Xəbər bülleteni №13


Avropa Şurasının müşahidə missiyası 1 noyabr seçkisinə müsbət rəy verdi



Yüklə 467,97 Kb.
səhifə2/5
tarix29.11.2016
ölçüsü467,97 Kb.
#437
1   2   3   4   5

Avropa Şurasının müşahidə missiyası 1 noyabr seçkisinə müsbət rəy verdi


02.11.2015

ashpaAvropa Şurası Parlament Assambleyasının müşahidə missiyası 1 noyabr parlament seçkisi ilə bağlı rəy yayıb. “Azadlıq” radiosunun məlumatına görə, rəydə qeyd olunur ki, səsvermə prosesinin adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğu müşahidə edilib: “Səs verənlərin seçki məntəqələrinə girişinə maneə olmayıb və müşahidəçilər heç bir hadisə qeydə almayıb. MSK prosesin şəffaflığına töhfə verərək mütəmadi məlumatlar dərc edib.

Bir neçə seçki məntəqəsində kiçik bülleten xətaları müşahidə edilib. Missiya bunun mənbəyini və ya məsuliyyətini müəyyən edə bilməsə də, MSK-nı bu uyğunsuzluğu lazımi qaydada araşdırmağa çağırır”.

Rəydə səslərin sayılmasında nöqsanlar olduğu vurğulanır: “Bu, seçki komissiyasında çalışanların təcrübəsizliyi səbəbindən baş verib. Lakin bu amil seçkinin nəticəsinə təsir etməyib. Seçki xalqın iradəsini tam ifadə edib”.

Hesabatda Azərbaycanda insan haqları sahəsində problemlərin qalmaqda olduğu da əksini tapıb: “Azərbaycanı insan hüquqlarının müdafiəsi sahəsində təcili tədbirlər görməyə çağırırıq. Missiya Azәrbaycan hakimiyyәtini Venesiya Komissiyasının tövsiyәlәrini, o cümlәdәn demokratik institutların fәaliyyәti ilә bağlı tövsiyәlәrini nәzәrә almağa çağırır”.


1 noyabr seçkisi

Dövlət Sosial Müdafiə Fonduna müraciətlər həm 2 dəfə çoxalıb, həm də 28 faiz azalıb

02.11.2015



dsmf-foto-62015-ci ilin yanvar-oktyabr ayları üzrə operativ məlumata əsasən, Dövlət Sosial Müdafiə Fondunun öz saytı, “Elektron hökümət” portalı və “Hökumət ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,2 milyondan çox istifadə sayı qeydə alınıb. Bu, 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.

Transparency.az-a verilən rəsmi məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində cari ilin 10 ayı ərzində aparata vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz azalıb.

9 ayda problemli kreditlər 22,9 milyon manat artıb

02.11.2015



merkezi-bank-012015-ci ilin sentyabr ayında problemli (vaxtı keçmiş) kreditlərin artdığı məlum olub. Mərkəzi Bankın açıqladığı statistikaya görə, ötən ay problemli kreditlərin həcmi 20,2 milyon manat artaraq 1 milyard 353,8 milyon manata çatıb.

Transparency.az bildirir ki, ilin əvvəli müqayisədə problemli kreditlərin həcmi hazırda 322,9 milyon manat çoxdur.

Sərnişin daşınmasına dair yeni dövlət standartı təsdiqlənib

02.11.2015

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 425-2015 “Sərnişin stansiya qurğuları və avtomobilləri” dövlət standartını təsdiqləyib. Azstand.gov.az-ın məlumatına görə, standart sərnişin stansiyası qurğularına, avtobus dayanacaq məntəqələrinə, taksi minik avtomobillərinin dayanacaqlarına, müntəzəm sərnişin daşımalarında istismar edilən avtobuslara və taksi minik avtomobillərinə şamil edilir. Standartın müddəaları xüsusi razılığa (lisensiyaya) əsasən sərnişin avtonəqliyyat vasitələri ilə daşımaları həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar üçün icbaridir.

Sənədə əsasən, sərnişin stansiya qurğularının binalarının ön tərəfində və ya damında “Avtovağzal”, “Avtostansiya” və onun adını əks etdirən yazı və binanın girəcəyində təşkilatın adı, mənsubiyyəti, iş rejimi olan lövhə quraşdırılmalıdır. Lövhələrdə avtobusun yola düşmə və gəlmə cədvəli, gediş haqqı (tarifləri), növbədənkənar bilet almaq hüququ olan vətəndaşların kateqoriyalarının siyahısı, xidmət qaydaları barədə məlumat, yanğın və ya başqa təbii fəlakət olduğu halda insanların binadan təxliyə olunması sxemi və s. məlumatlar olmalıdır.

Avtovağzalların və avtostansiyaların minik meydançaları ərazisində sərnişinlərin minmə və düşməsini, platformaların sayını və marşrutların son nöqtəsini göstərən lövhələr də quraşdırılmalıdır.

Standartda avtobus və taksi dayanacaqlarının tərtibatı da öz əksini tapıb. Avtobus və taksi dayanacaqları sərnişinlər üçün informasiya məzmunlu xüsusi dayanacaq lövhələrinin təyinatından asılı olaraq müvafiq xüsusi yol nişanları ilə təchiz olunmalıdır. “Avtobus dayanacağı” lövhəsində dayanacağın adı və ya nömrəsi, marşrutun nömrəsi, son təyinat məntəqəsi, hərəkət intervalı, marşrut üzrə birinci və sonuncu reyslərin vaxtı və s. göstərilməlidir.

Avtobusların və taksi minik avtomobillərinin xarici tərtibatı da standartda əks olunub. Standarta əsasən, avtobusların banının yan hissəsinin üzərində daşıyıcısının tam adı, yerləşdiyi yer, lisenziyanın nömrəsi və onun fəaliyyət müddəti göstərilməlidir. Müntəzəm marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən avtobuslar marşrut lövhəsi ilə təchiz olununmalıdır və marşrut lövhəsində marşrutun nömrəsi, başlanğıc, son və əsas aralıq dayanacaq məntəqələrinin adı göstərilməlidir.

Такsi minik avtomobilinin damında isə “Taksi” tanınma nişanı olan müvafiq fənər, hər iki tərəfdən qabaq və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş, dördbucaqlardan ibarət kompozisiyalı fərqləndirici nişan olmalıdır. Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobilləri sarı, ağ və ya bənövşəyi, fərqləndirici nişanları isə qara-sarı və ya qara-ağ rəngdə olmalıdır.

Yeni standarta əsasən, ölkədə istismar edilən taksi minik avtomobilləri nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış ili 15 ildən artıq olmayan avtomobillər olmalıdır.

Avtobusların və taksi minik avtomobillərinin iç tərtibatı da standartda qeyd olunub. Avtobusların içində avtonəqliyyat vasitəsinin və daşıyıcının adı, sürücünün adı, atasının adı və soyadı, tibb qutusunun yeri, şəhərin marşrut şəbəkəsinin sxemi və s. məlumatlar olmalıdır. Taksi-minik avtomobilində isə sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkli və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır. Taksi minik avtomobilləri taksometr aparatı ilə təchiz olunmalıdır.

Ötən illə müqayisədə Təhsil Nazirliyinə müraciətlər 2,4 dəfə çoxalıb

03.11.2015



tehsil nazirliyiOktyabr ayında Təhsil Nazirliyinin telefon məlumat mərkəzinə gələn zənglər və vətəndaşların qəbulu mərkəzində göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Edu.gov.az-ın təqdim etdiyi statistikaya əsasən, telefon məlumat mərkəzinə 13360 zəng (2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çox) daxil olub. Vətəndaşların qəbulu mərkəzində isə 5651 vətəndaşa xidmət göstərilib.

Rəsmi hesabata görə, müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub, 660 vətəndaş elektron qaydada Təhsil Nazirliyinin məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların qəbulu mərkəzində 1762 sənəd (1171 məktub, 535 ərizə, 56 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Rəsmi Bakı seçki bəyanatı yayıb

03.11.2015

xinNoyabrın 3-də Xarici İşlər Nazirliyinin mətbuata açıqlaması yayılıb. Açıqlamada deyilir ki, yerli və əcnəbi müşahidə missiyaları, o cümlədən Avropa Şurası Parlament Assambleyasının müşahidə heyəti Azərbaycan parlamentinə 1 noyabr seçkisinin azad, demokratik və şəffaf şəkildə keçirildiyini, seçicilərin iradəsini əks etdirdiyini, seçkiyə hazırlıq və səsvermə prosesinin peşəkarlıq və texniki cəhətdən yüksək səviyyədə təşkil olunduğunu təsbit edib: “Seçki prosesində Mərkəzi Seçki Komissiyası və müşahidəçilər hər hansı xüsusi qanun pozuntusu halı qeydə almayıb. Bəzi dairələrin seçkini “boykot” etməsi və ya seçici fəallığının az olması, guya ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (DTİHB) seçkini müşahidə etmək imkanı verilməməsi barəsində əsassız iddialar irəli sürməsi, seçkinin nəticələrinə kölgə salmaq, Azərbaycan seçiciləri və namizədlərin adından danışmaq cəhdləri, bəzi beynəlxalq kütləvi informasiya vasitələrində isə rəsmi mənbələrə istinad etmədən qərəzli məlumatlara yer verilməsi tamamilə qəbuledilməzdir”.

XİN-in açıqlamasında qeyd olunur ki, seçkini 500-dən artıq xarici müşahidəçi izləyib: “Xarici müşahidəçilər Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Müstəqil Dövlətlər Birliyi, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası da daxil olmaqla 40-dan çox beynəlxalq təşkilatı və 27 ölkəni təmsil ediblər.

DTİHB-yə də seçkini müşahidə etmək üçün Xarici İşlər Nazirliyi 2015-ci ilin iyulunda dəvət göndərib. 12-14 avqust 2015-ci ildə DTİHB-nin ehtiyacların qiymətləndirilməsi missiyası (EQM) Azərbaycana səfər edib və səfərin yekunlarına dair qiymətləndirmə hesabatı hazırlayıb. EQM əsas ekspert heyətinə əlavə olaraq seçkiyə iştirakçı dövlətlərdən 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçinin ezam olunmasını tövsiyə edib. Azərbaycan ölkə əhalisinin sayına və 125 seçki dairəsinə uyğun olaraq 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçinin təyin edilməsinin məqbul olduğunu bildirib və EQM-in hesabatının yenidən nəzərdən keçirilməsini tövsiyə edib. DTHİB ölkə əhalisi və 125 seçki dairəsi ilə müşahidəçilərin sayı arasında nisbətin hansı meyarlar və metodologiya ilə müəyyən edilməsinə aydınlıq gətirmədən öz mübahisəli tövsiyələri üzrə məsləhətləşmələr təklifini rədd edib, guya müşahidəçilərin sayına məhdudiyyət qoyulduğunu bəhanə gətirərək bəzi dairələrin təsiri altında parlament seçkisinə seçki müşahidə missiyası göndərməmək barədə mandatına zidd birtərəfli qərar qəbul edib. DTHİB-nin birtərəfli qaydada belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Bu təsisat mandatına uyğun olaraq seçkilərin təşkil edilməsində üzv dövlətlərə texniki dəstək göstərməlidir.

Azərbaycanın tərəfinin ATƏT-in fəaliyyətdə olan sədri qismində Serbiyanın iştirakı ilə ATƏT-in Daimi Şurasında konstruktiv məsləhətləşmələr yolu ilə məsələni müzakirə edərək həllin tapılması, habelə seçki müşahidə missiyası olmasa belə seçkiyə texniki ekspert qrupunun göndərilməsi barəsində təklifinə də DTHİB qeyri-konstruktiv münasibət bildirib.

Mandatın ciddi şəkildə pozulması ilə müşayiət olunan bu cür qərəzli və qeyri-peşəkar davranışdan sonra DTHİB və bəzi digər dairələrin Azərbaycanda keçirilmiş seçkinin nəticələri barəsində hər hansı fikir söyləməyə heç bir əsası yoxdur.

Azərbaycan xalqı azad və sərbəst şəkildə öz seçki hüququnu və iradəsini ifadə edərək bu seçkidə iştirak edib. Yalnız Azərbaycan seçicilərinin iradəsi, seçici fəallığı və verdikləri səslər seçkinin nəticələrini və legitimliyini müəyyən edir”.

Transparency.az xatırladır ki, 1 noyabr seçkisinin ilkin nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyası 125 nəfərlik parlamentə 71 deputat keçirib. Milli Məclisə düşən digər partiyalardan Vətəndaş Həmrəyliyi Partiyası 2 mandat, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Sosial Rifah Partiyası, Sosial Demokrat Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası hərəyə 1 mandat qazanıblar.

Ölkənin əsas müxalifət təşkilatlarından olan AXCP seçkini boykot edib. 25 namizədi qeydə alınmış Müsavat Partiyası isə oktyabrın 28-də seçkidən çəkilib.

“Azadlıq” radiosunun məlumatına görə, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun lazımi sayda müşahidəçisinin parlament seçkisini monitorinq etməsinə icazə verməməsindən və DTİHB-nin bu səbəbdən seçkini izləyə bilməməsindən təəssüfləndiyini bildirib: “DTİHB-nin iştirakı olmadan Azərbaycanın DTİHB-nin ötən seçkidə verdiyi müşahidə tövsiyələri sahəsində tərəqqi etdiyini demək qeyri-mümkündür. Tövsiyələrdə təməl azadlıqlar sahəsində məhdudiyyətlərin aşkar edildiyi bildirilmişdi.

Azərbaycandakı məhdudlaşdırıcı siyasi mühit barədə narahatlığımız qalır və Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə müvafiq şəkildə dinc toplaşma və təşkilatlanma azadlıqlarına, media da daxil müstəqil səslərə hörmət etməyə və bu istiqamətdə DTİHB də daxil ATƏT-lə birgə işləməyə çağırırıq. Biz hökumət və Azərbaycanın xalqı ilə, onların daha güclü, sabit, demokratik və firavan gələcək qurmaq səylərində birgə işləmək istəyimizə sadiq qalırıq”.

Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti də parlament seçkisi barədə ilkin bəyanat yayıb. Bəyanatda deyilir ki, parlament seçkisində seçki müşahidəçilərinin sayı barədə Azərbaycan hakimiyyət orqanları ilə ATƏT/DTİHB arasında razılıq əldə olunmadığından təşkilat seçkiyə öz müşahidə missiyasını göndərməməyə məcbur olub, lakin seçkiyə Avropa Şurası Parlament Assambleyasının Seçki Müşahidəsi Missiyası göndərilib.

Avropa İttifaqı Azərbaycanı ATƏT/DTİHB-nin bundan əvvəlki tövsiyələrini icra etməyə çağırıb: “Avropa İttifaqı beynəlxalq standartlara uyğun, şəffaf və bütün tərəflərin iştirakını təmin edən seçkiləri dəstəkləyir. 1 noyabr seçkisində bir əsas müxalifət partiyası iştirak etməyib, çünki belə qərara gəlib ki, bütün namizədlər üçün eyni səviyyədə rəqabət meydanı təmin edilməyib”.

Bəyanatda bildirilir ki, Avropa İttifaqı bütün vətəndaşların xeyri naminə yeni seçilmiş parlament də daxil olmaqla Azərbaycanın təsisatları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb

03.11.2015

orduSilahlı Qüvvələrə Yardım Fonduna 1 noyabr 2015-ci ilədək təqribən 67 milyon 738 min manat, 212 min ABŞ dolları, 594 avro vəsait daxil olub. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Prezidentin 17 avqust 2002-ci il fərmanı ilə yaradılmış fondun maliyyə mənbəyi Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

Sığorta fondunda əmanətlərin yalnız 2,2 faizini ödəməyə pul var

03.11.2015



qubad-ibadoglu1.jpg-21Mərkəzi Bankın Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bu ilin 9 ayının nəticələrini açıqlayıb. Hesabata görə, üzv bankların 7 milyon 304 min 127 əmanətçisinə xidmət göstərilir, onların 91 faizi qorunan əmanətdir: “Qorunan əmanətçilərin 99,6 faizinin əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanıb. Əmanətlərin 71 faizi ABŞ dollarının, 25 faizi manatın, 4 faizi avronun payına düşür”.

Ekspertlər hesab edir ki, öhdəlikləri getdikcə artan Əmanətlərin Sığortalanması Fondunun tələbata cavab verməsi üçün riskləri qarşılaya biləcək ehtiyatlarının olması vacibdir. Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, son hesabat dövründə ölkədə qorunan əmanətlər 2 milyard manatdan çox artdığı halda fondun ehtiyatları 17 milyon manat çoxalıb: “Bu il oktyabrın 1-nə ölkə üzrə qorunan əmanətlərin həcmi 5 milyard 44 milyon manata, sığorta ehtiyatlarının həcmi 109,4 milyon manata çatıb. Ehtiyatlar əmanətlərin 2,2 faizini ödəməyə çatır. Fondun sərbəst vəsaitləri sürətlə artan qorunan əmanətlərlə müqayisədə kiçik məbləğlə ifadə olunur. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti və Mərkəzi Bank fondun öhdəlikləri üzrə məsuliyyət daşımır”.

“Xarici pasport” almaq bir az da asanlaşdı

03.11.2015



xarici pasport-2Vətəndaş pasportu (“xarici pasport”) qeydiyyat məhdudiyyəti olmadan “ASAN xidmət”də veriləcək. Xidmətdən Transparency.az-a verilən məlumata görə, noyabrın 3-dən Azərbaycan vətəndaşları ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan istənilən “ASAN xidmət” mərkəzinə müraciət edərək vətəndaş pasportu ala və ya onu dəyişdirə bilər.

Bu günədək “xarici pasport” vətəndaşın qeydiyyatından asılı olaraq Daxili İşlər Orqanlarının regional bölmələrində və “ASAN xidmət” mərkəzlərində verilirdi.

“ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi-cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Nazirlik cəzadan azad edilmiş 4253 nəfərə birdəfəlik müavinət verib

03.11.2015

nazirlikƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 4253 nəfər şəxsə birdəfəlik sosial müavinət verib. Həmin şəxslərin hər birinə minimum əməkhaqqının 4 misli qədər, 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.

Transparency.az-a verilən rəsmi məlumata görə, cəza müddəti başa çatmaqda olan şəxslərin gələcəkdə əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların peşə reabilitasiyası istiqamətində tədbirlər də həyata keçirilib. 10 ayda 120 nəfər bu təbəqədən olan şəxs peşə hazırlığı kurslarına cəlb edilib.

Əli Həsənov ABŞ-ın seçki iradlarına cavab verib

03.11.2015



eli hesenovPrezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkiyə dair münasibətini AZƏRTAC-a şərh edərək deyib: “Milli Məclisə seçki demokratik prinsiplərə uyğun, şəffaf, ədalətli keçirilib və Azərbaycan xalqının iradəsini əks etdirib. Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla bütün dünyanı əhatə edən 30-dan artıq müşahidə missiyası seçkiyə yüksək qiymət verib. Həmçinin Avropa İttifaqı Azərbaycanda seçkinin beynəlxalq standartlara uyğun, şəffaf, əhatəli şəkildə keçirildiyini və yeni parlamentlə əməkdaşlığa hazır olduğunu bəyan edib. Bütün bunları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, Milli Məclisə seçkini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə etməməsi seçkinin legitimliyinə kölgə sala bilməz.

Azərbaycan hökuməti müşahidə üçün DTİHB-yə müraciət ünvanlayıb və dəfələrlə missiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparmağa açıq olduğunu bildirib. Təəssüf ki, DTİHB bu təşəbbüsü layiqincə qiymətləndirməyib və birtərəfli qaydada Azərbaycana missiya göndərməkdən imtina edib. Bu, dövlətlərarası kollegial qurum olan ATƏT-in nizamnaməsinə və prinsiplərinə uyğun gəlməyən, siyasiləşmiş qərardır. DTİHB bu addımla seçkiləri müşahidə praktikasında xoşagəlməz presedentə imza atıb.

Azərbaycan hökuməti ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklərinə uyğun olaraq üzərinə düşən bütün vəzifələri yerinə yetirir və qarşıdan gələn dövrdə də üzv olduğu təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Bununla yanaşı Azərbaycan müstəqil, dinamik inkişaf edən dövlətdir, heç vaxt öz siyasətini kimlərinsə istəyinə uyğun qurmur və bundan sonrakı dövrdə də hər hansı qüvvənin ona öz iradəsini qəbul etdirmək cəhdlərini yolverilməz hesab edəcək”.

ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun lazımi sayda müşahidəçisinin parlament seçkisini monitorinq etməsinə icazə verməməsindən və DTİHB-nin bu səbəbdən seçkini izləyə bilməməsindən təəssüfləndiyini bildirib: “DTİHB-nin iştirakı olmadan Azərbaycanın DTİHB-nin ötən seçkidə verdiyi müşahidə tövsiyələri sahəsində tərəqqi etdiyini demək qeyri-mümkündür. Tövsiyələrdə təməl azadlıqlar sahəsində məhdudiyyətlərin aşkar edildiyi bildirilmişdi.

Azərbaycandakı məhdudlaşdırıcı siyasi mühit barədə narahatlığımız qalır və Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə müvafiq şəkildə dinc toplaşma və təşkilatlanma azadlıqlarına, media da daxil müstəqil səslərə hörmət etməyə və bu istiqamətdə DTİHB də daxil ATƏT-lə birgə işləməyə çağırırıq. Biz hökumət və Azərbaycanın xalqı ilə, onların daha güclü, sabit, demokratik və firavan gələcək qurmaq səylərində birgə işləmək istəyimizə sadiq qalırıq”.

1 noyabr seçkisində lider elan olunanların siyasi mənsubiyyəti

03.11.2015

sechki 2015 1
Transparency.az/cnews 1 noyabr parlament seçkisində dairələr üzrə lider elan olunmuş şəxslərin siyasi mənsubiyyət üzrə siyahısını hazırlayıb. İlkin nəticələrə görə, Milli Məclisə 12 partiyadan 83 deputat düşür. Onların 71-i YAP-ı, 12-si digər 11 partiyanı təmsil edir. Parlamentin potensial deputatlarından 42-si partiyasızdır:

1 saylı Şərur-Sədərək: Vasif Talıbov (YAP)

2 saylı Şərur: İsa Həbibbəyli (YAP)

4 saylı Naxçıvan şəhər: Eldar İbrahimov (YAP)

5 saylı Şahbuz-Babək: Siyavuş Novruzov (YAP)

6 saylı Culfa–Babək: Ülviyyə Həmzəyeva (YAP)

9 saylı Binəqədi: Kəmaləddin Qafarov (YAP)

11 saylı Qaradağ: Aydın Hüseynov (YAP)

12 saylı Qaradağ-Binəqədi-Yasamal: Mixail Zabelin (YAP)

13 saylı Xəzər-Pirallahı: Rauf Əliyev (YAP)

14 saylı Xəzər: Mehriban Əliyeva (YAP)

19 saylı Nərimanov: Hikmət Məmmədov (YAP)

21 saylı Nəsimi: Məlahət İbrahimqızı (YAP)

24 saylı Nizami: Rövnəq Abdullayev (YAP)

25 saylı Nizami: Sədaqət Vəliyeva (YAP)

27 saylı Sabunçu: Dilarə Cəbrayılova (YAP)

29 saylı Səbail: Şəmsəddin Hacıyev (YAP)

30 saylı Suraxanı: Sevinc Fətəliyeva (YAP)

32 saylı Suraxanı: Ağacan Abiyev (YAP)

33 saylı Xətai: Hüseynbala Mirələmov (YAP)

36 saylı Xətai: Səməd Seyidov (YAP)

37 saylı Nizami (Gəncə): Pərvin Kərimzadə (YAP)

38 saylı Nizami (Gəncə): Naqif Həmzəyev (YAP)

39 saylı Kəpəz: Xanlar Fətiyev (YAP)

40 saylı Kəpəz: Musa Quliyev(YAP)

41 saylı Sumqayıt: Mirzəcan Xəlilov (YAP)

42 saylı Sumqayıt: Tahir Mirkişili (YAP)

43 saylı Sumqayıt: Muxtar Babayev (YAP)

45 saylı Abşeron: Oqtay Əsədov (YAP)

47 saylı Mingəçevir: Aydın Mirzəzadə (YAP)

48 saylı Yevlax: İlham Məmmədov (YAP)

49 saylı Yevlax-Mingəçevir: Əli Hüseynli (YAP)

51 saylı Qusar: Azər Badamov (YAP)

53 saylı Quba-Qusar: Yevda Abramov (YAP)

54 saylı Şabran-Siyəzən: Tahir Süleymanov (YAP)

55 saylı Xaçmaz şəhər: Eldəniz Səlimov (YAP)

56 saylı Xaçmaz kənd: İlham Əliyev (YAP)

61 saylı Neftçala: Arif Rəhimzadə (YAP)

63 saylı Sabirabad: Elçin Quliyev (YAP)

64 saylı Sabirabad: Rüstəm Xəlilov (YAP)

65 saylı Saatlı-Sabirabad-Kürdəmir: Əhliman Əmiraslanov (YAP)

67 saylı Cəlilabad şəhər: Malik Həsənov (YAP)

68 saylı Cəlilabad kənd: Mirkazım Kazımov (YAP)

70 saylı Masallı şəhər: Nəriman Əliyev (YAP)

74 saylı Lənkəran kənd: Hadı Rəcəbli (YAP)

75 saylı Lənkəran-Masallı: Cavanşir Paşazadə (YAP)

76 saylı Lənkəran-Astara: Ziyafət Əsgərov (YAP)

77 saylı Astara: Rəşad Mahmudov (YAP)

78 saylı Lerik: İqbal Məmmədov (YAP)

79 saylı İmişli: Əsabil Qasımov (YAP)

81 saylı Beyləqan: Şahin İsmayılov (YAP)

82 saylı Ağcabədi: Tahir Rzayev (YAP)

84 saylı Füzuli: Bahar Muradova (YAP)

89 saylı Göyçay-Ağdaş: Elman Nəsirov (YAP)

91 saylı Ucar: Vüsal Hüseynov (YAP)

97 saylı Goranboy-Ağdam-Tərtər: Ağalar Vəliyev (YAP)

98 saylı Şəmkir şəhər: Sahibə Qafarova (YAP)

99 saylı Şəmkir kənd: Sona Əliyeva (YAP)

100 saylı Şəmkir-Daşkəsən: Kamran Bayramov (YAP)

103 saylı Gədəbəy: Sevinc Hüseynova (YAP)

104 saylı Gədəbəy-Tovuz: Rafiq Məmmədhəsənov (YAP)

108 saylı Ağstafa: Nizami Cəfərov (YAP)

109 saylı Balakən: Nəsib Məhəməliyev (YAP)

111 saylı Zaqatala-Balakən: Kamilə Əliyeva (YAP)

113 saylı Şəki şəhər: Yaqub Mahmudov (YAP)

117 saylı Oğuz-Qəbələ: Aqiyə Naxçıvanlı (YAP)

119 saylı Ağdam kənd: Bəxtiyar Sadıqov (YAP)

120 saylı Cəbrayıl-Qubadlı: Astan Şahverdiyev (YAP)

121 saylı Laçın: Mahir Abbaszadə (YAP)

123 saylı Kəlbəcər: Cavid Qurbanov (YAP)

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd: Elman Məmmədov (YAP)

125 saylı Zəngilan-Qubadlı: İmamverdi İsmayılov (YAP)

7 saylı Ordubad-Culfa: Qüdrət Həsənquliyev (BAXCP)

22 saylı Nəsimi: Asim Mollazadə (ADİSP)

26 saylı Sabunçu: Fazil Mustafa (BQP)

31 saylı Suraxanı: Fərəc Quliyev (MDHP)

35 saylı Xətai: Araz Əlizadə (ASDP)

58 saylı Hacıqabul-Kürdəmir: Rafael Hüseynov (VHP)

60 saylı Salyan-Neftçala: Fəzail Ağamalı (AVP)

66 saylı Biləsuvar: Xanhüseyn Kazımlı (ASRP)

69 saylı Cəlilabad-Masallı-Biləsuvar: Fəzail İbrahimli (VHP)

87 saylı Ağsu-İsmayıllı: Tahir Kərimli (Vəhdət Partiyası)

88 saylı Göyçay seçki dairəsi: Sabir Hacıyev (VBP)

110 saylı Zaqatala: Elşən Musayev (ADMP)

3 saylı Babək–Kəngərli-Naxçıvan: Səttar Mehbalıyev (partiyasız)

8 saylı Binəqədi: Azay Quliyev (partiyasız)

10 saylı Binəqədi: Madər Musayev (partiyasız)

15 saylı Yasamal: Ülvi Quliyev (partiyasız)

16 saylı Yasamal: Aytən Mustafayeva (partiyasız)

17 saylı Yasamal: Elşad Həsənov (partiyasız)

18 saylı Nərimanov-Nizami: Rasim Musabəyov (partiyasız)

20 saylı Nərimanov: Adil Əliyev (partiyasız)

23 saylı Nəsimi-Səbail: Ziyad Səmədzadə (partiyasız)

28 saylı Sabunçu: Eldar Quliyev (partiyasız)

34 saylı Xətai: Fuad Muradov (partiyasız)

44 saylı Sumqayıt-Xızı: Hacı Salayev (partiyasız)

46 saylı Şirvan: Rafael Cəbrayılov (partiyasız)

50 saylı Abşeron-Qobustan: Zeynəb Xanlarova (partiyasız)

52 saylı Quba: Vahid Əhmədov (partiyasız)

57 saylı Kürdəmir: Müslüm Məmmədov (partiyasız)

59 saylı Salyan: Əliağa Hüseynov (partiyasız)

62 saylı Saatlı: Əflatun Amaşov (partiyasız)

71 saylı Masallı kənd: Elmira Axundova (partiyasız)

72 saylı Yardımlı-Masallı: Musa Qasımlı (partiyasız)

73 saylı Lənkəran şəhər: Rüfət Quliyev (partiyasız)

80 saylı İmişli-Beyləqan: Çingiz Qənizadə (partiyasız)

83 saylı Ağcabədi-Füzuli: Aqil Abbasov (partiyasız)

85 saylı Şamaxı: Elxan Süleymanov (partiyasız)

86 saylı İsmayıllı: Novruzəli Aslanov (partiyasız)

90 saylı Ağdaş: Çingiz Əsədullayev (partiyasız)

92 saylı Zərdab-Ucar: Jalə Əliyeva (partiyasız)

93 saylı Bərdə şəhər: Gövhər Baxşəliyeva (partiyasız)

94 saylı Bərdə kənd: Zahid Oruc (partiyasız)

95 saylı Tərtər: Sahib Alıyev (partiyasız)

96 saylı Goranboy-Naftalan: Mahir Aslanov (partiyasız)

101 saylı Göygöl-Daşkəsən: Rövşən Rzayev (partiyasız)

102 saylı Samux-Şəmkir: Valeh Ələsgərov (partiyasız)

105 saylı Tovuz: Qənirə Paşayeva (partiyasız)

106 saylı Tovuz-Qazax-Ağstafa: Ülviyyə Ağayeva (partiyasız)

107 saylı Qazax: Kamran Nəbizadə (partiyasız)

112 saylı Qax seçki dairəsi: Azər Kərimli (partiyasız)

114 saylı Şəki kənd birinci: Əli Məsimli (partiyasız)

115 saylı Şəki kənd ikinci: Cavanşir Feyziyev (partiyasız)

116 saylı Qəbələ: Fəttah Heydərov (partiyasız)

118 saylı Ağdam şəhər: Bəxtiyar Əliyev (partiyasız)

122 saylı Xankəndi: Flora Qasımova (partiyasız).

142-yə əmək qanunvericiliyi ilə əlaqədar müraciətlərin sayı bir ildə 42,8 faiz azalıb

03.11.2015



142_cagri_merkeziƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 — “Çağrı mərkəzi” ötən ay 10 min 841 müraciəti cavablandırıb. Transparency.az-a verilən rəsmi məlumata görə, müraciətlərin 10 min 63-ü (92,8%) vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar sorğularından ibarət olub.

Ayrı-ayrı şəxslərin bu və ya digər sosial təminat növü ilə təmin olunmaq hüquqlarının müəyyən olunması məsələlərinin, təklif və şikayətlərin ifadə olunduğu 778 müraciət isə araşdırılması üçün nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Məlumatda deyilir ki, oktyabrda 142-yə daxil olan müraciətlərin 4 min 73-ü (37,6%) sosial təminat, 2 min 452-si (22,6%) əmək qanunvericiliyi, 2 min 224-ü (20,5%) nazirliyin elektron xidmətlərindən istifadə, 1209-u (11,2%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 883-ü (8,1%) isə məşğulluq məsələlərini əhatə edib.

Əmək qanunvericiliyi ilə əlaqədar müraciətlərin sayı ötən ilin oktyabr ayı ilə müqayisədə 42,8 faiz azalıb. Bu e-xidmətlərdən istifadə məsələləri ilə əlaqədar müraciətlərin sayında sentyabr ayı ilə müqayisədə 10,3 faiz, avqust ayı ilə müqayisədə 55,2 faiz artım qeydə alınıb.



Yüklə 467,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin