həmkarları bilirlər. Bu cür münasibətlərə bir neçə
cür haqq qazandırmaq olar: aydın məsələdir ki, elm
bizim gündəlik həyat tərzimizə təsir göstərərək
inkişaf edir. Bununla yanaşı, o, bütünlüklə
anlaşılmır. Elmin müxtəlif sahələrində çalışan
həqiqi praktiklər müəyyən vaxt intervalında böyük
hissəsi sezilməyən (hiss edilməyən) sferaya daxil
olduqda dərhal başa düşürlər ki, onların kəşfinin
anlaşılması üçün xüsusi dil yaratmaq lazımdır.
Alimlərin çox hissəsi isə maraqlı məqamların adi
dilə tərcümə olunmasını nəzərə alıb narahat olmurlar.
Elm artıq sərbəst peşəyə çevrildi yin dən uzunmüddətli
praktika və ciddi öyrənmə tələb edir.
Elm institutu əvvəlcə ayrı-ayrı insanların
qabiliyyətinin nəticəsi kimi inkişaf edərək bütöv
halda kollektiv və təşkilat kimi təzə yaranıb və
xüsusi iqtisadi cizgilərə malikdir. Buna baxma -
yaraq, bütün başqa azad sənətlərdən fərqli olaraq,
elmi praktika dolayısı ilə iqtisadi fayda gətirmir.
Hüquqçu müdafiəçi və hökm çıxaran, həkim isə
müalicə edən şəxs kimi çıxış edə bilər. Dindar
insanlara ruhi rahatlıq verə, mühəndis körpü, yaxud
paltaryuyan maşının layihəsini işləyib tez
liklə
vəsait qazana bilər. Bunlar
azad sənətlərdir və
bazarda tələb olunanları təklif edirlər. Elmin bu və
ya digər məhsulu birbaşa satışa çıxarıla bilməz.
Ancaq onların məcmusunun texnika və sənayeyə
tətbiqi başqa azad sənətlərə nisbətən daha artıq
gəlir gətirə bilər.
Elm qədim dövrlərdə varlıların yanında
məşğuliyyət olub, həm də azad sənət kimi ortaya
çıxmışdı. Məsələn, təcrübəli saray astroloqu həm
də saray həkimi idi. Bu da öz növbəsində elmi,
faktiki olaraq, ali və orta təbəqənin inhisarına
çevirmişdi. Son mərhələdə alimin elmi və onun
əməkhaqqı ənənələr və sosial institutlardan asılı
qalırdı. Bu, elmin təhqir olunması kimi başa
düşülməməlidir.
Sonradan elmi himayə edən universitet, kor po -
ra siya və dövlət müəssisələri alimləri maaşla təmin
etməklə yanaşı, həm də onların elmi işlərini davam
etdirmələrinə şərait yaratdı.
Bernal yazır: “Sosialist cəmiyyətində ağanın
funksiyasını Elmlər Akademiyası əvəz etməklə
radikal dəyişikliklərə imza atmış oldu. Dövlət
uzaqgörən siyasət irəli sürərək alimin qeydinə
qalmağa başladı. Alimin əməyi dövlət büdcəsi
Dostları ilə paylaş: