Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə20/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   16   17   18   19   20   21   22   23   ...   80

 

ATATÜRK, Qazi Mustafa Kamal (1881, Səlanik ( S a lo n ik i )  - 10.11.1938, İstanbul) -ümu mdünya tarixinin nadir 

tarixi şəxsiyyətlərindən biri.  Dahi dövlət  xad imi və görkəmli sərkərdə. Türk  xalq ının  xarici hərbi  müdaxiləçilərə qarşı Milli 

İstiqlal Savaşının (1919-22) qalib i, türk dövlətçiliyinin xilaskarı, Türkiyə Cü mhuriyyətinin banisi və ilk p rezidenti (1923-38). 

Sakarya vuruşmasında (1921, 23 avqust  -13 sentyabr) müda xiləçi yunan ordusunu darmadağın etdiyinə görə Türkiyə Böyük 

Millət Məc lisi (TBMM) Atatürkə ma rşal rütbəsi və"qazi" ("qalib") fə xri adın ı ve rmişdir. Atatürk 

soyadı ona Türkiyədə familiya qəbulu ilə bağlı olaraq 1934 ildə TBMM tərəfindən verilmişdir. 

Atatürk  uşaqlıqdan  hərbi  biliklərə  meyl  göstərmiş,  bu   sahədə  ibtidai  təhsil  almış, 

İstanbulda  hərbi  məktəb  (1902)  və  hərb i  akademiya  (1905)  bitirmiş,  Su riyada  (1905-07)  və 

Makedoniyada  (1907-09)  hərbi  xid mətdə  olmuş,  İta liya  -Tü rkiyə  (1911-12)  və  İkinc i  Balkan 

(1913)  müharibələrində  iştirak  etmişdir.  Türkiyənin  Bolqarıstanda  hərbi  attaşesi  (1913-14) 

olmuşdur.  Birinci  dünya  müharibəsində  (1914-18)  iştirak  etmiş,  Dardanel  boğazın ın 

müdaxiləçilərdən  müdafiə  olun masında  (1915)  mühü m  rol  oynamışdır.  1916  ildə  ona  general 

rütbəsi və "paşa" titulu verilmişdir. Os manlı dövlətinin   müstəqil dövlət  kimi varlığ ına, əslində, 

son  qoyan  Mudros  barışığı  (1918)  ilə  ra zılaş mayan  Atatürk  1919  il  may ın  19-da  Sa msunda 



"mübarək  Vətəni  və  milləti  parçalanmaq  təhlükəsindən  qurtarmaq,  yunan  və  erməni 

istəklərinə  qurban  verməmək  üçün"  milli  qurtuluş savaşına başlamış və  sonradan onun adı  ilə 

adlanan "kamalçılar hərəkatı‖nın rəhbəri olmuşdur. Antanta orduları İstanbulu ələ keçirəndən (1920,  16  mart) və ingilislər 

"Məclisi-Məbusan"ı  ("Deputatlar  Pa latası")  dağıtdıqdan  sonra,  Atatürk  1920  il  aprelin  23-də  Ankarada  yeni  Parla ment  -

Türkiyə  Böyük  Millət  Məclisini  yaratmışdır.  Atatürk  TBMM-in  və  onun  təşkil  etdiyi  höku mətin  başçısı  (prezident 

seçkilərinədək)  olmuşdur.  "Ya  istiqlal,  ya  ölüm!”  çağırışı  ilə  işğalçılara  qarşı  milli  azadlıq  mübarizəsinə  başçılıq  edən 

Atatürk  İstiqlal  Savaşını  uğurla  başa  çatdırmış  (1922),  müdaxiləçilərin  ölkədən  qovulmasına  və  Türkiyənin  ərazi 

bütövlüyünün bərpa edilməsinə nail o lmuşdur. İşğalçıların ordularını darmadağın edən Atatürk, bununla böyük dövlətlərin  

Türkiyə  ərazisini  bölüşdürərək,  dünyanın  sonuncu  türk  dövlətini  yox  etmək  plan larını,  habelə  mərkəzi  hakimiyyətə  qarşı 

çıxan  və  xaricdən  kö mək  alan  erməni-daşnak  quldurlarının  Şərq i  Anadoluda  "Böyük  Ermənistan"  yaratmaq  niyyətlərini 

puça çıxarmışdır. 

İstiqlal savaşı uğurla başa çatdıqdan və Türkiyə Cü mhuriyyət (respublika) elan olunduqdan (1923, 29 o ktyabr) 


139 

 

sonra Atatürk son dərəcə mürəkkəb tarixi şəraitdə öz  Vətəninin gələcəyi üçün yeganə düzgün yol olan strategiya müəyyən 



etdi:  "Yurdda sülh, cahanda sülh!".  Dahi dövlət  xadimi olduqca müdrik, uzaqgörən  xaric i siyasət yeritməklə və cəsarətli 

daxili  islahatlar  həyata  keçirmə klə  Türkiyəni  müasir  inkişaf  yoluna  çıxardı  və  çağdaş  dünyaya  qovuş durdu.  Bu  gün 

demokratik,  hüquqi,  dünyəvi  dövlət  kimi  dünya  birliy ində  böyük  nüfuz  qazanan  və  türk-islam  dünyasının  önündə  gedən 

qüdrətli Türkiyə  Cü mhuriyyəti Atatürk ideyaların ın və onun əməli  fəaliyyətinin parlaq bəhrəsidir. Atatürkün dahiliy i onda 

idi  ki,  o,  yaşadığı  dövrdə  dağılmış  Osmanlı  imperiyasının  xarabaları  üzərində  yenicə  yaranan,  lakin  hələ  ço x  zəif  olan  

Türkiyə Cü mhuriyyətinin o  zaman öhdəsindən gələ bilməyəcəyi ağır beynəlxalq hərb i-siyasi qarşıdurmalara girməsinə yol 

verməd i.  Dahi siyasətçi qurmaqda olduğu gənc və hələ cana gəlmə kdə olan Türkiyə  Cü mhuriyyətini qoruyub saxla maq la, 

əslində,  ümu mtürk  dövlətçiliyin i  tarix  səhnəsindən  silin məyə  qoymad ı.  Atatürk,  bununla,  həm  də,  əsarətdə  olan  dünya 

türkləri  üçün  yeganə  ümid  yerini  -  Tü rkiyə  dövlətini  qoruyub  saxladı.  O,  istiqlal  savaşının  ilk  illərində  gələcək  üçün 

ürəyində tutduğu bu siyasi düşüncələrini 1933 ildə Türkiyə Cü mhuriyyətinin  10-cu ildönümü münasibətilə keçirilən bayram 

şənliyində  açıq ladı:  "...Bu  gün  Sovet  Rusiyası  dostumuzdur,  qonşumuzdur,  müttəfiqimizdir.  Bu  dostluğa  ehtiyacımız 

vardır.  Fəqət  sabah  necə  olacağını  heç  kəs  qəti  söyləyə  bilməz.  Tipki  Osmanlı  imperatorluğu  kimi,  tipki  Avstriya-

Macarıstan imperatorluğu kimi bu dövlət də parçalana bilər. Bu gün əlində sımsıx tutduğu millətlər, ovuclarından çıxıb 

qaça bilərlər...  O  zaman  Türkiyə  nə  edəcəyini  bilməlidir.  Bizim  bu  dostumuzun  idarəsində  dili  bir,  inancı  bir,  özü  bir 

qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq...".  

Atatürkün nə qədər dahi şəxsiyyət və uzaqgörən diplomat olduğunu zaman özü sübut etdi. Onun odalov içərisində 

yaratdığı Türkiyə Cü mhuriyyəti yaşadı və qüdrətli dövlətə çevrild i. Lakin  Os manlı və Avsrtiya-Macarıstan imperatorluqları 

kimi  Sovet  imperatorluğu  da  dağıldı.  Bu  imperatorluğun  öz  ovucu  içərisində  "sımsıx  saxladığ ı"  türk  xalqları  azad lığa 

çıxd ılar. Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti isə bu gün, onun vaxtilə düşündüyü kimi, qardaş türk cü mhuriyyətlərinə 

hərtərəfli yard ım göstərir. 

Öz  xalqının  istiqlal  savaşına  başçılıq  edən  Atatürk  Türkiyənin  ənənəvi  xarici  siyasətinə  yenilik  gətirdi:  Os manlı 

imperatorluğunun iflasa uğramış  xarici siyas ət  xəttindən cəsarətlə uzaqlaşdı, Rusiyada 1917  il Oktyabr çevrilişindən sonra 

beynəlxa lq  münasibətlərdə baş vermiş rea llıqla rı nə zərə  ald ı. O,  istiqla l savaşının qələbəsinin tə min olun masına yönəlmiş 

xarici  siyasət  yeritməyə  başladı.  Bu  məqsədlə  bolşevik  Rusiyası  ilə   ya xınlaşdı.  Bütün  sahələrdə,  o  cümlədən  hərbi 

əməliyyatlarda,  Sovet Rusiyası ilə əlb ir fəaliyyət gostərməyə hazır o lduğunu bildird i və  maliyyə yardımı üçün V.İ.Leninə 

müraciət  etdi.  V.İ.Lenin  Atatürkü  türk  xalqının  istiqlal  mübarizəsinin  uzaqgörən  və  müdrik  bir  rəhbəri  kimi  yüksək 

qiymət ləndird i. Bəhs olunan dövrdə böyük dövlətlərin hərbi  müda xiləsinə və güclü  xaric i siyasi tə zyiq lərinə  mə ruz qalan  

Atatürk  Türkiyəsi  ilə  V.İ.Lenin in  başçılıq  etdiyi  bolşevik  Rusiyasının  bir-biri  ilə  yaxın laşması  tarixi  zərurət  id i.  Yaxın  

keçmişdə  aralarında  çox  kəskin  ziddiyyətlər  olmasına  baxmayaraq  hər  iki  ölkə  təcavüzə  məru z  qalmışdı,  hər  iki  ölkədə 

yeniləşmə gedirdi və onların ü mu- 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

140 

 

mi düşmən lərə qarşı bir-birinə arxa durması təbii hal  idi. Digər 



tərəfdən,  Cənubi  Qafqa zı,  xüsusilə  Ba kı  neft ini  ə lə  keç irmə k 

üstündə  İngiltərə-Rusiya  rəqabətində  ingilislərin  qələbəsi 

Türkiyəni heç cür təmin edə bilməzd i. Çünki Mudros barışığı ilə 

Osmanlı  impe ratorluğunu  diz  çökdür müş  İngiltərə,  hə mç inin  

digər  Avropa  dövlətləri  -  Fransa,  İta liya   və  Yunanıstan 

birləşərək,  " xəstə  adamı"  (yəni  Os manlı  dövlətin i)  ta ma milə  

məhv  ed ib  Türkiyə  əra zisini  bölüşdürməyə  çalışırd ıla r  və   bu 

məqsədlə  Anadolunun  işğalına  başlamışdıla r.  Bəhs  olunan 

dövrdə  İngiltərə,  artıq  Türkiyənin  Şərq  qonşusu  olan  İranı  da 

özündən  asılı  vəziyyətə  salmışdı.  Belə  bir  şəraitdə  ingilislərin  

üstəlik  Şimali  A zərbaycanı  da  ələ  keçirib  Bakı  neftinə 

yiyələn məsi  və  Cənubi  Qafqa zda  möhkə mlən məsi  Türkiyənin  

vəziyyətini  daha  da  ağırlaşdıra  bilə rdi.  Odur  ki,  yaran mış  rea l 

tarixi  şəraitdə  Azərbaycan  Xalq  Cü mhuriyyətinə  kö mək  edə 

bilməyən  və  onun  süqutunun  labüd  olduğunu  yəqin  edən  Ata-

türk  İngiltərə-Rusiya  rəqabətindən  başçılıq  etdiyi  istiqlal 

savaşının  xeyrinə  istifadə  etmək  qərarına  gəldi:  Türkiyə 

bolşevik  Rusiyasının  Cənubi  Qafqazı,  o  cümlədən  Şimali 

Azərbaycanı  işğal  etmək  siyasətilə  ra zılaşma lı  oldu.  Atatürk 

bununla,  həm  də,  bo lşevik  asılılığ ına  keçəcək  A zərbaycandan 

Türkiyə-Rusiya əlaqələrini genişləndirmək üçün bir vasitəçi kimi 

istifadə  etmək  niyyətində  idi.  Bununla  yanaşı,  Atatürk  özünün 

Rusiya  siyasətində  qardaş türk  xalqla rın ın  böyük  əksəriyyətinin  bu  dövlətin  ərazisində  yaşaması  amilin i  də  nəzərə  a lırd ı. 

Bütün  bunlardan  əlavə,  Sovet  Rusiyası  ilə  yaxınlaş maq  siyasəti  yeridərkən,  Atatürkün  bir  mühü m  məqsədi  də  vardı.  O, 

erməni a milini də diqqət mərkəzinə götürmüşdü: dahi siyas ətçi çar generallarının kö məy i ilə e rməni quldur dəstələrin in ələ  

keçirdikləri  Şərq i  Anadolu  torpaqlarını  daşnaklardan  təmizləyərkən  bolşevik  Rusiyasının  bitərəfliyin i  təmin  etməyə 

çalışırdı.Bunları  nəzərə  alan  Atatürk  Sivas  konqresindən  (1919,  sentyabr)  sonra  öz  elçisi  Xəlil  paşa  vasitəsilə  maliyyə 

yardımı və silah-sursat almaq üçün Rusiyaya müraciət etdi. Xəlil paşaya verilmiş ən mühü m tapşırıq  isə bundan ibarət idi 

ki, o, bo lşevikləri Türkiyə sərhədinə yaxınlaş mağa tələsdirməli idi. Əks təqdirdə, vəziyyət ingilislərin xeyrinə dəyişə bilərd i. 

Bu  za man  Qafqa zda  fəaliyyətə  başlayan  Xəlil  paşa  Şərq  cəbhəsinin  komandanı  Ka zım  Qa rabəkir  Paşadan  da  eyni  cür 

göstəriş  aldı.  Beləliklə,  Xəlil  paşanın  missiyası  uğurla  nəticələndi.  1920  ilin  əvvəlində  Anadoluya  ilk  bolşevik  yard ımı 

çatdırıldı.  Bununla  Cənubi  Qafqazda  hadisələrin  gedişi  bolşeviklərin  xey rinə  dəyişdi.  Eyni  zamanda,  Azərbaycan  Xalq  

Cü mhuriyyətinin taleyi də həll olundu. 

Yaran mış mü rəkkəb və real tarixi şəraitdə Türkiyə  Qafqazın bolşeviklər tərəfindən işğalı  faktı  ilə  razılaş malı o lsa 

da, Atatürk Azərbaycanı daim diqqət  mərkəzində saxlayırdı.Onun göstərişinə əsasən, Türkiyənin  Şərq cəbhəsi ko mandanı 

Kazım  Qarabəkir  paşa  bölgədə  baş  verənləri  diqqətlə  izləyir,  Sovet  Azərbaycanının  müvafiq  strukturları,  11-ci  Qırmızı 

ordunun ko mandanlığı və bu za man Qafqa zda fəa liyyət göstərən Xəlil paşa ilə sıx əlaqə sa xlayırdı. 

Atatürkün  qabaqcadan  düşündüyü  kimi,  həqiqətən  də,  A zərbaycan  sovet  hakimiyyətinin  ilk  illərində  Tü rkiyə  -

Rusiya  qarşılıq lı  əlaqələrin in  genişlənməsində  və  həyata  keçirilməsində  mühüm  rol  oynadı.  Atatürkün  göstərişi  ilə 

Azərbaycan  və  digər  Cənubi  Qa fqaz  Sovet  Respublikala rı  höku mət ləri  yanında  Türkiyə  nü mayəndəliyi  açıldı  (1920). 

Məmduh  Şövkət  bəy  hər  üç  respublikaya  s əlahiyyətli  nümayəndə  göndərildi.  Anka rada  Azərbaycan  səfirliyi  fəaliyyətə 

başladı (1921). 

Azərbaycan  xa lqı  Atatürkün  başçılıq  etdiy i  istiqla l  savaşına  böyük  rəğbət  və  ümid  bəsləyir,  Cü mhuriyyət  döv-

ründə (1918-20) olduğu kimi, qardaş  xalqa yenə də əlindən gələn  maddi və  mənəvi kö məy i əsirgəmirdi.  Gö rkəmli dövlət 

xadimi  Nə riman  Nə rimanov  bu  işdə  xüsusi  fəallıq  göstərir,  Atatürkə  ünvanladığı  mə ktubunda  "Azərbaycan  dövləti 

adından"  qəhrəman   türk  ordusunun  tezliklə  qələbə  bayrağını  Türkiyənin   tarixi  paytaxtı  olan  İstanbul  üzərində 

dalğalandırmasın ı arzu layırd ı. Nərimanov, eyni  zamanda, Atatürkün başçılığı ilə  Türkiyədə gedən İstiqlal Savaşına lazımi 

kö məklik  göstərmək  üçün  V.İ.Len inlə  sıx  əlaqə  saxlayır,  öz  məsləhətlərin i  və  təkliflərin i  verird i.  Atatürklə  sıx  əlaqə 

yaratmış  Nərimanov,  Moskvadan  asılı  olmasına  baxmayaraq,  həlledici  məqamlarda  Türkiyəni  cəsarətlə  müdafiə  edird i. 

Moskvaya  göndərilən  türk  d iplo matlarına  lazımi  məsləhətlər  verir,  təlimatlandırırd ı.  Nərimanov,  xarici  işlər  naziri 

G.V.Çiçerin  də  daxil  olmaqla,  Kremldəki  Türkiyə  və  Azərbaycan  əleyhinə  olan  ermənipərəst  qrupların  

bitərəfləşdirilməsində  və  V.İ.Len inin  "türklər  üçün  ölüm-dirim  məsələsi”  olan  ermən i  məsələsində  Atatürkü 

dəstəklə məsində xüsusilə böyük rol oyna mışdı. Bu za man Bakıdakı ingilis əsirlərinin a zad olun ması məsələsi gün- 



141 

 

dəmə  gəldikdə,  Azərbaycan  ancaq  Malta  adasında  olan  türk  əsirlərinin  azad lığa  bura xılacağı  halda  bu  addımı  atacağını 



bildirmişdi.  Qardaş  xalqın  dar  ayaqda  olduğu  bir  vaxtda  Sovet  A zərbaycanının  atdığ ı  bu  addım  Türkiyə  Böyük  Millət 

Məclisində  böyük  coşğu  ilə  qarşılanmış  və  məc lis  "Türkiyənin  milli  namusunu  müdafiə  etməlı  fədakarlığını  və 



qardaşlığını göstərən sevgili Azərbaycana Hökumət naminə təşəkkürünü bildirmişdir”. 

Azərbaycan-Türkiyə  münasibətləri  genişlən məkdə  id i.  Azə rbaycan Atatürkün  başçılıq  etdiyi  istiqlal  ordusuna ya-

nacaq  və  maliyyə  vəsaiti  ilə   tə mənnasız  yard ım  göstərirdi.  Türkün  bir  dövlət  xadimi  Nə riman  Nə rimanov,  digər  dövlət 

xadimi Mustafa Kamal paşa Atatürkün borc pul almaq üçün yazdığı məktuba belə cavab vermişdi: "Paşam, qardaş qardaşa 



borc verməz, əl tutar!” 

Azərbaycanla  münasibətlərin  daim  genişlən məsinə  qayğı  göstərən  Atatürk  1921  il  oktyabrın  22-də  Sovet  Azər-

baycanının  Türkiyədəki  böyük  elçisi  İbrahim  Əb ilovu  ço x  böyük  ehtiram  və  səmimiyyətlə  qarşılamış,  səfirin  etimad-

naməsini  qəbul  etdiy i  mərasimdə   de mişdir:  "...Azə rbaycan  türklərinin  qardaşlıq  salamını  qardaşcasına  qəbul  etdiyim 



üçün  bəxtiyaram...  Rumeli  və  Anadolu  xalqı  azəri  qardaşlarının  qəlbinin  öz  qəlbləri  kimi  çarpdığını  bilirlər...  Azəri 

türklərinin dərdləri öz dərdlərimiz və sevincləri öz sevinclərimiz olduğu üçün onların hür və müstəqil olaraq yaşamaları 

bizi həddindən artıq sevindirir...”. Atatürk Ankarada Azərbaycan böyük elçiliyin in açılışı  mərasimində çıxış edərkən Sovet 

Azərbaycanının Türkiyə-Rusiya dostluq əlaqələrindəki  mühüm roluna bir daha işarə edərək onun Türkiyənin "digər dostları 



ilə  təmas  nöqtəsində  bulunduğunu"  vurğulamışdı.  Atatürk  Azərbaycan  səfirinə  xüsusi  səmimiyyət  göstərmiş  və  özünün 

Rusiya ilə bağlı bütün qəbullarında onun iştirakını tə min et mişdir. 

Cənubi Qafqazı ə lə keçirmiş bolşevik rejimi də, öz növbəsində, Atatürkün bu bölgə ilə,  xüsusilə Azərbaycanla bağlı 

siyasətini  diqqətlə  izləyirdi.  Elə  buna  görə  də  Moskva  Atatürkün  Cənubi  Qafqaz  respublikaları  ilə  ayrı-ayrılıqda  ikitərəfli 

müqavilələr bağlamaq planlarına ciddi müqavimət göstərdi. Nəticədə, 16 mart 1921 ildə Moskvada Sovet Rusiyası ilə Türkiyə 

arasında  "dostluq  və  qardaşlıq"  anlaşması  imzalandı.  Bununla,  sovet-bolşevik  rejiminin  tələbi  ilə  Türkiyə  ilə  Azərbaycan 

arasında  Qərbi  A zərbaycan  torpaqları  hesabına  bir  erməni  dövlətinin  yaradılması  rəsmi  olaraq  hər  iki  dövlət  tərəfindən 

təsdiqlən miş oldu. 

Atatürk Azərbaycanın Naxçıvan bölgəsi ilə bağlı erməni  iddialarının diplo matik vasitələrlə dəf edilməsi sahəsində də 

çox  mühüm  rol  oynamışdır.  Atatürk  hələ  qurtuluş  savaşına  başladığı  ilk  aylarda  Naxçıvanın  tanınmış  adamları  ilə  əlaqə 

saxlamış, Naxçıvan nü mayəndələrin in Ərzuru m konqresinə (1919, 23 iyul - 7 avqust) qatılması üçün ciddi səylər göstərmişdir. 

Atatürkün  Naxçıvan  məsələsindo  tutduğu  prinsipial  mövqe  nəticəsində  Türkiyə  ilə  Ermənistan  Respublikası  arasında 

bağlanmış Gü mrü müqaviləsinə (1920, 2 dekabr) əsasən, Ermənistan Naxçıvan mahalına  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



142 

 

 



 

 

 



 

olan əsassız iddia larından əl çəkməyə  məcbur o ldu, müasir Na xç ıvan Muxtar Respublikasının ərazisi formalaşdırıldı 

və bu ərazi, yerli idarəçilik yaradılmaqla , müvəqqəti olaraq Türkiyənin himayəsi a ltına keçdi. 

Dahi siyasətçi Türkiyənin Na xç ıvan məsələsi ilə  bağlı xaric i siyas ət xəttini Gü mrü müqaviləsindən sonra da davam 

etdirdi.  1921  ilin  fevralında  RSFSR  ilə  diplo matik  danışıqlar  aparmaq  üçün  xaric i  işlər  naziri  Yusif  Ka ma lın  başçılığı  ilə  

Moskvaya yola düşən Türkiyə diplo matlarına Atatürk ciddi surətdə tapşırmışdı: "Naxçıvan  tiirk qapısıdır.  Bıınu  xüsusi 



nəzərə  alaraq,  əlinizdən  gələni  ediniz".  Martın 16-da  iki dövlət arasında  imza lanmış "dostluq və qardaşlıq" müqaviləsinə 

əsasən Naxçıvan vilayəti  mu xtar ərazi  kimi A zərbaycanm himayəsi altına keçdi. Mu xtar ərazin in sərhədləri  müəyyən edildi 

və şərt qoyuldu ki, A zərbaycan Na xçıvana olan himayə hüququnu heç bir üçüncü  dövlətə güzəştə gedə bilmə z. Moskvada 

aparılan  danışıq ların  uğurla  nəticələn məsində  Nəriman  Nərimanovun  tapşırığı  ilə  hərəkət  edən  Behbud  ağa  Şahtaxtinski 

(Azərbaycan Sovet Sosialist  Rcspublikasının  Rusiya  Sovet Sosialist  Respublikasında fövq əladə nü mayəndəsi)  mühüm  rol 

oynadı. Moskva müqaviləsində Naxçıvan barədə əldə olunmuş razılığı 1921  il oktyabrın 13-də A zərbaycan, Ermən istan və 

Gü rcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında RSFSR-in iştirakı ilə bağlan mış Qars müqaviləsi də təsdiq etdi. 

Naxçıvan, qəti olaraq, A zərbaycanın himayəsi altında mu xtar əraziyə çevrildi. 

Atatürk, həmçinin  Azərbaycan SSR-in Türkiyədəki səfıri İbrahim  Əbilovu Ankarada qəbul edərkən Azərbaycanın 

öz  milli hüdudları daxilində, o cümlədən Naxçıvan  mahalında azad və müstəqil yaşaması üçün Türkiyənin bütün tədbirləri 

görəcəyi barədə bir daha, təminat vermişdi. Atatürkün ardıcıl və ciddi səyləri sayəsində Türkiyənin Naxçıvan  məsələsində 

yeritdiyi prinsipia l  xa rici siyas ət xətti və bunun nəticəsi olan Moskva və Qars müqavilə ləri  istər sovet dövründə, istərsə də 

ondan  sonra  bu  qədim  A zərbaycan  torpağının  məh z  A zərbaycanın  tərkibində  qalması  üçün  mühüm  beynəlxa lq  hüquqi 

təminat rolu oynamışdır. Hə min müqavilə lər bu gün də öz əhə miyyətini sa xla maqdadır. 

20  yüzilliy in  90-cı  illərində  ağır  b lokada  şəraitinə  düşmüş  Naxçıvan  üçün  yeni  təcavüz  təhlükəsi  yarananda 

Azərbaycan  xa lqının  böyük  oğlu  Heydər  Əliyev  Moskva  və  Qars  müqavilə lərinin  şərtlə rindən  məharətlə   istifadə  etdi. 

Daşnakların Naxçıvanla bağlı yeni p lanları da baş tutmadı.  

Böyük Atatürkün əziz  xatirəsi Azərbaycanda həmişə ehtiramla yad edilir. A zərbaycan  xalqın ın dahi oğlu Heydər 

Əliyev  ö zünün  müvafiq  çıxışlarında  Atatürkə  yüksək  q iy mət  vermişdir.  Azərbaycan  Respublikasının   Prezidenti  Heydər 

Əliyevin 2001 il 9 mart tarixli sərəncamı ilə Azərbaycanda Atatürk mərkəzi yaradılmışdır. Azərbaycan Res- 



143 

 

publikasında Atatürk irsinin araşdırılmasına böyük maraq göstərilir. 



 

Əd.: Azərbaycan - Türkiyə münasibətləri. 1920-1922.  Sənədlər və materiallar, B., 2002; Əhmədova F., Nəriman Nərimanov-

ideal  və  gerçəklik,  B.,  1998;  Əliyev  Ə.,  Əlincə  yaddaşı:  Naxçıvan-1914-92,  B.,  1997;  Hüseynov  Q.H.,  Atatürk  dövründə  Türkiyənin 

xarici siyasətinə dair, B., 1970; Qurbanov Ş., Atatürk və Nərimanov, B., 2003; Aygün  Attar, Atatürkün Kafkazya politikası, Türkler, 21 

cilddə,  c.16,  Ankara,  2002;  Yaşar  Akbıyık,  Atatürk'ün  hayatı, yenə  orada;  Utkan  Qocatürk, Atatürk,  B.,  1991;  Gümrü, M oskva,  Qars 

müqavilələri və Vaxçıvanın taleyi, B., 1999. 

 

ATAYEV  Əlirza   Əsgər  oğlu   (1898,  Gəncə  -  1962,  Bakı)  -  A zərbaycan  Xa lq  Cü mhuriyyəti  Parla menti  dəftər-

xanasının  rus  dili  üzrə  redaktoru  (1919-20),  görkəmli  elm  təşkilatçısı,  həkim  (mama-g inekoloq),  tibb  elmləri  doktoru  

(1930), professor (1936).  Gəncə rus-tatar (Azə rbaycan) gimnaziyasında təhsil almış, 1917 ildə Tiflis ali  kursların ın tələbəsi 

olmuşdur.  Təhsilini  davam  etdirmək  üçün  1921  ildə  Azərbaycan  Sovet  Sosialist  Respublikasının  təqaüdçüsü  kimi  1-ci 

Moskva Dövlət Universitetin in tibb  fakü ltesinə göndərilmişdir. Universiteti bitirdikdən sonra 3-cü Moskva  Universitetinin  

kafedrasında  bir  il  ord inator  işləmiş,  sonra  Azərbaycan  Hökuməti  tərəfindən  gənc  mütəxəssislərdən 

ibarət  qrupun  tərkibində  ixt isasını  təkmilləşdirmək  üçün  Almaniyaya  göndərilmiş,  2  il  Leypsiq 

Universitetinin ma malıq-ginekologiya klinikasında çalışmışdır. 

1925  ildə  Bakıya qayıtdıqdan sonra qadın, ana və uşaqların sağlamlığın ın  mühafizəsinə dair 

Azərbaycan  dilində  ilk  dəfə  məqalələ r  yazmış,  1000  sözdən  ibarət  ma ma lıq-g inekologiya  terminlə ri 

lüğətini  nəşr  etdirmişdir.  Atayev  1936  ildə  Azərbaycan  Tibb  İnstitutunun  mamalıq  və  ginekologiya 

kafedrasının  professoru seçilmiş,  Xalq Səh iyyə Ko missarlığı  Həkimləri Təkmilləşdirmə İnstitutunun 

ma malıq və gine kologiya kafedrasının  müdiri təyin o lun muşdur. 

1937  ildə repressiyaya mə ruz qalmış, 8 il  müddətinə Sibirə  (Maqadan) sürgün olunmuşdur. 

Sürgündən sonra Maqadanda və Penzada şəhər xəstəxanasında və sanitar idarəsində işləmişdir. 1948 

ildə  SSRİ  Səhiyyə  Na zirliy i  tərəfindən  Penza  vilayət  xəstə xanasına  məsləhətçi  göndərilən  Atayev 

tezliklə  Pen za  vilayətinin baş ma ma -gine koloqu seçilir və burada onun təşəbbüsü ilə  Ümu mittifaq  ma ma lıq və  gineko loqlar 

elmi cə miyyətinin  filialı yaradılır. 1956 ildə Atayevə bəraət verilmiş, la kin o, ağır xəstəliyə  tutulduğundan elmi fəaliyyətini 

dayandırmalı olmuşdur. 

 

Əd:.  Житие профессора Атаева, газ. ―Вышка‖, 1990, 13 мая; Али Рза Аскер оглы Атаев – 100 лет, "Sağlamlıq", №10, Б., 1998. 

 

AVROPA,  AMERĠKA  VƏ  SOVET  RUSĠYASINDA,  DĠPLOMATĠK  NÜMA YƏNDƏ LĠKLƏ RĠN  TƏSĠS  

EDĠLMƏS Ġ  VƏ PARĠS S ÜLH  KONFRANSINDA  AZƏRBAYCAN NÜMA YƏNDƏ  HEYƏTĠNĠN BURAXILMAS I 

HAQQINDA  QANUN  -  Azərbaycanın  Paris  sülh  k onfransında  (1919-20)  böyük  dövlətlər  tərəfindən  de-fakto 

tanınmasından  (1920,  11  yanvar)  sonra  xarici  ölkələrlə  əlaqələrin  genişləndirilməsi  məqsədilə  A zərbaycan  Parlamentinin  

1920  il  aprelin  22-də  qəbul  etdiyi  mühüm  s ənədlərdən  biri.  Bundan  əvvəl  Azərbaycan  Höku məti  1920  il  yanvarın  7-də  

Böyük  Britaniya, A BŞ,  İsveçrə, İtaliya və Po lşa höku mətləri yanında Azərbaycanın diplo matik nü mayəndəliklərin in təsis 

olunması  haqqında  qərar  qəbul  etmişdi.  Qərara  əsasən,  xarici  işlər  nazirinə  dip lo matik  vəzifələrə  namizədləri 

müəyyənləşdirmək  və  nü mayəndəliklərin  saxlan ması  üçün  smeta  hazırlamaq  tapşırılmışdı.  Xarici  İşlər  Nazirliyinin  

hazırlad ığı  qərar  layihəsini  Cü mhuriyyət  Höku məti  ö zünün  1920  il  5  mart  tarixli  qərarı  ilə  bəyən miş  və  təcili  olaraq  

Parla ment müza kirəsinə vermişdi. 

Azərbaycan Parla mentin in 1920  il apre lin 22-də qəbul etdiyi qanunla həmin il aprelin 1  -dən Fransa Respublikası, 

Əlahəzrət  B.Britaniya  kralı,  İsveçrə  Respublikası,  Əlahəzrət  İtaliya  kralı,  Şimali  A merika  Birləş miş  Ştatları,  Almaniya, 

Polşa Respublikası,  Sovet Rusiyasının höku mətləri yanında  6 ay  müddətinə nəzərdə tutulmuş  müvəqqəti ştat cədvəllərinə 

uyğun  olaraq  A zərbaycan  Xalq  Cü mhuriyyətinin   dip lo matik  nü mayəndəliklərinin  təsis  edilməsi  nəzərdə  tutulurdu. 

Höku mətin  müvafiq  qərarlarında  Azərbaycan  Xalq  Cü mhuriyyətini  rəs mən  tanımayan  Sovet  Rusiyasında  diplo matik 

nümayəndəliyin  təsis  edilməsi  nəzərdə  tutulmamışdı.  Lakin  Parlamentdə  keçirilən  mü zakirələrdə  sosialistlər  fraksiyası 

nümayəndələrin in təkidi ilə Rusiyaya da nümayəndəlik göndərilməsi qərara alındı. 

Bu  qanunla  Azərbaycan  Höku mət inin  1918  il  de kabrın  28-də  Pa ris  sülh  konfransında  fəaliyyət  göstərmək  üçün 

təsis etdiyi A zərbaycan nümayəndəliyi də ləğv olundu. Adı çəkilən səkkiz nü mayəndəliyin  fəa liyyətinin tə min i üçün 1920 il 

aprelin 1-dən 6 ay müddətinə yüz on səkkiz min üç yü z iyirmi (118320) funt sterlinqin ayrılması da qərarda göstərilirdi. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin