Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə9/22
tarix03.12.2016
ölçüsü3,14 Kb.
#735
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
98 
əsaslandırmaq,  sübuta  yetirmək  kimi  keyfiyyətlər 
ədəbiyyatımızda  layiqincə  qiymətləndirilmişdir."  (Bax: 
İsmayıl  Öməroğlu.  ―İnsan  həyatda  və  sənətdə‖.  Bakı, 
1998, səh. 106.) 
Göründüyü  kimi,  ―Səriyyə  problemi‖  vaxt-bivaxt, 
müxtəlif  mərhələlərdə  tənqidimizi  düşündürsə  də,  60-cı 
illərdə  baş  vermiş  bu  diskusiyalar  və  narahatlıqlar  artıq 
arxada  qalıb.  Biz  bilərəkdən  dərinə  getmədik.  Çünki 
yanlışlıqlar burulğanındakı keçmişi ―qurdalamaq‖ bizi də 
yanlışlığa  gətirər.  Həmçinin  bu  diskusiyalarda  iştirak 
edənlərin də fikir fərqlərinə hörmət etmək borcümüzdur... 
Onu,  bir  daha  qeyd  edək  ki,  bədiiliyin  və  yeniliyin 
təssübkeşi  olan  tənqidimiz  Səriyyə  obrazının  yeniliyini 
qəbul  edərək  onu  hər  cür  haqlı-haqsız  tənqidlərdən 
qoruya  bildi.  Bu  əsər  İlyas  Əfəndiyevin  digər  əsərləri 
kimi 
XX 
əsr  nəsrimizin  sevilə-sevilə  oxunan 
şedevrlərindən  biri  oldu.  Yazıçıya  böyük  məhəbbət  və 
uğur qazandırdı. 
Bu da nəsrimizin və ədəbi fikir tariximizin maraqlı bir 
fraqmentidir...  
İndi  isə  İlyas  Əfəndiyev  yaradıcılığının  bu  qisimdə 
başqa bir faktı barəsində ədəbi fikir tariximizin digər bir 
fraqmentini nəzərdən keçirək. 
 
                                **** 
 
―Sarıköynəklə  Valehin  nağılı‖  da  təxminən  eyni 
tərzdə, 
―Körpüsalanlar‖  kimi  ədəbi  mübahisələr 
doğurmuşdu.  Azərbaycan  bədii  nəsrinin  klassik 
nümunələri  sırasında  layiqli  yer  tutmuş  bu  romanın  da 
yolu  şahrah  olmamışdı.  Əlbəttə,  İlyas  müəllimin  digər 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
99 
əsərləri  kimi  ―Sarıköynəklə  Valehin  nağılı‖  da  oxucular 
və tənqidçilər arasında geniş maraq doğurmuşdu.  
Onun  ən  maraqlı  əsərlərindən  –  romanlarından  biri 
olan  ―Sarıköynəklə  Valehin  nağılı‖dır.  Bu  əsərin  də 
―Körpüsalanlar‖  romanı  kimi  qəribə  və  maraqlı  taleyi 
olmuş,  ədəbi  tənqiddə,  ən  doğrusu,  ideoloji  işlə  məşğul 
olan  yuxarı  təşkilatlarda,  orta  nihilist  siferada  bu  əsər 
xüsusi bir qısqanclıqla qarşılanmışdı. Əsas ittihamlardan 
ən əsası bu idi ki, əsər sovet ideologiyasına uyğun deyildi 
və sovet hüquq qanunlarının ―humanist‖ əsalarını dağıdır. 
Yazıçının oğlu, xalq yazıçısı, tənqidçi-ədəbiyyatşünas, 
filologiya  elmlər  doktoru,  professor  Elçin  Əfəndiyev 
həmin mübahisələri xatırlayaraq yazır:  
"Yenə bir hadisə yadıma düşür. 
«Sarıköynəklə  Valehin  nağılı»  romanının  çapından 
sonra,  oxucuların  böyük  marağını,  tənqidçilərin  istəyini 
nəzərə  alaraq,  Yazıçılar    İttifaqı,  bu  romanın  da,  İlyas 
Əfəndiyevin  başqa  romanları  və  ümumiyyətlə,  başqa 
əsərləri  kimi,  sovet  ideoloji  tələbləri  baxımından 
ögeyliyinə  baxmayaraq,  Mərkəzi  Komitədən  də  heç  bir 
icazə  almadan,  məşhur  Natəvan  adına  klubda  romanın 
geniş  müzakirəsini  keçirdi  və  «Ədəbiyyat  və  incəsənət» 
qəzeti bu müzakirəni geniş də işıqlandırdı (14 may 1977). 
Və  birdən-birə  Mərkəzi  Komitənin  yüksək  rütbəli 
çinovnikləri  (xüsusən,  mədəniyyət  şöbəsinin  müdiri) 
böyük  bir  cidd-cəhd  və  kin-küdurətlə  Yazıçılar  
İttifaqından izahat tələb etməyə başladı ki, kimdən icazə 
alıblar  və  nə  üçün  bu  romanın  müzakirəsini  keçiriblər, 
«Ədəbiyyat  və  incəsənət»  qəzetindən  də  ciddi  izahat 
tələb  etdilər  ki,  nə  üçün  bu  müzakirənin  materiallarını 
dərc edib? 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
100 
O  zaman  mən  Yazıçılar    İttifaqının  katibi  işləyirdim 
və  o  «MK  tələbi»nin  bütün  təfərrüatı  mənim  yaxşı 
yadımdadır.  İmran Qasımovu tez-tez MK-ya çağırırdılar, 
izahat  tələb  edirdilər,  MK-nın  ideoloji  katibi,  bilmirəm, 
romanı oxumuşdu, ya yox, amma  İmran Qasımova: «Bu 
roman inkişaf etmiş sosializm cəmiyyətinə (o zaman belə 
bir  termin  dəbdə  idi–  E.)  yad  bir  əsərdir»  –  deyirdi,  
İmran  Qasımov  isə,  heç  bir  izahat  verməyəcəklərini 
bildirir və romanı müdafiə edirdi. 
Nəhayət,  rəhmətlik    İmran  Qasımov,  görəndə  ki, 
Yazıçılar    İttifaqından  da,  «Ədəbiyyat  və    incəsənət» 
qəzetindən  də  əl  çəkmirlər,  təlimat  almış  peşəkar  «keçi 
suyu bulandırma mütəxəssisləri» artıq fəaliyyətə başlayıb 
və  məsələ  «Sarıköynəklə Valehin nağılı»na  qarşı  əməlli-
başlı bir ideoloji «ifşa» kompaniyası ərəfəsinə gəlib çatıb, 
MK-nın o zamankı birinci katibi Heydər Əliyevin yanına 
getdi, məsələdən onu agah etdi və Heydər Əliyevin də elə  
İmranın yanındaca selektorun düymələrini basıb hadisəyə 
çox kəskin reaksiya verməsi ilə, həmin «izahat» tələbləri 
yox oldu... 
Bununla  bağlı  bir  maraqlı  (və  səciyyəvi!)  epizod  da 
yadıma  düşür.  Elə  o  günlərdən  birində  mən  nə  üçünsə 
MK-ya  getmişdim  və  arakəsmədə  mədəniyyət  şöbəsinin 
müdiri  ilə  rastlaşdım.  Məni  sidq-ürəkdən  qucaqlayıb 
rusca:  «–Sağ  olsun  Heydər  Əliyeviç!–  dedi.–  Filankəsi 
(MK-nın  ideoloji  katibinin  adını  çəkdi)  yaxşı  yerində 
oturtdu!  İlyas  müəllimə  mənim  təbrikimi  çatdır!» 
Halbuki, həmin yoldaş Filankəsin qulağını elə bu adamın 
özü  doldurmuşdu  və  «Sarıköynəklə  Valehin  nağılı» 
ətrafinda  yaranmış  o  hay-küyün  də  səbəbkarı  elə  o  özü 
idi.  Bu  adam  1968-ci  ildə  İlyas  Əfəndiyevin  «Unuda 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
101 
bilmirəm»  pyesinin  tamaşasını  da  «millətçilik»  təbliğ 
etdiyinə görə qadağan etmək istəyirdi. 
Bu  gün  bütün  bunları  xoş  bir  əhvalla  xatırlamaq  da, 
eləcə  bir  əhvalla  oxumaq  da  mümkündür,  çünki  bu  gün 
bunların  hamısı  artıq  tarixin  səhifələridir,  o  vaxt  isə 
həmin  bu  tarixin  yarandığı  günlər  idi  və  əhvalı  pozurdu, 
qanı qaraldırdı, əsəbləri gərginləşdirirdi, bir sözlə, həyatı 
zəhərləyirdi... 
Amma o vaxt da həyat davam edirdi... 
Və  İlyas  Əfəndiyev  həmişəki  səliqə-səhmanıyla  öz 
yazı mizinin arxasında idi. 
«Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» adlı 
povestini o, yuxarıda göstərdiyim tərzdə yazırdı...‖ (Bax: 
Elçin.«Seçilmiş əsərləri», 10 cilddə, c.5, s.304-305.) 
Beləliklə, 
―Körpüsalan‖larda 
olduğu 
kimi, 
―Sanköynəklə  Valehin  nağılı‖  da  təxminən  eyni  tərzdə 
ədəbi  mübahisələr  doğurmuşdu.  Azərbaycan  bədii 
nəsrinin  klassik  nümunələri  sırasında  layiqli  yer  tutmuş 
bu  romanın  da  yolu,  dediyimiz  kimi,  şahrah  olmamışdı. 
Əlbəttə,  İlyas  müəllimin  digər  əsərləri  kimi  ―Sarı-
köynəklə  Valehin  nağılı‖  da  oxucular  və  tənqidçilər 
arasında  geniş  maraq  doğurmuşdu.  Dövrün  tanınmış 
tənqidçisi  Bəkir  Nəbiyev  bu  əsər  barəsində  də,  xatirə 
janrında olsa da həmin məsələləri belə təsvir edir: 
―Mən də bu əsərdən çox mütəəssir olmuş və о zaman 
Yazıçılar  İttifaqına  rahbərlik  edən  İmran  Qasımova 
müraciət  edərək  romanın  Yazıçılar  İttifaqının  Natəvan 
klubunda geniş müzakirəsini keçirmək haqqında təşəbbüs 
irəli  sürmüşdüm.  Təşəbbüs  qəbul  edilmiş,  ədibin  özü  ilə 
razılaşdırılmış,  həmin  tədbirdə  məruzə  etmək  də  mənə 
həvalə  olunmuşdu.  Həm  təcrübəli,  həm  də  gənc  qələm 
sahiblərinin fəal iştirak etdiyi müzakirə yüksək səviyyədə 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
102 
keçdi və əsər layiq olduğu qiyməti aldı, onun fikri-bədii 
keyfiyyətləri  geniş  təqdir  olundu,  məruzə  və  çıxışlar 
―Ədəbiyyat  və  incəsənət‖  qəzetinin  14  may  1977-ci  il 
tarixli nömrəsində dərc edildi. 
 Lakin  müəllif  də,  məruzəçi  olaraq  mən  də  bu 
hadisənin  fərəhini  əməlli-başlı  yaşamamışdıq  ki,  birdən-
birə bu romanın taleyinin üzərini qara buludlar aldı. İlyas 
Əfəndiyevin  istedadına  qısqananlardan  kimsə  yuxarılara 
məlumat  vermişdi  ki,  ―bu  roman  inkişaf  etmiş  sosializm 
cəmiyyətinə yad bir əsərdir‖.  
Yeri gəlmişkən, qeyd edim ki, ―Sarıköynəklə Valehin 
nağılı‖nda о zamankı hüquq mühafızə orqanlarında yuva 
salmış  çox  ciddi  neqativ  hallar  kəskin  bədii  tənqidin 
hədəfı  olmuşdur.  Bəli,  Yazıçılar  İttifaqının,  ―Ədəbiyyat 
və  incəsənət‖  qəzetinin  rəhbərlərindən  ızahatlar  tələb 
olundu, MK-da ideoloji işə başçılıq edənlər bu məsələ ilə 
əlaqədar  olanlara,  о  cümlədən  də,  təbii  ki,  təşəbbüskara 
və  məruzəçiyə  əyri-əyri  baxmağa  başladılar.  Nəhayət,  
İmran Qasımovun xahişi ilə о zaman Respublika partiya 
təşkilatına  rəhbərlik  edən  Heydər  Əliyev  işə  qarışandan 
sonra  ―Sarıköynəklə  Valehin  nağılı‖  ətrafında  qızışan 
təqib  və  təxribata  son  qoyuldu...‖(Bax:  Əfəndiyev  İ. 
Seçilmiş əsərləri, 3 cilddə, 1 cild, səh. 12.) 
 Ədəbi  tənqidimizin  gəldiyi  qənaətə  görə  İlyas 
Əfəndiyevin  ―Söyüdlü  arx‖,  ―Körpüsalanlar‖,  ―Sarı-
köynəklə  Valehin  nağılı‖  kimi  yazıldığı  dövrün 
gerçəkliyini  əks  etdirən  əsərlərinin  qəhrəmanları 
mərkəzdən  uzaq  rayonlarda  təzə  binalar  tikən,  dağlar 
qoynundakı  fermalara  yol  çəkən,  gur  çaylar  üstündən 
körpülər  salаn,  bu  binalar,  yollar,  körpülər  vasitəsilə 
kəndə 
mədəniyyət 
aparan, 
adamların 
rifahını 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
103 
yaxşılaşdıran,  onların  qəlbinin  dərinliklərinə  işıq  salan 
nufzlu  adamlardır.  Həyatın  müxtəlif  sahələrində  çalışan 
bu  qəhrəmanların  boyük  bir  qismi  cavan  qızlar  və 
oğlanlardır.  Lakin  yaşından,  fəaliyyət  sahəsindən, 
ixtisasından  asılı  olmayaraq,  ədibin  qəhrəmanları  öz 
böyük qayəsi, bu qayə uğrunda mübarizədə təzahür edən 
ehtirası, xarakterinin bütövlüyü, yaşadığı hisslərin, daxili 
təlatümün  təbiiliyi  ilə  yaddaşlara  həkk  olunmuşlar.  Bu 
xüsusiyyətlər  keçmiş  həyatımızın,  tariximizin  ən  tipik 
lövhələrini əks etdirən ―Üçatılan‖, ―Geriyə baxma, qoca‖ 
romanları üçün də səciyyəvidir. 
Ədəbiyyatşünaslarımız,  tədqiqatçılarımız  yazıçının 
yaradıcılığı  ilə  bağlı  qiymətli  fikirlərini,  mülahizələrini 
söyləmişlər.  Görkəmli  alimimiz  Yaşar  Qarayev  yazırdı: 
―İlyas  Əfəndiyev  əfsanə,  mahnı  və  nağıl  kimi  qələmə 
aldığı  ilk  hekayələrlə  nəsrə  gəlmişdir...  Özü  də  ―nağıl‖, 
―əfsanə‖  sözlərini müəlif zahirən də  gizlətmir, onu hətta 
başlığa,  sərlövhəyə  çıxarır.  ―Sarıköynəklə  Valehin 
nağılı‖nda  belə  səciyyəli  ―nağıl  ifadələri‖,  təhkiyyə  və 
kompozisiya  əlamətləri  də  vardır:  -  ―aldı  Valeh,  aldı 
Sarıköynək‖  və  s.  Sanki  aşıq  dastan  danışır.‖  (Bax: 
Qarayev  Y.  ―Tənqid,  problemlər,  portretlər‖.  Bakı, 
Azərnəşr, 1976, s.5. – 212 səh.)  
Görkəmli tənqidçinin bu müşahidəsini ustad yazıçının 
özü  də  xatirələrində  təstiqləyir.  İ.Əfəndiyev  yazırdı: 
―Uşaq  vaxtı  eşitdiyim  nağıllar,  əfsanələr  uzun  illər 
boyunca  həmişə  mənimlə  olmuşdur  və  qəribədir  ki,  illər 
keçdikcə  də  elə  bil  ki,  onlar  mənim  üçün  yeni  boyalar, 
çalarlar  əldə  etmişdir.  Sonralar  məlum  olmuşdur  ki, 
mənim  uşaq  təfəkkürümü  tamam  sehrli  bir  aləmə  çəkib 
aparan  həmin  əhvalatların  bir  qismi  Azərbaycan 
nağıllarından,  hətta  ―Min  bir  gecə‖dən  gəlir,  bir  qismi 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
104 
dastanlarımızdan,  əsatirlərimizdən,  qədim  inam  və 
ayinlərimizdən,  bir  qismi  də  hədislərdən,  dini  şərhlərdən 
gəlir, onların bəzisini qələmə alarkən mən ilkin mənbələri 
yox,  öz  yaddaşımı,  hisslərimi  əsas  götürmüşəm.‖(Bax: 
Əfəndiyev İ. ―Sən ey böyük Yaradan‖. Bakı, Şərq-Qərb, 
s.10.– 161 səh.) 
Elə,  böyük  yazıçımızın  əksər  əsərlərini,  həmçinin  bu 
əsərini də oxucu və tənqidçilərə sevdirən əsas bu cəhətlər 
idi – xalq ruhuna bağlılıq... 
 Akademik  Kamal  Talıbzadə  İlyas  Əfəndiyevin 
romanından  ("Sarıköynəklə  Valehin  nağılı")  danışarkən, 
ilk  növbədə,  onu  qeyd  edir  ki,  bu  roman  "problemləri, 
quruluşu,  konfliktin  xarakteri,  üslubu,  təhkiyyənin 
manerası  baxımından  tənqidi  fikrə  yeni  söz  deməyə, 
müasir  nəsrin  ideya-sənətkarlıq  xüsusiyyətlərindən, 
üslubi  istiqamətlərindən  söhbət  açmağa  imkan  verir" 
(Talıbzadə  K.  ―Tənqid  və  tənqidçilər‖,  Bakı,  1989,  səh. 
437).  
Tənqidçi  yalnız  romanın  bu  cəhətini  qeyd  etməklə 
qalmırdı,  əsərin  təhlili  gedişində  onun  verdiyi  bu 
imkanlardan  mümkün  qədər  dolğun  istifadə  edərək 
konkret  bu  romanın  timsalında  müasir  nəsrin  inkişaf 
meyllərini izləyir və meydana çıxarırdı. 
 Bunu  təkcə  tənqidçilər  deyil,  yazı-pozu  adamları, 
yazıçının qələm dostları da hiss edirdilər. Xalq şairi Cabir 
Novruzun  bu  barədə  müşahidələri  səciyyəvidir.  O, 
qəzetdə "İlyas Əfəndiyev itgisi..." adlı xatirə-məqalə dərc 
etdirmişdi. Müəllif yazır: 
"Onun oxunaqlı, orijinal hekayələri ilə nəsrimizə yeni 
ruh,  yeni  nəfəs  gəldi.  Təsadüfi  deyil  ki,  hər  dəfə  bu 
hekayələr  çap  olunanda  oxucuların  böyük  marağına 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
105 
səbəb 
olurdu. 
İlyas 
müəllimin 
ədəbiyyatımız, 
mədəniyyətimiz, mənəvi dəyərlərimiz haqqında çıxışları, 
mülahizələri,  müsahibələri,  söhbətləri  öz  təzəliyi, 
bənzərsizliyi ilə həmişə ehtiram doğururdu. Amma İlyas 
müəllimi 
milyonlarla 
oxucular 
arasında, 
ədəbiyyatsevərlər  içində  sevdirən,  tanıtdıran,  geniş 
şöhrətləndirən  nəsrimizdə  yeni  mərhələ  olan  "Söyüdlü 
arx", "Dağlar  arxasında  üç  dost", "Sarıköynəklə Valehin 
nağılı", "Geriyə baxma, qoca" romanları olub. Bu əsərlər 
indi də müasir və gərəklidir, gələcək nəsillərimiz üçün də 
əsl  tərbiyə  məktəbi  olacaqdır.  Bu  əsərlər  çap  olunanda 
geniş  əks-sədaya,  marağa,  sözün  yaxşı  mənasında 
mübahisələrə,  müzakirələrə,  ədəbi  aləmdə  canlanmaya 
səbəb  olurdu.  Ona  görə  ki,  yazıçı  dövrün  çox  mühüm 
ictimai-siyasi.  mənəvi  problemlərinə  toxunurdu.‖  (Bax: 
Cabir Novruz. ("Xalq qəzeti", 15 noyabr 1998.) 
Tənqidçi-ədəbiyyatşünas  Vaqif  Yusifli  İlyas  Əfən-
diyev  yaradıcılığını  obrazlı  şəkildə,  ümumən  belə 
qiymətləndirir:  "...İlyas  Əfəndiyev  haqqında  düşünəndə  
quruyub  xəzəl  olsa  belə,  öz  ətrini,  rayihəsini  itirməyən, 
elə  bil  yenicə  dirilən  boy  çiçəyini  xatırlayırsan.  İnsanlar 
arasında ən zərif, ən kövrək, ən bakirə hissləri də həmin 
boy  çiçəyinin  ətri  ilə  müqayisə  etmək  olar.  Bir  də  ona 
görə  ki,  İlyas  Əfəndiyevin  nəsri  və  dramaturgiyası 
bütünlükdə  bu  incə  hissləri  şairanə  bir  dillə  tərənnüm 
edir.‖  (Bax:Vaqif  Yusifli.  ―Tənqid  yarpaqları‖.  Bakı, 
1998, səh. 26.) 
Tənqidçinin  müşahidə  etdiyi  onun  bu  özünəməxsus-
luğu,  lirizmi,  zərifliyi,  ən  kövrək  və  bakirə  hissləri 
―Sarıköynəklə  Valehin  nağılı‖  romanında  da  özünü  tam 
göstərir.  

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
106 
Vaqif  Yusiflinin  görkəmli  tənqidçi  Akif  Hüseynovla 
birlikdə  1978-ci  il  ədəbi  prosesində  nəsr  haqqında 
yazdıqları  icmalda  İlyas  Əfəndiyevin  ―Sarıköynəklə 
Valehin nağılı‖ romanı geniş, əsaslı elmi-nəzəri və estetik 
təhlilə  cəlb  edilibdir.  Məqalədə  oxuyuruq:  ―Romanın 
qəhrəmanları  bizim  müasirlərimizdir.  İ.Əfəndiyev 
qələminin  tanış  xüsusiyyətlərini  bu  romanda  da  aşkar 
görürük.  Əsərdə  həyata  realist  və  romantik  baxış 
qovuşmuşdur.  Sərt,  kəskin  boyalarla  şeiriyyətli,  poetik 
yüksəkliyə qaldırılmış lövhələr bir-birini əvəz edir. 
   ...Romanın  kompozisiyasında  nağılvari  əlamətlərin 
mövcudluğu  təhkiyyəyə  şirinlik  və  cazibədarlıq  aşılayır. 
Müəllif  burada  nağıl-dastan  üslubundan  istifadə  edərək 
dövrün  və  cəmiyyətin  yaratdığı  pisliklərə,  mənfiliklərə, 
şərə  qarşı  mübarizə  motivini  önə  çəkir,  şirin  bir 
təhkiyyədə təzadlı lövhələr yaradır.‖ (Bax: ―Ədəbi proses 
–  1978  (nəsr,  poeziya,  dramaturgiya,  tənqid)‖,  Bakı, 
―Elm‖ nəşriyyatı, 1980.) 
Bu roman haqqında danışan digər bir tənqidçi, əsərin 
məziyyətlərini bunda görür:  
"İlyas  Əfəndiyevin  bədii  nəsrində  şəxsiyyətin  fərdi 
xüsusiyyətlərini 
göstərmək, 
xarakterlərin 
özünə-
məxsusluğunu  müəyyənləşdirmək,  həyatın  gedişində 
meydana  çıxan  insani  və  ictimai  ziddiyyətlərin 
mahiyyətinin  üzə  çıxarılmasında  fərdi  münasibətlərin 
rolunu əsaslandırmaq, sübuta  yetirmək kimi keyfiyyətlər 
diqqəti  xüsusilə  cəlb  edir.‖  (İsmayıl  Öməroğlu.  ―İnsan 
həyatda və sənətdə‖. Bakı, 1998, səh. 106.) 
―Sarıköynəklə  Valehin  nağılı‖  romanı  oxuculara, 
gənclərə  ciddi  mənəvi-əxlaqi  təsir  göstərmiş,  əsərin 
qəhrəmanlarının  mövqeləri  və  xarakterləri  örnəyə 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
107 
çevrilmişdi.  Mətbuatı  nəzərdən  keçirərkən  bir  neçə 
nümunələrlə rastlaşdıq. 
 ―Müxalifət"  qəzetinin  hüquq  şöbəsinin  reportyoru 
Sona Qasımova ixtisasca hüquqşünasdır. O yazır ki, ―orta 
məktəbdə  təhsil  alarkən  "Sarıköynəklə  Valehin  nağılı"nı 
(İlyas 
Əfəndiyev) 
oxuduqdan 
sonra, 
gələcəkdə 
hüquqşünas olmaq fikrinə gəlib." (Bax: "Bu gün" qəzeti, 
9-13 sentyabr 1998.) 
 Məşhur  xalq  artisti  İlham  Əsgərov  müsahibəsində 
jurnalistin sualını belə cavablandırır: 
"-  Yaratdığınız  rollar  arasında  xaraktercə  sizə  yaxın 
olanı varmı? 
-  ...  Məsələn,  "Sarıköynəklə  Valehin  nağılı"ndakı 
(İlyas Əfəndiyev) Valeh... haradasa mənə oxşayır." (Bax: 
İlham  Əsgərov  –  müsahibə.  "Yeni  Azərbaycan"  qəzeti, 
22 avqust 1998.) 
Xalq  şairi,  filologya  doktoru  Sabir  Rüstəmxanlı  İlyas 
Əfəndiyev  yaradıcılığının  ədəbi-estetik,  mənəvi-əxlaqi, 
ruhi-psixoloji tərəfindən danışarkən yazır: 
"Sevimli  xalq  yazıçımız  İlyas  Əfəndiyevin  əsərləri 
dağlar arxasındakı uzaq dağ kəndlərində, sonsuz görünən 
yeniyetməlik  və  gənclik  illərində  bizim  yaxın  dostumuz 
olmuşdu.  Hekayələrindən,  povestlərindən  can  atdığımız 
bir  həyatın,  istedad  və  qabliyyətlə  bütün  qapıları  açmaq 
mümkün olan, sevgisi şan-şöhrətdən, toxluqdan çox sadə 
halallığa,  duyğulu  nəcibliyə  meyl  edən  bir  dünyanın 
həniri üzümüzə vururdu. Ona öz yazıçımız kimi baxırdıq. 
Çünki  gələcəyimizə  olan  ümidlərimizə  qanad  taxırdı; 
kənddə  böyüməyin,  kasıblığın  üzüqaralı  olmadığına, 
əksinə,  bir  çox  hallarda  üstünlük  olduğuna  inandırırdı. 
Təsvir 
etdiyi 
həyatın 
romantikası 
yeniyetməlik 
xəyallarımızla  üst-üstə  düşürdü.  O  sanki  bizim  yaşadı-

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
108 
ğımız təbiətin şəklini çəkirdi.‖ (Bax: Sabir Rüstəmxanlı. 
"Ədəbiyyat qəzeti", 7 avqust 1998.) 
 Bütün 
bunlar  İlyas  Əfəndiyev  yaradıcılığının 
təbiiliyindən,  xarakterlərinin  həyatiliyindən,  hadisələrə 
həssas  münasibətindən,  yaratdığı  gənclərin  obraz-
larındakı 
romantik  vüsətdən,  insanlar  arasındakı 
münasibətlərdəki  inandırıcı  səmimiyyəti  dürüst  əks 
etdirməkdən irəli gəlirdi. 
Böyük,  həssas  cənublu  ziyalımız,  yazıçı-publisist, 
ədəbiyyatşünas  Doktor  Cavad  Heyət  (Cavad  Heyət  –  
cərrah-alim,  İranda  ilk  dəfə  açıq  ürək  əməliyyatını 
(koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar 
Cəmiyyətinin  idarə  heyətinin  və  Paris  Cərrahlar 
Akademiyasının 
üzvü, 
professor 
Həmid 
Nitqi, 
Məhəmmədəli  Fərzanə,  Həsən  Məcidzadə  Savalan, 
Kərim  Məşrutəçi  (Sönməz),  Mənzuri  Xamneyi,  Səməd 
Sərdarniya,  Qulamhüseyn  Beqdeli  ilə  birlikdə  Tehranda 
"Varlıq"  dərgisinın  təsisçisi  /36  ildir  nəşr  edilir/, 
türkologiyaya  aid  yeddi  cildlik  kitabın  müəllifi, 
Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və 
professoru,  Türk  Dil  Qurumunun  fəxri  sədri,  eləcə  də 
İstanbul Universitetinin fəxri doktoru – red.) İlyas Əfən-
diyevdən  bəhs  edən  oçerkində  bütün  bunları  duyaraq, 
yazır:  "İlyas  Əfəndiyev  Azərbaycan  ədəbiyyatında 
qüvvətli  və  qabaqcıl  bir  nasir  və  dramaturq  kimi 
tanınmışdır...  Onun  əsərlərində  incə  lirika  vardır. 
Hadisələrə olan həssas münasibəti nəticəsində ən sadə və 
adi  mövzulara  romantik  vüsət  vermək,  hadisə  və 
təzadlardakı,  insanlar  arasında  olan  münasibətlərdəki 
daxili  duyum  (əqidə)  və  qaynaqları  açıb  göstərmək, 
surətləri  içəridən,  ruhi  hallarını  baş  verdiyi  daxili 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
109 
aləmdən  şərh  etmək  İlyas  Əfəndiyevin  yaradıcılığı  üçün 
səciyyəvidir."  (Bax:  Doktor  Cavad  Heyət.  "Azərbaycan 
ədəbiyyatı tarixinə bir baxış", Bakı, 1998, səh. 267-268.) 
Xalq  yazıçısı  Hüseyn  Abbaszadə  isə  bu  əsərin  ən 
böyük  məziyyətini  onun  yüksək  bədii  keyfiyyətində  və 
müasirliyində  görürdü:  ―Mən  İlyas  Əfəndiyevin 
«Sarıköynəklə  Valehin  nağılı»  romanının  oxucular  və 
ədəbi  ictimaiyyət  tərəfindən  hərarətlə  qarşılanma-sının 
əsas  səbəbini  onun  bədii  keyfıyyətində,  sənətkarlıqla 
yazılmasında  görürəm.  Xalqı  narahat  edən  problemlərə 
toxunmaq,  onlardan  bədii  əsərlərdə  vətəndaşlıq 
məsuliyyəti  ilə  söz  açmaq  vacib  şərtlərdəndir  və  bu, 
ədəbiyyatın zəruri vəzifələrindən biridir... 
Romanda  hadisələr  dramatik  gərginlik  və  ardıcıllıqla 
bir-birini izləyir, dərin maraq hissi ilə oxucunu arxasınca 
aparır.  Müasirlik  böyük  şərtdir.‖  (Bax:  Abbaszadə  H. 
Müasirlik  böyük  şərtdir.  (Azərbaycan  Yazıçılar 
İttifaqında  «Sarıköynəklə  Valehin  nağılı»  romanının 
müzakirəsində çıxışı) //Ədəbiyyat və incəsənət. - 1977. - 
14 may.)  
Yuxarıda qeyd etdiyimiz kimi ―Sarıköynəklə Valehin 
nağılı‖ 
ictimaiyyət 
arasında 
böyük 
rezonas 
doğurduğundan  bu  əsər  ―Müasirlik  böyük  şərtdir‖ 
problemi  işığında  Azərbaycan  Yazıçılar  İttifaqında  və 
Azərbaycan  MEA-nın  Nizami  adına  Ədəbiyyat  İnsti-
tutunun  geniş  Elmi  şurasında  ətraflı  şəkildə  müzakirə 
edilibdir.  Bu  müzakirələrdə  dövrün  ən  tanınmış  yazıçı, 
alim,  tənqidçi,  ədəbiyyatşünaslarından  tutmuş,  gənc 
tədqiqatçılara, oxuculara qədər iştirak etmiş, müzakirə və 
mübahisələrə  qoşulmuşlar.  Bu  müzakirələrin  geniş  şərhi 
və xronikası ―Ədəbiyyat və incəsənət‖ qəzetində (14 may 
1977) əksini tapmışdır.  

Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin