M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Ünsiyyət (kommunikativ) qabiliyyətləri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə34/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Ünsiyyət (kommunikativ) qabiliyyətləri – adamlarla 
qarşılıqlı münasibət yaratmaq bacarığında ifadə olunur. Bu 
bacarıqlara yiyələnmiş müəllimlər tələbələrlə düzgün ünsiyyət 
yarada bilir, tələbələrin və həmkarlarının hörmətini qazanır, 
təlim-tərbiyə işində yüksək nəticələr əldə edirlər. Pedaqoji 
ünsiyyət müəllimin bir sıra müsbət keyfiyyətlərə yiyələnməsi ilə 


57 
şərtlənir: nikbinlik, xeyirxahlıq, humanizm, ünsiyyətçilik, əda-
lətlilik, həssaslıq, diqqətlilik, qayğıkeşlik, hörmət və tələbkar-
lıq, insanı başa düşmək qabiliyyəti, insana inam və s. Əsl mü-
əllim məhz bu keyfiyyətlər sayəsində tələbələrlə düzgün ün-
siyyət yarada bilir, ünsiyyət növlərini (rəsmi və qeyri-rəsmi 
ünsiyyəti) düzgün əlaqələndirir, öz işini demokratik ünsiyyət 
üslubunda qurur (əməkdaşlıq, mülayim ton, xahiş, məsləhət, 
tələbələrin maraq və tələbatlarının, rəy və arzularının nəzərə 
alınması və s.). Belə müəllimin ünsiyyət fəaliyyəti dəyişməz 
qalmır, dinamik səciyyə daşıyır: vəziyyətdən, məqsəddən, tələ-
bələrin davranışından və s. asılı olaraq ünsiyyətin məzmun və 
xarakteri, müraciət tonu da dəyişir. Konkret şəraitdən, insanın 
tərbiyə səviyyəsindən asılı olaraq müəllim ciddi və mülayim
ironik və qəzəbli, avtoritar və liberal ola bilər. Eləcə də onun 
hissi-emosional halı gizli simpatiyadan soyuq münasibətə sə-
mimilikdən sərtliyə və əksinə keçə bilər. 
Ünsiyyət prosesində insanın başqa adamları qavraması və 
onlara münasibinin xarakteri bir çox amillərlə bağlıdır. Aparıcı 
amillər kimi şəxsiyyətin dünyagörüşü, əqidə və baxışları, tə-
ləbatlarının xarakteri və onların təmin olunması vəziyyəti, baş-
qa adamların onun üçün subyektiv əhəmiyyət kəsb etməsi 
(onun hansısa maraqlarının ödənilməsində iştirakı) mühüm rol 
oynayır. Bu amillərdən, xüsusən tələbatların təmin edilməsi 
vəziyyətindən asılı olaraq insan başqa adamlara fərqli (neqativ 
və pozitiv, kəskin və sakit) münasibət göstərir. Neqativ şəx-
siyyət tipli adamlarda sərtlik, kobudluq, kinlilik, qapalılıq və s. 
bu kimi keyfiyyətlər dominantlıq təşkil edir. Onlar başqa 
adamlara, necə deyərlər, “qara eynəklə” baxır, onları mənfi 
planda qavrayır və onlara mənfi emosional münasibət bəslə-
yirlər. Xeyirxah, həssas, səmimi, vicdanlı adamlarda isə pozitiv 
tipli kommunikativ özək formalaşır. Belələri adamlara, “yaşıl 
eynəklə” baxır, onları müsbət planda qavrayır və onlara müsbət 
emosional münasibət bəsləyirlər. 
Neqativ və pozitiv ünsiyyət tipləri müəllimlər içərisində 


58 
də özünü göstərir. Xəstəliyi üzündən fərdi iş üçün tapşırığı 
yerinə yetirməyən tələbəyə müəllimlərdən biri deyir: “Xəs-
təliyinin mənə dəxli yoxdur, tapşırığı sabah mütləq gətir, yoxsa 
sıfır (0) bal yazacağam”. Digər müəllim isə başqa mövqedən 
çıxış edir: “Xəstələnib tapşırığı yerinə yetirmədiyin üçün çox 
heyfslənirəm. Amma imkan olanda tapşırığı yerinə yetirərsən. 
Ehtiyac olsa, məndən məsləhət ala bilərsən”. Göründüyü kimi, 
iki müəllim eyni vəziyyətə çox fərqli münasibət bildirir: birinci 
halda neqativ, ikinci halda isə pozitiv ünsiyyət tipi özünü 
göstərir. Birinci müəllim tələbəyə sadəcə tərbiyə obyekti kimi 
baxırsa, ikinci müəllim ona tərbiyənin fəal subyekti kimi ya-
naşır, insanı ali dəyər kimi qiymətləndirir və ona bu cür də 
münasibət göstərir. Hər bir müəllim özündə və tələbələrində 
insana münasibətdə humanist kommunikativ özək formalaş-
dırmağa çalışmalıdır. Belə olduqda müəllim tələbələrlə normal 
ünsiyyət qurur, onun nüfuzu da yüksəlir. 
Ünsiyyət qabiliyyətləri içərisində pedaqoji takt mühüm 
yer tutur. Pedaqoji takt – müəllimin tələbəyə səmərəli təsir 
vasitələrini tapıb tətbiq etməsi, bu zaman müəyyən ölçü hissi 
gözləməklə düzgün ünsiyyət qurması bacarığıdır. Pedaqoji takt 
ünsiyyətdə müəyyən hədd gözləməkdə, həddi aşmamaqda, 
“qızıl orta xətt” tapmaqda ifadə olunur. K.D.Uşinski bu mü-
nasibətlə yazırdı ki, məktəbdə zarafata yol verən (lakin bütün 
işi zarafata çevirməyən) ciddilik, şitliyə keçməyən mülayimlik, 
yersiz irada və qərəzçiliyə çevrilməyən ədalətlilik, həddini 
aşmayan xeyirxahlıq, xırdaçılığa keçməyən qayda-qanun və ən 
başlıcası isə müntəzəm ağıllı fəaliyyət hökm sürməlidir. 
Pedaqoji fəaliyyətin bütün sahələrində – təlimdə, tərbiyə 
işində, ünsiyyət və rəftarda, təsir metod və vasitələrində, hissi-
emosional sahədə, müəllimin danışıq və davranışığında ölçü 
hissi gözlənilməlidir. Ünsiyyət prosesində həddi aşmaq, israf-
çılıq əks nəticələrə gətirib çıxarır: hədsiz tələbkarlıq itaətsizlik 
doğurur, hədsiz yumşaqlıq saymazyanalığa səbəb olur, hədsiz 
tənqid insanın heysiyyatına toxunur, onda özünümüdafiə meyli 


59 
və etiraz doğurur.
Pedaqoji takt yaranmış çətin situasiyadan ustalıqla 
çıxmaq bacarığında da özünü göstərir.
Bəzən yaranmış vəziyyətdən çıxmaq üçün müəllim neqativ-
mənfi yönəlişliyi (ustanovkanı) pozitiv-müsbət yönəlişliklə əvəz 
etməyə çalışır. Tələbə söhbət etməklə mühazirəyə mane olur. Bu 
zaman müəllim özündə yaranmış mənfi emosiyanı (qışqırıq, hədə, 
cəza, tənqid) müsbət emosiya (yumor, zarafat, istehza) ilə əvəz 
etməklə gərginliyin, əsəbiliyin, münaqişənin qarşısını alır (“Cavan 
oğlan, görünür ürəyin sözlə doludur, söhbətin bir hissəsini 
tənəffüsə saxla”, “Deyəsən, bu gün sənin çayına dilotu qatıblar”). 
Pedaqoji takta malik müəllim tənqidə çox yer vermir, 
çünki tərif və mehribanlıq şəraitində insan tənqid şəraitində 
olduğundan daha yaxşı çalışır.
Ünsiyyət qabiliyyətləri təşkilatçılıq qabiliyyətləri ilə sıx 
bağlıdır. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin