39
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Con Bernal (10 may 1901 – 15 sentyabr 1977)
ingilis fiziki və elm tarixçisidir. Kembric və
London universitetlərinin professoru, London
Kral Akademiyasının üzvü seçil mişdir. Əsas elmi
işləri fizika, kristalloqrafiya və biokimya
sahələrində olmuşdur.
Bernalın elmə maraq dairəsi çox geniş
olmuşdur. O, elmşünaslığın əsasını qoyan nəhəng
alim lərdən biridir. Elmşünaslıq – elmin funk sional
qanunauyğunluqlarını və inkişafını, elmi fəaliy -
yətin strukturu və dinamikasını, elmin cəmiyyətin
material və mənəvi sferalarına təsirini, onun ictimai
proseslərdəki rolunu öyrə nən tədqiqat sahəsidir.
Bernal “Elm və cəmiy yət”, “Elmin sosial funk -
siyası”, “Cəmiyyət tarixində elm” əsərlərində elmin
fəl
səfi mahiy
yəti, elmlərarası əlaqələr, elmin
ictimai inkişafa təsiri məsələlərini tədqiq etmişdir.
Bernal elmi-texniki inqilab konsepsiyasının yara -
dı cılarından biridir.
Bernalın böyük Azərbaycan alimi Xudu
Məmmədov haqqında fikri:
Elmin cəmiyyətin inkişafındakı rolu danıl
-
mazdır. XX əsrin əvvəllərindən başlayaraq elm
artıq nəzərə çarpmayan şəkildə və tədricən inki şaf
etmir, tez və sıçrayışla inkişaf edir. Bizim sivi li -
zasiyanın strukturu məhz elmin hesabına güclü
şəkildə dəyişmiş və dəyişməkdə davam edir. Təkcə
XX əsrin kəşfləri cəmiyyətin simasını əsaslı şəkildə
dəyişmişdir. Buna görə də elmin inkişaf tarixinin
cəmiyyətə təsirini öyrənmək olduqca maraqlıdır.
Böyük elm tarixçisi ingilis alimi Jon Bernalın bu
sahədəki tədqiqatları aktuallığını itirməyib. Bernal,
haqlı olaraq, elmə institut, metod, biliklərin
toplanması ənənəsi, istehsalın inkişaf faktoru, sülhə
bəşəriyyətin inkişafına təkan verən faktorlar kimi
baxırdı.
Dostları ilə paylaş: