AXUNDOV Mə mmədsadıq Axund Molla Ruhulla oğlu (1887, Həştərxan - ?, Bakı) - ict ima i xad im, publisist, ma -
arifçi alim, tərcü məçi. Rusiya Sosial-demokrat Fəh lə Partiyası "Hü mmət" təşkilatının fəal ü zvlərindən biri. Ruhani-müəllim
ailəsində doğulmuşdur. Bakıda 2-c i dərəcə li rus-müsəlman məhəllə mə ktəbini (1902), sənət mə ktəbini (1903) b itirmişdir.
Məhəmməd Əmin və Mə mmədəli Rəsulzadələrin, Sey id Hüseyn Sadıqzadənin yaxın qohumu olan A xundov 1911
il martın 19-da panislamizmin təbliğində ittiham olunaraq həbs edilmişdir. Evində axtarış zamanı panislamizmin təbliği ilə
bağlı heç b ir fakt aşkar edilmədiy inə görə iki aydan sonra azad o lunmuşdur. A xundov Azərbaycan Xalq Cü mhuriyyəti
illərində mü xtə lif ictima i işlərdə ça lış mış, "Nov xanı" adlı istehlak cə miyyətin in sədri olmuş, "Mərkə zi müsəlman valideyn
şurası"nın katibi seçilmişdir.
Jurnalistlik fəaliyyətinə "İrşad" qəzetinin redaksiyasında başla mış, "Təka mü l", "Tərəqqi", " Yeni Füyuzat", "Tə zə
xəbər" və b. mətbuat orqanlarında işlə miş, mü xtəlif mövzu larda məqalələ r dərc etdirmişdir. "Ümu mi mənfəətli cib
dəftərçəsi və müsəlmani-ru mi təqvim" (1910) tərt ib etmiş, Azə rbaycan dilin in qra mmatikasına dair iki hissədən ibarət
"Rəhbəri sərf‖ (Qafur Rəşad Mirzə zadə ilə birlikdə) adlı dərslik (1910-17) ya zmış, "Ze mstvo nədir, ca maatdan ötrü nə iş
görmüşdür və Zemstvo nə cür gərək olsun?" (İ.P.Belokonski, 1909), "Əlibaba və qırx quldur" və s. əsərləri tərcü mə etmişdir
(1910-16).Tanın mış ruhani, ictimai xadim və yazıçı olan atasının 1912 ildə qətlə yetirilməsi ilə ə laqədar mətbuatda dərc
olunmuş materiallardan ibarət "Şəhid mərhu m Fazil Əlhac Molla Ruhulla A xundun əhvalatına dair məcmuədir" kitabını nəşr
etdirmişdir (1913).
Əd.: Azərbaycan kitabı (biblioqrafiya), 3 cilddə, c.l, B., 1963.
AXUNDOV Mirzə Əbdülxalıq Hacı Abdulla oğlu (1863, Bakı - 1950, Tehran) - ictima i
xadim, yazıçı, publisist, ilk azərbaycanlı tibb elmləri doktoru. Bakıda məd rəsədə və gimnaziyada təhsil
almış, Alman iyanın Erlangen şəhərində tibb universitetini (1888) bitirmişdir. Gö z bəbəyinin klin iki
tədqiqi əsərinə görə tibb doktoru adın ı a lmışdır. Əsər iki sonra Erlangendə ayrıca kitab şəklində
çapdan çıxmışdır. Vətənə qayıtdıqdan sonra Axundov Azərbaycanda ictimai həyatın yeniləşməsi
uğrunda mübarizəyə qoşulmuş, Bakıda gö z xəstəlikləri məntəqəsi açmağa təşəbbüs göstərmiş, bununla
hazırda Ba kıdakı göz xəstəxanasının əsasını qoymuşdur. O, hə min dövrdə 10 əsr görkə mli Şərq əttarı
Əbu Mənsur Müvəffəq bin Əli əl-Hərəv inin əsərini klassik ərəb dilindən alman d ilinə tərcü mə edərək,
onu geniş şərhlərlə 1892 ildə Derpt (Estoniyanın Tartu şəhəri) Universitetində tibb elmləri doktoru alimlik dərəcəsi almaq
üçün dissertasiya kimi müdafiə etmişdir.
Əsər bir il sonra Derpt Universitetinin " Əsərlərin"də, həm də A lmaniyanın Halle şəhərində ayrıca kitab şəklində çap
olunmuş, uzun müddət rus və Avropa farmako loqlarının stolüstü kitabına çevrilmişdi. A xundov 19 əsrin sonu - 20 əsrin
əvvəllərində Bakıda müasir üslübda kitab xana, xəstəxana, mətbəə, apteklər, xey riyyə cəmiyyətləri yaratmış, milli
özünüdərkin yüksəlməsi uğrunda geniş maarifçilik işləri aparmışdır. 1901 ildə ailə-məişət mövzusunda "Əvvəli hənək, axırı
120
dəyənək" adlı pyesi çapdan çıxmış və səhnədə oynanılmışdır. 1909-10 illə rdə "Molla Nəsrəddin" jurnalının ictima i
ideallarını əsas götürən "Zənbur" adlı satirik jurnal nəşr etdirmişdir.
Azərbaycan demokratik fikrin in görkə mli nü mayəndələri Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əlabbas Müznib, Abbas
Səhhət, Əzim Əzimzadə və b. jurnalın ətra fında cə mlənmişdi. A xundovun özünün bu jurnalda "Palazqulaq", "Zorba",
"Cümləqayğu", "Sövdüməli-Dünyamalı", " Vərzad", "Toxmaq", "Çərənçi" və s. imzalarla şeirləri və publisistik yazıları
çıxmışdır. Onun "Zənbur"da nəşr olunan əsərlərində Azərbaycan xalq ının ictimai-siyasi və sosial problemlərindən geniş
söhbət açılırdı. Yazıların ın birində o, Rusiya Dövlət dumasının şovinist deputatı Purişkeviçin "Rusiyada ruslardan başqa heç
kəs ola bilmə z!" sözlərini misal çəkə rək, onun müstəmləkə xa lqla rına düşmən münasibətini p isləyird i.
20 əsrin əvvəllə rində Azə rbaycanda müasir tibb elmin in xa lq kütlə ləri içərisində təbliğində A xundovun xid mət i
böyükdür. Onun 1914-19 illərdə çap etdirdiyi "Müalicə kitabı" (1914), "Uşaq hifz səhiyyəsi" (1916), "Həzm üzv lərinin
azarları" (1919) və digər əsərlərindən geniş istifadə olunmuşdur.
Əbdülxalıq A xundov 20 əsrin əvvəllərində Bakıda vəba və cüzam xəstəlikləri ilə mübarizə aparmış,vəbaya qarşı
mübarizədə göstərdiyi qeyri-adi fədakarlığa görə ona "əsilzadə zadəgan" fəxri titulu verilmiş, o, Bakı şəhər idarəsinə
deputat seçilmişdi. A zərbaycanda universitet açılmasına illərlə səy göstərmişdir.
Axundov Azərbaycan Xa lq Cü mhuriyyəti dövründə -1919 ildə yenidən çıxard ığı "Zənbur" jurnalında A zərbay-
canın milli istiqlalını müdafiə etmiş, ona əks qüvvələri tənqid etmiş və onlara qarşı mübarizə aparmışdır. Aprel işğalının
(1920) ilk günlərində bolşeviklə r tərə findən imarət ləri və var-dövləti gö zlə ri qarşısında vəhşicəsinə talan edildikdən sonra o,
bolşevik zorakılığına etiraz əlaməti o laraq N.Nərimanovdan rəsmi icazə alıb, İrana köçmüşdür. Əvvəlcə Rəştdə, sonra isə
Ərdəbildə və Tehranda yaşamış, həkimliklə məşğul olmuşdur. Bəzi məlu matlara görə, 30-cu illərdə şah sarayının daimi
məsləhətçisi o lsa da, saraya yaxınlıq et mə mişdir. Tehranda vəfat etmiş və İran ın ən məşhur adamlarının dəfn o lunduğu Qum
şəhərində torpağa tapşırılmışdır.
Əd.: Ağayev İ., Satirik "Zənbur" jurnalı, B., 1969; yenə onun, Bir taleyin tarixi, "Azərbaycan" jurnalı, 1991, № 6
.
AXUNDOV (A x u n d z a d ə) Mirzə Məhə mməd Mirzə Kərim oğlu (1875, Gəncə - 1923, Gəncə) - maarif və teatr
xadimi, yazıçı, filoloq alim. Ruhani ailəsində doğulmuşdur. İlk savadı atasından almış, Şah məscid indəki mədrəsədə, şəhər
gimnaziyasında oxu muşdur (1882-94). Gəncə sənət mə ktəbində və ―Məktəbi-ruhaniyyə"də müəllimlik et mişdir (1894-
1908). Gəncədə ―Sənayeyi-nəfisə" ədəbi dərnəyin in "Nəşri-maarif‖ cə miyyətini "Difai" təşkilat ının yarad ılmasında iştira k
etmişdir. 1908 ildə evində axtarış aparılmış. "bir mauzer tüfəng və bir tapança", "Difai" təşkilatına məxsus möhür tapılmış,
həbs edilərə k beş il Za kaspi vilayətinə sürgün olunmuşdur. Zakaspidən polis nəza rəti alt ında İrana
aparılmışdır. Orada Səttar xan hərəkatında iştirak etmişdir. Qü rbətdə ikən Əli Nəzmiyə göndərdiyi
"Nələr çə kdim bu qürbətdə, əzizim" mənzu m mə ktubunda Axundov sürgün həyatının ağırlığından və
əzablarından bəhs etmişdir.
1913 ildə sürgündən qayıtdıqdan sonra siyasi, pedaqoji və ədəbi fəaliyyətini dava m
etdirmiş,1917 ilin iyununda "Müsavat"la "Türk Ədəmi-Mərkəziyyət Partiyası"nın birləşmə
qurultayında yaradılmış ilk Mərkəzi Ko mitənin üzvü olmuşdur. 1918 il iyunun 16-da Tiflisdən
Gəncəyə köç müş Azərbaycan Xalq Cü mhuriyyəti Höku mət inin işinin təşkilində A xundov fəal ro l
oynamışdır. 1918 ilin sentyabrında Höku mət üzvləri ilə birlikdə Bakıya köçmüş, burada birləşmiş
"Türk Ədəmi-Mərkəziyyət Müsavat" partiyasının katibi işləmişdir. A xundov partiya işinin təşkilinə və
partiyadaxili ziddiyyətlərin aradan qa ldırılmasına böyük ə mək sərf et mişdir. "İstiqla l" qə zetində dərc olun muş "Firqə
həyatı" başlıqlı bir xəbərdə deyilird i: "Gə ncədə təşkilat mərkəziyyətində işləyən camaat firqə xadimlərimizin əksərən
Bakıya köçmələrindən naşı məəttəl bir halda idi. Fevral ayının 2-dən etibarən mərkəzi komitə tərəfindən məxsusi sürətdə
göndərilən mərkəzi komitə katibi Mirzə Məhəmməd Axundzadə cənabları ilə Məhəmmədbağır Şeyxzamanov cənabları
tərəfindən Gə ncə komitəsi təkrar təşkil edilmişdir" ("İstiqlal" qəzeti, 1919, 26 şubat, №3). Aprel işğalından {1920) sonra
Axundov Gəncəyə dönmüş, uşaq evində müdir və seminariyada müəllim işlə mişdir.
Axundov yaradıcılığa 19 əsrin 90-cı illərində başlamış, mü xtəlif janrlarda əsərlər yaratmışdır. Maarifçilik ideya-
larının yayılmasında teatrın rolunu yüksək qiy mətləndirən A xundov dramaturgiyaya önəm vermiş, məişət möv zusunda
"Məhəbbətsizlik, ya xud ata-ananın təqsiri", "Analıq", " Yaşına-yaşına, çıxd ı ocaq başına", "Sonrakı peşmanç ılıq
121
fayda vermə z", tarixi möv zuda "Səd Vəqqas" pyeslərini, "Röya m, ya xud həqiqətə təsadüf‖ əsərini yazmışdır. Poe ziya
Axundovun yaradıcılığında xüsusi yer tutmuşdur. 1906 ild ən başlayaraq " Yoncasatan", "Mollapərəst", "Hacıkəndli",
"Hatif‖, "Qeybi", " Gəncə şairi", " Nadi" və digər imzalarla "Molla Nəsrəddin" jurnalında kəskin satiralar dərc etdirmişdir.
Əsrin hadisələrinə həssas münasibət bəsləmiş, "Şərqi-Rus", "Həyat", "İrşad", "İqbal", "Açıq söz" və s. dövri nəşrlərdə
mü xtəlif problemlərə dair publisist yazılar dərc etdirmişdir. Ədib in 20 əsrin əvvəllərində Gəncədə baş verən ictimai
proseslərə dair pole mik məqa lələ ri, sürgündən göndərdiyi "Qürbət mə ktubları" xüsusi ma raq doğurmuşdur. Məktəblə rin
dərsliklərlə tə min o lunmasına xeyli ə mək sərf et miş, "Sərfi-türki" (1896), "Əqa idül-müslimin" (h.I-II, 1908) kitablarınə nəşr
etdirmişdir. Ədəbiyyatşünas və sənət nəzəriyyəçisi kimi A xundovun xid mətlə ri xüsusilə böyükdür. O, Niza mi ("Şey x
Niza mi", 1909) və teatr sənəti ("Teatro nədir", 1909) haqqında ilk monoqrafiyaların müəllifidir. Folklor nü munələrini
toplayıb, nəşr etdirmişdir ("Məclis yaraşığı", 1910). Türk dramaturg iyası nümunələrinin (N. Kamalın " Vətən, yaxud
Silistrə", Bedrəddin Həsənin "Nəda mət" pyesləri), U.Şekspirin " Venesiya taciri", N.V.Qoqolun "Evlən mə" pyeslərin i ilk
dəfə Azərbaycan dilinə tərcü mə et mişdir.
Əsərləri: Teatro nədir, "Azərbaycan incəsənəti", c.ll, B., 1965; Dram əsərləri (transliterasiya, tərtib edəni və ön sözün müəlifi
f.e.n. R.Sadıxov), B., 2003.
Əd.: Muradov C, Unudulmuş sənətkar, ADU-nun "Elmi əsərləri" (Dil və ədəbiyyat seriyası), 1969; Şükürov S., Gəncə
məktəblərinin tarixindən, B., 1990; M əmmədov X., M irzə M əhəmməd Axundov, "Ana sözü" jurnalı, 1992, № 1, 2; № 5-6.
AXUNDOV Murtuza (?-?)- A zərbaycan milli a zad lıq hərə katın ın fəal iştira kç ıla rından biri. Azə rbaycan Xalq
Cü mhuriyyəti Parlamentin in ü zvü. A zərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında
qanun"una (1918,19 noyabr) əsasən, Quba şəhərindən Cümhuriyyət Parla mentinin tərkibinə da xil edilmişdi. Parla mentdə
"Müsavat" və bitərəflər fraksiyasını təmsil etmişdir.
AXUNDOV Ruhulla Əli oğlu (13.1.1897, Bakı ya xınlığındakı Şüv əlan k. - 1938) - siyasi və dövlət xadimi,
publisist, alim. Müəllim ailəsində doğulmuşdur. Mədrəsədə, realnı məktəbdə, ticarət məktəbindəo xu muşdur. İngilis, fransız,
fars və s. d illəri öyrən mişdi. Əmə k fəaliyyətinə 1916 ildən "Orucov qardaşları mətbəəsi"ndə başlamış,
korre ktor, tərcü məçi işlə mişdir. Siyasi fəaliyyətə 1917 il Fevral inqilab ından sonra başlamış, "sol"
sosialist-inqilabçılar (eserlər) q rupunun fəal üzvü olmuşdur. 1918 ildə "Bakı ətrafı fəhlə , əsgər və
matros deputatları şurasının əxbarı" qəzetinin redaktoru idi. Zaqafqaziya, Dağıstan və Türküstan
həmkarlar itt ifaqla rı qurultayının işində fəal iştirak et miş (1919, apre l), quru ltayda bolşeviklərə
tərəfdar ç ıxmış "Mən sizi qızıl Moskva ilə yan-yana getməyə çağırıram", - de mişdir. 1919 ilin
may ında "Hümmət"ə daxil o lmuşdur. Həmin ilin avqustundan nəşrə başlayan "Kommunist"
(Azərbaycan dilində) qə zetin in ilk redaktoru, hə m də "Hürriyyət" qəzetinin redaktorla rından biri
idi.
1919 ilin yayından bolşevik part iyasının əsas sənədlərini A zərbaycan dilinə tərcü mə et mişdir.
AK(b)P-ni yarat maq haqqında RK(b)P M K-da məru zə et mə k üçün 1920 ilin yanvarında bir qrup ko mmunistlə Moskvaya
getmişdir. Aprel işğalından (1920) sonra Azərbaycan Ko mmunist (bolşeviklər) Pa rtiyası Mərkə zi Ko mitəsinin kəndlərdə iş
üzrə şöbə müdiri, AK(b )P Bakı Ko mitəsinin katibi, "Bakinski raboçi" və "Ko mmun ist" qəzetlərinin redaktoru, 1924-30
illərdə AK(b)P MK katib i, Azə rbaycan SSR xalq maarifi ko missarı, "Azə rnəşr"in dire ktoru olmuş, 1930 ildə ÜİK(b )P
Zaqafqaziya ö lkə ko mitəsinin katibi seçilmişdir. AK(b)P daxilində "sol" qrupun nümayəndəsi kimi milli məsələdə N.
Nərimanova qarşı çıxmışdır.
Ömrünün son illərində SSRİ EA-n ın A zərbaycan filialında, AK(b)P MK yanında Partiya Tarixi İnstitutunda
işləmiş, Azərbaycan SSR XKS yanında İncəsənət işləri idarəsin in rəisi olmuşdur. V.İ.Lenin in əsərlərin in A zərbaycan dilinə
ilk tərcü məçilərindən id i. Azə rbaycan dilində siyasi terminologiya yarad ılmasında və yeni ə lifbaya keçilməsində fəa l iştira k
etmişdir. Tarix, ədəbiyyat və incəsənətə dair bir sıra əsərlərin müəllifi, ikicild lik " Rusca-türkcə" lüğəf‖in (1928-29)
tərtibçilə rindən biri və reda ktoru olmuşdur. Repres siyaya məru z qalmış, M .Ə.Rəsulzadənin təbirincə "Azə rbaycanın
sovetləşdirildiyi ilk gündən başlayaraq müsavatçılıq və panturanizmə qarşı amansız mübarizə aparan Ruhulla Axundov
"pantürkizmin zəhərli bir nümayəndəsi və "Müsavat" partiyasının zavallı bir aqenti" kimi günahlandırılmışdır.
Əd.: M ədətov Q., Ruhulla Axundov, B., 1957; Ашнин Ф. Д., Алпатова В.М., Дело Рухуллы Ахундова, «Восток»,M., 2000,
№ 2.; Агамалиева Н., Худиев Р., Азербайджанская Республика. Страницы политической истории 1918-1920 rr., B., 1994.
AXUNDOV Süley man Sani, A xundov Süley man Rzaqulu oğlu (21.8.1875, Şuşa - 29.3.1939,
Bakı) - yazıçı, maarif xad imi. Bəy ailəsində doğulmuşdur. Qori Müəllımlər Seminariyasını
bitirmişdir (1894) Bakıda 3-cü "rus-müsəlman" məktəbində (1894-97; 1901-05)müəllim, 4-cü "rus-
müsəlman" məktəbində (1911-18), A zərbaycan Xalq Cü mhuriyyəti dövründə (1918-20) 4-cü türk
mə ktəbində, sovet hakimiyyəti illərində 77 saylı 1-c i dərəcəli mə ktəbdə (1920), 19 saylı məktəbdə
(1921-35) müdir işlə mişdir. 1920 ilin iyununda N.Nərimanovun təklifi ilə Şuşaya göndərilmiş, dövlət
hərbi ləvazımat ını hesaba alan ko missiyada, ilk sovetlərin təşkilində iştira k et miş, 1921 ildə Qarabağ
vilayət inqilab ko mitəsi xa lq maarifi şöbəsinə (1920, 9 avqust - 1921, fevra l) rəhbərlik et mişdir.
Axundov Qafqaz müsəlman müəllimlərinin Bakıda I (1906) və II (1907) qurultaylarında iştirak etmiş, Fərhad
Ağazadə və Abdulla bəy Əfəndizadə ilə tərtib etdiy i əlifba layihəsini mü zakirəyə çıxarmış, idarə heyətinin qərarı ilə "İkinci
122
il" dərsliy inin tərtibi işinə cə lb o lunmuşdur. Ba kı teatr truppasında, "Nicat" cə miyyətin in teatr bö lməsində aktyorluq
etmişdir. Bəd ii yaradıcılığa 19 əsrin axırlarında "Tamah kar" ko mediyası ilə başlamış, Birinci rus inqilabı illərində azad lıq
ideyalarını, xalq hakimiyyətini tərənnü m edən "Qonaqlıq", "Yu xu", "Kövkəb i-hürriyyət", "Tutuquşu" hekayələrin i yazmış,
Şəmsəddin Samin in istibdada qarşı xalq üsyanını təsvir edən "Dəmirçi Gavə" pyesini tərcümə etmişdir. 1913-14 illərdə
"Qorxulu nağıllar" hekayələr silsiləsini yaratmışdır. Sovet hakimiyyəti illərində bədii nəsr ("Qan bulağı", "Cəhalət qurbanı",
"Namus", "Ümid çırağı", "Nə üçün", "Zarafat", "Mister Qreyin köpəyi", "Qatil uşaq", "Molla Qasım"), dramaturgiya
("Laçın yuvası", "Eşq və intiqam") sahəsində çahşmışdır.
Əsəri: Seçilmiş əsərləri, 2 cilddə, B., 1968.
Əd.: Vəliyev M.,Süleyman Sani Axundov, B., 1956; Vəlixanov N., Süleyman Sani Axundov, B., 1968; Mirəhmədov Ə.,
Mükafatını vicdanından almışdır.,., "Azərbaycan" jurnalı, 1975, №12; M əmmədov X., S.S.Axundov haqqında yeni materiallar,
"Azərbaycan müəllimi" qəzeti, 1975, 19 dekabr.
AXUNDZADƏ Cavad Məhəmmədəli oğlu (?-?)-şair, müəllim və A zərbaycan Xalq Cü mhuriyyəti dövrünün
ictima i xadimi, A zərbaycan Respublikası Dövlət himn i mətninin müə llifi (ba x Əhməd Cavad)
AXUNDZADƏ Hacı Səlim Mirzə İsmayıl Qasir oğlu(1872, Lən kəran - 15.12.1930, İran, Ən zəli) - ictimai-siyasi
xadim, A zərbaycan Xalq Cü mhuriyyəti Parla mentin in üzvü. ―Müsavat‖və bitərəflər fraksiyasını tə msil et mişdir. İlk təhsilini
atası, şair Mirzə İsmay ıl Qasirin (1805-1900) Lənkəranda açd ığı üsuli-cədid məktəbində almış, sonra gimnaziyada
oxu muşdur. Daha səkkiz il Ərdəbildə, Zəncanda, Nəcəfdə təhsilini davam etdirmiş, ilahiyyat elmlərinə
yiyələn mişdir. Lən kərana qayıtdıqdan sonra, ş əhər polis idarəsində, sonralar isə mü lkədar Əskər xan
Talışinskinin yanında katib işləmiş, b ir müddət mollalıq etmişdir. 1911 ildən şəhər gimnaziyasında
şəriətdən və fransız dilindən dərs demişdir. 1915 ilin əvvəllərində Türkiyəyə getmişdir. 1917 ilin
yayında vətənə qayıtdıqdan sonra "Türk Ədəmi-Mərkəziyyət "Müsavat" partiyasına daxil olmuşdur.
Partiyanın birinci qurultayında (1917, 26-31 oktyabr) iştirak etmiş, Zaqafqaziya ko missarlığında fəa-
liyyət göstərmiş, Zaqafqa ziya seyminin Müs əlman fra ksiyasının üzvü olmuşdur. Axundzadə Azərbaycan
Milli Şurasının ü zvü id i. 1918 ildə daşnak cəllad ı Andronik Zəngəzurda azərbaycanlı əhalin i
amansızcasına qətlə yetirdikdə, A xundzadə mahalın erməni quldurlarından təmizlən məsində önəmli
fəaliyyət göstərmişdir. A xundzadə Azə rbaycan Xalq Cü mhuriyyəti Pa rla ment inin üzvü seçilmiş,
"Müsavat" partiyasının ikinci qurultayında (1919, 2-11 dekabr) yaxından iştirak etmişdir. A zərbaycan
Xalq Cü mhuriyyəti dövründə Bakıda və Azərbaycanın digər bölgəIə rində həyata keçirilən mədəni-maa rif tədbirlərinin
təşkilatçıla rından olmuşdur. Aprel işğalından (1920) sonra İranın Ənzə li şəhərinə köç müş, orada hökumət mə ktəbində şəri-
ətdən dərs demişdir. A xundzadə İrandakı müsavatçıların fəaliyyətinə rəhbərlik edənlərdən olmuşdur.
Əd.: Əliyev M, Hacı Səlim Axundzadə, "Odlar yurdu" qəzeti, 1990, № 24; Oruclu M., Azərbaycanda və mühacirətdə Müsavat
partiyasının fəaliyyəti (1911-1992), B., 2001.
AXUNDZADƏ (A xundov) Mirzə Fətəli Məhəmmədtağı oğ lu (12.7.1812, Şəki - 10.3.1878, Tiflis) - ictimai xadim,
yazıçı, mütəfəkkir. Azərbaycan dramaturgiyası, bədii nəsri, ədəbi tənqidi və publisistikasının banisi, Şərqdə milli azad lıq
ideyalarının ilk təbliğatçısı. Mollaxanada o xu muş, atalığı A xund Hacı Ələsgərdən, gəncəli Mo lla Hüseyn Pişnamazzadədən,
şair Mirzə Şəfi Vazehdən xüsusi dərslər almış, fars dillərini, xəttatlığı, şəriət elmlərin i öyrənmişdir.
1833 ildən Nu xa (Şə ki) qəza mə ktəbinə da xil o lmuş, bir il rus dilində təhsil a lmışdır. A xundzadə
1834 ildə A xund Ələsgərin təşəbbüsü ilə Tiflisə köçərək Qafqa z can işinliyi Baş idarəsin in dəf-
tərxanasında mü lki işlə r ü zrə baş tərcüməç inin kö mə kçisi, 6 aydan sonra is ə tərcüməç i işlə mişdir.
1852 ildə Qafqa z canişinin in baş tərcüməçisi, 1858 ildə canişinliyin Baş siyasi idarəsinin
tərcüməç isi təyin olunmuş, Rusiya ilə İran və Türkiyə arasında məsul diplo matik danışıqlarda və
inzibati tədbirlərin həyata keçirilməsində iştira k et mişdir. 1836-40 illə rdə Tiflis qəza məktəbində
Azərbaycan və fars dilləri müəllimi işlə mişdir. A xundzadə Tiflisdə diyarın elmi təşkilatla rın ın
işində fəal iştirak etmiş, 1851 ildən Rusiya İmperator Coğrafıya Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi
üzvü seçilmiş, 1864 ildən Qafqaz arxivlərini tədqiq edən "Qafqaz Arxeoqrafiya Ko missiyası"nın
tədqiqat işlərinə cəlb edilmişdir. 1873 ildə ona polkovnik rütbəsi verilmişdir. Ömrünün sonunda
siyasi etibarsızlıqda ittiham edilərək işdən çıxarılmışdır.
Axundzadə məsul dövlət işlərin i yerinə yetirmə klə yanaşı, bədii yaradıc ılıq la da məşğul olmuş, 1850-55 illə r
arasında mövzusu xalq həyatı və məişətindən alınmış "Hekayəti-Mo lla İbrahimxəlil kimyagər", "Hekayəti-Müsyö Jordan
həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur", "Sərgüzəşti-vəziri xani-Lənkəran", "Hekayəti-xırs quldurbasan",
"Sərgüzəşti mərdi-xəsis" ("Hacı Qa ra"), "Mürafiə vəkillə rin in hekayəti" adlı a ltı
123
Ko mediya, 1857 ildə "Aldanmış kəvakib" povestini yazmaqla Azərbaycan ədəbiyyatında yeni mə rhələnin başlan-
ğıcını qoy muş, realizmin ədəbi prosesin əsas yaradıcılıq metoduna çevrilməsi uğrunda yorulmadan mübarizə aparmışdır.
Axundzadə "Fehristi-kitab", "Nəzm və nəsr haqqında", "Mollayi Ru min in və onun təsnifin in babında", "Kritika. Yü ks ək
İranın "Millət" qəzetinin münşisinə", "Mirzə Ağanın pyesləri haqqında kritika", "Tənqid risaləsi" məqalələrində və
mə ktublarında yeni dövrdə müsəlman Şərq i xalq ları ədəbiyyatının in kişaf yollarını müəyyənləşdirmişdir. "Puşkinin
ölümünə Şərq poeması", "Zakirə məktub‖ ları, " Yeni əlitba haqqında mənzu mə"si və s. şeirləri ona yüksək istedada malik
şair şöhrəti gətirmişdir. "Kəmalüddövlə məktubları"nda islam ölkələrində iqtisadi və mədəni tərəqqi yolunda bu xova
çevrilən fanatizmin kökləri açıqlan mış, xalq ı xoşbəxtliyə aparan yollar göstərilmiş, kapitalizm dövründə tərəqqi hərəkatının
banisi və başçısı kimi tarixin yaddaşına həkk olun muşdur.
Axundzadə A zərbaycan xalq ının tarixi taleyində həlledic i rol oynayan mürəkkəb və zidd iyyətli b ir ta rixi
mə rhələnin əvvəlində fəa liyyətə başla mışdır. O, əski Şərq feodal-patriarxal həyat tərzinin dağılmağa, müasir Qərb burjua-
kapitalist münasibətlərin in formalaşmağa başladığı Azərbaycan mühitində islahatçı kimi formalaşmışdır. Tarix
M.F.A xundzadənin qarşısında olduqca çətin b ir vəzifə-inzibati cəhətdən Rusiya imperiyasına tabe olan, rus təbəəliyin i və
vətəndaşlığını qəbul edən, la kin mənəvi cəhətdən orta əsrlər Şərq zehniyyətinin təsirindən xilas o la b ilməyən
həmvətənlərinin yeni dövrdə inkişaf yollarını müəyyənləşdirmək, mədəni tərəqqi p roqra mın ı işləyib ha zırla maq və zifəsini
qoymuşdu. "Həra mibaşıların tayı olan" müstəbid hökmdarların, zalım mü lkədarla rın, d ini istibdadın, ruhanilərin zülmü
altında əzilən, mənəvi korluq üzündən ərəblərin "ölülərinə bəndəçilik etməklə fəxr edən" "Şərq məzlu mların ı cəhalət
qaranlığından elmin işıqlığ ına çıxarmaq", "əsarətdə və zindanda olan fikirləri azad etmək", cəmiyyətdə "təfəkkür sahiblərinə
yol açmaq", ü mu miyyətlə, bəşəriyyətə xid mət göstərmək mütəfəkkirin sosial tərəqqi üçün tərtib etdiyi məramnamənin əsas
müddəalarını təşkil edirdi. O, məktublarından birində məramını açıqlayaraq yazırdı: "Mənim məqsədim islam xalqlarını
sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadhğı, rifahı və sərvətinin artması
üçün islamiyyətdən əvvəl babalarımızın malik olduğu şan və şöhrətinin bərpa edilməsi iiçün ədalətə rəvac verməkdir".
(Əsərləri, 3 cilddə, c.3, B., 1962, s.340-341).
Məqsədini həyata keç irmək uğrunda mübarizədə A xund zadə kapitalizmin inkişafı ilə təşəkkü l tapan, əq li və
mənəvi həyatın bütün sahələrinə işıq gətirən təzə əsrin məfkurəsinə, maarifç ilik fə lsəfəsinə əsaslanır, köhnə dünya və onun
əzici qanunlarına, cəhalət və nadanlıq səltənətinə onun şüarları ilə hücu ma keçir və bu yolla qələbə çalacağına inanırd ı.
Məktublarında mübarizə üsullarından söhbət açaraq yazırdı: "Mə n xalqımın elə bir üzvüyəm ki, fikrim,
124
dəvat və qələmimdən başqa bir şeyə əlim çatmır və əlimdən gələn işi görmüşəm
" (y e n ə o r a d a, s.130).
O, yeni
dövrün mütərəqqi fikirlərindən, xüsusilə 18 əsr Avropa filosofların ın, 19 əsr rus inqilabçı demokratlarının mübarizə vasi-
tələri və üsullarından istifadə etmək və əqidələ rin i yaymaq la müsəlman cəmiyyətinin dünyaya baxışında dönüş yarada-
cağına, xalq ı mənəvi intibaha gətirib çıxaracağına inanırdı. Məktublarından birində yazırdı: "Kəmalüddövlənin müəllifi də
Avropa filosoflarının əqidəsində olan bir adamdır. Yəni, liberaldır. Tərəqqi və mədəniyyət tərəfdarlarından sayılır. Onun
məqsədi bundan ibarətdir ki, xalqın içərisində bütün siniflərə mənsub olan adamlar elmlərin və sənayenin tərəqqisinə
nail olsunlar. Bu məqsədinə çatmaq üçün o, öz i mkanları daxilində, bir neçə vasitəyə əl atmalıdır... O istəyir ki, onun
xalqının qəlbində də qeyrət, namus, ədalət, bərabərlik, xalqı və vətənini sevmək hisslərinin toxumu əkilsin. O, xalqın
içərisində olan nifaq və ədavətin birlik və səmimiyyətə çevrilməsini, zəlillik, yoxsulluq və dilənçiliyin aradan
qaldırılmasını arzu edir"
(y e n ə o r a d a, s.275-276).
Ədib başqa bir məktubunda deyirdi: "Yeganə arzum budur ki,
müsəlman tayfaları da basqa xalqlar kimi savadlanmaq imkanı əldə edib, məişət işlərində məlumat sahibi olsunlar"
(y e
n ə o r a d a, s.85).
Dünyagörüşünün maarifçilik mərhələsində M.F.A xundzadə cəmiyyəti dəyiş mək, yeni bir dünya yaratmaq məsə-
ləsində mütərəqqi ideyala rın xa lq arasında təbliğ inə böyük ü mid bəsləyirdi. Bundan ötrü ədib elm və maarifin "yu xarıdan
tutmuş aşağıya qədər, kasıbdan tutmuş əşrafa qədər xalq ın bütün təbəqələri arasında istisnasız olaraq yayılması"nı birinci
şərt hesab edirdi. O, belə bir əqidədə idi ki, müasir mütərəqqi ideyaları təbliğ etməklə cəmiyyətin mənəvi həyatında dönüş,
ölkədə demo kratik qaydaların tətbiqi üçün zəmin yaratmaq mü mkündür. Onda "çoban da, əkinçi də, tacir də, əttar da
nazirlə rin malik o lduqları imkan və bacarığa ma lik" ola r.
Axundzadə vətəndaşların hüquqlarını onla ra başa salıb, " xalq ın dövlət başçılarının gördüklə ri tədbirlə rdə iştira kın ı
təmin et mə k üçün" maarifç ilik məra mna məsin i tətbiq et məy i, iqtisadi və mənəvi həyatın bütün sahələrində islahatlar
keçirməyi, ilk növbədə. əlifbanı dəyişməy i, məktəbi və ədəbiyyatı, mətbuatı əsrin faydalı fikirlərinin təbliğ indən ötrü
əlverişli hala salmağı başlıca şərt sayırdı. O, həmin tədbirlərin həyata keçirilməsi nəticəsində ü mu mxalq rifahı və azad lığının
təmin olun masına dərin ina m bəsləyir, bütün qüvvə və bacarığını bu a ma lın həqiqətə çevrilməsi uğrunda mübarizəyə sərf
edirdi.
M.F.A xundzadənin maarifç ilik mə ra mna məsində müsəlman xa lqla rın ın müasir dövrdə inkişafı üçün bütün təd-
birlər əhatə olunmuşdur. La kin o, ə lifbanın dəyişdirilməsini bütün bunların həyata keç irilməsi üçün tə mə l və başlanğıc
sayırdı. Böyük mütəfəkkir yazırd ı: "Təbiidir ki, dəmiryol sizin vətəninizi abad və asudə edəcəkdir. Lakin sizin xalqın tam
səadəti başqa şərtlər və başqa vəziyyətdən asılıdır ki, onların da ümumi ə sası elmləri inkişaf etdirməklə Kəmalüddövlənin
fikirlərini xalq arasında yaymaqdır. Bunların hər ikisi də əlifbanın dəyişdirilməsi ilə bağlıdır... Çünki bütün işlərin əsası
bilikdir; bilik isə əlifbanın asan olub-olmamasından asılıdır". Ona görə dərin ina mla yazırd ı: "Də miryolu vacibdir, lakin
köhnə əlifbanı dəyişdirmək ondan daha vacibdir. Teleqraf vacibdir, lakin köhnə əlifbanı dəyişdirmək ondan da vacibdir
(y e n ə o r a d a, səh.199).
Əlifbanm dəyişdirilməsi A xundzadənin maarifçilik məramnaməsində təkcə mədəni inkişafı
sürətləndirmək işinə xid mət göstərmirdi. O, ərəb əlifbasının dəyişdirilməsinə eyni zamanda din bayrağı altında xalqların
dövlətçilik ənənələrini dağıdan, mədəniyyətlərini məhv edən ərəb istilasının təzahürü saydığı mənəvi əsarətdən xilas olmaq
vasitəsi kimi ba xırd ı. O, ürək ağrısı ilə yazırd ı: "Ərəblər bizim minillik səltənətimizi zavala uğratdılar. Şan-şöhrətimizi
bada verdilər, vətənimizi xarabazara çevirdilər və biitün bunlara əlavə olaraq bizim boynumuza elə bir əlifba da
bağlamışlar ki, onun sayəsində hətta indi savad sahibi olmaq belə bizim üçün ən çətin işlərdən olmuşdur. Bu qövmiin
bizim başımıza gətirdiyi müsibətləri təsəvvürə gətirən hər bir həssas adamı ağlamaq tutur"
(y e n ə o r a d a, s.174).
19 əsrin ortalarından etibarən Qafqazda və digər müsəlman Şərq i ölkə lərində baş verən siyasi proseslər Axund-
zadənin görüşlərin in in kişafına ciddi təsir göstərirdi. O, maa rifçi de mokrat iyadan inqilab i de mokratiyaya doğru irə liləd i.
1864 ildə yazıb, ə lyazması halında dünyanın bir ço x ö lkə lərinə yaydığı "Kə ma lüddövlə mə ktubları‖nda cəmiyyəti
yeniləşdirmə k üçün inqilabi çevriliş ə ehtiyacın zəruriliy i ideyasını qavrayan Axundzadə be lə bir qənaətə gəlirdi ki, "bu
dünya başqa şəkil almasa", yəni cəmiyyətdə əsaslı dəyişikliklər baş verməsə, "insanların... bərabərliyi mü mkün" olmaz. O,
cəmiyyət üçün "tam azadlığ"ın zəruriliy i məsələsini irə li sürərək ya zırdı:
l
'Tam azadlıq iki növ azadlıqdan ibarətdir: birinci
ruhuni azadlıqdır, o biri cismani azadlıqdır". Onun fikrincə, xalq ın ruhani azadlığ ını din rəhbərləri, cis mani azad lığ ını isə
despot hökmdarlar əllərindən almışlar.
Görkəmli mütəfəkkir Volter, Russo, Monteskyö, Mirabo və Radişşev kimilərin didaktik moizələrinin cəmiyyətin
dəyişdirilməsinə yardım edə bilməyəcəyi haqqında qəti qənaətə gəlmişdi. O, mə zlu mları hakim təbəqəyə qarşı üsyana
çağıraraq yazırdı: ''Nəhayət, hazırkı əsrin əvvəllərinə yaxın Avropanın...filosofları... anlamışlar ki, ziilmä aradan
qaldırmaq üçün heç də zalıma müraciət etmək lazım deyildir. Bəlkə, əksinə, məzluma demək lazımdır ki, ey nadan, sən
ki, qüdrət, say və bacarıq cəhətdən zalımdan qat-qat artıqsan, bəs nə üçün zülmə qatlaşırsan? Qəflət yuxusundan oyan
və zalımın atasının goruna od vur"
(y e n ə o r a d a, s.258).
M.F.A xundzadənin maa rifç i de mokratiyadan inqilabi de mo kratiyaya qədər inkişaf edən görüşləri və cə miyyəti cəbr
yolu ilə dəyiş mək haqqında mülah izələ ri 19 əsrin sonu - 20 əsrin əvvəllə rində Şərqdə milli a zadlıq mübarizəsinin inkişafına
güclü təkan verdi. O, Cü mhuriyyətin qurulmasında da ideolo ji qida mənbəyi rolunu oynadı.
125
Əsərləri: Əsərləri, 3cüddə, B., 1958-62; Əsərləri, 3 cilddə. B., 1988.
Əd.: Cəfərov C, M.F.Axundovun dramaturgiyası, B., 1953; Qasımzadə F., MF.Axundov. Həyat və yaradıcıhğı, B., 1962;
M əmmədzadə H., M .F.Axundov və Şərq, B., 1971; M əmmədov N., M .F.Axundovun realizmi, B., 1978; Rəfili M ., M irzə Fətəli Axundov,
B., 1990; Talıbzadə K., Azərbaycan ədəbi tənqidinin tarixi, B., 1984; Гусейнов Г., Из истории общественной и философской мысли в
Азербайджане XIX вeкa, B., 1958; Мамедов Ш., Мировоззрение М.Ф.Ахундова,M., 1962; Джафаров Дж., М.Ф.Ахундов. Критика –
биографический очерк, M., 1962; Караев Я., Мирза Фатали Ахундов, B., 1987.
Dostları ilə paylaş: |