Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə49/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   45   46   47   48   49   50   51   52   ...   80

 

CƏFƏRZADƏ Əlisgəndər Hacıbaba oğlu (14.10.1875

Bakı - 1941, Bakı) - görkəmli ictimai və 



maarif  xadimi  naşir,  mühərrir.  Məmməd  Yusif  Cəfərovun  böyük  qardaşıdır.  Bakıda  məhəllə  və  ilk 

xüsusi  rus-müsəlman  məktəbində  (1887-90)  o xu muşdur.  İmperator  III  Aleksandr  kiş i  g imnaziyasında 

xüsusi ko missiya qarşısında imtahan verərək, A zərbaycan dili müəllimi hüququ almışdır (1897). Nəriman  

Nərimanovun  Bakıda  Ə.Cəfə rzadənin  evində  təşkil  etdiyi  q iraət xanada  müdir  (1895-98),  ikinci  rus-

müsəlman   məktəbində,  Aleksey  ali  ibtidai  məktəbində  müəllim  (1897-1920),  "Nəşri-maarif" 

cəmiyyətində  kat ib  (1906-18),  Azərbaycan    SSR  Xa lq  Maarif  Ko missarlığında  nəşriyyat  şöbəsinin 

(1920-24), "Azə rnəşr"də uşaq ədəbiyyatı bölməsinin müd iri, istehsalat şöbəsinin müdir müav ini, te xn iki 

redaktor (1924-32), "Azərneft‖də kadr şöbəsinin rə isi (1932-38) işlə mişdir. 

Cəfə rzadə  xalq  maa rifın in  milli zə mində in kişafı sahəsində böyük xid mət lər göstərmiş, "Nəşri-

maa rif' cə miyyətinin  Ba kı və  onun kəndlərində açdığı  ibtidai  mə ktəblərin   müəllim kad rla rı, dərslik və  

metodik vəsaitlə rlə  tə min olun ması işinə rəhbərlik et mişdir. Azə rbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaran ması 

Cəfə rzadənin  adı  ilə  bağlıdır.  O,  "Dəb istan"  (1906-08)  adlı  ilk  pedaqoji  jurna lın   naşiri  və  mühərririd ir.  Qarşısına  "türk 



milləti-nəcibəmizin  balalarına  bir  xidmət  göstərmək",  onların  "əql,  zehin,  əxlaqi-həsənə  və   hissiyyatlarını  oyandırıb" 

inkişaf etdirməklə  "zəhmətkeş, xadimi-din, millətpərəst və vətənpərəst cavanlar" yetirmək vəzifəsi qoyan Cəfərzadə əsrin 

gör- 

 

 



 

 

 



 

 . 


306 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



307 

 

kə mli  yazıç ıla rın ı  ətra fına  toplayaraq,  jurna lda  mükə mmə l  proqra m  əsasında  zəngin  bədii  və  elmi-kütləvi  ədəbiyyat 



nümunələri dərc etmişdir. O, "Maarif‖  (1922) adlı ilk Azərbaycan sovet uşaq jurnalının da üç redaktorundan biri olmuşdur. 

Cəfərzadə Azərbaycan dövri mətbuatı və kitab nəşrinin inkişafına,  xüsusilə onun mürəttib lik  kimi ağır sahəsinin dirçəlişinə 

böyük  əmək  sərf  etmişdir.  "Həyat"  qəzetin in  (1905-06)  baş  mü rəttibi,  Rəşid  bəy  Əfəndiyevin  "Bəsirə-tül-ətfal" 

müntəxabatının (1902), "Füqəra füyuzatı" jurnalının (1921), M.Ə.Sabirin "Hophopnamə"sinin (1922) naşiri o lmuşdur. 

Cəfə rzadə bədii və elmi yarad ıcılıqla da  məşğul olmuşdur. Görkə mli adamların həyatına ("Əkbər şah", "Hacı Seyid 

Əzim  Şirvani",  "Müəllim  Naci",  "Əlişir  Nəvai",  "Əli  bəy  Hüseynzadə",  "Həsən  bəy  Məlikov"),  texn ikaya  və  memarlığa 

("Tac-Mahal, ya xud Mü mta z Mahal", "Məşhur böyük binalar") dair məqalə ləri, hə mçin in hekayələ ri ("Ba laca Firidun", "Ata 

və oğul", "Mərhəmətli Fat ma", "Cə milənin sərgüzəşti") uşaqların  fikri və  mənəvi in kişafında böyük ro l oyna mışdır. "Kilid i-

ədəbiyyat" (1900) dərsliyinin  (Su ltanməcid  Qənizadə  ilə birgə) və "Müsləhəddin Sədi  Şirazinin tərcü meyi-halı  ilə bərabər 

onun "Gülüstan" kitabına bir nəzər" elmi əsərinin müəllifid ir. 



CƏMĠL  CAHĠD BƏY (1883  - 15.7.1956) - türk zabiti, Beşinci Qafqaz firqəsinin tərkibinə daxil olan  9-cu Qafqaz 

alayının  ko mandiri,  Qa fqaz  İslam  Ordusunun  fəal  xadimlərindən  biri.  Hərbi  yardım  üçün 

Azərbaycan ərazisinə hərəkət et mə k göstərişi almış və Azə rbaycana ilk yetiş ən hərbi hissələrdən 

birinin  ko mandiri  olmuşdur.  Batum  müqavilələrinin  (1918)  imza lan masından  əvvəl  hissəsi  ilə  

birlikdə A zərbaycana doğru hərəkət et mə k ə mri a lmışdı. Əmr Nu ru paşanın Azərbaycandakı milli 

hərbi qüvvələrin  vəziyyəti  ilə tanışlıqdan sonra Türkiyənin    3-cü ordu ko mandanı Vehib paşanın 

adına  yazdığı  raportdan  sonra  verilmişdi.  Vehib  paşa  1918  il  iyunun  2-də  göndərdiyi  cavab 

mə ktubunda  Qaza xla  Gəncə  arasındakı  stansiyaları  və  də mir  yol  xəttini  qoru maq  üçün 

Azərbaycana qarışıq tərkib li b ir dəstənin göndərilməsinə əmr veriləcəyin i Nuru paşaya bildirirdi. 

Qarışıq tərkib li dəstəyə minbaşı (mayor)  Cəmil  Cahid bəyin  ko mandir o lduğu 9-cu Qafqaz alayı 

və  minbaşı  Zeyni  bəyin  ko mandir  o lduğu  2-ci  süvari  alay ı  da xil  id i.  Nuru  paşanın  tabeliyinə  

verilən  bu alay lar 3-cü ordunun tabeliyindən çıxarılma mışdı. A zərbaycana ilk o laraq süvari alay ı yola  düşməli,  Qaza xdan 

Gəncəyə qədər olan yolun mühafizəsini tə min  et məli, sonra da 9-cu a lay hərəkətə başla ma lı idi. Tə rkib ində 2 piyada taboru, 

10 ədəd pule myot, 2 ədəd top olan alayını şəxsi heyətinin ümu mi sayı 1336 nəfər id i. 

Cə mil Cah id bəy alayı ilə 1918  il  iyunun 4-də Azərbaycana doğru hərəkətə başladı. Hə min gün iki dövlət arasında 

Batu mda  imzalanan  müqavilədən  sonra  Azərbaycana  göstərilən  hərbi  yardımın  xarakterində  də  dəyişiklik  baş  verdi.  9-cu 

alayın da daxil olduğu 5-ci Qafqaz firqəsi bütünlüklə Qafqaz İslam Ordusunun tabeliyinə verildi. Alay  iyunun 7-də Qazaxda 

qarşılandı, iyunun 9-da isə Cəmil Cahid bəy artıq Gəncədə id i. Onun rəhbərliy i ilə iyunun 11-12-də Gəncədə ermən i-daşnak 

silahlı  dəstələri  tərksilah  edildi.  Sonra  b ir  müddət  9-cu  alaya  Gəncə  ətrafının  təhlükəsizliy inin  təmin  edilməsi  vəzifəsi 

tapşırıldı. 

1918 il avqustun 13-də Cə mil Cah id bəy Nuru paşanın əmri ilə Şərq Cəbhəsi k omandanlığının tərkibinə da xil olan  

Cənub  qrupunun  komandanı  təyin  edildi  və  bununla  o,  Bakının  a zad  edilməsi  uğrunda  döyüşlərə  daha  fəal  cəlb  o lundu. 

Avqustun sonlarında  Qafqaz  İslam  Ordusunun  Bakı  ətrafındakı qüvvələri yenidən qruplaşdırıld ı və  Cəmil Cah id bəy yeni 

yaradılan  Qərb  qrupunun  rəhbəri  təyin  ed ild i.  Bakı  şəhəri  azad  o lunduqdan  sonra  Cəmil  Cahid   bəy  şəhərin  ko mendantı 

olmaqla  bərabər, hə m də  1-ci Azə rbaycan piyada diviziyasına ko mandanlığı öz üzə rinə  götürdü. Cə mil Cah id bəyin u zun 

müddət  ko mandiri  o lduğu  9-cu   Qafqaz  alayı  da  1-ci  A zərbaycan  div iziyasmm  tərkibinə  verild i.  Onun  1-ci  Azərbaycan 

diviziyasının ko mandiri təyin edilməsində  məqsəd bu birləşmənin fo rmalaşmasını və  möhkəmləndirilməsini sürətləndirmək 

idi.  Diviziyanın tərkibinə 3 p iyada, 3 süvari, 1 sərhəd alayı və yardımçı bölmələr daxil id i.  1918  ilin oktyabrında Qarabağın 

erməni-daşnak qoşunlarından təmizlən məsinin əsas ağırlığı da 1-ci Azə rbaycan diviziyasının ü zərinə düşdü. 

Türkiyəyə  qayıtdıqdan sonra  Cəmil  Cahid  bəy  ölkədə  aparılan  istiqlal  mücad iləsinə  qoşuldu,  4-cü  korpusun  5-ci 

firqəsinə  komandanlıq  etdi,  general  rütbəsinə  layiq  görüldü.  1940  ildə  general-polkovnik  rütbəsində  jandarm  qüvvələri 

ko mandanı, 1943-46  illərdə ordu generalı rütbəsində 1-ci o rdu ko mandanı, 1946-47  illərdə Türkiyənin  milli  müdafiə naziri 

vəzifələ rin i icra etdi. 

 

Əd.: 

Süleymanov M., Qafqaz İslam Ordusu və Azərbaycan B., 1999; yenə onun, Cəmil Cahid bəy, "Hərbi bilik" jurnalı, 2001, 

№5, 6; Rüştü, Büyük harpte Baku yollarında Ş.Kafkas piyade fırkası. 93 saylı Askeri mecmuanın tarih kısmı, 1934; Y ü c e e r N., Birinci 

dünya savaşında Osmanlı ordusunun Azərbaycan və Dağıstan harekatı, Ankara, 1996. 



 

CƏMĠLLĠNS KĠ Səməd bəy (?-?)- dövlət xadimi. A zərbaycan Xalq Cü mhuriyyəti dövründə (1918-20) b ir müddət 

Qarabağ  general-qubernatorluğu  nəzdində  Naxçıvan  bölgəsinə  dair  xüsusi  tapşırıqlar  ü zrə  müvəkkil  o lmuşdur.  1919  ilin 

avqustunda  Qərbi  A zərbaycanın  (Na xçıvan  mahalının)  general-qubernatoru  təyin  edilmişdir;  qəra rgahı  əvvəl  Ordubadda 

yerləşmiş, sonra isə Na xçıvana köçürülmüşdü. Cə millinski bölgənin  idarə  olun masında, e rməni-daşnak silah lı dəstələrindən 

təmizlən məsində,  cari  proble mlərinin  həllində  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətin in  xəttini  həyata  keçirməyə  səy 

göstərmiş,  qaçqınların   yerləşdirilməsi  və  təmin   olun ması  məsələlərinə  böyük  diqqət  yetirmişdi.  Cəmillinski  Naxçıvan 

mahalı və ətrafın ın İrandan müdafiəsi və onun ermənipərəst siyasətinin dəf olunması sahəsində mühüm işlər görmüşdür. O, 

İranın  bölgə  ilə  bağlı  niyyətlərini  Naxçıvan  diyarını  A zərbaycan  Xalq  Cü mhuriyyətindən  ayırmaq  məqsədi  güdən  ingilis 

siyasətinin astar üzü kimi q iy mətləndirirdi.  

 

 



 

 

 



 

308 

 

Mahalın 



idarəç iliy i 

ilə 


əlaqədar 

olaraq 


yerli 

siyasi 


qüvvələrlə 

(Kə lbalı 

xan 

və 


b.)  

yaranan  fikir  ayrılıq ları  üzündən  1920  il  fevralın  sonunda  vəzifəsindən  getmək  istəmiş  və  bu  məqsədlə  də  höku-  

mətdən  başqa  şəxslə  əvəz  olunmasın ı  xahiş  etmişdi.  Azə rbaycan  Cümhuriyyətinin  süqutunadək  həmin  vəzifədə  

qalmışdır. 

 

CƏNNƏTĠ  Əbdülxalıq Əbdülqafar oğlu,Qafarzadə (1855, Bakı - 6.6.1931,  Bakı)  - şair. "Məcmə üş-şüəra"nın fəal 

üzvlərindən  olmuşdur.  Klassik  üslübda,  Azərbaycan  və  (fars  dillərində  şeirləri  var.  Rusiyada  1905-07  illər  inqilabından 

sonra ictima i mə zmunlu  şeirlər (" Ey vətəndaşlar",  " Vətən təranəsi", "Torpaq", "Ehda" ("Səttarxan ın ruhi-pür  fütuhinə") və 

s. yazmışdır (bəziləri "Təkamül" qəzetində dərc ed ilmişdir). "Qız qalası", "Qılınc və qələm" poemaları, təmsilləri var. 1910-

cu illə rdə  milli  istiqlal  idealları  Cənnətinin  şeirlərində coşqun tərzdə ə ksini tap mışdır.  İstiqlal dövrü (1918-20) şeirlərində   

müstəqillik rəmzi kimi üçrəngli bayraq tərənnüm olunur. A zərbaycan bayrağına məhəbbətini  şair bir-b irinin ardınca yazdığı 

"Bayraq",  "Sancaq",  "Bayrağımız"  şeirlərində  poetik  dildə  bildirir.  Əsərləri  Azərbaycan  Milli  Elmlər      Akademiyasının 

Əlyazmalar İnstitutunda saxlanılır. 

 

Əsəri: 


Şeirlər, "Deyilən söz yadigardır" kitabında, B., 1980.

  

Əd.:  

M ir  Cəlal, Əbdülxalıq Cənnəti, "Ədəbiyyat məcmuəsi", Nizami adına Ədəbiyyat İnstitutunun Əsərləri, 1946, c. 1. 

 

CƏNUB-QƏRBĠ  AZƏRBAYCAN  GENERAL-QUBERNATORLUĞUNUN  YARADILMASI  HAQQINDA 

QƏRAR  -  Azərbaycanın  cənub-qərb  torpaqlarında  (Naxçıvan)  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  dövlət  hakimiyyətini 

bərqərar  et mə k  məqsədilə  ayrıca   in zibati-əra zi  qurumu  yarat maq  üçün  qəbul  olunmuş  sənəd.  General-qubernatorluğun 

yaradılmasın ı  şərtləndirən  mühüm  amillərdən  biri  də  bölgənin  müsəlman  əhalisinin  problemlərini  həll  etmək  zərurəti 

olmuşdur.  Naxçıvanın  Müvəqqəti  hökuməti  Azərbaycan  torpaqları  olan  Naxçıvan,  Şərur,  Ordubad  qəzaların ın  "Cənub-

Qərbi  Azə rbaycan"  adı  altında  Azə rbaycan  Xalq  Cü mhuriyyəti  ilə  birləşməsi  üçün  hə m  ingilis  ko mandanlığına,  hə m  də 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  rəhbərliy inə  mürac iət  etmişdi.  A zərbaycan  Xa lq  Cü mhuriyyəti  Höku mətin in  1919  il 

fevralın  28-də  qəbul  etdiyi  qərara  əsasən,  Bəhram  xan  Naxçıvanski  general-qubernator,  Kərim  xan  İrəvanski  hərb i,  Hacı 

Mehdi Bağırov isə mülki  işlər üzrə general-qubernatorun müavinləri təyin olunmuşdular.  General-qubernatorluğun nəzdində 

7  nəfə rdən  ibarət  Şu ra  yarad ılmışdı.  Şuran ın  tərkibinə  Na xçıvan  qə zasından  2,  Sü rmə li,  İrəvan  qə zala rın ın  və   Ordubad 

mahalın ın hərəsindən 1 nümayəndə daxil ed ilmişdi.  Yerli hakimiyyətin təşkili üçün daxili işlər nazirliyin in 20  milyon  ma-

natlıq fondundan 500 min  manatın general-qubernatorluq üçün ayrılması, Höku mət in bundan əvvəlki 1918 il 6 dekabr tarixli 

qərarına  müvafiq  olaraq  ayrılmış bir  milyon  manatın  150  min inin   Ermən istan ərazisində yaşayan müsəlman qaçqınla rın ın 

ehtiyacları  üçün  Ermənistandakı  d iplo matik  nümayəndəyə,  qalan  850  min   manatın  isə  Cənub-Qərbi  Azərbaycan 

qaçqınlarına yardım göstərmək üçün general-qubertorun sərəncamına verilməsi də qərarda ö z əksin i tap mışdı.  Höku mətin 

1919  il  3  ma rt  tarixli  qərarı  ilə   hərbi  nazirliyə  Cənub-Qərb i  Azərbaycandakı  silahlı  qüvvələrin  sayını  və  və ziyyətini 

aydınlaşdırmaq  məqsədilə  general-qubernatorluğa  nümayəndə  göndərilməsi,  əlavə  olaraq,  bölgəyə  daha  500  min  manat 

vəsait  ayrılması  tapşırılmışdı.  19  ilin  martında  general-qubernatorluğun  rəhbərliyində  dəyişikliklə r  ed ild i.  Höku mət in  16 

ma rt  tarixli  qəra rına  əsasən,  Cənub-Qərb i  A zərbaycan  general-qubernatoru  Bəhra m  xan  Na xçıvanski  öz  xah işinə  görə 

tutduğu vəzifədən azad olundu. Zaqatalanın qubernatoru general Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, 

Bəhram  xan  Na xç ivanski  isə  mülki  işlər  ü zrə   müavin  təyin   edildilər.  Mart ın  26-da  bölgənin  ü mu mi  vəziyyəti  haqqında 

Cü mhuriyyət  Höku mətinə  məlu mat  vermək  üçün  Bakıya  Teymu r  bəy  Makinski  (sədr),  Q.Qənizadə  və  R.İs mayılovdan 

ibarət nümayəndə heyəti göndərmək qərara a lındı.  Kərim  xan  İrəvanski və zifəsindən kənarlaşdırıldı. Onun yerinə na mizəd 

keçmək  general-qubernatora  həvalə  edildi.  Cənub-Qərb i  A zərbaycan  general-qubernatorluğunun  yaradılması  bölgənin 

Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti ilə ə laqələrinin möh kə mlən məsində əhəmiyyətli rol oynamışdır. 

 

Əd.:


 ; 

Aзepбaйджанская Демократиская  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;  



CƏNUB-QƏRBĠ AZƏRBAYCAN MÜVƏQQƏTĠ HOKUMƏTĠ  - bax Araz Türk Cümhuriyyəti. 

CƏNUB-QƏRBĠ QAFQAZ CÜMHURĠYYƏTĠ (CQQC), Q a r s  D e m o k r a t i k  C ü m h u r i y y ə t i -Birinci 

dünya müharibəsi (1914-18) dövründə erməni-daşnak silahlı quldur dəstələri tərəfindən türk-müsəlman əhalinin  soyqırımına 

mə ruz qaldığ ı  Cənub-Qə rbi Qa fqazda yaran mış demo krat ik respublika .  Osman lı  imperiyası ilə Antanta dövlətləri arasında 

Mudros  barışığı  (1918)  ərəfəsində  və  ondan  az  sonra  Cənub-Qərbi  Qafqazda  bir  neçə  dövlət  qurumu  yarandı.  1918  il 

oktyabrın 29-da Ömər  Faiq  Nemanzadənin başçılığı ilə A xıska hökuməti quruldu. 1918 il noyabrın 5-də "Qars İslam  Şurası" 

adı ilə milli höku mət 

 

 



 

 

 



 

 

 



 

 


309 

 

yaradıldı.  Bu höku məti yaradanlar sırasında Piroğlu Fəxrəddin  (Ərdoğan) bəy, əslən Borçalıdan olan Kəpənəkçi  Emin ağa 



və b. vardı. Noyabrın 14-də birinci  Qars konqresi çağırıld ı.  Bölgələ rin  milli şura rəhbərlərinin qatıldığı  konqresdə Emin ağa 

hökumət  funksiyasını yerinə yetirən "Qars İslam  Şurası"na sədr seçildi. Noyabrın 30-da "Qars İslam  Şurası"nın dəvəti  ilə 

Naxçıvan, Ordubad, Qəmərli, Sürməli  (İqdır), Şərd i  Şorəyel, A xıska, A xalkələk və  Batu m bölgələrindən gələn 60 nəfərlik 

nümayəndə heyətinin iştirakı ilə 2-ci Qars konqresi keçirild i. Batu mdan Ordubada qədər ərazidə Qars İslam Şurası höku məti 

quruldu. 12 nəfərdən ibarət höku mətə  əslən gümrülü  olan, sonralar Qarsa köçən İbrah im bəy Cahangirzadə rəhbərlik edirdi. 

İ.Cahangirzadə  rus  ordusunun  zabiti  olmuş  və  Araz  Türk  Cümhuriyyətinin  hərbi  naziri  kimi,  bölgə  əhalisin in 

silahlandırılmasına  və  hərbi  təlimlər  keçməsinə  rəhbərlik  etmişdi.  Qars  Milli  Şura  höku mətinin  əsas  vəzifəsi  daşnakların 

türk-müsəlman  əhaliyə qarşı törətdikləri soyqırımlarının  və bölgəni  işğal etməyə çalışan gürcü qoşunların ın hücumların ın 

qarşısını almaq və əhalin in təhlükəsizliy ini təmin etmək idi. 

1919  il yanvarın 13-də ingilis generalı  Bisç Qarsa gələrək,  Ermənistan höku mətinin  Stepan Korqanovu Qars vila-

tətinin başçısı təyin etdiyini b ild ird i. M illi  Şura  höku mətin in rəhbərləri  ingilis generalına bəyan etdilər  ki, bölgə əha lisin in 

85% -i  türklərdən  ibarətdir  və  vilayətin  rəhbərliyinə  ermənin in  təyin  edilməsi  Vilson  prinsiplərinə  ziddir.  Bundan  sonra 

general Bisç Milli Şura höku mətini tanıdığnı b ild ird i və Gü mrüyə qayıtdı. 

Bölgə təmsilçilərinin 1919  il yanvarın 17-də Qarsda keçirilən toplantısında Cənub-Qərbi Qafqaz höku mətinin yara-

dıldığ ı  elan  olundu.  Bu  siyasi  qurum  Cənub-Qərb i  Qafqaz  və  ya  Qars  Demo kratik  Cü mhuriyyəti  adlandı.  CQQC-nin  18 

maddədən  ibarət  Konstitusiyası  qəbul  olundu.  Cümhuriyyətin  40  min  k v.  k m  ərazisi,  1,7  milyon  nəfər  (1,5  milyonu  türk-

müsəlman) əhalisi vardı. Dövlət dili o laraq türk dili qəbul o lun muşdu. Üçrəngli (ağ, yaşıl və qara), ay-ulduzlu bayrağı vardı. 

Batu mda həftədə üç də fə ç ıxan  "Sədayi millət" qəzeti hökumətin rəsmi orqanı id i. Be ləliklə,  Rusiya imperiyasının dağılması 

ilə   əlaqədar  olaraq  Qars,  Batum,  A xalsıx,  A xa lkələ k,  Şərur,  Na xçıvan,  Sürmə li  və  İrəvan  qəzasının  cənub-şərq  hissəsinin 

əhalisi ö z müstəqilliy ini elan etdi. 

Qısa  müddətdə  CQQC-nin  Müvəqqəti  höku məti  təşkil  ed ild i.  İbrahim  bəy  Cahangirzadə  cü mhurbaşqanı  seçildi. 

Nazirlə r şurası beynəlmiləl tərkiblə  təşkil olun muşdu. Xarici işlər na ziri və zifəsinə türk Piroğlu  Fə xrəddin bəy, xa lq  maarifi 

naziri vəzifəsinə əvvəlcə yunan M.Andreyanot, sonra isə türk, müəllim Meh med bəy Kocaoğlu təyin edilmişdilə r. 

Partiyalar o lmadığ ından, 65 bitərəf deputatdan ibarət parlament yaradıldı. Do ktor Əsəd bəy Oktay  (Əsəd bəy Ha-

cıyev) parlamentin sədri seçild i. Parlament respublikanın 

 

 



 

 

 



 

 

 



 

 

 



 

310 

 

xarici və da xili siyasətinin aşağıdakı  istiqamət lərini  müəyyənləşdirdi: 1)  CQQC bütün qonşuları  ilə,  xüsusən yeni 



yaradılmış Qafqaz dövlətləri  ilə  mehriban qonşuluq əlaqələri qurmaq niyyətindədir; 2) CQQC neytral dövlətdir; 3)  CQQC-

nın  vətəndaşları  milliyyətindən,  dinindən,  sosial  mənşəyindən,  siyasi  əqidəsindən  asılı  olmayaraq,  bərabər  hüquqlara 

ma likd irlər. 

Yeni  yaranan  dövlət  ixtisaslı  kadrlar  və  maliyyə  baxımından  çətinliklərlə  ü zləşirdi.  CQQC-nin  kö məyinə  ü mid  

bəslədiyi ilk dövlət Azə rbaycan Xalq  Cü mhuriyyəti id i. A zərbaycan Cü mhuriyyətinin  Batu mdakı  konsulu məsələ  ilə  bağlı 

Bakıya teleq ram göndərərək bildird i  ki,  CQQC əhalisi A zərbaycan Xalq  Cü mhuriyyətinin ona hərtərəfli yardım edəcəyinə 

böyük ümid lər bəsləyir.  CQQC höku məti 1919  il yanvarın 25-də Azərbaycan Xalq  Cü mhuriyyətinə mü raciət edərək, hərbi 

və maddi yardım  istəmişdi.  Buna cavab olaraq, Azərbaycan Hökuməti  CQQC-nə hərbi təlim  keç mək üçün zabit lər və  xey li 

qızıl pul göndərdi. 

CQQC, sülhsevər  mövqeyinə baxmayaraq, yarandığ ı gündən Ermənistan və Gürcüstan hökumətlərin in təcavüzkar 

xarici siyasəti ilə ü zləşdi. Respublikanın silahlı qüvvələri 15,5 min nəfərdən ibarət id i. Bu  qüvvə ilə iki dövlətin -Ermən istan 

və  Gürcüstanın  təzyiqlə rinə  dava m  gətirmə k  mü mkün  deyild i.  Digər  tə rəfdən,  Ermənistan  və  Gürcüstanı  ingilislər  də 

dəstəkləyirdilər.  İngilislər  CQQC-n in  əra zisini  Ermən istan  və  Gürcüstan  arasında  bölüşdürmək  isteyirdilər.  Onlar  ü zdə 

Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Höku mət ini  CQQC  ilə  bağlı  status-kvonu  saxlayacaqlarına  inandırmağa  ça lışsalar  da, 

əslində,  CQQC-nin  ləğvi  istiqamətində  fəaliyyət  göstərirdilər.  CQQC  Müvəqqəti  hökumətinin  sədri  Azərbaycan  Xalq 

Cü mhuriyyəti Hökumətinə 1919 il 26 yanvar tarixli notasında bildirirdi  ki,  Gürcüstan Ərdəhan mahalını və Axalsıx qəzasını 

işğal etməyə cəhd göstərir. Bütün müsəlman əhalisi buna qarşı ayağa qalxmışdır. Ermən ilər də Naxçıvan qəzasına hücumlar 

edirlə r.  Gürcü lərin A xa lsıx və A xalkə lək qə za larına hücumları  za man ı  45  min davar  aparılmışdı.  Ermənilər  1919  il aprelin 

12-də ingilislərin dəstəyi ilə  Qars v ilayətinə so xuldula r. Azə rbaycan Cü mhuriyyəti Hö ku məti ermən ilə rin  Qa rsda törətdiyi 

soyqırımı  ilə bağlı  Britaniya ko mandanlığına etirazını bildirdi.  Buna baxmayaraq,  CQQC-nə  kö mək göstərmək  ingilislərin 

planlarına da xil deyildi. Əksinə, məhz ingilislər CQQC höku mətinin 35 üzvünü həbs edərək, zirehli qatarda Gü mrüyə, oradan 

da Batu m yolu  ilə Malta adasına sürgünə göndərdilər.  Bununla da,  Cənub-Qərbi  Qafqaz  Cü mhuriyyəti süqut etdi. Aprelin 

14-də  ingilis  generalı  Dev inin  tövsiyəsi  ilə  6  türk,  1  rus,  1  yunandan  ibarət  yeni  Milli  Şura   yaradıldı.  Aprelin  19-da 

S.Korqanov  Qarsda  qubernator  kimi  fəaliyyətə  başladı.  Bunun  ardınca,  e rməni  qoşunları  Qa rs  vilayətinə  soxu ldular.Yerli 

müsəlman-türk əhali dəhşətli soyqırımına məruz qald ı. Aprelin  30-da qondarma Milli Şura ləğv edildi. 1920 ilin payızınadək 

Cənub Qərb i Qafqaz Cü mhuriyyətinin ə razisi e rmənilərin və gürcülə rin işğalı a lt ında qaldı. 

İ.Cahangirzadə  başda  olmaq la,  CQQC-n in  Höku mət  ü zvləri  yaln ız  1921  il  mayın  23-də  Azərbaycan  Xalq  

Ko missarları  Sovetinin  sədri  Nəriman  Nərimanovun  köməy i  sayəsində  Malta  adasında  əsirlikdən  azad  edilərək  vətənə 

qayıtdılar. 

 

Əd.: 

Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Nəsibzadə N, Azərbaycanın xarici siyasəti (1918-1920), B., 1996; Həsənov C, 

Azərbaycan  beynəlxalq  münasib ətlər  sistemində  (1918-1920-ci  illər),  B.,  1993;  Hacıyev  A.,  Qars  və  Araz-Türk  Respublikasının 

tarixindən,  B.,  1994; M usayev  İ., Azərbaycanın  xarici  siyasəti  (XX  əsr),  3  hissədə,  h.l,  B.,  2003; Gökdemir  A.,  Cenubi  Garbi  Kafkas 

Hükumeti, Ankara, 1989; Kırzıoğlu F., Milli Mücadelede Kars, I kitab, İstanbul, 1960. 

 

CƏNUB QRUPU - 1918 il iyulun 16-da Şərq cəbhəsi ko mandanlığ ının tərkib ində təşkil edilmiş taktiki qrup. Onun 

bazasını Müsüslü dəstəsinə daxil olmuş Azərbaycan hissə və bölmələri təşkil ed irdi. Bundan başqa, 10-cu türk alayın ın 26-cı 

taborunun bir bölüyü,  5-c i  Qafqa z  firqəsinin  istehkam bölüyü, 2 ədəd top və bir  zirehli qatar, A zərbaycana yenicə gəlmiş 

38-ci türk piyada alay ının bir taboru da Cənub qrupuna verilmişdi. Qrup Gəncə-Ba kı də mir yolu xətti boyunca Bakıya doğru 

hərəkət  etmə li  idi.  Onun  ko mandiri  vəzifəsinə  Kürdə mir  döyüşünün  gedişində  polkovnik  rütbəsinə  layiq  görülmüş  Həbib 

bəy Səlimov təyin edilmişdi. 

1918  il  avqustun  13-də  Qafqa z  İsla m  Ordusu  qüvvələri  Ba kı  ətrafında  olarkən  H.Sə limov  Gəncəyə  çağırıldı  və  

onun yerinə Cəmil Cahid bəy təyin edildi.  1918  il avqustun sonunda Şərq cəbhəsi komandanlığında yeni taktiki qruplaşma  

aparıld ıqdan sonra Cənub qrupuna ko mandir qaim-məqam Həlim Pərtov bəy təyin edildi. Bakıya həlled ici hücum ərəfəsində 

1918 il sentyabrın 11-də Cəmil Cah id bəy yenidən Cənub qrupunun komandiri təyin edildi. Həmin vaxt qrupun tərkib ində 4-

cü Ağdam piyada alayının 1  -ci və  2-ci taborları,  iki süvari bölüyü, ayrıca bir Azərbaycan süvari bölüyü, 2 ədəd Krupp dağ 

topu  və  2  ədəd  rus  səhra  topu  var  idi.  Ba kıya  həlledic i  hücu m  ə rəfəsində  qrup  şəhərin  cənub-qərbində  (sahil  boyunca) 

mövqe tutmuşdu. 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin