ATATÜRK, Qazi Mustafa Kamal (1881, Səlanik ( S a lo n ik i ) - 10.11.1938, İstanbul) -ümu mdünya tarixinin nadir
tarixi şəxsiyyətlərindən biri. Dahi dövlət xad imi və görkəmli sərkərdə. Türk xalq ının xarici hərbi müdaxiləçilərə qarşı Milli
İstiqlal Savaşının (1919-22) qalib i, türk dövlətçiliyinin xilaskarı, Türkiyə Cü mhuriyyətinin banisi və ilk p rezidenti (1923-38).
Sakarya vuruşmasında (1921, 23 avqust -13 sentyabr) müda xiləçi yunan ordusunu darmadağın etdiyinə görə Türkiyə Böyük
Millət Məc lisi (TBMM) Atatürkə ma rşal rütbəsi və"qazi" ("qalib") fə xri adın ı ve rmişdir. Atatürk
soyadı ona Türkiyədə familiya qəbulu ilə bağlı olaraq 1934 ildə TBMM tərəfindən verilmişdir.
Atatürk uşaqlıqdan hərbi biliklərə meyl göstərmiş, bu sahədə ibtidai təhsil almış,
İstanbulda hərbi məktəb (1902) və hərb i akademiya (1905) bitirmiş, Su riyada (1905-07) və
Makedoniyada (1907-09) hərbi xid mətdə olmuş, İta liya -Tü rkiyə (1911-12) və İkinc i Balkan
(1913) müharibələrində iştirak etmişdir. Türkiyənin Bolqarıstanda hərbi attaşesi (1913-14)
olmuşdur. Birinci dünya müharibəsində (1914-18) iştirak etmiş, Dardanel boğazın ın
müdaxiləçilərdən müdafiə olun masında (1915) mühü m rol oynamışdır. 1916 ildə ona general
rütbəsi və "paşa" titulu verilmişdir. Os manlı dövlətinin müstəqil dövlət kimi varlığ ına, əslində,
son qoyan Mudros barışığı (1918) ilə ra zılaş mayan Atatürk 1919 il may ın 19-da Sa msunda
"mübarək Vətəni və milləti parçalanmaq təhlükəsindən qurtarmaq, yunan və erməni
istəklərinə qurban verməmək üçün" milli qurtuluş savaşına başlamış və sonradan onun adı ilə
adlanan "kamalçılar hərəkatı‖nın rəhbəri olmuşdur. Antanta orduları İstanbulu ələ keçirəndən (1920, 16 mart) və ingilislər
"Məclisi-Məbusan"ı ("Deputatlar Pa latası") dağıtdıqdan sonra, Atatürk 1920 il aprelin 23-də Ankarada yeni Parla ment -
Türkiyə Böyük Millət Məclisini yaratmışdır. Atatürk TBMM-in və onun təşkil etdiyi höku mətin başçısı (prezident
seçkilərinədək) olmuşdur. "Ya istiqlal, ya ölüm!” çağırışı ilə işğalçılara qarşı milli azadlıq mübarizəsinə başçılıq edən
Atatürk İstiqlal Savaşını uğurla başa çatdırmış (1922), müdaxiləçilərin ölkədən qovulmasına və Türkiyənin ərazi
bütövlüyünün bərpa edilməsinə nail o lmuşdur. İşğalçıların ordularını darmadağın edən Atatürk, bununla böyük dövlətlərin
Türkiyə ərazisini bölüşdürərək, dünyanın sonuncu türk dövlətini yox etmək plan larını, habelə mərkəzi hakimiyyətə qarşı
çıxan və xaricdən kö mək alan erməni-daşnak quldurlarının Şərq i Anadoluda "Böyük Ermənistan" yaratmaq niyyətlərini
puça çıxarmışdır.
İstiqlal savaşı uğurla başa çatdıqdan və Türkiyə Cü mhuriyyət (respublika) elan olunduqdan (1923, 29 o ktyabr)
139
sonra Atatürk son dərəcə mürəkkəb tarixi şəraitdə öz Vətəninin gələcəyi üçün yeganə düzgün yol olan strategiya müəyyən
etdi: "Yurdda sülh, cahanda sülh!". Dahi dövlət xadimi olduqca müdrik, uzaqgörən xaric i siyasət yeritməklə və cəsarətli
daxili islahatlar həyata keçirmə klə Türkiyəni müasir inkişaf yoluna çıxardı və çağdaş dünyaya qovuş durdu. Bu gün
demokratik, hüquqi, dünyəvi dövlət kimi dünya birliy ində böyük nüfuz qazanan və türk-islam dünyasının önündə gedən
qüdrətli Türkiyə Cü mhuriyyəti Atatürk ideyaların ın və onun əməli fəaliyyətinin parlaq bəhrəsidir. Atatürkün dahiliy i onda
idi ki, o, yaşadığı dövrdə dağılmış Osmanlı imperiyasının xarabaları üzərində yenicə yaranan, lakin hələ ço x zəif olan
Türkiyə Cü mhuriyyətinin o zaman öhdəsindən gələ bilməyəcəyi ağır beynəlxalq hərb i-siyasi qarşıdurmalara girməsinə yol
verməd i. Dahi siyasətçi qurmaqda olduğu gənc və hələ cana gəlmə kdə olan Türkiyə Cü mhuriyyətini qoruyub saxla maq la,
əslində, ümu mtürk dövlətçiliyin i tarix səhnəsindən silin məyə qoymad ı. Atatürk, bununla, həm də, əsarətdə olan dünya
türkləri üçün yeganə ümid yerini - Tü rkiyə dövlətini qoruyub saxladı. O, istiqlal savaşının ilk illərində gələcək üçün
ürəyində tutduğu bu siyasi düşüncələrini 1933 ildə Türkiyə Cü mhuriyyətinin 10-cu ildönümü münasibətilə keçirilən bayram
şənliyində açıq ladı: "...Bu gün Sovet Rusiyası dostumuzdur, qonşumuzdur, müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız
vardır. Fəqət sabah necə olacağını heç kəs qəti söyləyə bilməz. Tipki Osmanlı imperatorluğu kimi, tipki Avstriya-
Macarıstan imperatorluğu kimi bu dövlət də parçalana bilər. Bu gün əlində sımsıx tutduğu millətlər, ovuclarından çıxıb
qaça bilərlər... O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostumuzun idarəsində dili bir, inancı bir, özü bir
qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq...".
Atatürkün nə qədər dahi şəxsiyyət və uzaqgörən diplomat olduğunu zaman özü sübut etdi. Onun odalov içərisində
yaratdığı Türkiyə Cü mhuriyyəti yaşadı və qüdrətli dövlətə çevrild i. Lakin Os manlı və Avsrtiya-Macarıstan imperatorluqları
kimi Sovet imperatorluğu da dağıldı. Bu imperatorluğun öz ovucu içərisində "sımsıx saxladığ ı" türk xalqları azad lığa
çıxd ılar. Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti isə bu gün, onun vaxtilə düşündüyü kimi, qardaş türk cü mhuriyyətlərinə
hərtərəfli yard ım göstərir.
Öz xalqının istiqlal savaşına başçılıq edən Atatürk Türkiyənin ənənəvi xarici siyasətinə yenilik gətirdi: Os manlı
imperatorluğunun iflasa uğramış xarici siyas ət xəttindən cəsarətlə uzaqlaşdı, Rusiyada 1917 il Oktyabr çevrilişindən sonra
beynəlxa lq münasibətlərdə baş vermiş rea llıqla rı nə zərə ald ı. O, istiqla l savaşının qələbəsinin tə min olun masına yönəlmiş
xarici siyasət yeritməyə başladı. Bu məqsədlə bolşevik Rusiyası ilə ya xınlaşdı. Bütün sahələrdə, o cümlədən hərbi
əməliyyatlarda, Sovet Rusiyası ilə əlb ir fəaliyyət gostərməyə hazır o lduğunu bildird i və maliyyə yardımı üçün V.İ.Leninə
müraciət etdi. V.İ.Lenin Atatürkü türk xalqının istiqlal mübarizəsinin uzaqgörən və müdrik bir rəhbəri kimi yüksək
qiymət ləndird i. Bəhs olunan dövrdə böyük dövlətlərin hərbi müda xiləsinə və güclü xaric i siyasi tə zyiq lərinə mə ruz qalan
Atatürk Türkiyəsi ilə V.İ.Lenin in başçılıq etdiyi bolşevik Rusiyasının bir-biri ilə yaxın laşması tarixi zərurət id i. Yaxın
keçmişdə aralarında çox kəskin ziddiyyətlər olmasına baxmayaraq hər iki ölkə təcavüzə məru z qalmışdı, hər iki ölkədə
yeniləşmə gedirdi və onların ü mu-
140
mi düşmən lərə qarşı bir-birinə arxa durması təbii hal idi. Digər
tərəfdən, Cənubi Qafqa zı, xüsusilə Ba kı neft ini ə lə keç irmə k
üstündə İngiltərə-Rusiya rəqabətində ingilislərin qələbəsi
Türkiyəni heç cür təmin edə bilməzd i. Çünki Mudros barışığı ilə
Osmanlı impe ratorluğunu diz çökdür müş İngiltərə, hə mç inin
digər Avropa dövlətləri - Fransa, İta liya və Yunanıstan
birləşərək, " xəstə adamı" (yəni Os manlı dövlətin i) ta ma milə
məhv ed ib Türkiyə əra zisini bölüşdürməyə çalışırd ıla r və bu
məqsədlə Anadolunun işğalına başlamışdıla r. Bəhs olunan
dövrdə İngiltərə, artıq Türkiyənin Şərq qonşusu olan İranı da
özündən asılı vəziyyətə salmışdı. Belə bir şəraitdə ingilislərin
üstəlik Şimali A zərbaycanı da ələ keçirib Bakı neftinə
yiyələn məsi və Cənubi Qafqa zda möhkə mlən məsi Türkiyənin
vəziyyətini daha da ağırlaşdıra bilə rdi. Odur ki, yaran mış rea l
tarixi şəraitdə Azərbaycan Xalq Cü mhuriyyətinə kö mək edə
bilməyən və onun süqutunun labüd olduğunu yəqin edən Ata-
türk İngiltərə-Rusiya rəqabətindən başçılıq etdiyi istiqlal
savaşının xeyrinə istifadə etmək qərarına gəldi: Türkiyə
bolşevik Rusiyasının Cənubi Qafqazı, o cümlədən Şimali
Azərbaycanı işğal etmək siyasətilə ra zılaşma lı oldu. Atatürk
bununla, həm də, bo lşevik asılılığ ına keçəcək A zərbaycandan
Türkiyə-Rusiya əlaqələrini genişləndirmək üçün bir vasitəçi kimi
istifadə etmək niyyətində idi. Bununla yanaşı, Atatürk özünün
Rusiya siyasətində qardaş türk xalqla rın ın böyük əksəriyyətinin bu dövlətin ərazisində yaşaması amilin i də nəzərə a lırd ı.
Bütün bunlardan əlavə, Sovet Rusiyası ilə yaxınlaş maq siyasəti yeridərkən, Atatürkün bir mühü m məqsədi də vardı. O,
erməni a milini də diqqət mərkəzinə götürmüşdü: dahi siyas ətçi çar generallarının kö məy i ilə e rməni quldur dəstələrin in ələ
keçirdikləri Şərq i Anadolu torpaqlarını daşnaklardan təmizləyərkən bolşevik Rusiyasının bitərəfliyin i təmin etməyə
çalışırdı.Bunları nəzərə alan Atatürk Sivas konqresindən (1919, sentyabr) sonra öz elçisi Xəlil paşa vasitəsilə maliyyə
yardımı və silah-sursat almaq üçün Rusiyaya müraciət etdi. Xəlil paşaya verilmiş ən mühü m tapşırıq isə bundan ibarət idi
ki, o, bo lşevikləri Türkiyə sərhədinə yaxınlaş mağa tələsdirməli idi. Əks təqdirdə, vəziyyət ingilislərin xeyrinə dəyişə bilərd i.
Bu za man Qafqa zda fəaliyyətə başlayan Xəlil paşa Şərq cəbhəsinin komandanı Ka zım Qa rabəkir Paşadan da eyni cür
göstəriş aldı. Beləliklə, Xəlil paşanın missiyası uğurla nəticələndi. 1920 ilin əvvəlində Anadoluya ilk bolşevik yard ımı
çatdırıldı. Bununla Cənubi Qafqazda hadisələrin gedişi bolşeviklərin xey rinə dəyişdi. Eyni zamanda, Azərbaycan Xalq
Cü mhuriyyətinin taleyi də həll olundu.
Yaran mış mü rəkkəb və real tarixi şəraitdə Türkiyə Qafqazın bolşeviklər tərəfindən işğalı faktı ilə razılaş malı o lsa
da, Atatürk Azərbaycanı daim diqqət mərkəzində saxlayırdı.Onun göstərişinə əsasən, Türkiyənin Şərq cəbhəsi ko mandanı
Kazım Qarabəkir paşa bölgədə baş verənləri diqqətlə izləyir, Sovet Azərbaycanının müvafiq strukturları, 11-ci Qırmızı
ordunun ko mandanlığı və bu za man Qafqa zda fəa liyyət göstərən Xəlil paşa ilə sıx əlaqə sa xlayırdı.
Atatürkün qabaqcadan düşündüyü kimi, həqiqətən də, A zərbaycan sovet hakimiyyətinin ilk illərində Tü rkiyə -
Rusiya qarşılıq lı əlaqələrin in genişlənməsində və həyata keçirilməsində mühüm rol oynadı. Atatürkün göstərişi ilə
Azərbaycan və digər Cənubi Qa fqaz Sovet Respublikala rı höku mət ləri yanında Türkiyə nü mayəndəliyi açıldı (1920).
Məmduh Şövkət bəy hər üç respublikaya s əlahiyyətli nümayəndə göndərildi. Anka rada Azərbaycan səfirliyi fəaliyyətə
başladı (1921).
Azərbaycan xa lqı Atatürkün başçılıq etdiy i istiqla l savaşına böyük rəğbət və ümid bəsləyir, Cü mhuriyyət döv-
ründə (1918-20) olduğu kimi, qardaş xalqa yenə də əlindən gələn maddi və mənəvi kö məy i əsirgəmirdi. Gö rkəmli dövlət
xadimi Nə riman Nə rimanov bu işdə xüsusi fəallıq göstərir, Atatürkə ünvanladığı mə ktubunda "Azərbaycan dövləti
adından" qəhrəman türk ordusunun tezliklə qələbə bayrağını Türkiyənin tarixi paytaxtı olan İstanbul üzərində
dalğalandırmasın ı arzu layırd ı. Nərimanov, eyni zamanda, Atatürkün başçılığı ilə Türkiyədə gedən İstiqlal Savaşına lazımi
kö məklik göstərmək üçün V.İ.Len inlə sıx əlaqə saxlayır, öz məsləhətlərin i və təkliflərin i verird i. Atatürklə sıx əlaqə
yaratmış Nərimanov, Moskvadan asılı olmasına baxmayaraq, həlledici məqamlarda Türkiyəni cəsarətlə müdafiə edird i.
Moskvaya göndərilən türk d iplo matlarına lazımi məsləhətlər verir, təlimatlandırırd ı. Nərimanov, xarici işlər naziri
G.V.Çiçerin də daxil olmaqla, Kremldəki Türkiyə və Azərbaycan əleyhinə olan ermənipərəst qrupların
bitərəfləşdirilməsində və V.İ.Len inin "türklər üçün ölüm-dirim məsələsi” olan ermən i məsələsində Atatürkü
dəstəklə məsində xüsusilə böyük rol oyna mışdı. Bu za man Bakıdakı ingilis əsirlərinin a zad olun ması məsələsi gün-
141
dəmə gəldikdə, Azərbaycan ancaq Malta adasında olan türk əsirlərinin azad lığa bura xılacağı halda bu addımı atacağını
bildirmişdi. Qardaş xalqın dar ayaqda olduğu bir vaxtda Sovet A zərbaycanının atdığ ı bu addım Türkiyə Böyük Millət
Məclisində böyük coşğu ilə qarşılanmış və məc lis "Türkiyənin milli namusunu müdafiə etməlı fədakarlığını və
qardaşlığını göstərən sevgili Azərbaycana Hökumət naminə təşəkkürünü bildirmişdir”.
Azərbaycan-Türkiyə münasibətləri genişlən məkdə id i. Azə rbaycan Atatürkün başçılıq etdiyi istiqlal ordusuna ya-
nacaq və maliyyə vəsaiti ilə tə mənnasız yard ım göstərirdi. Türkün bir dövlət xadimi Nə riman Nə rimanov, digər dövlət
xadimi Mustafa Kamal paşa Atatürkün borc pul almaq üçün yazdığı məktuba belə cavab vermişdi: "Paşam, qardaş qardaşa
borc verməz, əl tutar!”
Azərbaycanla münasibətlərin daim genişlən məsinə qayğı göstərən Atatürk 1921 il oktyabrın 22-də Sovet Azər-
baycanının Türkiyədəki böyük elçisi İbrahim Əb ilovu ço x böyük ehtiram və səmimiyyətlə qarşılamış, səfirin etimad-
naməsini qəbul etdiy i mərasimdə de mişdir: "...Azə rbaycan türklərinin qardaşlıq salamını qardaşcasına qəbul etdiyim
üçün bəxtiyaram... Rumeli və Anadolu xalqı azəri qardaşlarının qəlbinin öz qəlbləri kimi çarpdığını bilirlər... Azəri
türklərinin dərdləri öz dərdlərimiz və sevincləri öz sevinclərimiz olduğu üçün onların hür və müstəqil olaraq yaşamaları
bizi həddindən artıq sevindirir...”. Atatürk Ankarada Azərbaycan böyük elçiliyin in açılışı mərasimində çıxış edərkən Sovet
Azərbaycanının Türkiyə-Rusiya dostluq əlaqələrindəki mühüm roluna bir daha işarə edərək onun Türkiyənin "digər dostları
ilə təmas nöqtəsində bulunduğunu" vurğulamışdı. Atatürk Azərbaycan səfirinə xüsusi səmimiyyət göstərmiş və özünün
Rusiya ilə bağlı bütün qəbullarında onun iştirakını tə min et mişdir.
Cənubi Qafqazı ə lə keçirmiş bolşevik rejimi də, öz növbəsində, Atatürkün bu bölgə ilə, xüsusilə Azərbaycanla bağlı
siyasətini diqqətlə izləyirdi. Elə buna görə də Moskva Atatürkün Cənubi Qafqaz respublikaları ilə ayrı-ayrılıqda ikitərəfli
müqavilələr bağlamaq planlarına ciddi müqavimət göstərdi. Nəticədə, 16 mart 1921 ildə Moskvada Sovet Rusiyası ilə Türkiyə
arasında "dostluq və qardaşlıq" anlaşması imzalandı. Bununla, sovet-bolşevik rejiminin tələbi ilə Türkiyə ilə Azərbaycan
arasında Qərbi A zərbaycan torpaqları hesabına bir erməni dövlətinin yaradılması rəsmi olaraq hər iki dövlət tərəfindən
təsdiqlən miş oldu.
Atatürk Azərbaycanın Naxçıvan bölgəsi ilə bağlı erməni iddialarının diplo matik vasitələrlə dəf edilməsi sahəsində də
çox mühüm rol oynamışdır. Atatürk hələ qurtuluş savaşına başladığı ilk aylarda Naxçıvanın tanınmış adamları ilə əlaqə
saxlamış, Naxçıvan nü mayəndələrin in Ərzuru m konqresinə (1919, 23 iyul - 7 avqust) qatılması üçün ciddi səylər göstərmişdir.
Atatürkün Naxçıvan məsələsindo tutduğu prinsipial mövqe nəticəsində Türkiyə ilə Ermənistan Respublikası arasında
bağlanmış Gü mrü müqaviləsinə (1920, 2 dekabr) əsasən, Ermənistan Naxçıvan mahalına
142
olan əsassız iddia larından əl çəkməyə məcbur o ldu, müasir Na xç ıvan Muxtar Respublikasının ərazisi formalaşdırıldı
və bu ərazi, yerli idarəçilik yaradılmaqla , müvəqqəti olaraq Türkiyənin himayəsi a ltına keçdi.
Dahi siyasətçi Türkiyənin Na xç ıvan məsələsi ilə bağlı xaric i siyas ət xəttini Gü mrü müqaviləsindən sonra da davam
etdirdi. 1921 ilin fevralında RSFSR ilə diplo matik danışıqlar aparmaq üçün xaric i işlər naziri Yusif Ka ma lın başçılığı ilə
Moskvaya yola düşən Türkiyə diplo matlarına Atatürk ciddi surətdə tapşırmışdı: "Naxçıvan - tiirk qapısıdır. Bıınu xüsusi
nəzərə alaraq, əlinizdən gələni ediniz". Martın 16-da iki dövlət arasında imza lanmış "dostluq və qardaşlıq" müqaviləsinə
əsasən Naxçıvan vilayəti mu xtar ərazi kimi A zərbaycanm himayəsi altına keçdi. Mu xtar ərazin in sərhədləri müəyyən edildi
və şərt qoyuldu ki, A zərbaycan Na xçıvana olan himayə hüququnu heç bir üçüncü dövlətə güzəştə gedə bilmə z. Moskvada
aparılan danışıq ların uğurla nəticələn məsində Nəriman Nərimanovun tapşırığı ilə hərəkət edən Behbud ağa Şahtaxtinski
(Azərbaycan Sovet Sosialist Rcspublikasının Rusiya Sovet Sosialist Respublikasında fövq əladə nü mayəndəsi) mühüm rol
oynadı. Moskva müqaviləsində Naxçıvan barədə əldə olunmuş razılığı 1921 il oktyabrın 13-də A zərbaycan, Ermən istan və
Gü rcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında RSFSR-in iştirakı ilə bağlan mış Qars müqaviləsi də təsdiq etdi.
Naxçıvan, qəti olaraq, A zərbaycanın himayəsi altında mu xtar əraziyə çevrildi.
Atatürk, həmçinin Azərbaycan SSR-in Türkiyədəki səfıri İbrahim Əbilovu Ankarada qəbul edərkən Azərbaycanın
öz milli hüdudları daxilində, o cümlədən Naxçıvan mahalında azad və müstəqil yaşaması üçün Türkiyənin bütün tədbirləri
görəcəyi barədə bir daha, təminat vermişdi. Atatürkün ardıcıl və ciddi səyləri sayəsində Türkiyənin Naxçıvan məsələsində
yeritdiyi prinsipia l xa rici siyas ət xətti və bunun nəticəsi olan Moskva və Qars müqavilə ləri istər sovet dövründə, istərsə də
ondan sonra bu qədim A zərbaycan torpağının məh z A zərbaycanın tərkibində qalması üçün mühüm beynəlxa lq hüquqi
təminat rolu oynamışdır. Hə min müqavilə lər bu gün də öz əhə miyyətini sa xla maqdadır.
20 yüzilliy in 90-cı illərində ağır b lokada şəraitinə düşmüş Naxçıvan üçün yeni təcavüz təhlükəsi yarananda
Azərbaycan xa lqının böyük oğlu Heydər Əliyev Moskva və Qars müqavilə lərinin şərtlə rindən məharətlə istifadə etdi.
Daşnakların Naxçıvanla bağlı yeni p lanları da baş tutmadı.
Böyük Atatürkün əziz xatirəsi Azərbaycanda həmişə ehtiramla yad edilir. A zərbaycan xalqın ın dahi oğlu Heydər
Əliyev ö zünün müvafiq çıxışlarında Atatürkə yüksək q iy mət vermişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin 2001 il 9 mart tarixli sərəncamı ilə Azərbaycanda Atatürk mərkəzi yaradılmışdır. Azərbaycan Res-
143
publikasında Atatürk irsinin araşdırılmasına böyük maraq göstərilir.
Əd.: Azərbaycan - Türkiyə münasibətləri. 1920-1922. Sənədlər və materiallar, B., 2002; Əhmədova F., Nəriman Nərimanov-
ideal və gerçəklik, B., 1998; Əliyev Ə., Əlincə yaddaşı: Naxçıvan-1914-92, B., 1997; Hüseynov Q.H., Atatürk dövründə Türkiyənin
xarici siyasətinə dair, B., 1970; Qurbanov Ş., Atatürk və Nərimanov, B., 2003; Aygün Attar, Atatürkün Kafkazya politikası, Türkler, 21
cilddə, c.16, Ankara, 2002; Yaşar Akbıyık, Atatürk'ün hayatı, yenə orada; Utkan Qocatürk, Atatürk, B., 1991; Gümrü, M oskva, Qars
müqavilələri və Vaxçıvanın taleyi, B., 1999.
ATAYEV Əlirza Əsgər oğlu (1898, Gəncə - 1962, Bakı) - A zərbaycan Xa lq Cü mhuriyyəti Parla menti dəftər-
xanasının rus dili üzrə redaktoru (1919-20), görkəmli elm təşkilatçısı, həkim (mama-g inekoloq), tibb elmləri doktoru
(1930), professor (1936). Gəncə rus-tatar (Azə rbaycan) gimnaziyasında təhsil almış, 1917 ildə Tiflis ali kursların ın tələbəsi
olmuşdur. Təhsilini davam etdirmək üçün 1921 ildə Azərbaycan Sovet Sosialist Respublikasının təqaüdçüsü kimi 1-ci
Moskva Dövlət Universitetin in tibb fakü ltesinə göndərilmişdir. Universiteti bitirdikdən sonra 3-cü Moskva Universitetinin
kafedrasında bir il ord inator işləmiş, sonra Azərbaycan Hökuməti tərəfindən gənc mütəxəssislərdən
ibarət qrupun tərkibində ixt isasını təkmilləşdirmək üçün Almaniyaya göndərilmiş, 2 il Leypsiq
Universitetinin ma malıq-ginekologiya klinikasında çalışmışdır.
1925 ildə Bakıya qayıtdıqdan sonra qadın, ana və uşaqların sağlamlığın ın mühafizəsinə dair
Azərbaycan dilində ilk dəfə məqalələ r yazmış, 1000 sözdən ibarət ma ma lıq-g inekologiya terminlə ri
lüğətini nəşr etdirmişdir. Atayev 1936 ildə Azərbaycan Tibb İnstitutunun mamalıq və ginekologiya
kafedrasının professoru seçilmiş, Xalq Səh iyyə Ko missarlığı Həkimləri Təkmilləşdirmə İnstitutunun
ma malıq və gine kologiya kafedrasının müdiri təyin o lun muşdur.
1937 ildə repressiyaya mə ruz qalmış, 8 il müddətinə Sibirə (Maqadan) sürgün olunmuşdur.
Sürgündən sonra Maqadanda və Penzada şəhər xəstəxanasında və sanitar idarəsində işləmişdir. 1948
ildə SSRİ Səhiyyə Na zirliy i tərəfindən Penza vilayət xəstə xanasına məsləhətçi göndərilən Atayev
tezliklə Pen za vilayətinin baş ma ma -gine koloqu seçilir və burada onun təşəbbüsü ilə Ümu mittifaq ma ma lıq və gineko loqlar
elmi cə miyyətinin filialı yaradılır. 1956 ildə Atayevə bəraət verilmiş, la kin o, ağır xəstəliyə tutulduğundan elmi fəaliyyətini
dayandırmalı olmuşdur.
Əd:. Житие профессора Атаева, газ. ―Вышка‖, 1990, 13 мая; Али Рза Аскер оглы Атаев – 100 лет, "Sağlamlıq", №10, Б., 1998.
AVROPA, AMERĠKA VƏ SOVET RUSĠYASINDA, DĠPLOMATĠK NÜMA YƏNDƏ LĠKLƏ RĠN TƏSĠS
EDĠLMƏS Ġ VƏ PARĠS S ÜLH KONFRANSINDA AZƏRBAYCAN NÜMA YƏNDƏ HEYƏTĠNĠN BURAXILMAS I
HAQQINDA QANUN - Azərbaycanın Paris sülh k onfransında (1919-20) böyük dövlətlər tərəfindən de-fakto
tanınmasından (1920, 11 yanvar) sonra xarici ölkələrlə əlaqələrin genişləndirilməsi məqsədilə A zərbaycan Parlamentinin
1920 il aprelin 22-də qəbul etdiyi mühüm s ənədlərdən biri. Bundan əvvəl Azərbaycan Höku məti 1920 il yanvarın 7-də
Böyük Britaniya, A BŞ, İsveçrə, İtaliya və Po lşa höku mətləri yanında Azərbaycanın diplo matik nü mayəndəliklərin in təsis
olunması haqqında qərar qəbul etmişdi. Qərara əsasən, xarici işlər nazirinə dip lo matik vəzifələrə namizədləri
müəyyənləşdirmək və nü mayəndəliklərin saxlan ması üçün smeta hazırlamaq tapşırılmışdı. Xarici İşlər Nazirliyinin
hazırlad ığı qərar layihəsini Cü mhuriyyət Höku məti ö zünün 1920 il 5 mart tarixli qərarı ilə bəyən miş və təcili olaraq
Parla ment müza kirəsinə vermişdi.
Azərbaycan Parla mentin in 1920 il apre lin 22-də qəbul etdiyi qanunla həmin il aprelin 1 -dən Fransa Respublikası,
Əlahəzrət B.Britaniya kralı, İsveçrə Respublikası, Əlahəzrət İtaliya kralı, Şimali A merika Birləş miş Ştatları, Almaniya,
Polşa Respublikası, Sovet Rusiyasının höku mətləri yanında 6 ay müddətinə nəzərdə tutulmuş müvəqqəti ştat cədvəllərinə
uyğun olaraq A zərbaycan Xalq Cü mhuriyyətinin dip lo matik nü mayəndəliklərinin təsis edilməsi nəzərdə tutulurdu.
Höku mətin müvafiq qərarlarında Azərbaycan Xalq Cü mhuriyyətini rəs mən tanımayan Sovet Rusiyasında diplo matik
nümayəndəliyin təsis edilməsi nəzərdə tutulmamışdı. Lakin Parlamentdə keçirilən mü zakirələrdə sosialistlər fraksiyası
nümayəndələrin in təkidi ilə Rusiyaya da nümayəndəlik göndərilməsi qərara alındı.
Bu qanunla Azərbaycan Höku mət inin 1918 il de kabrın 28-də Pa ris sülh konfransında fəaliyyət göstərmək üçün
təsis etdiyi A zərbaycan nümayəndəliyi də ləğv olundu. Adı çəkilən səkkiz nü mayəndəliyin fəa liyyətinin tə min i üçün 1920 il
aprelin 1-dən 6 ay müddətinə yüz on səkkiz min üç yü z iyirmi (118320) funt sterlinqin ayrılması da qərarda göstərilirdi.
Dostları ilə paylaş: |