Nazirlik vergi hesabatı yayıb
08.10.2015
-ci ilin 9 ayının vergi daxilolmaları haqqında məlumat açıqlanıb. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsinin məlumatına görə, yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinə 5 milyard 94 milyon 201,4 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,5 faiz əməl edilib.
Hesabat dövründə vergi orqanlarında 58 473 vergi ödəyicisi qeydiyyata alınıb.
Avropa Şurası Azərbaycandakı İnsan Hüquqları üzrə Birgə Qrupda iştirakını dayandırıb
08.10.2015
Avropa Şurası Azərbaycanda ötən il yaradılmış İnsan Hüquqları üzrə Birgə Qrupda iştirakını dayandırıb. “Turan” agentliyinin məlumatına görə, bunu Avropa Şurasının baş katibi Torbyorn Yaqland oktyabrın 7-də qurumun Nazirlər Komitəsinə rəsmən bəyan edib. O deyib ki, 2014-cü il oktyabrından Avropa Şurasının təmsilçisi Bakıda Birgə Qrupun iclaslarına qatılırdı: “Məqsəd vətəndaş cəmiyyəti ilə Azərbaycan hakimiyyəti arasında dialoqu canlandırmaq idi. Bu təşəbbüsə baxmayaraq ölkədə insan haqları sahəsində vəziyyət ümumilikdə pisləşib. Son vaxtlar daha çox insan haqları fəalı həbs olunub. Avropa Şurası qəbuledilməz saxlanma şəraiti barədə narahatlıq doğuran məlumatlar alıb”.
2005-2008-ci illərdə problemli məhbusların işi üzrə işçi qrup fəaliyyət göstərib. Qrupda hökumət, parlament nümayəndələri və hüquq müdafiəçiləri təmsil olunub.
Ötən il oktyabrın 22-də problemli məhbusların işi üzrə işçi qrup 6 illik fasilədən sonra bərpa olunub. Bu, Azərbaycan prezidenti İlham Əliyevlə Avropa Şurasının baş katibi Turbyorn Yaqland arasındakı razılaşma əsasında reallaşıb. İnsan Hüquqları üzrə Birgə Qrup adlandırılan quruma bu şəxslər daxildir: Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının sektor müdiri və Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Azərbaycanın Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze, Prezident yanında Əfv Məsələləri Komissiyanın katibi Kəmalə İsmayıllı, Baş Prokurorluğun nümayəndəsi İlqar Cəfərov, Ədliyyə Nazirliyinin nümayəndəsi Faiq Qurbanov, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, həmin komitənin üzvü deputat Çingiz Qənizadə, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev, həmin şuranın üzvləri Əliməmməd Nuriyev, Sahib Məmmədov, hüquq müdafiəçiləri Eldar Zeynalov, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Səadət Bənənyarlı, Zəlihə Tahirova.
Fuad Ələsgərov və Səməd Seyidov qrupun həmsədrləri, Səadət Bənənyarlı, Kəmalə İsmayıllı və Sahib Məmmədov isə qrupun katibləri seçiliblər.
Dostları ilə paylaş: |