Elmi ənənələrin toplanması
Bernal yazırdı: “Biz elmə institut kimi baxan
zaman bir aspekti dəqiq ayıra bilmədik: elmi və
texniki inkişafın cəmiyyətin yerdə qalan
nailiyyətlər aspektindən fərqi nədən ibarətdir”.
Elmin bu xüsusiyyəti kumulyativ (latınca
cumulatio “toplamaq”) xarakter daşıyır. Alimlərin
metodları əvvəlcədən toplanmış zəngin bilik və
təcrübə ehtiyatına malik olmasa idi, kiçik dəyər
daşımış olardı. Elm – məlum faktlar, qanunlar və
nəzəriyyələr kompleksindən artıq bir şey deyil. O
nə qədər tənqid olunsa, nə qədər dağıdılıb yaradılsa
belə, həmişə yeni faktları, qanunları və nəzəriy -
yələri kəşf edir. Bunun müqabilində bütöv quruluş
(korpus) dağılmağa məruz qalmır. Elmin məhz bu
kumulyativ xarakteri onu din, hüquq, fəlsəfə və
incəsənət kimi başqa bəşəri institutlardan fərqlən -
dirir. Söyləmək lazımdır ki, sonuncuların elmə
nisbətən daha qədim tarixi və ənənəsinin olmasına
baxmayaraq, prinsipcə onlar kumulyativ deyillər.
Dinin işi “əbədi” həqiqəti qoruyub saxlamaqdadır.
İncəsənətin mahiyyəti daha çox fərdin fəaliyyəti ilə
bağlıdır, nəinki məktəbin. Alim isə həmişə şüurlu
şəkildə qəbul olunmuş həqiqəti dəyişməyə çalışır.
Onun işi tez bir zamanda geniş vüsət alır və fərdi
fəaliyyət xarakterini itirir. Təkcə rəssamlar deyil,
şairlər və digər insanlar keçmişə xas olan incəsənət,
musiqi və ədəbi əsərləri orijinaldan, yaxud
tərcümədən çox həvəslə oxuyur və qulaq asırlar.
Əksinə, çox az sayda alimlər, elm tarixçiləri və
nadir hallarda başqaları elm sahəsində böyük tarixi
işləri öyrənirlər. Elmin hər bir köhnə və yeni
nailiyyəti istənilən vaxt təyin olunmuş material və
cihaz vasitəsilə yoxlanıla bilər. Elmdə həqiqət
kriteriyasını vaxtilə Bekon belə göstərirdi: “Elmin
maddi aləmə tətbiqi fayda gətirməlidir”.
Maraqlıdır ki, elm və elm tarixi haqqında
məntiqi əsaslandırılmış fikirlər Azərbaycanın
dünyaya bəxş etdiyi üç görkəmli alimin də elmə aid
məqalələrində öz əksini tapmışdır. Bunlar əslən
bakılı olan Nobel mükafatı laureatı Landau, dünya
şöhrətli akademik, dünyada resirkulyasiya
nəzəriyyəsinin banisi Murtuza Nağıyev və Bernalın
elmi məktəbini keçmiş, AMEA-nın müxbir üzvü
Xudu Məmmədovdur.
Elm, alim, elmin gələcəyi haqqında həmin
alimlərin dəyərli fikirləri elm təşkilatçıları və
gələcəkdə alim olmaq istəyənlər üçün çox faydalı
ola bilər. Digər tərəfdən hər bir ölkənin elm tarixi
zamanında, təhrifsiz, mübaliğəsiz, yaddaşlarda
qalacaq və öyrənilməsi istəniləcək şəkildə
yazılmalıdır. Bu həm vaxtilə yaşamış və yaratmış
alimlərin haqqının itməməsi, həm də bu gün
fəaliyyət göstərən hər bir alimin zamanında
dəyərinin qiymətləndirilməsi baxımından faydalıdır.
Dostları ilə paylaş: |