AZƏRBAYCAN ORDUS U TƏCHĠZAT RƏĠS ĠNĠN ĠDARƏSĠ - Azərbaycan ordusunun təchizat məsələlərini
həll edən qurum. Hərb i na zirlikdə təchizat sahəsində aparılan islahatlar nəticəsində 1920 il ma rtın 15-də yaradılmışdı.Milli
ordunun təchizat və təminat məsələlə rin i mərkə zləşdirilmiş şəkildə həll edən bu orqanın tərkibinə ləva zimat idarəsi,
istehkam təchizat ı idarəsi, topçu təchizatı idarəsi, hərbi-səhiyyə hissəsi rəisinin idarəsi və hərbi-baytar hissəsi rəisin in
idarəsi da xil idi. Müstəqil şəkildə fəa liyyət göstərdikləri va xtdan fərqli ola raq, yeni strukturun tərkibində bu idarələr baş
idarə deyild ilə r. Hərbi na zirin 1920 il 15 mart tarixli ə mri ilə general-mayor Məhə mməd Mirzə Qacar Azərbaycan
ordusunun təchizat idarəsinin rəisi təyin edilmişdi.
AZƏRBAYCN ORDUS UNUN QƏRARGAHI A zərbaycan Xalq Cü mhuriyyəti ordusunun ali hərbi idarəetmə
orqanı. Qoşun hissələrinin yaradılması, ko mplektləşdirilməsi, təlim-tərbiyəsi, dislokasiyası, daxili təsərrüfat xid mətlərin in
qurulması və döyüş tapşırıq larının yerinə yetirilməsi işlərinə rəhbərlik edirdi. Hərbi nazirin 1920 il 17 fevral tarixli əmrinə
əsasən, Baş ərkani-hərb və Ümu mi qərargah birləşdirilmiş, hər iki quru mun funksiyaları A zərbaycan ordusu qərargahına
həvalə olunmuşdu. General-mayor Həbib bəy Sə limov Azərbaycan ordusu qərargahının rəisi təyin ed ilmişdi.
Azərbaycan ordusu qərargahının strukturu belə id i: l.Növbətçi generalın idarəsi: a ) ü mu mi bölmə, b) təft iş bölməsi,
c) pensiya bölməsi, ç) qeyri-nizami bölmə, d) nəşriyyat; 2. General-kvartirmeyster idarəsi: a) əməliyyat-kəşfiyyat bölməsi,
b) səfərbərlik bölməsi və məhəlli qoşunlar şöbəsi, c ) hə rbi əlaqə lər (daşın mala r) bölməsi, ç ) niza mi və ü mu mi bölmə, d)
rabitə ko mandası; 3. Hərb i topoqrafiya şöbəsi: a) xəritəçəkmə bölməsi, b) anbar; 4. Hə rbi əd liyyə h issəsi; 5. Hərb i na zirliy in
dəftərxanası: a ) qanunvericilik -kodifikasiya bölməsi, b) maliyyə bölməsi.Hərb i na zirliy in aparatı da da xil olmaqla,
Azərbaycan ordusu qərargahının ştatında 11 general, 33 qərargah zabiti, 25 baş zabit, 18 məmur və 270 əsgər, hə mçin in 16 at
və 26 nəqliyyat vasitəsi var idi.
Əd.: B., Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920). Армия (документы и материаль), Б., 1998; Süleymanov
M, Azərbaycan ordusu (1918-1920), B., 1998; yenə onun, M ehmandarov, B., 2000.
AZƏRBAYCAN-OS MANLI MÜQAVĠLƏLƏRĠ- (1918) - A zərbaycan Xalq Cü mhuriyyəti ilə Os manlı impe-
ratorluğu arasında bağlanmış sülh, dostluq və əməkdaşlıq müqavilələri. Batumda və Gəncədə bağlanmış bu müqavi-
196
lələ rə əsasən iki dövlət arasındakı sərhədlər, ticarət, poçt-teleqra f əlaqələ ri və digər iqtisadi-siyasi məsələ lər n iza ma
salınırdı (bax Batum müqavilələri (1918); Batum müqaviləsinə əlavə sazişlər),
"AZƏRBAYCAN RES PUBLĠKAS ININ 1920 ĠL ÜÇÜN ÜNVAN-TƏQVĠMĠ" - məlu mat-soraq kitabı.
1919 il iyunun 28-də Azə rbaycan Höku məti rus və türk (A zərbaycan) dillərində mə lu mat kitabın ın nəşrini bəyənmiş və
Parla mentə hə min toplunun nəşri barədə qanun layihəsi təqdim et məyi qərara almışdı (ba x "Adres-k alendar
Azerbaydjanskoy Respublik i na 1920 qod").
AZƏRBAYCAN TELEQRAF AGENTLĠYĠ (AZƏRTAc) - A zərbaycan Xalq Cü mhuriyyətinin dövlət
informasiya orqanı. A zərbaycan Xalq Cü mhuriyyəti Höku mətin in 1919 il 3 mart tarixli qərarı ilə yarad ılmışdır. Hə-min
qərara əsasən, əvvəllər Maarif Na zirliy i yanında fəaliyyət göstərirdi. Sonra Poçt və Teleqraf Na zirliy inin s ərən-ca mına
verilmiş, yaln ız 1919 ilin avqustundan müstəqil
fəaliyyətə başlamışdı. Hö ku mət 1920 il fevralın 2-də
poçt və teleqraf nazirinin təqdimatı ilə Azərbaycan
Teleqraf Agentliyinin yaradılması haqqında yeni qərar
qəbul etmişdi. Qə rara əsasən agentliyin Əsasnaməsi və
ştatı Parlament tərəfindən təsdiq edilənə qədər nazirlik
onun xərc lərini radio verilişlə rindən əldə olunan
gəlirlə rin hesabına ödəməli id i. Belə liklə, AZƏRTAc
1920
il
martın
1-dən
Azərbaycan
Xalq
Cü mhuriyyətinin Nazirlər Şurası yanında müstəqil
quruma çevrilmişdi.
Bu
zaman A zərbaycanın
müstəqilliy i artıq Antanta dövlətləri tərəfindən de-fakto
tanınmış, Azərbaycan Xalq Cü mhuriyyətinin xaricdə
nümayəndəlikləri yaradılmışdı. Bakıda isə xarici
dövlətlərin diplo matik nü mayəndəlikləri fəaliyyət
göstərirdi. Xarici dövlətlərlə əlaqə yaratmaq üçün
naqilsiz teleqra f aparatla rı da alın mışdı. Agentliy in
xəbərlə ri qəzetlə rdə dərc olunurdu. Hə m A zərbaycanın
daxilində, hə m də ölkə xa ric ində baş verən hadisələr
operativ işıqlandırılırdı. Agentliyin axırıncı xəbərləri
197
1920 il 28 apre l tarixli qəzetlə rdə verilmişdi. Aprel işğalından (1920) sonra AZƏRTAc Azə rbaycan Mətbuat
Mərkə zin in tərkib ində Rusiya Teleqra f Agentliy i Qafqaz Ölkə Müvəkkilliy inin şöbəsi kimi fəa liyyət göstərmiş,
Azərbaycan SSR Xalq Ko missarları Sovetinin qəra rı ilə 1921 ildən Azə rbaycan Teleqraf Agentliy inə (A zər.TA)
çevrilmişdi. 1972 ildən "Azərin form" adlanırd ı. Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) tərkibinə daxil id i. Azər-
baycan yenidən dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycan Respublikası Pre zidentinin 1992 il 18 dekabr tarixli
sərəncamı ilə bu quru mun tarixi adı (AZƏRTAc) ö zünə qaytarılmışdır. Azə rbaycan Respublikası Pre zidentinin 1995 il
3 ma rt tarixli fə rmanı ilə ənənəvi adı sa xlan ılmaqla, A zərbaycan Respublikasının Na zirlər Kab ineti yanında Dövlət
Teleqraf Agentliyinə, 2000 il 17 yanvar tarixli fə rmanla isə müstəqil A zərbaycan Dövlət Te leqraf Agentliyinə
çevrilmişdir.
"AZƏRTAc" müasir Azərbaycan həqiqətlərini, ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu,
iqtisadiyyatın inkişafını, sosial-mədəni sahədə qazanılmış uğurları, respublikan ın beynəlxalq aləmdə nüfuzunun
yüksəlməsini əks etdirən informasiya və fotoinformasiyaları yayır, dünyada cərəyan edən ən mühüm hadisələr barədə
operativ mə lu mat verir.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), B.,1998; Aзepбaйджанская
Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
AZƏRBAYCAN TÜRK DÖVLƏTĠ - 1918-20 illərin mətbuat səhifələrində Azərbaycan Xalq
Cü mhuriyyətinin adlarından biri. Dövrün bir ço x ziyalıları öz yazılarında Azərbaycan Xalq Cü mhuriyyətini Azərbaycan
Türk Dövləti adlandırırdılar.
AZƏRBAYCAN VƏTƏNDAġ LIĞI HAQQINDA ƏSASNAMƏ - Azərbaycan Xalq Cü mhuriyyətinin
vətəndaşlıq norma larının müəyyən edən hüquqi sənəd. Azərbaycan Xalq Cü mhuriyyəti Hökumətinin 1918 il 23 avqust
tarixli qərarı ilə təsdiq olunmuşdur. Əsasnamənin birinci maddəsinə görə, 1914 il iyulun 19-na qədər A zərbaycan Xa lq
Cü mhuriyyətinin ərazisində yaşamış və hər hansı in zibati idarə və ya ictimai zü mrə tərəfindən qeydə alın mış hər bir şəxs,
həmç inin istər ölkə da xilində və ya onun xa ric ində Azərbaycan vətəndaşından doğulmuş, ölkə əra zisində 5 ildən yuxa rı
yaşamış və ölkədə məskunlaşmış, yəni evləri, iş yerləri olan şəxslər Azərbaycan vətəndaşı hesab edilird i. Xarici vətəndaş
Azərbaycan vətəndaşı ilə n ikaha g irdikdə o, Azə rbaycan Xalq Cü mhuriyyətinin vətəndaşı hesab olu-nurdu. Azərbaycan
vətəndaşı eyni vaxtda başqa ölkənin vətəndaşı ola bilmə zdi. Ya lnız A zərbaycan Xalq Cü mhuriy-yətinin vətəndaşları
ölkədəki bütün siyasi hüquqlara (mərkəzi qanunvericilik və yerli özünüidarə orqanlarına seçki-lərdə fəal və passiv iştirak
etmək hüququna və s. hüquqlara) ma lik idilər. Əsasnaməyə görə, Höku mətə xaric i ölkə və-təndaşların ın dövlət qulluğuna
dəvət etmək səlahiyyəti verilirdi. Əsasnamədə xaric i vətəndaşın Azərbaycan vətəndaş-lığın ı qəbul et məsi və ya
Azərbaycan vətəndaşının digər ölkənin vətəndaşlığına keç məsi qaydalarının xüsusi qanunla müəyyən ediləcəyi qeyd
olunmuşdu.
1919 il avqustun 11-də Azərbaycan Xalq Cü mhuriyyəti Parla mentində Azərbaycan Vətəndaşlığı Haqqında
Qanun qəbul edildikdən sonra Höku mətin Azə rbaycan Vətəndaşlığı Haqqında Əsasnaməsi qüvvədən düşdü.
Əd.:
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
AZƏRBAYCAN VƏTƏNDAġLIĞI HAQQINDA QANUN - A zərbaycan Xalq Cü mhuriyyətinin vətəndaşlıq
normalarını müəyyən edən qanunvericilik aktı. 1919 il avqustun 11 –də Azərbaycan Xalq Cü mhuriyyəti Parlamenti
tərəfindən qəbul edilmişdir. Qanun 4 bölmədən ibarət idi: 1. Vətəndaşlığın müəyyən edilməsi; 2. Vətəndaşlığın verilməsi;
3. Vətəndaşlığın itirilməsi; 4. A zərbaycan vətəndaşlığı haqqında 1918 il 23 avqust tarixli Əsasnamənin qüvvədən
düşməsi.
Qanunun birinci bölməsinin 1-ci maddəsinə əsasən, milliyyətindən və dini mənsubiyyətindən asılı o lmayaraq,
özləri və ya valideynləri Azərbaycan Xalq Cü mhuriyyəti ərazisində doğulmuş keç miş Rusiya imperiyası vətəndaşları
Azərbaycan Xalq Cü mhuriyyətinin vətəndaşları hesab olunurdu.
Qanuna görə, Azərbaycan vətəndaşlarından doğulanlar, Azərbaycan vətəndaşlarına ərə getmiş xarici vətəndaşlar,
17 yaşı tamam olmamış və Azərbaycan vətəndaşı tərəfindən övladlığa götürülmüş xarici vətəndaşlar Azərbaycan Xalq
Cü mhuriyyəti vətəndaşı hüququ qazanırd ılar. Xarici vətəndaşa ərə getmiş Azərbaycan vətəndaşı boşandıqda, 17 yaşına
çatmamış Azərbaycan vətəndaşının xarici vətəndaşdan doğulmuş övladı, elmi və d igər istedadı ilə Azərbaycana xüsusi
xid mət göstərmiş və A zərbaycana köç müş xaric i vətəndaş, Azərbaycanda hərbi və mülki xid mətdə olan xa ric i vətəndaş da
Azərbaycan vətəndaşlığı hüququ əldə edirdi. A zərbaycan vətəndaşlığını qəbul edən hər bir şə xs Azə rbaycan dövlətinə
sədaqət barədə Əsasnamədə olan xüsusi mətn əsasında and iç məli id i (ba x Vətəndaşlıq haqqında and).
Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşlığını qəbul etdikdə o, A zərbaycan vətəndaşlığı hüququnu itirird i.
Azərbaycan vətəndaşlığından çıxmaq istəyən şəxslər yerli da irə məhkə mə lə rin in in zibati bölməsinə ərizə ilə mürac iət
etmə li və öz ərizələ rində hansı ölkənin vətəndaşlığını qəbul etdiklərini bildirmə li idilər. Azə rbaycan vətəndaşlığından
çıxmış şəxs yenidən Azərbaycan vətəndaşlığına qayıtmaq barədə yalnız 5 ildən sonra ərizə ilə mü raciət edə bilərdi.
İcazəsiz olaraq xarici vətəndaşlığı qəbul etmiş şəxslər isə yaln ız Cü mhuriyyət Höku məti daxili işlər nazirinin xüsusi
icazəsi ilə yenidən Azə rbaycan vətəndaşlığını qəbul edə bilərd ilə r.
Əd.:
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
198
AZƏRBAYCANIN BATUM BAġ KONS ULLUĞU - Türkiyə və Avropa ölkələri ilə normal iqtisadi və ticarət
əlaqələri saxlamaq, beynəlxalq aləmdə baş verən hadisələrdən müntəzəm və operativ xəbər tutmaq üçün Azər-baycan
Xalq Cü mhuriyyətinin təsis etdiyi nü mayəndəlik. Qara dəniz hövzəsində ən mühüm liman şəhəri, Azərbaycan dəmir yolu
və ağ neft kə mərin in Avropaya çıxış məntəqəsi olan Batumda nü mayəndəlik yaradılmasının zəruriliyini Məhəmməd Əmin
Rəsulzadə 1918 ilin yayında İstanbulda Azərbaycan nümayəndə heyətinin başçısı kimi fəa liyyət göstərərkən bildirmişdi.
Azərbaycan Höku məti Batu mun ölkə üçün iqtisadi, ticarət və Avropa dövlətləri ilə ə laqələr qurmaq ba xımından
mühü m əhəmiyyətini nəzərə alaraq, 1918 il noyabrın 10-da orada konsulluq yaratmağı qərara aldı. Doktor Mah mud bəy
Əfəndiyev Azərbaycanın Batumda konsulu təyin edildi. Konsulluğun katibi doktor Əziz bəy Qədimbəyov, kargüzarı
Safuət əfəndi Ağayev idi.
Azərbaycanın Batumdakı konsulluğu ölkəyə aid yüklə rin Batu m liman ında qəbul edilməsi və yola salın ması,
nəqliyyat vasitələri, xüsusən yük vaqonları və vaqon-sisternlərlə bağlı mübahisələrin tənzimlən məsi, d iplo mat ik kuryer və
poçtla əlaqədar məsələlərin n izama salın ması sahəsində mühüm rol oynamışdı.
Konsulluq bölgədə türk və müsəlman əhalinin p roblemlərinin həllində də fəal iştirak edirdi. Məsələn, konsul-luq
1919 ilin mart ay ında bölgədəki A zərbaycan təbəələrinə 10 min rubl, 1919 ilin may ında normal fəaliyyət göstər-məsi üçün
Batu mdakı türk məktəbinə 10 min rubl yard ım etmişdi.
1919 il sentyabrın 27-də konsulluq nəzdində ticarət şöbəsi yaradıldı. Şöbənin tərkibinə yollar, ticarət və sənaye,
həmç inin ərzaq na zirliklərinin nü mayəndələri da xil ed ild i. Hə min ilin oktyabr ayında Batumda kı konsulluq baş
konsulluğa çevrild i. Oktyabrın 18-də Batum baş konsulluğuna Azərbaycan Dövlət bankının mü xb iri vəzifəsi həvalə ed ildi
və Batumda A zərbaycan Höku mətinin hesabına daxil olan vəsaitin Dövlət bankına köçürülməsini tə min et mə k ona
tapşırıldı. Oktyabrın 22-də isə Batu m baş konsulluğunun ticarət şöbəsi yanında Azərbaycan Maliyyə Nazirliyi
nümayəndəliyin in təsis edilməsi qərara alındı.
Azərbaycanın Batu m baş konsulluğu fəaliyyət göstərdiyi dövr ərzində Azərbaycan dövlətinin və vətəndaşlarının
mənafey inin qorun masında mühü m ro l oynamışdı.
Əd.:
Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920),Внешняя политика (документы и материалы), Б., 1998;
Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998.
AZƏRB AYCANIN DAĞLILAR RESPUB LĠKAS INDA DĠPLOMATĠK NÜMAYƏ NDƏ LĠYĠ A zər-baycan
Xalq Cü mhuriyyətinin xarici ölkələrdə yaratdığı diplo matik nümayəndəliklərdən biri. 1919 ilin fevral-sentyabr aylarında
fəaliyyət göstərmişdir. Cü mhuriyyət Höku mət i Dağlıla r Respublikası ilə müntə zə m ə laqələr yarat maq, Şimali Qafqa zda
baş verən siyasi və hərb i prosesləri yaxından izləmək üçün 1919 ilin əvvəlində Dağlılar Respublikasında diplo matik
nümayəndəlik yaratmağı qərara ald ı. Fevralın ilk günlərində Dağlılar Respublikası höku məti Əbdürrəhim bəy
Haqverdiyevin diplomat ik nü mayəndə təyin olunmasına razılıq verdi. Fevra lın 25-də Azərbaycan Höku məti
Ə.Haqverdiyevi bu vəzifəyə təyin etdi və Temirxan-Şuraya göndərdi. Azərbaycan diplo matik nü mayəndəliyi martın 28-
də Temirxan-Şu rada fəaliyyətə başladı və elə həmin gün Azərbaycan Xaric i İşlər Na zir-liyinə Denikin ordusunun və rus
kazaklarının Terek v ilayətinə, həmçin in Çeçenistana hücum etmələri haqqında məlu mat göndərdi. Ə.Haqverdiyev 1919 il
martın 30-da öz etimadnaməsini Dağlılar Respublikası hökumətin in sədrinə təqdim etdi, 31-də isə bütün nazirlərlə
görüşdü və Dağlılar parlamentin in iclasının iştirakçısı o ldu.
Dağlılar Respublikası üçün son dərəcə ağır olan həmin günlərdə A zərbaycan diplo matik nümayəndəliyinin
Temirxan-Şurada fəa liyyətə başlaması Dağlılar Respublikası və bütün Şimali Qafqa z xa lqlarına böyük mənəvi və siyasi
yardım idi. Ona görə də A zərbaycan Xalq Cü mhuriyyəti Hö ku mətinin bu addımı Şimali Qafqazda sevinclə qarşılan mış,
ruh yüksəkliyi doğurmuşdu. Diplo matik nü mayəndəlik Dağlılar Respublikasındakı Azərbaycan vətəndaşları ilə əlaqə
yaratmış, onların hüquqlarının qorun ması, ehtiyacı olanlara yardım göstərilməsi işin i təşkil etmişdi.
Ə.Haqverdiyev aprel-may ay larında Azərbaycan Xarici İşlər Nazirliy inə göndərdiyi məlu matlarda Denikin
ordusunun Dağlıla r Respublikasına qarşı hərb i ə məliyyatları, Dağlıla r parla mentində və ict ima i dairə lərdə Dağ ıstanın
Azərbaycanla birləşməsi məsələsinin qald ırılması və bununla bağlı mü zakirələ rin gedişi, may ın 31-də Dağ lılar
Respublikasında general M.Xəlilovun hakimiyyət başına gəlməsi haqqında dəqiq və təfsilatlı informasiya vermişdi. O,
iyunun 7-də göndərdiyi mə lu matda Den ikin o rdusunun bütün Dağıstanı tutması, Port -Petrovsk və Dərbənddəki hərbi
qüvvələrin sayı və tərkib i haqqında bilg i vermiş, yerli əhalinin əhvali-ruhiyyəsini nəzərə alaraq, Cənubi Dağ ıstanın
Dərbəndlə birlikdə Azə rbaycana birləşdirilməsi üçün təcili addımla r atılmasın ı məsləhət görmüşdü.
Azərbaycan diplo mat ik nü mayəndəliyin in bu fəaliyyəti Denikin ordusunun komandanlığ ını qəzəb ləndirmiş, Tere k
və Dağıstan vilayətlə rin in hərbi rə isi genera l Erdelinin tə ləbi ilə Ə.Haqverdiyev 1919 il iyulun 3-də Te mirxan-Şuranı tərk
edərək Azə rbaycana qayıtmalı olmuşdu. Azərbaycanın konsulluq nümayəndəsi yalnız Port -Petrovskdan Azərbaycana
gəlmək istəyənlərə bura xılış vərəqələri verilməsini teşkil et mə k üçün saxlan ılmışdı. La kin general Erdeli Azə rbaycan
konsulluq nümayəndəsinin də fəaliyyətini qadağan etdi. Bununla əlaqədar A zərbaycan xarici işlər nazirliyi 1919 il
oktyabrın 1-dən Azərbaycanın Dağlılar Respublikasındakı diplo matik nümayəndəliyini ləğv etdi.
Əd.:
Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы), Б., 1998;
199
AZƏRB AYCANIN DOVLƏT MÜS TƏQĠLLĠYĠNĠN ELAN EDĠL MƏS Ġ HAQQINDA QƏRAR Azərbaycan
Milli Şurasının qərarına (1918, 28 may) əsasən, Azərbaycanın müstəqilliyini rəsmən elan edən sənəd. Ətraflı məlu mat
üçün (bax İstiqlai bəyannaməsi).
AZƏRB AYCANIN GÜRCÜS TANDA DĠPLOMA TĠK NÜMAYƏNDƏ LĠYĠ - Azə rbaycan Xalq Cü mhu-
riyyətini Gürcüstan Respublikasında tə msil edən elç ilik. 1918 ilin iyun ayında təsis edilmişdi. Azərbaycan Milli Şurasının
üzvü Məmməd Yusif Cəfərov Azərbaycanın Gürcüstanda diplomatik nümayəndəsi təyin olunmuşdu. Azərbaycan
Höku məti Gəncəyə köçdükdən (1918,16 iyun) sonra iki ölkə arasında müntəzəm əlaqələrin qurulması və inkişaf
etdirilməsində bu nümayəndəliy in misilsiz ro lu oldu. M.Y.Cə fərovun 1918 il iyunun 21-də Xaric i İşlər Na zirliy inə
ünvanladığı məxfi məlu matında Gü rcüstan hökumətinin Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyi, keçmiş
Zaqafqaziya höku mətinin əmlakın ın bölüşdürülməsi təklifi, Gü rcüstandakı alman alayın ın Bakıya hərəkət etmək n iyyəti
haqqında bilgi verildi. İyunun 22-də isə Azərbaycan xarici işlər naziri ona tapşırıq verdi ki, A zərbaycan Höku mətin in
mübahisəli ərazilər məsələsinə baxılması üçün xüsusi ko missiya yaradılması haqqında təklifini Gürcüstan və Ermənistan
hökumətlərinə çatdırsın.
Qeyd etmə k la zımd ır ki, Azə rbaycanın Gürcüstandakı diplo mat ik nü mayəndəsi ilk va xt lar A zərbaycan Höku mə -
tinin tapşırıqların ı Ermənistan hökumətinə çatdırmaq funksiyasını da icra etməli oldu. Çünki A zərbaycan Höku məti
yalnız 1918 il sentyabrın 12-də Ermənistan Respublikasında dip lo matik nümayəndəlik yaratmağı qərara ald ı. 1918 il
avqustun 15-də Mə mməd Yusif Cəfə rov Azərbaycan Höku məti adından Ermənistan Respublikasının Gürcüstandakı işlər
vəkili A.Ca ma lyana nota verərə k, Andronikin başçılığı ilə e rməni hərb i h issələrinin Zəngəzur və Şuşa bölgələrinə
soxulmasını A zərbaycan Respublikasına qarşı düşmənçilik aktı kimi dəyərləndirmiş və bu hərb i b irləşmələrin dərhal geri
çağırılmasın ı tələb etmişdi.
Azərbaycan Höku mət inin 1918 il, 12 iyul tarixli qərarı ilə Azə rbaycanın Gürcüstandakı dip lo matik nümayəndə-
liy inin 1 katib, 1 kargüzar, 1 makinaçı və 1 kuryerdən ibarət ştat tərkibi müəyyən edild i. 1919 ilin yazında Denikin təh-
lükəsinə qarşı hərbi əməkdaşlığı təşkil etmək üçün diplo matik nü mayəndəlik yanında hərbi attaşe vəzifəsi təsis edildi və
Azərbaycan hərbi na zirin in təqdimatı ilə podpolkovnik Mə mməd bəy Əliyev 1919 il apre lin 8-də bu vəzifəyə təyin edildi.
1919 il mayın 26-da isə Gürcüstandakı dip lo matik nü mayəndəlik yanında Azərbaycan Maliyyə Nazirliyinin agentliyi
yaradıldı. Avqustun 25-də ona Tiflisdə Azərbaycan Dövlət bankının agenti vəzifəsini icra etmək də həvalə olundu.
Azərbaycanın Gürcüstandakı diplo mat ik nü mayəndəliyi Borçalı qə zasının a zərbaycanlı əhalisinin hüquqların ın qo-
runması, onların ermən i və gürcü silahlı dəstələrin in basqınlarından müdafiəsi üçün də fəal iş aparırdı. 1919 il avqustun
sonunda M.Y.Cəfə rov Almaniya höku mətinin Qafqa zdakı nü mayəndəsi general fon Kresso 3 dəfə müraciət et miş,
Borçalı qəzasında anarxiyaya və azərbaycanlı əhaliyə qarşı ö zbaşınalığa son qoyulması üçün beynəlxalq ko missiya
yaradılmasın ı və qəzan ın özündə təhqiqat aparılmasını təklif etmişdi.
1918 ilin dekabrından M.Y.Cəfərov Azərbaycan Parlamentinin üzvü kimi Bakıda çalışdığından, Azərbaycanın
Gü rcüstandakı diplo matik nü mayəndəliy inə onun müavini Faris bəy Vəkilov rəhbərlik etmişdir. F.Vəkilov 1919 il
yanvarın 16-da Azərbaycan Höku mətin in başçısı Fətəli xan Xoyskiyə göndərdiyi teleqramda türk qoşununun Qars vila-
yətindən geri çəkilməsindən sonra həmin əra zinin Gü rcüstan və Ermən istan tərəfindən işğal olunmaq təhlükəsi haqqında
mə lu mat vermiş, təcili tədbirlər görülməsi zəruriliy ini qeyd etmişdi. Azə rbaycan Höku mət inin tapşırığı ilə F.Və kilov
1919 il iyulun 12-də Cənubi Qafqa zdakı Britaniya qüvvələrinin ko mandanı general Q.N.Koriyə nota verərək İrəvan
quberniyasında yaşayan azərbaycanlıların Ermənistan nizami ordusu tərəfindən qətl və qarətlərə məru z qalmasına qəti
etiraz bildirmiş, dinc əhaliyə qarşı kütləv i zorakılıqlara son qoyulması üçün Ermənistan hökumətinə təsir göstərilməsini
tələb etmişdi.
1920 il fevralın 6-da F.Vəkilov Azərbaycan Xalq Cü mhuriyyətinin Gürcüstan Respublikasındakı dip lo matik
nümayəndəsi təyin edild i. O, 1920 il aprelin 9-da Tiflisdə işə başlamış Cənubi Qafqaz respublikaları nü mayəndələrin in
konfransında Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak etmişdi. Aprelin 19-da A zərbaycanın Gürcüstandakı
diplo matik nümayəndəliyi yanında konsulluq şöbəsi yaradıldı. Şöbəyə R.Nəcəfov müdir təyin edildi. Konsulluq şöbəsi
Gü rcüstandakı A zərbaycan vətəndaşlarına ticarət işlərində, əmlak, vərəsəlik məsələləri ilə bağlı mübahisələrdə qanun
çərçivəsində yardım göstərməli id i.
Azərbaycanın Gürcüstandakı dip lo matik nü mayəndəliy i ö z fəaliyyəti ilə iki ölkə a rasında norma l münasibətlər
qurulması və inkişaf etdirilməsində, Azə rbaycan Höku məti ilə Tiflisdəki Antanta təmsilç ilə ri və d igər xa ric i missiyalar
arasında əlaqələr saxlanılmasında mühüm ro l oynadı.
Əd.:
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы), Б., 1998;
Документы и материалы по внешней политике Закавказья и Грузии, Тифлис, 1919.
Dostları ilə paylaş: |