Xəbər bülleteni №22


Londonda Suriya konfransı



Yüklə 458,92 Kb.
səhifə13/22
tarix30.11.2016
ölçüsü458,92 Kb.
#468
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

Londonda Suriya konfransı


04.02.2016

london yeni 1
AZƏRTAC xəbər verir ki, fevralın 4-ü Londonda “Suriyaya və regiona dəstək” konfransı keçirilir. Konfransa Azərbaycan prezidenti İlham Əliyev də qatılıb.

Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda Suriyaya təcili və uzunmüddətli yardımın təmin edilməsi, regionda humanitar və təhsil layihələrinin reallaşdırılması, böhrandan əziyyət çəkən qaçqınların sosial problemlərinin həll olunması, onları qəbul edən ölkələrə dəstək göstərilməsi məsələləri müzakirə edilir.


Avropa Məhkəməsi Azərbaycan dövlətini cərimələyib


04.02.2016

avropa mehkemesiFevralın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun şikayəti üzrə qərarını açıqlayıb.

“Azadlıq” radiosunun məlumatına görə, məhkəmə Hilal Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan edilməsi) ilə zəmanət verilmiş hüquqlarının pozulduğunu tanıyıb. Qərarda qeyd olunub ki, 2012-ci ilin iyununda həbs edilmiş Hilal Məmmədov saxlanılan zaman polis və mülki geyimli şəxslərin zorakılığına məruz qalıb. Qərara görə, onlar Hilal Məmmədovun etnik mənsubiyyətini təhqir ediblər.

Məhkəmə qərara alıb ki, 3-cü maddə Hilal Məmmədovla bağlı iki dəfə pozulub: işgəncələrə məruz qalıb və bu haqda şikayəti araşdırılmayıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan dövlətinin Hilal Məmmədova mənəvi zərərə görə 13 min avro həcmində kompensasiya, məhkəmə xərclərinə görə isə 2 min 500 avro ödəməsi barədə qərar çıxarıb.

Hilal Məmmədov 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavətin qızışdırılmasında ittiham olunub.

“Amnesty İnternational” Hilal Məmmədovu vicdan məhbusu kimi tanıyıb.


Protez-Ortopedik Bərpa Mərkəzində


04.02.2016

Bakıdakı Protez-Ortopedik Bərpa Mərkəzi (Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi, 3) əlillərə xidmət göstərir. Müasir texnologiya əsasında protez-ortopedik məhsulların, reabilitasiya məmulatlarının istehsalı, diaqnostika və stasionar müalicəsi ilə məşğul olan müəssisə istehsalat sahəsindən və stasionar şöbədən ibarətdir.

Transparency.az-a verilən rəsmi məlumata görə, Protez-Ortopedik Bərpa Mərkəzi təkcə 2015-ci ildə 8 min 469 əlil vətəndaşı 34 min 75 reabilitasiya vasitəsi ilə təmin edib: “Əlil şəxslər mərkəzdən dövlət hesabına yuxarı və aşağı ətraf protezi, yuxarı və aşağı ətraf ortezi, bandaj məmulatı, bel nahiyəsi üçün korset, dirsəkaltı ağac, dördayaqlı dayaq vasitəsi, döş vəzisi protezi, əsa, ortopedik aparat, ortopedik ayaqqabı, protez ayaqqabı, qoltuqaltı ağac, reabilitasiya vasitəsi, o cümlədən əlil arabası, əlil arabası üçün yastıq, eşitmə aparatı əldə edə bilər. Məsələn, əlil arabası ilə təmin olunmaq üçün vətəndaş Protez-Ortopedik Bərpa Mərkəzinə və ya onun filiallarına şəxsiyyət vəsiqəsini, tibbi-sosial ekspert komissiyasının əlil arabasına aid qərarını, əlillik dərəcəsini təsdiq edən sənədi, öz koordinatlarını təqdim etməlidir”.

Mərkəzin direktoru Asif Məcidov Transparency.az-a deyib ki, əlillərin reabilitasiya vasitələri ilə təmin olunması növbəli şəkildə həyata keçirilir: “Bunun üçün mərkəz özü də daim əlillərlə əlaqə saxlayır. Əlil vətəndaşların elektron informasiya bazası onlarla daha asan və operativ əlaqə yaratmağa imkan verir”.

Direktorun bildirdiyinə görə, mərkəz əlillərə qayğını yüksəltmək üçün 2014-cü ildən səyyar xidmətlərə başlayıb: “Həmin il səyyar xidmətlər ayda bir dəfə təşkil edilirdi, 2015-ci ildən iki dəfəyə keçdik. Səyyar xidmətlər zamanı rayonlarda xəstələrlə görüşür, yerində müayinə aparır, ləvazimat gərək olduğu halda ölçü götürürük. Əgər xəstəyə protez və ya digər zəruri avadanlıq təyin edilirsə, hər birinə fərdi yanaşılır”.

Asif Məcidov qeyd edir ki, səyyar xidmətlər əlil təbəqəni bölgələrdən paytaxta gəlib-getmək əziyyətindən xilas etmək məqsədilə təşkil edilib: “Bu işdə mərkəzə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyaları, əhalinin sosial müdafiəsi mərkəzləri dəstək verir. Yəni əlil şəxslər həm mərkəzlər, həm də tibbi-sosial ekspert komissiyaları vasitəsilə məlumatlanıb Protez-Ortopedik Bərpa Mərkəzinin təşkil etdiyi səyyar xidmətlərdən yararlana bilər. Elektron informasiya bazası əsasında xəstələrlə təmas qurulur, əvvəlcədən gün, yer təyin edilir, xəstələr həmin ünvana dəvət olunur”.

Protez-Ortopedik Bərpa Mərkəzinin baş mühəndisi Elmira Əsədovanın Transparency.az-a dediyinə görə, paytaxtda yaşayan əlillərin reabilitasiya vasitələri də müəssisənin hesabına ünvanlara çatdırılır: “Xidmətimizə ehtiyacı olan əlil vətəndaşın mərkəzə gəlmək imkanı yoxdursa, ona öz hesabımıza kömək edirik”.

Protez-Ortopedik Bərpa Mərkəzinin nəzdində 60 çarpayılıq stasionar məntəqə fəaliyyət göstərir. Məntəqənin əsas xəstə kontingenti aşağı və yuxarı ətrafları amputasiya olunan və ya onurğa beyni zədələnən əlillərdir. Burada dayaq-hərəkət sistemi pozulan bütün kateqoriyalı əlillərin protezləşməsi, protezə hazırlıq və fiziki reabilitasiya müalicələri aparılır, dərman və fizioterapiya müalicələri həyata keçirilir.

Stasionar məntəqənin baş həkimi Şəmsəddin Xudaverdiyev Transparency.az-a deyib ki, reabilitasiya müalicəsi üzrə xəstələrə müddət təyin edilmir: “Elə xəstələr var ki, onun protezi bir ay ərzində hazırlanır. Amma diabet xəstəsi, yaşı çox olan ağır xəstələrin müalicəsi uzun çəkir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan bütün reabilitasiya mərkəzləri kimi burada da dövlət hesabına xidmət yalnız əlillərə şamil olunur. Digər vətəndaşlara xidmət pulludur. Əlillər məntəqədə qida və dərman preparatları ilə təmin edilir. Xəstələrin məntəqəyə gətirilməsi və evə köçürülməsi ilə briqada məşğul olur”.

Transparency.az bildirir ki, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə sonuncu dəfə 2015-ci il dekabrın 30-da təsdiq edilib. Əsasnamə əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sistemini təkmilləşdirməyə yönəlmiş prezident fərmanı əsasında yenilənib.

Yeni qanunvericilikdə əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara texniki və digər reabilitasiya vasitələri verilməsinə tibbi göstərişlər və digər müddəalar yer alıb.

Əlillərin protez-ortopediya məmulatları, reabilitasiya vasitələri ilə təmin edilməsi Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara əsasən həyata keçirilir.



protez 1

protez 2

protez 3

protez 4

protez 5

protez 6

protez 7

protez 8

protez 10

protez 9

Yüklə 458,92 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin