"AL B AYRAQ" - leqal bolşevik qəzet i, "Hü mmət" partiyasının orqanı. İlk və yeganə nömrəsi 1920 il mart ın 31-də
Bakıda A zərbaycan dilində çıxmışd ır. Redaktoru Əliheydər Qarayev idi. Qəzet A zərbaycan Xalq Cü mhuriyyəti
Höku mətinin fəaliyyətini tənqid edir, Birinci dünya müharibəsində iştirak edən dövlətlərin işğalçılıq siyasətinə qarşı çıxır,
bolşevizmə xid mət edərək, kütlələri sosialist inqilab ı uğrunda mübarizəyə çağırırdı. "Al bayraq" qəzeti dövlətə qarşı çıxış
etdiyi üçün Azərbaycan Xalq Cü mhuriyyəti Höku məti tərəfindən bağlan mışdır.
ALEKS ANDROPOL - Gü mrü şəhərinin keç miş (1837-1924 illərdə) adı.
ALEKS ANDROPOL MÜQAVĠLƏS Ġ (1920) - Türkiyə ilə Ermən istan arasında müharibəni dayandırmaq və
uzunmüddətli sülh yaratmaq məqsədilə bağlan mış müqavilə (bax Gü mrü müqaviləsi (1920)).
ALMAN MĠLLĠ ġ URAS I - A zərbaycandakı alman ko loniyalarının mənafeyin i müdafiə etmək məqsədilə fəa-
liyyət göstərmiş qurum. 1918 il noyabrın 19-da yaradılmışdı. Şura, ilk növbədə, almanla rın Azərbaycandakı ə mla kının
qorunması məsələləri ilə məşğul olurdu. Sayları az olduğundan seçki senzinə uyğun gəlməmələrinə baxramayaraq, milli
təmsilçilik prinsipinə uyğun olaraq Azərbaycan Milli Şurasının 1918 il 19 noyabr tarixli qəra rı ilə a lman əhalisindən də bir
nümayəndəni Parlamentin tərkibinə daxil etmək və onun seçimini alman milli təşkilatlarına həvalə etmək nəzərdə tutulmuşdu.
Azərbaycan Parlamentində mill a zlıqların nümayəndələri üçün ayrılmış 4 yerdən birini alman azlığının nümayəndəsi mandatını
Yelenendorfdan (indiki Xanlar) olan deputat Lorens Yakov Kun aldı. Onun Parlamentdəki, xüsusilə aqrar komissiyasındakı işi,
əsasən alman koloniyalarının mənafelərinin müdafiəsinə yönəlmişdi.
ALMANĠYA-RUS ĠYA SAZĠġ Ġ (1918) - Alman iya ilə Rusiya Sovet Federativ Sosialist Respublikası arasında 1918 il
avqustun 27-də bağlanmış Brest-Litovsk müqaviləsinə mə xfi ə lavə.
ALMAS ĠLDIRIM, İldırım Əbdülməhəmməd oğlu Almaszadə (24.3.1907, Bakı yaxınlığındakı Qala k.-I 14.1.1952,
Türkiyə, Qalabucaq ş.) - Azərbaycan istiqlal şairi. Bakıda İttihad məktəbin i bitirmiş (1925), 1927 ildə Bakı Dövlət
Universitetinin Şərq fakültəsinə daxil olmuş, lakin "tacir oğlu‖ olduğu üçün oradan çıxarılmışdır. "Cığırdaş"
şair, "müsavatçılara aşiq və Türkiyə çavuşlarının həqiqi şagirdi", bolşevizm ideologiyası üçün "zərərli bir
insan" kimi təqib olunan Almas İldırım 1928 ildə Dağıstana, sonra isə Türkmənistana sürgün edilmişdir.
1933 ildə İrana, oradan da 1934 ildə Türkiyəyə mühacirət et miş, müə llimliklə məşğul olmuşdur.
Yaradıcılığa 20-ci illərdə başlamış, " Yaşıl yarpaq", "Gənc qızıl qələmlər" ədəbi təşkilatlarının
üzvü olmuşdur. İlk şeri ("A dağlar") 1923 ildə İstanbulda çıxan "Həyat" jurnalında dərc olunmuşdur.
"Dün, bu gün" (S.Rüstəmlə müştərək, 1926), "Dağlar səslənirkən" (1930) kitablarındakı lirik və ictimai-
siyasi ruhlu şeirlərində ("Nəriman", "Müstəmləkə olmuş Şərqə", "9 yanvar", "Potyomkin" və s.) dövrün
nəbzi güclüdür. "Dağlar s əslənirkən" kitabı "kommunizmə zidd fikirlər" olması bəhanəsi ilə müsadirə
edilərək satışdan yığışdırılmışdı. Türkiyədə yaşadığı illə rdə, əsasən vətən həsrəti, onun tarixi taleyi
mövzularında yazıb-yaratmış, istiqlal şairi kimi tanın mışdır:
Hanı məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə "layla balam" çağıran,
Azərbaycan, mənim baxtsız anam oy!..
Neçə bir il həsrətinlə yanam oy?!
Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz nedəm qürbət eldə günü mən,
130
Sənsiz nedəm Allahı mən, dini mə n,
Azərbaycan, mənim tacım, taxtım oy!..
Oyanmazmı kor olası baxtım oy?!
Almas İldırımın bu dövr yaradıcılığı A zərbaycan mühacir poeziyasının parlaq nümunələrindəndir: "Boğulmayan bir
səs" (1936), "Azərbaycan mahnıla rı" (1938), "Bayatılar" (1943, 1947), "Seçilmiş şeirləri" (nəşri 1953), "İgidlə rə səsləniş"
(nəşri 1990) kitabları, "Qa ra dastan", "Bir gün gələcək", "Sürgün" və s. poemaları. Almas İldırım haqqında
"Azərbaycanfilm" kinostudiyasında sənədli film çəkilmişdir (rej. Z.Məhərrə mov, 1990). Bakıda adına küçə var.
Əsərləri: Azərbaycanın didərgin salınmış övladı - şair Almas İldırım şeirlərilə, B., 1990; Qara dastan. Şeir və poemalar (tərtibçi
M aarif Teymur), B., 1994.
Əd.: Cəfər Rəmzi, İldrım Almaszadə, "Ədəbiyyat və İncəsənət" qəz., 1988, 18 mart; Osmanoğlu M., "Yurd üçün qanlı bir çiçək
olmadım...", "Gənclik" jurnalı, 1988, №10; Teymurov M., "Azərbaycan. M ənim tacım, taxtım oy", "Azərbaycan gəncləri", 1989, 19
sentyabr; Vəliyev K., "Əlvida, ey gözəl Bakı, əlvida!", "Açıq söz", 1990, №l; Nəbi Xəzri, "Allahım, mən neçin şair doğuldum", "Əİ",
1990, 30 noyabr; Nəbiyev B., Didərgin şair, B., 1995.
ANAPLI (Mə mmədov) Əbülhəsən (1894, Quba -1921, Ba kıda dəfn edilmişdir) - a ktyor. 1910-11 illə rdə "Səfa" və
"Nicat" mədəni-maarif cə miyyətlərinin teatr truppalarında, 1916 ildən Zülfüqar və Üzey ir "Hacıbəyli
qardaşlarının opera-operetta artistləri dəstəsi"ndə fəaliyyət göstərmiş, Qafqazın, İranın b ir ço x şəhərində
qastrol səfərlərində olmuşdur. Komik a ktyor olan Anaplı Xa lq Cü mhuriyyəti dövründə (1918-20)
Azərbaycan dra maturgiyasının ən ya xşı nü munələrində -"Hac ı Qara"da (M .F.A xund zadə) Kərə mə li,
"Evliykən subay"da (Z.Hac ıbəyli) Qaraç ı, "Arşın mal a lan"da və "Məşədi İbad"da (Ü.Hac ıbəyli)
Vəli, Ha mba l və s. ro lları ifa et mişdir.
Bu illərdə o, eyni za manda musiqili teatr s əhnəciklərində çıxış et miş, milli teatr s ənətimizin
təbliğatçıla rından olmuşdur. "Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi" Əbülhəsən
Anaplının şərəfınə "Cəhənnəm" tamaşasını göstərmişdir. Qarabağda qastrolda olarkən ermən i-daşnak
qaraguruhçuları tərəfindən xaincəsinə qətlə yetirilmişdir.
"ANARXĠYA" - Bakıda fəaliyyət göstərmiş ən iri anarxist təşkilat. 1905 ildə yaradılmış bu
təşkilata ermən i terrorçu "Hnçak" partiyasının keç miş üzvü S.Ka laşyants başçılıq edirdi. Ka laşyantsın (ədəbi təxə llüsü
A.Sevuni) 1906 ilin əvvəlində nəşr etdirdiyi "Mübarizəyə və anarxiyaya doğru" kitabçasında anarxizm hərəkatının
prinsipləri şərh olun muşdu. 1905 ildə ermən i-daşnakların a zərbaycanlılara qarşı törətdikləri qırğından sonra anarxistlərin
təsiri xey li gücləndi. Bu za man və zifəli şə xslərə və sənayeçilərə qarşı terror a ktları geniş hal ald ı ki, bu da anarxistlərin
fəaliyyəti üçün əlverişli şərait yaratdı. Anarxistlərin başlıca prinsipi onla rın insan azadlığına zidd saydıqları hər hansı dövlət
hakimiyyətinin məhv edilməsi id i. Əsası hələ M.Bakunin və P.Kropotkin tərə findən qoyulmuş anarxist təsəvvürlərə görə,
Rusiyada xalq ın iradəsi ilə anarxizm ideyalarına əsaslanan inqilab labüddür. Sonra isə dövlətçiliyin xarabalıqları ü zərində
kollekt iv ə məyə və mü lkiyyətə əsaslanan azad şəhər və kənd ic ma ları yarad ılmalıdır. O dövr anarxistlərin in fəa liyyətində iki
əsas cərəyan özünü göstərirdi - Kropotkin in ardıcılları anarxist-ko mmunistlər və həmkarlar təşkilatlarında işləyən anarxist-
sindikalistlər. Kropotkin deyird i ki, "bizim ko mmunizmimiz-anarxist, höku mətsiz ko mmunizmd ir, a zad insanların
ko mmunizmid ir".
Bakı anarxistlərin in sosial tərkibinin xüsusiyyəti onda idi ki, onların sıralarına fəhlələrdən başqa, sonralar xeyli
sayda sinfi simasını it irmiş ünsürlər, o cü mlədən ermən i quldurları da qoşulmuşdu. Təşkilata bir neçə sosial-de mo krat və
"Hnçak" partiyasının üzv ləri də daxil olmuşdu. Anarxistlərin Bakıda ilkin fəaliyyət istiqamətlərindən biri anarxizm
banilərinin ideyalarının təbliği, broşür və intibahnamə lərin nəşri idi. Bu məqsədlə mətbəə də yaradılmışdı. La kin ə məli
fəaliyyətdə onlar əsasən ekspropriasiya və terrorçuluqla məşğul olurdular. A zərbaycan xalq ına qarşı q ırğın lar törətməyə
çalışan ermənilər bu işdə xüsusi fəallıq göstərirdilər. Fərdi terrorla yanaşı, iqtisadi təxribat da törədilird i. Siyasi və iqtisadi
tələblərlə bağlı o lan "məfkurə li anarxizm" tədric lə prinsipsiz e kspropriatorluğa, zora kılıqla pul qoparmağa, soyğunçuluğa
çevrildi. 1906 ilin sentyabrında daşnaklar anarxistlərin ö ldürdüyü Mantaşov zavodunun direktoru, " Daşnaksutyun"
partiyasının üzvü C.Dolu xanovun qisasını alaraq S.Kalaşyantsı qətlə yetirdilər. Buna cavab olaraq anarxistlərin yaraqlılar
dəstəsi "Daşnaksutyun"a müharibə elan etdi. Nəticədə 1906-07 illərdə 17 daşnak və 11 anarxist öldürüldü. 1908-09 illərdə
Bakıda anarxistlərin həbsi kütləv i xarakter ald ı və nəticədə anarxizm hərəkatı xeyli itki verərək, əslində, Azərbaycanın
siyasi səhnəsindən çıxdı.
Əd.: К о м и н B.B., Анархизм в России, Калинин, 1969; Багирова И.С. Политические партии и организации
Азербайджана в начале XX вeкa, B., 1997.
ANAġ KĠN İvan İvanoviç (1880, Tambov quberniyası -1938) - fəhlə hərəkatı iştirakçısı. A zərbaycanda sovet
hakimiyyəti qurulması uğrunda mübarizə aparmışdır.1901 ildə Ba kıya gəlmişdir. 1905 ildən Rusiya Sosial-De mokrat Fəhlə
Partiyasının (RSDFP) və Bakı fəh lə deputatları sovetinin üzvü olmuşdur. 1917 il Fevral inqilabından sonra RSDFP-nin
bolşevik Bakı ko mitəsinin, qırmızı hərbi drujinanın ü zvü, Ba kın ın Qaraşəhər rayonu fəhlə deputatları sovetinin sədri, Bakı
Fəhlə Konfransı rəyasət heyətinin üzvü olmuşdur. 1919 ilin aprelində Zaqafqaziya hə mkarlar ittifaq ları ö lkə şurasının sədri,
həmin ilin mayında RK(b)P Qa fqaz ölkə ko mitəsinin üzvü seçilmişdir. Azərbaycan Xalq Cü mhuriyyəti e lan olunduqdan
sonra dövlət əleyhinə geniş
131
pozuculuq fəaliyyəti göstərmişdir. Be lə ki, Azərbaycan Höku mətinin yasaqlarına baxmayaraq, tətil komitəsinin əsas
rəhbərlərindən biri olan Anaşkin ardıcıl tətillər təşkil et miş, fəhlə ləri Höku mətə qarşı itaətsizliyə çağ ırmışdır. Bununla
əlaqədar, dəfələrlə həbs olunmuşdur. 1920 ilin yazında Moskvaya, III Ümu mrusiya həmkarlar ittifaqları qurultayına
nümayəndə göndərilmişdir. A zərbaycanda sovet hakimiyyəti elan edild ikdən sonra Bakıya qayıtmış, partiya və təsərrüfat
işlərində çalış mış, 1928 ildən A K(b)P MK-n ın Mərkəzi Nəzarət Ko missiyasında işləmişdir. Bir müddət Saratovda fəaliyyət
göstərdikdən sonra, yenidən Azərbaycana qayıtmış, neft sənayesində texniki təhlükəsizlik ü zrə institutun direktoru
işləmişdir. Repressiya olunmuşdur.
ANATOLLU (Səfərov) Əh məd Mu xtar oğlu (1894-1963) - aktyor, peşəkar mə zhə kə ustası, Azərbaycanın
əməkdar artisti (1940). Səhnə fəaliyyətinə 1911 ildə "Səfa" mədəni maarif cəmiyyətinin teatr truppasında başlamışdır.
Müsəlman Artistlər Birliyin in fəal ü zvlərindən olmuşdur. Azərbaycan Xalq Cü mhuriyyəti dövründə (1918-20) Üzeyir və
Zülfüqar "Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi"ində fəaliyyət göstərmiş, bir ço x şəhərlərdə qastrol
səfərlərində olmuşdur. Eyni za manda müstəqil surətdə çıxış et miş, bayram və el şənliklərində, şəhər yoxsullarına, kasıb
tələbələrə maddi yard ım göstərmə k məqsədilə təşkil o lunmuş xeyriyyə konsertlərində iştira k et mişdir. 1920 ildən
Azərbaycan Opera və Balet Teatrında, Azərbaycan Dra m Teatrında və Musiqili Ko mediya Teatrında işlə mişdir.
Ü.Hacıbəylinin "Arşın mal alan", "O olmasın, bu olsun" ("Məşədi İbad") musiqili ko med iyalarında Vəli və Hambal,
"Koroğlu" operasında Təlxək rollarında oynamışdır.
ANTANTA (fr. entente - "ra zılıq") - A lmaniya tərə findən gözlən ilən təcavüzə qarşı 1904-07 illərdə yarad ılmış
B.Britaniya-Rusiya-Fransa ittifaqı. İttifaqın adı 1904 il ing ilis -fransız müqaviləsinin mətnində fransız sözü olan "entente
cordial" ("antant kordivl" kimi tələffü z edilir) - "qəlblər və ya ürə klər ra zılığı" kimi izah ed ilmişdir. Sonralar ona 20-dən ço x
dövlət qoşulmuşdur. Birinci dünya müharibəsi illərində B.Britaniya, Fransa və Rusiyaya qoşularaq Almaniya b lokuna
(Almaniya, Avstriya - Macarıstan, Osmanlı imperiyası, Bo lqarıstan) qarşı vuruşan dövlətlər də Antanta ölkələri
adlandırılmışdır. Rusiya və Ru mıniya Birinci dünya müharibəsi illərində Almaniya bloku ölkələri ilə separat sülh
bağlayaraq, ittifaqın tərkibindən çıxmış lar. Sovet Rusiyasının müharibədən çıxması, B.Britaniya və Fransanın sovet
hakimiyyətinə qarşı kəskin reaksiyası nəticəsiz qalmad ı. Antanta blokunda müttəfiqlərarası kö klü pa rçalan ma baş verdi.
1917 il dekabrın 23-də B.Britaniya ilə Fransa arasında bağlan mış məxfi konvensiyaya görə müttəfiqlər keçmiş Rusiya
imperiyasının ərazi bölgüsünü aparmış, Qafqaz ingilis nüfüz sahəsinə aid edilmişdi. Qafqaz, Xəzər hövzəsi, xüsusən də
Bakı bölgəsi Antanta ilə Alman iya bloku, həmçinin Antanta ilə Sovet Rusiyası arasında mübarizə obyekti o lmuşdur. Bu
prinsipial məsələni İ.Stalin daha açıq ifadə etmişdi: "Qafqazın inqilab üçün mühüm əhəmiyyəti onun yalnız xa mma l, yanacaq,
ərzaq mənbəyi olması ilə deyil, həm də Avropa və Asiya, xüsusilə Rusiya və Türkiyə arasındakı mövqeyi və mühü m
iqtisadi və strateji yollara (Batu m-Bakı, Batu m-Təbriz, Batum -Təbriz-Ərzuru m) ma lik o lması ilə müəyyən edilir... Qaf-
qazda, nəhayət, kim möhkə mlənəcək, neftdən və Asiyanın dərinliy inə aparan ən mühüm yollardan kim istifadə edəcək,
inqilab, yo xsa, Antanta - bütün məsələ bundadır". Antanta dövlətləri Osman lı - Almaniya qoşunlarının irəlilə məsindən,
Osmanlı o rdusunun İran, Qafqaz, Türküstan istiqamətində həmləsindən, Bakı neftinə sahib ola biləcəklərindən bərk ehtiyat
edirdi. Antanta dövlətlərin in nü mayəndələri Zaqafqaziya ko missarlığ ının yaradılması prosesində iştirak etmişlər.
B.Britaniya höku məti Zaqafqaziya Federasiyasını bütünlüklə dəstəkləməy i qərara almış və Qafqazla bağlı nəzərdə tutduğu
geniş strateji planı həyata keçirmək məqsədilə bölgəyə hərbi missiya göndərməyi qərarlaşdırmışdı (bax Böyük Britaniyanın
hərbi ek spedisiyası). Lakin general Denstervilin başçılıq etdiyi B.Britaniya hərbi ekspedisiyası iflasa uğramış, qısa
müddətdən (1918,4 avqust-14 sentyabr) sonra Bakını tərk etməyə məcbur olmuşdu. Birinci dünya müharibəsi Almaniya
bloku dövlətlərin in bir-birinin ard ınca məğ lubiyyəti və barışıq imzalan ması ilə başa çatdı. Antanta Birinci dünya müharibəsi
illərində qarşıya qoyduğu başlıca məqsədə - Alman iyanın darmadağın edilməsinə na il oldu.
1918 il 30 oktyabr Mudros (Mondros) barışığına görə Osmanlı qüvvələri te zliklə Cənubi A zərbaycanı və Cənubi
Qafqazı tərk etməli, Antanta qüvvələri Bakını işğal etməli idi. Azərbaycan Xalq Cü mhuriyyətinin fövqəladə səlahiyyətli
nümayəndəsi kimi Əlimərdan bəy Topçubaşov İstanbulda Mudros barışığının Azərbaycana aid h issəsi ilə bağlı bir neçə dəfə
etiraz notaları ilə çıxış etmişdir. Antanta qüvvələrinin baş ko mandanı və nü mayəndəsi kimi general U.Tomsonun başçılığı
altında ingilis qoşunları 1918 il noyabrın 17-də Bakıya daxil olmuşdu (bax To mson bəyannaməsi). Antanta dövlətlərinin
Azərbaycandakı nü mayəndələri bəyanatlarında Azərbaycan Cümhuriyyətinin Paris sülh konfransında iştirak edəcəyini
bildirmişdilə r. La kin Antanta dövlətlərinin Qafqaz respublikaları ilə bağlı mövqeləri fərqli olmuşdur. Sülh konfransında
yüksək nüfüza malik olan böyük dövlətlər içərisindən məh z Fransa yeni yaranmış Qafqaz respublikalarının müstəqilliyinin
tanınması əleyhinə olmuşdur. Fransa höku məti A zərbaycanla iqtisadi əlaqələr yarat mağa mey l göstərsə də, Azorbaycan və
Gü rcüstanı nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi, ermənipərəst siyasət yeridirdi. İtaliyanın Qafqaza münasibəti
ingilislərin mövqeyi ilə sıx bağlı olmuşdur. İngilis qoşunları Qafqazdan çıxmaqla yanaşı, nə ABŞ-ın, nə də Fransanın bu
regionda birtərəfli qaydada qüvvətlənməsinə yol vermə k istəmird ilər. Bu məqsədlə italyanla rın Qafqa za cə lb edilməsi
ideyası ilk dəfə ingilislər tərəfindən irəli sürüldü. Belə ki, İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi Yaxın Şərqdə mövcud
olan qüvvələr nisbətini pozmurdu. İngilislərlə italyanlar arasında aparılan danışıqlar 1919 il martın 24-də
132
gizli saziş imzalan ması ilə nəticələndi (bax İngiltərə-İtaliya sazişi). 1919 il mayın 10-da B.Britaniya komandanlığı ingilis
hərbi şurasının Cənubi Qa fqazdan ç ıxmaq qərarı barədə Azə rbaycan və Gürcüstan hökumətlərinə məlu mat verdi. Mayın 10-
da İtaliyanın bir hərbi korpusu artıq Batuma daxil olmuşdu. Mayın 16-da fövqəladə İtaliya missiyası, may ın 22-də hərbi
ekspertlər qrupu Bakıya gəldi. İtaliya hökuməti Qafqa za ordu göndərilməsinə tərəfdar o lduğunu bildirdi. İyunun 28-də
B.Britaniya hökuməti ingilis ordusunun Qafqazdan və ümu milikdə, keçmiş Rusiya ərazisindən çıxardılması haqqında Paris
sülh konfransına rəsmi şəkildə məlu mat verdikdə Antanta dövlətləri Qafqazdan çıxan ingilis ordusunu İtaliya ordusu ilə əvəz
etmə k haqqında qərar qəbul etdilə r. La kin İta liyada höku mət kab inəsinin dəyişməsi nəticəsində yeni yaradılmış F.Nitti
hökuməti İtaliyanın Qafqaza ordu göndərməsindən imtina etdi. F.Nittinin belə qərar qəbul etməsi Azərbaycanı və Gürcüstanı
çətin vəziyyətə salırdı. İtaliyanın əvvəlki baş naziri Orlandodan fərqli olaraq, Nitti " Böyük Ermənistan" yaradılması, Türki-
yənin parçalanması ideyasını Antanta dövlətlərinin avantürası hesab edirdi. İngilis qoşunlarının Qafqazdan çıxarılması ilə B.
Britaniya Höku məti O.Uordrop başda olmaq la, Qafqaza ö zünün siyasi missiyasını göndərdi. Uord ropun rəhbərlik etdiyi
ingilis missiyasından başqa, mayor de Nonankurun rəhbərlik etdiyi Fransa, polkovnik Haskelin rəhbərlik etdiyi A merika,
polkovnik Qabbanın rəhbərlik etdiyi İtaliya missiyaları Qafqaza gəldilər. Antanta dövlətlərin in işgüzar nümayəndələri də
Qafqazla, xüsusilə Azərbaycan Xalq Cü mhuriyyəti ilə əməkdaşlıq etmişdilər.
Versaldakı Azərbaycan nümayəndələri Antanta Ali Şurası tərəfındən Azərbaycan Xalq Cü mhuriyyətinin tanınması
yönündə ardıcıl, intensiv fəaliyyət göstərmişdir və nəhayət, Antanta dövlətlərinin təşəbbüsü ilə çağırılmış Paris sülh
konfransının Ali Şurası blokun aparıcı dövlətlərindən biri olan B.Britaniyanın təklifi ilə 1920 il yanvarın 11-də
Azərbaycanın dövlət müstəqilliyin i de-fa kto olaraq tanımış dır. Lakin Antanta dövlətlərinin Cənubi Qafqaz respublikala rına
yardım xarakterli bütün vədləri deklarativ məzmun daşımış və öz qüvvələrinin ü midinə qalan bu dövlətlər Sovet Rusiyası
tərəfındən işğal olun muşdur.
Əd.: Həsənov C, Azərbaycan bcynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993; Nəsibzadə N., Azərbaycanın xarici
siyasəti (1918-1920), B., 1996; Qasımov M., Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər), 3 hissədə, 2-
ci hissə (1917-ci il noyabr- 1918-ci il noyabr), B., 2001; y e n ə o n u n, Avropa və Amerika ölkələrinin müasir tarixi, 2 hissədə, 1-ci hissə (1918-1945-
ci illər), B., 2003.
ANTANTA ALĠ ġURASI - Paris sülh konfransına (1919-20) rəhbərlik etmiş ali orqan (bax Versal Ali Şurası).
APREL Ġġ ĞALI (1920) - beynəlxalq hüquq normalarını kobudcasına pozan təcavüzkar sovet qoşunları tərə-
findən Azərbaycan Xalq Cümhuriyyəti ərazisin in işğalı və müstəqil Azə rbaycan dövlətinin aradan qaldırılması. 1920 il
aprelin 27-də həyata keçirilmişdir. Sovet tarixşünaslığında Aprel işğalı sa xtalaşdırılaraq, əvvəlcə "çevriliş", sonradan isə
"inqilab" adlandırılmışdır. 20 yüzilliy in 20-ci illərinin ko mmunistləri "Aprel çevrilişi" ifadəsini işlədərkən, tarixi reallığı -
Aprel işğalını inkar ed ir və qürrələnirdilər ki, "...b iz sovet hakimiyyətini hazır şəkildə aldıq, onu bizə boşqabda gətirdilər".
Aprel işğalı ko mmunistlər üçün asanlıqla başa gəlsə də, onun hazırlan ma me xanizmi uzun müddət formalaşdırılan mə krli
siyasətin nəticəsi id i. Sovet Rusiyası Qafqa za, xüsusilə də A zərbaycana dair siyas ətində, əslində, çar Rusiyasının varisi kimi
çıxış edirdi. Bakı bolşeviklər üçün təkcə nefti, habelə müstəsna iqtisadi potensialı ilə deyil, həm də bütün Yaxın və Orta
Şərqin siyasi mərkəzi kimi əhəmiyyətli id i. 1918 ildə daşnak-bolşevik S.Şau myanın başçılıq etdiyi Bakı Xalq Ko missarları
Soveti süqut etsə də, Bakı uğrunda mübarizə daim diqqət mərkəzində idi: "Bakın ı almaq bizə olduqca və olduqca zəruridir.
Bütün səyinizi buna verin" (V.İ.Lenin ). 1919 ilin fevralında mərkəzdən "...bakılıların əhvali-ruhiyyəsindən sürətli və həlle-
dici hərə kət üçün istifadə" etmək göstərişi alan Xə zər-Qa fqaz cəbhəsinin hərbi-inqilab şurası məqsədyönlü və
təxirəsalın ma z tədbirlər görməkdə id i. Ba kı bolşevikləri 1919 ilin ya zından Höku mət ə leyhinə fəa liyyətlərini daha da
genişləndirdilər: ingilis əsgərləri arasında təbliğat apararaq, onların vətənə dönmək tələbi ilə çıxış etmələrinə nail o ldular;
Azərbaycan ordusu və donanmasının "inqilabiləşdirilməsinə" səy göstərildi; fəhlə lərdən iba rət hərbi drujinala r yaradıldı və
onların hərbi sursatla təchiz olun ması intensivləşdirild i; hakimiyyətə qarşı ideolo ji təbliğat genişləndirild i; Qarabağda
ermənilərin sifarişli qiya mı təşkil olundu və bununla Höku mət böhranına zə min yaradıld ı. Bu dövrdə, hətta Türkiyənin
mənafey i na minə "canıyananlıq" da nümayiş etdirildi. Bütün bunlara baxmayaraq bolşeviklər Sovet Rusiyasının müda xiləsi
olmadan daxildə üsyanın qələbə çalacağına əmin deyildilər. Belə liklə, 1920 ilin yanvarında istiqlaliyyətinin de-fakto
tanındığı Azərbaycan Xalq Cü mhuriyyəti üçün xaricdən gözlənilən yeganə ciddi təhlükə bolşevik təcavüzü id i. Odur ki,
Sovet Rusiyasının Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq haqqında nota xarakterli təklifi Azərbaycan Hökuməti və
siyasi partiyaları tərəfindən birmənalı qarşılan madı. Bolşeviklərin xarici siyasətini düzgün qiy mətləndirən Azərbaycan Xalq
Cü mhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyski G.Çiçerinin təklifıni rədd etdi. A zərbaycan sosialistləri və "ittihad"çıları
Çiçerinin notasına müsbət cavab verilməsini tələb etdilər. Hakimiyyətdaxili mübarizənin gücləndiyi bir dövrdə Rusiyanın
təzyiqi də art ırd ı. Sovet Rusiyası Azərbaycan Höku mətinə yeni notalar göndərməkdə davam edird i. Beynəlxalq və ziyyəti
nəzərə a lan G.Çiçerin 1920 ilin martında V.İ.Leninə yazmışdı: "Azərbaycana qarşı zora kılıq akt ı beynəlxalq münasibətlərdə
dostlarımızı bizə qarşı qoyar... Bizi imperialist hesab etmələrinə yol verməməliy ik". Odur ki, bolşeviklər xarici müdaxiləni
pərdələ mək məqsədilə Azə rbaycanın milli höku mətin i devirmə k üçün ölkən in ö z da xilində silahlı üsyana hazırlığa
başladılar. 1920 il fevralın 11-12-də RK(b)P Bakı ko mitəsi, "Hü mmət" və " Ədalət" təşkilatlarının qurultayı oldu. Ölkədə
fəaliyyət göstərən
133
bütün kommunist təşkilatlarını vahid "Azərbaycan Kommunist (bolşeviklər) Partiyası" adı altında birləşdirmək qərara alındı.
AK(b)P-nin I qurultayı qanuni Azərbaycan Xalq Cü mhuriyyəti Höku mətin i zorakıhqla devirmə k xətti götürdü. Lakin
bolşeviklərin bir qismi silahlı üsyanın uğurla nəticələnəcəyinə şübhə ilə yanaşmaqda davam edird i. Stalin yazırdı: "Bu
üsyanın heç bir şansı yoxdur. Buna görə də Azərbaycanın sərhədlərini keçmək lazım gələcəkd ir". Belə b ir tarixi şəraitdə
Antantanın Cənubi Qafqaz respublikalarına hərbi yardım göstərməməsi, Rusiya tərəfindən müdaxilə təhlükəsinə qarşı
Gü rcüstan və Azərbaycanın hərbi qüvvələrin i əlaqələndirmək cəhdlərin in nəticəsiz qalması, ermənilərin xaricdən sifarişlə
qaldırdıq ları qiyam, istiqlal mübarizəsi aparan Türkiyənin Sovet Rusiyası ilə sıx əlaqələr qurmaq siyasəti və Azərbaycanın
öz daxilində siyasi durumun sabit olmaması respublikanı xarici təcavüzlə təkbətək qoydu. Digər tərəfdən, hələ A zərbaycan
Xalq Cü mhuriyyəti Höku mətin in hakimiyyətdə olduğu bir zamanda, aprelin 26-dan 27-nə keçən gecə Azərbaycan
Müvəqqəti İnqilab Ko mitəsinin adından hərbi yardım xahişilə Moskvaya radioteleqram göndərildi. Radioteleqramda
deyilirdi ki, "Bakıda çevriliş baş vermişdir və biz Qırmızı qoşunların Ba kıya yeridilməsini xahiş edirik". Hə min mühüm fakt
Azərbaycanda Aprel işğalının sovet ordusu tərəfindən həyata keçirild iyini və məhz xa rici hərbi təcavüz baş tutduğunu sübut
edir. Bunu, eyni za manda, digər tarixi sənədlər də açıq-aşkar, b irbaşa təsdiqləyir.
Be ləliklə, A zərbaycanın işğalı məqsədilə qabaqcadan hazırlan mış Bakı ə mə liyyatının həyata keçirilməsi daha da
sürətləndirildi və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Azərbaycanın hüdudlarını keçən 11 -ci Qırmızı ordunun
birbaşa hərbi müdaxiləsi Azərbaycan Xalq Cümhuriyyətinin müqəddaratını həll etdi. Azərbaycan Parlamenti baş vermiş fakt
qarşısında qalaraq, reallıqla hesablaşmağa məcbur oldu. Ərazisində təcavüzkar xarici hərbi qüvvələrin 11 -ci Qırmızı ordu
hissələrinin olduğu bir ş əraitdə, açıq silahlı təzyiq altında qalan Azərbaycan Parlamenti 1920 il apre lin 27-də AK(b)P M K,
RK(b)P Qafqaz Ölkə Ko mitəsinin Bakı bürosu və Bakı Fəhlə Konfransı adından kommunistlərin təqdim etdikləri u ltimatumu
gündəliyə çıxard ı və qızğın müzakirələrdən sonra, axşam saat 11 radələrində, hakimiyyətin aşağıdakı şərtlərlə Azərbaycan
İnqilab Ko mitəsinə verilməsi barədə qərar qəbul etdi: 1) Rus ordusu Bakıya daxil olmadan dəmir yolu ilə birbaşa Anadolunun
imdadına gedəcək; 2) Azərbaycanın istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq; 3) Azərbaycan ordusu
buraxılmayacaq; 4) Azərbaycanın siyasi partiyalarının hürriyyət və sərbəstliyi mühafızə ediləcək; 5) keçmiş dövlət xadimləri,
Höku mət ü zvləri və millət vəkillərindən heç bir kəs siyasi cinayətdə ittiham edilməyəcək, dövlət idarələri qulluqçularının iş
yerləri saxlanılacaq, yalnız rəhbər vəzifə li şə xslər dəyişdiriləcə k; 6) a zad şəra itdə toplanacaq Azərbaycan şuraları
hakimiyyətin idarə formasını təyin edəcək.
Göründüyü kimi, 1920 ilin 28 apreli ərəfəsində Azərbaycanda siyasi və iqtisadi böhran mövcud olsa da, dövlət
çevrilişi və ö lkən in xarici hərb i qüvvələr tərəfindən işğalı daxildən qaldırılmış üsyan nəticəsində baş vermədi. Bunun
134
üçün "inqilabi şəraitin yetişməsi"ni iddia və təbliğ edən ilkin şərtlər, əslində, yox idi. Aprel işğalı xarici qüvvənin -11-ci
Qırmızı ordunun əvvəlcədən və planlı surətdə hazırlan mış "ild ırım sürətli öldürücü" yürüşü nəticəsində baş verdi. Bunu ilk
vaxtlarda bolşeviklərin özləri də etiraf edirdilər: "Müsavat hakimiyyəti devrilibsə, bu o demək deyildir ki, bizim partiyamız
güclü idi. Bu ona görə belə oldu ki, Qırmızı ordu güclü idi. "Əgər 11-ci Qırmızı ordu sutkada 25 km irəliləy irdisə,
Azərbaycanda bu sürət sutkada 50 k m oldu". Paris sülh konfransındakı Azərbaycan nümayəndəliyi Cü mhuriyyətin
devrilməsindən xəbər tutan kimi, ap relin 28-də San-Re mo konfransına bu barədə nota təqdim etdi. La kin nə bu, nə də
sonrakı müraciətlər heç bir nəticə vermədi. 23 ay fəaliyyət sürməsinə baxmayaraq, Azərbaycan xalqın ın dövlətçilik tarixində
xüsusi yeri o lan Azərbaycan Xalq Cü mhuriyyəti süqut etdi. Aprel işğalından 71 il sonra "Azərbaycan Respublikasının Dövlət
Müstəqilliyi haqqında Konstitusiya aktı"nda (1991 il 18 oktyabr) bu tarixi təcavüzə siyasi qiy mət verildi: "1920 il aprelin
27-28-də RSFSR-in XI Qırmızı Ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn
subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin".
Əd.: Azərbaycan tarixi, 7 cilddə,. c.5, B., 2001; Azərbaycan Respublikası (1991-2001), B., 2001; Azərbaycan Kommunist
Partiyası tarixinin oçerkləri, c.l, B., 1986; Rəsulzadə M.Ə., Azərbaycan Cümhuriyyəti, B., 1990; Cəbiyev H.R., 23 saat Yalamadan
Bakıya (bax Sovet hakimiyyəti uğrunda. Xatirələr məcmuəsi, B., 1967); Əhmədova F., Nəriman Nəri-manov - ideal və gerçəklik, B.,
1998; M ahmudov Y.M ., Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti, B., 2002; Е ф р е м о в M ., Взятие Баку , Военный вестник,1922,
№7; Р а т г а у з е р Я., Борьба за Советский Азербайджан. К истории апрельского переворота, Б., 1928; Д а р а б а д и П., Военные
проблемы политической истории Азербайджана в начале XX вeкa, Б., 1991;Н а с и р о в Т., Борьба за власть большевиков Азербайджана
(1917-1920), Б.,1993; Х у д и е в Р., Оккупация Азербайджана Советской Россией в апреле 1920 r. "Azərbaycan tarixinin problemləri,
müasir tədris və elmi nəşrlərdə onların əksi" konfransının materialları kitabında, B., 1995.
Dostları ilə paylaş: |