Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu


AZƏRBAYCAN  CÜMHURĠYYƏTĠ  HÖKUMƏ TĠNĠN  XƏBƏRLƏRĠ"



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə22/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   18   19   20   21   22   23   24   25   ...   80

 

AZƏRBAYCAN  CÜMHURĠYYƏTĠ  HÖKUMƏ TĠNĠN  XƏBƏRLƏRĠ"  -  qəzet,  A zərbaycan  Xalq  Cü mhu-

riyyəti Hö ku mətin in rəsmi orqanı. "Azə rbaycan Cümhuriyyəti Höku mət inin  xəbərlə ri"nin nəşrinə başlamaq haqqında qərar 

1918  il  iyulun  3-də  qəbul  edilmişdir.  "Xəbərlə r"in  avadanlıqla  tə minatı  ə rzaq  na zirliy inə,  nəşri  Xa lq  Maarifi  Nazirliyinə  

həvalə edilmişdi. İlk nö mrəsi 1919 il yanvarın  25-də ç ıxmışdır. 1919 il iyulun 19-dan həftədə bir, 1920 il yanvarın 1-dən isə 

həftədə  iki  nömrəsi  A zərbaycan  və  rus  dillərində  bura xılırdı.  "Xəbərlər"də,  əsasən,  Höku mətin   qərarları,  nazirliklə rin  

sərəncam, ə mr və təlimatla rı, ayrı-ayrı şə xslərin vəzifəyə təyin və ya azad edilmə ləri barədə  mə lu matla r, e lanlar və s. dərc 

edilird i. 

"AZƏRBAYCAN  CÜMHURĠYYƏTĠ  HÖKUMƏ TĠNĠN  QANUN  VƏ  BĠNAGÜZARLIQLARI  MƏC-

MUƏS Ġ"  - Azərbaycan Xalq  Cü mhuriyyəti Hö ku mətinin qanunvericilik və binagüzarlıq sənədlərinin dərc olunduğu toplu. 

"Məcmuə"ni  nəşr  et mək  üçün  Azə rbaycan  Höku mət inin   1919  il  iyunun  25-də  qəbul  etdiyi  qərarla   "Azərbaycan 

Cü mhuriyyəti  Hö ku mətinin   xəbərləri"  nəşriyyatı  yanında  xüsusi  şöbə  yaradılmışdı.  Həmin  şöbə  "Metropol"  meh man-

xanasında (indiki Nizami adına A zərbaycan Ədəbiyyatı Muzey i) yerləşdirilmişdi. 

Azərbaycan Xa lq Cü mhuriyyəti dövründə "Məcmuə"-nin A zərbaycan və rus dillə ridə ayrı-ayrılıqda 4 nö mrəsi nəşr 

olunmuşdur. "Məcmuə"nin ilk nömrəsi 1919 il noyabrın 15-də, son nömrəsi isə 1920 il yanvarın 1-də buraxılmışdır. Buraya 

Azərbaycan Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti  Höku məti tərə findən 1918  il  may ın 28-dən həmin ilin oktyabrın 

31 -nə qədər qəbul olunmuş 298 qanunvericilik və binagüza rlıq sənədi da xil edilmişdir. 



AZƏRBAYCAN,  DAĞIS TAN  VƏ  ZAKASPĠ  HƏMKARLAR  ĠTTĠFAQLARININ  QURULTAYI  -  1919  il 

aprelin  7-15-də  Bakıda  keç irilmişdir.  Quru ltay  bolşeviklərin  təsiri  alt ında  olan  Azərbaycan  həmkarlar  ittifaqlarının  

təşəbbüsü ilə çağırılmışdır. Qu rultayda Ba kı,  Gəncə, Tiflis, Port -Petrovsk,  Dərbənd, Krasnovodsk və Qızıl Arvaddan olan 

30 hə mkarlar  ittifaqından 146 nü mayəndə iştirak edirdi.  Qurultayda İ.Anaşkin hə mkarlar  ittifaqla rının və zifələ ri haqqında 

mə ruzə etdi. Bütün məsələ lər ü zrə bolşeviklərin təklif etdiyi qətnamə lər qəbul edildi.  Quru ltayın bolşevik fra ksiyası bitərəf 

nümayəndələrin əksəriyyətini öz tərəfinə çəkərək həmkarlar ittifaqları hərəkatında ko mmunist partiyası proqramının qəbul 

edilməsinə nail o ldu. Azə rbaycan 

 


149 

 

sol  eserlərindən  bəzilə ri  də  quru ltayda  bolşeviklərə   tərə fdar  ç ıxd ılar.  Qurultay  fəhlə ləri  sovet  hakimiyyəti  uğrunda  mü-



barizə yolunu tutmağa çağıran qətna mə qəbul etdi. Qu rultayda seçilən Qa fqaz ö lkə hə mka rlar ittifaqları mərkə zin in heyətinə 

bolşeviklərdən B.Ağayev, İ.Anaşkin, F.Qubanov, Ə.Qarayev və b. keçdilər.  Qurultayın bolşevik platformasında dayanması 

menşevik və eserlərin həmkarlar ittifaq larından sıxışdırılması prosesini sürətləndird i. 1919 ilin  yayında Bakıdakı həmkarlar 

ittifaq larının,  demək  o lar  ki,  hamısının  idarə  heyətində  ko mmunistlər  ço xluq  təşkil  ed ird ilər,  sentyabrda  isə  onlar  sağ 

sosialistlərin  son  dayağı  olan  Bakı  hə mkarlar  ittifaq ları  şurasını  ələ  keçird ilər.  Be ləliklə,  bolşeviklər  hə mkarlar  ittifaqları 

üzərində tam nəzarətə nail oldular. Bununla, Şimali A zərbaycana sovet-bolşevik müdaxiləsi üçün zəmin hazırlamaq yolunda 

daha bir addım atılmış oldu. 

 

Əd.: Azərbaycan tarixi, 3 cilddə, c.3, B., 1973; Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Борьба за победу советской власти в 

Азербайджане 1918-1920. Документы и материаль,  B., 1967. 



 

AZƏRBAYCAN  -  DAĞIS TAN  ĠTTĠFAQI  Dağtstanın  Azərbaycanla  birləş mək  uğrunda  mübarizəsi.  1919  il 

aprelin   əvvəlində  Denikin in  Könüllü  o rdusu  Terek  vilayətinin  işğalını  əsasən  başa  çatdırdı.  Bundan  sonra  Dağıstanda 

Dağlılar  Respublikasından  ayrılıb  A zərbaycana  birləşmək  ideyası  sürətlə  yayılmağa  başladı.  Dağıstanın  ictimai  xadimləri 

Azərbaycan  Xalq  Cü mhuriyyətinin  Dağlıla r  Respublikasındakı  d iplo matik  nü mayəndəsi  Əbdürrəhim  bəy  Haqverdiyevə 

müraciətlər edərək, bu haqda A zərbaycan Höku mətinin  prinsipial razılıq  verməsini xahiş etdilər. Haqverdiyevin aprelin 15-

də  xarici  işlə r  na ziri  Mə mməd  Yusif  Cə fərova  göndərdiyi  mə lu matda  bildirilirdi  ki,  Dağ ıstanın  10  dairəsindən  4-ü  açıq  

şəkildə Azərbaycana birləşmək tərəfdarıd ır, qalanları  isə gizlicə bunu arzu edirlər.  Dağıstanlı  zabitlər, o cümlədən Dağlılar 

Respublikası Höku mət ində hərbi nazirin müav ini o lmuş general H.M.Xəlilov da bu mövqedən çıxış edird ilə r. 

Könüllü ordunun cənuba doğru irəliləməsi  ilə əlaqədar  Dağıstanda Azərbaycanla birləş mək tərəfdarları sürətlə ar-

tırdı.  Kürə,  Qaytaq, Tabasaran, Avar və  Dərbənd bölgələrini təmsil edən nü mayəndələr tarixən, həm də iqtisadi cəhətdən 

Azərbaycanla  sıx  bağlı  olduqlarını  bildirir  və  siyasi  ittifaq  yaradılmasın ı  zəruri  sayırdılar.  Aprelin  29-da  Dağıstanın 

Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar Respublikası parla menti ü zvlərinin, zabit lərin, ruhanilərin və  ziyahla rın  birgə  

iclasında  mü zakirə  edild i.  Zabitlər  Könüllü  o rduya  qarşı  mübarizən in  davam  etdirilməsini  və  hərbi  əməliyyatlar  başa 

çatdıqdan sonra  Dağıstanla  Azərbaycanın  federasiya  və  ya  konfederasiya  formasında  birləş məsini  təklif  etdilər.  Dağıstan 

deputatlarının lideri M.Q.Dib irov, nüfu zlu d in xad imi Şey x Uzun Hacı da bu təklifə tərəfdar çıxdılar. 

Mayın  5-də  Bakıdakı  müttəfıq   qoşunlarının  ko mandanı  general  U.To mson  da  Fətəli  xan   Xoyski  ilə  görüşündə 

Dağıstanın  iqtisadi,  topoqrafik  və  digər  cəhətlərdən  A zərbaycanla  bağlı  olduğuna  görə,  onun  Cü mhuriyyətə  birləş-

dirilməsini labüd saymışdı. 

Müttəfıqlərin  bu  görüşləri,  xüsusən  də  Dağıstanın  öz  taleyini  Azərbaycanla  bağlamaq  üçün  addımlar  atması 

Denikin in bölgədə fəallaş masına, təxribatçılıq fəaliyyətini gücləndirməsinə səbəb oldu. Əhalin in rəğbətini qazan maq üçün 

Dağıstana  yerli  ö zünüidarəçilik  veriləcəyi  vəd  edildi,  Könüllü   ordunun  bölgədə  başlıca  vəzifəsin in  bolşeviklərə  qarşı 

mübarizə aparmaq  olduğu bild irildi. Yü ksək rütbəli dağlı zabitlərin in Şimali Qafqazın  müsəlman bölgələrin in idarəsinə cəlb  

edilməsi isə zabit heyətinin mövqeyində dəyişiklik yaratdı. 

Be lə  bir  şəra itdə  may ın  12-də  P.Kotsevin  başçılıq  etdiyi  Dağ lılar  Respublikası  hökumət i  istefa  verdi.  Parla ment  

zabit lərin tə zyiqi ilə yeni höku mət in təşkilini general H.M.Xəlilova tapşırdı. Xəlilov Denikin in nü mayəndəsi ilə danışıq lara  

girdi və Dağlılar Respublikası höku mətin i bura xd ı. Mayın sonunda Dağıstan Könüllü ordu tərəfindən müqavimətsiz tutuldu. 

Əbdürrəhim  bəy  Haqverdiyev  iyunun  7-də  Dağ ıstanda  baş  verən  hadisələr  haqqında  Azərbaycan  Höku mətinə 

göndərdiyi  məlu matda  Denikin in  bölgədə  cəmi  1  mindən  ço x  hərbi  qüvvəyə  malik  o lduğunu  bildirir  və  yerli  əhalinin  

arzusunu nəzərə ahb, Port-Petrovska (indiki Mahaçqala) qədərki ə ra zin i Azə rbaycana birləşdirmə k üçün hərəkətə keç məyə  

çağırırdı.  Britaniya höku mətin in  iyunun 11-də bəyan etdiyi demarkasiya  xəttinə görə də  Könüllü ordu  Port-Petrovskdan 5 

mil cənubda dayanmalı idi. 

Azərbaycan  Höku mət i  Dərbəndi  və  de markasiya  xəttinə  qədərki  Dağ ıstan  ərazisini  denikinçilərdən  tə mizlə mə k 

üçün  dərhal  diplo matik  və  hərbi  hazırlığa  başladı.  Lakin  Denikin  ordusu  Cənubi  Dağ ıstanı  tərk  etməkdən  qəti  boyun 

qaçırdığı  üçün  avqustun  4-də  Britaniya  höku məti  demarkasiya  xəttin i  Dağıstanın  cənub  sərhədinə  çəkərək,  bölgəni 

bütünlüklə Könüllü o rdunun təsir dairəsinə aid etdi. 

Azərbaycan Höku məti yaran mış vəziyyəti nəzərə a laraq, Dağ ıstanın birləşdirilməsi  ilə bağlı hazırlığı dayandırma lı 

oldu.   

Əd.: Aзepбaйджанская Демократичеческая  Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы) , B., 1998; 

Göyüşov A., 1917-1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000. 



 

AZƏRBAYCAN  DƏMĠR  YOLU  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  dəmir  yol  şəbəkəsi.  Cü mhuriyyət  Hö ku-

mət inin qəra rı ilə 1918 il iyunun 1-dən ölkə  əra zisindəki bütün dəmir yol xətləri müstəqil Azə rbaycan dəmir yoluna çevrild i. 

Azərbaycan  Də mir  Yo lu  İdarəsi  yaradıldı.  Hə min  dövrdə  Azərbaycan  dəmir  yollarının  ü mu mi  u zunluğu  954,2  k m  (894,4 

versi) idi. Onun 498,2 k m-i  (467 versi) Qə rb (Ba kı - Böyük Kəsik), 187,8 k m-i  (176 verst) Şima l (Biləcəri - Yala ma ), 189,9 

k m-i  (178  verst)  Cənub-qərb  (Ulu xanlı  -  Culfa),  51,2  k m-i  (48  verst)  Cənub  (Ələt  -  Zubovka)  istiqamət lərinin,  27,1  k m-i  

(25,4 verst) "neft sahəsi"nin (Ba kı - Ba la xanı - Sabunçu - Sura xan ı) payına düşürdü. 

 


150 

 

1918  ilin sentyabrında Azərbaycan Dəmir  Yo lu İdarəsinin  sərəncamında cəmi 235 parovoz (o cü mlədən işlək  52, təmirdə 



14, tə mir gözləyən 169) və  4092 vaqon (o cümlədən 2075 yük vaqonu, 2017 vaqon-sistern var idi; onların 52%-i istis mara  

yararlı idi) vardı. 

Müstəqil Azərbaycan Höku məti təşkil edild iyi  ilk gündən ölkənin yol təsərrüfatına rəhbərlik üçün Yo llar Na zirliy i 

yaradılmışdı. Yollar naziri vəzifəsini bütün Hökumət kab inelərində Xudadat bəy Məlik-Aslanov icra etmişdir. 

1918

 

il iyunun 4-də Batu mda Azə rbaycan, Os manlı, Gürcüstan və Ermən istan hökumətləri arasında Cənubi Qafqaz 



dəmir  yolla rın ın  vaqon-parovoz  parkını  bölüşdürmə k  barədə  saziş  bağlandı.  A zərbaycan  tərəfindən  Məhəmməd   Əmin  

Rəsulzadə  və Mə mməd  Həsən Hac inskinin  imza ladıqla rı hə min sənədə görə, Cənubi Qafqa zın  vaqon-parovoz parkı tərə flər 

arasında, sazişi  imzalayan ölkələrin ərazisindən keçən dəmir yolu  xətlərin in u zunluğuna uyğun olaraq, bölüşdürülməli id i. 

La kin  Cənubi Qa fqaz respublika ları a rasında ərazi  mübahisələri olduğuna görə sazişin  müddəaları  reallaş madı.  Buna görə 

də,  Azərbaycan  Xa lq  Cü mhuriyyəti  1918  il  dekabrın  26-da  Gü rcüstanla  ayrıca  müqavilə   bağladı.  Müqaviləyə  əsasən, 

Azərbaycan  tərəfi  Gü rcüstan  dəmir  yolunun  normal  istismarı  üçün  ma zut  və  digər  neft  məhsulları  verməy i  öhdəsinə 

götürdü. Gürcüstan isə bunun müqabilində Azərbaycan dəmir yolunu zəruri material və avadanlıqla təmin etməli id i. 

1919


 

il martın 8-də A zərbaycanla Gü rcüstan arasında dəmiryolu rab itəsi haqqında ayrıca bir saziş də imzalandı. Bu 

sazişə  əsasən,  1918  il  mayın  26-dək  hər  iki  dövlətin  ərazisində  olmuş  bütün  parovoz  və  vaqonlar,  bu  məsələ  arbitraj 

ko missiyasında  həll  edilənə  qədər,  həmin   dövlətlərin  ö z  istifadəsində  və  sərəncamında  qalmalı  idi.  Eyni  zamanda, 

Azərbaycan  dəmir  yolunun  əsaslı  və  xüsusi  təmir  barədə  sifa rişlə ri  Tiflis  də miryolunun  baş  emalat xanalarında  yerinə  

yetirilmə li idi. 

1919  il aprelin  17-də A zərbaycan Də mir  Yo lu İdarəsi  Batu mda ö z t icarət agentliyini yaratdı. A zərbaycan Də mir 

Yo lu  İdarəsinin  rəisi  Tey mur  bəy  Məlik-Aslanov  və  E.Matiyeviç   ("F.A.Matiyeviç   və  Ko"  Ticarət  evin in  nü mayəndəsi) 

arasında imzalan mış sazişə əsasən, "F.A.Matiyeviç və Ko" Ticarət ev i A zərbaycan dəmir yolunun  Batumda nümayəndəsi 

təyin  edildi  və  Azərbaycan  Də mir  Yo lu  İdarəsinin  və  dəmiryolunun  komme rsiya  agentliyinin  müştərilə rinin  bütün 

sifarişlərin in icrası ona tapşırıldı. 

Azərbaycan Hökuməti də mir yolu nəqliyyatının norma l fəaliyyət göstərməsini və  in kişafını tə min  et mək üçün digər 

tədbirlər də həyata keçirdi. 1918  il iyunun 25-də Azərbaycan dəmir yolunun mühafizə  xid mət i Da xili  İşlər Na zirliy inə tabe 

edildi, də mir yolu  jandarm idarəsi yaradıldı və də mir yolu  xətlərinin, stansiyaların,  körpülərin  mühafizəsi, sərnişinlərin və  

yüklərin təhlükəsizliy inin təmin olun ması ona həvalə olundu. 

1918-20  illərdə  də mir  yolu  xət lərinin,  hərə kət  vasitələrinin  tə miri  işi  qaydaya  salındı.  Də mir  yolunun  xid mətinin  

müvafiq qulluqçularla, təmir emalatxanaları və depoların  usta və ixtisaslı  fəhlələrlə  ko mplektləşdirilməsi həyata keçirild i. 

1920 ilin yazında A zərbaycan dəmir yolunda çalışanların ü mu mi sayı 11 min  nəfərə çatırdı. A zərbaycan Parlamenti 1919 il 

fevralın 4-də dəmiryolçuların  məvaciblərin i artırmaq haqqında qanun qəbul etdi. Qanuna görə, 1919 il yanvarın 1-dən dəmir 

yolu  işçilərin in  əmək  haqqı  orta  hesabla  60%,  bəzi  kateqoriyalardan  olan  dəmiryolçuların  məvacibi  isə  90-95%  artırıld ı. 

Azərbaycan Parla ment inin 17 apre l  1919 il tarixli qərarı  ilə Azə rbaycan dəmir yolunda qulluq edən parovoz maşin istlərinə  

və onların kö mə kçilərinə həqiqi hərbi  xid mətdən möhlət hüququ verild i. A zərbaycan Höku məti  1919 il  fevralın 17-də ölkə  

ərazisindəki bütün dəmir yolu  stansiyaların ın qaydaya salın ması haqqında qərar qəbul etdi.  Bundan əlavə,  Hərbi  Nazirlik 

həmin  il  ma rtın  28-də  Ba kı,  Biləcəri  və  Xaç ma z  stansiyalarında  ko mendantlıqla r  yaratdı.  Ələt  -  Culfa  də mir  yolunun 

inşasını davam etdirmək üçün 1919 ilin dövlət büdcəsindən 100 milyon manat vəsait ayrıld ı. 

1919 il oktyabrın 20-də Azə rbaycan Parla mentinin ic lasında çıxış edən yolla r na ziri Xudadat bəy Məlik-Aslanovun 

mə lu matına  görə,  son  dövrdə  alman  50-dən  ço x  parovoz  də mir  yolunun  buraxıc ılıq  qabiliyyətini  2  dəfə  artırmağa  imkan  

vermişdi. 1919  ildə dəmir yolu nəqliyyatının  aylıq gəliri  5  milyon  manatdan 40  milyon  manata qədər artmışdı. 1920  ilin  

başlanğıcında  Azərbaycan  dəmir  yolunun  300  parovozu,  4000  s ərnişin  vaqonu,  2300  örtülü  yük  vaqonu,  2000  vaqon-

platforması,  1600  vaqon-sisterni  vardı.  A zərbaycan  Höku məti  vaqon-parovoz  parkını  daha  da  artırmağı,  dəmir  yolu  

təsərrüfatının  inkişafı  üçün  digər  vac ib  tədbirləri  həyata  keçirməyi  plan laşdırırdı.  La kin  Aprel  işğalı  (1920)  bu  planları 

yarımçıq qoydu. 



 

Əd.:Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998;  

Vəliyev (Baharlı) M .H., Azərbaycan Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.2, B., 1998; Əliyev Q., Azərbaycan 

nəqliyyatı və iqtisadiyyatı (XIX əsr - XX əsrin ilk onillikləri), B., 2001. 

 

AZƏRBAYCAN  DĠLĠNĠN  DÖVLƏT  DĠLĠ  ELAN  OLUNMAS I  HAQQINDA  QƏRAR  -  Rusiya  işğalından 

(1813) bəri Şima li Azə rbaycanda Azərbaycan türk dilinin dövlət dili  kimi işlədilməsi haqqında ilk sənəd. Azərbaycan Xalq 

Cü mhuriyyəti Hö ku mətinin  1918 il 27 iyun tarixli həmin qərarına əsasən, Azərbaycan türk dili bütün ölkə ərazisində dövlət 

dili  elan  edildi.  Lakin  bütün  məhkəmə  inzibati  idarəçilik  və  d igər  vəzifələrin   başında  duranlar  bu  dili  lazimi  səviyyədə 

öyrənənədək Hö ku mət  idarələrində  rus dilindən də istifadə o lunmasına yol verilirdi.  Qəranın  icrası  ilə bağlı,  milli  kadrlar 

hazırlan malı,  bu  sahədə  tədris  işi  yenidən  qurulmalı  idi.  Təhsilin  milliləşdirilməsi  bu  sahədə  atılan  ilk  addımlardan  oldu. 

Azərbaycan  Höku mətinin  1918  il  28  avqust  tarixli  qərarına  əsasən  bütün  ibtidai  tədris  müəssisələrində  təhsil  ana  dilində 

aparılmalı və dövlət dili

 

olan Azə rbaycan türk dilinin tədrisi icbari surətdə həyat keçirilmə li  idi  (ba x hə mç inin Azərbaycan 



Xalq Cümhuriyyəti məqaləsinin Dil siyasəti və Xalq maarifi bölmələrinə). 

 

 



151 

 

 



 

AZƏRBAYCAN  DÖVLƏT  BANKI  (ADB)  -  Azərbaycan  Xalq   Cü mhuriyyəti  maliyyə  siyasətinin  həyata  ke-

çirilməsini  təmin  edən  mühü m  dövlət  quru mu.  Dövlətin   maliyyə-iqtisadi  müstəqilliyinin   təmin  o lunması  məqsədilə 

yaradılmışdı.  Belə  ki,  Rusiya  Dövlət  Bankının   Bakıdakı  şöbəsi  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku mətinin   qarşısında 

duran mühü m dövlətçilik vəzifələrin i yerinə yetirə bilməzd i.  Buna görə də  Höku mət  1919  il  martın 7-də ADB-nin təşkili 

barədə  layihəni  bəyəndi  və  bankın  n iza mna məsini  ha zırla mağı  ma liyyə  na zirinə  tapşırdı.  1919  il  may ın  20-də  A DB-nin  

niza mna məsi Na zirlər Şurasına təqdim o lundu. 

Niza mna mə   hazırlanarkən  Rusiya  Dövlət  Bankının   niza mna məsi  əsas  götürülmüş,  la kin   bir  sıra  dəyişikliklər  və  

ixtisarlar edilmişdi. Məsələn, banka qanunvericilik qaydasında müəyyən olunmuş əsaslarla pul n işanları buraxmaq hüququ 

verilmişdi;  mərkəzi  idarənin   və  onun  ayrı-ayrı  quru mların ın  tərkibi  ixtisar  olun muş,  eyni  zamanda,  mərkəzi  idarə  Bakı 

şəhərindəki  əməliyyat  şöbəsi  ilə  birləşdirilmişdi;  bankın  yerli  strukrurlarının  şöbə  və  agentlik  hesab  edilməsi  məqbul 

sayılmamış, yaradılması nəzərdə tutulan strukturların hamısı bölmə ad landırılmışdı. On ların ştat cədvəli, hüquq və vəzifələri 

də buna müvafiq olmalı idi. 

Niza mna məyə  görə, ADB-n in və zifə ləri ko mme rsiya banklarının  vəzifə lərindən geniş idi və o  dövlet xa ra kterli bir 

sıra  tapşırıqları,  o   cü mlədən  pul  emissiyasının  yerinə  yetirməsi  dövlətin  maliyyə  aparatı  kimi  müvafiq  hallarda  digər 

ölkələrin eyni orqanları ilə sazişlər bağlanması, valyuta məsələsinin tənzimlən məsi və s. funksiyaları yerinə yetirməli idi. 

 

ADB  haqqında  hazırlan mış  qanun  layihəsi  1919  il  mayın  26-da  Höku mət  tərəfindən  bəyənildi  və  Parlamentin  



təsdiqinə verild i. Layihə  təsdiq olunana qədər isə, iyunun 2-də  Hö ku mət Dövlət bankı haqqında məsələnin  mü zakirəsi üçün 

özünün və Bakıdakı Britaniya qoşunları ko mandanlığ ının nü mayəndələrindən ibarət ko missiyanın təşkili barədə qərar qəbul 

etdi. İyunun 9-da Höku mət Dövlət bankın ın bütün aktiv  və passivləri ilə b irlikdə Azərbaycan Höku mətinə verilməsi barədə 

Britaniya  ko mandanlığ ı  qarşısında  məsələ  qaldırdı.  Avqustun  25-də  qəbul  olun muş  qərara  əsasən,  Maliyyə  Nazirliyinin  

kredit şöbəsinin neft sənayeçilərinə ayırdığı borclar ADB-yə verildi. 

Bankın  təsis  edilməsi  ö lkənin  iqtisadi-təsərrüfat  həyatını  möhkəmləndirmək  zərurətindən  irəli  gəlmişdi.  Kredit 

banklarına ü midini itirən əhali əmanətlərini oraya qoymu rdu. Bu da əhalidə ço x böyük məbləğdə dövriyyədən çıxmış  pulun 

yığılıb qalmasına səbəb olmuşdu. Nəticədə, əlavə kağız pul kəsilməsi zərurəti doğurur,  manatın alıcılıq qabiliyyətinə mənfi 

təsir göstərirdi. 

ADB-nin  məqsədi pul tədavülünü asanlaşdırmaq,  milli tica rət, sənaye və kənd təsərrüfatına yardım et mək, habelə  

pul  sistemin i  möh kəmləndirmək  id i.  İlk  vaxtlar  bankın   əsas  kapitalı  500  milyon,  ehtiyat  kapitalı  isə  20  milyon  manata 

bərabər  id i.  Əsas  kapitalı  yarat maq  üçün  Hö ku mət  ADB-yə,  ə lavə  ola raq,  50  milyonluq  Azərbaycan  və  Zaqafqa ziya  

əsginası verdi. Beləliklə, bank kağız pul kəsmək üçün müstəsna hüquqa malik oldu. 

ADB-yə  bankirlə r  şurası  rəhbərlik  edird i.  1919  il  sentyabrın  18-də  Dövlət  bankının  niza mna məsi  təsdiqləndi, 

sentyabrın 30-da onun təntənəli açılışı oldu. 1919 il sen- 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



152 

 

  



tyabrın 1 -dən fəaliyyət göstərən Gəncə bankı  isə oktyabrın 25-də qəbul olunmuş qanunla Dövlət bankının şöbəsi 

statusunu aldı. 



 

Əd.: Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Azərbaycan Cümhuriyyəti (1918-1920), B., 1998. 

 

AZƏRBAYCAN  DÖVLƏT  BANKININ  GƏNCƏ  ġÖBƏSĠ  -  A zərbaycan  Xalq  Cü mhuriyyəti  maliyyə 

sisteminin mühü m tərkib h issəsi. 1919 il oktyabrın 25-də yarad ılmışdır. Gəncə həm geniş bir quberniyanın inzibati mərkəzi, 

həm  də  iri  ə kinçilik  və  sənaye  rayonunun  mərkə zi  idi.  Quberniyada  pa mbıqç ılıq  və   onunla  əlaqədar  sənaye  sahələri 

(pamb ıqtəmizləmə, yağ emalı) xeyli in kişaf etmişdi. Bağçılıq və ü zü mçülü k məhsulları həm ticarət dövriyyəsini artırır, həm 

də iri sənayeni  xa mma lla  tə min edirdi.  Bə zi yerlə rdə  mədən senayesi (mis), habelə  ipəkç ilik  inkişaf et mişdi.  Əkinç ilik və  

maldarlıq  məhsulları da ticarət dövriyyəsini  kifayət qədər canlandırırdı.  Əhalinin əlində  xeyli nağd pul toplan mışdı və bu, 

tədricən  cari  hesablara   qoyulmaq la,  bank  ə məliyyatlarına  cə lb  olun ma lı  idi.  Bankın   nəzdində  və   digər  yerlərdə  ə manət 

kassalarının  açılması  əhalin in  vəsaitinin  bank  əməliyyatlarına  cəlb  olun masını  sürətləndirməli  id i.  Bu  şərtlər  A zərbaycan 

Parlamentinin  1919  il o ktyabrın  25-də keçirilən  88-ci  iclasında Dövlət  Ban kın ın  Gəncə şöbəsinin açılması haqqında qərar 

qəbul etməsinə  səbəb oldu. Hidayət bəy Niyazov Azə rbaycan Dövlət Bankı Gəncə şöbəsinin müdiri, Mirmahmud Ağa mirov 

nəzarətçi vəzifəsini icra edən, Qafa r Ələ kbərov böyük mühasib, Yəhya Nəbiyev isə kassir təyin olundu. 

Dövlət  Bankının  Gəncə  şöbəsinin  açılması  ölkənin  bu  bölgəsində  bank-maliyyə  əməliyyatlarının  canlan masına 

müəyyən təsir göstərdi (bax Azərbaycan Dövlət Banıi). 

AZƏRBAYCAN  DÖVLƏT  BANKININ  YARADILMASI  HAQQINDA  QƏRAR  –  Azərbaycan  Xalq  Cümhu-

riyyəti  dövlət  ma liyyə  sistemin in  yaradılması  məqsədilə  verilmiş  qərar.  Maliyyə  nazirinin   təqdim  etdiyi  layihə  əsasında 

1919  il  may ın  26-da  Azərbaycan  Xalq  Cümhuriyyəti  Höku məti  tərəfindən  qəbul  edilmişdir.  Qərar  A zərbaycan 

Parla mentində  təsdiq  olunana  qədər  maliyyə  nazirinə  nəzərdə  tutulan  vəzifə lərə  müvafiq  şə xsləri  dəvət  etməklə  bankın  

təşkili işinə başlamaq tapşırılmışdı. 

AZƏRBAYCAN  ERMƏNĠSTAN  KONFRANS I  -Azərbaycan  Xalq  Cü mhuriyyəti  ilə  Ermənistan  Respublikası 

arasındakı  mübahisəli  məsələləri,  o  cü mlədən  sərhəd  məsələlərini  mü zakirə  etmək  məqsədilə  1919  il  dekabrın  14-21-də 

Bakıda  keçirilmişdir.  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Höku məti  konfransın  keçirilməsi  üçün  bir  sıra  hazırlıq  işləri 

görmüşdü.  1919  il  oktyabrın  29-da  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Xarici  İşlər  Nazirliy i  konfransın  keçirilməsi  ilə  bağlı 

Ermənistan  Respublikasının  Xarici  İşlər  Nazirliyinin  1919  il  7  oktyabr  tarixli  teleqramına  cavab  olaraq  birdirmişdi  ki, 

Cü mhuriyyət  Hökuməti  öz  qonşuları  ilə  mehriban  münasibətlər qurmağa, bütün mübahisələri razılıq  əsasında həll etməyə 

səy  göstərir.  Azərbaycan  Höku məti  hə lə  1919  ilin  aprelində  Ümu mqafqa z  konfransının  çağırılmasına  dair  Gü rcüstan 

hökumətin in  təklifinə  də  razılıq  vermiş  və  öz  nümayəndələrini  göndərmişdi.  Konfransın  işi  yarımçıq  qaldığ ından, 

Azərbaycan  Höku məti  avqustda  onun  işinin  yenidən  bərpa  edilməsinə  ra zılıq  vermişdi.  A zərbaycan  Hökumət i,  eyni 

za manda,  hər  iki  dövlətə  aid  mübahisəli  məsələ lərin  həlli  üçün  Ermənistan  -Azərbaycan  iclasının  çağırılması  haqqında 

Ermənistan  höku mətinin   təklifini  də  qəbul  et miş,  ermən i  tərə finin  tə klifində  göstərilən   məsələlə rin   gündəliyə  da xil 

edilməsinə  etiraz  et mə miş,  iki  dövlət  arasında  təkcə  müvəqqəti  demarkasiya  xəttinin  yaradılması  məsələsini  deyil,  Azər-

baycan və Ermənistan respublika ları arasındakı bütün s ərhəd mübahisələrin in qəti həlli  məsələsini  mü za kirə et məyi  zəruri 

saymışdı. 

Müvafiq hazırlıq  işləri aparıld ıqdan sonra Cü mhuriyyət Höku məti  konfransın çağırılması üçün Bakı ş əhərini daha 

münasib bilmiş və Ermən istan hökuməti nümayəndələrini  Bakıya dəvət etmişdi. Konfrans ərəfəsində, 1919  il noyabrın 23-

də Azərbaycan və Ermən istan respublika ları a rasında saziş imzalandı (ba x Azərbaycan - Ermənistan sazişi (1919)). Onun 4-

cü  bəndinə  əsasən,  hər  iki  höku mət  qarşıdakı  konfransa  bərabər  sayda  nümayəndə  göndərməli  id i.  Azərbaycan  Xalq  

Cü mhuriyyəti  tərəfindən  konfransın  sədri  Fətəli  xan  Xoyski,  nümayəndələri  Məmməd  Həsən  Hacinski  və  Rəhim  bəy 

Vəkilov,  Ermən istan tərəfindən isə nümayəndə heyəti Arutünyants (s ədr), knyaz Arqutinski-Dolqorukov və Be kzadyandan 

ibarət id i. 

Konfransın  ilk  iclası  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  xarici  işlər  naziri  Məmməd  Yusif  Cəfərovun  çıxış ı  ilə 

açıld ı.  O,  açılış  nitqində,  Cənubi  Qafqazın  müstəqil  respublikalara  parçalan ması  ilə  bu  respublikalar  arasındakı  müna-

sibətlərdə, onların əra zilərinin  müəyyən olunmasında bir ço x həll o lunma mış,  mübahis əli  məsələlə rin qald ığını b ildird i.  İlk 

iclasda  Fətə li  xan  Xoyski  və   Arutünyants  nümayəndə  heyətlərinin  rəhbərlə ri  kimi  konfransı  sala mlad ıla r.  Müttəfiqlə rin  

Ermənistandakı  ali  ko missarı  polkovnik  Haskelin,  Gü rcüstanın  Azərbaycandakı  dip lo matik  nümayəndəsi  Alşibayanın, 

Bakıdakı  Ermən i  Milli  Şurasının,  A zərbaycan  Parlamentində  "Daşnaksutyun"  fraksiyasının  təbrik  teleqramları  d inlən ild i. 

Hər iki nümayəndə heyətinin sədrlərindən ibarət rəyasət heyəti və iclaslara sədrlik qaydası müəyyənləşdirildi. 

Konfransın dekabrın 15-də keçən növbəti iclasında mü zakirə ediləcək  məsələlərin qoyuluşu ətrafında fikir ayrılığ ı 

yarandı.  Fətəli  xan  Xoyskin in  ilk  növbədə  ərazi  problemlərin i  mü zakirə  etmək  təklifi  və  Məmməd  Həsən  Hacinskinin  

sərhəd  mübahisələrin in  23  noyabr  sazişinə  uyğun  olaraq  həll  ed ilməsini  konfransın  əsas  vəzifəsi  sayması  Ermənistan 

tərəfindən (Arutünyants və Bekzadyan) etirazla qarşılandı.  Onlar ə ra zi  mübahisələrin in qəti həlli üçün hələ la zımi şəra it və 

vaxtın yetişməd iyini bildirdilər. Erməni tərəfi, ilk növbədə, iqtisadi-maliyyə səciyyəli məsələlərin mü zakirəsini təklif ed ird i. 

Məmməd Həsən Hacinski  Qafqa z Konfederasiyası  yaradılmasını b ir ço x 

 

 


153 

 

problemlə rin həllində əsas çıxış yolu olduğunu vurğuladı. De kabrın 17-də keç irilən ic lasda əsas müza kirə Mə mməd Həsən 



Hacınskinin  qald ırdığı  Cənubi  Qafqaz  Respublikaları  Konfederasiyası  məsələsinin  konfransın  gündəliyinə  çıxarılması 

ətrafında  getdi.  Erməni  nü mayəndə  heyəti  bu  məsələdə  hökuməti  tərəfindən  səlahiyyətli  olmadığın ı,  lakin  konfederasiya 

məsələsini prinsipcə dəstəkləyə biləcəklərini bəyan etdi. Konfederasiya  məsələsi A zərbaycan tərəfindən ü mu mi  iclasda da 

irə li  sürüldü.  Ermən i  nümayəndə  heyəti  bu  təklifi  dəstəklədi.  Nət icədə,  müvafiq  qətnamə  qəbul  edilməsi  qərara  a lındı. 

Hə min  məsələnin növbəti Tiflis konfransının  mü zakirəsinə çıxa rılması və hazırlan ması üçün Cənubi Qa fqaz respublika ları 

hökumətlərinə  müvafiq  təklif  verilməsi  nəzərdə  tutuldu.  Ərazi  məsələsinə  gəldikdə,  bu  məsələnin  mü zakirəsi  17  dekabr 

iclasında  da  baş  tutmamış,  növbəti  iclasa  saxlanılmış,  məhkəmə-hüquq  münasibətlərinə  və  konsulluq  agentliklərin in  təsis 

edilməsinə  dair  məsələlərin  isə  konfransın  gündəliyinə  salın ması  qərara  alın mışdı.  Fətəli  xan  Xoyskin in  s ədrlik  etdiy i  19 

dekabr iclasında konfederasiya məsələsinə yenidən önəm verilmiş, konfransın sonuncu - 21 dekabr tarixli  iclasında tərəflər 

arasında  əvvəlki  iclaslarda  razılaşdırılmış  formada  əlavə  məsələlər  mü zakirəyə  çıxarılmışdı.  Ərazi,  qaçqınlar,  ticarət  və 

dəmir yolla rına da ir müqavilə lərin bağlan ması məsələ lərinə ə lavə olaraq, hər iki respublika vətəndaşlarının məhkə mə -hüquq 

münasibətlərinə  dair,  həmçin in,  A zərbaycan  və  Ermənistanın  mü xtəlif  şəhərlərində  konsulluqların  təsisi  məsələləri  də 

konfransın gündəliyinə daxil edilmişdi. 

Konfrans Bakıdakı işini yekunlaşdıraraq, konfederasiya  məsələsi ilə yanaşı,qalan  məsələlərin də  müzakirəsini Tiflis 

konfransına keçirməyi qərarlaşdırdı (bax Zaqafqaziya konfransı). Konfrans bəyan etdi ki, hər  iki respublika arasında hərbi 

əməliyyatlar  dayandırılmalı  və  bütün  mübahisəli  məsələlər  sülh  yolu  ilə  həll  olun malıd ır.  Ümu miyyətlə  isə,  konfrans  iki 

dövlət  arasındakı  gərg in  münasibətlərə  heç  b ir  aydınlıq  gətirmədi,  mübahisəli  sərhəd-ərazi  məsələlərinin,  o  cü mlədən 

Zəngəzur proble minin hə llində ə mə li addımlar at mad ı, tərə flər a rasındakı  ziddiyyətləri hə ll edə bilməyərək,  işini yarımçıq  

dayandırdı. 

 

Əd.:

Aзepбaйджанская  Демократическая   Pecnублика  (1918-1920), Внешняя  политика  (документы  и  материалы) ,  Б.,  1998

Aзepбaйджанская  Демократическая  Pecnублика .  Документы и материалы  (1918-1920),  Б., 1998;  



Azərbaycan tarixi,  7 cilddə, c,5, 

B., 2001; 

 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin