Hesablama Palatası Milli Məclisi yoxlayıb
09.10.2015
Hesablama Palatasının Kollegiyası üç nəzarət tədbirinin nəticələri üzrə hesabatları müzakirə edib. Bu hesabatların biri dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsaitlərin istifadəsinə aiddir.
Palata dövlət büdcəsindən “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinə və Bərdə Rayon İcra Hakimiyyətinə, onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri də keçirib.
Rəsmi məlumata görə, zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarları aidiyyəti dövlət qurumlarına göndərilib. Audit tədbirlərinin nəticələri barədə məlumatlar Milli Məclisə təqdim olunacaq.
Transparency.az qeyd edir ki, Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır. Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə əsasən, Hesablama Palatasını Milli Məclis yaradır, amma palata təşkilati və funksional müstəqilliyə malikdir.
Dostları ilə paylaş: |