M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Elmi-tədqiqatçılıq funksiyası



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə31/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Elmi-tədqiqatçılıq funksiyası ali məktəb müəllimi üçün 
daha spesifik funksiyadır. Orta məktəbdən fərqli olaraq ali 
məktəbdə elm tədris olunur, müəllim də elmi tədris edən alim-
dir, eyni zamanda müəyyən elmi problem üzərində işləyən 
tədqiqatçıdır. Elmi-tədqiqat işinin nəticələrini tədris prosesinə 
tətbiq etməklə müəllim tədrisin keyfiyyətini yüksəltməyə
tələbələrdə elmə marağın güclənməsinə şərait yaratmış olur. 
Tədqiqatçılıq funksiyası ali məktəbdə tədris olunan elm-
lərin mənimsənilməsi keyfiyyətinin yüksəldilməsi, pedaqoji 
prosesin səmərəli təşkili istiqamətində müəllimin axtarışlar 
aparmasını nəzərdə tutur.
Müəllimin qeyd edilən funksiyalarının əlaqəli şəkildə, 
kompleks halda həyata keçirilməsi ali məktəbdə pedaqoji fəa-
liyyətin səmərəli təşkilinə, tələbə gənclərin dərin bilikli, yüksək 
peşə-ixtisas hazırlığına malik mütəxəssislər kimi, kamil şəxsiy-
yətlər kimi yetişmələrinə kömək göstərə bilər. 


54 
Müəllimin funksiyaları onun hüquq və vəzifələrindən 
ayrılmazdır. 
Müəllimin hüquq və vəzifələri Azərbaycan Respub-
likasının Təhsil Qanununda öz əksini tapmışdır (maddə 33). 
Müəllimin hüquqları aşağıdakılardır: 
- normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir 
standartlara cavab verən texnologiyalarla təmin olunmaq 
hüququ; 
- təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil 
prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək 
hüququ; 
- tədrisin formasını, metodlarını və vasitələrini sərbəst 
seçmək hüququ; 
- şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək 
hüququ; 
- təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda 
seçkili vəzifələrə seçmək və seçilmək hüququ; 
- ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək
ixtisas və elmi dərəcəsini yüksəltmək hüququ; 
- müəyyən edilmiş qaydada mükafatlandırılmaq və təltif 
olunmaq hüququ; 
- uzun müddət qüsursuz çalışan və mühüm xidmətləri 
olan professorlara aylıq əmək haqqı, əlavələr və digər güzəştlər 
saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq 
şərti ilə məsləhətçi-professor vəzifəsini tutmaq hüququ. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin