“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə52/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   48   49   50   51   52   53   54   55   ...   125
Mütəllim Abbasov,

pedaqoji elmlər doktoru

42

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




43

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Hal-hazırda dünyanın inkişaf etmiş

ölkələrinin əsas prioritetlərindən biri elmi-texniki

inkişafın dayanıqlılığının təmin edilməsidir.

Dünyada bu istiqamətdə çoxsaylı layihələr və

proqramlar işlənilir. “Elm dünyası” jurnalının 2-ci

sayında jurnalın baş redaktoru AMEA-nın prezi -

denti, akademik Akif Əlizadənin müsahibəsində

Azərbaycanda elmin gələcək inkişafından və

innovasiyaların tətbiqindən  mülahizələr dərc

edilmişdir. 

Elmi ictimaiyyət üçün son dərəcə maraqlı

olan bu müsahibədə akademik A.Əlizadə qeyd

edir ki, Azərbaycan Elmlər Akademiyası 2020-ci

ilin perspektivi baxımından öz fundamental

tədqiqatlarının prioritetlərini aydın və dəqiq

müəyyənləşdirməlidir. Həmin prioritetlərə

aşağıdakılar aid edilmişdir:

/

Respublikanın dayanıqlı inkişafının əsasını



təşkil edən,  ölkənin enerji təhlükəsizliyinin yük -

səl dilməsinə və enerji komplekslərinin səmərəli

fəaliyyətinə  yönəldilmiş elmi tədqiqatlar;

/

Ölkənin faydalı qazıntı yataqlarının aşkar



olun  ması,  yataqların  xammallarının  tərkibinin

elmi əsaslarla öyrənilməsi və səmərəli emal

texnologiyalarının işlənib hazırlanması;

/

Neft və qazın kimyası, bərpa olunan kom -



po nentər əsasında bioyanacaqların yaradıl ması

istiqamətində tədqiqatlar;

/

İnformasiya-kommunikasiya texno 



-

logiyaları sahəsində elmi tədqiqatlar;

/

Həyat elmləri (tibb və insan sağlamlığı);



/

Ölkənin milli təhlükəsizliyinə və müdafiə

qabiliyyətinin artırılmasına yönəldilmiş elmi

tədqiqatlar;

/

Ətraf mühitin mühafizəsi sahəsində elmi



tədqiqatlar;

/

İctimai və humanitar elmlər – tarix,



ədəbiyyat, dilçilik sahəsində elmi tədqiqatlar;

Bununla yanaşı həmsöhbətimiz bildirmişdi

ki, dünya dövlətlərinin əksəriyyətinin elmi-

texniki siyasətində elmi tədqiqatların maliyyələş -

dirilməsi hakim mövqeyə malikdir. Sənaye baxı -

mın dan inkişaf etmiş ölkələrdə elmə qoyulan

xərc 

lərin dinamikasının təhlili göstərir ki,



cəmiyyətin tərəqqisi birbaşa elmə sərf olunan

vəsaitin həcmindən asılıdır. Bunu nəzərə alaraq

dövlət, bir qayda olaraq, elmə böyük vəsait ayırır.

Bu xərclərin yuxarı həddi ümumi milli məhsulun

2,2%-dən (Almaniya) başlayaraq 5% (İsrail)

arasında dəyişir. Amerika iqtisadçısı F.Şererin

formalaşdırdığı “texniki tərəqqinin təbii qanunu”

birmənalı olaraq elmi tədqiqatların maliyyələşdi -

rilmə həcmlərində dəqiq ifadə olunmuş tenden -

siya əyani olaraq izlənilir: ayrıca götürülmüş hər

bir ölkədə elmə sərf olunan xərc miqdarca milli

məhsul istehsalını qabaqlamalıdır.

Azərbaycanda iqtisadi inkişaf tempi heyrə -

tamiz olsa da, təəssüf ki, ölkəmizdə elmin maliy -

yə ləşdirilməsi hələ də “qalıq prinsipi” üzrə həyata

keçirilir. Azərbaycan Respublikası Dövlət Sta -

tistika Komitəsinin rəsmi məlumatına görə, əgər

1980–1990-cı illər ərzində dövlət büdcəsindən

elmə ayrılmış maliyyə vəsaitinin həcmi ümumi

milli məhsulun  (ÜMM) 0,3-0,5 %-ni təşkil

edirdisə, bu rəqəm 1995-ci ildən başlayaraq,

ÜMM 0,2% səviyyəsinə enmişdir. Əlbəttə, bu

həcmdə vəsait  nəinki elmi inkişaf etmiş dövlətlər

sırasında texnoloji sıçrayışa nail olmaq, hətta

mövcud olan elmi potensialı, elementar olaraq

qorumaq üçün də əsla kifayət deyildir. Eyni

zamanda elmin maliyyələşdirmə həcminin sadəcə

olaraq artırılması bazar iqtisadiyyatı şəraitində

elmin rəqabət qabiliyyətinə nail olması üçün heç

də qənaətbəxş tədbir sayıla bilməz. Ayrılan

vəsaitlərin paylanmasında elə bir səmərəli me -

xanizm yaradılmalıdır ki, bu, vəsaitlərin az

əhəmiyyətli tədqiqatlara sərf olunmasına imkan

verməyib, milli maraqlara cavab verən prioritet

istiqamətlərə yönəldilsin. İnstitutlara vəsait

ayırarkən onların multidissiplinar elmi-tədqiqat




Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin