoxlu istifadə edilməmiş daxili imkanlar vardır.
Problemin həlli insana olan münasibətlə həll edilə bilər. Buna
iqtisadiyyatda «insan amili» deyilir. Əgər insana ancaq istehlakçı kimi
baxılarsa onda Maltus nəzəriyyəsinin yeni təmsilçiləri müəyyən
dərəcədə haqlıdırlar. Lakin insan ilk növbədə yaradıcılığı sevən canlıdır.
Onların əməyi və fəaliyyəti kəndlər, qəsəbələr, rayonlar, şəhərlər,
ölkələr və dünya miqyasında düzgün təşkil edildikdə və
istiqamətləndirildikdə bütün məsələləri həll etmək mümkün olar. Müasir
ictimai istehsal, elmi-
texniki tərəqqi mühitində insan təbii sərvətləri
genişləndirər və ümumiyyətlə, onların düzgün təşkil olunmasını təmin
edə bilər. Bu deyilənləri BMT-nin əldə etdiyi dünya əhalisinin
məşğulluq strukturunun proqnozları da təsdiq edir. Proqnoz
məlumatlarında göstərilir ki, nəzərdə tutulan istiqamətdə iş aparılarsa
2025-
ci ildə və ondan da sonra işləmək istəyənlər üçün iş yeri tapılacaq.
Bunun üçün əlbəttə ki, ilk növbədə sənayeləşdirmə, kənd təsərrüfatında
əmək məhsullarının yüksəldilməsi və torpağın münbitliyinin artırılması,
əlavə itkilərin qarşısının alınması sahəsində gərgin iş aparılmalıdır. Ən
başlıcası isə hər bir ölkənin ərazi vahidlərində sağlam, korrup-siya və
rüşvətxorsuz sosial-psixoloji və mədəni mühüt yaratmaq lazımdır.
Əhalinin sürətlə artmasında fərdlərin və xüsusən də cə-miyyətin ilk
həlqəsi olan ailənin rolu böyükdür. İnsana hörmət ar-tarsa, onun sosial,
iqtisadi, mədəni, psixoloji inkışafına dövlət qayğısı güclənərsə,
problemin həllində ciddi dönüş yaratmaq olar. İnsanlara qiymət
verilərsə, onlar öz problemlərini həll edə bilərlər.
VI FƏSİL. BEYNƏLXALQ İQTİSADİ ƏLAQƏLƏRİN
MÜHÜM FORMALARININ MAHİYYƏTİ VƏ İNKİŞAFI
Dostları ilə paylaş: |