Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov


Dövlətin xarici siyasətinin müəyyən olunmasında və



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

Dövlətin xarici siyasətinin müəyyən olunmasında və 
formalaşmasında dövlət rəhbərinin rolu  
 
Siyasət  insanların  daxilindən  gələn  və  hərəkətləri  və 
mövqeləri ilə müşahidə olunan bir anlayışdır. Bu baxımdan da 
siyasəti  insanlardan  kənarda  axtarmaq  lazım  deyil.  Siyasət 
insanlar  tərəfindən  özlərinə  xidmət  üçün  müəyyən  edilən  bir 
vasitədir.  Siyasət  insanların  maraqlarının  əks  olunduğu 
sahələrə  görə  sahələrə  malik  olur.  Siyasət  insanların  müəyyən 
sərhədləri  olan  coğrafi  məkanlarda  fəaliyyətinin  rəsmi 
inikasıdır.  Siyasət  onu  müəyyən  edənlərdə,  icra  edənlərdə 
istedadı,  qabiliyyəti,  savadı,  liberal  düşüncəni,  möhkəm 
iradəni,  risqli  addımlar  atmaq  qabiliyyətini,  çevik  reaksiyanı, 
istedadı,  səbir  və  dözümü,  zamanı  və  şəraiti  dəyərləndirmək 
qabiliyyətini,  müdrikliyi  və  humanizmi,  eləcə  də  bu  kimi 
xüsusiyətləri  özündə  cəmləşdirən  bir  fəaliyyət  peşəsidir. 
Siyasət,  eyni  zamanda  rasional  normaları,  müdafiə  və  hücüm 
strategiyasını və taktikasını baza olaraq özündə əks etdirən bir 
fəaliyyət  sahəsidir.  Siyasət  və  xidmət  amili  vəhdətlik  təşkil 
edir.  Xidmət  edən  tərəfin  yaxşı  xidmət  etmək  düşüncəsi  və 
istəyi (siyasətçi əks tərəfə yaxşı xidmət etməklə, həm də özünə 
xidmət etmiş olur. Çünki yaradılan cəmiyyətdə o da bir üzvdür) 
siyasətin  praqmatik  əsaslarını  təşkil  edir.  Şəxsiyyətin  şəxsi 
keyfiyyətləri  həm  sabit  və  rasional  əsaslı  sistemlərin 
yaradılmasında  böyük  rol  oynayır,  həm  də  siyasi  fikirlərin 
istiqamətləndirilməsində  böyük  əhəmiyyətə  malik  olur. 
Şəxsiyyət  və  pozitiv  (burada  müsbət)  siyasətin  vəhdəti  elə 
inkişafın  özüdür.  Şəxsiyyətlər  siyasi  inkişafı  şərtləndirən 
hərkatların  formalaşmasında  iştirak  edirlər.  Siyasətin  rasional 
və  empirik  məzmunu  istedadla  və  yüksək  qabiliyyətlə  icra 
olunan  siyasətdən  asılıdır.  Siyasi  rəhbərlərin  yüksək  keyfiy-
yətləri  və  əxlaqi  dəyərləri  cəmiyyətlərin  avanqard  elementinə 
çevrilir.  Şəxsiyyətlər  ictimai  proseslərin  yeniləşməsinə  təsir 
göstərmək  imkanlarına  malik  olurlar.  Şəxsiyyətin  nitqi 

 
155 
 
cəmiyyətdə  və  dövlət  siyasətində  proqram  xarakteri  kəsb 
edərək,  siyasətin  istiqamətləndirilməsində  mühüm  əhəmiyyət 
kəsb edir. 
Siyasət  iki  baza  istiqamətdə  həyata  keçirilir:  birincisi, 
müəyyən  hərəkətlərin  istiqamətləndirilməsi,  ikincisi  isə  hüquq 
normalarının  qəbulu  və  icrası  yolu  ilə.  Bu  iki  istiqamətin 
vəhdəti meydana gəlir və bütövlükdən də vahidlik ortaya çıxır. 
Bu  iki  istiqamət  bir-birinə  xidmət  edir.  Siyasətçilər  siyasəti 
yönləndirirlər  və  bu  istiqamətdə  normalar  yaradırlar  və  tətbiq 
edirlər.  Yaradılan  və  qəbul  olunan  normalar  da  siyasətə 
istiqamətlər  verirlər.  Siyasi  axınlar  üçün  siyasətçininin 
fəaliyyəti böyük  əhəmiyyət kəsb edir.  Bu baxımdan da siyasət 
axınlardan  və  axınları  tənzim  edən  qaydalar  olan  hüquq 
normalarının  qəbul  edilməsindən  və  icrasından  asılıdır.  Xarici 
siyasət də axınlardan (hərəkətlərdən) və normalar yaratmaqdan 
ibarətdir.  
Siyasətin ən çevik şəkildə icrası onu dərk etməkdən, şəraiti 
dəyərləndirməkdən  və  çevik  cavablardan  (reaksiyalardan) 
asılıdır.  Siyasətin  pozitiv  məzmunu  və  keyfiyyət  kimi  tərkibi 
insan  hüquqlarının  təmin  olunmasının  tərkibindən  və 
səviyyəsindən asılıdır.  
Siyasət elə bir hərəkəti (hərəkətsizliyi) ifadə edir ki, burada 
mütləq  qaydada  şəxslər  iştirak  edirlər  və  bu  baxımdan  da 
siyasət  insanların  xeyrinə  olaraq  icra  edilir.  Siyasət  mənafe 
üçün  təşkil  olunur  və  maraqların  təmin  olunmasına  istiqamət-
ləndirilir.  Xarici  siyasət  müəyyən  şəxslər  (hakimiyyətdə 
olanlar-hakimiyyəti  təmsil  edənlər)  və  eləcə  də  şəxslər  birliyi 
(burada  nazirliklər,  idarələr,  şirkətlər  və  digər  təşkilatlar) 
tərəfindən  həyata  keçirilir.  Subyektlər  qismində  həm 
səlahiyyətli  şəxslər,  həm  də  onların  fəaliyyət  göstərdikləri 
mərkəzlər  mühüm  əhəmiyyət  kəsb  edir.  Şəxslər  xarici  siyasət 
normaları  üzrə  fəaliyyəti  təmin  edə  bilirlər.  Xarici  siyasət 
sahəsində  diplomatların  yüksək  hazırlıqları  tələb  olunur. 
Ümumiyyətlə,  siyasət  insanlara  xas  olan  hərəkət  olduğundan 

 
156 
 
xarici  siyasət  də  insanların  əməyi  ilə  müəyyən  olunur  və 
əməyin  nəticələri  də  burada  öz  əksini  tapır.  Xarici  siyasətin 
istiqamətləri  dövlətin  qanunvericiliyi  ilə  istiqamətləndirilir. 
Eləcə  də  dövlətin  qoşulduğu  beynəlxalq  sənədlərlə  həyata 
keçirilir. 
Siyasət  sahəsində  şəxsiyyətlərdə    peşəkarlıq,  savadlılıq, 
biliklərə malik olmaq və bacarıqlılıq amili əsas götürülür.  
Xarici  siyasətin  müəyyən  olunmasında  dövlət  rəhbəri 
böyük  rol  oynayır  və  dövlətlərin  konstitusiyalarında  da  belə 
səlahiyyət  dövlət  rəhbərlərinə  verilir. Dövlət rəhbərləri dövləti 
və  xalqı  beynəlxalq  münasibətlərdə  təmsil  edirlər.  Dövlət 
rəhbəri  xalqı  beynəlxalq  münasibətlərdə  təmsil  etdiyinə  görə 
onun  üzərində  dövlətin  daxili  siyasətini  və beynəlxalq  siyasəti 
dərindən bilmək vəzifəsi və öhdəliyi düşür.  
Dövlət  rəhbərinin  beynəlxalq  nüfuzu  dövlətin  xarici 
siyasətinə də öz təsirlərini göstərir. Dövlət rəhbərinin qanunlara 
və  beynəlxalq  hüquq  normalarına  uyğun  şəkildə  davranışı  və 
siyasəti  icra  etməsi  onun  etik  davranışlarının  əsaslarını  təşkil 
edir. Dövlət rəhbərinin siyasi kursu, xarici siyasətin kursuna da 
təsir  göstərə  bilir.  Dövlət  rəhbərinin  əvvəlcə  təmsil  olunduğu 
partiyanın ideoloji siyasəti dövlətin xarici siyasətinə də müsbət 
təsir  göstərir.  Dövlət  rəhbərinin  şəxsi  keyfiyyətləri,  hazırlıq 
səviyyəsi  də,  istedad  və  qabiliyyəti  dövlətin  xarici  siyasətinin 
mahiyyətinə  təsir  göstərir.  Dövlət  rəhbərinin  beynəlxalq 
siyasəti dərindən bilmək məharəti olmalıdır. Dövlət rəhbərinin 
hadisələrin  gedişatını  dəyərləndirə  bilmək  və  bundan  da 
müəyyən  nəticələrə  gələ  bilmək  qabiliyyəti  onun  fəaliyyətində 
də  gözə  çarpır.  Xarici  siyasətin  zaman  və  şəraitlə  əlaqələn-
dirilməsi,  əlaqələrin  və  münasibətlərin  zəruri  istiqamətlərinin 
müəyyən  edilməsi  istedadı  və  qabiliyyəti  dövlət  rəhbərinin 
şəxsi keyfiyyətlərinə aid olan məsələ hesab oluna bilər.  
Qəbul  etmək  lazımdır  ki,  xarici  siyasət  də  daxili  siyasət 
kimi  kollegial  qaydada  qəbul  edilmiş  qərarla  da  müəyyən 
edilir.  Dövlətin  xarici  siyasət  kursunda  dövlətin  parlamenti 

 
157 
 
(kollegial  iştirak)  də  iştirak  edir.  Bu  istiqamət  vasitəsilə  də 
dövlətin  xarici  siyasətində  ictimaiyyət  iştirak  edir.  Əksər 
hallarda  xalq  xarici  siyasətdə  öz  nümayəndələri  vasitəsilə 
(prezident və parlamenti vasitəsilə) iştirak edir. Dövlətin xarici 
siyasətində  dövlət  rəhbərinin  şəxsi  keyfiyyətləri,  təcrübəsi, 
istedadı,  bilik  və  bacarığı  da  mühüm  rol  oynayır.  Bu  kimi 
keyfiyyətlər  dövlət  rəhbərinə  lazımi  anlarda  müvafiq  qərarlar, 
həm  də  faydalı  qərarlar  qəbul  etmək  imkanları  verir.  Dövlətin 
xarici  siyasətinin  müəyyən  edilməsi  əsas  şərtə  çevrilir.  Dövlət 
rəhbəri xarici siyasətin düzgün həyata keçirilməsində məsuliy-
yət  daşıyır.  O,  beynəlxalq  münasibətlərdə  dövlətini  təmsil 
etməklə,  lazımi  qərarlar  qəbul  etməklə  həm  dövlətini  inkişaf 
etdirir,  həm  də  beynəlxalq  münasibətlərdə  onu  tanıdır, 
beynəlxalq aləmdə qoruyur. Dövlət rəhbərinin şəxsi keyfiyyət-
lərinin  məhdudluğu,  onun  şəxsi  ambisiyalarının  böyüklüyü  və 
qeyri-normal  psixi  vəziyyəti  (maniyalığı  özündə  əks  etdirən 
psixopatlıq)  beynəlxalq  aləmdə  problemlərə  gətirib  çıxara 
bilər.  Belə  ki,  müharibə  qərarlarının  qəbul  edilməsində  dövlət 
rəhbərləri  böyük  səlahiyyətə  malik  olurlar.  Buna  görə  də 
beynəlxalq  səviyyədə  sülhün  qorunması  və  müharibələrin 
törədilməsinə  görə  də  dövlət  rəhbərləri  böyük  məsuliyyət 
daşıyırlar.  Dövlət  rəhbərlərinin  humanist  keyfiyyətləri,  daxili 
siyasətdə  tətbiq  etdikləri  liberal  siyasət  təbii  şəkildə  dövlətlə-
rinin  xarici  siyasətlərinə  təsir  göstərir.  Dövlət  rəhbərinin  şəxsi 
keyfiyyətləri  (müdrikliyi,  bundan  irəli  gələrək  sadəliyi  və 
xeyirxahlığı,  bütün  dövlətləri  nəzərə  alması,  dövlətlərə  və 
xalqlara  hörmət  etməsi;  dövlət  rəhbərinin  istedad  və  qabiliy-
yəti,  bu  baxımdan  mürəkkəb  şəraitlərdə  lazımi  nəticələr 
çıxarmaq  və  qərarlar  qəbul  etmək  bacarığı)  dövlətin  güclən-
məsinə  xidmət  edən  amildir.  Dövlət  rəhbəri  həm  universal 
normalara  əməl  etməlidir,  hər  bir xalqa  hörmətlə  yanaşmalıdır 
və  insanlıq  dəyərlərini  artırmalıdır.  Xarici  siyasətin  proqramı 
olaraq  dövlət  rəhbərinin  nitqləri,  strateji  sahələri  əhatə  edən 
fikirləri  mühüm  əhəmiyyət  kəsb  edir.  Dövlət  rəhbəri  ölkənin 

 
158 
 
baş  diplomatı  hesab  olunur.  Onun  strategiyası  və  taktiki 
addımları mühüm əhəmiyyət kəsb edir. 
Dövlət  rəhbərinin  şəxsi  keyfiyyətlərinin  yüksək  səviyyəsi 
onun  əmək  fəaliyyətində  də  özünü  göstərir.  Xüsusilə  yeni 
yaradılmış  və  müstəqillik  əldə  etmiş  dövlətlərdə  dövlət 
rəhbərinin  və  hakimiyyət  rəhbərinin  xüsusi  keyfiyyətlərinin 
olması  vacib  amilə  çevrilir.  Dövlət  rəhbəri  burada  sistemlərin 
formalaşdırılmasında  xüsusi  əhəmiyyət  daşıyırlar.  Təkmil  sis-
temlərdə,  inkişaf  etmiş  dövlətlərdə  cəmiyyətlər  sistemlə 
fəaliyyət göstərirlər, qeyri-inkişaf etmiş dövlətlərdə isə sistem-
ləşmə proseslləri  bir  qədər  zəif  olduğundan burada sistemlərin 
formalaşmasında  dövlət  rəhbərinin  şəxsi  keyfiyyətləri  mühüm 
rol oynayır.  
Şəxsiyyətlər və dövlətçilik baxımından onu da əlavə etmək 
olar  ki, tarixdən çoxlarımıza məlumdur ki, güclü dövlətləri və 
təkmil  cəmiyyətləri  dahi  şəxsiyyətlər,  o  cümlədən  dövlət 
rəhbərləri,  ictimai  nüfuza  sahib  olan  liderlər,  öz  ideyaları  və 
siyasətləri ilə cəmiyyətə təsir göstərən və insanları öz arxasınca 
aparmağı  bacaran  müdrik  insanlar,  filosoflar  yaradıblar.  Onlar 
həm  ideoloji  sahədə,  həm  də  praktiki  olaraq  fəaliyyət 
göstərərək,  tarixdə  böyük  izlər  qoyublar  və  elə  tarixin  özünü 
yaradıblar.  Hesab  etmək  olar    ki,  siyasət  tarixində  şəxsiy-
yətlərin fəaliyyəti, xidmətləri ayrıca bir bölmə kimi, fənn kimi 
tədris  olunmalıdır.  Mükəmməl  dövlətçilik  sisteminin  forma-
laşması  da  ictimai  və  siyasi  liderlərin  əməyinin  nəticəsi  hesab 
olunmalıdır.  İctimai  təfəkkür  baxımından  və  elmi  yanaşma 
metodlarından irəli  gələrək, şəxsiyyətin həyatına güclü dövlət-
xeyirxah  cəmiyyət,  sosial-rifah  halının  yaxşılaşdırılması 
prizmasından  baxmaq  lazımdır  və  bu  aspektlər  əsasında  təhlil 
olunmalıdır.  
 

 
159 
 
Dövlətin  xarici  siyasətində  xalqların  psixologiyasının 
təsiri 
 
Dövləti  xalq  (əhali,  sakinlər)  yaradır.  Xalqın  psixologiya-
sına  uyğun  olaraq  həmin  dövlətin  daxili  və  xarici  siyasətinin 
xüsusiyyətlərini  (müsbət  və  ya  mənfi  olmasını,  xoş  və  ya  xoş 
olmamasını)  müəyyən  etmək  olar.  Hər  bir  xalqın  milli 
mentaliteti  (burada  adət-ənənələri  ilə  və  dini  baxışları  ilə 
formalaşan dövlətlər nəzərdə tutulur) onun cəmiyyətinin siyasi 
strukturuna  təsir  göstərir.  Məsələn,  xalqın  dini  baxışlarını 
özündə  əks  etdirən  dini  dövlətlər  yaradılır.  Beynəlxalq  hüquq 
normaları  isə  sivil  və  rasional  normalarla  təmin  olunur. 
Beynəlxalq  münasibətlərdə  “Beynəlxalq  dini  normalar” 
anlayışı yoxdur. 
Güclü  xalqlar  böyük  imperiyalar  yaratmağa  qabil  olublar. 
Məsələn,  ingilislər,  fransızlar,  almanlar,  ispanlar,  ərəblər, 
türklər,  farslar,  çinlilər,  yunanlar,  romalılar  və  s.  Xalqın  milli 
mentaliteti,  ruhu  onun  yaratdığı  dövlətin  gücünüə  təsir 
göstərib.  Güclü  xalqın  möhkəm  iradəsi  həmin  xalqın  güclü 
şəkildə  təşkilatlanmasına  və  geosiyasi  məkanlar  yaratmasına 
xidmət  edibdir.  İmperiyalar  daha  çox  “maşın”  xalqların  xarici 
siyasət fəaliyyətlərinin nəticəsi olub. İmperiyaların yaradılması 
da  güclü  fəaliyyətin  və  iradənin  məhsulu  olubdur.  Xalqların 
sayının  çoxalması  və  tarixən  yayılması  prosesləri  də 
imperiyaların yaradılmasına səbəb olubdur. 
Böyük xalqların imperiya siyasətləri onların məkanlar üzrə 
geosiyasi  sistemlər  yaratmalarına  səbəb  olubdur.  Beynəlxalq 
münasibətlərin  sistemləşməsi  təbii  ki,  beynəlxalq  münasibət-
lərdə  iştirak  edən  xalqların  böyük  miqyasda  iştirak  etmə-
lərindən irəlşi gəlibdir. İmperiyalar siyasəti beynəlxalq aləmdə 
münasibətlər  tarixinin  zənginləşməsinə  gətirib  çıxarıbdır. 
Böyük  xalqlar  və  onlara  məxsus  olan  böyümə  xarakteri  onlar 
tərıfindən imperiyaların yaranmasının əsaslarınlı təşkil edibdir. 

 
160 
 
Böyük xalqların daha çox ərazilər əldə etmək siyasətləri və 
ərazilərdə işğallar və zəbtlər hesabına məskunlaşmaları təbii ki, 
ərazilərə  münasibətdə  onların  milli  psixologiyalarını  yara-
dıbıdır.  Məsələn,  ingilislərin  dünyada  geniş  yayılmaq  siyasət-
ləri  onların  dəniz  hakimiyyətinə  məxsus  olan  xalqlar  kimi 
xüsusiyyətlərini  ortaya  çıxarıbdır.  Eləcə  də  ispanlar  və  portu-
qallar,  italyanlar,  həmçinin  yunanlar  dəniz  xalqları  kimi  öz 
milli  psixologiyalarını  formalaşdırıblar.  Dağlıq  ərazilərdə 
yaşayan  xalqlar  daha  çox  enerjiyə  malik  olublar  və  bir  qədər 
çılğın təbiətləri ilə fərqləniblər. 
Xarici  siyasət  vahid  beynəlxalq  hüquq  normaları  ilə 
tənzimlənməyə  baxmayaraq,  elə  hallar  olur  ki,  böyük  xalqlar 
öz  böyük  maraqları  naminə  beynəlxalq  hüququ  pozmaq 
məcburiyyəti  ilə  üzləşirlər  və  “özlərinə  sərf  edən  beynəlxalq 
hüquq  normaları”  qəbul  edirlər.  Bu,  onların  geosiyasi  maraq-
larından  irəli  gəlir  və  geostrategiyaya  əsaslanan  xarici  siyasət 
həyata  keçirmək  istəklərindən  meydana  gəlir.  Elə  xalqlar  da 
olur  ki,  onların  beynəlxalq  aləmdə  istəkləri  “şişir”,  “daşır”  və 
onlar  öz  potensiallarından  kənar  xarici  siyasət  reallaşdırmağa 
çalışırlar. Buradan da işğalçılıq siyasəti formalaşır.  
  
Beynəlxalq münasibətlərin sistemləşdirilməsi 
 
Siyasət  cəmiyyətdə  və  dövlətdə  münasibətləri və əlaqələri 
sistemləşdirən,  qruplaşdıran  və  ayrı-ayrı  sahələrə  ayıran 
fəaliyyət  cəmidir  və  fəaliyyət  istiqamətidir.  Sistemlər  təbii  ki, 
özündə  müəyyən  mexanizmləri  əks  etdirən,  eynilikləri, 
ziddiyyətləri, əkslikləri yaradan strukturlardır. Burada müxtəlif 
tərkibli  elementlər  arasında  (həm  də  sistem  tərkibi  olan 
elementlər)  qarşılıqlı  birləşmədən  bütövlük  meydana  gəlir. 
Sistemləşdirmə də məzmun etibarilə elə strukturlaşdırmadır və 
strukturlar 
arasında 
əlaqələri  qruplaşdırmadır.  Sistemi 
yaratmağın  başlıca  məqsədi  tənzimləmə  proseslərini  qayda-
larla,  ölçülərlə,  imkanlara  müvafiq  qaydada  həyata  keçir-

 
161 
 
məkdən  ibarətdir.  Sistemlər  ona  görə  təşkil  edilir  ki, 
münasibətlər  arasında  tarazılıq  yaradıla  bilsin.  Tarazlığın  da 
başlıca  məqsədi  ondan  ibarətdir  ki,  münasibətlərdə  imkanlar 
çərçivəsində,  potensial  daxilində  iştirakın  əsasları  təşkil  oluna 
bilsin.  Sistemləşdirmə  sayəsində  komplekslilik,  bütövlülük 
meydana gəlir. 
Münasibətlər  həm  onların  tərkibinə  aid  olan  subyektlərin 
çoxluğu baxımından, həm də sahələrin əhatə olunması nöqteyi-
nəzərindən  sistemləşdirilir.  Sistemləşmədə  qruplaşmalar  da 
yaranır.  Sistemləşmə  elə  müəyyən  mexanizmlərə  (müəyyən 
məkanlarda  işləyən  vahidliyə)  cəlb  edilən,  müəyyən  mərkəz-
lərdə toplaşan, cəmləşdirilən elementlərin xassələrə görə təsnif 
olunmasıdır.  Bu  təsnif  olunma  həm  də  elementlərin  hərəkət 
istiqamətlərində  öz  əksini  tapır.  Bu  baxımdan  da  sistemlərin 
fəaliyyətində də proseslərin özləri də sistemləşdirilir.  
Beynəlxalq  münasibətlərin  əhatə  olunduğu  sahələr  çoxluq 
təşkil  edir.  Dövlətlər  o  sahələrdə  beynəlxalq  münasibətlərə 
qoşulurlar  ki,  daxillərində  də  həmin  sahələr  vardır.  Yaxud 
dövlət daxilində olmayan, lakin beynəlxalq aləmdə olan (digər 
dövlətlərdə  olan)  yeni  sahələri  yaratmaq  üçün  beynəlxalq 
əlaqələrə  daxil  olurlar.  Dövlətin  xarici  siyasətinin  məqsədləri 
həm də buradan formalaşır. Dövlətin daxili sahələri onun xarici 
sahələri  ilə  birləşərək  üzvü  vəhdət  təşkil  edir.  Beynəlxalq 
münasibətlərin  sahələri  qruplaşdırılır.  Bu  qruplaşdırma  əsas 
etibarilə  maraq  müxtəlifliyindən  və  şəraitə  müvafiq  olaraq 
maraqları  təmin  etmək  üçün  görülən  işlərdən  asılı  olur. 
Qruplaşdırma  ona  görə  həyata  keçirilir  ki,  həm  müxtəlif 
sahələrin  vahid  istiqamətləri  arasında  xətti  bütövlük  təşkil 
edilsin,  həm  də  kiçik,  orta  və  böyük  formalı  münasibətlər 
sahələri  arasında  birliyin  yaradılması  hesabına  bütövlük 
yaransın.  Sistemləşdirməni  zəruri  edən  amillər  içərisində  onu 
da  qeyd  etmək  olar  ki,  indiki  beynəlxalq  münasibətlər 
sferasında mövcud resursların tarazlı qaydada istifadə olunması 
labüddür  ki,  bunun  da  sayəsində  beynəlxalq  aləmdə  tarazlıq 

 
162 
 
təmin  olunur.  Ayrı-ayrı  sahələr  üzrə  normalar  qəbul  edilir. 
Beynəlxalq münasibətlər dövlətlər tərəfindən yarandığından bu 
sahələrin  müəyyən  mexanizmləri  formalaşır.  Mexanizmlər  də 
qaydalarla  işləyir.  Komponent  birləşmələri  bütövlüyü  və 
strukturlaşmanı yaradır. Strukturlar da sistemləri ortaya çıxarır. 
Beynəlxalq  münasibətlər  sistemləşdirilir.  Beynəlxalq  münasi-
bətlər ayrı-ayrı sahələrə ayrılır və bu sahələr arasında müəyyən 
əlaqələr  meydana  gəlir.  Beynəlxalq  münasibətlərin  sahələri 
həmçinin bir-birinə təsir etmək imkanlarına malik olur. Burada 
təbii  əlaqələr  meydana  gəlir.  Beynəlxalq  münasibətlər  hüquq 
normaları  ilə  tənzim  olunduğundan  mütləq  qaydada  münasi-
bətlərin  və  əlaqələrin  sistemlərə  tabe  etdirilməsi  prosesləri 
həyata  keçirilir.  Beynəlxalq  münasibətlərin  sistemləşdirilməsi 
dedikdə,  münasibətlərin  həm  ayrı-ayrı  sahələr  üzrə  təşkil 
olunması  və  həmin  sahələr  üzrə  mexanizmlərin  yaradılması 
nəzərdə  tutula  bilər,  həm  də  subyektlərin  arasında  olan 
əlaqələrin  vahid  qaydalarla  tənzimlənməsi  kimi  qəbul  edilə 
bilər. 
Dövlətlər  öz  münasibətlərini  sistemləşdirmək  və  tənzim 
etmək  üçün  ayrı-ayrı  sahələrdə  olan  əlaqələri  tənzim  etmək 
funksiyasına  malik  olan  təşkilatlar  yaradırlar.  Bu  təşkilatlar 
baza  etibarilə  dövlətlərin  ayrı-ayrı  sahələrdə  olan  münasi-
bətlərini  tənzim  edirlər.  Beynəlxalq  münasibətlərin  sistem-
ləşdirilməsi  regional  və  regiondan  kənar  qlobal  (ümumdünya 
üzrə) əhəmiyyət kəsb edir. 
Beynəlxalq 
münasibətlərin 
sistemləşdirilməsi 
maraq 
təminedicilik  və  müdafiə  olunmaq  baxımından  aşağıdakı 
şəkildə həyata keçirilir: 
-münasibətlərin  maraqları  təmin  etmək  baxımından 
sistemləşdirilməsi-burada dövlətin sakinlərinin bütün sahələrdə 
olan maraqları təmin olunur; 
-münasibətlərin  maraqları  müdafiə  etmək  baxımından 
sistemləşdirilməsi. Bu istiqamətdə münasibətlər iqtisadiyyat və 
təhlükəsizlik  sahələrində  sistemləşdirilir.  Təhlükəsizlik  sahə-

 
163 
 
sində sistemləşdirmə əsasən həm subyektlərin özlərini qorumaq 
funksiyası  kəsb  edir,  həm  də  münasibət  sahələrini  və 
əlaqələrini qorumaq məqsədini daşıyır.  
Beynəlxalq  sahədə  münasibətlərin  sistemləşdirilməsi  baza 
etibarilə  beynəlxalq  münasibətlərdə  bütövlüyü-regional  və 
universal  bütövlüyü, meydana  gətirir.  Beynəlxalq münasibət-
lərin  sistemləşdirilməsi  “iyerarxik  quruluşu”  formalaşdırır. 
Burada  iyerarxik  quruluş  dedikdə,  bu  məsələyə  iki  aspektdən 
yanaşmaq  olar:  birincisi,  baza  əhəmyyət  kəsb  edən  sahələr 
arasında  yaranan  şaquli  və  üfiqi  asılılıq  sistemi;  ikincisi, 
dövlətlərin  güclərindən  irəli  gələrək  onlar  arasında  münasi-
bətlərdə  geosiyasi  amillərin  olması.  Yəni,  güclü  dövlətlər 
beynəlxalq  münasibətlər  sisteminin  yuxarı  mərhələlərində  yer 
alırlar.  Ondan  aşağı  isə  dövlətlər  iyerarxik  qaydada  “sıralara 
düzülürlər”. 
Beynəlxalq 
münasibətlərdə 
sistemləşdirmə 
əsasında  vahid  qaydalara  əməl  etmək  prinsipləri  ortaya  çıxır. 
Beynəlxalq 
münasibətlərin 
sistemləşdirilməsi 
sayəsində 
dövlətlər  arasındakı  əlaqələrdə  meydana  gələn  təcrübələr 
qaydaları  yaradır.  Sistemləşdirmə  sayəsində  həm  də  ümumi 
qaydalara  (məsələn,  beynəlxalq  konvensiyalarda  əks  olunmuş 
qayda  və  normalara)  əməl  etmək  vərdişləri  meydana  gəlir. 
Beynəlxalq  münasibətlərin  sistemləşdirilməsinin  müsbət 
tərəfləri ondan ibarətdir ki, dövlətlər arasında münasibətləri və 
əlaqələri  tənzim  etmək  baxımından  böyüklüyündən  və 
kiçikliyindən asılı olmayaraq vahid qaydalar  yaranır (dövlətlər 
arasında  vahidliyi  və  bərabərliyi  tərənnüm  edən  beynəlxalq 
hüquq normaları); ümumi resurslardan hər bir dövlət tərəfindən 
istifadə  imkanları  əldə  olunur  (beynəlxalq  miqrasiya,  iqtisadi 
vasitələrin  və  resursların  güclərindən  asılı  olmayaraq  dövlət-
lərdən-dövlətlərə  keçməsi);  dövlətlər  arasında  münasibətlərdə 
gərginlik  baş  verdikdə,  sistemin  mövcudluğu ucbatından digər 
dövlətlərin  də  bu  məsələyə  mövqeyi,  münasibəti  və  müəyyən 
hərəkətləri  meydana  gəlir  (beynəlxalq  təhlükəsizlik  qüvvələ-
rinin  fəaliyyəti,  humanitar  fəlakətlərin  aradan  qaldırılması 

 
164 
 
zamanı  beynəlxalq  təhlükəsizlik  qüvvələrinin  humanitar 
müdaxiləsi);  sistemin  bütövlüyünə  görə  beynəlxalq  ümum-
nəzarət amili ortaya çıxır (iki və ya çoxlu sayda dövlət arasında 
baş verən  münaqişə,  böhran  və müharibə baş verdikdə ümumi 
narahtlıq  doğuran  hallar  meydana  gəlir  və  böyük  dövlətlər 
çevik  reaksiyalar  verirlər);  beynəlxalq  sistem  beynəlxalq 
təhlükəsizliyin  formalaşmasını  zəruri  edir  (dövlətlər  istər 
regionda,  istərsə  də  regiondan  kənarda  təhlükəsizliyin  forma-
laşmasında  yaxından  iştirak  edirlər).  Mənfi  cəhətləri-dövlətlər 
arasında  müəyyən  formada  asılılıq  sistemi  yaranır;  böyük 
dövlətlər  kiçik  dövlətlərə  qarşı  təzyiq  metodlarından  istifadə 
edirlər;  kiçik  dövlətləri  öz  tərəflərinə  çəkməyə  başlayırlar  və 
kiçik  dövlətləri  müəyyən  məsələlər  üzrə  seçim  qarşısında 
qoyurlar;  böyük  dövlətlərin  transmilli  korporasiyaları  kiçik 
dövlətlərin  iqtisadiyyatlarında  iştirak  etməklə  onların  daxili 
siyasətlərinə təsir imkanları qazanırlar.  
  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin