Xəbər bülleteni №23



Yüklə 464,64 Kb.
səhifə4/23
tarix28.04.2017
ölçüsü464,64 Kb.
#16012
1   2   3   4   5   6   7   8   9   ...   23

Manatın kursu düşdü


12.02.2016

dollar 1Fevralın 12-də dolların manata məzənnəsi yüksəlib. Mərkəzi Bankın təqdim etdiyi kursla 100 dollar 157 manat 45 qəpiyə satılır. Ötən gün rəsmi məzənnə 156 manat 59 qəpik idi.

Transparency.az-ın məlumatına görə, avronun rəsmi məzənnəsi də fevralın 11-i ilə müqayisədə qalxıb. 100 avro 177 manat 89 qəpiyədir. Dünən rəsmi kurs 176 manat 84 qəpik olub.


Cəbhə xəttində gərginlik


12.02.2016

cebhe xetti 1Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, fevralın 12-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində Azərbaycan mövqelərinə basqın etməyə cəhd göstəriblər: “Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib.

İlkin ehtimala görə, düşmən 5-7 nəfər itki verib. Silahlı Qüvvələrimizdə heç bir itki yoxdur, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”.


Prezident Administrasiyasının şöbə müdiri şikayət statistikası açıqlayıb


12.02.2016

suleyman-ismayilovPrezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AZƏRTAC-da dərc olunan məqaləsində 2015-ci ilin hesabatını verib. Transparency.az-ın məlumatına görə, şöbə müdiri yazır: “2015-ci ildə Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətləri 2014-cü illə müqayisədə azalsa da, ölkə vətəndaşları öz problemlərini mərkəzi və yerli icra hakimiyyətləri, bələdiyyələr, mərkəzi dövlət orqanlarının yerli qurumları, eləcə də özəl qurumların rəhbərləri və nümayəndələri vasitəsilə həll edə bilmədikdə bir çox məqamlarda bilavasitə Azərbaycan Respublikasının prezidentinə, onun administrasiyasına müraciət etməyə üstünlük verirlər.

Müraciətlərin növlər üzrə təsnifatı göstərir ki, 2015-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin 67,8 faizini ərizələr, 31,2 faizini şikayətlər, 1 faizini təkliflər təşkil edib. Ərizələrin əsas mövzuları sosial müdafiə, yəni müvafiq əlillik dərəcəsinin, ünvanlı sosial yardımların, əlil arabalarının və minik avtomobillərinin verilməsi, mənzil problemlərinin həll edilməsi, məzunların ixtisas üzrə işlə təmin olunması, maliyyə və bank məsələləri, xaricdə müalicə və müayinəyə, dərman preparatları ilə təmin olunmaya kömək göstərilməsi, əfv və digər məsələlər barəsində xahişlərdən ibarətdir.

Ərizələrin demək olar ki, xeyli hissəsi müsbət həll olunub, xahişlərin reallığı nəzərə alınaraq vətəndaşlara müvafiq kömək göstərilib və ya əsaslandırılmış cavablar verilib. Bəzi hallarda isə xahişlərin yerinə yetirilməsinin imkan xaricində olması barədə yazılı və şifahi izahatlar verilib”.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edir ki, bir sıra şəhər və rayonlardan əvvəlki illə müqayisədə müraciətlərin sayı müəyyən qədər artıb: “Bu baxımdan Bakı şəhərinin bəzi rayonlarını, Yevlax, Ağcabədi, Ağstafa, Balakən, Bərdə, Göygöl, Laçın, Lerik, Neftçala, Salyan, Tovuz, Yardımlı, digər şəhər və rayonları göstərmək olar.

Müraciətlərin sayının əvvəlki ilə nisbətən azaldığı rayonlar isə Bakı şəhərinin ayrı-ayrı rayonları, Cəbrayıl, Füzuli, Kəngərli, Kürdəmir, Ordubad, Sədərək, Şahbuz, Şuşa, Zaqatala, Zəngilan, başqa şəhər və rayonlardır.

Bəzi şəhər və rayonların sakinləri yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Bakı şəhərinin bəzi rayonları, Mingəçevir, Ağdaş, Astara, Beyləqan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Masallı, Neftçala, Şabran, Tovuz, Yardımlı, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olub”.

Süleyman İsmayılovun yazdığına görə, 2015-ci ildə dövlət orqanlarının mərkəzi aparatlarına daxil olmuş müraciətlər 2014-cü illə müqayisədə 4,8 faiz azalıb: “Həmin müraciətlərin 70 faizi ərizə, 29,5 faizi şikayət, 0,5 faizi təkliflərdən ibarətdir. 2015-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarına daxil olan müraciətlərin 33,6 faizi müsbət həll olunub, 28,6 faizi aidiyyəti üzrə baxılmaq üçün göndərilib, 24,9 faizinə müvafiq izahat verilib, 9,1 faizi əsassız sayılıb, 3,8 faizi icradadır. Yerli icra hakimiyyəti orqanlarında isə daxil olan müraciətlərin 34,5 faizi müsbət həll olunub, 45,7 faizinə müvafiq izahat verilib, 9,6 faizi isə aidiyyəti üzrə baxılmaq üçün göndərilib, 6 faizi əsassız sayılıb, 4,2 faizi icradadır”.

Şöbə müdiri yazır ki, 2015-ci ildə bəzi mövzular üzrə şikayətlərin sayı artıb: “Bunlardan bank əməliyyatları, kreditlər, sığorta məsələləri, aqrolizinq, baytarlıq və fitosanitar xidmət, istehlak məhsullarının keyfiyyəti və qiymətləri, otlaq və örüş sahələrinin verilməsi, orta təhsil, sərnişin nəqliyyatı məsələləri, əməkhaqqı və əmək mübahisələri, zəbt olunmuş mənzillərin boşaldılmaması, məhkəmə qərarlarının icrası, icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin, vəzifəli şəxslərin, milli təhlükəsizlik orqanlarının, bələdiyyələrin fəaliyyəti və digər məsələləri qeyd etmək olar.

2015-ci ildə hüquq mühafizə, o cümlədən polis orqanlarının fəaliyyəti ilə əlaqədar ərizə və şikayətlərin sayı ötən ilə nisbətən azalıb. Lakin Binəqədi, Xətai, Xəzər, Nizami, Səbail, Lənkəran, Sumqayıt, Gəncə, Biləsuvar, Goranboy, Tovuz, digər şəhər və rayonların polis orqanlarının fəaliyyəti barədə ərizə və şikayətlərin sayı nisbətən çox olub.

Prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar ərizə və şikayətlərin sayı əvvəlki ilə nisbətən 6,4 faiz azalsa da, Qaradağ, Nərimanov, Sabunçu, Suraxanı, Yasamal, Şirvan, Astara, Goranboy, Qazax, Quba, Sabirabad, Salyan, digər şəhər və rayonların prokurorluqlarının fəaliyyəti barədə müraciətlər daha çox olub.

Bilavasitə məhkəmə orqanlarının və hakimlərin fəaliyyəti ilə bağlı ərizə və şikayətlərin təhlili göstərir ki, ayrı-ayrı şəhər və rayon məhkəmələrinin fəaliyyətindən narazılıq bildirən müraciətlər də az deyil. Bu baxımdan Nəsimi, Nizami, Suraxanı, Şirvan, Abşeron, Gədəbəy, Xaçmaz, İmişli, Kəpəz, Nizami (Gəncə), Tərtər, Zərdab, digər şəhər və rayonların məhkəmələrinin fəaliyyəti barədə müraciətlər nisbətən yüksək olub.

Şəhər və rayon icra hakimiyyəti başçılarının aparatlarının və inzibati ərazi dairələri üzrə nümayəndələrinin fəaliyyəti haqqında Bakı şəhəri və onun bəzi rayonlarından, Şəki, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəlilabad, İmişli, Qazax, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daha çox müraciət daxil olub.

Bu mövzuda ən az müraciət isə Naxçıvan, Pirallahı, Ağstafa, Cəbrayıl, Culfa, Xocalı, Qax, Oğuz, Sədərək, Şahbuz, Şuşa, Ucar, digər şəhər və rayonlardan daxil olub.

Bələdiyyələrin fəaliyyəti ilə əlaqədar daha çox müraciət, o cümlədən şikayət isə Binəqədi, Lənkəran, Sumqayıt, Astara, Cəlilabad, Neftçala, Sabirabad, Samux, Siyəzən, Şabran, Şəmkir, digər şəhər və rayonlardan daxil olub”.

Şöbə müdirinin sözlərinə görə, Prezident Administrasiyasına daxil olan müraciətlərin, o cümlədən şikayətlərin bir qismini sahibkarlar göndərib: “Bu müraciətlərin 71 faizinə nəzarət qaydasında baxılıb, onların 51 faizi müsbət həll olunub, 19 faizi əsassız sayılıb, 13 faizinə müvafiq izahat verilib və 17 faizi icradadır. Prezident Administrasiyasına sahibkarlıq məsələləri barədə Bakı şəhəri və onun rayonlarından, Gəncə, Ağcabədi, Ağdam, Ağdaş, Gədəbəy, İmişli, Kürdəmir, Lerik, Masallı, Saatlı, Tərtər, Zərdab, digər şəhər və rayonlardan daha çox müraciət daxil olub”.

Süleyman İsmayılov yazır ki, 2015-ci ildə vətəndaşların müraciətlərinə baxılmasında şəffaflıq və nəzarət artırılıb, vətəndaşların ayrı-ayrı qurumlarda, idarə, təşkilat və müəssisələrdə yol verilən neqativ hallar barədə müraciətlərinə daha diqqətlə yanaşılıb: “Nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində Daxili İşlər, Vergilər, Təhsil, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Dövlət Neft Şirkətində, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də, İmişli Rayon İcra Hakimiyyətində və başqa təşkilatlarda 52 nəfər barəsində inzibati və ya intizam tənbehi tədbirləri görülüb, o cümlədən 22 nəfər vəzifəli şəxs vətəndaşlarla münasibətdə etik davranış qaydalarını pozduqlarına, süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə görə vəzifəsindən kənarlaşdırılıb.

Vətəndaşların müraciətlərinə baxılması və qəbulu məsələləri 2015-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş kollegiya iclaslarında və müşavirələrdə 522 dəfə müzakirəyə çıxarılıb. Yol verilən nöqsanlara görə 948 nəfərə intizam tənbehi tətbiq olunub, o cümlədən 827 nəfərə töhmət verilib, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərində, Əmlak Məsələləri Dövlət Komitəsində və digər qurumlarda ümumilikdə 100 nəfər işdən azad edilib”.


Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin