34
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
İonlar nəzəriyyəsinin atası, məhlulda
elektrik cərəyanının hərəkətini izah etmiş İsveç
Svante Avqust Arrenius 1859-cu ildə Vikdə,
fermer ailəsində anadan olmuşdur. Onun bir
yaşı tamam olanda valideynləri Upsal şəhərinə
köçmüşlər. Burada Avqustun atası Svante
Qustav Upsal Universitetindəki inspektorlar
şurasında işləməmişdir.
Məktəb yaşına çatmamış Svante Arrenius
hesabı artıq bildiyindən, atasının tərtib etdiyi
hesabatlardakı rəqəmləri böyük həvəslə top la -
yır dı. Onun səkkiz yaşı tamam olduqda vali -
deyn ləri onu şəhər kafedral məktəbinə göndə rirlər.
O, yaxşı oxuyurdu, lakin biolo giya, fizika və
riyaziyyata marağı daha böyük idi.
Məktəbi bitirdikdən sonra o, Upsal
Universitetinə daxil olur və burada fizika,
kimya və riyaziyyatı öyrənməkdə davam edir.
Təhsildəki uğurunun hesabına ona təbiət
elmləri üzrə bakalavr dərəcəsi verildi.
Bundan sonra o, artıq sərbəst həyata baş la ya
bilərdi. Lakin Arrenius təhsilini davam
etdirməyi qərara aldı və növbəti üç ildə Upsal
Universitetində fizikanı öyrəndi. 1881-ci ildə
bu ali məktəbi bitirən Arrenius Stokholma
İsveç Elmlər Akademiyasına gəlir. Məqsədi
Erik Edlundun rəhbərliyi altında elektrik
sahəsində tədqiqatlarını davam etdirmək idi. O
dövrdə elektrikin fiziki təbiəti öyrənilməmiş
qalırdı. Məsələn, təmiz suyun və quru duzun
ayrılıqda elektrik cərəyanını keçirə bilmə
-
məsinin səbəbi bilinmirdi. Buna baxmayaraq,
duzların suda məhlulları elektrik cərəyanını əla
keçirirdi. Arrenius məhlulların elektrik keçirici -
liyinə xüsusi diqqət etməyə başladı.
Müşahidələri əsasında böyük kimyaçı belə
bir ehtimal irəli sürür: bəzi maddələrin molekul -
ları mayedə həll olduqda dissosiasiya olunur,
başqa sözlə, parçalanır. Arrenius onları ion
(yunanca “gələn”) adlandırır. O, həmçinin müəy -
yən etdi ki, bütöv molekulun elektroneytral
olmasına baxmayaraq, onun hissəcikləri müs -
bət və ya mənfi yük daşıyır. Məhz bunların
sayəsində məhlulların elektrik keçiriciliyi təmin
olunur. Elektrik cərəyanı öz növbəsində aktiv
tərkib hissələri əks yüklənmiş elektroda
istiqamətləndirir. Məsələn, müəyyən edilmişdir
ki, natrium xlorid molekulları suda həll olun -
duqda müsbət yüklənmiş natrium atomlarına
və mənfi yüklənmiş xlor atomlarına parçalanır.
Arreniusun təklif etdiyi hipotez onun dok -
tor luq dissertasiyasının əsasını təşkil edirdi.
Arreniusun hipotezi gözlənilməz olduğundan,
əksər alimlər onunla razılaşmırdılar. Bu səbəb -
dən fakültə şurası onun dissertasiya işini yük -
sək qiymətləndirmir. Lakin ona mühazirə oxumaq
hüququ verilmədən doktorluq dərəcəsi təsdiq -
lənir. Buna baxmayaraq, Arrenius vaxt itirmə -
dən alınmış elmi nəticələri məqalə şəklində çap
etdirir və Avropanın bir sıra aparıcı alimlərinə,
o cümlədən məşhur alman kimyaçısı Vilhelm
Ostvalda göndərir. Arreniusun məqaləsinin
təsirindən o, durmadan Upsala gəlir. Alman
kimyaçısı gənc Arreniusun təcrübələri ilə tanış
olur və onu yanına, Riqa Politexnik İnstitutuna
işə dəvət edir. Ostvaldın təklifi cəlbedici olsa
da, o, tələb olunan xərcləri ödəyə bilməyə -
cəyini nəzərə alıb, bu təklifi qəbul etmir. Amma
belə məşhur alimin onu müdafiə etməsi onun
işinə münasibəti dəyişir. Arrenius dərhal Upsal
Universitetinə lektor təyin olunur. Lakin doğma
şəhərində o, cəmi iki il işləyir.
1886-cı ildə Arrenius İsveç Kral Elmlər
Akademiyasının təqaüdünə layiq görülür ki, bu
da onun xaricə getməsinə imkan yaradır. Arrenius
əvvəlcə Riqaya gəlir, Ostvaldın laboratoriya -
sında bir müddət işlədikdən sonra Vürsburqa
gedir və orada məşhur kimyaçı Frix Kolrauşun
tələbəsi olur. Buna baxmayaraq Arrenius elmi
əlaqələrini genişləndirməkdə davam edir.
İş prosesində o, Valter Nernst ilə tanış olur.
Sonra Arrenius Lüdviq Boltsmanın dəvəti ilə
Qrats şəhərinə gəlir və geriyə qayıdarkən bir
neçə həftə Amsterdamda qalır və Yakob Vant-
Hoffun laboratoriyasında onun işləri ilə maraq -
lanır. Bu laboratoriyada onun maraq dairəsi
osmotik təzyiqlə bağlı idi. O, nazik membran
ilə ayrılmış iki müxtəlif məhlulların qatılıq -
larının bərabərləşməsinin səbəbini öyrənmək
istəyirdi.
İsveçə qayıdan Arrenius Stokholm Univer -
sitetində fizika üzrə mühazirələr oxumağa
başlayır və 1895-ci ildə professor vəzifəsini
tutur. 1897-ci ildə isə universitetin rektoru təyin
olunur.
XIX əsrin 90-cı illəri ərzində Arrenius
özünün elektrolitik dissosiasiya nəzəriyyəsini
işləyib hazırlayır və osmotik təzyiq üzrə tədqi -
qatlarını davam etdirir. Arrenius tədricən belə
nəticəyə gəlir ki, sonuncu tədqiqatlar, həmçinin
elektrolitik dissosiasiyanın məxsu
siliyi ilə
bağlıdır. Gələcəyin Nobel mükafatçısı Vant-
Hoff formulunun doğruluğunu təsdiq etməklə
yanaşı, həmçinin israr edirdi ki, osmotik təzyiq
məhlulda olan ionların sayın
dan asılıdır.
Əslində, Arrenius elmdə bununla elektrokimya
adlanan yeni istiqamətin əsasını qoydu.
Svante Avqust Arrenius 1903-cü ildə “kimya
elminin inkişafında özünün elektrolitik dis -
sosiasiya nəzəriyyəsinin xüsusi roluna görə”
Nobel mükafatına layiq görüldü. Mükafatın
təqdimolunma mərasimində İsveç Kral Elmlər
Akademiyasının katibi X.R.Tyepnebld qeyd
etmişdi: “Arreniusun ionlar nəzəriyyəsi elek -
tro kimyanın keyfiyyət əsasını qoymuşdur, ona
riyazi yanaşmanı tətbiq etməyə imkan ver -
mişdir. Eyni zamanda Arrenius Vant-Hoff tərə -
findən başlanan tədqiqatlar proqramını başa
çatdırmaqla kifayətlənmədi, həm də keyfiyyət
göstəricilərindən kəmiyyət göstəricilərinə
keçdi”.
Arrenius izohidriqlik haqqında təlim yarat -
mış, duzların hidrolizi nəzəriyyəsini işlə yib
hazırlamışdır. Elektrolitlərin əksər disso siasiya
proseslərinin ekzotermiki xarakterini və bu
proseslərin sürətinin və tamlığının tempe ratur -
dan asılılığını müəyyən etmişdir.
Dostları ilə paylaş: