AXUNDZADƏ
M irzə
Sad ıq
(?-?)
A zərbaycan
milli
azadlıq hərəkatının iştirakçılarından biri. A zərbaycan Xalq Cü mhuriyyəti Parlamentinin ü zvü. Parlamentdə ―Musavat və
bitərəflər‖ fra ksiyasını tə msil et mişdir.
AXUNDZADƏ Rəşid bəy (?-?)- Azərbaycan milli azadlıq hərəkatın ın iştirakçılarından biri. A zərbaycan Xalq
Cü mhuriyyəti Parlamentinin üzvü. A zərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında
qanun"una əsasən Salyandan Cü mhuriyyət Parla mentinin tərkib inə da xil ed ilmişdir. A xund zadə 1919 il yanvarın 1-dən
fevralın 5-dək A zərbaycan Xalq Cü mhuriyyəti Höku mətin in işlər idarəsinin müd iri olmuş, Höku mətin 1919 il 5 fevral
tarixli qəra rı ilə Ba kı qubernatoru təyin edilmiş və 1919 il avqustun 25-dək bu vəzifədə işlə mişdir.
AXUNDZADƏ Səməndər Zəki oğlu (1898, Quba -1933) – Azərbaycan Xalq Cü mhuriyyəti Parlamentin in xüsusi
qərarına (ba x Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar) əsasən, dövlət hesabına ali təhsil
almaq üçün xaricə göndərilmiş tələbələrden biri. Bakı realn ı məktəbini bitirmişdir (1918). Parlamentin
1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilin i dağ mühəndisliyi sahəsində davam etdirmək üçün
Frayberq Akademiyasına (Alman iya) göndərilmişdir. A zərbaycanda sovet hakimiyyəti qurulduqdan
sonra xa ricdə dövlət hesabına ali təhsil a lan a zərbaycanlı tələbələ rin vəziyyətini öyrənən Azərbaycanlı
Tələbələr İttifaqının 1923-25 illər üçün mə lu matında A xundzadənin təhsilin in bit məsinə 1 il qa ldığı
göstərilird i. Təhsilini başa vurduqdan sonra vətənə dönmüş, Azərbaycan SSR Dövlət Plan Ko mitəsində
ağır senaye bölməsində işləmişdir. Repressiya olunmuşdur.
AKÇURA Yusif (1876, Simb irsk - 1935, İstanbul) –görkəmli tatar tarixçisi, yazıçı və siyasi
xadimi. "Pantürkizmin atası" kimi məşhur olmuşdur. Kiçik yaşlarında atasını itirdikdən sonra, 1883 ildə
anası ilə İstanbula getmiş, burada orta (1886-92) və ali hərbi təhsil (1892-96) almışdır. " Gənc türklər"lə
əlaqəsinə görə 1897 ildə Sultan II Əbdülhəmidin əmri ilə Tripoli şəhərinə (Liviya) sürgün edilmişdir.
Oradan qaçaraq Parisə gəlmiş, Siyasi Elmlər Akademiyasına daxil o lmuş (1899-1903), " Gənc türklər" in Paris və Qahirədə
çıxan "Məşvərət" və "Şurayi Ümmət" qəzetlərində tez-tez çıxış etmiş, "İttihad və tərəqqi"nin 1902 ildə Parisdə keçirilən
qurultayında Osmanlı imperiyasının işlərinə hər hansı xarici müdaxilənin əleyhinə olmuşdur. Parisde
təhsilini başa çatdırdıqdan (1903) sonra Kazan şəhərinə gələn Akçura özünün məşhur "Üç tərzi-
siyasət" ("Üç yol siyasət") məqaləsin i ya zmış və Qahirədə "Türk" qəzetində dərc etdirmişdir. (1904).
Məqalədə osmançılıq isla m birliyi və türkçü lük cərəyanları a raşdırılır və sonuncu ən doğru yol kimi
göstərilird i. Akçura tatar gəncliyin in milli şüurunu gücləndirmək üçün coğrafiya və Os manlı türk
ədəbiyyatından keçdiyi dərsləri ü mu miləşdirərək, 1906 ildə Kazanda "Elmlər və tarix‖ ad lı kitabça
nəşr etdirmişdir. O, "Ka zan mü xbiri" qə zetinin baş redaktoru o lmuş, Nijni Novqorodda Rusiya
müsəlman larının birinci quru ltayında (1905, avqust), kadet-konstitusiyaçı demokrat) partiyasının
qurultayında, (1906, yanvar), Rusiya müs əlmanlarının üçüncü qurultayında (1906, avqust) fəal iştirak
etmişdir. 1907 ilin iyununda Avropaya, Misirə getmiş, nəhayət Krıma gələrək, İ.Qaspralının
"Tərcüman" qəzetində fəa liyyət göstərmişdir.
1908 ilin iyulunda yenidən İstanbula qayıdan Akçura mü xtəlif ali hərbi mə ktəblərdə, 1912-13 illərdə İstanbul
Universitetində dərs demişdir. 1908 ildə türkçü cə miyyət "Türk dərnəyi"nin, "Türk yurdu" (1911, avqust) və ―Türk ocağı"
(1912, ma rt) cə miyyətlərinin yaradılmasında iş tira k et miş, 1915 ildekabrın 10-da Rusiya müsəlmanlarının hüquqlarını
Mərkə zi Avropa dövlətlərinin nəzə rinə çatdırmaq məqsədilə Əli bəy Hüseynzadə, krımlı Məhə mməd Əsəd Çə ləbizadə,
buxaralı Beccan Müqkiməddindən ibarət "Turan heyəti"nin tərkibində Avropaya getmiş, Sofiya, Budapeşt, Vyana və
Berlində bir ço x rəs mi şəxslə rlə görüşlər keçirmişdi. Akçura və Əli bəy Hüseynzadə tərəfindən hazırlan mış "Rusiyadakı
müsəlman türk-tatar xalqların ın haqların ı qoruma ko mitəsinin mühtiresi" adlı mü raciət Avropa dövlətlərinin höku mətlərinə
təqdim edilmişdi. Nü mayəndə heyəti Macarıstanın rəhbərlərindən biri olan K. Tussa ilə, Vyanada xarici işlər naziri,
Almaniya hökuməti ü zvləri, İsveçrədə V.İ.Leninlə görüşmüşdü. 1916 il mayın 18-də Akçura Əli bəy Hüseynzadə,
Əbdürrəşid İbrahimov, Əh məd bəy Ağaoğlu ilə birlikdə A BŞ prezidenti Vudro Vilsona "Rusiya müsəlmanlarının
hüquqların ın müdafiə o lunması" adlı müraciət göndərmişdi. 1916 il iyunun 27-29-da Millətlər Birliyin in Lozannada
toplanan III konfransına qatılan türk-tatar heyətinin tərkibinə Akçura da daxil idi. Ko mitənin üzv ləri Türkiyə, Bolqarıstan,
Almaniya, Avstriya-Macarıstan və İsveçrədə mətbuat konfranslarında ictimai d iqqəti Rusiyadakı türklərin və ziyyətinə
yönəltmək istəyirdilər.
Akçura 1917 ilin yayından Osmanlı Qızıl Ay cə miyyətinin xətti ilə Rusiyadakı Os manlı əsirlərinin ta leyi ilə
məşğul olan missiyada fəaliyyət göstərmişdir. A kçura Brest-Litovsk sülh danışıqların ı aparmaq üçün nümayəndə heyə-
126
tinə qoşulmuş və Qızıl Ay cəmiyyətinin türk nümayəndəsi kimi Petroqradda və Moskvada əsirlərin mübadiləsinə dair qarışıq
komissiyanın işində iştirak etmiş (1918 il, yanvar-fevral), 1919 ilin avqustunda Türkiyəyə qayıtmış, milli müqavimət
qüvvələrinin tərəfində, həmin ilin oktyabrında Milli Türk Partiyasının yaradılmasında iştirak etmişdir. 1921 ilin aprelində
İstanbulu tərk etmiş, Ankarada milli azadlıq hərəkatına qoşulmuş, Ankarada əvvəlcə milli təhsil nazirliyinin tərcümə
şöbəsində, sonra xarici işlər nazirliyində Şərq məsələləri üzrə müşavir işləmişdir. 1923 ildə İstanbuldan, 1934 ildə isə Qarsdan
Türkiyə Böyük Millət Məclisinə üzv seçilmişdir. Akçura 1925 ilə qədər daxili siyasi mübarizələrdə fəal iştirak etmiş,
Cü mhuriyyət Xalq Partiyasına qoşulmuş, Ankara hökumətinin xarici siyasətinin hazırlan masında iştirak etmişdir. Müharibədən
sonra iqtisadiyyatda dövlətçilik (etatizm) prinsipini dəstəkləmişdir. Atatürk Akçuranın fəaliyyətini yüksək q iy mətləndirmiş,
onu mədəniyyət və siyasət məsələlə ri üzrə müşavir təyin et mişdir.
Akçura 1925 ildən sonra tarixi araşdırmalarla məşğul olmuş, Türk Ocaq larında fəaliyyət göstərmiş, 1931 ildə türk
Tarixinin Tədqiqi Cə miyyətinin yaradılmasında iştirak etmişdir. Bu cə miyyət sonra Türk Tarix Qurumu adlan mış, Akçura
1932 ildə Quru mun ilk sədri təyin olun muş və ömrünün sonuna qədər ona başçılıq etmişdir.
Əsərləri: "Elmlər və tarix", Kazan, 1906; Üç siyasi sistem, Qahirə, 1907; İstanbul, 1911; Türk, german və slavyanların tarixi
münasibətləri, İstanbul, 1914; Rusiyanın müsəlman türk-tatarlarının hazırkı durumu və arzuları, Lozanna, 1916; Şərq məsələsinə dair
siyasi tarix qeydləri, Istanbul, 1920; M üasir Avropada siyasi və ictimai fikirlər və fıkir cərəyanları, İstanbul. 1923; Siyasət və iqtisad
haqqında bir sıra çıxışlar və məqalələr, İstanbul, 1924; Türkçülük, Türklük fikri, Türkçülük cərəyanı, Türk ocakları Türk kültür yayınları,
İstanbul, 1978; Yeni türk devletlerinin öncülleri, Ankara, 1981 və s.
Əd:Kurat A.H.,Türkiyə və Rusiya, Ankara, 1970; Ahmet Temiz, Yusif Akçura, Ankara, 1987; Ziya Göyalp,Türkçülüyün
əsasları, B., 1991.
AKS ĠZ ĠDARƏLƏRĠNĠN YARADILMAS I HAQQ INDA QƏRAR - dövlətin müstəqil maliyyə-iqtisadi
me xanizmin in yaradılması məqsədilə Azə rbaycan Xa lq Cü mhuriyyəti Höku mətin in 1918 il oktyabrın 8-də qəbul etdiyi
qərar. Hə min qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin A zərbaycandakı müvafiq quru mları ləğv edilmiş, əvəzində üç
aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşmə klə, Gəncə quberniyası və Zaqatala mahalı ü zrə , ikisi isə Ba kıda
yerləşmə klə Ba kı quberniyası üzrə ü mu mi aksiz və neftdən rüsumlar toplayan aksiz idarə ləri. Baş Aksiz İdarəsi Maliyyə
Nazirliyin in nə zdində id i. Hö ku mətin hə min qəra rına əsasən, Azərbaycan əra zisinə a id o lan bütün ümu mi və ö zəl işlər
Tiflisdə yerləşən Zaqafqaziya A ksiz İdarəsindən alınaraq, Cü mhuriyyətin müvafiq idarə lərinin səlahiyyətinə verild i.
Ölkənin ö z aksiz idarələrin in yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cü mhuriyyətinin
dövlət quruculuğu sahəsində həyata keçirdiy i mühü m addımlardan biri idi.
AQRAR MƏSƏLƏ - Azərbaycan Xalq Cü mhuriyyətinin torpaq mülkiyyəti formaları, torpaqdan istifadə qaydaları
və bu sahədə istehsal münasibətlərin in yenidən qurulması sahəsində həllinə ça lışdığı islahatlar proqra mı.Cü mhuriyyət
dövründə torpaq məsələsi ən kəskin iqtisadi, sosial və siyasi məsələlərdən biri idi. Onun həlli həm sosial-iqtisadi vəziyyətin
yaxşılaşmasına, həm də ölkə əhalisin in əksəriyyətini təşkil edən kəndlilərin yeni hakimiyyətə etimadın ın artmasına səbəb
olardı.
Azərbaycan Xalq Cü mhuriyyətinin e lan olunması ə rəfəsində ölkədə kap italist münasibətləri genişlən mə kdə idi.
Kənddə təbəqələşmə gedird i. 1917 ildə Şimali A zərbaycan kəndində yoxsul təsərrüfatları 54,4, ortabablar 34, qolço maq lar
6% təşkil ed irdi. Dövlət və mülkədar torpaq sahibliy i üstün idi. Bütün kənd təsərrüfatının 29,5%-i mü lkədarla ra,
68,7% -i dövlətə mə xsus olduğu halda, yaln ız 1,8% -i kəndlilərin payına düşürdü. Torpaqsız və aztorpaqlı kəndlilər
mü lkədarlardan icarəyə torpaq götürməyə və ya mu zdur kimi işləməyə məcbur idilər. İcarə bütün qəzalarda torpaqdan
istifadənin əsas forması idi. Mülkədar təsərrüfatla rında mu zdur ə məyindən geniş istifadə olunurdu. Zaqafqa ziya
ko missarlığının 1917 il dekabrın 16-da təsdiq etdiyi Əsasnaməyə və Zaqafqaziya seyminin 1918 il 7 mart tarixli qanunu ilə
təsdiqlən miş təlimata uyğun olaraq, Azərbaycan ərazisində yaradılmış və fəa liyyət göstərən torpaq komitələri ö z işlərini
düzgün qura bilmədiklərindən kənd əhalisinin etibarını qazana bilməmişdilər. Digər tərəfdən, ö lkədə yaran mış
hakimiyyətsizlik və anarxiya nəticəsində həm dövlət, hə m də mülkədar torpaqları ayrı-ayrı şə xslər tərəfindən zəbt
olunmuşdu. Odur ki, Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti xalqın və dövlətin həyatı maraq larına cavab verə b iləcək
torpaq islahatı keçirmək qərarına gəldi. Bu məqsədlə Fətəli xan Xoyskinin başçılıq etdiyi birinci Höku mət 1918 il iyunun
22-də verdiy i dekret lə Zaqafqa ziya seyminin qəbul et miş o lduğu aqrar qanunun Azərbaycan ərazisində həyata keçirilməsini
dayandırdı. Qərarda deyilird i: 1. Zaqafqaziya seymin in qəbul etdiy i torpaq islahatı haqqında qanunun icrası Müəssislər
Məclisi çağırılana qədər dayandırılsın; 2. İndiyədək hə m xüsusi, həm də dövlət torpaqlarının tutulması halları a radan
qaldırılsın; 3. Torpaq pulu ödənişləri haqqında Höku mətə məru zə təqdim ed ilsin; 4. Torpaq ko mitələrinin yenidən
qurulması və ya ləğv edilməsi haqqında Höku mətə mə ruzə təqdim edilsin. A zərbaycan Cü mhuriyyətin in üçüncü Hökumət
kabinəsinin forma laşmasından sonra (1918, dekabr) ilk çıxış ında Hö ku mət başçısı F.x.Xoyski millətin tərəqqisi üçün ona
siyasi və iqtisadi sərbəstlik verilməsinin zəruriliy ini vurğulad ı. Bu fa kt sübut edir ki, Cü mhuriyyət xadimləri ictima i-iqtisadi
tərəqqinin aqrar məsələn in uğurlu həllindən asılı o lduğunu düzgün qiymətləndirirdilər. Bu məsələ Höku mətin bəyanatında
da xüsusi yer tuturdu. Bəyanatda qeyd olunurdu ki, kəndlilərin və fəhlələrin təmin o lunması qayğısı Höku mətin ən başlıca
vəzifəsi olma lıdır. Torpaq kəndliyə havayı verilmə lidir.
Lakin aqrar islahatın keçirilməsi üçün müvafıq qanun qəbul edilməli id i. Odur ki, qanun layihəsi hazırlamaq üçün
iki istiqa mətdə Parla ment ko missiyası çərçivəsində və
127
Höku mət səviyyəsində fəaliyyətə başlandı. 1919 il fevralın 4-də torpaq islahatı haqqında Parlamentin qanun layihəsini
hazırlamaq üçün menşevik-hümmətçi Səməd ağa Ağamalıoğlu başda olmaqla Parlament ko missiyası yaradıldı. Ko-
missiyanın 9 nəfər üzvündən 4-ü "Müsavat‖ı (Mustafa Mahmudov, Məmməd bəy Şey xzamanov, Murtuz A xundzadə və
Nəriman bəy Nərimanbəyov), qalan 5 nəfəri isə "İttihad"ı (Bəhra m bəy Və zirov), sosialistlər blokunu (Rza bəy Qaraşarov),
"Əhrar"ı (Hacı Hüseyn Əfəndiyev), "Daşnak-sutyun"u (Arşak Malxazyan) və Slavyan-rus cəmiyyətini (M.N.Vinoqradov)
təmsil edird i. Ko missiya üzvlərinin mü xtəlif part iyalara mənsub olması qanun layihəsinin ha zırlan masın ı lap əvvəlcədən
uğursuzluğa düçar etdi. Çünki onların aqrar məsələyə aid yekdil və aydın proqramları yox idi. Buna gorə də yeni layihə
hazırlaya bilməyən ko missiya Zaqafqaziya seyminin 1918 il martın 7-də qəbul etdiyi aqrar qanunun əsas müddəaları ilə
kifayətlən mək məcburiyyətində qaldı. Va xt ilə qəbul olun muş həmin qanunun müəlliflərindən biri də məhz Sə mədağa
Ağamalıoğlu idi. Qanun lay ihəsinin hazırlan ması və bu məqsədlə aparılan mü zakirələr kənddə narazılığ ın artdığ ı şəraitdə
həyata keçirilird i.
Hazırlan maqda olan qanun layihəsinin uğursuzluğu Parlament ko missiyasının 1919 il 23 aprel tarixli iclasında
özünü göstərdi. Gündəliyə mü lkədar və sahibkar torpaqlarının, həmçinin d igər torpaqların müsadirəsi və ya ləğvi məsələsi
qoyulmuşdu. Müzakirə zamanı ko missiya üzvləri arasında elə ilk andan ciddi fikir ayrılığı yarandı. "İttihad" fraksiyası
adından çıxış edən Bəhram bəy Vəzirov mülkədar və sahibkar torpaqlarının pulla satın alın masına tərəfdar olduğunu bildird i.
"Bitərəflə r fraksiyasının bir qrupu" da ittihadçıları müdafiə etdi. On ların nü mayəndəsi torpaq sahiblərinə dəyən zərəri
ödəmək üçün xüsusi fond yaradılmasını təklif etdi. "Müsavat"çıların sağ cinahı bitərəflərin torpağı satın almaq haqqındakı
ideyalarını müdafiə edərək b ild ird i ki, müsadirə variantı torpaq sahiblərinin ciddi etirazına səbəb olar və aqrar bölmənin
dağılmasını stimu llaşdıra bilər. "Müsavat‖ın sol cinahının nü mayəndəsi Mustafa Mahmudov onunla razılaş madı və partiya
yoldaşını partiyanın p roqramı ilə kifayət qədər tanış o lmamaqda günahlandırdı. Sosialist bloku və hümmətçi menşeviklər
eyni mövqedən çıxış edirdilər: torpaq müsadirə edilməli və heç bir ödənc alın madan kəndlilərə paylanmalıdır. Uzun mü za-
kirələ rdən sonra keçirilən səsvermə sosialistlərin xeyrinə nəticələnsə də, lay ihənin müza kirəsi u zandı.
1919 il avqustun sonu - sentyabrın əvvəllərində, nəhayət, komissiya layihə üzə rində işin i ta ma mladı. Layihənin
əsas tezisləri aşağıdakılardan ibarət idi: 1. Cü mhuriyyət ərazisindəki bütün torpaqlar dövlətin mülkiyyətidir; 2. Torpaq
əvəzsiz olaraq dövlətin ixtiyarına keçir; 3. Torpaq sahiblərinin mülklərinin müəyyən hissəsi aşağıdakı normalar üzrə onların
öz istifadəsində qalır: 1 -ci dərəcə torpaqlar -7 desyatin (bağlar və becərilən sahələr); 2-ci dərəcə torpaqlar - 15 desyatindən
20 desyatinədək (əkin yerləri); 3-cü dərəcə torpaqlar - 40 desyatindən 50 desyatinədək (otlaqlar). Qa lan bütün torpaqlar
dövlət torpaq fonduna daxil ed ilir. Torpaq haqqında həmin qanun layihəsinin son variantı Azərbaycan Xalq
Cü mhuriyyətinin Parlamentində təsdiq olunmalı idi.
Torpaq haqqında məsələ, ilk dəfə, Pa rla mentin 1919 il avqustun 21-də keç irilən 67-ci ic lasının gündəliy inə da xil
edildi. Sə məd ağa Ağama lıoğlu mə ruzəç i təyin o lundu. La kin mü zakirə tə xirə salındı. Qanun layihəsinin mü za kirəsi növbəti
dəfə 1919 il oktyabrın 2-də 81-c i iclasın gündəliyinə daxil edild i. Lakin əkinçilik nazirin in müavini X.Sultanovun təklifi ilə
ona baxılması bu dəfə də dayandırıldı. Əkinçilik nazirliyi torpaq komissiyasının layihəsi ilə yanaşı, özünün alternativ qanun
layihəsinin də müza kirəyə təqdim o lunmasını məqsədəuyğun saydı. Əkinçilik Na zirliyinin nümayəndəsi Parla mentdən xah iş
etdi ki, bu məsələyə ba xılması nazirliy in qanun layihəsi təqdim olunanadək təxirə salınsın. Belə liklə , aqrar məsələnin həlli
gündəlikdən çıxarıldı.
Parla mentin 1919 il noyabrın 9-da keç irilən 95-ci ic lasında sosialistlər blo ku fra ksiyası əkinçilik nazirliyinin işin-
dəki nöqsanlar barədə Parla mentə sorğu verdi. Bu məsələnin mü za kirəsi za man ı ç ıxış edən Sə məd ağa Ağa malıoğlu,
Əliheydər Qarayev, İbrahim Əbilov və b. Cü mhuriyyət Hö-
Kateqoriyalar üzrə torpaq sahibliyi
(desyatin hesabı ilə; / des. = 1,0925 ha)
Quberniyalar
Ərazi
Yararlı torpaq
(k/t və meşə
üçün)
Yararsız tor-
paq (şəhərlər,
yaşayış mən-
təqələri və s.)
Nadel (pay)
torpaqları
Dövlət
torpaqları
İcarə kəndli
torpaqları
Xüsusi mül-
kiyyətdə olan
25 desyatin-
dən artıq
kəndli tor-
paqları
Bakı
3570453
2590453
979782
1424205
840216
5546
313982
Gəncə
4054078
3317923
736155
1400412
1079256
35858
794108
Zaqatala
364793
289566
75226
140866
87836
1569
59296
Y e k u n
7989106
6197942
1791198
2965483
2007309
42973
1168386
128
ku mətini torpaq məsələsinin həllini gecikdirməkdə günahlandırdılar. Sə məd ağa Ağamalıoğlu bild irdi ki, yer və torpaq
məsələsi "Hö ku mətin möhkə m politikası olmasını tə ləb edən böyük və mühü m məsələdir".
Əkinçilik Nazirliy i qanun layihəsini hazırlamaq üçün ölkənin torpaq fondunu ciddi təftiş etdi.Bunu nazirliy in ha-
zırladığı qanun layihəsinə əlavə edilmiş izahat məktubu və çoxlu statistik məlu matlar da sübut edir. Həmin məlu matlar
əsasında tərtib edilmiş aşağıdakı cədvəl A zərbaycan Xalq Cü mhuriyyətinin ərazisi haqqında da müəyyən təsəvvür yaradır.
Qanun layihəsi hazırlananadək nazirlik va xt ilə Azərbaycana köçürülmüş xristian əhalisinin, o cü mlədən ermə -
nilərin tərk etdikləri torpaqla rı, hə mç inin sahibləri tərəfindən atılmış malikanələri müvəqqəti ola raq dövlətin sərəncamına
verirdi. Hə min torpaqlar Əkinç ilik, Da xili İşlər və Maliyyə Na zirlikləri nü mayəndələrindən ibarət qəza ko missiyaları
tərəfindən kənd ic ma larına və ayrı-ayrı kəndlilə rə, bunlar olmad ıqda is ə hə min ə razidə yaşamayan kənar şə xslərə icarəyə
verilirdi. Məsələn, Əkinç ilik Nazirliyinin sərəncamına uyğun olaraq, Muğanda 5 min desyatin suvarılan torpaqlar 1919 ildə
səpin aparmaq üçün bir il müddətinə kənd icmala rına icarəyə verilmiş, icarə haqqı isə natura ilə alın mışdı. Lakin bu təcrübə
ümidləri doğrultmadı: nə xəzinə gözlənilən gəliri ala b ild i, nə də kəndlilər icarəyə ciddi maraq göstərdilər.
1919 il iyunun 6-da Əkinçilik Na zirliy inin nəzd ində aqrar islahatlar şöbəsi yaradıldı. Şöbəyə tapşırıldı ki, bir ay
müddətinə aqrar islahatlar layihəsini Nazirlər Şurasına təqdim etsin. 1919 ilin avqustunda nazir müavin i X.Sultanovun
rəhbərliy i ilə "Azərbaycan Cü mhuriyyəti əhalisinin torpaq təminatı haqqında" və "Xüsusi sahibkar meşələrinin dövlətin
mü lkiyyətinə çevrilməsi haqqında" qanun layihələrinin hazırlan ması başa çatdırıld ı.
Qanun layihə lərində əksini tapan əsas məsələlər xüsusi sahibkar torpaqların ın əhalin in hansı kateqoriyasından, nə
qədər və hansı şərtlərlə alınıb dövlət torpaq fonduna keçirilməsi ilə bağlı idi. Burada xüsusi sahibkar torpaqlarının verəcəyi
gəlir hesabına əvəz ödənilməklə, özgənin kiləşdirilməsi nə zərdə tutulurdu. Na zirlik belə hesab edirdi ki, xüsusi sahibkar
torpaqlarını əvəzi ödənilmədən müsadirə etmək xüsusi mü lkiyyəti ləğv etməyə bərabərdir. Buna görə də qanun layihəsində
torpağın əkinçi əhaliyə yalnız istehlak norması üzrə xüsusi mülkiyyətə verilməsi məqbul sayılır. Eyni zamanda, torpaq
sahibinin özünə saxladığı sahənin ölçüsü malikanənin dəyəri və xara kterindən asılı o laraq müəyyən edilird i və kənd
yerlərində suvarılan torpaq sahəsi 100 desyatindən, şəhər yerlərində isə 5-7 desyatindən artıq olma ma lı, həyətyanı torpaq
sahələri bu normalara da xil edilmə mə li idi.
Lakin Əkinçilik Nazirliyin in hazırladığı bu qanun layihələri də Parlament ko missiyasının hazırlad ığı layihə kimi
uğursuz oldu. Belə ki, A zərbaycanda baş vermiş Höku mət böhranı nəticəsində onlar heç mü zakirəyə də çıxarılmadı .
Baş nazir Nəsib bəy Yusifbəylin in təşkil etdiy i yeni Hö ku mət kabinəsi yeni aqrar siyasət kursu işləyib hazırlamaq
əzmində olduğunu bəyan etdi. Yeni əkinçilik naziri sosialist Əh məd Cövdət bəy Pepinov isə nazirliyin hazırlamış olduğu
əvvəlki iki qanun layihəsini təkmilləşdirmək üçün Parlamentdən geri aldı.
1920 il martın əvvəllərində Əkinçilik Nazirliyi "Xüsusi sahibkar torpaqlarının dövlət torpaq fonduna keçirilməsi və
Azərbaycan Xalq Cü mhuriyyəti əhalisinin torpaqla tə min olun ması haqqında qanun"un yeni layihəsi üzərində işi başa
çatdırdı və baxılmaq üçün Nazirlər Şurasına təqdim etdi. Yeni qanun layihəsi Gürcüstan sosialdemokrat höku mətinin
Azərbaycan sosial-de mokratları tərəfindən bəyənilən aqrar qanunu əsasında hazırlan mışdı. Bu layihə kənd yerlə rində olan
xüsusi sahibkarların-hüquqi şəxslərin bütün torpaqlarının, o cü mlədən monastır, vəqf, məscid və kilsə torpaqlarının, habelə
şəhər ərazisinin şəhər mülkiyyətinə daxil o lmayan sahələrin in sahiblərindən alın ıb əvəzi ödənilmədən dövlət torpaq fonduna
verilməsini nə zərdə tuturdu. Mülkiyyəti ə lindən alınan sahibkarların ixt iyarında sa xlanan torpaq sahəsinin ölçüsü həmin
yerlərin təsərrüfat şəraitinə uyğun olaraq, kənd yerlərində becərilən bit ki təsərrüfatla rı üçün 7-10 desyatin, taxılç ılıq
təsərrüfatı üçün 15-20 desyatin, ma ldarlıq təsərrüfat ları üçün 40-50 desyatin, şəhərdə isə müvafiq o laraq 1,5-3 desyatin, 3-5
desyatin, 10-12 desyatin müəyyən edilirdi. Sahibka rla rın mü lk və bağları da bura da xil idi.
Parlament ko missiyası torpağın sahibkarlardan əvəzsiz o laraq alın masında israr ed irdi. Buna görə də nazirliyin
hazırlad ığı layihənin Parlamentə təqdim o lun ması ləngidilird i. Ölkədə vəziyyət gərginləş məkdə davam edirdi. Hö ku mət isə
hələ də aqrar qanun layihəsinin mü za kirəsinə başla ma mışdı. Bunun əsas səbəbi təkcə partiyala r a rasındakı ixt ila fla, ya xud
ölkənin ağır iqtisadi vəziyyəti ilə bağlı deyild i. Aqrar məsələnin özü mahiyyətcə ço x mürəkkəb, həlli çətin olan problem id i.
Bu məsələdə hakim "Müsavat" partiyasının özünün də aydın proqramı yo x idi. Hə lə "Müsavat" partiyasının 2-ci
qurultayında (1919,dekabr) partiyanın rəhbərliy i hə min məsələ ilə bağlı kəskin tənqid edild iyi va xt Məhəmməd Əmin
Rəsulzadə göstərmişdi ki, bu məsələdə tələskənlik, e ləcə də onu həddən ziyadə uzat maq eyni dərəcədə mənfi nəticə lərə
gətirib ç ıxa ra b ilə r. Part iya qurultayı aqra r məsələyə təkrar ba xa raq, onun aqrar siyas ət komissiyasında hazırlan mış
layihəsinin Parla mentdə müza kirəyə ç ıxa rılması haqqında qətnamə qəbul etsə də, bu qərar xeyli va xt icra o lunmad ı.
"Müsavat" fraksiyası yalnız 1920 il fevralın 16-da partiyanın aqrar məsələ barədə qurultayda bəyənilmiş qanun layihəsini
Parlamentin növbəti 123-cü iclasında müzakirəyə təqdim etdi.
"Müsavat" fraksiyasının təqdim etdiyi qanun layihəsi də xüsusi sahibkar torpaqlarının əvəzsiz olaraq alın ıb dövlət
torpaq fonduna verilməsini nə zərdə tuturdu. Lakin bu layihədə kənd yerlə rində sahibkarların mü lkiyyətində, bağ və həyətlər
də daxil olmaqla, 25-75 desyatin torpaq saxlanılması, şəhər yerlərində isə bu sahənin becərilən bitkilərin
129
xüsusiyyətindən və eləcə də əhalinin torpağa olan ehtiyacından asılı olaraq, 5 desyatindən 7,5 desyatinədək məhdud-
laşdırılması nəzərdə tutulurdu.
Parla ment sonuncu qanun layihəsinə baxıb, müza kirəyə təqdim et mə k üçün aqrar ko missiyaya 10 gün möhlət verdi.
Lakin aqrar ko missiya Höku mət böhranları ilə əlaqədar olaraq, öz fəaliyyətini, demək olar ki, dayandırmışdı. Buna görə də
həmin ko missiyanın s ədri Sə məd ağa Ağamalıoğlu təklif etdi ki, ko missiyanın işini bərpa etmə k üçün onun tərkibi
sosialistlərdən ibarət yeni ü zvlə r cəlb o lunmaq la dəyişdirilib möhkə mləndirilsin. La kin Parla ment onun təklifini qəbul
etmədi. Aqrar ko missiya "Müsavat" fra ksiyasının hazırladığ ı qanun layihəsini mü zakirə etdiyi birinci iş günündə
"müsavat"çı Rüstəmbəyov komissiyanın sədr müavini seçild i. Bu addım ko missiyada "müsavat‖çıların mövqeyini
gücləndirdi. Səməd ağa Ağamalıoğlu siyasi qüvvələrin ko missiyadakı tarazlığın ı pozmağa və nazirliyin layihəsini təkrar
mü zakirəyə qaytarmağa cəhd göstərdi. Lakin təklifi uğur qazan madı və "Müsavat"ın layihəsi əsas kimi saxlanıld ı. Bununla
belə, aqrar ko missiya Parla mentin ona verdiy i tapşırıqları yerinə yetirə bilməd i. Aqrar qanun layihələrindən heç biri qanun
statusu almadı. Aqrar islahatın keçirilməsi mü mkün olmadı. Azərbaycan Xalq Cümhuriyyətinin varlığı üçün ən vacib
məsələ lərdən biri hə ll olun madı. Bundan istifadə edən sosialistlər fra ksiyası və AK(b)P əhali içərisində narazılığ ı art ırmaq
üçün öz pozuculuq fəaliyyətlərini daha da genişləndirdilər və Aprel isğalı (1920) ərəfəsində Azərbaycan Cü mhuriyyətinin
devrilməsi üçün əlverişli zə min yarada bildilə r.
Əd.: Azərbaycan tarixi, 7 cilddə
:
c. 5, B., 2001; Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar),
1-2, B., 1998; Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001; Aзepбaйджанская Демократическая Pecnублика ( (1918-1920).
Законодательные акты (сборник документов), Б., 1998.
Dostları ilə paylaş: |