Missiyalar haqqında Konvensiyaya (maddə 24) əsasən,
xüsusi missiyanın mülki (əmlakı) qəbul edən dövlətdə bütün
dövlət, rayon və bələdiyyə vergilərindən azad olunur. Həmin
sənədin 25-ci maddəsinə (birinci bənd) əsasən, xüsusi
missiyanın yerləşdiyi mülk toxunulmazdır. Qəbul edən
dövlətin nümayəndələri bu mülkə yalnız xüsusi missiyanın
rəhbərinin razılığı ilə və ya da göndərən dövlətin qəbul edən
dövlətdə akkreditə olunmuş daimi diplomatik nümayən-
dəliyinin rəhbərinin razılığı ilə daxil ola bilər. Belə razılıq
yanğın hallarında və ictimai təhlükəsizliyə ciddi zərərə vuran
digər təbii fəlakətlərdə yalnız o halda verilə bilər ki, xüsusi
missiyanın birbaşa razılığını almaq imkanları yoxdur və yaxud
da müvafiq hallarda daimi nümayəndəliyin rəhbərinin razılığını
əld etmək mümkün deyildir. Həmin maddənin ikinci bəndinə
əsasən, qəbul edən dövlətin üzərində xüsusi missiyanın
mülkünü bütün müdaxilələrdən qorumaq və xüsusi missiyanın
ləyaqətini təhqir edən və onun rahatlığının pozulmasına gətirib
çıxaran zərbələrin edilməsindən qorumaq üçün ölçülər götür-
208
mək məsuliyyəti və öhdəliyi dayanır.
1
Həmin maddənin üçüncü
bəndinə əsasən, xüsusi missiyanın mülkü və xüsusi missiyanın
işi üçün istifadə olunan predmetləri, digər avadanlıqları,
həmçinin nəqliyyat vasitələri axtarış, rekvizisiya (müsadirə),
həbs və icra hərəkətlərində immunitetdən istifadə edir.
2
Konvensiyanın 26-cı maddəsində də qeyd olunur ki, xüsusi
missiyanın sənədləri və arxivi istənilən anda və yerləşmə
yerindən asılı olmayaraq toxunulmazdır. Zəruri olan zaman bu
əşylar görünmək üçün xarici fərqləndirici nişanlara malik
olmalıdırlar.
3
Səfirlər və nunsilər, elçilər və internunsilər dövlət başçıları
yanında akkreditə olunduqlarından bu şəxslər öz etimad-
namələrini dövlət başçılarına (akkreditə olunan dövlətin)
təqdim edirlər. Azərbaycan Konstitusiyasına (maddə 109, bənd
16) əsasən, Azərbaycan prezidenti (dövlət rəhbəri olaraq) xarici
dövlətlərin diplomatk nümayəndələrinin etimadnamə və
övdətnamələrini qəbul edir. Nümayəndəlik başçıları gəldikləri
(təyin olunduqları) ölkələrə etimadnamələrini təqdim edirlər.
Konvensiyaya görə (maddə 16) nümayəndəlik başçısının
etimadnaməsində dərəcənin dəyişməsi ilə əlaqədara olaraq
edilən dəyişikliklər onun birinciliyən təsir etmir. Nümayən-
dəliyin diplomatik personalının birinciliyi nümayəndəliyin
başçısı tərəfindən Xarici İşlər Nazirliyinə və ya haqqında
razılıq əldə edilmiş digər nazirliyə məlumat verilir. (Vyana
Konvensiyası-maddə 17). Hər bir dövlətdə nümayəndəlik
başçılarının qəbul qaydası hər bir dərəcəyə münasibətdə eyni
olmalıdır. (Maddə-18). Vyana Konvensiyasına (maddə 13)
əsasən, nümayəndəlik başçısı yerləşmə dövlətində öz
1
Конвенция о специальных миссиях и факультативный протокол. 8
декабря 1969 года. Действующее международное право. В трех томах.
Том первый. Составители проф. Ю.М.Колосов и проф. Э.С.Кривчикова.
М.: Издательство Московского независимого института междуна-
родного права, 1996.-864 с. ss. 562-582.
2
Həmin sənəd.
3
Yenə orada.
209
funksiyalarının yerinə yetirilməsinə bu dövlətdə mövcud olan,
eyni cür tətbiq edilməli olan praktikadan asılı olaraq, ya öz
etimadnaməsini təqdim etdiyi andan, ya da gəldiyi haqqında
məlumatın və ya etimadnamələrin təsdiq olunmuş surətlərinin
yerləmə dövlətinin Xarici İşlər Nazirliyinə ya haqqında razılıq
əldə edilmiş digər nazirliyə təqdim edilmiş andan başlayır.
Etimadnamələrin və onların təsdiq olunmuş surətlərinin təqdim
edilməsinin ardıcıllığı nümayəndəlik başçısının gəldiyi tarix və
saatla müəyyənləşir. Səfirlər müddətləri başa çatdıqda
akkreditə olunmuş dövlətlərin rəhbərlərinə çağırış məktublarını
(övdətnamələrini) təqdim edirlər. Bu sənəddə diplomatın
getdiyi gün (vaxtının, səlahiyyt müddətinin başa çatdığı gün)
öz əksini tapır.
Persona non grata və şəxslərin qəbul edilməməsi
Dövlətlər arasında əlaqələr xüsusi hörmətlə yerinə yetirilir,
hətta bir dövlət narazı olduqda digər dövlət onun narazılığına
da hörmətlə yanaşır. Diplomatiyada akkreditə olunan tərəf
akkreditə edən dövlətin diplomatik nümayəndəliyin üzvünü
arzuedilməz şəxs adlandıra (xəbərdar edə, bəyan edə bilər)
bilər. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının
doqquzuncu maddəsinə əsasən, yerləşmə dövləti istənilən vaxt
öz qərarını əsaslandırmadan akkreditə edən dövləti xəbərdar
edə bilər ki, nümayəndəliyin başçısı və ya diplomatik
personalın üzvlərindən biri persona non grata və ya nümayən-
dəlik personalının üzvlərindən biri arzuedilməz şəxsdir. Bu
halda akkreditə edən dövlət müvafiq olaraq həmin şəxsi geri
çağırmalı və ya onun nümayəndəlikdəki funksiyalarını
dayandırmalıdır. Bu və ya digər şəxs yerləşmə dövlətinin
ərazisinə gəlmədən də persona non grata elan edilə bilər.
Məsələn, Xüsusi missiyalar haqqında Konvensiyada qeyd
olunur ki, qəbul edən dövlət öz qərarına şərh vermədən
missiyanı göndərən dövləti xüsusi missiyada olan istənilən
nümayəndəni və ya da diplomatik personalın istənilən üzvünü
persona non grata elan edə bilər və ya da missiyanın istənilən
210
üzvü qəbul edilməyə bilər. Belə halda, göndərən dövlət həmin
şəxsi geri çağırmalıdır və ya da fəaliyyətini dayandırmalıdır.
Bu və ya da digər şəxs qəbul edən dövlətin ərazisinə gəlmədən
də persona non grata elan edilə bilər.
1
Bu məsələ Konsul
əlaqələri haqqında Vyana Konvensiyasında da öz əksini tapır.
Belə ki, Konvensiyanın müddəalarına (maddə 23) əsasən,
qəbul edən dövlət göndərən dövləti istənilən vaxt xəbərdar edə
(məlumatlandıra) bilər ki, konsulluğun hər hansı bir vəzifəli
şəxsi persona non grata-dır və ya da konsulluğun istənilən
işçisi qəbul edilmir. Belə hallarda göndərən dövlət müvafiq
qaydada bu şəxsi geri çağırmalıdır və ya da konsulluqda onun
fəaliyyətini dayandırmalıdır (bənd 1). Əgər göndərən dövlət bu
maddənin birinci bəndindəki müddəada nəzərdə tutulan
qaydada öz öhdəliyini müəyyən müddət ərzində icra etmək
istəmirsə və ya da icra etmirsə, onda qəbul edən dövlət
konsulluğun həmin şəxsinin ekzekvaturasını ləğv edə bilər və
ya da həmin şəxsin konsulluq işçisi kimi hesab olunmasını
dayandıra bilər (bənd 2). Konsulluq işçisi kimi təyin olunan
dövlət qəbul edilənm dövlətin ərazisinə gəlməmişdən öncə də
qəbul olunmayan hesab oluna bilər. Əgər bu şəxs konsulluqda
öz fəaliyyətinə başlamamışa qədər artıq qəbul edən dövlətin
ərazisindədirsə də qəbul edilməyən hesab oluna bilər. İstənilən
belə hallarda qəbul edən dövlət onun təyinatını ləğv edir. (bənd
3).
2
23-cü maddənin 1-ci və 3-cü bəndlərində göstərilən hallar
üzrə qəbul edən dövlət öz qərarının motivləri haqqında
göndərən dövlətə məlumat verməyə borclu deyildir (bənd 4.)
1
Конвенция о специальных миссиях и факультативный протокол. 8
декабря 1969 года. Действующее международное право. В трех томах.
Том первый. Составители проф. Ю.М.Колосов и проф. .С.Кривчикова.
М.: Издательство Московского независимого института междуна-
родного права, 1996.-864 с. ss.562-582. Maddə 12, bənd 1.
2
Венская Конвенция о консульских сношениях и факультативные
протоколы 24 апреля 1963 года. Действующее международное право.
В трех томах. Том первый. Составители проф. Ю.М.Колосов и проф.
Э.С.Кривчикова. М.: Издательство Московского независимого
института международного права, 1996.-864 с. ss.528-562.
211
Diplomatk rütbələr və dərəcələr
Bir dövlət digər dövlətdə və beynəlxalq dövlətlərarası
təşkilatlarda özlərinin xarici siyasətlərinin icra istiqamətlərini
müəyyən etmək, istiqamətlər arasında əlaqələri yaratmaq
məqsədilə, həmçinin koordinasiya funksiyasını yerinə yetirən
diplomatik
nümayəndəliklər
təsis
edirlər.
Diplomatik
nümayəndəliklərin təsis edilməsini dövlət rəhbərinin təqdimatı
əsasında parlamentlər həyata keçirirlər.
1
Dövlət başçıları xarici
ölkələrdə və beynəlxalq təşkilatlarda öz ölkələrinin diplomatik
nümayəndəllərini təyin edirlər və geri çağırırlar.
2
Diplomatik
nümayəndəliklərin rəhbərlərini (səfirləri, elçiləri, konsulluğun
rəhbərini) dövlət başçıları təyin edirlər və onlar dövlətin
akkreditə olunan ölkələrdə nümayəndələri hesab olunurlar və
öz ölkələrini təmsil edirlər. (Qeyd: Diplomatik xidmət
haqqında Azərbaycan Respublikasının Qanununda (Maddə 1)
yazılır: -Diplomatik xidmət — Azərbaycan Respublikasının
xarici siyasətini həyata kecirən muvafiq dovlət orqanlarında
vətəndasların
pesəkar
fəaliyyətidir.
-Konsul
xidməti
Azərbaycan Respublikasının Konsul nizamnaməsi əsasında
həyata kecirilən diplomatik xidmətin bir novudur.
3
Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamədə
(Ümumi müddəalar bölməsi) yazılır: 1. Azərbaycan Respublikasının
Konsulluğu (bundan sonra – Konsulluq) qəbul edən dövlətin
ərazisindəki müvafiq konsul dairəsi hüdudlarında Azərbaycan
Respublikası
adından
konsul
funksiyalarını
yerinə
yetirən
Azərbaycan Respublikasının dövlət orqanıdır. Konsulluq Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra – Nazirlik)
rəhbərlik etdiyi diplomatik xidmət orqanlarının vahid sisteminə
daxildir. 2. Konsulluqlar Azərbaycan Respublikasının baş konsulluq-
larından,
konsulluqlarından,
vitse-konsulluqlarından,
konsul
1
Azərbaycan Konstitusiyası. Maddə 95.
2
Azərbaycan Konstitusiyası. Maddə 109.
3
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
http://www.rusum.az/laws/law_953106246_7974.pdf
212
agentliklərindən ibarətdir. 3. Konsulluqlar Azərbaycan Respublikası
xarici işlər nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının
Prezidenti tərəfindən təsis edilir. 4. Konsulluqlar Azərbaycan
Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinin
(olduğu halda) başçısının ümumi siyasi rəhbərliyi altında fəaliyyət
göstərir.
Diplomatik əlaqələr haqqında 1961-ci il 18 aprel tarixli
Vyana Konvensiyasının 14-cü maddəsinə əsasən, diplomatk
nümayəndəlik başçıları üç sinifə (buna- vəzifələri növlərə
ayırmaq baxımından- dərəcə də demək olar. İstənilən sahələrdə
istiqamətlər çoxdursa, burada olan elementlər, komponentlər
müəyyən tərkib əsaslarına görə dərəcələnirlər, təsnif hissələrinə
bölünürlər-E.N.) bölünürlər:
a) Dövlət başçıları yanında akkreditə edilən səfirlər və
nunsilər sinfi (dərəcəsi) və bu rütbələrə bərabər tutulan başqa
nümayəndəlik başçıları;
b) Dövlət başçıları yanında akkreditə edilən elçilər və
internunsilər sinfi (dərəcəsi);
c) Xarici İşlər Nazirliyi yanında akkreditə olunan işlər
müvəkkili sinifi (dərəcəsi).
Həmin maddənin ikinci bəndində yazılır ki, nümayəndəlik
başçıları arasında birincilik və etiketdən başqa, bu və ya digər
sinifə mənsub olduğuna görə heç bir fərq qoyulmamalıdır.
1
Diplomatik nümayəndəlik rəhbərlərinin bu üç sinifinin
müəyyən olunmasını bu postların (vəzifələrin) əhəmiyyət
dərəcəsinə görə təsnifatı kimi də qəbul etmək olar. (Qeyd:
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına (Maddə
15) əsasən, nümayəndəlik başçılarının mənsub olduqları
dərəcələr dövlətlər arasındakı razılaşmalarla müəyyən edilir.
Bu razılaşmalar adətən yazılı qaydada həyata keçirilir (bu işçi
görüşlərində də ola bilər) və dövlət öz niyyətini bildirir.
1
Diplomatik əlaqələr haqqında 1961-ci il 18 aprel tarixli Vyana
Konvensiyası
213
Diplomatik rütbələr-xarici işlər nazirliyində (idarəsində),
diplomatik nümayəndəliklərdə və konsulluqlarda dövləti mülki
vəzifələri tutan məmurlara verilən təsnifat dərəcələridir. Bunlar
aşağıdakılardan ibarətdir:
-Fövqəladə və Səlahiyyətli Səfir;
-Fövqəladə və Səlahiyyətli Elçi- 1-ci dərəcəli;
-Fövqəladə və Səlahiyyətli Elçi - 2-ci dərəcəli;
-birinci dərəcəli müşavir;
-ikinci dərəcəli müşavir;
-birinci dərəcəli birinci katib;
-birinci dərəcəli ikinci katib;
-ikinci dərəcəli birinci katib;
-ikinci dərəcəli ikinci katib;
-üçüncü katib;
-attaşe
Diplomatk xidmət haqqında Azərbaycan Respublikasının
Qanununda qeyd olunur ki, diplomatik xidmət əməkdaslarına,
tutduqları vəzifə və ixtisasları nəzərə alınmaqla, asağıdakı
diplomatik rutbələr verilir:
-Fovqəladə və Səlahiyyətli Səfir;
-birinci dərəcəli Fovqəladə və Səlahiyyətli Elci;
-ikinci dərəcəli Fovqəladə və Səlahiyyətli Elci;
-birinci dərəcəli musavir;
-ikinci dərəcəli musavir;
-birinci dərəcəli birinci katib;
-ikinci dərəcəli birinci katib;
-birinci dərəcəli ikinci katib;
-ikinci dərəcəli ikinci katib;
-üçüncü katib;
-attaşe
1
.
(Qeyd: İşlər müvəkkili (frans. charge d'affaires, lat.
ad
interim) diplomatik rütbə deyil. İşlər müvəkkili daha çox
1
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
http://www.rusum.az/laws/law_953106246_7974.pdf
214
diplomatik nümayəndəliyin rəhbəri postunu tutan və müəyyən
diplomatik rütbəyə (burada müşavir və ya da katib diplomatik
rütbəsi olan şəxslər nəzərdə tutulur) malik olan şəxslər hesab
olunurlar).
İşlər müvəkkili anlayışına belə yanaşmalar da edilir: işlər
müvəkkili –səfir və elçidən sonra gələn növbəti diplomatik
sinifdir. İşlər müvəkkili- Müvəqqəti işlər müvəkkilindən fərqli
olaraq, diplomatik nümayəndəliyin daimi rəhbərinin
(burada yəqin daimi şəxsin təyin olunmadığı post nəzərdə
tutulur.
E.N.)
müddətdə,
diplomatik
nümayəndəliyin
(missiyanın) rəhbəridir.
1
Müvəqqəti işlər müvəkkili-
diplomatik nümayəndəliyin rəhbəri olmadığı müddətdə (burada
ola bilər ki, təyin olunmuş səfir və ya da elçi bir neçə vaxtdan
sonra müəyyən səbəblərdən vəzifəsini icra edə bilmir)
diplomatik nümayəndəliyin rəhbəri hesab olunur. O halda təyin
olunur ki, əgər nümayəndəliyin rəhbəri postu boşdur, ya da
rəhbər öz vəzifəsini yerinə yetirmək iqtidarında olmur.
Müvəqqəti işlər müvəkkili bəzi protokol qaydalarından başqa,
diplomatik
nümayəndənin
mənsub
olduğu
hüquq
və
imtiyazlardan istifadə edir.
2
İşlər müvəkkili (frans. charge
d'affaires, lat.
ad interim) -aşağı rütbəli diplomatik agentdir.
Daimi diplomatik missiyanın rəhbəri olaraq, işlər müvəkkili
dövlət rəhbərinin imzası ilə yox, xarici işlər nazirinin imzası ilə
etimadnamə alır. İşlər müvəkkili (charge des affaires) həmçinin
missiyanın işlərini müvəqqəti yerinə yetirən şəxs adlanır,
adətən diplomatik missiyanın müşaviri və ya katibi
(etimadnaməsiz) olur. Burada aqreman alınmır.
3
1
ПОВЕРЕННЫЙ В ДЕЛАХ
http://www.navoprosotveta.net/17/17_2981.htm
2
ВРЕМЕННЫЙ ПОВЕРЕННЫЙ В ДЕЛАХ.
http://dic.academic.ru/dic.nsf/lower/13822
3
Поверенный в делах. Начальный вариант статьи, взят из Большого
энциклопедического словаря Брокгауза Ф.А., Ефрона И.А.
http://www.cultinfo.ru/fulltext/1/001/007/121/
215
1961-ci il tarixli “Diplomatik əlaqələr haqqında Vyana
Konvensiyası”na əsasən, müvəqqəti işlər müvəkkili o halda
təyin olunur ki, diplomatik nümayəndəliyin başçısı postu
vakantdır və yaxud da öz işini yerinə yetirə bilmir. Onun
soyadı, qaydaya əsasən, nümayəndəliyin rəhbəri tərəfindən
ölkədən gedişi haqqında şəxsən xarici işlər nazirinə məlumat
üçün göndərilir, - yaxud da, əgər o, bunu yerinə yetirmək
iqtidarında deyilsə, onda akkreditə edən ölkənin Xarici İşlər
Nazirliyi bu məlumatı göndərir.
1
Əgər müvəqqəti işlər
müvəkkili səfir, elçi və ya da işlər müvəkkilinin akkreditə
olunmasına qədər yeni diplomatik nümayəndəliyin rəhbəri
təyin olunursa, onda həmin müvəqqəti işlə müvəkkili onu
qəbul edən dövlətin xarici işlər nazirliyinə təqdim etmək üçün
təyin edən dövlətin xarici işlər nazirinin məktubu ilə təmin
olunur. (Qeyd: çox hallarda işlər müvəkkili postu ilə
müvəqqəti işlər müvəkkili postu anlayışları eyni məna kimi
(fr.charge des affaires) qəbul edilir). Müvafiq Konvensiyanın
beşinci maddəsinin ikinci bəndinə əsasən, əgər akkreditə edən
dövlət nümayəndəlik başçısını bir və ya bir neçə dövlətdə
akkreditə edirsə, nümayəndəlik başçsının daimi yerinin
olmadığı dövlətlərin hər birində o, müvəqqəti işlər
müvəkkilinin başçılığı ilə diplomatik nümayəndəliklər təsis edə
bilər.
Diplomatik
vəzifələr
və
diplomatik
rütbələr
dərəcələnir. Dərəcələnmələr müqayisə kriteriyası və istiqaməti
olaraq, həm rütbələrdə olur, həm də vzəifələrdə əksini tapır.
Dərəcələnmələr rütbələrin və vəzifələrin ayırd edilməsi üçün
həyata keçirilir. Vəzifələrdə dərəcələnmə-bu dərəcələnmə
təsnifat baxımından və vəzifənin əhəmiyyətinə, səlahiyyətinə
görə həyata keçirilir. Məsələn, diplomatik nümayəndənin
rəhbərləri üç sinifə (dərəcəyə bölünürlər): a) Dövlət başçıları
yanında akkreditə edilən səfirlər və nunsilər sinfi (dərəcəsi) və
1
Diplomatik əlaqələr haqqında 1961-ci il 18 aprel tarixli Vyana Konven-
siyası. Maddə 19.
216
bu rütbələrə bərabər tutulan başqa nümayəndəlik başçıları; b)
Dövlət başçıları yanında akkreditə edilən elçilər və
internunsilər sinfi (dərəcəsi); c) Xarici İşlər Nazirliyi yanında
akkreditə olunan işlər müvəkkili sinifi (dərəcəsi). Rütbələrdə
dərəcələnmə-Fövqəladə və Səlahiyyətli Səfir; Fövqəladə və
Səlahiyyətli Elçi- 1-ci dərəcəli; Fövqəladə və Səlahiyyətli Elçi
- 2-ci dərəcəli; birinci dərəcəli müşavir; ikinci dərəcəli
müşavir; birinci dərəcəli birinci katib; birinci dərəcəli ikinci
katib; ikinci dərəcəli birinci katib; ikinci dərəcəli ikinci katib;
üçüncü katib; attaşe. Konsulluqların başçıları da dərəcələnir.
Konsul idarələrinin başçıları dörd sinifə bölünür: baş konsullar;
konsullar; vitse-konsullar; konsul agentləri.
1
Xalq diplomatiyası
Diplomatiya tarixən dövlətlər tərəfindən həyata keçirilib və
bu baxımdan da siyasi fəaliyyət sahəsi və peşəsi (sənəti)
statusu qazanıb. Diplomatiya təşkilatçılıq və forma baxımından
elçilərin göndərilməsi və elçilərin dövlət rəhbərləri yanında
yerləşmələri ilə xassələnib. Elçilərə beynəlxalq aləmdə xüsusi
hörmət və diqqət göstərilib və bu, bir etiket məsələ kimi xüsusi
əhəmiyyət kəsb edib.
Diplomatiya müvəqqəti və daimi (müddəti uzun) əsaslarla
müəyyən olunub. Müvəqqəti diplomatik fəaliyyət müəyyən bir
məsələnin həllini nəzərdə tutub və missiyaçılıq adlanıb. Daimi
diplomatik fəaliyyət isə dövlət başçıları yanında akkreditə olan
səfirlər və elçilər (dövlətləri təmsil edən siyasi şəxslər)
tərəfindən həyata keçirilib. Daimi diplomatiya dövlətin
maraqlarının təmini üçün müəyyən olunan strategiyanın yerinə
1
Венская Конвенция о консульских сношениях и факультативные
протоколы 24 апреля 1963 года. Действующее международное право.
В трех томах. Том первый. Составители проф. Ю.М.Колосов и проф.
Э.С.Кривчикова. М.: Издательство Московского независимого
института международного права, 1996.-864 с. ss.528-562
217
yetirilməsi funksiyasını həyata keçirib. Diplomatiya iki və ya
da çoxlu sayda dövlətlərin bir və ya da bir neçə məsələ üzrə bir
araya gəlməsini təmin etmək üçün müəyyən edilən immunitetli
və imtiyazlı bir fəaliyyət sahəsinə çevrilib.
Lakin onu da nəzərə almaq lazımdır ki, xalqlar arasında
əlaqələrin rəsmi olaraq qurulmasında dövlətlərlə yanaşı,
dövlətlərin təşəbbüsləri ilə müəyyən ictimai-siyasi-mədəni
qruplar da iştirak ediblər. Bunun başlıca məqsədi xalqları bir-
birilərinə daha da yaxınlaşdırmaq olub və münasibətlərdə olan
hədləri, çərçivələri aradan qaldırmaq olub. Xalq diplomatiyası
icitmai diplomatiya kimi məzmunu özündə əks etdirib.
İndiki dövrdə də xalqlar arasında olan əlaqələri
tənzimedici qurum kimi dövlətlər təmin edirlər. Dövlətlər öz
aralarında rəsmi əlaqələr yaratmaqla, eləcə də ümumi
beynəlxalq hüquq normalarına riayət etməklə tənzimləmə
funksiyasını yerinə yetirirlər. Tənzimləmə funksiyası həm də
dövlətlərin idarəetmə funksiyasıdır. Dövlətin idarəetmə
funksiyası nəticəsində dövlətin daxili və xarici siyasət
fəaliyyəti uzlaşır. Bu baxımdan da hesab etmək olar ki,
diplomatiya özü də idarəetmədir və müəyyən məsələləri
tənzimləmədir.
Xalq diplomatiyası içərisində dövlət diplomatiyasını da
daxil etməklə geniş məzmun kəsb edir. Xalq diplomatiyasında
təşkilatçı tərəf kimi əsasən dövlətlər iştirak edirlər. Dövlətlər
xalq diplomatiyasında bir vasitəçi-təminedici rolu oynayırlar.
Burada dövlətlər arasında yaxınlıq məsələsində hər iki xalqı
təmsil edən müəyyən ictimai-siyasi qruplar iştirak edirlər. Xalq
diplomatiyası birbaşa cəmiyyətlərin sifarişlərini, tələblərini
tərəflərə çatdırmaq funksiyasını yerinə yetirir.
Xalq diplomatiyası indiki dövrdə əvvəlki formada çox da
geniş istifadə olunmur. Belə ki, rəsmi nümayəndələrin tarixi
formada görüşləri bir qədər həyata keçirilmir. Xalq
diplomatiyasından vaxtilə ABŞ və SSRİ geniş istifadə ediblər
və ictimaiyyət nümayəndələri hər iki ölkənin xalqları arasında
218
yaxınlığın təmin olunmasında iştirak ediblər. (Məsələn, 1980-ci
illərdə ABŞ-lı qızcığaz Samanta Smitin diplomatiyasını buna
nümunə göstərmək olar. O dünyanın “ən gənc” diplomatı adını
almışdır). ABŞ və SSRİ tərəfindən ictimaiyyət nümayəndələri
iki ölkə arasında gə
219
daşların özləri yaxından iştirak edirlər. Avropa İttifaqının
diplomatiyasına region diplomatiyası adını da vermək olar.
Burada region diplomatiyası daxili diplomatiyanı ortaya
çıxarır. Avropa İttifaqı öz quruluşuna görə bir qədər
federasiyaya uyğun gəlir ki, bu amil də regionda daxili
diplomatiyanın (federasiyadaxili) formalaşmasını zəruri edir.
Dövlət diplomatiyası daha çox beynəlxalq hüquq normalarına
əsaslanır və imperativ və normativ əhəmiyyət kəsb edir. Xalq
diplomatiyası isə rəsmi formadan bir qədər kənarlaşır və
ictimai-mədəni münasibətləri əsas götürür.
Xalq diplomatiyasının da xassələri iki cür olur: birincisi,
gərginliklər yaranarkən, dövlət diplomatiyasının bu gərginliyin
aradan qaldırılmasında gücü çatmadığına görə, tətbiq edilən
Dostları ilə paylaş: |