“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə50/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   46   47   48   49   50   51   52   53   ...   125
Elmin strategiyası

Bernal yazırdı: “Elmin metodu haqqında

məsələyə baxışın məhdudluğu ondan ibarətdir ki,

biz onu elmin inkişafının taktikası adlandıra

bilmişik. Tam mənzərənin yaradılması üçün elmin

strategiyasının nəyə uyğun gəldiyi haqqında

danışmalıyıq. Aydındır  ki, elmin gələcək inkişafı

üçün şüurlu strategiyaya mütləq lüzum yoxdur.  Biz

bilirik ki, elmdə inkişafın yolu heç vaxt nəyəsə

əsaslanmadan olmayıb, böyük hissəsi şüuraltı

fəaliyyətə və hərdənbir şüurlu fəaliyyətə söykənən

strategiyaya uyğun şəkildə olub.

Kəşflərin əhəmiyyətli xüsusiyyətinin strategi -

yasına həll üçün problemlərin ardıcıllığının təyin




olunması daxildir. Problemi görmək onun həllini

tapmaqdan çətindir. Birinci üçün qavrayış, ikinci

üçün isə ağıl gərəkdir. Həqiqətən, elmdə ümumi

inkişaf, əsasən, həqiqi iqtisadi zərurətdən qoyulan

problemlərin ardıcıl həlli qaydasında baş verir.

İstənilən dövrlərdə elə adi və zəruri prob lemlər

mövcud olur ki, məsələn, kub formalı Delf

səcdəgahının iki dəfə böyüdülmə sin dən  kub kökaltı

hasil olmuşdur. Yaxud  Fransada bara 

maqurdu


xəstəliyinin müalicə olunması Lui Pasterin

xəstəliklərin mikrob nəzəriyyəsi haqqında kəşfinə

gətirib çıxardı. Elmdə qəbul olunmuş klassik

problemlərin kəmiyyətinin məhdudlaşdı 

rıl 

ması


təhlükəsi mövcuddur. Alimlər nəslinin toplanmış

əzmkarlığı hesabına bu problemlərin həlli və

gələcəkdə işlənməsi mümkün olmuşdur. Elmin

tarixinin böyük zaman kəsiyində məhz bu

tendensiya məhdud hüdudda qorunub saxlanıl 

-

mışdır. Elə bu hüduddan çıxan yeni problemləri



aşkar edən elm yeni sahələr zəbt etmişdir. 

Bernal yazırdı: “Keçmişin böyük alimləri,

məsələn, Nyuton, Faradey, Darvin, Qaliley və

başqaları problemləri tapmaq və həll etmək

məsələlərini öz planlarına uyğun olaraq, qarşıya

məqsəd qoyurdular. Məsələn, Faradey fəaliyyə tinin

ilk çağlarında ümumi problemləri – təbiətin ayrı-

ayrı qüvvələri sayılan işıq, istilik, elektrik və

maqnetizm arasındakı əlaqələri aşkar etməyi

qarşısına məqsəd qoymuşdu. O bunlara cüt-cüt

baxmaqla, demək olar ki, bütün planlarını yerinə

yetirə bildi”.




Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin