Xəbər bülleteni №22



Yüklə 458.92 Kb.
səhifə14/22
tarix30.11.2016
ölçüsü458.92 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

İlham Əliyev London konfransında çıxış edib


05.02.2016

londonda chixish 1Prezident İlham Əliyev fevralın 4-ü Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında çıxış edib. “Təhsil” mövzulu sessiyada danışan İlham Əliyev Azərbaycanın Suriya qaçqınlarının halına çox acıdığını deyib: “Müstəqillik illərində — 1990-cı illərin əvvəlində qonşu Ermənistan Azərbaycana qarşı təcavüz edəndə Azərbaycan özü humanitar fəlakət və böhrandan əziyyət çəkib. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olundu. Biz etnik təmizləməyə məruz qaldıq. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

Bu, həqiqətən də humanitar fəlakət idi. Səkkiz milyon əhalidən bir milyonu evsiz və işsiz qalaraq yaşayış imkanlarından məhrum olmuşdu. Biz beynəlxalq humanitar təşkilatlara, xüsusilə tariximizin çətin məqamında bizə dəstək olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına minnətdarıq”.

Dövlət başçısı qeyd edib ki, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs rejimi müəyyən edilib, amma o vaxtdan bəri danışıqlar masası ətrafında bu münaqişənin həlli ilə bağlı ciddi irəliləyişə nail olunmayıb: “BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq 20 ildən artıqdır Ermənistan bu qətnamələrə məhəl qoymur.

Lakin atəşkəs razılığının əldə olunması bizə inkişaf etmək imkanını verdi. O vaxtdan bəri Azərbaycanın inkişafı çox sürətli olub. Biz demək olar ki, 250 min qaçqını lazımi ev şəraiti ilə təmin edə bildik. Bizdə qaçqınlar da daxil olmaqla 100 faiz savadlılıq səviyyəsi var. On il bundan əvvəl qaçqınların təxminən 70 faizi yoxsulluq şəraitində yaşayırdı. İndi isə qaçqınlar arasında yoxsulluq səviyyəsi yalnız 12 faiz təşkil edir. Ümumilikdə işsizlik və yoxsulluq 5 faizdir”.

AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, Azərbaycan Suriyada humanitar inkişafa töhfə verən və verəcək ölkələr arasındadır: “Lakin ən əsası sülh, atəşkəs, siyasi həllin tapılmasıdır. Yalnız bundan sonra iş yerləri açılacaq, təhsil istənilən səviyyədə olacaq və insanlar öz gələcəyinə inanmağa başlayacaqlar. Biz bu böyük iqtisadi və sosial çətinliklərdən əziyyət çəkmiş bir ölkə kimi buna necə nail olmağın yolunu bilirik. Biz iş yerlərinin yaradılmasında təcrübəmizi paylaşa bilərik. Son onillikdə Azərbaycanda 1,5 milyon iş yeri yaradılıb. Biz təhsil sahəsindəki təcrübəmizi də paylaşa bilərik. Ölkəmizdə 3 mindən çox məktəb inşa edilib və dediyim kimi, 100 faizlik savadlılıq səviyyəsinə nail olunub. Humanitar böhranın idarə olunması üzrə təcrübəmizi də paylaşa bilərik və biz bunu edəcəyik. Lakin ən önəmlisi sülhdür. Buna görə də Suriya böhranı üzrə siyasi həllin mümkün qədər tez tapılması bizim gündəliyimizdə duran bir nömrəli məsələdir”.

Dərman vasitələri ilə bağlı yeni qərar verildi, İrandan isə təklif gəldi


05.02.2016

gorush 1
Tarif (qiymət) Şurasının 4 fevral iclasında 600-dən çox dərman vasitəsinin qiyməti müəyyən edilib. Rəsmi məlumatda bildirilir ki, ümumilikdə indiyədək 5651 dərman vasitəsinin (Siyahı) topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiqlənib: “3711 dərman vasitəsi yeni qiymətlərlə satışdadır. Digər 1940 dərman vasitəsinin yeni qiymətləri fevralın 25-dən qüvvəyə minəcək. İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin ümumilikdə 60%-nin qiymətləri endirilib. Tarif (qiymət) Şurasının qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər”.

Economy.gov.az-ın məlumatına görə, fevralın 4-də iqtisadiyyat naziri Şahin Mustafayev İran İslam Respublikasının Sosial Müdafiə Təşkilatı sədrinin vəzifələrini icra edən Rza Raeinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Rza Raei təmsil etdiyi qurum və quruma daxil olan əczaçılıq məhsulları istehsalçısı “Darou pakhsh” şirkəti barədə məlumat verib. Görüşdə Azərbaycanda dərman istehsalının təşkili sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. İran tərəfi Azərbaycanda dərman istehsalı müəssisəsinin yaradılmasına dair təkliflərini təqdim edib. Təkliflərin öyrəniləcəyi və həyata keçirilməsi imkanları araşdırılacağı bildirilir.


Mərkəzi Bank dolları ucuzlaşdırıb


05.02.2016

amb 01Azərbaycan Mərkəzi Bankının 5 fevral məzənnəsinə görə, 100 ABŞ dolları ötən günlə müqayisədə 5 qəpik ucuzlaşıb və 158 manat 53 qəpiyə təklif olunur.

Transparency.az xəbər verir ki, 100 avro fevralın 4-ü ilə müqayisədə bahalaşıb, 175 manata 82 qəpikdən 177 manat 49 qəpiyə qalxıb.

100 Rusiya rublunun rəsmi məzənnəsi isə 2 manat 7 qəpikdir. Dünənki kursla müqayisədə 1 qəpik bahalaşma var (Tam siyahı).

İsa Qəmbərin rəhbərlik etdiyi təşkilat böhrandan çıxış layihəsi hazırlayıb


05.02.2016

isa qember
Milli Strateji Düşüncə Mərkəzi (MSDM) “Böhrandan imkana yol xəritəsi” adlı layihə hazırlayıb. “Yeni Müsavat” qəzetinin yaydığı məlumata görə, MSDM-in bu haqda müraciətində deyilir ki, dünya bazarında neftin qiymətinin davamlı şəkildə düşməsi korrupsiya, səriştəsizlik və bərbad idarəçiliyin girovuna çevrilmiş Azərbaycanda fəlakətli bir vəziyyət yaradıb: “İqtidar yarımçıq və ziddiyyətli addımları ilə əslində böhranın qarşısını almağa qadir olmadığını nümayiş etdirib. Beynəlxalq maliyyə mərkəzlərindən borc almaq cəhdləri də iqtidarın gücsüzlüyünün etirafıdır.

Bu ilin yanvar ayında bölgələrdə keçirilən etirazlar Azərbaycan tarixində sosial-iqtisadi tələbli ən yekcins, davamlı və sinxron kütləvi tədbirlər kimi dəyərləndirilməlidir. Etiraz aksiyalarının böyüməsi, sosial-iqtisadi narazılığın ictimai-siyasi gərginliyə çevrilməsi zaman məsələsidir. Xalq problemlərin həllinə ümid edir. Əks halda etirazların daha kütləvi və qarşısıalınmaz olacağı qaçılmazdır”.

“Böhrandan imkana yol xəritəsi” layihəsində təcili sosial, iqtisadi və siyasi təkliflərin əksini tapdığı vurğulanır. Açıqlamaya görə, müəlliflər 2016-cı ilin fevralında yeni konstitusiya layihəsi (və ya konstitusiyaya əlavə və dəyişikliklər layihəsi) hazırlanması məqsədilə Azərbaycan Konstitusiya Komitəsi yaradılmasını, yazda bundan ötrü referendum keçirilməsini təklif edir, ilin ikinci yarısında parlament, 2017-ci ildə isə prezident seçkilərinin keçirilməsi ideyası irəli sürülür.

Milli Strateji Düşüncə Mərkəzinə İsa Qəmbər sədrlik edir. Milli azadlıq hərəkatının liderlərindən olan İsa Qəmbər 1992-93-cü illərdə Milli Məclisin sədri postunu tutub, həmin dönəmin ilk ayında prezidentin səlahiyyətlərini icra edib, 1992-ci ildən 2014-cü ilədək Müsavat Partiyasının başqanı olub.


1   ...   10   11   12   13   14   15   16   17   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə