Həm də kimyəvi
kinetika ilə məşğul olan
böyük İsveç alimi reaksiya sürətinin temperatur
asılılığının izahı, aktiv, izafi enerjiyə malik və
kimyəvi qarşılıqlı təsirə daxil ola bilən
molekullar haqqında təsəvvürlər kimi mühüm
kəşflərini etmişdir.
Nobel laureatı alim aktivləşmə enerjisi AE
anla
yışını irəli sürdü və reaksiyanın sürət
sabitinin A molekulların toqquşmalarını sayı
faktorundan, temperaturdan və AE-dən asılılıq
tənliyini təklif etdi.
Arrenius fizikanın bir çox sahələrində də
tədqiqatlar aparmışdır: 1883-cü ildə kürəvari
ildırım haqqında məqalə çap etdirdi, atmosferə
günəş radiasiyasının təsirini öyrəndi, buzluqlar
dövrünün iqlim dəyişmələrinə izah axtardı,
vulkanik aktivliyin öyrənilməsinə fiziki-kim -
yəvi nəzəriyyələri tətbiq etməyə cəhd gös tərdi.
Arrenius, ilk dəfə olaraq, belə bir nə zə riyyə
irəli sürdü: atmosferdə karbon qazı nın toplan -
ması orta temperaturun yüksəl mə sinə şərait
yaradır, başqa sözlə, istilikxana effekti
haqqında hipotezi söylədi.
1901-ci ildə o özünün bir neçə əməkdaşı ilə
Ceyms Klerk Maksvellin kosmik radiasiyanın
hissəciklərə təzyiq etməsi haqqında hipotezini
təsdiq etdi. Arrenius bu hadisəni öyrənməkdə
davam etdi və bundan istifadə edərək Şimal
qütb şəfəqlərinin və günəş tacının təbiətini izah
etməyə cəhd göstərdi. O, həmçinin ehtimal
edirdi ki, kosmik fəzada işığın təzyiqi hesabına
sporlar və digər canlı toxumlar yarana bilər.
Arreniusun bir sıra işləri təkamül astrofizi -
kasına həsr olunmuşdu. O, hesab edirdi ki,
Günəş sistemi ulduzlararası toqquşmalar
nəticə sində yaranmışdır.
1902-ci ildə Arrenius immunokimya sahə -
sində tədqiqatlara başladı, canlı orqanizmlərdə
kimyəvi reaksiyaları öyrəndi. Həmçinin o, süni
dillər üzərində düşünmüş, özünün ingilis dili
modifikasiyasını təklif etmişdir.
Qeyd edək ki, Arreniusun nəzəriyyələri
onun dövrünün alimləri tərəfindən tez-tez
tənqid olunurdu. Onu tənqid edənlər arasında
məşhur kimyaçı alim Dmitri İvanoviç
Mendeleyev də var idi (məhlulların fiziki-
kimyəvi nəzəriyyəsini yaratmışdı). Mende
-
leyev Arreniusun təkcə dissosiasiya haqqındakı
ideyasına qarşı çıxmamışdı, həmçinin məhlul -
ların təbiətinin başa düşülməsinə: həll olan və
həlledici maddələr arasında kimyəvi qarşılıqlı
təsirləri (su olduqda hidratasiya və ya ümumi
halda solvatasiya) nəzərə almayan təmiz
“fiziki” yanaşmanı da tənqid edirdi.
Arreniusun nəzəriyyəsi qatı elektrolit
məhlullarında özünü tam doğrultmurdu, çünki
o, ionlararası (elektrostasik) qarşılıqlı təsiri
nəzərə almamışdı.
Sonralar İ.A.Kabulkov, V.A.Kistyakovski,
Q.Lyuis, P.Debay və E.Hükel ionlararası qarşı -
lıqlı təsir faktorunu nəzərə alan düzəlişləri dis -
sosiasiya nəzəriyyəsinə daxil etdilər.
Arrenius və Mendeleyevin baxışları sonra -
lar turşuların və əsasların proton nəzəriy
-
yəsində birləşdirildi. Arrenius çoxlu sayda
təl tif lərə və mükafatlara layiq görülmüşdü:
•
Nobel mükafatı;
•
London Kral Cəmiyyətinin Devi adına
medalı (1902);
•
Amerika Kimya Cəmiyyətinin Villard
Gibs adına ilk medalı (1911);
•
Britaniya Kimya Cəmiyyətinin
Faradey medalı (1914);
•
İsveç Kral Elmlər Akademiyasının üzvü;
•
London Kral Cəmiyyətinin xarici üzvü;
•
Almaniya Kimya Cəmiyyətinin xarici
üzvü;
•
Peterburq Elmlər Akademiyasının
xarici müxbir üzvü (1903-cü ildən);
•
SSRİ Elmlər Akademiyasının fəxri
üzvü (1926-cı ildən).
Arrenius 1927-ci il oktyabrın 2-də
Stokholmda vəfat etmişdir.
Dostları ilə paylaş: