www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
86
böyük qayəsi, bu qayə uğrunda mübarizədə təzahür edən
ehtirası, xarakterinin bütövlüyü, yaşadığı hisslərin, daxili
təlatümün təbiiliyi ilə yaddaşlara həkk olunmuşlar.‖
(Bax: Nəbiyev B. ―O həmişə müasirdir‖ məqaləsinə -
İlyas Əfəndiyevin 3 cildlik ―Seçilmiş əsərləri‖nin I
cildinə yazılmış ön söz. Bakı, ―Avraasiya Press‖, 2005.)
Müəllif fikrini davam etdirərək yazır: ―Bu da
maraqlıdır ki, sovet dövrü bədii nəsrində 60-cı illərin
əvvəllərində ilk bahar qaranquşu kimi təravətli təsir
bağışlayan, həm də о dövrün ədəbi mühitində heç də
birmənalı qarşılanmayan ―Кörpüsalanlar‖ povestinin ilk
oxucusu makinaçı Sona xanımdan və Elçindən sonra mən
olmuşam.
1960-cı ilin ortaları idi. ―Kommunist‖ qəzetinin
redaktoru, qocaman jurnalist İsrafil Nəzərova dedim ki,
İlyas Əfəndiyev qəzetdə bədii əsər çap etdirməyə həvəs
göstərən müəlliflərdən deyil. Ondan xahiş edib boynuna
bir yazı (məsələn, müxtəsər hekayə) qoysanız çox yaxşı
olar. Bir neçə gündən sonra redaktor məni yanına çağırıb
―Körpüsalanlar‖ povestindən bir parçanı verdi və oxuyub
çapa hazırlamağı məsləhət gördü. Mən səhəri gün
redaktora dedim ki, bu çox maraqlı bir parçadır, obrazlar
arasında əsasən onların düşüncə və dialoqunda özünü
büruzə verən təravətli münasibətlər, maraqlı hadisələr və
rəvan dil elə təsir bağışlayır ki, həmin parçanı oxuyan
oxucu mütləq əsərin hamısını mütaliə etməyə daxili
ehtiyac duyur. İsrafil müəllim də sözügedən parçadan
məhz bu cür təsirləndiyini söylədi və mənim yanımdaca
telefon açıb İlyas müəllimə dedi ki, oxuduğu hissə çox
xoşuna gəlir və əsərin hamısını nəzərdən keçirmək üçün
xahiş edir ki, povesti tam halda ona göndərsin. İlyas
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
87
müəllim əsəri göndərdi. Beləliklə də, ―Körpüsalanlar‖ı
Əfəndiyevlər ailəsindən sonra ilk dəfə tam halda oxumaq,
onun haqqında redaktorda konkret obyektiv rəyin
formalaşmasna kömək etmək şərəfi mənə nəsib oldu.
Bunu xatırlayanda, üstündən 45 il keçdiyinə baxmayaraq
bu gün də duyğulanıram...
Həmin il sentyabrın 7-dən başlayaraq ―Körpüsalanlar"
müntəzəm olaraq parçalar halında qəzetdə çap olunmağa
başladı.‖ (Bax: Yenə orada, s.11.)
Lakin bu əsər də ədəbi tənqid tərəfindən bir mənalı
qarşılanmadı, hətta o vaxtlar Respublika KP MK-nın
xüsusi göstərişi ilə bu əsərin çapının yarımçıq
dayandırılması haqda göstəriş verilmiş, əsər ətrafında
ziddiyyətli diskusiyalar baş alıb getmişdi...
Bu barədə prof. Elçinin də xatırlamaları bir çox
həqiqətləri ortaya çıxarır. Elçin müəllim yazır:
―Yadıma gəlir, «Körpüsalanlar» povestini İlyas
Əfəndiyev 1959-cu ilin sonunda yazıb bitirmişdi və
unudulmaz Sona xanımın – mən gözümü açandan
Yazıçılar İttifaqında işləyən və İlyas Əfəndiyevin ərəb
əlifbası ilə xəttini oxuyan yeganə makinaçının çap etdiyi
əlyazmanın ilk oxucusu mən oldum. O zaman 10-cu
sinifdə oxuyurdum və «Körpüsalanlar»ın romantikası, o
əsərdəki lirika, psixoloji məqamlar mənə çox təsir
etmişdi, hətta o qədər təsir etmişdi ki, bunu atamdan
gizlətməyə çalışırdım...
İlyas Əfəndiyev «Körpüsalanlar»ı da, başqa əsərləri
kimi, əvvəlcə «Azərbaycan» jurnalına vermək istəyirdi.
Ancaq hər şey başqa cür oldu.
O zaman ən nüfuzlu qəzet Azərbaycan Kommunist
Partiyasının orqanı olan «Kommunist» qəzeti idi və o
qəzetin redaktoru rəhmətlik İsrafil Nəzərov həmin
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
88
ərəfədə İlyas Əfəndiyevdən qəzet üçün bir yazı istədi.
İlyas Əfəndiyev isə ayrıca bir yazı yazmağa vaxtı və
həvəsi olmadığı üçün, «Körpüsalanlar»dan kiçik bir
parça seçib ona göndərdi (orası da yadımdadı ki, həmin
parçanı mən aparıb İsrafil Nəzərovun katibəsinə verdim).
Bir gündən sonra, İsrafil Nəzərov dedi ki, parça çox
xoşuna gəlib və povestin hamısını oxumaq istəyir. İlyas
Əfəndiyev əsəri ona göndərdi və təxminən on-on beş
gündən sonra İsrafil Nəzərov İlyas Əfəndiyevə telefon
açdı, dedi ki, bütün redaksiya heyəti povesti oxuyub, çox
xoşlarına gəlib və qərara alıblar ki, əsəri nömrədən
nömrəyə əvvəldən axıracan çap etsinlər.
Bu, o zaman üçün çox əlamətdar bir hadisə idi, çünki
«Kommunist» qəzeti o vaxta qədər belə böyük əsər dərc
etməmişdi, belə bir ənənə yox idi.
Beləliklə, 1960-ci ilin 7 sentyabrından başlayaraq,
«Körpüsalanlar» «Kommunist» qəzetində çap olunmağa
başladı və oxucular arasında geniş əks-səda doğurdu.‖
(Bax: Elçin. ―Seçilmiş əsərləri‖, 10 cilddə, c.5, s. 283.)
Lakin bütün bunlara baxmayaraq ―Körpüsalanlar‖
əsəri, xüsusən onun gənc, ən yeni obrazı olan Səriyyə
yuxarıların və bir qrup aşağıdakı qaragüruhçular
tərəfindən xüsusi, amansız şiddətlə qarşılanır. Elçin
müəllim bu barədə də fikrini davam etdirərək yazır:
―Ancaq on üç nömrədən sonra, əsər yarıya çatmış,
sentyabrın 21-də qəzet birdən-birə elan dərc etdi ki,
povestin çapını dayandırır. Bu – İlyas Əfəndiyev üçün
həm gözlənilməz oldu, həm də əsərin beləcə yarımçıq
qalması, təbiidir ki, ona ağır təsir etdi.
Sonra məlum oldu ki, povestin çapı Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosunun
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
89
tapşırığı ilə dayandırılıb və bu hadisə İsrafil Nəzərovun
özünü də çox pərt edib. Orasını da deyim ki, İlyas
Əfəndiyevlə İsrafil Nəzərovun cavan yaşlarından
etibarən istiqanlı münasibətləri var idi.
Yadıma gəlir, həmin sentyabr axşamlarından birində
İsrafil Nəzərov, İlyas Əfəndiyevə ürək-dirək vermək
üçün bizə gəldi, oturub bir az yeyib-içdilər və iş elə
gətirdi, söhbət elə alındı ki, İlyas Əfəndiyev özü İsrafil
Nəzərova ürək-dirək verməyə başladı...
Bir müddət keçdikdən sonra, Azərbaycan mətbuatında
«Körpüsalanlar»a qarşı Stalinin ölümündən sonra
Azərbaycan ədəbi həyatında misli görünməmiş bir
cəhalət hücumu kompaniyası və həmin kompaniyanın
yaratdığı ajiotaj başladı: əsərin bədii-estetik cəhətləri
qaldı bir tərəfdə və Stalin dövrünə məxsus bir vulqar-
sosioloji cəbhədən, sovet cəmiyyətinin mənəvi qələbələr
əldə etdiyi bir zamanda bu povestdə «əxlaq normaları
pozulur», «müasir əxlaq normasından kənara çıxan
sərbəst hərəkətlərə» yol verilir, «Səriyyə Qəribcanla
hadisələrin əvvəlindən sonuna qədər açıq-saçıq bir
şəkildə, təsəvvürə sığışmayan (!– E.) bir tərzdə davranır»
(Səriyyə haqlıdırmı? «Ədəbiyyat və incəsənət» qəzeti, 17
iyun 1961; «Sevil»dən «Saçlı»ya», «Azərbaycan» jurnalı,
1962. və s.) deyə, povest nadan mülahizələrlə «ifşa»
edilirdi, hətta iş o yerə gəlib çıxmışdı ki, misal üçün,
«Azərbaycan qadını» jurnalı «Körpüsalanlar»ı «ifşa»
edən xüsusi rubrika açmışdı və nömrədən-nömrəyə təşkil
etdiyi «hiddətlənmiş oxucu məktubları» çap edirdi. (Bax:
Yenə orada, s.284.)
Elçin müəllim haqlı olaraq yazır:
―Mən «Körpüsalanlar»a qarşı həmin qaragüruh
hücumunun təfərrüatına varmaq istəmirəm, onsuz da,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
90
aradan keçən bu qırx il hər şeyi yerbəyer etdi, bu gün
oxucular ən müxtəlif dillərdə «Körpüsalanlar»ı oxu-
yurlar, onun haqqında o vaxt Azərbaycan mətbuatını
dolduran o cahil və nadan mülahizələr isə, indi yalnız acı
təbəssüm doğurur,– bundan artıq deyil.
Maraqlananlar isə, o dövrün mətbuatına baxa bilərlər
və mən özüm də vaxtilə ədəbiyyatımız üçün bu prinsipial
məsələ ilə bağlı ətraflı yazmışam. (Ədəbi tənqid və
xarakter məsələsi, ADU-nun elmi əsərləri, Dil və
ədəbiyyat seriyası, 1968, 2; Tənqid və ədəbiyyatımızın
problemləri. Bakı, 1981, səh. 174 – 189.) – (Bax: Yenə
orada. s.285.)
Biz də maraqlandıq və həmin illərin ―Azərbaycan
qadını‖ jurnalını vərəqləməli olduq və qəribə bir mənzərə
ilə, qəribə imzalarla qarşılaşdıq. (Bax:
1. Məsud Əlioğlu. Səriyyə haqlıdırmı?
2. Rayihə Xəlilova. Biz belə düşünürük.
3. Qəriqə Mikayılova. Mənim Səriyyəyə münasibətim.
4. Arifə İsmayılova. Mənim fıkrim belədir //
―Azərbaycan qadını‖ juranlı, 1961, №10.
5. Həcər Qasımova. О haqsızdır.
6. Rəxşəndə Tağıyeva. Səriyyə bizə örnək ola bilməz.
7. Nəsibə Məlikova. Mənim fıkrimcə.
8. Gülövşə Məmmədova. Kimin kimdən xoşu gəlsə.
9. Fenya İbrahimova. Bu cür yaramaz // Azərbaycan
qadmı jurnalı, 1962, №12, s.18.
10. Babayeva Kübra. Səriyyəni sevə bilmədim.
(«Körpüsalanlar» əsəri haqqında) //Ədəbiyyat və
incəsənət. -1961. - 22 iyul. və s.)
Hətta məlum olur ki, bu təşkil olunmuş məktub-mə-
qalələr arasında qondarma imzalarla da ―məktublar‖ dərc
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
91
edilirmiş ki, bu da o dövrdə mənəvi korluğun bir
nümunəsi kimi diqqəti cəlb edir. Yenə də Elçin
müəllimin xatirəsinə müraciət edək:
―Bu sətirləri yazarkən, kiçik bir hadisə də yadıma
düşdü. O zaman mən gənc idim, universitetin ilk kursla-
rında oxuyurdum və atamdan fərqli olaraq, o qaragüruh
hücum mənə çox təsir edirdi. «Azərbaycan qadını»
jurnalında çap olunan və Səriyyə surətini «ifşa» edən
məktublardan birinin müəllifinin müəllimə olduğu
göstərilirdi. Mən soraqlaşıb o müəllimənin dərs dediyi
məktəbə telefonla zəng etdim və məlum oldu ki, həmin
məktəbdə o adda müəllimə işləmir. Bunu atama danışdım
və dedim ki, bu məsələni açmaq lazımdı, qoy redaksiya
cavab versin ki, bu müəlliməni haradan tapıb, niyə belə
təxribatlarla məşğuldu?
İlyas Əfəndiyev gülə-gülə:
– Əşşi, sənin də işin qurtarıb də!..– dedi və bununla
elə mən özüm də sakitləşdim (sonralar da onun məni
beləcə «sakitləşdirmələri» çox olub...)‖. (Bax: Yenə
orada, s.285.)
Ədəbi mühitdə, əlbəttə ki, yuxarıların göstərişi ilə
―Səriyyə‖ ajiotajı 17 iyun 1961 ―Ədəbiyyat və incəsənət‖
qəzetində dərc edilən ―Səriyyə haqlıdırmı?‖ məqaləsi ilə
başlamışdı. Məqaləni həmin dövrdə olduqca nüfuz
qazanmış tənqidçi Məsud Əlioğlu (Əli Vəliyevin oğlu)
qələmə almışdı. Bu məqalədə əsərin bədii məziyyətləri,
mövzunun orjinallığı, yazıçının həyatabaxışının yeniliyi
bir tərəfə qoyularaq sırf mühafizəkar mövqedən
yazılması idi. Güya Səriyyə obrazı milli-mənəvi əxlaqi
dəyərlərə olduqca ciddi zərbə vurur. Müəllif yazırdı:
―Səriyyə kimi gözüaçıq, ağıllı bir qızın, yeni səciyyəli,
ciddi bir qadının ən adi əxlaq normalarını pozmasına
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
92
oxucuların qəzəblənməsi yerindədir.‖ (Bax: Əlioğlu M.
―Səriyyə haqlıdırmı?‖, ―Ədəbiyyat və incəsənət‖ qəzeti,
17 iyun 1961-ci il.)
İnsaf xatirinə demək lazımdır ki, tənqidçi Səriyyə
obrazının müsbət cəhətlərini, ―gözüaçıqlığını, ağıllı bir
qız, yeni səciyyəli, ciddi bir qadın‖ oldüğünü görürdü,
amma
milli
mentalitetə
uyuşmayan
açıq-saçıq
hərəkətlərini, əri Adildən uzaqlaşaraq Qəribə uymasını
qəbul etmir, ənənəvi əxlaq normalarının ―müdafiəçisi‖
rolunda çıxış edirdi. Əslində bu obraza birtərəfli yanaşma
idi və Səriyyənin xarakterindəki mənəvi-psixoloji
inkişafı, dinamikanı görməmək idi.
Lakin bu məqalənin özü də, ədəbi tənqid tərəfindən
birmənalı qarşılanmadı. Azərbaycan ədəbi tənqidində bir-
birinin
ardınca
―Körpüsalanlar‖ın
ədəbi-bədii
məziyyətlərindən, eləcə də qüsurlarından obyektiv mə-
qalələr yazılır, Səriyyə obrazı ədəbiyyatımızda orijinal
xarakter kimi qəbul edilirdi. (Bax: Məmməd Arif. Keçən
ilin nəsri haqqında qeydlər. ―Ədəbiyyat və incəsənət‖
qəzeti, 25 mart 1961-ci il ; Seyfulla Asadullayev.
―Stroiteli mosta‖. ―Bakinskiy raboçiy‖, 25 noyabr 1961-
ci il ; Djalal Mamedov. Sariya, eyo druzya i neduriqi.
―Literaturnaya qazeta‖, 26 may 1962-ci il və s.)
Lakin mübahisələr səngimək bilmirdi. Yuxarıda
dediyimiz kimi inkarçı oxucu məktubları dərc edilir,
bünlar ictimaiyyətin, cəmiyyətin fikri kimi təqdim
edilirdi. Bu məqalələrdə Səriyyənin ailə quruluşunu
pozmaqda, vəfalı həyat yoldaşından üz döndərməkdə,
fəhlələrlə ova getməsində, azərbaycanlı qadına xas
olmayan bir sıra hərəkətlərində günahlandırırdılar, hətta
ittiham edirdilər. (Bax: Mikayılova T. Mənim Səriyyəyə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
93
münasibətim. Yenə həmin sayda; Ramazanova Z. Siz
necə baxırsınız? ―Azərbaycan qadını‖ jurnalı, 1961,
say.7, s.22; Xəlilova R. Biz belə düşünürük…
―Azərbaycan qadını‖ jurnalı, say 8, s. 16; İsmayılova A.
Mənim fikrim belədir. ―Azərbaycan qadını‖, jurnalı,
1961, say 10, s.18 və s.)
Lakin bu oxucu məktubları içərisində (dərc olunanları
nəzərdə tuturuq, amma yazıçıya yüzlərlə Səriyyəni
müdafiə xarakterli məktublar gəlirdi) Hacıyev O. adlı bir
oxucunun
―Səriyyənin
məhəbbəti‖
(―Azərbaycan
gəncləri‖ qəzeti, 19 aprel 1993-cü il) oxucu məktubu
buna misaldır.
İş o yerə çatmışdır ki, akdemik Məmməd Cəfər kimi
nüfuzlu bir tənqidçi bu cür oxucu məktublarına cavab
olaraq ―Bir mübahisə münasibətilə‖ (1962) məqaləsində
bu cür yanlış münasibətlərə ədəbi arqumentlərlə cavab
verdi. (Bax: Məmməd Cəfər. Həyatın romantikası. Bakı,
Azərnəşr, 1968, s.149.)
Belə bir məqamda tənqidçi Məsud Əlioğlu onu tənqid
edənlərə cavab yazaraq ―Azərbaycan‖ jurnalında dərc
etdirdi. (Bax: Məsud Əlioğlu. ―Sevil‖dən ―Saçlı‖ya‖.
―Azərbaycan‖ jurnalı, 1962, say 3, səh. 228-240.)
Tənqidçi ədəbiyyatımızda yaradılan qadın obrazları
silsiləsini təhlil edərək, yenə də Səriyyə obrazı
barəsindəki əvvəlki fikirlərini bir az da dərinləşdirərək
yazırdı: ―Səriyyənin ailə-əxlaq normalarının saflığını
pozan sərbəst hərəkətləri bizi narazı salır. Nuriyyədən
fərqli olaraq (―Söyüdlü arx‖ romanının qəhrəmanı – J.Q.)
Səriyyə, nə müasir həyatla, nə də milli adət-ənənələrlə
bağlanmayan açıq-saçıq, ipə-sapa yatmayan, hərcayi bir
qızdır.‖ (Bax: Yenə orada, s.238.)
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
94
Bu məqalədən sonra ədəbi mühitdə yenidən bir
canlanma başladı və bir-birinin ardınca Mehdi Hüseynin,
Seyfulla Əsədullayevin, Gülrux Əlibəyovanın, İsaq
İbrahimovun, Cəlal Məmmədovun məqalələri dərc edildi
və görkəmli tənqidçi Cəfər Cəfərov yazıçıların IV
qurultayında ―Ədəbi tənqid haqqında‖ məruzəsilə bu
məsələyə bir növ yekun vurmuş oldu. (Bax: Elçin.
Tənqid və ədəbiyyatımızın problemləri. Bakı, Yazıçı,
1981, s.187.)
Cəfər Cəfərov konkret olaraq deyirdi: «Körpüsa-
lanlar» povesti ilə əlaqədar olaraq özünü göstərən
avamlıqlara yol verilməməli, vaxtilə Mustafa Quliyevin
dediyi «müsəlman tənqidinin» qalıqları ilə mübarizə
edilməlidir». (Bax: Cəfərov C. Əsərləri. İki cilddə, 2-ci
cild, Bakı, 1968, səh. 388-389.) Beləliklə də
―Körpüsalanlar‖ romanı ilə bağlı ―müsəlman tənqidinin‖
qalıqları‖na yekun vuruldu.
Bu məsələyə münasibətdə yekun olaraq bildirək ki,
60-cı illərdən başlayan və sonrakı dövr Azərbaycan ədəbi
tənqidini və ümumiyyətlə, ictimai fikrini tədqiq edərkən,
aşkar görsənir ki, həmin illərdə ortaya çıxmış «Səriyyə
məsələsi» xüsusi əhəmiyyət kəsb edir və ən başlıcası isə,
bir tərəfdən vulqar sosioloji təfəkkür tərzində, digər
tərəfdən isə, yalançı xəlqilik konsepsiyasının süqutu üçün
dönüş mərhələsi təşkil edir.
Ədəbi tənqid sübut etdi ki, «Körpüsalanlar» və bu
povestin qəhrəmanı Səriyyə obrazı həm bədii-estetik
cəhətdən, həm də mövzu baxımından Azərbaycan
nəsrində tamam yeni bir hadisə idi və özü ilə keyfiyyət
dəyişikliyi gətirdi, ədəbi mərhələyə çevrildi, eyni
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
95
zamanda, ədəbi tənqiddə qeyd etdiyimiz dönüş
mərhələsinin yaranmasına səbəb oldu.
İlyas Əfəndiyev yaradıcılığının ən səriştəli təd-
qiqatçılarından biri, bizim gözəl tənqidçimiz Yaşar
Qarayev yazırdı: «Söyüdlü arx» (1958), «Körpüsalanlar»
(1960), «Dağlar arxasında üç dost» (1963) – bu əsərlərdə
ifadə olunan yenilik, hər şeydən əvvəl, müəllifin «müsbət
qəhrəman» və «mənəvi gözəllik» anlayışını o illərin
stereotip ölçü, qəlib və normalarından fərqləndirən
cəhətlərdən idi. Belə ki, müəllif bilavasitə mövcud ədəbi
ənənədən yox, həyatdan, ictimai və mənəvi-əxlaqi
inkişafda yeni mərhələnin formalaşdırdığı nəslin üzərində
müşahidələrdən çıxış edərək, müasir insan, məişət və
əxlaq haqqında öz anlayışlarını irəli sürürdü.» (Bax:
Qarayev Y. «Xarı bülbülün nağılı», Bakı, 1995, səh. 19.)
Tənqidçilərimizin bir qismi ―Körpüsalanlar‖ poves-
tinin baş qəhrəmanı Səriyyə obrazının xarakterindəki
yeniliyin, novatorluğun, qadın düşüncə və rəftarındakı
müstəqilliyin, sərbəstliyin, azadxahlığın ziddiyyətli hal,
xasiyyət, rəftar kimi yozulmasında, əlbəttə ki, haqlı
deyildilər...
Amma sonrakı mərhələlərdə, elə indinin özündə də,
xüsusən ədəbiyyatşünaslığımızda bu obraza artıq yenidən
qayıdış, yeni təhlillərlə yanaşma mövcuddur və davam
etməkdədir ki, bu da ―Körpüsalanlar‖ romanının daimi
mövcud olan müasirliyindən və yüksək bədiilik prinsipi
ilə yaradıldığından xəbər verir. Bu cəhətdən ədəbi
tənqidimizin
Yaşar
Qarayev,
Akif
Hüseynov,
Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, Şirindil Alışanov,
Tehran Əlişanoğlu və s. bu kimi nümayəndələrinin
əsərlərində müəyyən ədəbi faktlar mövcuddur...
Bir neçə bariz misalla kifayətlənək:
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
96
Akif Hüseynov əsərin geniş təhlilindən sonra yazır:
―İlyas
Əfəndiyevin
―Körpüsalanlar‖
povestinin
qəhrəmanı Səriyyədə şəxsi sərbəstlik hissi çox güclüdür.
...Təhkiyyənin emosionallığı, lirizmi, psixoloji səhnələri
ilə maraq doğuran bu əsərdə müəllif həmin xarakteri incə
detallarla nəzərə çarpdırır, fəhlə surətlərini məhəbbətlə,
səmimiyyətlə yaradır və Səriyyənin hərəkələrini məhz
əks əxlaqi sifətlərin uyuşa bilməməsindən doğan təbii bir
hal kimi təqdir edir. Bu uyuşmazlıq Səriyyənin həssas
təbiətində və müşahidələrində, pak mənəviyyatının şüa-
sında öz qabarıq inikasını tapdığı kimi, onun intixabı ilə
də naqisliyin mənəvi cəzası, inkarı, nəcib keyfiyyətlərin
təsdiqi kimi səslənir.‖ (Bax: Hüseynov A. Müxtəlifliyin
birliyi, bakı, Yazıçı, 1983, s.199.)
Filologiya elmlər doktoru, tənqidçi-ədəbiyyatşünas
Vaqif Yusifli isə ədibin yaradıcılığına indiki dövrdə də
dərin marağın olma səbəbini onun müasirliyində görərək
yazır: "... Həmişə müasir İlyas Əfəndiyev... Onun
haqqında düşünəndə hər şeydən öncə, bu müasirlik
ifadəsi yada düşür. Yəni həmişə təzə, təravətli, novator
bir sənət." (Bax: "Azərbaycan" qəzeti, 3 oktyabr 2001.)
Tənqidçi Tehran Əlişanoğlu da özünəməxsus bir
üslubda yazır: "Bizim nəsrdə bütün XX əsr boyu keçən
bir "qadın mövzusu" vardır. Mən onu "qadın
emansipasionu" şəklində qabardıram, ... cəmiyyət
həyatında qadın oyanışı, qadının cəmiyyətdə yerini
axtarması. Bizdə bu bir xəttdir. 30-cu illərdə sosial
plandadır. 50-60-cı illərdə nəsrdə güclü publisist aksentlə
aktuallaşır. Məsələn, İlyas Əfəndiyevin qadın obrazları.
Siz (Sema Doqan) deyən başlanğıclar lirik məzmunda
artıq Nuriyyədə var – "Söyüdlü arx" əsərində, azadlıq
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
97
hissini içindən keçirir. "Körpüsalanlar"da – Səriyyədə
hətta "üsyan" tiplidir, milli qadın olaraq qalmaqala,
təzadlı şəkildə, buxovlara ictimai planda etiraz edir."
(Bax: Tehran Alışanoğlu. Sema Doqanla müsahibə,
"Rezonans" qəzeti, 30 sentyabr - 2 oktyabr, 1998.)
Tehran Əlişanoğlu başqa bir planda – ―müsbət
qəhrəman‖ problematikası bucağından da Səriyyə
obrazına diqqət yetirir. O, bu məsələdə İlyas Əfəndiyevin
oz sözlərindən çıxış edərək yazır:
"Mən heç bir zaman səni qəhrəman hesab
etməmişəm" (İlyas Əfəndiyev, ―Seçilmiş əsərləri‖, altı
cilddə, ikinci cild, "Yazıçı", Bakı, 1984, səh. 122) –
Səriyyənin Adilə qarşı üsyanı təkcə idealın mövcud
gerçəkliklərlə təzadını ifadə etmir, həm də artıq
"qəhrəman" anlayışının etik və estetik məzmunlarının
bir-birini tamamlamadığını göstərirdi, bununla da bir
bədii kateqoriya kimi, tərkibi olduğu sosrealizmlə birgə
estetik əhəmiyyətini itirmiş olurdu. Səriyyə bu sırada
sonuncu surətdir. 50-ci illər nəsrinin "qəhrəman"
ölçülərinə sığmayıb bir tərəfdən onun apologiyasını,
digər baxımdan isə inkarını ziddiyyətli şəkildə özündə
birləşdirir.‖ (Bax:Tehran Əlişanoğlu. "Qobustan" jurnalı,
1-2, 1998; Tehran Əlışanoğlu. ―Azərbaycan yeni nəsri‖,
Bakı, 1999, səh. 23; 25.)
Yeni mərhələ tənqidçilər, ədəbiyyatşünaslar nəslinin
digər bir nümayəndəsi – İsmayıl Öməroğlu İlyas
Əfəndiyev yaradıcılığını belə görür: "İlyas Əfəndiyevin
bədii nəsrində şəxsiyyətin fərdi xüsusiyyətlərini
göstərmək,
xarakterlərin
özünəməxsusluğunu
müəyyənləşdirmək, həyatın gedişində meydana çıxan
insani və ictimai ziddiyyətlərin mahiyyətinin üzə
çıxarılmasında
fərdi
münasibətlərin
rolunu
|