Bu Konvensiya da diploma-
tiyanın tərəflərindən birini-dövlətlərlə beynəlxalq təşkilatlar
arasındakı əlaqələri- tənzim edir. Bütün bu sənədlər dövlətlər
arasında dostluq münasibətlərinin tənzim olunmasına əsaslanır.
Diplomatik əlaqalər haqqında Vyana Konvensiyası diplomatiya
sahəsində özündən sonrakı sənədlər üçün mühüm şərtləndirici
baza rolunu oynayır.
Dövlətlər xarici siyasət sahəsində doktrinalar, konsep-
siyalar (məsələn, 2013-cü il tarixli “Rusiya Federasiyasının
xarici siyasət konsepsiyası”) qəbul edirlər. Sonra isə beynəl-
xalq mövcud sənədlər əsas kimi götürülür. Beynəlxalq
sənədlərin implementasiyası (daxildə tətbiqi və daxili qanun-
vericiliklə uyğunlaşdırılması) proseslərini həyata keçirirlər.
Beynəlxalq sənədlər daxili qanunvericiliyin tərkib hissəsinə
çevrilir. Dövlətlər öz xarici siyasət üzrə hərəkət və inkişaf
konsepsiyalarını və doktrinalarını konstitusiyadan və beynəl-
1
Венская Конвенция о представительстве государств в их отношениях
с международными организациями универсального характера 14 марта
1975 года. Действующее международное право. В трех томах. Том
первый. Составители проф. Ю.М.Колосов и проф. Э.С.Кривчикова. М.:
Издательство Московского независимого института международного
права, 1996.-864 с. ss.582-615.
196
xalq hüquq prinsiplərinin əks olunduğu baza normalardan
götürürlər. Konstitusiya, beynəlxalq sənədlər, doktrinalar və
konsepsiyalar strateji sənədlərdir. Diplomatiya isə daha çox bu
strateji məsələlərin yerinə yetirilməsi ilə məşğul olur.
Diplomatiya
burada
taktiki
məsələləri
yerinə
yetirir.
Diplomatiya yaxın, orta və uzun müddətli strategiyanın yerinə
yetirilməsinə xidmət edir.
Belə qəbul etmək olar ki, istiqamətlər olaraq, təşkilatı
nötqeyi-nəzərdən diplomatiya (burada başqa dövlətlərin
ərazilərində və təşkilatlarda təmsil olunma baxımından) üç
əsasda həyata keçirilir: bir dövlətin digər dövlətlərdə və
təşkilatlarda olan daimi diplomatik nümayəndəlikləri; bir
dövlətin digər dövlətlərdə olan konsulluqları; məxsui
rejimə malik olan xüsusi missiyalar.
Konsulluğun əsasları
Dövlətlər arasında əlaqələr sahələr və istiqamətlər üzrə
təsnif olunma xassələrinə malik olur. Dövlətlər çalışırlar ki, öz
aralarında bütün mümkün variantlar üzrə əlaqələri tənzim
etsinlər. Dövlətlər arasında bütün əlaqələr siyasi məna kəsb
edir, çünki dövlətin fəaliyyəti elə siyasət adlanır. Bu baxımdan
da siyasi əlaqələr dedikdə, daha çox yuxarı mərhələdə
cəmləşmiş, formalaşmış əlaqələr mühüm əhəmiyyət kəsb edir.
Bütün əlaqələrin yuxarı və ali səviyyəsi siyasi əlaqələr hesab
olunur. Dövlətlər arasında siyasi əlaqələrin ali forması onların
dövlət rəhbərləri arasında olan görüşlərdir, dövlət başçılarının
imzladıqları sənədlərdir. Bundan aşağıda isə hökumətlər
arasında əlaqələr yaradılır və sonra isə nazirliklər və digər icra
qurumları arasında əlaqələr formalaşdırılır. Xarici ölkələrdə
bütün əlaqələrin yaradılmasında koordinasiya funksiyasını
diplomatiya öz üzərinə götürür. Dövlətlər arasında əlaqələrin
mühüm forması (burada baza əlaqələr nəzərdə tutulur) siyasi
əlaqələrdir ki, bu əlaqələrin də tənzim olunması və əlaqələr
197
arasında bağlılığın yaradılması diplomatiya ilə yerinə yetirilir.
Diplomatiya dövlətlər arasında siyasi əlaqələrin təzahürüdür.
Dövlətlər arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi və mülki
məzmunlu əlaqələr də vardır. Dövlətlərin fəaliyyəti şaxələn-
diyindən onlar arasında əlaqələr də şaxələnmə funksiyasına
malik olur və yuxarı mərhələdə siyasi əhəmiyyət kəsb edir.
Diplomatiya, bu baxımdan siyasi əlaqələrdən tutmuş iqtisadi
əlaqələrə qədər olan mərhələni özündə əks etdirən bir fəaliyyət
sahəsidir. Dövlətlər arasında əlaqələr və münasibətlər
çoxistiqamətlidir və bu baxımdan da vahidlik və şaxəlilik təşkil
edir.
Dövlətlər arasında beynəlxalq əlaqələrin genişliyi və
bundan irəli gələn zərurət dövlətlərin sakinlərinin dövlətlərdən
dövlətlərə keçməsinin əsaslarını təşkil edir. Beynəlxalq
münasibətlər ümumdünya sakinlərinə xidmət edir. Dövlətlərin
sakinləri bir ölkədən başqa ölkələrə gedirlər. Burada daimi
yaşayış yerləri əldə edirlər. Ölkələrin sərhədlərini keçmək üçün
xüsusi vizalar tələb olunur. Vizalarda bir ölkənin vətəndaşının
başqa ölkədə qalacağı günnün müddəti göstərilir. Bu da ondan
irəli gəlir ki, dövlətlər öz vətəndaşlşarının daimi yaşayış
yerlərini seçmələrdə maraqlı olurlar və onların müvəqqəti
yaşayış və işləmək, oxumaq üçün yerlərinin seçilməsində də
maraq nümayiş etdirirlər.
Konsul əlaqələri haqqında 24 aprel 1963-cü il tarixli
Vyana Konvensiyasında da qeyd olunur ki, xalqlar arasında
qədim zamanlardan konsul əlaqələri qurulub. Dövlətlər
arasında konsul əlaqələri (maddə 2) qarşılıqlı razılıq əsasında
müəyyən olunur. Dövlətlər arasında diplomatik əlaqələrin
kəsilməsi öz ardınca konsul əlaqələrinin kəsilməsini (ipso
facto) meydana gətirmir (maddə 2). Konsul xidməti qəbul edən
dövlətin razılığı əsasında onun ərazisində yaradılır (maddə 4).
198
Xüsusi missiyaçılıq
Xüsusi missiya-öz xarakterinə görə dövləti təmsil edən, bir
dövlət tərəfindən digər dövlətə (onun razılığı ilə) göndərilən və
müəyyən
məsələlərə
birgə
baxılmasını
və
müəyyən
məsələlərdə həllini nəzərdə tutan müvəqqəti missiyadır.
1
Həmin sənədin ikinci maddəsinə əsasən, bir dövlət digər
dövlətə (onun razılığı ilə) diplomatik və digər qarşılıqlı
razılaşdırılmış kanallar vasitəsilə əvvəlcədən razılaşdırılmış
qaydada xüsusi missiya göndərə bilər. Sənədə əsasən, xüsusi
missiyaların funksiyaları göndərən və qəbul edən dövlətin
qarşılıqlı razılıqları ilə müəyyən olunur.
Xüsusi missiyalar daima məxsusi rejimdə fəaliyyət
göstəriblər. Xüsusi missiyalar haqqında 8 dekabr 1969-cu il
tarixli Konvensiyasında qeyd olunur ki, sözügedən sənəd
Diplomatik əlqələr haqqında 1961-ci il tarixli və Konsul
əlaqələri haqqında 1963-cü il tarixli konvensiyları tamamlamaq
imkanlarına malikdir və dövlət və ictimai quruluşlarından asılı
olmayaraq
dövlətlər
arasında
dostluq
münasibətlərinin
möhkəmlənməsinə və inkişafına kömək edə bilər.
2
Həmin
sənəddə o da yazılır ki, xüsusi missiyaların vacibliyi haqqında
məsələ Birləşmiş Millətlər Təşkilatının diplomatik əlaqələrə və
immunitetlərə dair həsr olunmuş konfransında qaldırılmışdır.
Xüsusi missiyaçılıq daimi və müvəqqəti müşahidəçiliyi
də özündə əks etdirir.
1
Конвенция о специальных миссиях и факультативный протокол. 8
декабря 1969 года. Действующее международное право. В трех томах.
Том
первый.
Составители
проф.
Ю.М.Колосов
и
проф.
Э.С.Кривчикова. М.: Издательство Московского независимого
института международного права, 1996.-864 с. ss.562-582. Maddə 1.
2
Həmin sənəd.
199
Beynəlxalq təşkilatlarda təmsil olunma
Beynəlxalq təşkilatları dövlətlər yaradırlar. Ona görə təşkil
edirlər ki, özlərinin nüəyyən sahələr üzrə əlaqələrini
ixtisaslaşmış sahələr üzrə təşkil edə bilsinlər. Beynəlxalq
təşkilatlar üst və törəmə subyektlər kimi də qəbul
olunmalıdırlar. Beynəlxalq təşkilatlar daha çox universal və
regional əsaslarla beynəlxalq münasibətlərin və əlaqələrin
zənginləşməsinə və təkmilləşməsinə xidmət edirlər. (Qeyd:
“Universal xarakterlli beynəlxalq təşkilatlarla münasibətlərdə
dövlətlərin nümayəndəliyi” adlanan 14 mart 1975-ci il tarixli
Konvensiyada (maddə 1) “Beynəlxalq təşkilat” dedikdə,
hökumətlərarası təşkilat kimi qəbul olunur. “Universal
xarakterli beynəlxalq təşkilat” dedikdə isə BMT və onun
ixtisaslaşdırılmış qurumları, Atom Enerjisi üzrə Beynəlxalq
Agentlik və bu təşkilatın analoqu olan istənilən təşkilat,
həmçinin geniş beynəlxalq xarakter kəsb edən məsuliyyətə
malik olan üzvlərdən ibarət olan şəxsi heyət başa düşülür.
“Daimi müşahidəçi missiyası” dedikdə isə, dövlətə göndərilən
və beynəlxalq təşkilat üzvü olmayan daimi xarakterli missiya
başa düşülür. (maddə 1). Konvensiyaya əsasən, Beynəlxalq
təşkilatlarda
fəaliyyət
göstərən
daimi
nümayəndəliyin
funksiyalarına – göndərən dövlətin Təşkilatda nümayən-
dəliyinin təmin edilməsi; göndərən dövlətlə Təşkilat arasında
əlaqələrin yaradılması; Təşkilatla və onun hədləri çərçivəsində
danışıqları aparmaq; Təşkilatda həyata keçirilən fəaliyyət
barəsində göndərən dövləti məlumatlandırmaq; Təşkilatın
fəaliyyətində göndərən dövlətin iştirakının təmin edilməsi;
Təşkilatla münasibətdə göndərən dövlətin maraqlarını müdafiə
etmək və s. ibarətdir).
Beynəlxalq təşkilatlar əsasən beynəlxalq münasibətlərin
sahələrə ayrılmasını təmin edirlər. Beynəlxalq təşkilatlara
(universal, xüsusi, regional, regionlararası, açıq, qapalı)
dövlətlər hüquq və səlahiyyət verirlər. Beynəlxalq təşkilatların
200
nizamnamələri mövcud olur ki, bu nizamnamələrdə təşkilat-
ların məqsəd və vəzifələri öz əksini tapır. Dövlətlər beynəlxalq
təşkilatların nizamnamələrini hazırlamaqla, qəbul etməklə
həmin təşkilatlara müəyyən səlahiyyətlər vermiş olurlar.
Beynəlxalq təşkilatlarda dövlətlər təmsil olunarkən əsasən,
öz nümayəndələrini akkreditə edirlər. Beynəlxalq təşkilatlarda
dövlətlər səfirlər vasitəsilə təmsil olunurlar və beynəlxalq
təşkilatlara üzvlük haqları ödənilir. Beynəlxalq təşkilatlara
dövlətlərin xarici siyasət fəaliyyətlərini yerinə yetirən
strukturlar kimi baxmaq lazımdır.
Diplomatların təyin edilməsinin və qəbul olunmasının
əsasları
Bir dövləti başqa bir dövlətdə və ya da beynəlxalq
təşkilatda təmsil etmək, eləcə də xüsusi missiyaya rəhbərlik
etmək üçün səfirlər və ya da səfirlərə bərabər tutulan
diplomatik rütbəli şəxslər dövlət başçıları tərəfindən təyin
edilirlər və digər dövlətlərin başçıları yanında akkreditə
olunurlar. Səfirlərin təyini üçün əvvəlcə təyin olunan dövlət
tərəfindən aqreman verilməsi lazım gəlir. Səfir etimad-
namələrini səfirlər təyin olunduqları dövlətlərin başçılarına
təqdim edirlər.
Diplomatik nümayəndəliyin rəhbərləri və digər diplomatlar
xüsusi hörmətə malik olan təbəqə (peşə baxımından) hesab
olunurlar. Bütün dövlətlər “beynəlxalq diplomatiya hüquqnu və
diplomatiya etikasını” yaradırlar və bu qaydalar çərçivəsində
diplomatlara immunitet və imtiyazlar verirlər.
Diplomatların təyin edilməsi xüsusi əhəmiyyət kəsb
etdiyindən, həm də mühüm məsuliyyət və öhdəlik yarat-
dığından, məxsusi qaydalar əsasında həyata keçirilir. Bu
məxsusi qaydalar da diplomatlara olan xüsusi önəm və
diqqətdən irəli gəlir. Diplomatlar üçün təyinat razılıqlarının
alınması və təqdimat (etimadnamələrin və övdətnamələrin
201
təqdim olunması) halları da bu vəzifənin xüsusi əhəmiyyətini
üzərə çıxarır.
Səfir etimadnaməsi. Diplomatik Əlaqələr haqqında
Vyana Konvensiyasına görə (maddə-13, bənd 2), etimad-
namələrin verilməsində və onların təsdiq olunmuş surətlə-
rinin təqdim olunmasında nümayəndəlik başçısının gəlmə
saatı və günü ilə müəyyən olunur.
Səfir övdətnaməsi. Səlahiyyət müddəti başa çatmış
diplomatik nümayəndəliyin rəhbərinin akkreditə olunan
dövlətin rəhbərinə təqdim etdiyi sənəddir. Burada diplomatik
nümayəndəliyin rəhbərinin səlahiyyət müddətinin baş çatdığı
vaxt öz əksini tapır.
Diplomatların təyinatı çoxtərəfli (burada bir neçə
ölkəyə
təyin
olunma,
bir
ölkəyə
və
təşkilatdakı
nümayəndəliyə təyin olunma, bir neçə ölkəyə xüsusi missiya
göndərmə və s.) əsaslarla da ola bilər. Çoxtərəflilik
məsələsinə də iki aspektdən yanaşmaq olar: birincisi, bir
şəxsin iki və ya bir neçə dövlət tərəfindən bir dövlətdə və ya da
beynəlxalq təşkilatda akkreditə məsələsi; ikincisi, bir dövlətin
diplomatının bir və ya bir neçə dövlətdə və ya da təşkilatda
(burada bir dövlət və bir təşkilat da mümkündür) təmsil
olunmaq məsələsi. Bu baxımdan, Dövlətlərin universal
xarakterli beynəlxalq təşkilatlarla əlaqələrində nümayən-
dəliyi haqqında 14 mart 1975-ci il tarixli Vyana Konven-
siyasına (maddə 8) görə, göndərən dövlət bir şəxsi nümayən-
dəliyin rəhbəri kimi iki və ya bir neçə beynəlxalq təşkilatda
akkreditə edə bilər və ya da özünün digər nümayəndəliyinin
rəhbərini həm də beynəlxalq təşkilatda akkreditə edə bilər.
İkinci məsələ ilə əlaqədar olaraq onu qeyd etmək olar ki,
Xüsusi missiyalar haqqında 8 dekabr 1969-cu il tarixli
Konvensiyaya əsasən (maddə 4), dövlət bir missiyanı (həmin
missiya nəzərdə tutulur) iki və ya bir neçə dövlətə göndərmək
arzusunda olarsa, bu barədə razılıq üçün hər bir dövlətə
müraciət edir. Beşinci maddəyə görə isə iki və ya da çoxlu
sayda dövlət başqa bir dövlətə ümumi missiya göndərmək
202
istəyərsə, onda razılıq üçün göndərilməsi nəzərdə tutulan
ölkəyə müraciət olunur. Diplomatların təyin olunmasında və
göndərilməsində vətəndaşlıq məsələləri də xüsusi önəm kəsb
edir. Belə ki, diplomatik fəaliyyəti və konsul fəaliyyətini
tənzim edən beynəlxalq konvensiyalara əsasən, göndərilən və
yaxud da təyin olunan diplomatlar, diplomatik nümayən-
dəliklərin rəhbərləri göndərən və ya da təyin edən dövlətin
vətəndaşları olmalıdırlar. Lakin istisnalar da mövcuddur, belə
ki, Konsul əlaqələri haqqında Vyana Konvensiyasının 18-ci
maddəsinə görə, iki və ya bir neçə dövlət, qəbul edən
(akkreditə olunan) dövlətin razılığına əsasən, bir şəxsi razılıq
bildirən dövlət ərazisində konsul təyin edə bilər. Bu halda
konsul iki dövləti təmsil edir. Bununla yanaşı, Diplomatik
əlaqələr haqqında Vyana Konvensiyasının altıncı maddəsinə
əsasən, iki və ya bir neçə dövlət təyin olunan dövlətin razılığı
olarsa, bir şəxsi həmin dövlətdə akkreditə edə bilər. Bu zaman
həmin şəxs iki və ya bir neçə dövlətin rəsmi nümayəndəsi
olacaqdır. Eyni zamanda beynəlxalq təşkilatlarda təmsil
olunma məsələsində də qeyd olunur ki, iki və ya da bir neçə
dövlət bir şəxsi bir beynəlxalq təşkilatda akkreditə edə bilər.
Diplomatik immunitet və imtiyazlar
Xüsusi missiya haqqında Konvensiyada qeyd olunur ki,
xüsusi missiyaya aid olan imtiyaz və immunitetlər ayrı-ayrı
şəxlsərin mənafeyini təmin etmək üçün yox, təmsil olunan
dövlətin özünəməxsus qaydada xarakterinədən irəli gələn
missiyanı yerinə yetirmək üçün xüsusi missiyanın funksiya-
larının səmərəli qaydada yerinə yetirilməsi üçündür.
1
1
Конвенция о специальных миссиях и факультативный протокол. 8
декабря 1969 года. Действующее международное право. В трех томах.
Том первый. Составители проф. Ю.М.Колосов и проф. .С.Кривчикова.
М.: Издательство Московского независимого института
международного права, 1996.-864 с., ss.562-582.
203
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında
qeyd olunduğu kimi, dövlətlər bütün ölkələrin xalqlarının lap
qədim zamandan diplomatik agentlərinin statuslarını tanıyırlar.
Bütün diplomatlar və ailə üzvləri (vəzifə başında olarkən,
vəzifə başına gedərkən və vəzifədən qayıdarkən) olduqları və
tranzit məkan kimi istifadə etdikləri ölkələrdə hörmətlə qəbul
olunurlar və immunitet və imtiyazlardan istifadə edirlər. O da
sənəddə (maddə 40) öz əksini tapır ki, öz vəzfəsini tutmaq
üçün gedərkən və ya öz vəzifəsinə, öz ölkəsinə qayıdarkən
diplomatik agent zərurət olduqda, ona viza verən üçüncü
dövlətin ərazisindən keçirsə, yaxud bu ərazidədirsə, bu üçüncü
dövlət onun keçib getməsini və ya qayıtmasını təmin etmək
üçün tələb olunan toxunulmazlıq və bu cür digər immunitetlər
verir. Bunlar imtiyaz və immunitetlərdən istifadə edən,
diplomatik agenti müşayiət edən və ya ayrılıqda ona çatmaq
üçün gedən və ya öz ölkəsinə qayıdan hər bir ailə üzvünə aid
edilir. Həmin maddəyə əsasən, tranzitlə gedən rəsmi
yazışmalar, kodlaşdırılmlış, şifrəli məktublar da üçüncü ölkə
tərəfindən toxunulmazdır və mühafizə olunmalıdır. Diplomatik
əlaqələr haqqında Vyana Konvensiyasında qeyd olunur ki,
diplomatik immunitet və imtiyazların verilməsi ayrı-ayrı
şəxslərin mənfəəti üçün deyildir və dövləti təmsil edən orqanlar
kimi diplomatik nümayəndəliklərin funskiyalarının səmərəli
qaydada həyata keçirilməsini təmin etmək məqsədini güdür.
Konsul əlaqələri haqqında 24 aprel 1963-cü il tarixli Vyana
Konvensiyasında qeyd olunur ki, konsul xidmətinin yerləşmə
yeri, onun dərəcəsi və konsul dairəsi təyin edən dövlət
tərəfindən müəyyən olunur və qəbul edən dövlət tərəfinin
razılığı ilə həyata keçirilir (maddə 4). Konsul xidmətinin
yerləşmə yerinin, dərəcəsinin və konsul dairəsinin sonradan
dəyişməsi yalnız qəbul edən dövlətin razılığı ilə müəyyən
olunur (maddə 4). Hər hansı bir baş konsulluq və ya konsulluq
öz yerləşmə yerində olmayan bir yaşayış məskənində hər
204
hansısa bir vitse-konsulluq və ya konsul agentliyi açmaq istəsə,
yerləşmə dövlətinin razılığı mütləq tələb olunur (maddə 4).
1
Beynəlxalq münasibətlərdə dövlətlər qarşılıqlı şəkildə bir-
birilərinə hörmətlə yanaşırlar. Onların hörmətləri diplomatik
nümayəndələrinə qarşı rəsmi qaydada olan immunitet və
imtiyazlarda öz əksini tapır. Qarşılıqlı hörmət prinsipləri də elə
beynəlxalq hüququn əsas prinsiplərindən irəli gəlir. Diplomatik
immunitet və imtiyazlar beynəlxalq hüququn prinsiplərindən
meydana gələrək, dövlətlərarası diplomatik əlaqələrin və
diplomatiya fəaliyyətini icar edən şəxslərin münasibətlərininin
(akkreditə edən və akkreditə olunan dövlətlərin münasibətləri)
əsaslarını təşkil edir. Diplomatın toxunulmazlığı və imtiyazları
ona akkreditə olunan dövlət tərəfindən edilən xüssusi hörmətin
və qayğının əlamətidir. Diplomat (burada diplomatik
nümayəndəliyin rəhbəri) dövlətini başqa bir dövlətdə təmsil
etdiyindən, ona olan hörmət məhz təmsil etdiyi dövlətə olan
hörməti təcəssüm etdirir. Bu baxımdan da diplomatlarla
münasibətlər spesifik xarakterə malik olur ki, bu da nəticədə
diplomatik əlaqələr üzrə yaranan münasibətlərin əsaslarından
birini təşkil edir. Diplomatik nümayəndəliyin başçısı bir dövləti
digər dövlətdə və ya da beynəlxalq hökumətlərarası təşkilatda
təmsil edir. Diplomatlar (səfirliyin diplomatik rütbəsi olan
əməkdaşları) diplomatik immunitetlərdən və toxunulmaz-
lıqlardan istifadə edirlər. Diplomatik immunitet diplomatik
toxunulmazlıqdır. Diplomatik imtiyaz isə diplomatlar üçün
verilən güzəştlərdir. Xüsusi missiyaya rəhbərlik edən və
göndərən dövlətin rəhbəri olan şəxs qəbul edən dövlətdə və ya
üçüncü dövlətdə üstünlüklərdən, imtiyaz və immunitetlərdən
istifadə edirlər, hansı ki, bunlar rəsmi səfərlə digər dövlətə
1
Венская Конвенция о консульских сношениях и факультативные
протоколы 24 апреля 1963 года. Действующее международное право.
В трех томах. Том первый. Составители проф. Ю.М.Колосов и проф.
Э.С.Кривчикова. М.: Издательство Московского независимого
института международного права, 1996.-864 с. ss.528-562.
205
səfər edən dövlət başçıları üçün beynəlxalq hüquqla tanınır.
1
Hökumət başçıları, xarici işlər nazirləri və göndərən dövlətin
xüsusi missiyasında iştirak edən digər yüksək rütbəli şəxslərə
qəbul edən dövlətdə və ya üçüncü dövlətdə Konvensiyanın
qüvvəyə minməsilə beynəlxalq hüquqla tanınan üstünlüklər,
imtiyaz və immunitetlər verilir.
2
Diplomatik əlaqələr haqqında 1961-ci il 18 aprel tarixli
Vyana Konvensiyasının 29-cu maddəsinə əsasən, diplomatik
agentin
(həmin
sənədə
əsasən, “diplomatik agent”
nümayəndəliyin
başçısı
və
nümayəndəliyin
diplomatik
personalının üzvüdür) şəxsiyyəti toxunulmazdır. O, heç bir
formada həbs edilə və ya tutulub saxlanıla bilməz. Yerləşmə
dövləti ona lazımi hörmətlə yanaşmalı və onun şəxsiyyəti,
azadlıq və şərəfinə qarşı ola biləcək qəsdlərin qarşısını almaq
üçün bütün lazımi tədbirləri görür. 30-cu maddəyə əsasən,
diplomatik agentin şəxsi iqamətgahı da nümayəndəlik
binalarının istifadə etdiyi toxunulmazlıq və müdafiədən istifadə
edir. Onun kağızları və yazışmaları və 31-ci maddənin 3-cü
bəndində nəzərdə tutulan istisnalarla onun mülkiyyəti ilə eyni
dərəcədə toxunulmazdır.
Konvensiyanın 31-ci maddəsində yazılır:
1. Diplomatik agent yerləşmə dövlətinin cinayət yurisdiksiyasından
immunitetindən istifadə edir. O, həmçinin aşağıda göstərilən
hallardan başqa mülki və inzibati yurisdiksiya immunitetindən də
istifadə edir:
a. Yerləşmə dövlətində olan şəxsi daşınmaz əmlaka aid
mülkiyyət iddiası, əgər bu əmlak akkreditə edən dövlətin adından
nümayəndəliyin məqəsdləri üçün alınmayıbsa;
1
Конвенция о специальных миссиях и факультативный протокол. 8
декабря 1969 года. Действующее международное право. В трех томах.
Том первый. Составители проф. Ю.М.Колосов и проф. Э.С.Кривчикова.
М.: Издательство Московского независимого института международного
права, 1996.-864 с. ss.562-582. Maddə 21, bənd 1.
2
Həmin sənəd. Maddə 21, bənd 2.
206
b.Diplomatik agentin akkreditə edən dövlətin adından deyil, adi
şəxs kimi vəsiyyətin icraçısı, vərəsəlik mülkiyyətinin qəyyumu, varis
və ya vərəsəni alan şəxs qismində çıxış etidiyi vərəsəlik iddialarında;
c.Diplomatik agentin yerləşmə dövlətində özünün rəsmi
funksiyaları hüdudlarından kənar yerinə yetirdiyi istənilən peşə və ya
kommersiya fəlaiyyətinə aid iddialar.
2. Diplomatik agent şahid qismində ifadə verməyə borclu
deyildir.
3. Bu maddənin 1-ci bəndinin “a”, “b”, “c” yarımbəndlərinə aid
hallar istisna olmaqla diplomatik agentə qarşı heç bir icra tədbirləri
tətbiq edilə bilməz, ancaq bir şərtlə tətbiq edilə bilər ki, onun
şəxsiyyətinin və iqamətgahının toxunulmazlığı pozulmasın.
4.Diplomatk agentin yerləşmə dövlətinin yurisdiksiyasından
immuniteti onun akkreditə edən dövlətin yurisdiksiyasından azad
etmir. Diplomatik əlaqələr haqqında 1961-ci il 18 aprel tarixli Vyana
Konvensiyası.
Vyana Konvensiyasından bəzi hissələr: Maddə 22. 1.Nümayən-
dəliyin binaları toxunulmazdır. Yerləşmə dövlətinin hakimiyyət taretara ı
207
cür imkanı yaratmalıdır. Maddə 27. 2. Nümayəndəliyin rəsmi yazış-
maları toxunulmazdır. Rəsmi yazışma dedikdə, nümayəndəliyə və
onun funksiyalarına aid olan bütün yazışmalar nəzərdə tutulur.
Maddə 35. Yerləşmə dövləti diplomatik agenti xarakterindən asılı
olmayaraq bütün əmək və dövlət mükəlləfiyyətlərindən, həmçinin
rekvizisiya, təzminat və hərbi düşərgələr kimi hərbi mükəllə-
fiyyətlərdən azad etməlidir.
İçərisində yalnız rəsmi istifadə üçün nəzərdə tutulan, ancaq
diplomatik sənəd və əşyalardan ibarət olan poçtun xüsusi nişanı
olmalıdır.-maddə 27. Bu sənədlər (tranzit ölkələrdə də)
toxunulmazdır. Konvensiyanın 36-cı maddəsinə əsasən,
yerləşmə dövləti nümayəndəliyin rəsmi istifadəsi üçün nəzərdə
tutulan əşyaları gömrük rüsumlarından, vergilərdən və bununla
bağlı olan rüsumlardan azad edir. Diplomatın və ailə üzvlərinin
şəxsi istifadəsi üçün nəzərdə tutlan əşyalar da vergi və gömrük
rüsumlarından (akkreditə edən dövlətdə) azad edilir. Xüsusi
Dostları ilə paylaş: |