M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Bioloji amillərin rolunu şişirdən nəzəriyyələr



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə20/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Bioloji amillərin rolunu şişirdən nəzəriyyələr (“İrsiy-
yət”, “biogenetik”, “Praqmatizm”, “Freydizm”, “İrqçilik”, 
“Elita” və b.) şəxsiyyətin inkişafını ancaq bioloji amillərlə izah 
edir: guya şəxsiyyətin bütün xüsusiyyətləri – şüuru, xarakteri, 
qabiliyyətləri, göz və qulaq kimi, irsən hazır verilir. Bu nəzə-
riyyələr insanlarda olan fərqləri onların öz təbiəti ilə – irsi amil-
lərlə bağlayır, digər amillərin rolunu qəbul etmirlər. Onların 
fikrincə, insanın inkişafının təbii gedişinə müdaxilə etmək 


35 
olmaz; tərbiyə bu prosesə ancaq mane ola, bilər. 
Sosial amillərin rolunu şişirdən nəzəriyyələr (“Ağ 
lövhə”, “Azad tərbiyə” və b.) insanı ağ (təmiz) lövhəyə bən-
zədir, şəxsiyyətin formalaşmasını ancaq sosial amillərlə – 
tərbiyə və mühitin təsiri ilə izah edirlər. Guya insan doğularkən 
özü ilə heç nə gətirmir, təmiz lövhə kimi dünyaya gəlir; 
həyatda bu lövhənin üstündə nə istəsən yazmaq olar. Yəni 
tərbiyə və mühitin təsiri ilə insan şəxsiyyətini istənilən kimi 
formalaşdırmaq mümkündür: “İnsan tərbiyə sayəsində insan 
olur”, “Tərbiyə hər şeyə qadirdir”, “İnsanlar arasındakı fərqlər 
ancaq tərbiyə və mühitlə bağlıdır”. 
İrsiyyət və mühitin rolunu şişirdən nəzəriyyələr 
(“Konvergensiya”, “İstedadlılıq”, “İki amil” nəzəriyyələri, “Pe-
dalogiya” və b.) şəxsiyyətin inkişafını iki amillə – irsiyyət və 
mühitlə izah edirlər. Mühit dedikdə, onlar dəyişməz mühiti əsas 
götürürlər. Guya insanın inkişafı, onun taleyi bu iki amillə şərt-
lənir: insan həyat prosesində ancaq öz daxilində olan keyfiy-
yətləri üzə çıxarmalı, düşdüyü sosial mühitə mexaniki şəkildə 
uyğunlaşmalıdır (heyvanlar bioloji mühitə uyğunlaşdıqları ki-
mi). 
Nəzərdən keçirilən hər üç istiqamət birtərəfli və yanlış 
olub, şəxsiyyətin inkişafında onun fəal rolunu inkar edir. 
Birinci istiqamət insanın inkişafında irsi amilin, ikinci istiqamət 
sosial amillərin, üçüncü istiqamət irsiyyət və mühitin fəal ro-
lunu qəbul edir: guya insanın irsiyyəti və mühiti necədirsə, o 
özü də elədir. Başqa sözlə, insan irsiyyətin və mühitin passiv 
məhsuludur: o, öz təbiətində olanları reallaşdırmalı, sadəcə mü-
hitə uyğunlaşmalıdır. Nəticədə bu nəzəriyyələrdən aydın olmur 
ki, nə üçün eyni ailədə, eyni sosial mühitdə yaşayan insanlar, 
hətta əkizlər fərqli keyfiyyətlərə malik olurlar? Eləcə də, nə 
üçün müxtəlif sosial mühitdə eyni keyfiyyətlərə, eyni (yaxın) 
inkişaf səviyyəsinə malik olan insanlar formalaşır? 
Bioloji və sosial amilləri əsas götürən nəzəriyyələr insa-
nın şəxsiyyət kimi inkişafının mənbələri və mexanizmi haqqın-


36 
da düzgün təsəvvür yarada bilmir. 
Bioloji və sosial amilləri, eləcə də insanın şəxsi fəallığını 
bir-birinə qarşı qoymaq olmaz. Yalnız bu amillərin dialektik 
vəhdəti şəxsiyyətin inkişafı problemini elmi-metodoloji əsasda 
başa düşməyə və həll etməyə imkan verir. Dialektik nəzəriyyə 
məhz bu mövqedə durur. Bu nəzəriyyəyə görə, şəxsiyyətin in-
kişafında irsiyyət amili müəyyənedici, sosial amillər və insanın 
fəallığı isə həlledici rol oynayır. İrsiyyətin müəyyənedici rolu 
onunla əlaqədardır ki, irsi imkanlar tərbiyə və mühitin iştirakı 
olmadan öz-özünə inkişaf edib qabiliyyətlərə çevrilə bilməz. 
Tərbiyə və mühit insanın təbii (irsi) imkanlarını üzə çıxarıb 
inkişaf etdirə də bilər, onların inkişafına mane də ola bilər. 
Buna görə də hər bir fərdin təbii imkanlarını vaxtında (kiçik 
yaşlardan) üzə çıxarmaq və onların inkişafı üçün əlverişli şərait 
yaratmaq lazımdır. Əks halda cəmiyyət bir çox istedadlardan 
məhrum ola bilər. 
Dialektik nəzəriyyə şəxsiyyətin inkişafında onun şəxsi 
fəallığının rolunu da qəbul edir. İnsan mühitin və tərbiyənin 
passiv obyekti deyildir; o mühitə və tərbiyəyə, habelə irsi im-
kanlarının reallaşmasına fəal təsir göstərə bilər. Şəxsiyyətin 
inkişafında təhsil və tərbiyə ilə yanaşı, insanın özünütəhsili və 
özünütərbiyəsi də mühüm şərtdir. 
İnsanın bir şəxsiyyət kimi formalaşmasında bioloji və 
sosial amillərin rolunu bitkinin inkişafı ilə müqayisə etsək, ir-
siyyəti toxuma, mühiti onun inkişafı üçün zəruri olan münbit 
torpağa və iqlimə, tərbiyəni isə bağbanın işinə bənzətmək olar 
(“Tərbiyə” ərəbcə “bəsləmək”, “yetişdirmək” deməkdir). 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin