Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov


madan  (əsasən,  de-jure  tanınmasından,  tam  rəsmi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

madan  (əsasən,  de-jure  tanınmasından,  tam  rəsmi 
tanınmadan  sonra)  sonra  diplomatik  əlaqələr  formalaşdırılır. 
Diplomatik  əlaqələr  haqqında  Vyana  Konvensiyasına  (Maddə 
2)  əsasən,  dövlətlər  arasında  diplomatik  münasibətlərin 
qurulması  və  daimi  diplomatik  münasibətlərin  təsis  edilməsi 
qarşılıqlı  razılıq  əsasında  həyata  keçirilir.  Diplomatiya 
dövlətlərin təmsil etdikləri xalqlar arasında ilkin addım olaraq 
rəsmi  əlaqələrin  qurulmasını  şərtləndirir.  Dövlətlər  isə  xalqlar 
arasındakı  diplomatik  əlaqələrin  yaranmasında  tənzimedici 
tərəflər  kimi  çıxış  edirlər.  Diplomatik  əlaqələrin  qurulması 

 
185 
 
dövlətlər  arasında  olan  əlaqələrin  ilkin  və  başlanğıc  mərhələsi 
hesab  edilir.  Dövlətlər  arasında  əlaqələri  təmin  edən  diplo-
matiya dövlətlər arasında müxtəlif sahələrin üzlaşdırılmasını və 
yaxınlaşdırılmasını  müəyyən  edir.  Eləcə  də  icra  fəaliyyəti 
sahəsi kimi çıxış edir. Tarixən də diplomatik əlaqələrin ardınca 
bütün  sahələr  üzrə  genişlənən  əlaqələr  formalaşıb.  Diplomatik 
əlaqələrin  qurulması,  diplomatik  obyektlərin  (burada 
səfirliklər,  konsulluq  xidmətləri)  və  subyektlərin  (səfirlərin, 
elçilərin,  konsulların  təyinatı  və  səfirlilkərin  təşkil  edilməsi, 
konsul  xidmətlərinin  təşkil  edilməsi,  konsul  dairəsinin 
müəyyən olunması və s.) dövlətlərin xarici siyasətləri arasında 
ilkin  əlaqələrin  və  uzlaşmaların  həyata  keçirilməsi  mənasını 
verir.  (Qeyd:  Diplomatik  əlaqələr  haqqında  Vyana  Konven-
siyasına  (Maddə  8)  əsasən,  nümayəndəliyin  diplomatik 
personalının  üzvləri  prinsip  etibarilə  akkreditə  edən  dövlətin 
vətəndaşları  olmalıdırlar.  Həmin  maddəyə  görə,  nümayən-
dəliyin  diplomatik  personalının  üzvləri  yerləşmə  dövlətinin 
razılığı  olmadan  bu  dövlətin  vətəndaşlarından  təyin  edilə 
bilməz, bu razılıq isə istənilən vaxt ləğv oluna bilər. Yerləşmə 
dövləti,  eyni  zamanda  akkreditə  edən  dövlətin  vətəndaşı 
olmayan  üçüncü  dövlətin  vətəndaşlarına  münasibətdə  də  bu 
hüququ  özündə  saxlaya  bilər.  Həmin  sənədin  beşinci 
maddəsinə  görə,  akkreditə  edən  dövlət  lazımi  qaydada 
müvafiq  yerləşmə  dövlətlərini  xəbərdar  etdikdən  sonra,  əgər 
istənilən  yerləşmə  dövləti  tərəfindən  etiraz  olunmayıbsa, 
nümayəndəlik  başçısını  və  ya  hər  hansı  diplomatik  personal 
üzvünü  şəraitdən  asılı  olaraq  bir  və  ya  bir  neçə  dövlətdə 
akkreditə edə və ya təyin edə bilər. Altıncı maddəyə əsasən isə 
ə
gər yerləşmə dövləti buna etiraz etməzsə,  iki və ya bir neçə 
dövlət  eyni  şəxsi  nümayəndəlik  başçısı  kimi  digər  dövlətdə 
akkreditə 
edə 
bilərlər. 
Nümayəndəlik 
başçısı 
və 
nümayəndəliyin  diplomatik  presonalının  hər  bir  üzvü 
istənilən  beynəlxalq  təşkilatda  akkreditə  edən  dövlətin 
nümayəndəsi kimi fəaliyyət göstərə bilər).  

 
186 
 
Diplomatiya  tənzimedici  funksiyanı 
yerinə 
yetirir. 
Müxtəlif istiqamətlər arasında tənzimləyici və bu baxımdan da 
həlledici funksiyanı icra  edir. Dövlətin xarici siyasətinin icrası 
zamanı  (məkanlar-dövlətlər  və  beynəlxalq  təşkilatlar  üzrə) 
onun  bütün  istiqamətləri  arasında  tənzimləyici  funksiyanı 
diplomatiya 
(burada 
dövlət 
rəhbərinin 
diplomatiyası)   
müəyyən edir. Belə bir fikir bildirmək olar ki, bütün dövlətlərin 
diplomatik  fəaliyyətləri  birləşir  və  ümumdünya  üzrə  vahid 
diplomatiya  meydana  gəlir.  Diplomatiya  bu  baxımdan  tərkib 
hissələrə  ayrılır.  Bir  ölkəyə  yönəldilmiş  diplomatiya  pozitiv 
istiqamətdə  həmin  ölkədə  ölkəyə  məxsus  olan  diplomatiya  ilə 
birləşə  bilir.  Beynəlxalq  aləmdə  dipomatik  cəhətdən  müdafiə 
də  bu  prinsiplərə  söykənir.  Diplomatiya  üzərində  qarşılıqlı 
nəzarət  (burada  müşahidə)  funksiyaları  yerinə  yetirilir.  Bir 
dövlətin  diplomatiyası  digər  dövlətin  daxili  işlərinə  müdaxilə 
etdikdə,  müdaxilə  olunan  tərəfin  özünümüdafiə  hüququ 
meydana  gəlir.  Özünümüdafiədən  irəli  gələrək  vəzifələri  və 
müəyyən funksiyaları ortaya çıxır.  
Ölkənin  və  hökumətin  rəhbərləri  də  diplomatlar  hesab 
oluna  bilirlər  və  öz  fəaliyyətlərinə  müvafiq  olaraq  müəyyən 
diplomatik  dərəcələr  alırlar.  Dövlət  rəhbəri  (dövlət  adından)  
hökumətin  üzvlərinə  müvafiq  diplomatik  səlahiyyətlər  verə 
bilir  və  müvafiq  beynəlxalq  sənədlərin  imzalanması  və 
danışıqların  aparılması  üçün  müəyyən  hüquqları  verə  bilir. 
Diplomatiya  tənzimedici  akt  olaraq,  həm mərkəzləşdirici, həm 
də  şaxələndirici  fəaliyyət  kimi  əhəmiyyət  kəsb  edir. 
Diplomatiya 
dövlətlərin 
müvafiq 
strukturları 
arasında 
əlaqələrin  qurulması  zərurətini  müəyyən  edir,  mərkəzləşdirici 
fəaliyyət  sahəsi  kimi əhəmiyyət  kəsb  edir, təklifləri hazırlayır, 
eləcə  də  mərkəzləşdiricilikdən  şaxələndiriciliyə  keçir,  yəni 
akkreditə  olunmuş  ölkədə  təmsil  etdiyi  ölkənin  maraqlarını 
genişləndirməyə  çalışır.  Bu  istiqamətdə  diplomatiya  həm 
birləşdirici,  həm  bağlayıcı,  həm  də  uzlaşdırıcı  fəaliyyət 
sahəsinə çevrilir.  

 
187 
 
Xarici  siyasət  (dövlətlərin  xarici  əlaqələri)  –dövlətin 
beynəlxalq  məsələlərdə  ümumi  kursudur.  Xarici  siyasət 
müəyyən  bir  dövlətin  digər  dövlətlərlə  və  xalqlarla  onun 
müxtəlif  vasitə  və  metodlarının  tətbiqindən  irəli  gələn 
prinsipləri  və  məqsədlərinə  müvafiq  olaraq  münasibətlərini 
tənzimləyir.  Xarici  siyasətin  vacib  vasitəsi  diplomatiyadır. 
Xarici  siyasət  birbaşa  daxili  siyasətlə  əlaqəlidir.  Dövlətin  əsas 
xarici  siyasət  qurumu  –dövlətin  xarici  siyasət  fəaliyyətini 
praktiki olaraq həyata keçirən- xarici əlaqələr üzrə dövlətdaxili 
orqanı-çox  ölkələrdə  xarici  işlər  nazirliyi  adlanır  və  nazir 
tərəfindən  rəhbərlik  həyata  keçirilir.  ABŞ-da  bu  idarə  Dövlət 
Departamenti adlanır və ABŞ dövlət katibi tərəfindən rəhbərlik 
edilir;  Fransada  bu  qurum-xarici  əlaqələr  nazirliyi,  İsveçrədə 
isə siyasi departament adlanır və s.
1
  
Diplomat  kimi  səfirlər  (həmçinin  elçilər,  nunsilər, 
internunsilər,  müşavirlər,  konsullar)  iştirak  edirlər.  Onu  da 
nəzərə  almaq  lazımdır  ki,  dövlət  rəhbərləri  arasında  da 
müəyyən  diplomatik  danışıqlar  həyata  keçirilir.  Bu  baxımdan 
da  dövlətin  elə  əsas  diplomatı  (onun  baş  diplomatı)  onun 
rəhbəri  hesab  olunmalıdır.  Dövlətin  xarici  siyasətinin  əsas 
istiqamətləri onun birinci qanunu olan konstitusiyasında əksini 
tapır  və  konstitusiyadan  irəli  gələrək,  qanunverici  hakimiyyət 
və  icra  hakimiyyəti,  eləcə  də  məhkəmə  hakimiyyəti  dövlətin 
xarici  siyasətinin  müəyyən  olunmasında  və  icra  edilməsində, 
eləcə  də  xarici  siyasətin  daxili  qanunlar  ilə  uyğunluq  təşkil 
etməsində  mühüm  rola  malik  olurlar. 
(Qeyd:  Azərbaycan 
Konstitusiyasına  əsasən,  onun  mətnində yazıldığı  kimi,    Azərbaycan 
Respublikasının  Milli  Məclisinin  xarici  siyasətlə  bağlı  həll  etdiyi 
məsələlərə-Azərbaycan  Respublikası  Prezidentinin  təqdimatı  ilə 
Azərbaycan  Respublikası  diplomatik  nümayəndəliklərinin  təsis 
                                                 
1
Вне́шняя 
поли́тика 
(внешние 
сношения 
государства) — 
http://ru.wikipedia.org/wiki/%D0%92%D0%BD%D0%B5%D1%88%D0%
BD%D1%8F%D1%8F_%D0%BF%D0%BE%D0%BB%D0%B8%D1%82
%D0%B8%D0%BA%D0%B0 
 

 
188 
 
edilməsi;  dövlətlərarası  və  Azərbaycan  Respublikasının  qanun-
larından  fərqli  qaydaları  nəzərdə  tutan  hökumətlərarası  müqavi-
lələrin  təsdiq  və  ləğv  edilməsi;  Azərbaycan  Respublikası 
Prezidentinin  müraciətinə  əsasən  müharibə  elan  edilməsi  və  sülh 
bağlanmasına  razılıq  bildirilməsi  (Maddə  95);  Azərbaycan 
Prezidentinin  xarici  siyasətlə  bağlı  səlahiyyətləri-Azərbaycan 
Respublikasının  xarici  ölkələrdə  və  beynəlxalq  təşkilatlarda 
diplomatik  nümayəndəliklərinin təsis edilməsi  haqqında  Azərbaycan 
Respublikası 
Milli 
Məclisinə 
təqdimat 
verir, 
Azərbaycan 
Respublikasının  xarici  ölkələrdə  və  beynəlxalq  təşkilatlarda 
diplomatik  nümayəndələrini  təyin  edir  və  geri  çağırır;  xarici 
dövlətlərin 
diplomatik 
nümayəndəliklərinin 
etimadnamə 
və 
övdətnamələrini  qəbul  edir;  dövlətlərarası  və  hökumətlərarası 
beynəlxalq  müqavilələr  bağlayır,  dövlətlərarası  və  Azərbaycan 
Respublikasının  qanunlarından  fərqli  qaydalar  nəzərdə  tutan 
hökumətlərarası  müqavilələri  təsdiq  və  ləğv  olunmaq  üçün 
Azərbaycan  respublikasının  Milli  Məclisinə  təqdim  edir;  təsdiq-
namələri imzalayır; siyasi sığınacaq verilməsi məsələlərini həll edir; 
Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan 
edir  və  sülh  bağlayır  (Maddə  109);  Azərbaycan  Respublikasının 
Konstitusiya  Məhkəməsinin  xarici  siyasətlə  bağlı  həll  etdiyi 
məsələlər  -  Azərbaycan  Respublikasının  qüvvəyə  minməmiş 
dövlətlərarası  müqavilələrinin  Azərbaycan  Respublikası  Konstitu-
siyasına  uyğunluğu;  Azərbaycan  Respublikasının  hökumətlərarası 
müqavilələrinin  Azərbaycan  Respublikası  Konstitusiyasına  və 
qanunlarına  uyğunluğu;  qanunlar  və  digər  aktlar,  yaxud  onların 
ayrı-ayrı  müddəaları,  Azərbaycan  Respublikasının  hökumətlərarası 
müqavilələri  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin 
qərarında  müəyyən  edilmiş  müddətdə  qüvvədən  düşür,  Azərbaycan 
respublikasının  dövlətlərarası  müqavilələri  isə  qüvvəyə  minmir 
(Maddə 130))
1
  
Dövlət  rəhbəri  öz  xalqını  və  dövlətini  beynəlxalq 
münasibətlərdə təmsil edən birinci şəxsdir. Ayrı-ayrı məsələlər 
üzrə də ayrı-ayrı şəxslərə də müxtəlif səlahiyyətlər verilə bilər. 
Xarici  ölkələrdə  akkreditə  olunan  səfirlər  isə  dövlət  başçıla-
rının  tapşırıqlarını,  dövlətin  qanunlarını,  məsələn,  konsulluq 
                                                 
1
 Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, “Biznes xəbərləri” 
qəzeti-2012, 64 səh. 

 
189 
 
xidməti  haqqında  qanundan  irəli  gələn  vəzifələri  və  digər 
normativ-hüquqi  aktları  yerinə  yetirirlər,  qanunvericilk 
aktlarının  tərkibi    olan  beynəlxalq  sənədləri  və  ümumilikdə 
dövlətin  xarici  siyasət  strategiyasında  müəyyən  olunan 
vəzifələrin  taktiki  tərəflərini  icra  edirlər,  yəni  normanı  yerinə 
yetirirlər.  Diplomatiyanın  strategiyası  ölkənin  mərkəzi 
hakimiyyət  qurumları  (qanunverici  və  icraedici  hakimiyyət) 
tərəfindən  müəyyən  olunur.  İcra  hakimiyyəti  isə  daha  çox 
diplomatiyanın  həyata  keçirilməsi  (təşkil olunması işi də daxil 
olmaqla)  ilə  məşğul  olur.  İcra  hakimiyyəti  (burada  xarici 
siyasətin icrası ilə məşğul olan dövlət nazirlikləri) xarici siyasət 
sahəsində qəbul edilən qanunvericilik aktlarının icrasını yerinə 
yetirir,  dövlətin  qoşulduğu  və  ratifikasiya  etdiyi  beynəlxalq 
sənədlərin  müddəalarının  ayrı-ayrı  strukturlar  tərəfindən  icra 
olunmasını təmin edir. İcra hakimiyyəti xarici siyasətin ümumi 
qaydada  koordinasiyası  ilə  məşğul  olur.  İcra  hakimiyyətinin 
(burada  həm  də  dövlətin)  xarici  siyasətini  həyata  keçirən  əsas 
qurum 
xarici 
işlər 
nazirliyi 
(idarəsi, 
departamenti, 
administrasiyası, ofisi və s.) hesab olunur. Xarici işlər nazirliyi 
dövlətin  xarici  siyasətini  həyata  keçirən  digər  qurumların 
fəaliyyəti  arasında  koordinasiya  funksiyasını  yerinə  yetirir. 
Məsələn,  Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyi 
haqqında  Əsasnaməyə  görə,  Xarici  İşlər  Nazirliyi  öz 
funksiyasının  icrası  baxımından  Azərbaycan  Respublikası 
Milli  Məclisinin  parlamentlərarası  və  digər  xarici  əlaqələrinin 
həyata 
keçirilməsinə 
kömək 
edir; 
dövlət 
orqanlarına 
Azərbaycan  Respublikasında  akkreditə  olunan  xarici  dövlət-
lərin  diplomatik  və  konsul  nümayəndəlikləri  ilə  əlaqələrində 
yardım  göstərir;  dövlət  orqanlarının  xarici  dövlətlərin  dövlət 
orqanları  və  vəzifəli  şəxsləri  ilə,  beynəlxalq  təşkilatlarla 
əlaqələrinə yardım edir.
1
  
                                                 
1
 AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRLİYİ 
HAQQINDA Ə S A S N A M Ə. Azərbaycan Respublikası Prezidentinin 29 
yanvar 2004-cü il tarixli Fərmanı ilə təsdiq olunmuşdur.  

 
190 
 
Xarici  işlər  nazirlikləri  müəyyən  əsasnamələrlə  (məsələn, 
Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyi  haqqında 
Əsasnamə)  fəaliyyət  göstərirlər  və  bu  sənədlərdə  nazirlik 
əməkdaşlarının vəzifə və səlahiyyətləri, nazirliyin hüquqları öz 
əksini tapır. Xarici işlər nazirliyi öz funksiyasına uyğun olaraq, 
həmçinin  xarici  ölkələrdə  yerləşən  diplomatik  nümayən-
dəliklərlə  işini  qurur  (səfirliyin  və  konsul  xidmətinin 
əməkdaşları-burada  diplomatik  personal  və  bu  personala 
xidmət göstərən inzibati-texniki işçilər) xarici işlər nazirliyinin 
əməkdaşları  olurlar  və  onlar  ezam  edilərək  diplomatik 
nümayəndəliklərdə  müəyyən  müddətlərə  çalışırlar  və  xidmət 
keçirlər
2
)  və  onlar  arasında  koordinasiya  funksiyasını  yerinə 
yetirir.  Əsasnaməyə  əsasən,  Nazirliyin  mərkəzi  aparatının, 
xaricdəki nümayəndəliklərin, tabeliyində olan təşkilatların kadr 
təminatını  öz  səlahiyyətləri  çərçivəsində  həyata  keçirir, 
diplomatik  xidmət  kadrlarının  hazırlanması,  yenidən  hazır-
lanması  və  təkmilləşdirilməsini  təşkil  edir;  Azərbaycan 
Respublikasının ərazisində və xaricdə konsul işini təşkil edir və 
s.
3
  Xarici  işlər  nazirliyinin  ayrı-ayrı  departamentləri  də  xarici 
siyasətin  şaxələr  üzrə  icrasını  təmin  edirlər.  Dövlətin  daxili 
siyasəti  ilə  onun  xarici  siyasəti  arasında  əlaqəni,  bağlılığı  və 
uzlaşmanı məhz xarici işlər nazirliyi və onun idarələri, xidmət 
qurumları,  şöbələri  həyata  keçirirlər.  Xarici  işlər  nazirliyinin 
müvafiq  şöbələri,  bölmələri  və  idarələri  xarici  siyasətin  icrası 
sahəsində  dövrü  hesabatlar  təqdim  edirlər  və  ilin  müvafiq 
dövrlərinə  uyğun  olaraq  (aylıq,  rüblük,  illik)  planların 
(taktikanın) icrası ilə məşğul olurlar.  
Diplomatiya  xarici  siyasətin  həyata  keçirilməsində  həm 
konkret, həm  də  universal  əhəmiyyət  kəsb edir. Bu iki -fərdi 
(konkret  istiqamətlər  və  sahələr  üzrə)  və  universal  istiqamət 
arasında  birləşdirici  funksiyanı  da  diplomatiya  yerinə  yetirir. 
Diplomatiya  fəaliyyətinin  əldə  etdiyi  nəticələr  dövlət 
                                                 
2
 
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu. 
Maddə 12, 13. http://www.rusum.az/laws/law_953106246_7974.pdf
 
3
 Həmin Əsasnamə  

 
191 
 
siyasətinin  sonrakı  addımları  və  mərhələləri  üçün  yeni-yeni 
şərtlərin  ortaya  çıxmasını  zəruri  edir.  Diplomatiya  xarici 
siyasətin  istiqamətlər  üzrə  mərhələli  funksiyasının  müəyyən 
edilməsini  yerinə  yetirir.  Diplomatiyaya,  həm  də  xarici 
siyasətin  periferiyası  (məkanlardakı  periferiyası)  kimi  ad 
qoymaq olar. Xarici siyasətin həyata keçirilməsi məqsədləri elə 
diplomatiyanın  məqsədləri  hesab  olunur.  Xarici  siyasətin 
məqsədləri  xarici  siyasətin  həyata  keçirilməsi  zərurətindən 
meydana  gəlir.  Xarici  siyasətin  həyata  keçirilməsi  daxili 
tələbatları  ödəmək  zərurətindən,  dövləti  beynəlxalq  aləmə 
assosiasiya etmək zərurətindən, dövləti qorumaq və beynəlxalq 
aləmdə  dünya  resursları  hesabına  gücləndirmək  zərurətindən, 
güclənmək 
istiqamətində 
geosiyasi 
məkanı 
böyütmək 
istəklərindən  irəli  gəlir.  Xarici  siyasətin  rasionallığı,  yəni 
müvafiq  normalara  uyğun  olaraq  həyata  keçirilməsi,  sistemli 
qaydada  həyata  keçirilməsi  və  subyektlərin  işinin  sistemli 
əsaslarla  təşkil  edilməsi  xarici  siyasətin  gücünü  artırır.  Xarici 
siyasətin  gücü  daxili  potensialı  böyüdür,  eləcə  də  daxili 
potensial xarici siyasətə güc verir. Buradan da belə bir məntiqi 
ardıcıllıq  ortaya  çıxır  ki,  xarici  siyasəti  və  daxili  siyasət 
dövlətin  vahid  və  bütöv  siyasətinin  forma  və  məzmununu 
meydana gətirir. Dövlət xarici siyasətini həyata keçirmək üçün 
müxtəlif vasitələrdən  isifadə  edir.  Bu  vasitələr onun resursunu 
genişləndirir 
və 
resursların 
təkrar 
olaraq 
istifadəyə 
yönəldilməsi  və  çoxaldılması  da  dövlətin  xarici  siyasətinin 
güclənməsinə  xidmət  edir.  Diplomatların  (burada  ölkələrdə 
akkreditə  olunan  diplomatik  nümayəndəliklərin  rəhbərlərinin)  
təyin  olunması  üçün  əvvəlcədən  təyin  ediləcək  dövlətlərdən 
aqremanlar  (razılıqlar)  verilməsi  lazım  gəlir.  Diplomatik 
əlaqələr  haqqında  Vyana  Konvensiyasının  dördüncü 
maddəsinə  əsasən,  akkreditə  edən  dövlət  yerləşmə 
dövlətinin  onun  bu  dövlətdə  akkreditə  etmək  istədiyi 
nümayəndəlik başçısına aqreman verdiyinə əmin olmalıdır; 
Yerləşmə 
dövləti 
aqreman 
verməməsinin 
səbəbləri 

 
192 
 
haqqında  akkreditə  edən  dövlətə  məlumat  verməyə  borclu 
deyildir.  
 Səfirliyin başçıları olan və diplomatik rütbələrə malik olan 
şəxslər bir dövlətin başqa dövlətdə nümayəndəsi hesab olunur. 
Buna  görə  də  səfir  etimadnamələri  dövlət  rəhbərlərinə  təqdim 
edilir.  
Konsullarda  isə  razılıq  konsul  ekzekvaturası  ilə  verilir. 
Konsullara patentlər (konsul patenti) də verilir ki, bu sənəddə 
konsulun 
vəzifəsi, 
onun 
dairəsi, 
diplomatik 
dərəcəsi 
(diplomatik  rütbəsi)  öz  əksini  tapır.  Konsul  ekzekvaturası 
xarici  işlər  nazirliyi  tərəfindən  verilir.  Onlar  öz  sənədlərini 
xarici işlər nazirlərinə təqdim edirlər.  
Xarici 
siyasətin 
həyata 
keçirilməsi 
vasitələri 
və 
istiqamətləri  kimi  aşağıdakıları  ümumiləşdirilmiş  şəkildə 
qeyd etmək olar:  
 
Vasitələr  olaraq,  subyektləri  və  subyektlərin  istifadə 
etdikləri üsulları qeyd etmək olar:  
 
-xarici  siyasətin  həyata  keçirilməsi  proseslərində  istifadə 
olunan  diplomatiya  vasitələri-hərəkət  istiqamətləri  olaraq,-
danışıqların  həyata  keçirilməsi  və  müəyyən  razılıqların  əldə 
olunması,  sənədlərin  (müqavilə  (pakt),  konvensiya,  xartiya, 
saziş, protokol və s.) imzalanması; 
-sənədlərdə  razılaşdırılmış  və  qəbul  edilmiş  normalara 
əməl edilməsi mexanizmlərinin işlənib hazırlanması; 
-konfransların,  sammitlərin,  forumların  və  digər  bu  kimi 
iclasların keçirilməsi və s.  
 
Xarici  siyasəti  həyata  keçirən  vasitələr-  istiqamətləri 
müəyyən edən və icra edən vasitələr) subyektlər kimi, 
 
-dövlət rəhbəri, hökumət rəhbəri
-parlament 
(müqavilənin 
müzakirə 
edilməsi 
və 
ratifikasiyası və s.); 

 
193 
 
-konstitusiya 
məhkəmələri-müqavilələrin 
və 
digər 
sənədlərin dövlətin konstitusiyasına uyğunluğu; 
-icra  qurumu  kimi-xarici  işlər  nazirlikləri  və  idarələri, 
dövlət katiblikləri, dövlət müşavirlikləri və s. 
 
İ
stiqamətlər kimi, 
 
-sənədlərin  imzalanması  və  ratifikasiyası;  sənədlərə  xitam 
verilməsi; 
-danışıqların 
həyata 
keçirilməsi 
və 
müqavilələrə 
(sənədlərə) qoşulma; 
-  sənədlərin  hazırlanması  üçün  şəraitin  öyrənilməsi  və 
müvafiq təkliflərin verilməsi
-icra mexanizminin müəyyən olunması və s.  
 
Sahələr kimi,  
 
Xarici siyasət dövlətin maraq göstərdiyi bütün sahələr üzrə 
meydana  gəlir.  Xarici  siyasətin  sahələri  dövlətin  potensialı 
hesabına  böyüyür.  Dövlətin  potensialı  da  onun  daxili  enerji 
resursları  hesabına  zənginləşir.  Dövlət  öz  nüvə  mərkəzinin 
maraqlarını xarici siyasətin hesabına da təmin etmək siyasətini 
həyata  keçirir.  Əməkdaşlıq  sahələri:  beynəlxalq  səviyyədə 
rəsmi tanınma, diplomatik əlaqələrin qurulması; iqtisadiyyat, o 
cümlədən  ticarət,  investisiya  qoyuluşu,  maliyyə  sahəsi, 
beynəlxalq  kreditlər,  nəqliyyat  infrastruktur  sahələri,  regional 
enerji  layihələri,  yükdaşımaları  sahəsində  layihələr  üzrə 
əməkdaşlıq;  hərbi-təhlükəsizlik  sahələri:  geostrategiya,  hərbi 
əməkdaşlıq, strateji sahədə əməkdaşlıq, hərbi-siyasi ittifaqlarda 
əməkdaşlıq,  ikitərəfli  və  çoxtərəfli  qaydada  əməkdaşlıq,  silah 
alqı-satqısı  sahəsində  əməkdaşlıq,  hərbi-sənaye  kompleksi 
sahəsində  əməkdaşlıq,  hərbi  təlimlər  sahəsində  əməkdaşlıq, 
hərbi  bazalar  və  hərbi  avadanlıqların,  hərbi  qurğuların 
yerləşdirilməsi  sahəsində  əməkdaşlıq,  transməkanla,  yəni 
tranzit  keçidlərlə  bağlı  əməkdaşlıq;  miqrasiya  sahəsində 
əməkdaşlıq, viza rejimləri və sərhədlərin keçilməsinin əsasları 

 
194 
 
ilə  bağlı  əməkdaşlıq;  sərhəd  məsələləri-delimitasiya  və 
demarkasiya,  ərazi  mübahisələri,  ərazi  statusları  ilə  əlaqəli 
məsələlərdə  əməkdaşlıq;  beynəlxalq  təhlükəsizliyin  təmin 
olunması 
sahəsində 
əməkdaşlıq; 
beynəlxalq 
mülki 
yükdaşımaları  ilə  bağlı  əməkdaşlıq,  sərnişindaşıma  ilə  bağlı 
əməkdaşlıq;  insan  hüquqlarının  təmin  olunması  və  bununla 
bağlı  öhdəliklərin  götürülməsi  ilə  bağlı  məsələlər  üzrə 
əməkdaşlıq,  cinayətkarların  ekstradisiyası;  mülk  məsələləri 
üzrə əməkdaşlıq; kütləvi –qırğın silahları ilə bağlı əməkdaşlıq; 
ekologiya, səhiyyə, təhsil, elm və mədəniyyət və digər sahələr 
üzrə  əməkdaşlıq;  ərazi  işğalları  və  ərazi  mübahisələri;  etnik 
münaqişlər  və  dövlətlərarası  mübahisələr  sahəsində  əmək-
daşlıq;  qaçqın  və  məcburi  köçkünlərin  statusları  ilə  bağlı 
məsələlər;  beynəlxalq  dəniz,  çay,  su  kanalı  rejimləri  və  digər 
beynəlxalq hüquqi məsələlər və s.  
Xarici  siyasətin  istiqamətlərini  müəyyən  edən  nəzəri 
vasitələr-strateji 
və 
taktiki 
vasitələr.  Xarici  siyasətin 
istiqamətlərini  müəyyən  edən  nəzəri  vasitələr  kimi  dövlətlərin 
daxillərində  qəbul  olunan  və  xarici  siyasət  fəaliyyətini 
müəyyən  edən  və  istiqamətləndirən,  eləcə  də  icrasını  təmin 
edən  xarici  siyasət  sənədləri  və  beynəlxalq  sənədlər  (burada 
müxtəlif  sahələri  əhatə  edən  daxili  qanunvericilik  və 
beynəlxalq  normalar  toplusu)  və  beynəlxalq  qaydalar  mühüm 
rol  oynayır.  Beynəlxalq  sənədlər  qəbul  edilmiş  layihələrdir  və 
dövlətlər  öz  məqsədlərinə  çatmaq  üçün  həmin  layihələr  üzrə 
fəaliyyət  göstərirlər.  İlk  növbədə  dövlətlərin  konstitusiyaları 
burada  ilkin  fəaliyyət  sənədi  kimi  əhəmiyyət  kəsb  edir. 
Dövlətlərin  daxili  inkişaf  konsepsiyaları,  doktrina  və 
proqramları  da  xarici  siyasətin  sənədləri  kimi  mühüm  önəmə 
malikdir.  Xarici  siyasət  sahəsində  ilkin  strateji  sənəd  kimi 
dövlətlərin  konstitusiyaları  əsas  götürülməlidir.  Diplomatiya 
sahəsində  mövcud  olan  sənədlər  bir-birini  şərtləndirir  və 
əvvəlcə  qəbul  olunmuş  sənədlər  sonrakı  sənədlər  üçün 
bağlayıcı  və  şərtləndirici  rolunu  oynayır.  Məsələn,  dövlətlərin 

 
195 
 
xarici siyasət sənədləri onların konstitusiyaların müvafiq olaraq 
hazırlanır.  Eyni  zamanda,  beynəlxalq  sənədlər  universal 
beynəlxalq  hüquq  normaları  çərçivəsində  və  BMT  Nizam-
naməsinin  tələblərinə  uyğun  şəkildə  hazırlanır.  Sənədlər 
həmçinin  bir-birindən  törəyirlər  və  xüsusilə  eyni  və  oxşar 
sahələr  üzrə  sənədlər  bir-birindən  meydana  gəlir.  Məsələn, 
Diplomatik  əlaqələr  haqqında  1961-ci  il  tarixli  Vyana 
Konvensiyasından, 1963-cü il tarixli Konsul əlaqələri haqqında 
Vyana  Konvensiyasından  və  1969-cu  il  tarixli  Xüsusi 
missiyalar  haqqında  Konvensiyadan  irəli  gələrək,  Dövlətlərin 
universal  xarakterli  beynəlxalq  təşkilatlarla  əlaqələrində 
nümayəndəliyi  haqqında  14  mart  1975-ci  il  tarixli  Vyana 
Konvensiyası  hazırlanmışdır.
1
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin