AVTORITAR SIYASI REJIMLƏRIN FƏRQLƏNDIRICI XÜSUSIYYƏTLƏRI Avtoritarlığın totalitarlıqdan başlıca fərqi bundadır ki, burada hakimiyyət öz-özlüyündə total xarakter daşımır, yani bu rejim vahid ideologiyaya deyil, milli birlik konsensiyasına əsaslanır. Avtoritarlıq şaraitində ictimai hayatın siyasi hakimiyyət tərəfindən nəzarət edilməyən sahələri meydana çıxır. Avtoritarizmin bəzi növlərində. demokratik rejimin bir sıra xüsusiyyətləri-seçkilər (lakin saxtalaşdırılır), siyasi partiyalar və s. mövcud olur. Avtoritarizm şəraitində güclü siyasi hakimiyyət azad iqtisadiyyatla birləşir. Avtoritar rejim idarəetmədə hakimiyyətin mərkəzləşdirilməsi, rəhbərin qəti komanda (inzibati amirlik) me todu və şərtsiz itaətetmə kimi əlamətlərə üstünlük verir.Avtoritar rejim şəraitində siyasi fəaliyyət ciddi su rətdə reqlamentləşdirilir. Buna uyğun olaraq burada fəa liyyəti reqlamentləşdirilmiş leqal müxalifət mövcud olur.
Xarici siyasət və milli mənafe Xarici siyasət - dövlətin milli mənafelərinin, xalqın suveren hüquqlarının dövlətin sərhədləri xaricində qo runması və həyata keçirilməsidir. siyasət dövlətlərarası münasibətləri əhatə edir və onun mahiyyəti, məzmunu konkret tarixi şərait əsa sında yaranır. Xarici siyasətin mahiyyəti, məzmunu və forması bir-birilə vəhdət təşkil edir. Xarici siyasətin ma hiyyəti adətən sabit, dəyişməzdir. Mahiyyət kateqoriyası vasitəsilə xarici siyasətin daxili əsasları, təbiəti, ən ümumi səciyyəsi təhlil edilir. Xarici siyasətin mahiyyətli tərəfi onun mövcudluğunu təmin edən ünsürlərin, səbəblərin və əlaqələrin sistemində öz ifadəsini tapır. Xarici siyasətin məzmunu isə onun qarşısında duran məqsəd və prinsiplə ri həyata keçirməkdən ibarət olan üsul və vasitələrin sis temindən ibarətdir. Xarici siyasətin məzmunu dövlətin xarici siyasət fəaliyyəti zamanı qarşıya qoyduğu konkret vəzifələrdən və bu vəzifələri həyata keçirmək üçün seçilən vasitələrin xüsusiyyətindən asılı olaraq dəyişikliyə uğra yır. Xarici siyasətin məzmununda beynəlxalq şəraitə uy ğun düzgün siyasət kursunun müəyyənləşdirilməsi vacib amillərdən biridir.Xarici siyasətin əsas məqsədi dövlətin milli təhlükə sizliynin təmin edilməsi, ərazi bütövlüyünün qorunması, siyasi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi üçün dövlətlərarası əməkdaşlığın genişləndirilməsindən ibarət dir.Xarici siyasət aşağıdakı prinsiplərə əsaslanır: bir birinin daxili işlərinə qarışmamaq; ərazi bütövlüyünə hörmət etmək; milli mənafeyi qorumaq və təhlükəsizliyi təmin etmək; dövlətlər və beynəlxalq təşkilatlarla əmək daşlığı inkişaf etdirmək.Xarici siyasətin mahiyyəti və məzmunu ilə yanaşı daha bir keyfiyyəti də nəzərdən keçirilir. Bu da onun for masıdır. .Xarici siyasətin formalarının seçilməsinə bir sıra amillər təsir göstərir. Bu amillərə (dövlətin siyasi rejimi hakimiyyətin təbiəti, beynəlxalq münasibətlər sistemi, dövlətin coğrafi mövqeyi, milli mənafe və s.) daxildir.Dövlətin xarici siyasət fəaliyyəti mürəkkəb şərtlənmə mexanizminə malikdir. Xarici siyasətin şərtlənməsində sosial inqilab, dövlət çevrilişləri, parlament seçkiləri, ha kimiyyətin dəyişməsi, daxili-siyasi münaqişələr, beynəl xalq münasibətlər sistemində baş verən proseslər kimi si yasi amillər iştirak edir. Bu amillərin xarici siyasət fəa liyyətinin şərtlənməsinə təsir imkanları müxtəlifdir. Qərb siyasi nəzəriyyələrinə görə, xarici siyasətin daxili amillərlə şərtlənməsi milli mənafe vasitəsilə reallaşır, yəni dövlətin xarici siyasət fəaliyyəti milli mənafe vəzifələrinə tabe edi lir. Milli mənafe anlayışı dövlətin bütün fəaliyyətinin, o cümlədən xarici siyasət fəaliyyətinin əsasında duran mə nafelər zəncirində xüsusi rol oynayan daha əhəmiyyətli mənafeləri vurğulamaq zərurətini ifadə edir.Amerika tədqiqatçıları milli mənafe problemi ilə bağlı tədqiqatlarında mənafe anlayışına müxtəlif məna tutumunun xas olduğunu göstərir və onun ayrı-ayrı sə viyyələrdə təzahürünü qeyd edirlər. Milli mənafe anlayı şının strukturunu başlıca və ikinci dərəcəli mənafelər, ümumi və identik mənafelər, münaqişə mənafeləri, daimi və dəyişkən mənafelər təşkil edir. Bu mənafelərin hər biri dövlət fəaliyyətində, xüsusilə də onun xarici siyasətində müəyyən rol oynayır. Beynəlxalq siyasətdə iştirak edən hər bir dövlət ilk növbədə ölkənin milli mənafeyini qo ruyur. Milli mənafeyin reallaşması milli təhlükəsizlik şə raitinin qərarlaşmasını tələb edir. Milli təhlükəsizlikdə şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyi başlıca yer tutur.