CAVANġ ĠR QƏZAS I - Azərbaycan Xalq Cü mhuriyyəti dövründə Yelizavetpol (Gəncə)
quberniyası tərkibində inzibati ərazi vahidi. 1873 il qanununa əsasən təşkil edilmişdi. Mərkəzi Tərtər
məntəqəsi id i. Qə za idarə sistemi mövcud idi. Qa fqaz təqvimin in (1917) mə lu matına əsasən, ərazisi
4654,06 k v.verst, əhalisi 75730 nəfər id i; onlardan 1476 nəfəri kişi (54,79%), 34234 nəfə ri qadın (45,20%) li. Əhali, əsasən,
əkinçilik, bağçılıq, ipəkçilik və maldarlıqla məşğul olurdu. Qəzada çar idarə üsuluna və sosial ədalətsizliyə qarşı çıxış lar baş
vermişdi. Çarizmin devrilməsindən sonra ermənilər qəzada möh kəmlən məyə və azərbaycanlılara qarşı soyqırımına
başlamaq məqsədilə tədbirlər görməyə başlamışdılar. A zərbaycan Fövqəladə Təhqiqat komissiyasının üzvü
N.M.M ixay lovun ermənilərin törətdikləri talanla rdan və digər zorakılıq hərəkət lərindən zərər çə kmiş müsəlman kəndlə rin in
yoxlanılması haqqında məruzəsində Cavanşir qəzasına geniş yer ay ırmışdır. Onun yazdığına görə, "Rusiyanın apardığı
hərbi əməliyyatların başa çatmasından xeyli əvvəl erməni millətindən olan əsgərlər böyük dəstələrlə cəbhədən öz
kəndlərinə qaçır və buraya cəbbəxanadan oğurladıqları çoxlu tüfəng, pulemyot və hər cür hərbi sursat gətirirdilər. Belə
cinayətkar əməllərə bir tərəfdən, yerli erməni ziyalıları və erməni kənd icmaları, digər tərəfdən, Rusiya polis idarəsinin
fəaliyyətsizliyi və hətta fürsət verməsi səbəb olmuşdur... Rusiyada dövlət çevrilişi baş verdiyi andan erməni kəndlərinə,
demək olar, açıq şəkildə silah və hərbi sursat gətirilməsi halları artdı və o vaxtdan etibarən ermənilər açıq düşmənçilik
münasibətləri və zorakılıq hərəkətləri göstərməyə başladılar". Erməni silahlı dəstələri 1917 ilin dekabrından Kolan ı və
digər qonşu kənd icma larına qarşı basqınlara başlayır, dağ və aran kəndlərinin ə laqəsini kəsməyə ça lışırdılar. Ermənilər
1918 ilin yaz və yay ayla rında Tə rtər su hövzəsi çayla rını bəndə salaraq, istiqa mətin i dəyişdirir, a zə rbaycanlıların ə kin lərinə
zərə r vurmağa cəhd göstərirdilə r. Ermənilərin qəddarlığ ı və düşmənçilik hərəkətlə ri nəticəsində qəzanın təkcə dağətəyi
hissəsinin müsəlmanlarına qarşı ən azı onlarla milyon manat ziyan vurulmuşdu.
302
Azərbaycan Xa lq Cü mhuriyyəti quru lduqdan sonra burada hakimiyyətini möhkə mləndirməyə xüsusi fikir verird i.
Höku mətin 1918 il 23 iyun tarixli qərarı ilə əhali arasında yayılan xəstəliy in xarakterinin dəqiq müəyyənləşdirilməsi və
bununla əlaqədar digər məsələlə rin həlli üçün qəzaya tibb işçilə ri göndərilmişdi. Ermən i təcavüzünün art ması nə zərə
alınaraq, 1919 il 13 yanvar tarixli qərarla qəza Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları ilə birgə müvəqqəti general-
qubernatorluqda birləşdirilmişdi. Azə rbaycan Xalq Cümhuriyyəti Höku mətin in ciddi səyləri nəticəsində qəzanı erməni
işğalından qorumaq mü mkün oldu. Cü mhuriyyətin süqutundan sonra Qarabağda, o cümlədən Cavanşir qəzasında
sovetləşməyə qarşı üsyanlar baş verdi. Bu üsyanlar 11 -ci Qırmızı ordu tərəfindən a mansızlıq la yatırıldı, sovetləşmə həyata
keçirildi. Respublikan ın rayonlaşdırılması ilə əlaqədar Cavanşir qəzası 1929 ildə ləğv edildi.
Əd:
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001; Vəlixanlı N.,31 mart - azərbaycanlıların soyqırımı günüdür, "İpək yolu" jurnalı, 1998,
№2; Azerbaycan belgelerinde ermeni sorunu (1918-1920), Ankara, 2001.
CAVĠD, Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 24.10.1882, Naxçıvan - 5.12.1941, Rusiya, İrkutsk
vilayəti) - şair, d ra maturq (ba x Hüseyn Cavid).
CEYMS REY (?-? )- A me rika Birləş miş Ştatla rı (A BŞ) ordusunun polkovniki. Antanta dövlətlərin in Ermənistana
ali ko missar təyin etdiyi Ame rika polkovniki V.Has kelin müavin i o lmuşdur. 1919 ilin oktyabrında Haske l Parisə çağırıldıqda,
onu əvəz edən Ceyms Rey Naxçıvanda və Şərur-Də rələyə zdə neytral zona məsələsini mü za kirə et mə k üçün Bakıya gələrə k,
Azərbaycan Xa lq Cü mhuriyyəti Höku mət i ilə danışıqlar aparmış, o ktyabrın 24-də V.Haskelin Na xç ıvanda neytral zona
yaratmaq barədə bəyanatını Müsəlman Milli Şurası qarşısında elan et mişdir. Bəyanata əsasən, Şərur və Na xçıvanda
Amerika qubernatorluğu yaradılması, polkovnik Ed mund Dellin in qubernator təyin edilməsi haqqında iki bənddən ibarət
sərəncam imzala mış, lakin Milli Şuran ın və Na xç ıvan əhalisinin təkidilə qərarını dəyişdirərə k, polkovnik De llin in
Naxçıvanda general-qubernator deyil, Amerika ali ko missarının nümayəndəsi kimi qalmasına razılıq vermişdir. Cey ms Rey
Naxçıvana səfərində neytral zona üçün nəzərdə tutulan bu ərazin i Azərbaycandan ayırmağın mümkün olmadığını anlamışdır.
1919 il noyabrın 23-də A zərbaycanla Ermənistan arasında bağlanmış sazişi ABŞ tərə findən tə minatçı kimi Cey ms Rey də
imzalamışdır. Sazişin 3-cü bəndinə görə, tərəflər hər hansı bir məsələni dinc yo lla həll edə bilmədikdə neytral şəxslərdən
ibarət münsiflə r məh kə məsinin qərarını özləri üçün məcburi hesab etməli idilər. Sa zişdə belə neytral şəxsin Cey ms olduğu
göstərilird i.
Cey ms Rey, hə mçin in Harbord missiyasının Azərbaycan üzrə müvə kkili olmuşdur. Pa ris sülh konfransındakı
Azərbaycan nümayəndələri Ceyms Reylə görüşüb, ona lazımi materia llar təqdim et mişdilər.
Əd:
Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-1920-ci illər), B., 1993.
CƏBĠYEV Həbib Pircan oğlu (1899, Bakı yaxın lığ ındakı Balaxanı k. - 1938) - siyasi və dövlət xadimi, publisist.
1915 ildə inqilab ı hərəkata qoşulmuşdur. 1918 ildə "Hümmət"in üzvü olmuş, Ba la xan ı təşkilatın ın katib i seçilmişdir. Bakı,
Gəncə, Şa mxo r (Şə mkir), Tovuz və Qa za xda inqilab i iş aparmışdır. Azə rbaycan Ko mmunis t (bolşeviklər) Part iyası
(AK(b)P) 1-c i qura ltayının (1920, fevral) nü mayəndəsi olmuşdur. 11-c i Qırmızı o rdunu qarşılamaq üçün bolşeviklər
tərəfindən Dərbəndə göndərilmiş, 1920 ilin aprelində müdaxiləçilərlə birlikdə "III internasional" zirehli qatarında Ba kıya
gəlmiş, bolşevik müda xiləç ilərinə qarşı Gəncə üsyanının (1920) yatırılmasında fəa l iştirak et mişdir. Cəbiyev AK(b)P
daxilindəki ixt ila fla rda Nəriman Nə rimanova qarşı duran qrupun ü zvü id i. 1922-23 illə rdə Moskvada "Qızıl Şərq"
jurnalının, 1923-27, 1929-30 illərdə " Ko mmunist" qəzetinin redaktoru olmuşdur. 1927-29 illərdə AK(b)P MK-nın şöbə
müdiri işləmiş, 1930 ildən SSRİ ko lxo z mərkəzinin sədr müavin i, SSRİ Xalq Yey inti Sənayesi Ko missarlığ ı siyasi
idarəsinin rəis müavin i o lmuşdur. Ko mmun ist İnternasionalının 5-c i konqresinin, part iyanın 16-cı qurultayın ın nü mayəndəsi
seçilmişdi. Repressiyaya məru z qalmışdır.
Əd:.
Azərbaycan tarixi, 7 cilddə, c.5-6, B., 2000-2001; Hüseynov A.Ə., Həbib Cəbiyev, B., 1975
.
CƏBRAYIL QƏZAS I - Azərbaycan Xalq Cü mhuriyyəti dövründə Yelizavetpol (Gəncə) quberniyası tərkibində
inzibati ə ra zi vahidi. 1873 il qanununa əsasən təşkil ed ilmişdi. Mərkəzi eyni adlı yaşayış məntəqəsi id i. 19 əsrin əvvəllərində
Rusiyanın Azərbaycana qarşı işğalçılıq müharibəsində vuruşmuş rus zabitlərindən P.M.Karyaginin (1761-1807) ad ı ilə
Karyagin qəzası (1905) adlandırılmışdı. Qəza idarə sistemi mövcud idi. Qafqa z təqvimin in (1917) mə lu matına görə, əra zisi
3276,31 k v. verst (1 verst=1,0668 k m), əhalisi isə 89584 nəfə r idi. Qə za əha lisin in 44493 nəfə ri (49,66%) kişi, 45091 nəfə ri
(50,33%) qadın idi. Əhali, əsasən, əkinçilik, bağçılıq, ipəkçilik və maldarlıqla məşğul olurdu. Qəzada çar idarəçilik rejiminə
və sosial ədalətsizliyə qarşı kəndli ç ıxışla rı baş vermişdi. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan az sonra, Hökumətin
1918 il 30 iyul tarixli qərarı ilə qə zanın əvvəlki adı bərpa edilmişdi. 1919 il 13 yanvar tarixli qərar əsasında Cavanşir, Şuşa
və Zəngəzur qəzala rı ilə birlikdə müvəqqəti general-qubernatorluqda birləşdirilmişdi. A zərbaycan Xalq Cü mhuriyyəti
Höku mətin in və yerli idarə orqanlarının tədbirlərinə baxmayaraq, erməni-daşnak silahlı dəstələri qəzanın yerli türk-
müsəlman əhalisinə qarşı soyqırımları törətməyə can atırdılar.
303
1918 il dekabrın ilk günlərində ermənilər qəzanın azərbaycanlı əhalisinə qarşı silahlı qətllərə başlamışdılar. Ermən ilərin
azərbaycanlılar üzə rinə basqınları və soyqı-rımla rı 1919-20 illərdə də davam et mişdi. A zərbaycan Fövqəladə Təhqiqat
Ko missiyasının üzvü N.M.Mixay lovun erməni talan larından və digər zorakılıq hərəkətlərindən zərər çəkmiş müsəlman
kəndlərinin yo xlanılması haqqında məruzəsində Cəbrayıl qəzası ü zrə də ətraflı mə lu mat verilir. Burada ermənilərin
müsəlmanlara qarşı törətdikləri cinayətlərin yalnız bir qis mi - adbaad 17 ciddi fakt göstərilir. Həmin faktlardan ermən ilərin
azərbaycanlı kəndlərini viran qoyması, əhalisini vəhşicəsinə qırması, ma l-mü lkünü qarət etməsi aydın olu r. Ermən ilərin
bütün cəhdlərinə baxmayaraq, A zərbaycan Xalq Cü mhuriyyəti Höku məti Qarabağda erməni təcavüzünün qarşısını ala bildi.
Respublikanın rayonlaşdırılması ilə əlaqədar Cəbray ıl qəzası 1929 ildə ləğv edildi.
Əd.:
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001; Vəlixanlı N., 31 mart - azərbaycanlıların soyqırımı günüdür, "İpək yolu" jurnalı, 1998,
№ 2; Azerbaycan bölgelerinde ermeni sorunu (1918-1920), Ankara, 2001.
CƏBRAYIL QƏZASI BARƏDƏ QƏRAR - Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku mətinin tarixi adların bərpa
olunması haqqında qəbul etdiy i qərarlardan biri. 1918 il 30 iyul tarixli qərarla A zərbaycana qarşı işğalçılıq müharibəsinin
iştirakçısı rus generalı P.M.Karyaginin adını daşıyan qəzanın tarixi ad ı bərpa olunaraq Cəbrayıl qəzası adlandırılmışdır.
CƏBRAYILBƏYLĠ Cəmo Adil oğlu (29.1.1887, Şamaxı - 30.7.1965, Şamaxı rayonunun Çu xuryurd k.) -
maarifçi, pedaqoq, metodist, publisist, yazıçı, şair. Şamaxı şəhər məktəbin i bitirmişdir (1901). 1908
ildən pedaqoji fəaliytə başla mış, Şa ma xı (1908-14) və Bakı (1914 ildən) məktəblə rində müə llimlik
etmişdir. Cəbrayılbəyli və Zülfüqar bəy Hacıbəyli Şamaxıda "Nicat" maarif cəmiyyətinin şöbəsini
açmaq məqsədilə 1915 ilin yayında Üzey ir bəy Hacıbəylinin "Arşın mal alan" musiqili ko med iyasını
tamaşaya qoymuşlar Bakı mətbuatında, əsasən, "Məktəb" jurnalında uşaq pyesləri, hekayələr,şeirlər
dərc etdirmişdir. Ağalı bəy Naseh, Mirzə
Ələkbər Sabir və Abbas Səhhətlə yaxın dost
olmuşdur.
"Cəmo"
imzasıyla
şeirlər
yazmışdır (A zərbaycan Respublikasın ın
hazırkı h imn inin mətnin in müəllifinin Cəmo
Cəbrayılbəyliyə mə xsus olması fikri də var; belə ki, 1919 ildə
Bakıda dərc ed ilən "Milli nəğmələr" kitabındakı " Vətən marşı"
şerinin mətni indiki himnin sözləri ilə eynidir. Şerin sonunda isə
"Cə mo bəy" imzası qeyd olun muşdur). Cəbrayılbəyli 1922 ildə orta
mə ktəb müəllimləri ha zırlayan a li pedaqoji kursları bit irmiş,
"Zükur" darülmüəlliminə (pedaqoji texn iku muna) müəllim, sonralar
dərs hissə müdiri təyin edilmişdir (1922-31). 1931 ildə Azərbaycan
Pedaqoji İnstitutuun biologiya fakültəsini bitirmiş, 1932-37 illərdə
Sənaye Akademiyasında (Bakı), Bakı Müəllimləri Tə kmilləşdirmə
İnstitutunda,
1938-64
illərdə
A zərbaycan
Elmi-Tədqiqat
İnstitutunda işləmişdir. 1942 ildə namizədlik d issertasiyası müdafiə
edərək, pedaqoji elmlər na mizədi, dosent adı almış, elə hə min il Azə rbaycanın əmə kdar müə llimi adına layiq görülmüşdür.
Cəbrayılbəyli Azərbaycanda pedaqoji kadrların hazırlan masına və tərbiyə olunmasına böyük əmək sərf et mişdir. O, b ir sıra
dərsliklərin ("Təbiətə ilk addım", Mü xtəsər nəbatat", "Heyvanat dərsləri" və s.), 30-dan ço x e lmi-metodik kitab və
kitabçanın müəllifid ir. "Şərəf nişanı" ordeni və bir ço x medallarla təltif edilmişdir. 1964 ildə fərdi təqaüdə çıxmışdır.
Şamaxıda "Şahixəndan" qəbiristanlığında M.Ə.Sabirin qəbri yanında dəfn edilmişdir.
Əsərləri:
Botanikanın tədrisi haqqında, B., 1955; Xatirələrim, B., 966; Təbiət haqqında hekayələr, B„ 1972.
CƏFƏROV Əliyusif Abutalıb oğlu (14.1.1901, Bakı - ?) Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin xüsusi qərarı (bax Xaricə Təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında
qərar) ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Bbakı kişi
gimnaziyasını bitirmişdir 1919).Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilin i
fizika – riya ziyyat sahəsində davam etdirmə k üçünTürkiyəyə göndərilmişdir. Sonra kı ta leyi
barədə mə lu mat aşkar o lunma mışdır.
CƏ FƏROV (C ə f ə r z a d ə ) Mə mməd Yusif Hac ıbaba (14.3.1885, Bakı-
15.5.1938, Bakı, Şağan k.)-A zərbaycan Xalq Cü mhuriyyətinin banilərindən biri; Cü mhuriyyət
Parla mentinin sədr müavin i (2.2.1920 - 27.4.1920). Bakı kişi gimna ziyasını (1907) və Moskva
Dövlət Un iversitetinin hüquq fakültəsini (1912) fərq lən mə dip lo mu ilə b itirmişdir. Təhsil
illərində Moskvada oxuyan azərbaycanlı tə ləbələrin yaratdığı "Azə rbaycan etnoqrafik konsert gecələri‖n in və "Azərbaycan
həmyerlilər təşkilatı"nın üzvü, sonralar isə rəhbərlərindən biri olmuşdur.
304
Ali təhsilini başa vurandan sonra Bakıya qayıdaraq, məhkə mədə andlı hakim kö məkç isi
vəzifəsində çalışmışdır. Hüquqşünas kimi ş əhər əhalisinin hörmətin i qa zanan 27 yaşlı Mə mməd Yusif
1912 ildə Bakı, Ye lizavetpol (Gəncə) və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən 4-cü
Dövlət dumasına deputat seçilmişdir. O, 4-cü Dövlət dumasında Cənubi Qafqazdan yeganə müsəlman
deputat idi.
M.Cəfə rov
1912-17
illərdə Sankt-Peterburqda fəaliyyət göstərən 4-cü Dövlət du masının 5-ci bölməsinin, Müsəlman
fraksiyasının, büdcə, köçürmə, sorğu, məhkəmə islahatı, hərbi və dəniz işləri üzrə ko missiyaların ın üzvü
seçilmişdi. O, dumada Rusiya baş nazirin in hesabatı, gömrük departamentinin xərcləmə dərəcəsi,
köçürmə idarəsi ü zrə xərclərin smetasına dair büdcə komissiyasının hesabatı, 1913 ildə Cənubi
Qafqazın bəzi yerlərində məhsulsuz qalmış əhaliyə kö mək tədbirləri, müharibə və s. məsələlərin mü zakirəsi zamanı çıxışlar
etmiş, çar hökumətinin müstəmləkəçilik siyasətini, Cənubi Qafqaz əhalisinə, xüsusən müsəlman ların maariflən məsinə
laqeyd münasibət göstərildiy ini, hüquqların ın məhdudlaşdırıld ığın ı, milli məktəblərin bağlandığ ını tənqid etmiş və
kazarmaya çevrilmiş məscid lərin qaytarılmasını Müsəlman fraksiyası adından tələb etmişdir.
Çarizmin köçürmə siyasətinə öz mənfi münasibətini bildirən M.Cəfərov, bunun "yerli ünsürü sıxışdırmaq yolu "ilə
ucqarlarda rus ünsürünü gücləndirmə k" məqsədi daşıdığın ı gös tərirdi. Köçürmə nəticəsində ən ya xşı torpaqların yerli
əhalidən alınıb gəlmə əhaliyə verilməsini, yerli əhalin in yaşamaq imkan larının əlindən alın masını M.Cəfərov ―dövlət işi
yox", yerli əhaliyə qarşı yönəldilmiş "dövlət bəlası‖ hesab edirdi.
M. Cə fərov San kt-Peterburqda olduğu dövrdə Lənkəran balıqçıla rı, Şa ma xı müə llimlə ri, müsəlman ruhanilə ri ona
bir deputat kimi müraciət etmişlər. O, əhalinin irə li sürdüyü məsələri həll et mək üçün bir sıra dövlət idarə ləri və nazirliklə rlə
əlaqə saxlamış, onların həllinə çalış mışdır. Fevral inqilabını (1917) rəğbətlə qarşılayan M.Cəfərov 1917 ilin martın 9-da
Müvəqqəti hökumətin göstərişi ilə 4-cü Dövlət du masının üzv lərindən yaradılan Xüsusi Zaqafqaziya Komitəsinin tərkib inə
daxil id i. Hə min ko mitədə ona sənaye və ticarət işlərinə rəhbərlik tapşırılmışdı. Bu ko mitə ―Müvəqqəti hökumət tərəfindən
1917 il martın 6-da bütün xalqa elan olun muş prinsiplər əsasında Zaqafqaziya diyarında möhkəm qayda yaratmalı və diyarda
hakimiyyət orqanını təşkil et məli id i".
M. Cəfə rov Fevra l inqilabı nəticəsində əldə olun muş azadlığ ı müdafıə et mə k, qoruyub saxla maq üçün bütün s əyləri
birləşdirməyə çağırırdı: "Bu azad lığ ı əlinizdən verməyin onu əlinizdə möhkəm saxlayın, iç işləri barədə isə sonra danışarıq‖.
Çarizmin devrilməsi ərəfəsində fəaliyyət göstərmiş 4-cü Du ma tribunasından istifadə edən M.Cəfərov öz səsini mü xalifətin
səsinə qoşaraq "mərkə zləşdirilmiş bürokratik me xanizmin Rusiyanın özgə xa lqla rın ın milli hisslərin i" təhqir etdiyini ta m
açıqlığı ilə bildirmişdi.
M.Cəfə rov 1917 il aprelin 15-20-də Qa fqaz müsəlmanla rın ın Bakıda keçirilən qurultayında ç ıxış et miş,
müsəlman ları birliyə çağırmışdır. Həmin il noyabrın 15-də Tiflisdə yaradılan Zaqafqaziya Ko missarlığında M.Cəfərov
ticarət və sənaye komissarı vəzifəsini tutmuşdu.
M. Cəfə rov 1918 il fevra lın 23-dən Tiflisdə işə başlayan Zaqafqaziya seyminin Müs əlman fra ksiyasının üzvü, bu
fraksiyanın ü mu mi rəyasət heyətinin sədr müavini idi. O, seymin və Müsəlman fraksiyasının iclaslarında dəfələrlə çıxış
edərək, Cənubi Qafqa z xalq larını dostluğa, ədavəti aradan qaldırmağa, ə ldə edilmiş azad lığ ı qoru mağa çağırmış,Türkiyə
dövləti ilə danışıqlara başlamağı və sülh sazişi bağlamağı təklif etmişdir.
1918 il may m 27-də Müsəlman fra ksiyasının fövqəladə ic lasında Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə
yaradılan Müvəqqəti Milli Şuranın İcraiyyə Ko mitəsinin tərkibində M.Cəfərov da seçilmişdi.
M.Cəfə rov Azə rbaycan Milli Şu rasının 1918 il may ın 28 –dəki ic lasında qəbul etdiyi İstiqlal bəyannaməsini
imzayanlardan biri olmuşdur. Hə min iclasda Fətəli xan Xoyskinin təşkil etdiy i ilk Azə rbaycan Höku mətinin tərkibində
M.Cəfə rov t icarət və sənaye naziri vəzifəsin i tut muşdur.Hə min il iyunun 17-də bu Hö ku mət istefa verd ikdən sonra,
M.Cəfərov Azə rbaycan Xalq Cü mhuriyyətinin Gü rcüstan Respublikasında diplomat ik nu mayəndəsi olmuşdur (1918 il
iyunun axırla rından 1919 il mart ın ortalarına kimi). O, bu vəzifədə Azərbaycan və Gü rcüstan hökumətlə ri a rasında dostluq
əlaqələrinin yaradılmasında, keçmiş Zaqafqaziya Demo kratik Federativ Respublikasının əmlakın ın bölüşdürülməsində,
Gü rcüstan və Dağlılar respublikaları nü mayəndələrinin Tiflisdə keçirilmiş konfransında yaxından iştirak etmiş və
Azərbaycanla Gürcüstan arasında əlavə müvəqqəti kağ ız bura xılması haqqında müqaviləni imzala mışdır.
1919 il ma rtın 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4 –cü hökumətdə M.Cəfə rov xaric i işlə r naziri və zifəsini
tutmuş, bu vəzifədə 1919 il dekabrın 22-ə qədər çalışmışdır. M.Cəfərov bir dip lo mat kimi A zərbaycan Respublikasın ın
mənafey ini müdafiə et mişdir. Bu onun imza ladığı Gürcüstan və Azərbaycan respublikala rı arasında hərbi-müdafiə sahəsində
əməkdaşlıq haqqında müqavilədə, Ermən istan, Gürcüstan və Azərbaycan respublikaları arasında sazişdə, azərbaycanlılara
qarşı soyqırımı və ayrı-seçkilik siyasəti əleyhinə Ermən istan xarici işlər nazirliyinə, müsəlman əhalisinin mənafeyinin,
əmlakın ın müdafiə edilməsi Azərbaycanın ərazi bütövlüyünün qorunması barədə B. Britaniyanın Cənubi Qafqazdakı və
Bakıdakı qoşunların ın ko mandanlıqlarına göndərdiyi notalarda və s. aydın əksin i tapmışdır.
M. Cə fərovun sərəncamı ilə çar Rusiyasının Cənubi Qa fqazda siyasətinə dair sənədlər toplusunu hazırla maq üçün
xüsusi komissiya yaradılmışdı (bax Dokumentı po russkoy politike v Zakavkazye).
305
1920 il fevralın 2-də Məhəmməd Əmin Rəsulzadənin təklifı ilə Azərbaycan Parlamenti sədrin in birinci müav ini
seçilmiş və Cü mhuriyyətin süqutunadək bu vəzifədə çalış mışdır. M.Cəfərov 1920 il aprelin 27-də Parlamentin son iclasında
gərgin mü za kirələ rdən sonra hakimiyyətin Azərbaycan Müvəqqəti İnqilab Ko mitəsinə verilməsi haqqında qərarı
imzalamışdır.
Cü mhuriyyətin süqutundan sonra Azərbaycanın pambıqçılıq və şərabçıhq trestlərində hüquq məsləhətçisi vəzi-
fəsində çahşmışdır.
Əd
.: Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Парламент (стенографические отчеты), Б., 1998;
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы) , Б., 1998; Azərbaycan
Demokratik Respublikası. Azərbaycan Hökuməti. 1918-1920, B., 1990;Nəsibzadə N., Azərbaycan Demokratik Respublikası (məqalələr və
sənədlər), B., 1990; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993; Azərbaycan
Cümhuriyyəti (1918-1920), B., 1998; Seyidzadə D., Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar, B., 1998. Qasımov
M ., Azərbaycan Xalq Cümhuriyy əti Xarici İşlər Nazirliyinin şəxsi heyəti, B., 2002.
Dostları ilə paylaş: |