Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü il tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/32
tarix23.02.2017
ölçüsü5,01 Kb.
#9542
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

10.1.2. Əlavə dəyər vergisi.  
 
ƏDV dolayı vergi olub, əhalinin xərclərindən tutulur. Çünki bu vergi istehsalda və alqı-satqı prosesində 
yaranır. 1 yanvar 2001-ci ildən qüvvəyə minən “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nə görə ƏDV 18 
% qəbul olunmuşdur (Azərbaycan Respublikasının Vergi Məcəlləsi, 173-cü maddə). 

97 
 
Malların, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca büdcəyə keçirilən 
dəyər artımının bir hissəsinin büdcəyə alınması forması  əlavə  dəyər vergisidir. (Vergi Məcəlləsi, 153-cü 
maddə). 
Məlumdur ki, ayrı-ayrı  məhsul (iş, xidmət) müəyyən xərclər hesabına başa gəlir və  məhsulun maya 
dəyərini təşkil edir. İstehsalçı isə, həmin maya dəyərinin üstünə öz mənfəətini də gələrək baha qiymətə satır. Bu 
zaman məhsula  əlavə  dəyər qoyulmasa və  məhsul daha baha qiymətə satılmasa,  əmək haqqı ödənilə bilməz, 
əlavə mənfəət əldə olunmaz, nəticədə isə məhsulun istehsal olunmasına heç bir maraq qalmaz. Məhz ƏDV də 
məhsulun dəyərinə əlavə olunmuş dəyərdən tutulur və büdcəyə köçürülür. ƏDV satış zamanı yarandığı üçün bir 
növ istehlakçının cibindən gedir.  
İdxal olunan mallara ƏDV-nin tətbiqi iki funksiyanı yerinə yetirir:  
1) xarici iqtisadi fəaliyyətin tənzimlənməsi, daha doğrusu, daxili bazarda yerli və idxal mallarının 
arasındakı rəqabətin tənzimlənməsini;  
2) dövlət büdcəsinin gəlir hissəsini doldurmaq üçün fiskal funksiyanı.  
ƏDV-nin müəyyənləşdirərkən advaoar dəyərdən istifadə olunur. ƏDV-nin dərəcələri qanunvericilik 
normalarına uyğun qoyulur ƏDV müqavilədə göstərilən valyuta əsasında hesablanır, daha doğrusu, malın 
gömrük dəyəri hesablanan valyuta əsas götürülür.  
ƏDV hesablanarkən üç əsas dəyər elementinin cəmi əsas kimi götürülür:  
- malın gömrük dəyəri;  
- gömrük rüsumu;  
- aksiz kəmiyyəti.  
Ödəniləcək əlavə dəyər vergisi aşağıdakı düsturla hesablanır:  
ƏDV = (MGD + GR + A). ƏDVd 100; burada 
ƏDV - ödəniləcək ƏDV-nin kəmiyyəti (miqdarı);  
MGD - malın gömrük dəyəri;  
GR - gömrük rüsumu;  
A - aksiz;  
ƏDVd - hər bir mal üçün müəyyən olunmuş ƏDV-nin miqdarı  
Azərbaycan Respublikasında 1995-ci ildən başlayaraq xarici ticarət mallarından  əlavə  dəyər vergisi 
tutulur.  İdxal malları istehsal olunduğu ölkənin  ərazisində  əlavə  dəyər vergisinə  cəlb olunmadığı üçün, 
istehlakçı ölkələrdə  həmin mallardan əlavə  dəyər vergisi tutulur. Lakin Müstəqil Dövlətlər Birliyi ölkələri ilə 
xüsusi gömrük sistemi fəaliyyət göstərdiyindən, bu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gətirilən 
malların  əlavə  dəyər vergisinə  cəlb olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə 
tənzimlənir.  
Azərbaycan Respublikası Nazirlər Kabineti əlavə  dəyər vergisindən azad olunan malların 
siyahısını sonuncu dəfə 31 yanvar  2005-ci il tarixli 11 saylı  qərarı ilə  təsdiq etmişdir. Bu mallar 
aşağıdakılardır:  
1. birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora 
məxsus müəssisənin yaradılması üçün gətirilən əmlak; 
2. xarici investisiyalı müəssisənin  əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına 
gətirdikləri əmlak (işə götürənin arayışı gömrük orqanlarına təqdim olunmaqla); 
3. Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, 
həmçinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə digər hüquqi və fiziki 
şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar; 
4. texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyə  məqsədi ilə dövlətlərin, 
hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar; 
5. xarici iqtisadi fəaliyyətin mal nomenklaturuna daxil olan bütün növ avtonəqliyyat vasitələri istisna 
olmaqla, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası  ərazisinə  gətirilən istehsal və kommersiya 
məqsədləri üçün nəzərdə tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan 
artıq olmayan mallar
6. fövqəladə halların qarşısının alınması  və bu halların nəticələrinin aradan qaldırılması  məqsədi ilə 
maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin 
yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə 
Dövlət Komissiyasının təsdiqedici sənədi əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar, 
alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar; 
7. Azərbaycan Respublikası  vətəndaşlarının pasportları  və  şəxsiyyət vəsiqələri blankları, onların 
fərdiləşdirilməsi, «Giriş-Çıxış» avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq 
izlərinin, güllə  və gilizlər üzərindəki izlərin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, 

98 
 
ləvazimatlar və materiallar, polisə telefon zənglərinin qəbulu üzrə xüsusi «102» xidmətinə — Zəng Mərkəzi 
Sisteminə (ZMS) daxil olan avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar ;  
8. qanunvericiliyə uyğun olaraq, dövlət müəssisələrini idarə etmək hüququna dair təsdiq edilmiş 
müqavilələrin icrası ilə bağlı investisiya proqramında istehsalın təşkili üçün nəzərdə tutulmuş mallar
9. aksizli malların aksiz markalarının saxta olub-olmamasını yoxlamaq üçün xüsusi avadanlıqlar (əl 
detektorları və lampalar), Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik 
nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə  gəlmək üçün əcnəbi vətəndaşlara verilən blanklar, 
onların tətbiqinə  nəzarət və istifadəsi üçün müvafiq avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar.12. 
ixrac məqsədli neft-qaz fəaliyyəti ilə  əlaqədar avadanlıq və materiallar (Azərbaycan Respublikasının Dövlət 
Neft  Şirkəti tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan 
avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə). 
 
10.1.3. Aksizlər 
 
Aksiz, fransızca  “accise”, latınca  “accido”  sözlərindən götürülmüş, mənası  “kəsirəm” deməkdir. 
Kütləvi istehlak mallarına (duz, çay, tütün, şərab və s.), həmçinin hər cür xidmətlərə qoyulan dolayı vergiyə 
aksiz deyilir (Vergi Məcəlləsi, 182-ci maddə).  
“Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 184-cü muddəsinin 1.2-ci bəndinə görə idxal malları 
üçün aksiz vergilərini Azərbaycan Respublikası Gömrük Məcəlləsinə uyğun olaraq gömrük orqanları yığırlar. 
İdxal malları üçün aksiz vergisinin miqdarı Azərbaycan Respublikası Gömrük Məcəlləsinə uyğun olaraq 
müəyyən edilən (Gömrük Məcəlləsinə görə aksiz vergisinin faizi Azərbaycan Respublikasının Nazirlər Kabineti 
tərəfindən müəyyən olunur), lakin topdan satış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir. 
Hal-hazırda aksiz faizləri 10-dan (qiymətli metal və gümüş məmulatı) 90-dək (içməli spirt) dəyişir.  
Aksiz faizləri məhsul və xidmətin qiymətinə uyğun olaraq müəyyən edilir və buraxılış qiymətinə daxil 
olur, yəni məhsulun qiyməti 100 manatdırsa və aksiz faizi 60-dırsa, onda məhsulun buraxılış və ya satış qiyməti 
160 man. olacaqdır.  
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı 
hüquqi tənzimləmə  məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş 
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 
2000-ci il 30 avqust tarixli 393 saylı Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Nazirlər 
Kabineti 19 yanvar 2001-ci ildə “Azərbaycan Respublikasının  ərazisinə  gətirilən aksiz vergisinə  cəlb olunan 
malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 20 saylı  qərar qəbul etmişdir. Həmin qərara görə 
aşağıdakı idxal mallarına aksiz dərəcələri tətbiq edilmişdir:  
1) içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri;  
2) tütün məmulatları;  
3) neft məhsulları. 
“Azərbaycan Respublikası Vergi Məcəlləsinn 191.3-cü maddəsinə görə, aksizli mallar idxal edildikdə, 
aksiz gömrük orqanları  tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur. Aksizlər dövlət büdcəsinə 
ödənilir.  
Aksizlər advalor tariflərə görə hesablandıqda malın gömrük dəyəri vergi qoymanın bazası (əsası) kimi 
götürülür. 
Ümumi qaydalara görə aksizlərin ödəyiciləri deklarantlardır. Ödəmə Yük Gömrük Bəyannaməsini 
(YGB) təqdim etməzdən  əvvəl və ya təqdim edəndə  həyata keçirilir. Gömrük qanunvericiliyinə görə  bəzi 
hallarda gömrük anbarının sahibi, gömrük daşıyıcısı və başqaları da ola bilər.  
Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları  
Mal qismində ölkənin gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin, habelə müşayiət 
olunmayan baqajda, beynəlxalq poçt göndərişlərində keçirilən, kommersiya məqsədləri üçün nəzərdə 
tutulmayan malların və yüklərin, həmçinin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə 
qanunvericiliklə müəyyən olunmuş miqdarda gömrük yığımları alınır.  
Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımları, gömrük sisteminin xidməti xərcləri kimi 
qiymətləndirilməlidir. Bu gömrük yığımları birbaşa büdcə vəsaiti hesab olunur.  
Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları mal və sənədlər gömrük rəsmiləşdirilməsinə təqdim 
olunana qədər və ya təqdim olunan vaxt həyata keçirilir. Bu gömrük yığımları ödənməsinin özünəməxsusluğu 
aşağıdakılardır:  
1) gömrük yığımlarının ödənilməsi üçün heç bir vaxtalma və ya vaxtuzatma nəzərdə tutulmayıb;  
2) gömrük rəsmiləşdirilməsinə görə alınmış gömrük yığımları geri qaytarılmır.  

99 
 
Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsi üçün yığımların 
miqdarını qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti, yəni Azərbaycan Respublikası Nazirlər 
Kabineti müəyyənləşdirir.  
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük orqanlarının iş vaxtından kənar 
vaxtda və müəyyən edilmiş yerdən kənarda rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda alınır.  
Saxlanca görə gömrük yığımları. Gömrük anbarlarında və sahibi Azərbaycan Respublikası gömrük 
orqanları olan müvəqqəti saxlanc anbarında malların və  nəqliyyat vasitələrinin saxlancına görə göstərilən 
xidmətlərin orta dəyərindən asılı olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi miqdarda gömrük yığımları alınır.  
Müvəqqəti saxlanc anbarlarında saxlanılan mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişləri, DGK 
sədrinin 11.XI.1998-ci il tarixl 14 saylı əmri ilə təsdiqlənmiş və 24.XI.1998-ci ildə Azərbaycan Respublikası 
Ədliyyə Nazirliyində qeydə alınmış (Qeydiyyat N 136) “Müvəqqəti saxlanc (müvəqqəti saxlanc anbarları) 
haqqında” Əsasnaməyə uyğun alınır. 
Malların gömrük müşayiətinə görə gömrük yığımları.  
Malların gömrük müşayiətinə görə Azərbaycan Respublikası DGK-nın Azərbaycan Respublikası 
Nazirlər Kabinetinin razılığı ilə müəyyən etdyi miqdarda gömrük yığımları alınır. 
Gömrük ödənişlərinin hesablanması üçün gömrük dəyəri  əsas götürülür. Gömrük dəyərinin təyin 
olunması qaydaları isə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır 
(11-23-cü maddələr). 
ƏDV hesablanarkən verginin miqdarı gömrük rüsumlarının miqdarı  qədər, aksizli mallarda isə 
aksizlərin ümumi miqdarı qədər artır.  
Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verilməsi və vaxtın uzadılması.  
Gömrük ödənişlərinin ödənilməsi üçün müstəsna hallarda ödəyiciyə möhlət verilə  və ya vaxt uzadıla 
bilər. Gömrük ödənişlərinin ödənişinə fiziki şəxslərə vaxtuzatma və ya möhlət verilmir.  
Gömrük ödəmələrinin ödənişində möhlət verilməsi və ya vaxtın uzadılması haqqında qərar ödəyicinin 
sərbəst formada tərtib etdiyi yazılı ərizəsinə əsasən gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının rəisi 
tərəfindən qəbul edilir. Göstərilən ərizə YGB ilə eyni vaxtda gömrük orqanına təqdim edilir.  
Gömrük ödənişlərinin ödənilməsi üçün verilən möhlət və uzadılan vaxt gömrük bəyannaməsinin qəbul 
edildiyi gündən etibarən iki aydan artıq olmamalıdır.  
Möhlət verilməsinə  və vaxtın uzadılmasına görə Azərbaycan Respublikası Milli Bankının verdiyi 
kreditlər üzrə həmin bankın verdiyi dərəcələrə uyğun olaraq faizlər alınır və dövlət büdcəsinə köçürülür.  
Azərbaycan Respublikası Milli Bankının verdiyi kreditlərə görə müəyyənləşdirdiyi dərəcələr haqqında 
məlumat Dövlət Gömrük Komitəsi tərəfindən yerli gömrük orqanlarına çatdırılır. Gömrük ödəmələrinin 
ödənişində vaxtın uzadılması  və möhlət verilməsinə görə hesablanmış faizlər ödəyici tərəfindən gömrük 
ödəmələrinin məbləğinin ödənişi ilə eyni vaxtda ödənilir. 
Gömrük ödəmələrinin ödənişinə möhlət verilərkən və vaxt uzadılarkən ödəyici vaxtuzatmanın sonuncu 
günündən gec olmayaraq borcunu və faizləri ödəməlidir. Bu zaman pul vəsaitinin köçürülmə tarixi bank 
əməliyyatının həyata keçirilməsi haqqında ödəmə sənədindəki bankın qeyd tarixi sayılır.  
Vaxtı uzadılmış gömrük ödəmələrinin ödənişini təsdiq edən ödəmə  sənədinin surəti müəyyən edilmiş 
müddətlərdə gömrük orqanına təqdim edilmədiyi hallarda, ödəniş günü pul vəsaitinin gömrük orqanının 
hesabına faktiki daxil olma tarixi sayılır.  
Aşağıdakılar borc hesab olunur:  
- gömrük ödəmələri məbləğinin, verilmiş vaxtuzatmaya və ya möhlətə görə faizlərin müəyyən 
edilmiş müddətlərdə ödənilməsi və vaxtuzatmanın bitdiyi gündən  sonrakı  və ya möhlət üzrə ödəmə 
müddətindən sonra üç təqvim günü ərzində lazımi pul vəsaitlərinin köçürülməsinə dair bank tərəfindən 
icra olunmuş ödəmə sənədinin gömrük orqanına təqdim olunmaması;  
- təqdim edilmiş sənəd üzrə pul vəsaitlərinin bank əməliyyatının aparılması haqqında Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin aparılmış qeyd tarixindən on dörd təqvim günü müddətində gömrük 
orqanının hesabına daxil olmaması.  
Gömrük ödənişlərinin ödənilməsindən yayınmaya cəhd göstərən şəxslərə bu cür ödənişlərin ödənilməsi 
üçün möhlət verilmir və ya vaxt uzadılmır.  
 
 10.2. Müxtəlif gömrük rejimlərində vergi və rüsumların tətbiqi qaydaları  
 
Müxtəlif gömrük rejimlərində vergi və rüsumların ödənilməsi qaydaları aşağıdakı kimidir:  
1. Sərbəst dövriyyə üçün buraxılış:  
Sərbəst dövriyyə üçün buraxılış rejimində gömrük ərazisinə  gətirilən mallar ümumi qaydada gömrük 
vergi və rüsumlarına cəlb olunur;  

100 
 
2. Təkrar idxal:  
Azərbaycan Respublikası ərazisindən ixrac olunmuş mallar qanunla müəyyən edilmiş müddətdə geriyə 
gətirildikdə həmin mallara vergi və rüsum hesablanmır, iqtisadi siyasət tədbirləri tətbiq edilmir. 
Mallar aparıldığı andan üç il ərzində  təkrar idxal edildikdə gömrük orqanı ödənilmiş ixrac gömrük 
rüsumlarının və vergilərin məbləğini qaytarır.  
Malların təkrar idxalı zamanı malları keçirən  şəxs malların aparılması zamanı vergi güzəştləri 
nəticəsində əldə etdiyi bütün məbləğləri qaytarır.  
3. Tranzit:  
Azərbaycan Respublikası  ərazisindən tranzit qaydada keçən mallardan vergi və rüsumlar tutulmur 
(gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları istisna olmaqla), onlara iqtisadi siyasət tədbirləri tətbiq 
edilmir. Azərbaycan Respublikası qanunvericiliyi və Azərbaycan Respublikasının dövlətlərarası 
müqavilələrində nəzərdə tutulmuş hallar istisna edilir.  
4. Gömrük anbarı:  
Gömrük anbarı rejimində yerləşdirilən mallardan saxlanc dövründə vergi və rüsumlar alınmır, onlara 
iqtisadi siyasət tədbirləri tətbiq edilmir. 
İxrac gömrük rejiminə uyğun olaraq aparılmaq üçün nəzərdə tutulan malların gömrük anbarı rejimi 
altında yerləşdirilməsi zamanı, malların faktiki aparılması üçün vergi və rüsumlardan azadetmə və ya ödənişinin 
qaytarılması  nəzərdə tutulubsa, həmin mallar gömrük rüsumlarından vergilərdən azad edilir və ya ödənən 
məbləğ qaytarılır. Gömrük rüsumlarından, vergilərdən azad edilərkən və ödənilən məbləğ qaytarılarkən mallar 
gömrük anbarı rejimi altında yerləşdiyi gündən başlayaraq üç aydan gec olmayaraq aparılmalıdır.  
5. Rüsumsuz ticarət mağazası:  
Rüsumsuz ticarət mağazalarına gətirilən mallardan gömrük vergi və rüsumları alınmır, onlara iqtisadi 
siyasət tədbirləri tətbiq edilmir.  
6. Gömrük ərazisində malların emalı: 
Gömrük  ərazisində malların emalı gömrük rejimində yerləşdirilən mallar sonradan qaytarılmaq  şərtilə 
vergi və rüsumlara cəlb olunur. Malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildiyi gündən 
etibarən  ən geci iki il ərzində emal məhsulları ixrac gömrük rejiminə uyğun olaraq aparılarkən idxal gömrük 
vergi və rüsumlarının məbləği qaytarılır.  
Gömrük  ərazisində emal üçün istifadə edilmiş xarici mallar və onların məhsulları ixrac gömrük 
rüsumlarından və vergilərindən azad edilir.  
7. Gömrük nəzarəti altında malların emalı:  
Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti altında emal olunmaq üçün gətirilmiş 
mallardan gömrük vergi və rüsumları alınmır. Emal məhsulları sərbəst dövriyyə üçün buraxılış və digər gömrük 
rejimində rəsmiləşdirildikdə ümumi qaydada vergi və rüsumlara cəlb edilir.  
8. Müvəqqəti idxal:  
Azərbaycan Respublikası    ərazisinə müvəqqəti idxal olunan mallar gömrük vergi və rüsumlarından 
tamamilə və ya qismən azad edilir.  
Malların tamamilə  və ya qismən azad edilməsi “Azərbaycan Respublikasında müvəqqəti idxal (ixrac) 
edilən malların gömrük rüsumları  və vergilərin ödənilməsindən tamamilə  və ya qismən azad edilməsi” 
Qaydalarına müvafiq olaraq həyata keçirilir. 
9. Sərbəst gömrük zonası. Sərbəst anbar 
Xarici malların və Azərbaycan mallarının sərbəst gömrük zonalarına gətirilməsi və onların sərbəst 
gömrük zonalarında yerləşdirilməsi zamanı gömrük vergi və rüsumları alınmır.  
Mallar sərbəst gömrük zonaları  ərazisindən və  sərbəst anbarlarından Azərbaycan Respublikasının 
gömrük  ərazisinin qalan hissəsinə  gətirilərkən və ya sərbəst gömrük zonalarının  ərazisindən və  sərbəst 
anbarlardan Azərbaycan Respublikasının hüdudlarından kənara topdan satış qaydasında aparılarkən malın 
mənşəyindən asılı olaraq gömrük vergi və rüsumları alınır.  
İxrac zamanı  mənşə haqqında sertifikat olmadıqda, ixrac gömrük vergi və rüsumlarının alınması 
məqsədi ilə mallar Azərbaycan malları, digər məqsədlər üçün isə xarici mallar hesab edilir. 
İxrac gömrük rejiminə uyğun Azərbaycan Respublikasının hüdudlarından kənara aparılması  nəzərdə 
tutulan mallar sərbəst gömrük zonalarına gətirilərkən və ya sərbəst anbarlara yerləşdirilərkən,  əgər bu cür 
azadetmə və ya qaytarma malların faktiki aparılması üçün nəzərdə tutulmuşsa, bu cür malların faktiki aparılması 
gömrük rüsumlarının, vergilərin qaytarılması  və onlardan azadetmə günündən başlayaraq, altı aydan gec 
olmamaqla həyata keçirilir.  
10. Gömrük ərazisindən kənarda malların emalı:  
Malların gömrük ərazisindən kənarda emalı üçün lisenziya almış  şəxs və ya onun gömrük brokeri 
tərəfindən emal məhsulları sərbəst dövriyyə üçün bəyan edildikdə bu məhsullar tamamilə və ya qismən gömrük 
rüsumlarından, vergilərdən azad edilə bilər.  

101 
 
Malların sərbəst dövriyyə üçün ilkin buraxılışından çatışmazlığı nəzərdə tutulan hallar istisna edilməklə, 
emal məqsədilə aparılan malların  əvəzsiz təmir edilməsinə Azərbaycan Respublikasının gömrük orqanı  əmin 
olarsa idxal gömrük rüsumlarından, vergilərdən tamamilə azad edə bilər.  
11. Təkrar ixrac:  
Mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirələrkən, bilavasitə və yalnız təkrar ixrac üçün 
gətirildiyi Azərbaycan Respublikası gömrük orqanına bəyan edildikdə onlardan idxal gömrük rüsumları, 
vergilər alınmır, iqtisadi siyasət tədbirləri tətbiq olunmur. Bu cür malların faktiki aparılması gömrük 
bəyannaməsi qəbul edildiyi gündən altı aydan gec olmayaraq həyata keçirilməlidir. Həmin müddətdə mallar 
faktiki aparılmazsa, gömrük rüsumları, vergilər, həmçinin Azərbaycan Respublikası Milli Bankının verdiyi 
kreditlər üzrə həmin bankın müəyyən etdiyi dərəcələrlə onlardan faizlər alınır.  
12. Malların məhv edilməsi:  
Məhv edilən mallar gömrük vergi və rüsumlarına cəlb edilmir. Malların məhv edilməsi nəticəsində 
yaranan yararlı tullantılar gömrük nəzarətində olan xarici mal kimi müvafiq gömrük rejimi altında yerləşdirilir, 
vergi və rüsumlara cəlb olunur.  
13. Dövlətin xeyrinə maldan imtina:  
Dövlətin xeyrinə imtina olunan mallardan gömrük vergi və rüsumları alınmır.  
 
10.2.1. Gömrük ödənişlərinin yük gömrük bəyannamələrində göstərilməsi qaydaları  
 
Yük gömrük bəyannamələrinin rəsmiləşdirilməsi zamanı maliyyə-tarif  şöbəsinin inspektoru aşağıdakı 
bölmələrdə göstərilən rekvizitləri  (latınca “regiuisitum” - “tələb olunan”, “lazım olan” deməkdir. Sənədin 
həqiqiliyini tanımaq üçün lazıolan vacib məlumatlara rekvizitlər deyilir)  yoxlayır: 1-3; 8-9; 15-16; 20; 
22-24; 28; 31-39; 41-42; 44-49;  
Yoxlama zamanı hami inspektor həmin bölmələrin aşağıda göstərilən qaydada doldurulmasına diqqət 
yetirməlidir:  
Qrafa 2. “Göndərən”. 
Qrafada malları göndərən haqqında aşağıdakı məlumatlar:  
- sağ yuxarı küncdə hüquqi şəxslərə Dövlət Statistika Komitəsi (DSK) və ya fiziki şəxslər üçün gömrük 
orqanları tərəfindən verilmiş identifikasiya kodları göstərilir.  
- hüquqi şəxsin adı və ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən 
məlumat və ünvan göstərilir.  
- sol aşağı küncdə hüquqi şəxslər üçün Azərbaycan Respublikası  Ədliyyə Nazirliyindən alınmış 
təşkilatın qeydiyyatı haqqında  şəhadətnamənin verilmə tarixi və nömrəsi, fiziki şəxslər üçün isə Vergilər 
Nazirliyindən alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa səlahiyyət verən lisenziyanın nömrəsi və verilmə 
tarixi göstərilir.  
Qrafa 3. “Əlavə vərəqlər” 
Qrafa  əlavə  vərəqlər istifadə olunduqda doldurulur. Qrafanın birinci yarımbölməsində  vərəqin sıra 
nömrəsi, ikincidə isə əlavə vərəqlər daxil olmaqla, təqdim olunmuş YGB vərəqlərinin ümumi sayı göstərilir.  
Qrafa 8. “Malı alan” 
Qrafada malları alan haqqında aşağıdakı məlumat göstərilir:  
- xarici müəssisənin adı, ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı.  
Qrafa 9. “Maliyyə məsələlərinin tənzimlənməsində məsul şəxs” 
Qrafada ödəniş əsasında xarici ticarət sövdələşməsi bağlamış məsul şəxs haqqında məlumatlar bildirilir:  
- qrafanın aşağı hissəsində “N” işarəsindən sonra hüquqi şəxslərə DSK tərəfindən verilmiş 7 rəqəmli və 
ya fiziki şəxslər üçün gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodları; 
- hüquqi şəxsin adı və ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və onun şəxsiyyətini 
təsdiq edən sənəd haqqında məlumat;  
- sağ yuxarı küncdə. Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinə verilmiş uçot nömrəsi;  
Qrafa, ödənişsiz əsasda həyata keçirilən sövdələşmələr üzrə malların keçirilməsi hallarında doldurulur.  
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin