Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə4/22
tarix03.12.2016
ölçüsü3,14 Kb.
#735
1   2   3   4   5   6   7   8   9   ...   22

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
40 
Məhz  30-cu  illərin  sonlarında  İ.Əfəndiyev  ədəbiyyata 
gəlmiş  və  bir-birinin  ardınca  hekayələr  yazmağa 
başlamışdır.  «Rayonda  ora-bura  qaçaraq  gündə  səkkiz-
doqquz  saat  işləməklə  bərabər  hələ  gecə  kurslarında  da 
dərs deyirdim. Çox yorulmağıma baxmayaraq Qarabağın 
qarlı  uzun  qış  gecələrində  heç  kəsə  bir  söz  demədən 
hekayələr yazdım. Sonralar «Kənddən məktublar» adı ilə 
çap  olunan  həmin  hekayələri  götürüb  1938-ci  ilin 
yayında pulsuz-pənəsiz gəldim Bakıya...» 
Bu  illər  çox  qorxulu  bir  dövr  idi,  ən  istedadlı 
sənətkarların  başı  üzərini  qara  buludlar  almışdı,  heç  kəs 
özündən 
arxayın 
deyildi. 
Sabaha 
sağ 
çıxıb-
çıxmayacağından  nigaran  qalmış  adamlar  bir-birindən 
qorxur, heç kimə etibar etmirdilər. 
İ.Əfəndiyev  ədəbiyyata  gəldiyi  ilk  illəri  belə  xatır-
layır:  «Qaryagində  coğrafiya  müəllimi  işlədiyim  vaxtlar 
yadıma  düşür.  Uzun  qış  gecəsi  idi,  çöldə  qar-çovğun 
vardı.  Adətim  üzrə  mütaliə  edirdim.  Darıxır,  qəribə 
hisslər keçirirdim. Birdən elə bil ilahidən məndə bir fikir 
yarandı  ki,  buradakı  həyatımı,  ürəyimi  əzən,  sıxan 
düşüncələrimi şəhərdəki bir dostuma məktub formasında 
yazım.  Bu  güclü  hissin  qarşısında  davam  gətirə 
bilmədim.  Özüm  də  bilmirəm  nə  iş  idi,  oturdum,  bir  də 
gördüm ki, hekayə yazıram. Növbəti gün də, ondan sonra 
da  belə  oldu.  Dalbadal  9  hekayə  yazdım».  (Bax:  Yenə 
orada, səh. 64.) 
 Bədii yaradıcılıq sahəsində ilk uğurlu addımlarını 30-
cu  illərin  axırlarında  atmağa  başlamış  İ.Əfəndiyev, 
bundan  əvvəl  bir  jurnalist,  mətbuat  işçisi  kimi  qələmini 
sınağa çəkmişdi. 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
41 
Yazıçının  tərcümeyi-halında  indiyə  qədər  qaranlıq 
qalmış,  daha  dəqiq  desək,  səhv  işıqlandırılmış 
məsələlərdən  biri də İ.Əfəndiyevin ilk  mətbu əsərinin nə 
vaxt  çap  olunmasıdır.  Yazıçının  tədqiqatçısı  Emin 
Əfəndiyev  yazır:  ―Bu  məlumatın  dəqiq  olmamasının  bir 
səbəbi  də,  müəyyən  mənada,  yazıçının  özü  ilə 
əlaqədardır. Belə ki, 1938-ci ilin son aylarından etibarən 
intensiv  şəkildə  yaradıcılığa  başlamış  İ.Əfəndiyevin 
imzası  dövri  mətbuat  səhifələrində  tez-tez  görünməyə 
başlamışdır.  Onun  bir  sıra  məqalə,  oçerk  və  hekayələri 
respublikanın  müxtəlif  qəzetlərində  dərc  olunurdu. 
Yalnız 1938-ci ilin sonlarında, 1939-cu ilin ilk iki ayında 
yazıçının «Yeni yol» qəzetində «Buruqlar arasında» adlı 
ilk  oçerki,  «Bataqlıq  saldatları»  kinofilminə  yazdığı  ilk 
resenziyası,  «Aşağı  mətbuata  rəhbərliyi  canlandırmalı» 
adlı  ilk  məqaləsi,  «Namuslu  fəhlələrin  sırasını  ço-
xaltmalı»,  «Şərəf  və  iftixar  işi»  adlı  yazıları  işıq  üzü 
görmüşdü.  Bu  illərdə  «Kommunist»  və  «Ədəbiyyat 
qəzeti»  də  İ.Əfəndiyevin  ilk  yazılarına  yer  verirdi. 
Yazıçının  ilk  mətbu  hekayəsi  olan  «Berlində  bir  gecə» 
əsəri də bu aylarda oxuculara çatdırılmışdır. 
 İ.Əfəndiyev  ilk  mətbu  əsərilə  əlaqədar  yazır:  «1939-
cu 
ildə 
«Revolyusiya 
və 
kultura» 
jurnalında 
«Gözlənilməyən  sevgi»  adlı  ilk  hekayəm  çıxdı.  Bundan 
az sonra «Kənddən məktublar» kitabım nəşr olundu.» Bu 
qeyri-dəqiq  məlumat  yazıçının  son  illərdə  dərc  etdirdiyi 
bir  sıra  yazılarında  da  verilmişdir.  Və  yazıçının  bu 
məlumatına  əsaslanan  jurnalist  və  ədəbiyyatşünaslar  da 
həmin səhvi təkrar etmişlər. 
İlk  mətbu  hekayəsi  hesab  etdiyi  «Gözlənilməyən 
sevgi»  əsərindən  xeyli  əvvəl,  yazıçının  bir  sıra  hekayə, 
oçerk  və  məqalələri  artıq  respublika  mətbuatında  dərc 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
42 
olunmuşdur...‖  (Bax:  Əfəndiyev  E.  İlyas  Əfəndiyevin 
yaradıcılığı (monoqrafiya), redaktor və ön sözün müəllifi 
akademik B.Nəbiyev, Bakı, ―ELM‖, 2000.) 
 Kənddə  coğrafiya  müəllimi  işləyərkən  yazdığı 
hekayələrini  götürüb  Bakıya  gələn  İ.Əfəndiyev  onları 
Yazıçılar  İttifaqında  nəsr  üzrə  məsləhətçi  işləyən  yazıçı 
Əbülhəsənə  göstərir.  Hekayələri  oxuyan  Əbülhəsən 
onları  bəyənir  və  çapını  məsləhət  görür.  Beləliklə  də 
yazıçının  «Kənddən  məktublar»  adlı  ilk  kitabı  işıq  üzü 
görür. 
İ.Əfəndiyev  «Dostumuzu  xatırlayarkən»  adlı  xatirə-
lərində  bu  haqda  yazmışdır:  «...hekayələri  mərhum 
yazıçımız  Əbülhəsənə  təqdim  etdim.  O,  mənim  təhər-
töhürümə,  ayağımdakı  uzunboğaz  çəkmələrə  baxaraq 
soruşdu: - Nəçisən ? Nəçi olduğumu dedikdə o: - Əzizim, 
əzizim, - dedi - coğrafiya müəllimi hara, yazıçılıq hara?.. 
Mən  bu  barədə  bir  söz  deməyərək  soruşdum:  - 
Hekayələrin cavabını nə vaxt ala bilərəm? - Ünvanını qoy 
get, vaxt olanda oxuyub cavab  yazarıq. - Yox, -dedim, - 
xahiş  edirəm  mən  rayona  qayıdanacan  oxuyasınız  ki, 
cavabını  özümə  deyəsiniz.  Soruşdu:  -  Rayona  nə  vaxt 
qayıdırsan? Dedim: - On gündən sonra. - Əzizim, əzizim, 
on  günəcən  bunları  oxuya  bilmərəm.  Özü  də  əlyazma-
sında  gətirmisən.  Mən  təkid  elədim.  O,  mənim  əl 
çəkməyəcəyimi hiss eləyib: - Yaxşı, - dedi, - on gündən 
sonra  mənə  dəyərsən.  Bəlkə  oxuya  bildim.  On  gündən 
sonra  o,  məni  ayrı  cür  qarşıladı.  Gülümsəyib  soruşdu:  - 
Əzizim, əzizim, sənin hekayələrin hansı qəzet-jurnallarda 
çıxıb?  -  Heç  birində  -  dedim.  -  Bunlar  mənim  ilk 
hekayələrimdi,  heç  birini  də  hələ  çapa  verməmişəm.  - 
Doğrudan?  Amma  mənə  elə  gəldi  ki,  sən  çoxdan  çap 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
43 
olunursan.  Hekayələr  yaxşıdı...yaxşıdı.  Xoşuma  gəldi. 
Mən  bizim  sədrimizə  də  dedim.  Gedək,  o,  səninlə  tanış 
olmaq istəyir... Əbülhəsən məni Əli Məmmədova təqdim 
edərək  dedi:  -  Hekayələri  barədə  sizə  danışdığım  oğlan 
budur.  Sədr  gülümsəyib  mənimlə  əl  tutdu.  Haradan 
olduğumu  və  sairə...öyrənib  biləndən  sonra  Əbül-
həsəndən  soruşdu:  -  Neçə  hekayədi?  -  Doqquz,-  deyə 
Əbülhəsən  cavab  verdi.  -  Neçəsini  çap  etmək 
mümkündür?  -  Hamısını  -  deyə  Əbülhəsən  qətiyyətlə 
cavab  verdi.  -  Elə  isə  göndərin  Azərnəşrə,  qoy  kitab 
halında  çap  eləsinlər».  (Bax:İlyas  Əfəndiyev  –  Wirtual 
muzey, ―Xatirələr‖ bölməsi.) 
Beləliklə  də,  Əbülhəsən  xeyirxahlıq  edərək  İ.Əfən-
diyevin  yaradıcılıq  yolunun  başlanğıcında  yaşıl  işıq 
yandırmış  oldu,  «Kənddən  məktublar»  adlı  ilk  kitabı 
İlyas  Əfəndiyevə  «ədəbiyyat  dünyasına»,  yazıçılar 
aləminə çıxmasına səlahiyyət verdi. 
 İlyas  Əfəndiyev  1938-ci  ilin  axırlarında  birdəfəlik 
Bakıya gəlir və onun yaradıcılığında mühüm rol oynamış 
Bakı ədəbi mühitinə qovuşur. Bakıda heç kimi tanımayan 
kimsəsiz  gənc  yazıçı  İ.Əfəndiyev  o  vaxtlar  Yazıçılar 
İttifaqında  partkom  (sovet  dönəmində  hər  bir  təşkilatda 
belə bir vəzifə var idi – red.) işləyən görkəmli yazıçı Əli 
Vəliyevlə  tanış  olur  və  onun  köməyilə  «Yeni  yol» 
qəzetində  mədəniyyət  və  ədəbiyyat  şöbəsində  ədəbi  işçi 
vəzifəsinə işə düzəlir. 
 Ev  məsələsində  isə  ona  Yazıçılar  İttifaqının  sədri 
Səməd  Vurğun  kömək  edir,  «Əski  Şərq»  mehmanxa-
nasında  bir  otaq  alır,  yazıçı  orada  üç  il  yaşayır.  Bakıda 
keçirdiyi ilk günləri yada salan İlyas Əfəndiyev qeyd edir 
ki,  ―rayonda  o  qədər  zülm  çəkmişdik,  o  qədər  təhqir 
olunmuşduq  ki,  burada  adamlardan  kömək,  hörmət, 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
44 
insani  münasibət  görəndə  ürəyim  kövrəlirdi.  Mənə  elə 
gəlir  ki,  tamam  yeni  bir  aləmə  düşmüşəm.  Demə  səs 
hüququndan  məhrum  edilmiş  tacir  oğluna  da  kömək, 
hörmət olarmış...‖ 
 Bakıda  ilk  gündən  qayğıkeş  və  xeyirxah  insanlarla 
əhatə  olunmuş  gənc  yazıçı  məhsuldar  yaradıcılıqla 
məşğul  olmağa  və  ilk  mətbu  əsərlərini  respublikanın 
dövri  mətbuat orqanlarında dərc  etdirməyə  başlayır.  Ya-
zıçı  «Yeni  yol»  qəzeti  redaksiyasında  bir  qədər  işlə-
dikdən  sonra  qəzetin  nəşri  dayandırılır.  Bundan  sonra 
İ.Əfəndiyev  əmək  fəaliyyətini  əvvəlcə  «Kommunist» 
/1939  -1940/,  sonra  isə  «Ədəbiyyat  qəzeti»ndə  nəsr 
şöbəsinin müdiri kimi davam etdirmişdir. 
 Heç şübhəsiz ki, İ.Əfəndiyevin bir yazıçı kimi inkişaf 
etməsində  və  ədəbi  ictimaiyyət  tərəfindən  tanınmasında 
əməkdaşlıq  etdiyi  həmin  qəzet  redaksiyalarının  mühüm 
xidməti olmuşdur. 
 İ.Əfəndiyev  1940-cı  ilin  yanvar  ayında  Azərbaycan 
Yazıçılar  İttifaqına  üzvülüyə  qəbul  edilir.  1990-cı  ildə 
qələmə  aldığı  xatirələrindən  birində  bu  haqda  yazıçı 
göstərmişdir:  «Bir  gün  gənc  tənqidçi  Əkbər  Ağayevlə 
təsadüfən  küçədə  rastlaşdığımız  zaman  mənə  dedi  ki:  - 
Yazıçılar İttifaqının sədri Rəsul Rza iclasda sənin kitabın 
haqqında  yaxşı  sözlər  danışdı.  Deyirdi:  -  «...hiss  olunur 
ki,  gənc  müəllif  istedadlıdır,  ümidverəndir.  Onu  İttifaqa 
cəlb etmək lazımdır.»  
 İ.Əfəndiyev  Yazıçılar  İttifaqına  daxil  olmaq  üçün 
aşağıdakı  məzmunda,  həm  də  qəribə  səslənən, 
standartdan kənar ərizə ilə müraciət etmişdir: 
«Azərbaycan  Sovet  Yazıçıları  İttifaqının  İdarə 
Heyətinə, gənc yazıçı İlyas Əfəndiyev tərəfindən  

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
45 
Ərizə 
Yazdığım  hekayələrdə  bir  çox  nöqsanlar  olduğunu 
bilirəm.  Rica  edirəm  məni  öz  sıranıza  qəbul  edəsiniz. 
Gələcək 
işlərimdə  mənə  kömək  edəsiniz.  İlyas 
Əfəndiyev».  1939-cu  il  dekabr  ayının  28-də  yazılmış 
həmin  ərizə,  Yazıçılar  İttifaqı  İdarə  heyətinin  10  yanvar 
1940-cı  il  tarixli  iclasında  müzakirə  edilmiş  və 
İ.Əfəndiyev  İttifaqa  üzv  qəbul  olunmuşdur.  Gənc  yazıçı 
bundan  sonra  Yazıçılar  İttifaqının  işlərində  yaxından 
iştirak etməyə başlayır. 
Böyük  Vətən  müharibəsinin  başlanması  bütün  başqa 
sənətkarlar  kimi  İ.Əfəndiyevi  də  səfərbər  etdi.  Yazıçı 
oxucularda  düşmənə  qarşı  dərin  nifrət,  vətənə  məhəbbət 
hissləri  aşılamaq  vəzifəsini  öhdəsinə  götürdü.  Tarixi 
keçmişimizə,  el  qəhrəmanlarına,  folklor  nümunələrinə 
müraciət  edərək  bir  sıra  hekayələr  yazdı,  əsgərlərlə 
görüşlər,  söhbətlər  keçirmək  üçün  yazıçı  briqadaları  ilə 
bərabər  Azərbaycan  diviziyalarında  oldu,  digər  tərəfdən, 
əsasən bir nasir kimi tanınmış ədib, ədəbiyyatın başqa bir 
sahəsində - dramaturgiyada qələmini sınadı. 1943-cü ildə 
o,  yazıçı  M.Hüseynlə  birlikdə,  mövzusu  Böyük  Vətən 
müharibəsindən götürülmüş  «İntizar»  pyesini qələmə  al-
dılar. Əsər 1944-cü ildə M.Əzizbəyov adına Azərbaycan 
Dövlət  Dram  Teatrının  səhnəsində  göstərilmiş  və 
dramaturq  İ.Əfəndiyevin  Azərbaycan  Milli  Teatrı  ilə  50 
ildən  çox  bir  müddətdə  davam  etmiş  sıx  yaradıcılıq 
əməkdaşlığının əsası belə qoyulmuşdur.  
 Bundan  sonra  yazıçı  Milli  Teatrımız  üçün  «İşıqlı 
yollar» /1946/ və «Bahar suları» /1947/ pyeslərini qələmə 
aldı.  İ.Əfəndiyev  drmaturgiyaya  gəldiyi  illəri  belə 
xatırlayır:  «...Tanınmış  yazıçı  Mehdi  Hüseyn  mənə 
yaxınlaşıb...  «istəyirsən  birlikdə  bir  pyes  yazaq»  -  dedi. 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
46 
Mehdi kimi məşhur bir yazıçının, tanınmış tənqidçinin bu 
təklifi  gənc  yazıçı  üçün  çox  xoş  idi  və  mən  razılıq 
verdim. Beləliklə də biz birlikdə «İntizar» pyesini yazdıq. 
Pyes Akademik Milli  Teatrda  müvəffəqiyyətlə  tamaşaya 
qoyuldu.  Bundan  bir  müddət  sonra  teatrın  direktoru  və 
baş rejissoru Adil İsgəndərov məni milli teatra dəvət etdi. 
Nəsr  yaradıcılığımdan  xoşlandığını  bildirdi  və  təklif  etdi 
ki,  neft  həyatından  teatr  üçün  bir  pyes  yazmaq  barədə 
düşünüm...  Neftçilərin  həyatını  öyrənməyə  başladım  və 
neft həyatından «İşıqlı yollar» adlı dram əsərimi yazdım. 
Əsər Akademik teatrda tamaşaya qoyulduqdan sonra Adil 
İsgəndərov müasir kənd həyatından da bir pyes yazmağı 
təklif etdi. Hətta qonorarın  yarısını da qabaqcadan verdi. 
«Bahar suları» adlı pyesim də belə meydana gəldi. Pyesi 
Adil  İsgəndərov  özü  tamaşaya  qoydu,  musiqisini  Səid 
Rüstəmov  yazdı.  Beləliklə,  mən  nəsr  yazmaqla  bərabər 
dramaturgiyaya daxil oldum». 
 Yeri  gəlmişkən  qeyd  edək  ki,  ―İşıqlı  yollar‖  əsəri 
İlyas  müəllimin  həyatını  xilas  edir.  Elçinin  yazdığına 
görə,  40-cı  illərin  əvvəllərində  adı  repressiya  olunanlar 
siyahısına  düşən  İlyas  Əfəndiyevin  adını  Mircəfər 
Bağırov bu əsərə görə siyahıdan pozur. 
 Elçin  bu  əhvalatı  belə  yazır:  ―Siyahını  nəzərdən 
keçirən Mir Cəfər Bağırov öz əli ilə onun adını pozur və 
deyir:  –  Bu  cavan  yazıçıyla  işiniz  olmasın.  Neftçilərin 
həyatından  yaxşı  pyes  yazıb  («  İşıqlı  yollar»ı  nəzərdə 
tutur). Qoyun qalsın. Ancaq bunun anası (Bilqeyis xanım 
nəzərdə  tutulur  –J.Q.)  Azərbaycanda  sovet  hökumətinin 
ən  qatı  düşmənidir.  (Bax.  Elçin,  Seçilmiş  əsərləri,  10 
cilddə, 5- cild, s.271.) 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
47 
 Həmin  illərdə  ədəbi  mühitdə,  teatr  barəsindəki 
resenziyalarda, aparılan ədəbi müzakirə və diskusiyalarda 
yazıçının  bu  əsərlərinin  xırda  nöqsanları  ilə  yanaşı, 
mövzusunun 
aktuallığı, 
əsərlərdəki 
dramatik 
kolliziyaların  təbiiliyi,  obrazların  müasirliyi  də  təqdir 
edilir, 
həm 
müəllifin, 
həm 
rejissorun 
əməyi 
qiymətləndirilirdi... 
 Xüsusən,  40-cı  illərin  axırlarında  İ.Əfəndiyev  artıq 
özünü bir nasir və dramaturq kimi təsdiq etmişdir. Onun 
yaradıcılıq uğurları təkcə oxucuların deyil, eyni zamanda 
ədəbiyyatşünas  alimlərin  də  ürəyincə  olurdu.  Yazıçının 
yaradıcılığı, çap  etdirdiyi hər  bir  yeni  əsəri tənqidçilərin 
diqqətindən  yayınmırdı.  Məhz  bu  illərdə  dövri  mətbuat 
səhifələrində  onun  yaradıcılığı  haqqında  ilk  məqalələr 
dərc  olunmağa  başladı.  Əkbər  Ağayevin  «Kənddən 
məktublar»,  Hüseyn  Şərifovun  «Ümid  verən  yazıçı», 
Mehdi  Hüseynin  «Bir  nasir  haqqında»,  H.Orucəlinin 
«Həyata  doğru»,  O.Sarıvəllinin  «İntizar»,  M.Arifin 
«İntizar»,  M.Cəfərin  «İntizar»  tamaşası  haqqında»  və  s. 
məqalələr İ.Əfəndiyevi geniş oxucu kütləsinə tanıtmaqda 
mühüm rol oynamışdır.  
Bundan əlavə, Azərbaycan Yazıçılar İttifaqının xüsusi 
iclaslarından  birində  yazıçı  İ.Əfəndiyevin  yaradıcılıq 
hesabatının  dinlənilməsi  və  burada  S.Vurğunun, 
M.Hüseynin, 
Ə.Məmmədxanlının, 
Ə.Ağayevin, 
H.Orucəlinin  və  başqa  sənətkarların,  tənqidçilərin  çıxış 
edib  xoş  sözlər  söyləmələri,  ciddi  təhlillərlə  obyektiv 
fikirlər  demələri,    maraqlı  mülahizələr  irəli  sürmələri 
İ.Əfəndiyevin yaradıcılığına olan maraqdan və diqqətdən 
irəli gəlirdi. 
 O  dövrün  ədəbi  tənqidinin  İlyas  Əfəndiyevin 
yaradıcılığına  münasibəti  barədə  görkəmi  tənqidçi, 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
48 
professor  Elçin  Əfədiyev  yazır:  ―Səməd  Vurğun  İlyas 
Əfəndiyevin  sadə  adamları  «böyük  məhəbbətlə  və 
hərarətlə»  təsvir  etdiyini,  «onların  zəhmətini  parlaq  və 
real boyalarla» göstərdiyini deyirdi. Nazim Hikmət İlyas 
Əfəndiyevin dramaturgiyasını yüksək qiymətləndirirdi və 
məqalələrindən  birində  belə  maraqlı  bir  fikir  söyləyirdi: 
«Süleyman  Rüstəmin,  Səməd  Vurğunun,  Rəsul  Rzanın 
arasında  kökün  dərinliklərə  yayılması,  gövdənin  birliyi, 
yekparəliyi  nöqteyi-nəzərindən  bir  birlik,  vahidlik, 
budaqların eyni kök üstündə ayrı-ayrı tərəflərə uzanması 
nöqteyi-nəzərindən  isə  ayrılıq  vardır.  Bir-birinə  həm 
oxşayırlar,  həm  oxşamırlar.  Mirzə    İbrahimovla  Mehdi 
Hüseynin nəsri haqqında  da,  ustad  Cəfər Cabbarlının  və 
İlyas  Əfəndiyevi  dramaturgiyası  haqqında  da  eyni  şeyi 
söyləmək mümkündür.» 
Məmməd  Arif  İlyas  Əfəndiyev  haqqında  bir  sıra 
məxsusi  məqalələr  yazmışdı  və  onu  «hər  cür  milli 
məhdudluqdan  uzaq  bir  yazıçı»  hesab  edirdi,  Mehdi 
Hüseyn  İlyas  Əfəndiyevi  «insan  psixologiyasını  təbii  və 
sadə  boyalarla  göstərdiyi  üçün»  həmişə  yüksək 
qiymətləndirirdi,  hələ  1944-cü  ildə,  –  o  vaxt  İlyas  Əfən-
diyev  cəmi  beş  il  idi  ki,  ədəbiyyata  gəlmişdi  –  «Bir 
nasirimiz haqqında» adlı çox xeyirxah bir məqalə yazıb o 
zamanın  ən  nüfuzlu  qəzetində  –  «Kommunist»də  dərc 
etdirmişdi  və  özünə  xas  olan  ədəbi  intuisiya  ilə 
Azərbaycan ədəbiyyatına yeni, heç kimə bənzəməyən bir 
istedadın  gəldiyini  göstərirdi.  Eyni  zamanda,  aydın  hiss 
olunur  ki,  Mehdi  Hüseyn  bu  məqaləni  «baş  ideoloji 
tribunada»  –  «Kommunist»  qəzetində  dərc  etdirməklə, 
həm də gənc  yazıçını – İlyas Əfəndiyevi dövrün ideoloji 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
49 
hücumlarından  qorumaq  məqsədini  də  güdmüşdür.‖ 
(Bax: Elçin, Seçilmiş əsərləri, 10 cilddə, 5-ci cild, s.275.)  
Burada  bir  məsələni  də  diqqətə  çatdırmaq  istərdik,  o 
da  yazıçı  və  tənqidçi  şəxsiyyətinin  münasibətlərinə. 
Faktlar göstərir ki, dövrünün həm görkəmli yazıçısı, həm 
də  nəzəriyyəçi-tənqidçisi  kimi  tanınmış  Mehdi  Hüseynlə 
İlyas  Əfəndiyevi  çox  sıx  yaradıcılıq  əlaqələri  və 
dünyagörüşlərinin 
oxşarlığı 
birləşdiribdir. 
Onlar 
ömrlərinin  sonuna  qədər  yaxın  dost  və  əməkdaşlıq 
ediblər... 
O  illərdə  Mehdi  Hüseyn  artıq  tanınmış  və  iti  qələmi, 
ədəbi  mübarizədə  kompromissiz  və  ciddi  xarakteri  ilə 
özünə nüfuz qazanmış bir yazıçı və ədəbiyyatşünas, İlyas 
Əfəndiyev  isə  üç  il  əvvəl  ilk  hekayələr  kitabını  nəşr 
etdirmiş  gənc  bir  yazıçı  idi.  Lakin  onları  əməl 
birləşdirmişdi  və  onlar  birlikdə  ilk  yazılarını  –  Natəvan 
haqqında dövrü üçün çox maraqlı və cəsarətli bir məqalə 
yazmışdılar. İlyas Əfəndiyev 1944-cü ilin 26 dekabrında 
Akademik  Milli  Dram  Teatrında  (o  zaman  Məşədi 
Əzizbəyov adına Dövlət Dram Teatrı adlanırdı) tamaşaya 
qoyulmuş  ilk  səhnə  əsəri  «İntizar»ı  da  öz  hekayələri 
əsasında Mehdi Hüseynlə birlikdə yazmışdı, 1948-ci ildə 
onlar 
bir 
yerdə 
A.Ostrovskinin  «Son  qurban» 
komediyasını Azərbaycan dilinə çevirmişdilər. 
 Elə  buna  görə  də  İlyas  Əfəndiyevin  yaradıcılığı  bir 
tənqidçi  kimi  həmişə  Mehdi  Hüseynin  maraq  dairəsində 
olmuşdur.  Mehdi  Hüseyn,  İlyas  Əfəndiyevin  «İşıqlı 
yollar»,  «Atayevlər  ailəsi»  və  başqa  əsərləri  haqqında 
geniş  və  dövrün  kontekstində  prinsipial  əhəmiyyətli 
resenziyalar  yazmışdı,  Azərbaycan  ədəbiyyatının  aktual 
problemlərinə  həsr  olunmuş  bir  çox  məqalələrində  İlyas 
Əfəndiyevin  yaradıcılıq  xüsusiyyətlərinin  üzərində 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
50 
dayanmış,  bu  xüsusiyyətlərin  ədəbiyyata  gətirdiyi 
yeniliklərdən  bəhs  etmiş,  lazım  olan  məqamlarda  –  belə 
məqamlar  isə  az  olmamışdı  –  öz  prinsipial  sözünü 
demişdi. (Bax: Mehdi Hüseyn. «Atayevlər ailəsi» (Əsərin 
tamaşaya qoyulması münasibətilə) //Kommunist. -1954. - 
23 oktyabr; M. Hüseyn. Ədəbiyyat və sənət məsələləri. - 
Bakı:  Azərnəşr,  1958.  -  s.573-578;  ―Bir  nasirimiz 
haqqında‖ //Kommunist. - 1944. - 5 aprel; «İşıqlı yollar» 
(Yazıçının  eyni  adlı  pyesinin  tamaşası  haqqında)  //  M. 
Hüseyn.  Əsərləri  10  cilddə.  9-cu  cild.  -  Bakı:  Yazıçı, 
1979. - s.592-598; Ədəbiyyat qəzeti. - 1947. - 30 iyul.) 
 Yazıçının  qayğısını  çəkən  qələm  dostları,  xeyirxah 
insanlarla yanaşı, onun paxıllığını çəkənlər, yüksəlməsini 
istəməyənlər  də  tapılırdı.  Bu  illərdə  Yazıçılar  İttifaqında 
çağırılmış  iclasların  birində  «cavan  yazıçı  İ.Əfəndiyevin 
özünü  yaxşı  aparmadığından»,  «bir  sıra  pozğun 
ünsürlərlə»  əlaqə  saxladığından  söhbət  getmiş  və 
Yazıçılar İttifaqının Rəyasət heyəti ona ciddi xəbərdarlıq 
etmişdir.  Lakin  gənc  yazıçı  İ.Əfəndiyev  Bakıya  gəldiyi 
ilk  gündən  Əbülhəsən,  Ə.Vəliyev,  S.Rəhman,  M.Cəfər, 
M.Hüseyn,  S.Vurğun,  S.Rəhimov,  M.Arif,  Ə.Ağayev, 
A.İsgəndərov,  Adil  Əfəndiyev  və  digər  bu  kimi 
sənətkarların  əhatəsində  olmuş,  hər  gün  onların  təsirini 
hiss  etmiş,  nəzər-diqqətlərindən  kənarda  qalmamış  və 
getdikcə yetkinləşmişdir.  
Yazıçı  həmin  xeyirxah  insanları  xatırlayaraq  sonralar 
qeyd  etmişdir  ki,  «mən  ədəbiyyatımızda  onların  yerini 
boş  görürəm.  Yazıçılardan  Səməd  Vurğun  da,  Əli 
Vəliyev  də,  Mehdi  Hüseyn  də,  Süleyman  Rəhimov  da, 
Mrzə  İbrahimov  da,  o  şəxslərdir  ki,  o  zaman  ədəbi 
gənclik  (o  cümlədən  mən  də)  onlara  güvənirdik,  onları 

Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin