Teatr və musiqi. T e a t r. Azərbaycan Xalq Cümhuriyyətinin yaran ması milli teatrın fəaliyyətində də canlan maya
səbəb oldu. Dövlətin fəa l kö məyi və müda xiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət
dəyişikliklə ri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli a zadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəld i.
İctimai həyatda teatrın rolu artdı.
Əsası 1873 ildə qoyulmuş peşəkar Azərbaycan teatr sənəti 20 əsrin əvvəlində milli mədəniyyətin ən sürətlə irə-
liləyən sahələrindən idi. 1900 ildə Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliy i ilə ilk daimi teatr truppası yarandı. "Nicat"
mədəni-maarif cə miyyətinin nə zdində yaradılan teatr bölməsi (1906), qabaqcıl teatr xadimlə rin in bir truppada
birləşdirilməsi milli teatrın inkişafında mühü m ro l oynadı. 1912 ildən "Səfa" cəmiyyətinin teatr bölməsi fəa liyyət göstərirdi.
Azərbaycan teatr sənətinin korifeyləri Hüseyn Ərəblinski, Cahangir Zeynalov, M irzağa Əliyev, Hüseynqulu
Sarabski, Sidqi Ruhulla və b. ço x çətin şəraitdə fəa liyyət göstərsələr də, həqiqi xa lq sənəti uğrunda fədakarlıq la və ina mla
mübarizə aparırdılar.
Azərbaycan teatrının qabaqcıl nü mayəndələri cə miyyətin mütərəqqi qüvvələrinin yardımına a rxa lanaraq, teatrın
ideya-bədii səviyyəsini qaldırmaq və onu təşkilati cəhətdən möhkə mləndirmə k üçün pərakəndə teatr truppaların ın bir-
ləşdirilməsinə ça lışırdılar. Məh z bunun nəticəsində aktyorların yaradıc ılığ ının inkişafına, onların peş əkarlığ ının yük-
səldilməsinə qayğı göstərən "Müsəlman artistləri cə miyyəti" yaradıldı. Bütün bu truppalar milli dra maturgiyanın və dünya
dramaturg iyasının ən yaxşı əsərlərini uğurla tamaşaya qoyurdular.
Lakin 1918 il mart soyqırımı zamanı Bakıda olan teatr və aktyor truppaları pərakəndə hala düşmüş, demək o lar ki,
fəaliyyətlərin i dayandırmışdılar. Ya lnız A zərbaycan Xalq Cü mhuriyyəti qurulduqdan sonra Bakıda teatr truppalarının
yenidən təşkil olunmasına şərait yarandı. Cü mhuriyyət dövründə Bakıda fəaliyyətini bərpa et miş ilk truppa "Hacıbəyli
qardaşları" olmuşdur. Truppa tanınmış sənətkarlardan Hacağa Abbasov, Mirzağa Əliyev, Əh məd Ağdamski, Cəlil
Bağdadbəyov, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mu xtar Məhəmməd zadə, Rza Darablı, Sidqi Ruhulla, Ələkbər
Hüseynzadə, Məmmədtağı Bağırzadə, Bağır
96
Cabbarzadə, Əbülhəsən Anaplı, Əh məd Anatollu, M ir Mah mud
Kazımovski, Məğfurə xan ım, Yeva (Yevgeniya) Olenskaya, Semnur xanım Mina xanım və başqalarını bir yerə toplayaraq,
həftədə üç gün növbə ilə dra m, ko mediya, opera və operetta tamaşaları göstərir, repertuarın ı zənginləşdirmə k qayğısına
qalırd ı.
"Hacıbəyli qardaşları"nın teatr truppasında Əbdürrəhim bəy Haqverdiyevin "Dağ ılan tifaq", "Pəri-cadu", "Ağa
Məhəmməd şah Qacar", Şə msəddin Sa min in " Gaveyi-ahəngər", Sultan məcid Qən izadənin "A xşam səbri xey ir ola r", Mehdi
bəy Hacınskinin "Su ltan Əbdülhə mid in " xəl" i və ya xud zülm və istibdadın axırı", Cə fər Cabbarlın ın "Ənvər bəyin Ədirnə
fəthi", İsa bəy Aşurbəylinin "Azərbaycan" kimi dra m əsərləri, Üzeyir bəy Hacıbəylin in "Arşın ma l a lan", "O o lmasın, bu
olsun" ("Məşədi İbad"), "Ley li və Məcnun", "Əsli və Kərə m", "Şah Abbas və Xurşid banu", Zülfüqar Hacıbəylinin "Aşıq
Qərib", "Evliy kən subay", Müslüm Maqo mayevin "Şah İs mayıl" kimi opera ları və operettaları dəfə lərlə göstərilmişdir.
Cü mhuriyyət dövründə Azərbaycanın digər şəhər və qəzalarında da teatr truppaları təşkil olundu. Şuşada Hacıbəyli
qardaşlarının teatr müdiriyyətinin filialı yaradıldı.
Bu dövrdə tamaşaların göstərilməsi üçün daimi teatr binasının olmaması (musiqili tamaşalar şəxsi teatrların
səhnəsində göstərilirdi), mürtəcə qüvvələrin A zərbaycan teatrının tərəqqisinə əngəl törət məsi və s. çətinliklərə ba xma-
98
yaraq, ölkən in mədəni həyatı canlan ır, yenilik abhavası aydın hiss edilird i. Cü mhuriyyət Höku mətinin teatrın inkişaf
etdirilməsində məqsədyönlü işlərindən biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu. Azə rbaycan professional teatrının
tarixi 1873 ildən başlansa da, yalnız A zərbaycan Xa lq Cü mhuriyyəti dövründə Dövlət Teatrı statusu aldı.
Cü mhuriyyət Hö ku mətin in 1918 il 9 oktyabr tarixli qərarına əsasən teatr işi maarif nazirliyinin sərəncamına verildi.
Oktyabrın 18-də isə Höku mət Dövlət Teatrının təşkili haqqında xalq maarifi nazirinin məru zəsini d inləyərək, Mayılov
qardaşları teatrının binasını (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı) həmin teatr üçün almaq barədə
qərar qəbul etdi. Qəra rda Bakıda dövlət teatrın ın yaradılmasın ın vacib liy i və bunun üçün Mayılov qardaşları teatrı binasının
daha münasib olduğu nəzərə alınaraq, xalq maarifi nazirinə teatrın b inasını məcburi surətdə, lakin ədalətli qiy mətlə nazirliyin
sərəncamına almaq və bundan sonra onu Dövlət teatrı ad landırmaq tapşırılırdı. Azə rbaycan səhnə sənətinin xadimlə ri yeni
yaradılmış teatrın tərkib inə daxil oldular.
Azərbaycan Dövlət Teatrının aç ılışı və fəaliyyəti Xa lq Cü mhuriyyəti dövründə mədəni həyatın ən parlaq səhifə -
lərindən biri id i. Əgər bu va xta qədər "Hac ıbəyli qardaşları" truppası, əsasən, opera və operetta ta maşaları göstərmişdisə,
Dövlət Teatrı təşkil edildikdən sonra onun repertuarı zənginləş miş, Mirzə Fətəli A xundzadə, Nəriman Nərimanov,
Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı və digər
görkəmli dramaturqların əsərləri ilə yanaşı, dünya klassiklərinin əsərləri də səhnəyə qoyulmuşdur.
Dövlət Teatrın ın açılmasını, onun tarixi əhəmiyyətini və vəzifələrini, aktyorluq sənəti və teatr qarşısında meydana
çıxan b ir sıra məsələləri etraflı şəkildə işıqlandıran ictimai xadim, publisist Mirzəbala Məmməd zadə "Höku mət və teatro"
məqa ləsində milli və qüdrətli bir səhnəyə malik o lmaq üçün yüks ək səviyyəli əsərlər meydana qoya biləcək ya zıçıların,
həmç inin hə min səhnə əsərlərini mü kə mməl sənətkarlıq la xalqa çatdırmağa qadir olan aktyorların yetiş dirilməsini zəruri
sayır və onların hər ikisinin mövcud olduğunu bildirird i.
100
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə Dövlət Teatrının
binasında opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət
konsertlərlə yanaşı, mühü m dövlət tədbirləri də keç irilirdi. Dövlət
Teatrının pərdələri ilk dəfə 1918 il noyabrın 4-də Nəriman
Nərimanovun "Nadir şah" faciəsinin ta maşası ilə açıldı.
1919 il avqustun 22-də Bakı "Türk aktyorla rı ittifaqı"
idarəsi ilə "Hacıbəyli qardaşları" müdiriyyətinin birgə ic lasında
"milli səhnəmizi daha müntəzə m bir ha la salmaq" məsələsi
mü zakirə edilmiş, repertuardakı istər dramatik, istərsə də musiqili
əsərləri həyat gerçəkliyinə uyğunlaşdırmaq, müqtədir aktyor və
aktrisala r hazırla maq, onların peş əkarlıq səviyyəsini yüksəltmə k
məqsədilə dörd şöbədən ibarət "bədaye kursları"nın təsis edilməsi
qərara alın mışdı. Onun dra m şöbəsinə Abbas Mirzə Şərifzadə,
Hüseynqulu Sarabski, ko med iya şöbəsinə Mirzağa Əliyev, musiqi
şöbəsinə Zülfüqar və Üzeyir Hacıbəyli qardaşları, Müslü m
Maqomayev, Qurban Pirimov, ədəbiyyat şöbəsinə isə Əlabbas
Müznib və Rza Zəki müəllim təsdiq olunmuşdular. Kurslara
azərbaycanlı həvəskar aktyorla r, habelə mü xtəlif millət lərdən olan a ktrisala r cə lb edildilər.
Azərbaycan Höku məti müsəlman teatr truppasını ö z himayəsinə götürməyi qərara almışdı. Na zirlər Şurası 1919 il 17
noyabr tarixli iclasında maarif nazirinin türk opera-dram teatrının təşkili haqqında məruzəsini dinləyərək, Dövlət Türk
Opera-Dra m Teatrının yaradılmasın ı nə zərdə tutan qanun layihəsini bəyəndi və dövlət teatrının bərpası üçün 300 min 605
manat vəsait ayırdı. Be ləliklə, Azərbaycan türk teatrı milliləşdirild i və dövlətin himayəsinə verild i. Bağ lanılan müqavilələ rin
və dövlət xid mətin in şərtləri ilə tanış olmaq üçün aktyor və aktrisaların dövlət teatrına dəvət olunmasına başlandı.
Xalq Maarifi Nazirliyi teatrın inkişafına qayğı göstərərək, Parlamentə teatr ko llektiv ləri və d igər mədəniyyət
müəssisələri üzərinə qoyulmuş vergilərin ləğv olun ması barəsində məruzə təqdim etdi. Məruzədə həmin verg ilərin hədsiz
dərəcədə çox olmasını təsdiq edən faktlar göstərilirdi. Nəticədə, Parla ment teatr tamaşalarına və digər kütləvi ta maşalara
qoyulmuş dövlət vergilərini yarıbayarı azaltdı.
1919 il oktyabrın 24-də teatr mövsümünü A zərbaycan Dövlət Dram Teatrının opera və operetta truppası açdı. Par-
la ment və Höku mət ü zvlərin in iştira k etdiyi açılışda İsa bəy Aşurbəyovun "Azərbaycan " adlı tarixi pyesi böyük uğurla
oynanıldı.
Azərbaycan Xalq Cü mhuriyyətinin mədəniyyətin inkişafına göstərdiyi qayğı nəticəsində milli teatrın inkişafında
müəyyən nəzərəçarpan uğurlar qazanıldı. "Dəmirçi Gavə", "Nadir şah", "Ölülər", " Yağışdan çıxd ıq, yağmura düşdük",
"Bə xtsiz cavan", "Əlli yaşında cavan", "Şamdan bəy", "O olmasın, bu o lsun", "Ağa Məhəmməd şah Qacar", "Şah İsmayıl",
"Pəri-cadu", "Otello", "Qaçaqlar", "Dağ ılan tifaq", "Əlmənsur", "Hacı Qara", "Bədbə xt milyonçu", "Vətən, yaxud Silistrə",
"Ev tərbiyəsinin bir şəkli", " Evliykən subay", "Arşın ma l a lan" əsərləri milli teatrın repertuarında ən yaxşı ta maşalar idi.
Xeyriyyə ta maşala rın ın təşkili teatrın fəaliyyətində, b ir növ, ənənəyə çevrilir, "Azərbaycan" qəzetində hə lak olmuş
döyüşçü ailələrinin xeyrinə təşkil olunan teatr tamaşaları barəsində tez-tez elanlar verilirdi. Bu işdə Üzeyir və Zü lfüqar
Hacıbəyli qardaşlarının truppası xüsusi fəallıq göstərird i. Dövlət teatrının d irektoru Zülfüqar Hacıbəyli tərəfindən təşkil
edilmiş xey riyyə tamaşasından Azərbaycan ordusunun bölməsinə 22292 manat 80 qəpik pul vəsaiti köçürülmüşdü. Ağdaşda
yerli ziyalıların təşkil etdikləri xeyriyyə tamaşasından toplanmış vəsait Dağıstanın "Qızıl Aypara Cəmiyyəti‖nə
göndərilmişdi.
Azərbaycan teatrının repertuarında müstəqillik uğrunda mübarizə ta rixinə həsr olun muş dra m əsərlə ri mühüm yer
tuturdu. Mirzəbala Mə mməd zadənin "Bakı uğrunda müharibə", İsa bəy Aşurbəyovun "Azərbaycan", Cəfər Cabbarlının
"Bakı müharibəsi", "Ədirnə fəthi" kimi vətənpərvərlik ruhlu əsərləri oynanılırdı.
Teatrda tamaşaya qoyulan əsərlərin keyfiyyətinə, cəmiyyətin bədii zövqünün düzgün formalaş masına ciddi d iqqət
yetirilirdi. Səhnə əsərlərinin seçilməsi və onların ədəbi və bədii keyfiyyətlərinə la zımi d iqqət yetirilməsi üçün xüsusi ədəbi
ko missiya yaradılmışdı.
Azərbaycanın mədəni həyatında teatr ço x böyük rol oynayırdı. Rəsmi Hö ku mət qəzet lərinin səhifə lərində teatr
tamaşaları haqqında elan lar, ro lların ifaçıları barədə məlu matlar və d igər zəru ri in formasiyalar çap o lunurdu. Hüseyn
Ərəblinskin in faciəli surətdə ölü münün cəmiyyət və Höku mət dairələrində doğurduğu əks-səda dövlətin teatra necə böyük
əhəmiyyət verdiyini göstərirdi. Böyük aktyor və rejissorun matəm mərasimindəki çıxışında Məhəmməd Əmin Rəsulzadə
onun fəaliyyətini yüksək qiy mətləndirmiş, A zərbaycanda səhnə sənətinin inkişafında və çiçəklənməsində böyük
xid mət lərini qeyd etmişdi. O, Hüseyn Ərəblinskinin ən böyük xid mət inin xalqa a zadlıq və müstəqillik ruhunun və
101
ideyalarının aşılan ması ilə bağlı o lduğunu, Azərbaycanın müstəqilliyi ideyasının mədəniyyət xad imlərinin fəaliyyəti
hesabına gerçəkləşdiyini xüsusi olaraq vurğulayırd ı.
102
Cü mhuriyyət dövründə Azərbaycanın digər mədəniyyət mərkəzlərində də teatr sənəti inkişaf etməkdə idi.
Naxçıvan teatrı bunların içərisində xüsusilə fərqlənirdi. Naxçıvan teatrın ın (təməli 19 əsrin 80-ci illərinin əvvəllərində
qoyulmuşdur) təşəkkülündə dövrün ictimai-siyasi və fəlsəfi fikrin in inkişafı şəraitində yetişən maarifpərvər ziyalıla-
rımızdan Cəlil Məmmədqulu zadə, Böyük xan Naxçıvani, Əliqulu Qəmküsar, Rza Təh masib, Rza İsfəndiyarlı, Mir Həsən
Mirişli və b.-nın mühüm xid məti olmuşdur. "Ölülər", " Evliykən subay", "Arşın mal alan", "Dağılan tifaq", "Hacı Qara",
"Bə xtsiz cavan" və digər əsərlər ta maşaya qoyuldu. Aktyorlar M irzə Ələkbə r Sabirin və onun ədəbi məktəbin in dava mçıları
olan şairlərin satiraları əsasında səhnəciklər hazırlan masına da xüsusi diqqət yetirirdilər.
Bu illərdə Rza Təh masibin rejissorluğu ilə Cə lil Mə mmədquluzadənin " Ölü lər" ko mediyası ta maşaya qoyuldu və
Naxçıvanın mədəni həyatında böyük hadisəyə çevrild i. "Ölülər" Naxçıvan teatrının səhnəsində görünməmiş uğur qazandı.
Qüdrətli aktyor Rza Təh masibin və mollanəsrəddinçi şair Əliqulu Qəmküsarın böyük məharətlə yaratdıqları İsgəndər və
Şey x Nəsrullah obrazları A zərbaycanın teatr tarixinə q ızıl hərflərlə yazıld ı. 1919 ilin martında Əliqulu Qəmküsar Tiflisdə
qaraguruhçular tərəfindən xaincəsinə qətlə yetirild i.
Azərbaycan teatrının müqtədir ustadları Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Sidqi Ruhulla və b. Na xç ıvana gələ-
rək yerli a ktyor və rejissorlarla birlikdə ta maşalar göstərir, dəyərli məsləhətləri ilə teatrın tərəqqisinə yaxından kömə k
göstərirdilər. 1919 ildə Naxçıvan teatrı Təbrizdə qastrol səfərində də olmuşdur.
Azərbaycan teatrının qonşu ölkələrin incəsənət xadimlə ri ilə tarixi ə laqələ ri davam edir və genişlənirdi. 1918 ilin
oktyabrında Tiflisdəki A zərbaycan teatr truppası Türkiyəyə qastrola yola düşdü. Onun tərkibində Mir Seyfəddin
Kirmanşahlı, Mustafa Mərdanov, İbrahim İsfahanlı və başqa səhnə xad imləri çıxış edird ilər. A zərbaycan artistlərinin
qastrolları təkcə İstanbulda 3 aydan çox çəkmişdi. Türkiyə qəzetləri yazırdı ki, "Qa fqazın zəngin səhnələrində tamaşalar
verməyə alışmış aktyorlar qətiyyən Avropanı yamsılamadan, öz milli xəzinələrindən götürülmüş və bizim ruhumuza
tamamilə uyğun olan tamaşalar verirlər".
"Hacıbəyli qardaşları" teatr truppası Qafqazın bir ço x şəhərində, İranda qastrolda olmuş, Rəşt və Ənzəli şəhər-
lərində teatr tamaşaları göstərmişdi. 1920 ilin yazında Bakıdan Təbrizə teatr xadimlə ri qrupu göndərilmişdi. Təbrizdə Şey x
Məhəmməd Xiyabani onla rı qəbul et miş, kö mə k göstərmişdi.
Azərbaycan Xa lq Cü mhuriyyəti illə rində maarif xad imləri, yaradıc ı ziya lılar, ədib və mühərrirlər (Əbdürrəhim bəy
Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Seyid Hüseyn, Hacı İbrahim Qaşımov, Xəlil İbrahim, Mehdi bəy Hacınski və b.) teatr
tənqidi ilə məşğul olur, bu sahədə baş verən prosesləri d iqqətlə izləyir, yeni ta maşalar, rejissor işi və aktyor oyunu barədə
fikirlər söyləyir, teatr sənətinin inkişaf proble mlə rinə dair məqalə lər dərc etdirirdilər. Cü mhuriyyət illərində teatr sahəsində
həyata keçirilən mühü m tədbirlər sonralar Azə rbaycanda teatr sənətinin inkişafında mühü m rol oynadı.
M u s i q i. Azərbaycan teatrı milli opera sənətinin yaranmasında xüsusi rol oynamış və ilk Azə rbaycan operaları
məh z bu teatrın səhnəsində tamaşaya qoyulmuşdu. "Leyli və Məcnun" operasının tamaşaya qoyulduğu 1908 il yanvarın 12-
si Azərbaycan musiqisi tarixində milli A zərbaycan operasının yarandığı gün oldu. Üzeyir bəy Hacıbəyli ilk "Ley li və
Məcnun" operasından s onra "Şeyx Sənan", "Əsli və Kərə m", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşidbanu" kimi digər
muğam operalarını da yaratdı. O, Azərbaycanda musiqili ko mediya janrın ın da banisidir. Onun "Ər və arvad", "O olmasın,
bu olsun" ("Məşədi İbad"), "Arşın mal alan" musiqili ko mediyala rında A zərbaycan xa lqının adət-ənənələri, həyat və məişəti
öz əksini tap mışdır.
103
Üzeyir bəy 1919 ildə "Dağ ıstan" ("Qaytağı"), tərəkəməsayağı "Azərbaycan" adlı xoreoqrafik əsərlərin i bəstələ-
mişdi ("Azərbaycan" əsəri pro fessional milli baletimizin ilk nü munəsi sayılır). O dövrün mətbuatından məlu m olur ki,
həmin xo reoqrafik əsər səhnə üçün hazırlanırdı. Bəstəkar teatrın, o cü mlədən, musiqili teatrın xa lqın maa riflən məsində,
bədii zövqünün inkişafında oynadığı böyük ro lu nəzərə alır və opera yaradıc ılığ ı ilə yanaşı, öz fikirlə rini mətbuatda da
açıqlayırdı.
Milli musiqi janrların ın yaranması yolunda Üzeyir bəy Hacıbəyli ilə çiy in-çiyinə çalışan böyük sənətkarlardan biri
də Müslüm Maqo mayev idi. Teatr fəa liyyətinə orkestrin skrip kaçısı kimi başlayan Müslüm Maqomayev tezliklə orkestrin
dirijoru olmuş və A zərbaycan opera s ənətinin daha bir klassik əsərini - "Şah İsmayıl" operasını yarat mışdır. 1916 ildə
yazılmış bu opera məhz 1919 ildə, A zərbaycan Xalq Cü mhuriyyəti dövründə səhnəyə qoyulmuş və böyük uğur qazan mışdı.
Azərbaycanın musiqi-konsert həyatı da getdikcə canlanırdı. Bir ço x görkə mli musiq içilər Bakıya qastrol s əfər-
lərinə gəlir, xa rici və yerli aktyorların qüvvəsilə rus və italyan bəstəkarların ın operaları ta maşaya qoyulur, simfonik
konsertlər verilirdi. Xalq ın maariflən məsində, milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında, milli
mədəniyyətin inkişafında bütün bunların böyük əhə miyyəti var id i.
Azərbaycan Xalq Cü mhuriyyəti yarandığı gündən istiqlal hərə katı fədailəri, ziya lıla r milli mənlik şüurunun, milli
ruhun və ideologiyanın dirçəldilməsi sahəsində, tarixi və milli varislik ənənələrinin təbliğ i və tədqiqində önəmli rol
oynadılar. 1918 ilin sonlarında Bakıda "Türk gecələri" konsertlərin in təşkili də bununla əlaqədar idi.
Geniş proqramlı "Türk gecələri"ndə türk xalqlarının musiqisinə və ədəbiyyatına geniş yer verilir, "Azərbaycanın
müstəqilliy i", "Türk qadın ının dünyası", "Türk tip ləri", "Milli birlik" və s. tamaşalar göstərilir, tatarlar, osmanlı türkləri,
Azərbaycan və Türkiyə şair və yazıçıları, a rtist və rəssamları iştirak edirdilər. Gecə lərdə türk xa lqla rın ın etnoqrafiyasına və
mə işətinə həsr olun muş "Türk ocağı", "Türkmən çadrası", "Atəşgah", "Şərq salonları" kimi s ərgilə r nü mayiş etdirilird i.
"Türk gecələri" konsertlərində Azərbaycan Höku mətinin ü zvləri və d igər siyasi xad imlər də iştirak ed irdilər.
Görkəmli teatr və musiqi xadimləri Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Cahangir Zeynalov,
Sidqi Ruhulla, Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyli və başqaları mü xtəlif teatr və konsert tamaşaları təşkil edird ilər.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında xa lq xanəndələri və e l aşıqla rı müstəsna rol oynamışlar. Xa lq
içərisindən çıxmış, öz gözəl səsi və sənəti ilə nəinki Azərbaycanda, həmçin in bütün Qafqazda və Yaxın Şərqdə də məşhur
olan Qaryağdı oğlu Cabbar, Keçəçi Məhəmməd, Seyid Şuşinsk i, Məcid Behbudov və başqaları ölkənin mədəni həyatında,
bayramlarda, xeyriyyə konsertlərində və başqa el şənliklərində ya xından iştira k ed ird ilə r. Bu illərdə, eyni za manda, ustad
aşıqlardan Abbasqulu, Nəcəfqulu və Ələsgərin iştirakı ilə "Şərq konsertləri" verilirdi. A zərbaycanda xanəndəlik sənətinin
yüksəlişi ilə əlaqədar olaraq çalğ ı musiqisi də in kişaf etmiş, Məşədi Cəmil Əmirov, Qurban Pirimov və başqa ustad tarzənlər
yetişmişdir.
Fit ri istedada, güclü və gözəl səsə, yüksək aktyorluq məharət inə ma lik olan Fat ma Muxtarova bir ço x məşhur
müğənnilərlə çıxış etmiş, böyük şöhrət qazanmışdır.
Bu dövrdə A zərbaycanın musiqi həyatında "Beynəlmilə l", "Marselyoza" kimi inqilabi mahnıların, Koroğlu, Qaçaq
Nəbi, Səttarxan haqqında tarixi mahnıların xa lq arasında yayılması təsadüfi deyildi. Dövrün ü mu mi əhvali-ruh iyyəsi, xa lqın
inqilab i fəallığı, de mokratik meyllər belə mahnıla rın özünə mə xsus melodiya larında öz ifadəsini tapırdı. Üzey ir bəy
Hacıbəyli "Azərbaycan marşı"nı (sözləri Əh məd Cavadındır) məh z həmin mahnıların təsiri altında yazmışdı. Bu əsərdə
bəstəkar Cü mhuriyyət dövründə xa lqının qəlbində baş qaldıran vətənpərvərlik hisslərini, mütərəqqi ideyala rı, milli qüruru
ifadə et mişdi. Üzeyir Hacıbəyli tərə findən yazılmış "Azərbaycan marşı" 1992 il 27 may tarixli fərman la A zərbaycan
Respublikasının Dövlət himn i kimi qəbul o lundu, 1993 il martın 2-də isə onun Əsasnaməsi təsdiq edildi.
Təs viri sənət və me marlıq. Azə rbaycan Xa lq Cü mhuriyyəti e lan edildiy i gündən dövlət rə mzlərinin yaradılma -
sına xüsusi önəm verird i. Ən mühü m dövlət atributlarından biri kimi Dövlət bayrağının qəbul ed ilməsi daha tez həyata
keçirildi. Əli bəy Hüseynzadənin məşhur "türkləşmək, islamlaş maq və müasirləşmək" şüarı bu işdə əsas görürülmüşdü.
Cü mhuriyyət Hö ku məti 1918 il noyabrın 9-da "yaşıl, q ırmızı və mav i rənglərdən, ağ aypara və səkkizgüşəli ulduzdan ibarət"
bayrağın milli bayraq kimi təsdiq olunması haqqında qərar qəbul etdi.
Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti 1919 il martın 23-də dövlət gerbinin və rəsmi sənədlərdə üzərində
dövlətin adı və gerbi təsvir edilən dövlət möhürünün layihələrini hazırlamaq məqsədilə müsabiqə elan o lun ması barədə
qərar qəbul et mişdi. Ço x gü man ki, müsabiqəyə göndərilən layihə lərin heç b iri bəyənilmədiy indən qəbul edilmə mişdi. Buna
görə də Azərbaycan Xalq Cü mhuriyyəti Höku məti hərbi ordenlər, milli himn, dövlət gerb i və möhürü üçün layihələrin
hazırlan ması üçün yeni müsabiqə elan olunması barədə qərar çıxardı.
Dövlət gerbinin, orden və medalların hazırlan masında ilk peşəkar heykəltəraş Zeynal Əlizadə iştirak ed irdi. Onun
layihəsinə əsasən buraxılmış döş və xat irə medallarında Parla ment binası, bayraqlar, aypara, s əkkizguşəli ulduz, günəşin
doğması, gül çələngləri həkk olun muşdu. Ən yaxşı layihə Hö ku mət mükafatı üçün nəzərdə tutulmuşdu. Lakin 1920 il
aprelin 27-də Azə rbaycanın Sovet Rusiyası tərəfindən işğal o lunması nəticəsində milli dövlətçiliy in süqutu bu tədbirlə rin
başa çatdırılmasına imkan verməd i. 1991 ildə A zərbaycan xalq ı dövlət müstəqilliy ini bərpa edəndən sonra Azərbaycan Xalq
Cü mhuriyyəti dövründə hazırlan-
104
mış gerb layihəsi təkmilləşdirildi.1993 il 19 yanvar tarixli
Konstitusiya qanunu ilə Dövlət gerbinin rəngli və ağ-qara təsviri,
fevralın 23-də isə Əsasnaməsi təsdiq edildi.
Milli rəssamlıq sənətinin inkişafına xüsusi əhəmiyyət
verilirdi. 1919 ildə nəşr olunan "Zənbur" jurnalında Azərbaycan
satirik qrafıkasının banisi Əzim Əzimzadənin zamanın ictimai-siyasi
problemlə ri ilə səsləşən karikatura ları dərc olunurdu. Karikatura lardan
birində silahlı Denikin i, Kolçakı və Androniki c iblə rində gəzdirən
ingilis qəsbkarla rı təsvir olun muşdu. Onun rəsmlərində cəhalət,
nadanlıq, qaniçən erməni-daşnak quldurlarının vəhşi və iyrənc
əməlləri ifşa edilird i. Bu mövzu rəssam Bəhru z Kəngərlinin də
yaradıcılığ ında əhəmiyyətli yer tuturdu. Onun erməni-müsəlman
münaqişəsini əks etdirən məşhur "Qaçqınlar" silsiləsi realist
Azərbaycan rəssamlıq sənətinin nailiyyəti idi. Əzim Əzimzadə
"Otello", "Aşıq Qərib", "Dəmirçi Gavə" tamaşaların ın bədii tərtibatı
üçün dekor və geyim eskizləri hazırlamışdı. Bəhru z Kəngərli
Naxçıvan teatrında "Hacı Qara", "Ölü lər", "Dağılan tifaq", "Pəri-
cadu" və s. tamaşalara tə rtibat vermişdi. M illi mədəniyyətin tərəqqisi
və inkişafı yolunda ilk c iddi addımla r atılmışdı. Əli bəy
Hüseynzadənin "Şeyxülamın portreti" və "Bibiheybət məscidi"
tabloların ı xüsusilə qeyd etmək lazımd ır. Bu dövrdə rəssamlar plakat
sahəsində də diqqtəlayiq əsərlər yarat mışlar.
Memarlıq və heykəltəraşlıq sənəti sahəsində də müəyyən
tədbirlər həyata keçirilmişdi. Bakı Te xniki Məktəbinin nə zdində
heykəltəraşlıq sinfinin aç ılması nə zərdə tutulmuşdu. 1918 ildə Bakın ın
erməni-daşnak quldurla rı tərəfindən yandırılmış möhtəşəm bina ları -
Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi, "İs mailiyyə" Azərbaycan
Xalq Cü mhuriyyəti dövründə şəhərin baş me marı vəzifəsində çalışan görkəmli me ma r Zivər bəy Əh mədbəyovun layihələri
əsasında bərpa olunmuşdu. Ermən i millətçilərinin basqını nəticəsində xarabalığa çevrilmiş Şamaxı şəhərini bərpa etmək
üçün Zivər bəyin təşəbbüsü ilə "Yen i Şirvan cəmiyyəti təsis olunmuşdu. O, mühəndis Ömər bəy Avuyevlə birlikdə "İslam
incəsənətini sevənlər və qoruyanlar cə miyyəti"ni də yarat mışdı. Zivər bəy Əh mədbəyov, me mar Nəb ioğlu Qacar, mühəndis
Məmməd Həsən Hac ınski və Hac ı bəy A xundov Şirvanşahlar Sarayı ko mp le ksin tədqiqi sahəsində fəaliyyət göstərmişlə r.
Sənətşünaslardan Məhəmməd Ağaoğlu, Hüseyn bəy Mirzəcamalov, me ma r Nəbioğlu Qacar isla m mədəniyyəti,
mu zeyşünaslıq qədim maddi mədəniyyət nümunələrin i qoru maq sahəsində fəal çalışmışlar.
1920 il yanvarın 1-də "Türk aktyorları ittifaqf‖ı y ığıncağında məşhur aktyor, peşəkar milli teatr sənəti banilərindən
biri Hüseyn Ərəblinskinin qəbri ü zərində monumental abidənin uca ldılması qəra ra a lın mışdı. Zivər bəy Əh mədbəyov
şəhərin daşnaklar və eser-menşeviklərdən ibarət "Sentrokaspi" hökumətindən azad edilməsi (1918, 15 sentyabr) zamanı
şəhid olmuş azərbaycanlı türk əsgərlərinin xat irəsini əbədiləşdirmək üçün Çənbərəkənd qəbiristanlığ ında (indiki Şəhid lər
Xiyabanı) ucaqdılacaq türbənin görünüşündə orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə olun muşdu. Bakı
müsəlman xeyriyyə cəmiyyətinin təşəbbüsü ilə tikiləcək bu abidənin inşaat işləri 1919 il sentyabrın 15-də başlamalı və 1920
ilin sentyabrınadək başa çatmalı idi. Belə abidələri Gəncədə də ucaltmaq, o cü mlədən burada Nizami Gəncəviyə o dövr
üçün müasir üslubda abidə ucaltmaq nəzərdə tutulurdu. Azərbaycan Xalq Cü mhuriyyəti xarici işlər nazirin in müavini Adil
xan Ziyad xanov Tehranda nəşr olunmuş me muarlarında bu abidənin layihəsinin mövcud olduğunu xatırlayır. Digər bir
qaynaqda Xalq Maarifi Na zirliyi tərəfindən Gəncədə Niza mi məqbərəsinin tikintisinə 500 min manat vəsait ayrıld ığı
bildirilir.
Səyyahların diqqətini cəlb edən Bibiheybət məscidi me ma rlıq abidəsi Azərbaycanda Aprel işğalından (1920) sonra
vəhşicəsinə dağıdılmışdı. Hə min abidə prezident Heydər Əliyevin xüsusi qayğıs ı sayəsində və Əli bəy Hüseynzadənin
tablosu əsasında 2000 ildə bərpa olun muşdur.
Ölkənin mədəni yüksəlişində kadrların həlledici rolunu nəzərə alan Cü mhuriyyət Höku məti mü xtəlif sahələr üzrə
ali təhsilli peşə sahiblərinin ha zırlan masına xüsusi qayğı göstərirdi. A zərbaycan Parla mentinin 1919 il 1 sentyabr tarixli
qərarı ilə 100 nəfər a zərbaycanlı gənc Avropanın a li məktəblə rində təhsil a lmağa yola salındı. Onla rın içə risində rəssamlıq,
heykəltəraşlıq və me marlıq ixtisaslarına y iyələn mə k üçün göndərilən tələbələr də vardı.
105
Əd:. Azərbaycan Xalq Cü mhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabat), c.1,2, B., 1998; Azərbaycan tarixi,
7 c ilddə, c.4,5,6, B., 2000; 2001; Fətəli xan Xoyski. Həyat və fəa liyyeti (sənədlər və materia lla r),B., 1998; Mə mmədzadə
Mirzə Ba la, Milli Azə rbaycan hərəkatı, B., 1992; Rəsulzadə M.Ə., Azə rbaycan Cü mhuriyyəti, B,, 1990; y e n ə o n u n,
Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi, B., 1991; y e n ə o n u n, Əsərləri
(toplayanı, tərtib və transliterasiya edəni p rof. Ş.Hüseynov), c.l (1903-09), c.2 (1909-19...), B., 1992; y e n e o n u n,
Bolşeviklərin Şərq siyasəti, B., 1994; Şey xzamanlı N., Azərbaycan istiqlal mücadiləsi xatirələri, B., 1998; Topçubaşov
Ə.M., A zərbaycanın təşəkkülü, Azərbaycan EA Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası). 1990, № 3; Azərbaycan
Demokratik Respublikası: tarix, ictimai-siyasi və mədəni həyat, B., 1992; "Azərbaycan Xalq Cü mhuriyyəti tarixin in aktual
problemlə ri". Beynəlxa lq sessiyanın materialları (ma rt-may, 2003), B., 2003, № 1-17; Azə rbaycan Xalq Cü mhuriyyəti və
müasir dövr, B., 1999; Azərbaycan Cü mhuriyyəti (1918-1920), B., 1998; Azərbaycan Xalq Cü mhuriyyəti (ədəbiyyat, dil,
mədəniyyət quruculuğu), B., 1998; Aze rbaycanda dövlətçilik və onun rə mzləri (tərtib edəni və mətnin müə llifi N.
Vəlixanlı), B., 2000; A xundov N., Azərbaycanın dövri mətbuatı (1832-1920), B., 1987; Bayka ra H., Azə rbaycan istiqlal
mü-barizəsi tarixi, B., 1992; Əliyev İ„ Məhərrəmov E., A zərbaycan Res-publikasımn Dövlət rəmzləri, B., 2000; Hacıyev
A., Qars və Araz-Türk Respublika larının tarixindən, B.,1994; Həsənov C, Azərbaycan beynəlxa lq münasibətlər sistemində
(1918-1920-ci iller), B., 1993; Hüsey-nov Ş., Müstəqilliyin çət in yolu, B., 1996; İsgəndərov A., 1918-ci il mart q ırğ mının
tarixşiinaslığ ı, B., 1997; Qasımov C, Repressiyadan deportasiyaya doğru, B., 1998; Quliyev V., A zərbaycanı dünyaya
tanıdan cümhuriyyət. B., 1998; Mah mudov Y., A zərbaycanın dövlətçilik tarixindən, "Azərbaycan Respublikası 1991-2001"
kitabında, B., 2001; y e n ə o n u n, A zərbaycanın dövlətçilik və parlament ənənələri tarixindən, "Müstəqil dövlətimiz və
parlamentimiz" kitabında, B., 2001; Məmmədov X., A zərbaycan milli hərəkatı (1875-1918), B., 1996; Mərdanov M„
Quliyev Ə., Azə rbaycan Respublikasının dövlət rə mzləri, B., 2001; Musayev İ., Azərbaycanın Na xçıvan və Zəngəzur
bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər), B., 1996; y e n ə o n u n, A zərbaycanın xarici
siyasəti (XX əsr), 3 hissədə, h.l, (mart 1917-1920-ci illər), B., 2003; Müstəqil dövlətimiz və parla mentimiz,B.,2001; N ə c ə
f o v В., ADR (da xili və xaric i siyasət). B., 1992; Nəsib zadə N., A zərbaycan De mo kratik Respublikası (məqalə lər və
sənədlər), B., 1990; yenə onun Azərbaycanın xaric i siyas əti (1918-1920), B., 1996; Nə zirli Ş., Arxivlərinin sirri aç ılır, B.,
1999; yenə onun, Cümhuriyyət generalları, B Oruclu M., Azərbaycanda və mühacirətdə müsavat partiyasının fəaliyyəti;
(1911-1992), B., 2001; Paşayev A., Açılma mış s əhifə lərin izi 2001; Seyid zadə D., A zərbaycan XX əsrin əvvəllərində:
müstəqilliyə; aparan yollar, B., 2004; Sü leymanov M., A zərbaycan ordusu 1920), B., 1998; yenə onun, Qafqaz İslam
Ordusu və Azərbaycan 1999; Süley manova S. Azə rbaycanda ictimai-siyasi hərə kat yü zilliy in sonu - XX yüzilliyin
əvvəli), B., 1999; Tahirli A., A zərbaycan mühacirəti, B., 2001; yenə onun, Azərbaycan mühacirət mətbuatı, h. 1-2, B.,
2002-2003; Yaqublu N., Azə rbaycan milli mücadiləsi və M.Ə.Rəsulzadə, B., 2001; yenə onun, Müsavat partiyasının tarixi,
B., Və kilov R.Ə., A zərbaycan respublikasının yaran ma tarixi, B. Aдpec-календары Aзepбaйджанской Pecnублики нa 1920
r., B., 1920; Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Армия (документы и материалы), Б., 1998;
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы) , Б., 1998;
Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Парламент (стенографические отчеты), Б., 1998;
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
Aзepбaйджанская Pecnублика. Документы и материалы (1918-192 гг.), Б., 1998; Т о п ч и б а ш е в А. М.., Меморандум, Б.,
1993; y e n ə o n u n , Дипломатические беседы А.А. Т о п ч и б а ш е в а в Стамбуле (Записи чрезвычайного посланника и
полномочного министра Aзepбaйджанской Pecnублики (1918 -1919 гг.), Б., 1994; Гаджибейли Дж., Избранное, Б., 1993;
Aзepбaйджанская Pecnублика (1918 -1920 гг.), Б., 1998; Агамалиева Н., Худиев Р., Aзepбaйджанская Pecnублика.
Страницы политической истории 1918 – 1920 гг., Б., 1994; Багирова И.С., Политические партии и организации
Азербайджана в начале XX века , Б., 1997; Балаев А., Азербайджанское национально – демократическое движение 1917 –
1920 гг., Б., 1990; Дарабади П.Г., Военные проблемы политической истории Азербайджана в начале в XX века, Б., 1991;
Исторические факты о деяниях армян на азербайджанской земле (редакторы – согставители Тамилла Мусаева и Адиль
Мамедов), Б., 2003.
|